Azərbaycan Respublikası adından QƏRAR Neftçala rayonu İş № 1(053)-59/2023 15.11.2023 NEFTÇALA RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Samir İdris oğlunun sədrliyi, Qəmbərov Əli Qəmbər oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx xxxxxx 1987-ci il tarixdə Neftçala şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX-nin Neftçala rayon Dövlət yanğından mühafizə hissəsinin yanğınsöndürmə növbəsinin rəisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətinin Neftçala rayon Dövlət yanğından mühafizə hissəsinin yangınsöndürmə növbəsinin rəisi vəzifəsində işləyərkən iş yoldaşı, Fövqəladə Hallar Nazirliyinin Dövlət yanğından mühafizə xidmətinin Neftçala rayon Dövlət yanğından mühafizə hissəsinin manqa komandiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs oğlu Şahid1 13.000 manat pul müqabilində Daxili İşlər Nazirliyinin X5 Alayına polis nəfəri kimi işə düzəltmək adı ilə aldadıb inandırmaqla 14 aprel 2022-ci il tarixdə, saat 13 radələrində ünvan 2ndə, Zərərçəkmiş şəxs məxsus “Tofaş” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında 6500 manat məbləğində, xeyli miqdarda pulunu etibarından sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək dələduzluq etmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü tam təqsirli bilərək qeyd etmişdir ki, 2015-ci il tarixdə X2 ilə ailə həyatı qurmuş, birgə nikahdan 2018-ci il təvəllüdlü Eldar Mazanzadə və 2019-cu il təvəllüdlü Ağabəy Mazanzadə dünyaya gəlmişdir. 19 may 2011-ci il tarixdən FHN-nin DYMX-nin Neftçala rayon Dövlət yanğından mühafizə hissəsinin yangınsöndürmə növbəsinin yanğınsöndürəni, xx.xx.2018ci il tarixdən hazıradək isə həmin növbənin rəisi vəzifəsində işləməklə, daxili xidmət baş leytenantıdır. Azərbaycan Respublikası FHN-nin DYMX-nin Neftçala rayon Dövlət yanğından mühafizə hissəsinin manqa komandiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs Şücayət oğlunu iş yoldaşı kimi tanımışdır. 2022-ci ilin aprel ayının əvvəllərində Ramizlə söhbət edən zaman Ramiz ona oğlu Şövqinin işsiz olduğunu və oğluna iş axtardığını demiş, o da tanışı olduğunu, Bakı şəhərində Ramizin oğlunu Daxili İşlər Nazirliyinin Çevik polis alayına işə düzəldə biləcəyini bildirmişdir. Həmin vaxtdan bir müddət sonra yenə söhbət edən zaman Ramizə bu iş üçün 13.000 manat pul lazım olduğunu bildirmiş, sonuncu isə o qədər pulu olmadığını demişdir. Bundan sonra o, Ramizə 6.500 manat verməsini, sonra isə işə düzələndə qalan 6.500 manat pulu verə biləcəyini bildirmiş, sonuncu da razılaşmışdır. 14 aprel 2022-ci il tarixdə Ramiz 6.500 manat pulu ona “Mərkəzi kitabxana” adlanan yerin qarşısında istifadəsində olan dövlət qeydiyyat nişanı **-BD-*** nömrəli olan “Tofaş” markalı avtomobilin içərisində oğlu Şahid1 yanında şəxsən vermişdir. Həmin zaman da Zərərçəkmiş şəxs pulu ona verməsinin sonradan sübut olunması məqsədilə notarial qaydada müqavilə bağlamağı ya da pulun verilməsi anının, eləcə də aralarında olan danışığın video lentə alınmasını təklif etmiş, o da notarial qaydada müqavilə bağlanılmasının gərəksiz olduğunu bildirərək, video lentə alınmasına razılıq vermişdir. Həmin zaman Şahid1 telefonla Zərərçəkmiş şəxs ona pul verməsini videoya çəkmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona 65 ədəd 100 manatlıq əskinas olmaqla ümumilikdə 6.500 manat pulu şəxsən vermiş, o da həmin pulu sayaraq götürmüş, həmin pulu isə Bakı şəhərində təsadüfən tanıdığı İsmayıl adında şəxsə vermişdir. Belə ki, 2022-ci ilin təxminən yanvar ayında Bakı şəhərində hazırda xatırlamadığı restoranda yemək yeyən zaman İsmayıl ilə tanış olmuş, həmin vaxt İsmayıl ona polis orqanlarında yüksək vəzifədə işlədiyini, hazırda isə təqaüddə olduğunu, polis orqanlarına işə qəbul ilə bağlı əlaqələrinin olduğunu bildirmişdir. Söhbət zamanı o, İsmayıla Şahid1 Çevik polis alayına işə düzəlmək istədiyini bildirmiş, sonuncu da onunla razılaşaraq əlaqələrinin vasitəsilə edə biləcəyini dediyindən 6.500 manat pulu Zərərçəkmiş şəxs aldıqdan sonra 2022-ci ilin aprel ayının sonlarında Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrostansiyasının yaxınlığında, küçədə İsmayıla şəxsən vermiş, həmin vaxt onların yanında heç kim olmamışdır. Lakin, sonradan İsmayıl işi düzəldə bilməmişdir. İsmayılın əvvəllər onda telefon nömrəsi olsa da, sonradan telefonu dəyişildiyi üçün həmin nömrə hazırda yeni telefonunda yoxdur. 2022-ci ilin təxminən may aylarından sonra İsmayılla əlaqə saxlaya bilmədiyindən sonuncunun hazırda harada olmasını da bilmir. İsmayıldan pulu ala bilmədiyi üçün Ramizə yalandan vədlər verib, müxtəlif bəhanələr gətirib, pulunu qaytara bilməmişdir. Lakin, 2022-ci ilin dekabr ayında 1.500 manat pulunu, geri qalan 5.000 manat pulu isə 14 may 2023-cü il tarixdə Ramizin yeznəsi İmanquluya qaytarmışdır. Həmçinin o, ifadəsində göstərmişdir ki, İsmayıl adlı şəxsin şəxsiyyətinə dair, eləcə də əlaqə vasitələri, telefon nömrəsi barədə heç bir məlumatı yoxdur. İsmayılı təsadüfən Bakı şəhərində restoranda tanımış, sonuncu ona əvvəllər polis orqanlarında işlədiyini, işə düzəltməklə bağlı yüksək əlaqələrinin olduğunu bildirdiyi üçün Şahid1 Çevik polis alayına düzəltməsi üçün 6.500 manat pulu İsmayıla vermişdir. Bununla bağlı onun heç bir maddi marağı olmamışdır. İsmayıl adlı şəxslə onun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə, 2022-ci ilin aprel- may aylarında bir neçə dəfə telefon danışıqları olmuşdur, lakin hazırda sonuncunun nömrəsini xatırlamır, eləcə də aralarında heç bir münasibət yoxdur. İsmayıl adlı şəxsin istifadəsində hansı mobil telefon nömrəsi olmasını xatırlamır. Əməlindən peşmandır. Qeyd edir ki, zərərçəkmiş şəxsə vurduğu zərəri tamamilə ödəyib və sonuncu ilə barışıbdır. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Bunu, habelə cinayət nəticəsində vurduğu zərərin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasına və barəsində olan cinayət təqibinə xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. İşin 18 oktyabr 2023-cü il tarixə təyin olunmuş məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, 2000-ci il tarixdən FHN-nin DYMX-nin Neftçala rayon Dövlət yanğından mühafizə hissəsinin manqa komandiri vəzifəsində işləyir, daxili xidmət baş çavuşudur. Oğlu Şahid1 1999-cu il təvəllüdlüdür. Hərbi xidmət keçsə də heç bir yerdə işləmir. Oğlunu işə düzəltmək istədiyi üçün 2022-ci ilin təxminən aprel ayının əvvəllərində söhbət zamanı FHN-nin DYMX-nin Neftçala rayon Dövlət yanğından mühafizə hissəsinin növbə rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs oğlunun işsiz olduğunu və onu işə düzəltmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə onun oğlunu Daxili İşlər Nazirliyinin Çevik polis alayına polis nəfəri kimi işə düzəldə biləcəyini bildirmiş, həmçinin ona ora işə düzəltmək üçün 13.000 manat pul lazım olduğunu demişdir. O da Eldara o qədər pulu olmadığını bildirən zaman, sonuncu ona ilkin olaraq 6.500 manat pul verməsini, işə çıxandan sonra geri qalanı da ödəyə biləcəyini demişdir. O da razılaşaraq 14 aprel 2022-ci il tarixdə, saat təxminən 13 radələrində, Neftçala rayonu "Mərkəzi kitabxana" adlanan yerin qarşısında istifadəsində olan **-BD-*** dövlət qeydiyyat nişanlı, "Tofaş" markalı avtomobilin içərisində qohum və tanışlarından borc aldığı 6.500 manat pulu şəxsən Təqsirləndirilən şəxs vermiş, sonuncu da həmin pulu sayıb götürmüşdür. O, Təqsirləndirilən şəxs pul verməsini işin alınmadığı halda sübut olunması üçün ya notarial qaydada müqavilə bağlamasını, ya da pulun verilməsi anının, eləcə də aralarında olan razılaşmanın video lentə alınmasını təklif etmiş, sonuncu da video lentə alınmasına razılıq vermişdir. Həmin zaman onların yanında oğlu Şahid1 olmuşdur. Oğlu Şövqi həmin zaman telefonla onun Eldara pul verməsini videoya çəkmişdir. Eldar video çəkiliş zamanı ona təxminən 1 aya işin həll olacağını bildirmişdir. Lakin, həmin vaxtdan bir aydan çox müddət keçməsinə baxmayaraq Eldar verdiyi vədə əməl etmədiyi üçün Eldardan nə səbəbə işin düzəlmədiyini soruşmuşdur. Eldar ona müxtəlif bəhanələr gətirib vaxtı uzatsa da o, verdiyi pulu geri qaytarmasını, əks halda isə barəsində hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirmişdir. Bundan sonra Eldar 2022-ci ilin təxminən dekabr ayında verdiyi puldan 1.500 manat pulunu geri qaytarmışdır. Lakin 5.000 manat pulu isə qaytarmamışdır. Bundan 1 il vaxt keçsə də sonuncu onun pulunu geri qaytarmadığı üçün o, bu barədə rayon prokurorluğuna müraciət etməyi qərara almışdır. O, hər dəfə müxtəlif bəhanələr və vədlər verib, onu aldadaraq pulunu qaytarmamışdır. 2023-cü ilin iyun ayının əvvəlində Eldar artıq prokurorluğa müraciət etdiyini eşitmiş, geri qalan 5.000 manat pulu onun yeznəsi İmanqulu Dadaşova qaytarmışdır. Təqsirləndirilən şəxs ondan 6.500 manat pulu 14 aprel 2022-ci il tarixdə, ünvan 2 ünvanında yerləşən kitabxananın qarşısında, onun maşınının içində oğlunu işə düzəltməsi üçün almışdır. Həmin zaman onların yanında oğlu olmaqla sonuncu pulu Eldara verməsini videoya çəkmişdir. Təqsirləndirilən şəxs ondan oğlu Şahid1 daxili işlər orqanlarına polis nəfəri kimi işə düzəldəcəyi adı ilə 6.500 manat məbləğində pulu alarkən həmin pulu hansısa vəzifəli şəxsə verməsi, eləcə də hansı şəxsin vasitəsilə işə düzəldəcəyi barədə heç bir məlumat verməmişdir. Təqsirləndirilən şəxs ona yuxarı vəzifədə işləyən "dayday" adlandırdığı şəxsin olduğunu, həmin şəxsin vasitəsilə işi həll edəcəyini bildirmişdir. Lakin, həmin şəxsin kim olması, eləcə də hansı vəzifədə işləməsi barədə heç bir məlumat verməmişdir. O da bununla bağlı ondan soruşan zaman həmin şəxsin adını və vəzifəsini ona deməkən imtina etmişdir. Təqsirləndirilən şəxs pulu 6.500 manat məbləğində olan pul vəsaitini milli valyuta ilə 65 ədəd olan 100 manat şəkilində vermişdir. Təqsirləndirilən şəxs ona qarşı etdiyi dələduzluq cinayəti nəticəsində ona ümumilikdə 6.500 manat maddi ziyan vurulmuşdur. Ona görə də prokurorluğa müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər hazırda tam olaraq ödənilib, təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və onunla barışdığını bildirib, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun arvadı X1 doğma qardaşıdır. Zərərçəkmiş şəxs oğlu Şahid1 Çevik polis alayına işə düzəltmək üçün 2022-ci ilin təxminən aprel ayının əvvəllərində sonuncuyla birlikdə FHN-nin DYMX-nin Neftçala rayon Dövlət yanğından mühafizə hissəsində işləyən Təqsirləndirilən şəxs 6.500 manat pul verməsi barədə məlumatı olmuşdur. Belə ki, eşitdiyinə görə qaynı Zərərçəkmiş şəxs oğlunu polis orqanlarına işə düzəltmək üçün Təqsirləndirilən şəxs 6.500 manat məbləğində pul versə də sonuncu vədinə əməl etməməklə Zərərçəkmiş şəxs 6.500 manat pulunu dələduzluq yolu ilə mənimsəmişdir. Zərərçəkmiş şəxs bununla bağlı pulunu geri tələb edən zaman Təqsirləndirilən şəxs 1.500 manat məbləğində pulu geri qaytarmış, lakin yerdə qalan 5.000 manat pulu geri qaytarmaqdan müxtəlif bəhanələr gətirərək yayınmışdır. Bununla bağlı qaynı Zərərçəkmiş şəxs 2023-cü ilin may ayında rayon prokurorluğuna müaciət etmişdir. Rayon prokurorluğuna müraciət etdikdən sonra Təqsirləndirilən şəxs şəhid atası olduğu üçün onun yanına gələrək Zərərçəkmiş şəxs oğlu Şahid1 Çevik polis alayına işə düzəltmək adı ilə aldığı 5.000 manat pulu geri qaytarmaq istədiyini, əməlindən peşman olduğunu, əvəzində isə Zərərçəkmiş şəxs şikayətindən imtina etməsi üçün onun vasitəçilik etməsini xahiş etmişdir. Bu minvalla Təqsirləndirilən şəxs 14 iyun 2023-cü il tarixdə onun yaşadığı evdə zərfin arasında ona 5.000 manat pul vermişdir. O da Təqsirləndirilən şəxsla razılaşmış və verdiyi pulu götürmüşdür. Bundan sonra o, qaynı Zərərçəkmiş şəxs yaşadığı evə gedərək Təqsirləndirilən şəxs ona 5.000 manat pul verdiyini bildirmiş və həmin pulu təhvil vermişdir. Zərərçəkmiş şəxs də pulu ondan aldıqdan sonra Təqsirləndirilən şəxs ilə bağlı şikayətindən imtina edəcəyini bildirmişdir. Bundan başqa onun heç bir şeydən məlumatı olmamışdır. Təqsirləndirilən şəxsla qaynı Zərərçəkmiş şəxs aralarında olan razılaşma barədə onun heç bir məlumatı olmamış, bununla bağlı hər hansı marağı olmamışdır. Şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs müvafiq cinayət əməllərini törətməsi faktı onun özünün səmimi etirafı və zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə yanaşı iş üzrə toplanmış digər sübutlarla da təsdiq olunur. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktı işin məhkəmə baxışı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə işin hüquqi həlli ilə bağlı həmçinin aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 15 noyabr 2023-cü il tarixli qəbzlə müəyyən olunur ki, o, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurduğu 6.500 manat miqdarında ziyanın 25 faizi miqdarında, yəni 1625 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir». İşin faktik halları ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanın əvəzi tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs onunla barışmış və cinayət əməli ilə vurduğu ziyanın 25 faizi miqdarında, yəni 1625 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən «cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda» cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir)». Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən «Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda» məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələr ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair iş üzrə cinayət məsuliyyətindən azad edilsin və onun həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «Başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Samir Quliyev
Məhkəmə qərarları › İş №1(053)-59/2023
Neftçala Rayon Məhkəməsi Qərar — İş №1(053)-59/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver