Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-150/2021 25.10.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs–xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir şəhər məhkəməsinin 20.12.2019-cu il tarixli hökmü ilə 2(iki) il 5 (beş) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Mingəçevir şəhəri N.Nərimanov küçəsi ev 44 mənzil 24-də qeydiyyatda olan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs Əhmədov X2 şəhər Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib cəzasını çəkdiyi müddətdə də islah olunmayaraq 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1 -ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin yuxarı həddi üçün 0,15 qram müəyyən edildiyi halda 18 aprel 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qızılı-ağ rəngli kağız bükümündə təmiz çəkisi 0, 305 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gizlədib saxlayaraq daşımış və həmin gün saat 21 radələrində Mingəçevir şəhər X3 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4Nç-li evin yaxınlığında saxlanılarkən üzərində olan narkotik vasitə heroini udduğu üçün Mingəçevir şəhəri X6 Şöbəsinə aparılaraq orada saat 21 radələrində şəxsi müayinə keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun mədəsindən ifraz olunmuş qusuntu qalıqlarının içərisindən aşkar edilib götürülmüşdür. Bundan başqa o, 20 may 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümündə təmiz çəkisi 0,221 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini və təmiz çəkisi 0,08 qram olan sintetik narkotik vasitə-metadonu satış məqsədi olmadan üzərində gizlədib saxlayaraq daşımış və 21 may 2021-ci il tarixdə saat 21:15 radələrində Mingəçevir şəhər X3 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri N.Nərimanov prospektində yerləşən “Dostluq Parkı”nm yaxınlığında saxlanılaraq Mingəçevir şəhər Polis şöbəsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd şəffaf sellofan bükümünün içərisində təmiz çəkisi 0,221 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və təmiz çəkisi 0,08 qram olan sintetik narkotik vasitə-metadon onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 18 aprel 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4 №-li evin girişində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirdilər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirildi. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etmədi. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirildi. Üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı əşya olmadığını bildirdi. Sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirildi. Onun üzərinə şəxsi axtarış keçirilərkən saxlanılması qanunla qadağan olunmuş əşya aşkar olunmadı. Daha sonra polis əməkdaşları ilə birlikdə şəxsi müayinə olunmaq üçün Mingəçevir şəhər X6 şöbəsinə gedildi. Orada duzlu maye qəbul etdirdikdən sonra mədəsində olanları ifraz etmişdir. Guya mədəsindən ifraz etdiyi qusuntu qalıqlarının içərisindən bir ədəd sellafona bükülmüş siqaretin gümüşü ağ rəngli kağız bükümü aşkar olundu. Ancaq onun mədəsindən narkotik maddə ifraz olunmamışdır. Həmin bir ədəd siqaretin gümüşü bükümü açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik, kristal kütlə yəni narkotik vasitə olduğu müəyyən edildi. O, içərisində narkotik vasitə olan bükümü udmamışdır. Bundan başqa 20.05.2021- ci il tarixdə, saat 15 radələrində o, Mingəçevir şəhəri N.Nərimanov prospektində yerləşən “Dostluq Park’ında gəzən zaman parkda yerdə büküm olduğunu gördü və ona maraqlı gəldiyindən həmin bükümü açdı. Bükümü açan zaman sellofan bükümün içərisində 3 ədəd “Metodol” həbi və bir ədəd sellofan büküm olmuşdur. Həmin bükümü açdıqda bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə olduğunu gördü və özü də narkotik vasitə heroin qəbul etdiyindən kütlənin həqiqətən heroin olmasına əmin olmuşdur. Həmçinin o, bəzi vaxtlarda narkotik qəbul etmək istədikdə bədənində ağrılar olduğundan və həmin ağrıları kəsmək üçün “Metodol” dərmanından istifadə edirdi. Buna görə də həmin vaxt onun ağrıları olduğu üçün dərmanın birini özü qəbul etdi, daha sonra isə dərmanın qalanını və narkotik vasitə olan heroini gələcəkdə şəxsi istifadəsi üçün yenidən bükdü və əynindəki şalvarın cibinə qoydu. 21.05.2021-ci il tarixdə, saat 21:15 radələrində o, Mingəçevir şəhəri N.Nərimanov prospektində yerləşən “Dostluq Parkı”nın yaxınlığından keçərkən, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində ona vəkil təyin olundu və ona hüquqlarını müdafiə edəcəyi izah olundu. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmək istədikləri bildirildi. Həmçinin ona üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəyi bildirildi. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən içərisində heroin və üzərinə “Metodol” yazılmış 2 ədəd həb olan şəffaf sellofana bükülmüş büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürüldü. Həmin əməlinə görə peşimandır. Şahid2 İlqar oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Mingəçevir şəhər polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 18.04.2021-ci il tarixdə saat 21 radələrində Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfərləri, polis baş serjantı Şahid4, polis baş serjantı Şahid3Rahat oğlu və polis baş serjantı Şahid5 ilə birlikdə Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4 saylı binanın yaxınlığında olan zaman onu görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirilib polis şöbəsinə dəvət etdilər. Təqsirləndirilən şəxs yaxınlaşan zaman onları gördü və üzərində gəzdirdiyi bükümü uddu. Bundan sonra Əhmədov X2 ŞPŞ-nə dəvət olundu. Polis şöbəsinə vəkil dəvət edildi və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya olmadığını bildirdi. Həqiqətən də onun üzərində narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya aşkar olunmadı. Bundan sonra Təqsirləndirilən şəxs ona yaxınlaşan zaman narkotik vasitə udması haqqında suallar verildi, lakin o, üzərində narkotik vasitə gəzdirmədiyini və onu udmadığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs şəxsi müayinə olunmaq üçün Mingəçevir şəhər X6 şöbəsinə aparıldı. Orada duzlu maye qəbul etdikdən sonra mədəsində olanları ifraz etdi. Onun mədəsindən ifraz etdiyi qusuntu qalıqlarının içərisindən bir ədəd sellafona bükülmüş siqaretin gümüşü ağ rəngli kağız bükümü aşkar olundu. Həmin bir ədəd siqaretin gümüşü bükümü açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik, kristalk kütlə yəni narkotik vasitə olduğu müəyyən edildi. Həmin narkotik vasitəyə oxşar həmin sellafona bükülmüş büküm elektron tərəzidə çəkildi. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı. Sorğu zamanı Təqsirləndirilən şəxs onun qusuntu qalıqlarının içərisindən aşkar edilib götürülmüş siqaretin gümüşü ağ rəngli kağıza bükülmüş bükümdə olan kütlənin heroin olduğunu və həmin narkotik vasitəni 18 aprel 2021-ci il tarixdə saat 12 radələrində Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən Mərkəzi stadionun yaxınlığından keçərkən yerdən taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdi. Bundan başqa, 21.05.2021-ci il tarixdə saat 21 radələrində Mingəçevir ŞPŞ-nin ə/müvəkkili Şahid1 ilə birlikdə Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zaman Təqsirləndirilən şəxs Mingəçevir şəhəri N.Nərimanov prospektində yerləşən “Dostluq Parkı”nm yaxınlığında olan zaman onu görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirilib polis şöbəsinə dəvət etdilər. Bundan sonra Əhmədov X2 ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil dəvət olundu və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim etdi. Təqdim olunmuş həmin bir ədəd şəffaf sellafona bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində şəffaf rəngli sellofana bükülmüş heroinə oxşar narkotik vasitə olan kütlə və 2 ədəd üzərinə “Metodol” yazılmış həb müəyyən edildi. Həmin narkotik vasitəyə oxşar bir ədəd şəffaf sellafona bükülmüş bükümün və həblərin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi. Həmçinin, narkotik vasitəyə oxşar kütlə və üzərinə “Metodol” yazılmış həblər elektron tərəzidə çəkildi. Həmin narkotik vasitəyə oxşar kütlə və həblər zərfə qoyularaq qablaşdırılaraq, möhürləndi, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürüldü bir ədəd şəffaf sellafona bükülmüş bükümdə bükülmüş olan kütlənin heroin olduğunu, həblərin isə metodon həbləri olduğunu, tapan zaman həblərdən 3 ədəd olduğunu onlardan birini istifadə etdiyini, həmin heroini və yerdə qalan 2 ədəd həbi özü istifadə etmək məqsədi ilə üstündə saxladığını bildirdi. Təqsirləndirilən şəxs əməli digər şahidlər Şahid3, Şahid4, Şahid5 da məhkəmə iclasında verdikləri ifadələri ilə, həmçinin Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. Şahid6 məhkəmə iclasında ifadəsində bildirdi ki, 2008-ci ildən Mingəçevir şəhər xəstəxanasının Acil Şöbəsində həkim işləyir. 18 aprel 2021-ci il tarixdə işlədiyi Acil şöbəsində növbədə olan zaman polis əməkdaşları narkotik vasitə olan bükümü udduğuna görə şəhər sakini Təqsirləndirilən şəxs şöbəyə gətirdilər. Xüsusi məhlulun köməyi ilə Təqsirləndirilən şəxs qusturuldu və qusuntu qalıqlarının içərisindən bir ədəd bükümün olması polis əməkdaşları tərəfindən aşkar olunaraq götürüldü. Bundan sonra həmin büküm polis əməkdaşları tərəfindən elektron bükümdə çəkildi. Lakin o, həmin bükümdə hansı növ narkotik vasitənin olmasını dəqiq şəkildə bilmədi. Sonra isə içərisində narkotik vasitə olan büküm qablaşdırılaraq götürüldü. İşin 27-28-ci vərəqlərində olan 21 may 2021-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinı şəxsi axtarış keçirilərkən o, əynindəki mavi rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Kgtel” markalı mobil telefon, şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan büküm, bir ədəd açar, şalvarının arxa sağ cibindən bir ədəd alışqan və bir qutu “Magna” siqareti aşkar edildi. Həmin büküm açılarkən içərisində iki ədəd üzərinə “Metodol” yazılmış həb və bir ədəd şeffaf sellofana bükülmüş, spesifik iyindən narkotik vasitəheroinə bənzər kütlə olması aşkar olundu. Təqsirləndirilən şəxs bildirdi ki, həmin bükümləri birlikdə 20.05.2021-ci il tarixdə, günorta saatlarında “Dostluq Park”ında yerdən tapmasını, həmin vaxt üzərinə “Metodol” yazılmış həb 3 ədəd olduğunu, ondan birini müalicə məqsədilə özü qəbul etməsini, daha sonra içərisindəki digər kütlə, heroinlə birlikdə yenidən sellofanın ağzını bağlayaraq, özü istifadə etməsi üçün cibinə qoymasını və üzərində gəzdirməsini bildirdi. İşin 101-102-ci vərəqlərində olan 18 apel 2021-ci il tarixli şəxsi müayinə kerilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərində Mingəçevir ŞMX-nin Acil şöbəsində şəxsi müayinə keçirildi. Şəxi müayinə zamanı Təqsirləndirilən şəxs qusma üsulu ilə qusduruldu. Təqsirləndirilən şəxs mədəsindən bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə çıxdı. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitənin ona aid olmadığını bildirdi. İşin 38-40-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 22 may 2021-cu il tarixli, 17/365 saylı rəyində göstərilir ki, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümün içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 0,221 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Həmin zərfin içərindəki üzərində “Metodon” sözü yazılmış blister kəsiyində olan 02 (iki) ədəd həblərin tədqiqatını müvafiq laboratoriya cihazı olmadığından aparmaq mümkün olmadı. Heroinin təmiz çəkisi 0,221 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,171 qram. İşin 112-114-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 19 aprel 2021-ci il tarixli, 17/278 saylı rəyində göstərilir ki, üzərində “Vət. Təqsirləndirilən şəxs şəxsi müayinəsi zamanı mədəsindən çıxmış narkotik vasitə....” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0, 305 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi 0,305 qram, tədqiqata sərf edildi 0,050 qram, qalıq 0,255 qram. İşin 214-218-cü vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 14 iyun 2021-ci il tarixli, 6/2336 saylı rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçüm N 76” dairəvi möhür əksi olan “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə və həb...” yazı və imzalar olan zərfdə 1 ədəd üzərində “Methadone 40” yazılan konvalyut kəsiyində, 2 ədəd qəhvəyi rəngli, dairəvi formalı həblər sintetik narkotik vasitə - metadondur. 2 ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,08 qram təşkil edir. (1 ədəd həbdə metadonun təsir maddəsinin miqdarı 0,04 qram təşkil edir.) Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına (Siyahı İİ) daxildir. İşin 247-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 901 saylı 03 avqust 2021-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs NARKOTIK VASITƏLƏRDƏN ISTIFADƏ EDIR. NARKOTIK VASITƏ OLAN HEROINDƏN SUI-ISTIFADƏ NƏTICƏSINDƏ YARANMIŞ NARKOMANIYA XƏSTƏLIYINDƏN ƏZAB ÇƏKIR. 3-CÜ QRUP ƏLIL OLDUĞUNA GÖRƏ NARKOMANIYA XƏSTƏLIYINDƏN MƏCBURI MÜALICƏ TƏTBIQ EDILƏ BILMƏZ. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Əhmədov X2 şəhər Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib cəzasını çəkdiyi müddətdə də islah olunmayaraq 18 aprel 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qızılı-ağ rəngli kağız bükümündə təmiz çəkisi 0, 305 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gizlədib saxlayaraq daşımış və həmin gün saat 21 radələrində Mingəçevir şəhər X3 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4Nç-li evin yaxınlığında saxlanılarkən üzərində olan narkotik vasitə heroini udduğu üçün Mingəçevir şəhəri X6 Şöbəsinə aparılaraq orada saat 21 radələrində şəxsi müayinə keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun mədəsindən ifraz olunmuş qusuntu qalıqlarının içərisindən aşkar edilib götürülmüşdür. Bundan başqa o, 20 may 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf rəngli sellofan bükümündə təmiz çəkisi 0,221 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini və təmiz çəkisi 0,08 qram olan sintetik narkotik vasitə-metadonu satış məqsədi olmadan üzərində gizlədib saxlayaraq daşımış və 21 may 2021-ci il tarixdə saat 21:15 radələrində Mingəçevir şəhər X3 Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri N.Nərimanov prospektində yerləşən “Dostluq Parkı”nm yaxınlığında saxlanılaraq Mingəçevir şəhər Polis şöbəsinə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd şəffaf sellofan bükümünün içərisində təmiz çəkisi 0,221 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və təmiz çəkisi 0,08 qram olan sintetik narkotik vasitə-metadon onun əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlin törətməsi özünün qismən etirafı, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 157-159-cu vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 1(051)-170/2019 saylı hökmündən və 162-ci vərəqəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki) il 5 (beş) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 25 oktyabr 2021-ci il tarixli, 580/3-12 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1(bir) il 1 (bir) ay 19 (on doqquz) günü icra edilməmiş qalmışdır. İşin 208-ci vərəqində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nun Mingəçevir şəhər şöbəsinin **********5 saylı, 18 iyun 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ümumi səbəbdən İİİ qrup əlil olduğuna görə müavinət alır və aylıq müavinətinin məbləği 110,00 (bir yüz on) manatdır. İşin 243-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cəza təyin edilərkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini qismən etiraf edib peşiman olması, yaşayış yerində müsbət xarakterizə olunması, İİİ qrup əlil olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin 20.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 2(iki) il 5(beş) ay 26 (iyirmir altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1(bir) il 1 (bir) ay 19 (on doqquz) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü 1 günə hesablamaqla 6 (altı) ay 24 gün CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən birləşdirilməlidir. 18 aprel 2021-ci il tarixdən 20 aprel 2021-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli tutulduğu vaxtdan, 21 may 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan Mingəçevir şəhər PŞ-də saxlanılan 0,426 qram narkotik vasitə – heroin və 0,04 qram sintetik narkotik vasitə - metadon məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 229,74 (iki yüz iyirmi doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs oğlundan alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin 20.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 2(iki) il 5(beş) ay 26 (iyirmir altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1(bir) il 1 (bir) ay 19 (on doqquz) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü 1 günə hesablamaqla 6 (altı)ay 24 gün CM-nin 67.1-ci maddəsinə əsasən təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 aprel 2021-ci il tarixdən 20 aprel 2021-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, 21 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəza çəkdiyi müddətdə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə ekspertiza xərci olan 229,74 (iki yüz iyirmi doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,426 qram narkotik vasitə heroin və 0,04 qram sintetik narkotik vasitə - metadon məhv edilsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-150/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-150/2021
25.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver