Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-6/2021 29.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs xx.xx.1965-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli,məhkumluğu olmayan, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 27.000 (iyirmi yeddi min) manat məbləğində pulun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(051 )-3811 /2017 saylı qətnaməsini və 17.176 (on yeddi min bir yüz yetmiş altı) manat məbləğində pul və iş üzrə ödənilmiş 20 (iyirmi) manat rüsum xərcinin Zərərçəkmiş şəxs verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(051)-1920/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin xx xxxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə və icra sənədlərindəki tələbləri icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 13 may, 07 iyun, 23 avqust, 16 sentyabr və xx xxxxxxx 2019-cu il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış, hərəkətlərini davam etdirərək həmin məhkəmə aktlarında nəzərdə tutulmuş tələbləri qərəzli olaraq icra etməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(051 )- 3811/2017 saylı qətnaməsi ilə ondan 27.000 (iyirmi yeddi min) manat məbləğində pul alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qət edilmişdir. Həmçinin, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(051)-1920/2018 saylı qətnaməsi ilə ondan 17.176 (on yeddi min bir yüz yetmiş altı) manat məbləğində pul və iş üzrə ödənilmiş 20 (iyirmi) manat rüsum xərci alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamələr qüvvəyə mindikdən sonra icra olunması üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmiş, İcra və Probasiya Şöbəsindən qeyd edilən məbləğlərin tələbkarlara ödənilməsi üçün ona rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin o, qətnamələri icra edə bilməmişdir. Məhkəmənin qətnamələri tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsi xx xxxxx 2019-cu il tarixli qərarına əsasən onu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə etmişdir. Lakin buna baxmayaraq o, məhkəmə qətnamələrini icra edə bilməmişdir. O, mebel alqı-satqısı ilə məşğuldur. Lakin son illər işində yaranmış çətinliklərə görə fəaliyyəti ilə bağlı yaranmış borclarını ödəyə bilməmişdir. O, borclarını ödəməkdən, məhkəmə qərarını icra etməkdən boyun qaçırmır. Maddi imkanı olmadığına görə borclarını ödəyə bilməmişdir. Elə bir əmlakı da yoxdur ki, satıb borclarını ödəsin. Sol illərdə ölkədə yayılmış koronovirus pandemiyası da onun fəaliyyətinə, qazancına mənfi təsir göstərmişdir. Lakin hazırda borcun bir hissəsini, zərərçəkmiş şəxs “xxxx” MMC-yə olan 27000 manat pulu ödəmişdir. Digər Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs olan borcunu da ödəyəcəkdir. Dəymiş zərəri vaxtında, tam ödəmədiyinə görə əməlindən peşimandır. Zərərçəkmiş qəxslər Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili X1 və “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, onlar iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmişlər, lakin sonra məhkəməyə gəlməmişlər. İş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(051)-3811/2017 saylı qətnaməsi ilə borclu Təqsirləndirilən şəxs 27000(iyirmi yeddi min) manat məbləğində pul alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Mingəçevir şəhər icra və probasiya şöbəsinə göndərilmişdir. Lakin borclu qətnaməni icra etməmişdir. Məhkəmənin qətnaməsi borclu tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə AR İXM-nin 528.1 -ci maddəsinə əsasən ilə təqsirli bilinərək inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Lakin buna baxmayaraq borclu yenə də, ödəniş etməmişdir. Ancaq hazırda müəssəyə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. “xxxx” MMC-nin Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. İş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili X2 ifadəsində bildirmişdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(051)- 1920/2018 saylı qətnaməsi ilə borclu Təqsirləndirilən şəxs 17.176 (on yeddi min bir yüz yetmiş altı) manat məbləğində pul və iş üzrə ödənilmiş 20 (iyirmi) manat rüsum xərci alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra icra olunması üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Lakin təqsirləndirilən şəxs qətnaməni icra etməmişdir. Məhkəmənin qətnaməsi borclu tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarı ilə AR İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs yenə də, ödəniş etməmiş qətnaməni icra etməmişdir. Təqsirləndirilən şəxsə həbslə bağlı cəza verilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs icraatında olan icra işi ilə bağlı borclu şəxs kimi tanımışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(051)-3 811/2017 saylı qətnaməsi ilə borclu Təqsirləndirilən şəxs 27000 (iyirmi yeddi min) manat məbləğində pul alınaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qət edilmişdir. Həmçinin, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(051)-1920/2018 saylı qətnaməsi ilə borclu Təqsirləndirilən şəxs 17.176 (on yeddi min bir yüz yetmiş altı) manat məbləğində pul və iş üzrə ödənilmiş 20 (iyirmi) manat rüsum xərci alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamələr qüvvəyə mindikdən sonra icra olunması üçün Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Həmin qətnamələr xx xxxxxx 2018-ci il tarixdə onun tərəfindən bir icraatda birləşdirilmişdir. İcra sənədləri icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərarlar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildirişlər borcluya göndərilmişdir. Borcluya məhkəmə qətnamələrini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qətnamələri icra olunmamışdır. Qətnamələr borclu tərəfindən icra olunmadığından onun inzibati məsuliyyətə cəlb olunması üçün Mingəçevir Şəhər Məhkəməsinə inzibati protokol verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra borclu olduğu alimentin ödənilməsi tərəfindən təmin edilməsə barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin təqsirləndirilən şəxs yenə də öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verdi. İşin 9-11-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-3811/2017 saylı, xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsində Təqsirləndirilən şəxs 27000(iyirmi yeddi min) manat məbləğdə pul alınıb “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qət edilmişdir. İşin 8-ci vərəqində olan Mingəçevir şəhər məhkəməsi tərəfindən verilmiş İcra vərəqəsindən görünür ki, 2(051)-3811/2017 saylı xx xxxxxxxx 2017-cı il tarixli qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. İşin 12-ci vərəqində olan xx.xx.2017-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, iş üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs göndərilmiş bildiriş və xəbərdarlıqlardan, Təqsirləndirilən şəxs icra məmuruna verdiyi izahatdan görünür ki, məhkəmə qərarının icra edilməməsinin hüquqi nəticələri, Təqsirləndirilən şəxs izah edilmişdir. İşin 45-47-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 2(051)-1920/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsində Təqsirləndirilən şəxs 17176 (on yeddi min bir yüz yetmiş altı) manat və dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşin 44-cü vərəqində olan Mingəçevir şəhər məhkəməsi tərəfindən verilmiş İcra vərəqəsindən görünür ki, 2(051)-1920/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnamə qüvvəyə minmiş və icraya yönəldilmişdir. İşin 49-cu vərəqində olan xx.xx.2018-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, iş üzrə icraat başlanılmışdır. İş materiallarına əlavə edilmiş icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs göndərilmiş bildiriş və xəbərdarlıqlardan, Təqsirləndirilən şəxs icra məmuruna verdiyi izahatdan görünür ki, məhkəmə qərarının icra edilməməsinin hüquqi nəticələri Təqsirləndirilən şəxs izah edilmişdir. İşin 55-ci vərəqində olan xx.xx.2018-ci il tarixli “İcraatın birləşdirilməsi haqqında” qərardan görünür ki, iş üzrə icra sənədləri birləşdirilmişdir. İşin 86-87-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsi hakiminin 3(051)-265/2019 saylı xx xxxxx 2019-cu il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat cərimə edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 27.000 (iyirmi yeddi min) manat məbləğində pulun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(051 )-3811 /2017 saylı qətnaməsini və 17.176 (on yeddi min bir yüz yetmiş altı) manat məbləğində pul və iş üzrə ödənilmiş 20 (iyirmi) manat rüsum xərcinin Zərərçəkmiş şəxs verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(051)-1920/2018 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin şəhər məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə və icra sənədlərindəki tələbləri icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 13 may, 07 iyun, 23 avqust, 16 sentyabr və xx xxxxxxx 2019-cu il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış, şəxsi maraqları naminə qanunsuz hərəkətlərini davam etdirərək həmin məhkəmə aktlarında nəzərdə tutulmuş tələbləri qərəzli olaraq icra etməmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməli düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işdə olan digər sənədlərlə sübut olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 111-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşə əlavə edilmiş zərərçəkmiş şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən müəssisəyə dəymiş ziyan-27000(iyirmi yeddi min) manat pul tam ödənilmişdir. Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Cəza təyin edilərkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs dəymiş ziyanın bir qisminin ödəməsi, əməlindən peşiman olması, Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-a kimi yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia, ekspertiza xərci , maddi sübut yoxdur. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-a kimi yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-6/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-6/2021
29.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver