Məhkəmə qərarları › İş №1(051)-81/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-81/2021

19.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-81/2021 19.03.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Mingəçevir Şəhər vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1981–ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhəri «Mərkəzi Bazarın» yanında, mağazaların arxasında lotereyaların satışı ilə məşğul olan köşkdə dayanarkən Zərərçəkmiş şəxs ona yaxınlaşıb, aldığı lotereyadan olan pul uduşunu ona verməsini tələb etdikdə, o, Zərərçəkmiş şəxs təqdim etdiyi lotereyanın üzərində qələmlə pul uduşunun başqa köşkdə qeyd olunduğunu və həmin uduşu qələmlə qeyd olunduğu köşkdən almalı olduğunu bildirdikdə, aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ona kobud cavab verib, yanından uzaqlaşdıqdan sonra Zərərçəkmiş şəxs arxasınca gedib, onu bazarın kənarında yerləşən mağazaların arxasında tutmuş və şəxsi münasibətlər zəminində aralarında davam edən mübahisə zamanı Zərərçəkmiş şəxs onun yaxasından tutduğu üçün başı ilə Zərərçəkmiş şəxs burun nahiyəsindən başı ilə bir dəfə vuraraq, ona burun sümüyünün açıq yerdəyişən sınığı, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Mingəçevir şəhər Mərkəzi Bazarının yaxınlığında lotareya satışı ilə məşğul olur və xx.xx.2021-ci il tarixdə, saat 10 radələrində sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs ona yaxınlaşaraq, lotareyadan 38 manat 90 qəpik udmasını və həmin uduşunun ona verilməsini dediyini, lotareya kağızının üzərinə baxarkən, onun üzərində başqa lotareya satan şəxs tərəfindən qələmlə uduşun məbləğinin yazılmasını gördükdə, Zərərçəkmiş şəxs niyə uduşunu elə həmin lotareya satan şəxsdən almadığını soruşduqda, Zərərçəkmiş şəxs nalayiq ifadələrlə onu təhqir etməsini, bundan sonra Zərərçəkmiş şəxs “ağsaqqal adamsan, sənə cavab qaytarmaq istəmirəm, burdan uzaqlaş get” dedikdə, Zərərçəkmiş şəxs onun atasının ünvanına nalayiq ifadələr işlədərək getmişdir. Ona görə də o, Zərərçəkmiş şəxs arxası ilə gedərək, onu kənara çəkərək, heç kimin görmədiyi yerdə niyə onu və atasını təhqir etməsini soruşduqda, Zərərçəkmiş şəxs əlləri ilə onun yaxasından tutmuşdur. Həmin vaxt o, başı ilə bir dəfə Zərərçəkmiş şəxs burun nahiyyəsindən vurmuşdur. Həmin vaxt oradan keçən polis əməkdaşları onlara yaxınlaşaraq, onları polis şöbəsinə aparmışdır. Hadisədən sonra o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Hazırda əməlindən peşmandır, bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs şəxsi işi ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyinə görə məhkəməyə ünvanlandığı ərizəsində, ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslə barışdığını, ondan şikayət və tələbi olmadığını, habelə işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə zərərçəkmiş şəxsin ərizəsini nəzərə alaraq, onun sonuncu məhkəmə iclasında iştirak etməməsinin səbəblərini üzürlü sayaraq və məhkəmə istintaqında tədqiq və elan edilmiş ifadəsini və ərizəsini sübut növü kimi qəbul edir. Belə ki, məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, haqqında şikayət etdiyi Qurbanov X2 şəhər Mərkəzi Bazarının yaxınlığında lotareya satışı ilə məşğuldur. Ona görə də o, xx.xx.2021-ci il tarixdə, saat 10 radələrində “5/36” lotareyasmdan qazanmış olduğu pul uduşunu ondan alması üçün Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Lakin Təqsirləndirilən şəxs isə lotareyanın üzərində olan qələm yazısını gördükdə, onu ilk olaraq başqa adama göstərməsini, nə üçün pul uduşunu ondan almamasını demişdir. Ondan sonra o da öz növbəsində, Təqsirləndirilən şəxs “sənin borcuna qalmayıb, sən öz işini gör və mənim pulumu ver”, demişdir. Ona görə də aralarında mübahisə yaranmış və bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs yanından ayrılıb getmişdir. Lakin Təqsirləndirilən şəxs isə onun arxası ilə gələrək, onu kənara çəkib, niyə onu təhqir etməyini soruşmuşdur. Həmin vaxt o, Təqsirləndirilən şəxs yaxasından əlləri ilə tutduqda, Təqsirləndirilən şəxs bir dəfə onun burun nahiyəsindən başı ilə vurmuşdur. Həmin vaxt oradan keçən polis əməkdaşları onlara yaxınlaşaraq, onları polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə, saat 10 radələrində polis nəfəri, polis baş serjantı Şahid2la birlikdə xidmətdə olarkən, şəhərin Mərkəzi Bazarının yanında, mağazaların arxasında iki nəfər şəxsin mübahisə etmələrini görüb, nizam-intizama dəvət etmələri üçün onlara yaxınlaşmışlar. Həmin şəxslərdən birinin Təqsirləndirilən şəxs olduğunu, digərinin isə Zərərçəkmiş şəxs olduğunu müəyyən etmişlər. Həmçinin müəyyən etdilər ki, Təqsirləndirilən şəxs başı ilə Zərərçəkmiş şəxs üz nahiyyəsindən vurmuşdur. Ona görə də dərhal həmin şəxsləri polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 da Şahid1la eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. İşdə olan xx.xx.2021-ci il tarixli baxış protokolundan görünür ki, baş vermiş hadisə yeri Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə Puşkin küçəsinin kəsişməsində, Mərkəzi Bazarın yanında yerləşən mağazaların arxasıdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs ilə aralarında düşən mübahisəyə görə onun burnundan başı ilə bir dəfə zərbə vuraraq, ona xəsarət yetirmişdir. İşdə olan xx.xx.2021 il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 104 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - burun sümüyünün açıq yerdəyişən sınığı küt əşyanın (alət-lərin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətdə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhəri «Mərkəzi Bazarın» kənarında Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə tövsif edilməlidir. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs onunla barışdığını və ondan heç bir şikayəti və tələbi olmadığını bildirmiş və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin verdiyi ifadələrini, onların ərizəsində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfədir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam həcmdə aradan qaldırmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirmiş və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, onların barışmasını əsas tutaraq, məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, tərəflərin barışması nəticəsində məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və başqa şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur və ictimai mənafelərə zidd deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuşdur ki,. şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CM–nin 72–ci maddəsinə yeni “Qeyd” hissəsinə əsaəsn Şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsi mümkün sayılır. Məhkəmə nəzərə alır ki, Zərərçəkmiş şəxs ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsindən sonra barışmışdır. Bu mənada Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması və işin icraatına xitam verilməsi gələcəkdə başqa neqativ halların aradan qalxmasına səbəb ola bilər. Odur ki, məhkəmə hazırki iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X1 ibtidai araşdırmada göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 66 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–nin 37.4, 321, 344– 347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Vəkil X1 ibtidai araşdırmada göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 66 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar