Məhkəmə qərarları › İş №1(056)-143/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-143/2025

05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-143/2025 05.03.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi, X2 katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Sabirabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə 01 ay 17 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməyən, Sabirabad şəhəri, M.Mirağaoğlu küçəsi, ev 58-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittihama görə o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda olmaqla, 1,001 qram çəkidə 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün əməliyyat-axtarış fəaliyyətinin subyektləri - Sabirabad RPŞnin əməkdaşları - NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid4 və CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 21 mart 2025-ci il tarixdə, saat 18:35 dəqiqədə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində o, Sabirabad şəhəri, Nizami küçəsində yol kənarında piyada hərəkətdə olarkən saxlanılmış, saat 18:35 dəqiqədən 18:47 dəqiqəyədək olan müddət ərzində fasiləsiz video çəkilişdən istifadə etməklə üzərinə baxış keçirilərkən əynində olan qara, qırmızı rəngli damalı köynəyin sol sinə cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,001 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, qudalarının qardaşı Rövşən 17 mart 2025-ci il tarixdə həbsdən azad edilərək evlərinə gəlmiş bütün qohum əqrəbələri onunla görüşməyə getmişlər. Həmin vaxtı Rövşən onun niyə gəlmədiyini soruşduqda xəstələnərək yataqda olduğunu bildirmişlər. Bu səbəbdən xx.xx.2025-ci il tarixdə Rövşən onlara gələrək onunla görüşmüşdür. Həmin vaxt polis əməkdaşı olan Şahid2 onlara gələrək ona baş çəkmək üçün gəldiyini bildirmiş, Rövşənin burda nə etdiyini soruşmuş, o da xəstə olduğundan ona dəyməyə gəldiyini bildirmişdir. Həmin vaxt Taleh Rövşənin qolundan tutaraq aparmaq istəmiş, duz qabından duzu sellofan bükümə tökərək onunla onu şərləyəcəyini bildirmişdir. Həmin vaxt Talehə onun evindən qonağın tutulmasının ayıb olduğunu və narkotik vasitə ilə onu tutmasını bildirmişdir. Bu səbəbdən küçədə cibinə narkotik maddə qoyaraq video çəkiliş etmişlər. Hazırda o, ona bəraət verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 21 mart 2025-ci il tarixdə Sabirabad şəhəri, M.Mirağaoğlu küçəsi, ev 58-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə ona əməliyyat məlumatı daxil olmuş, bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunaraq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin ondan, RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid4 və RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabirabad rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs Sabirabad şəhəri, Nizami küçəsində piyada hərəkət edərkən müşahidə edib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğunu izah edib, üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuşlar. Vüqar da üzərində psixotrop maddə olduğunu bildirərək əynindəki qara və qırmızı rəngli damalı köynəyin sol sinə cibindən içərisində psixotrop maddə metamfetamin olan sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə elə oradaca elektron tərəzidə çəkilmiş və çəkisinin 1,11 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin el arasında “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitəni 2 gün əvvəl Sabirabad şəhəri ərazisində, küçədə yerdən tapdığını bildirmişdir. Həmin bir ədəd sellofan büküm bir ədəd ağ rəngli kağız zərfə qoyulmuş, üzəri DİN-in 139 saylı möhürü ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanaraq qablaşdırılmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiqin xidməti otağına aparılmışdır. Orada Təqsirləndirilən şəxs üzərindən aşkar olunan əşyalara videoçəkilişlə qeydə alınan baxış keçirilmişdir. Onun üzərindən aşkar olunan psixotrop maddə metamfetaminə yenidən baxılmış, həmin maddə elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə metamfetamini 2 gün əvvəl, Sabirabad şəhəri ərazisində piyada yeriyərkən yerdən tapdığını və öz istifadəsi üçün saxladığını, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını və həmin psixotrop maddənin özünə məxsus olduğunu bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Zabit oğlu və Şahid4 Şahid2 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etdilər. Ədliyyə Nazirliyi Məhkəmə X1 Regional Bölməsinin 22 mart 2025-ci il tarixli, 18/251 nömrəli ekspert rəyindən görünür ki; Tədqiqata təqdim olunmuş üzərində: "...Təqsirləndirilən şəxs üzərindən.." sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 1,001 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metafetamin təmiz çəkisi 1,001 qramdan tədqiqata 0,10 qramı istifadə edilmiş, 0,901 qramı qalıq qalmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1957 nömrəli rəyindən görünür ki. “Müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən RNM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan Sabirabad RİHB-nın Şəhər ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şifahi və yazılı şikayət daxil olmayıb. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Əliyev X3 Rayon Məhkəməsinin 14 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 9 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 1 ay 17 gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs göstərilən cinayəti əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin törətməsini etiraf etməməsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs sağalmlıq vəziyyətini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə eyni zamanda Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı qeyd edir ki, tələbnamədən görünür ki, sonuncunun Sabirabad Rayon Məhkəməsinin 14 fevral 2025-ci il il tarixli hökmü üzrə məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənilməmişdir. Azərbaycan Respublikası CM-nın 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır Azərbaycan Respublikası CM-nın 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Azərbaycan Respublikası CM-nın 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı və cəzanın müddəti həmin maddədə göstərilən azadlıqdan mərhum etmənin yuxarı həddinin yarısından az olmamalıdır. Cəzaçəkmə müəssisəsinin növününü müəyyənləşdirilməsinə gəldikdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə-azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Sabirbad Rayon Məhkəməsinin 05 noyabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmişdir. Əldə edilmiş axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 fevral 2026-ci il tarixdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən ona təyin olunmuş cəzadan CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla şübhəli şəxs qismində tutulmuş olduğu müddət çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə, qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2026-cı il tarixdən hesablanmasını, onun, narkomaniyadan məcburi müalicə olunmalı olmasını, onun barəsində seçilmiş «həbs» qətimkan tədbirinin ləğv edilməməli olmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 manat məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməli olmasını, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı tədqiqatdan sonra qalıq tədqiqatdan sonra çəkisi 0,901 qram qalmış narkotik vasitə metamfetaminin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli olmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanıldığı 2 (iki) gün müddət ona təyin olunmuş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan və Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,901 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs dispanser qeydiyyatında olması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar