Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-30/2025 01.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ X33 Yaqub oğlunun sədrliyi, X21 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X18 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Salyan rayonu Boranıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu Boranıkənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü il noyabrın 14-ü və 17-si tarixlərində günün ikinci yarısında Salyan rayonu Boranıkənd kəndində yerləşən otlaq sahəsində öz otardığı xırdabuynuzlu heyvanlarla birlikdə otlayan Salyan rayonu Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanları sahibsiz vəziyyətə gətirdikdən sonra vahid niyyətlə hər üçü dişi cinsli olmaqla 3 illik, diri halda çəkisi 55 kq, dəyəri 500 manat, 2 illik, diri halda çəkisi 51 kq, dəyəri 470 manat və 4 illik, diri halda çəkisi 57 kq, dəyəri 530 manat olan 3 baş xırdabuynuzlu heyvanı gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1500 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. 2024-cü ilin noyabr ayında aylıq 250 manat haqq müqabilində X12 məxsus xırdabuynuzlu heyvanları Salyan rayonu Boranıkənd kəndi ərazisində olan otlaq sahəsində otarmaqla məşğul olmuşdur. 14 noyabr 2024-cü il tarixdə günün ikinci yarısında Müşfiqin oğlu Semral da onunla birlikdə heyvanlarını otarmışdır. Maddi cəhətdən çətinlik çəkdiyi üçün o, Müşfiqə məxsus heyvanlardan 3 baş heyvanı 2 dəfəyə oğurlamışdır. Neftçala rayonu Qırmızıkənd kəndində yaşayan Şahid2 zəng edərək bir baş xırdabuynuzlu heyvanının olduğunu və onu satmaq istədiyini demiş, Yavər ona heyvanı onun yaşadığı ünvana göndərəcəyi təqdirdə alacağını demiş, onlar 410 manata razılaşmışlar. O, Semralı kənd ərazisində yerləşən mağazaya göndərmiş, Semral getdikdən sonra taksi kimi fəaliyyət göstərən Razimə zəng edərək bir baş xırdabuynuzlu heyvanı Neftçala rayonuna aparmasını demiş, bunun müqabilində 20 manat pul vermişdir. Razim həmin heyvanlar olan otlaq sahəsində gəldikdə Müşfiqin heyvanlarından birini tutub onun maşının baqajına qoymuş, Razim heyvanı onun dediyi ünvana aparmış, heyvanı Yavərə təhvil vermişdir. Razim o, kənd ərazisinə gəldikdən sonra Yavərin verdiyi 410 manat pulu ona vermişdir. 17 noyabr 2024-cü il tarixdə günün ikinci yarısında o, yenə də Yavərə zəng edərək eyni qaydada 2 baş heyvan satdığını demiş, Yavərlə hər bir heyvan üçün 410 manata razılaşmışlar. O, yenə də Semralı kənd ərazisində yerləşən mağazaya göndərmiş, Semral gedən kimi Razimə zəng edərək onu otlaq sahəsinə çağırmış, Razim gəldikdən sonra Müşfiqin heyvanlarından iki baş xirdbuynuzlu heyvanı tutub ona vermiş və yenə də Yavərin ünvanına aparmalı olduğunu demiş, Razimə 20 manat xidmət haqqı vermişdir. Razim heyvanları Yavərə verdikdən sonra 820 manat pulu alıb gətirib ona vermişdir. 18 noyabr 2024-cü il tarixdə Müşfiq ona zəng edərək üç baş heyvanın itdiyini demiş və onun bu barədə bir şey bilib-bilmədiyini soruşmuşdur. O, Müşfiqə bu barədə heç bir məlumatının olmadığını demişdir. 20 noyabr 2024-cü il tarixdə saat 12:00 radələrində yaşadığı Salyan rayonu Boranıkənd kəndində polis əməkdaşları ona yaxınlaşaraq oğurluqda şübhəli oldugunu bildirərək rayon polis şöbəsinə dəvət etmişlər. O, törətdiyi əməli etiraf etmişdir. Heyvanların oğurluq olmasından Yavər və Razimin xəbəri olmamışdır. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir. Ailəsində yeganə qazanc gətirən şəxsdir, himayəsində iki azyaşlı uşaqları vardır. Ona görə də ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün etirafı, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş zərər çəkmiş şəxsin və şahidin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Salyan rayonu Boranıkənd kəndində yaşayır. Fövqəladə Hallar Nazirliyinin X2 böyük yanğınsöndürən vəzifəsində işləyir. 2024cü ilin noyabr ayında onun özünə məxsus 40 baş xırdabuynuzlu heyvanı var imiş. Bəzən o, bəzən də oğlu Semral həmin heyvanları kənd ərazisində yerləşən otlaq sahələrində otarırmışlar. 14 noyabr 2024-cü il tarixdə heyvanları oğlu Semral otlaq sahəsində otardıqdan sonra evə gətirmiş. Onlar həmişə axşam heyvanları saxlanc yerinə salmamışdan qabaq sayırmışlar. Həmin günü heyvanları sayan zaman bir baş xırdabuynuzlu heyvanın olmadığını aşkar etmişlər. Həmin günü və ondan sonrakı günlərdə heyvanın itdiyini düşüb kənd ərazisini axtarmışlar. Lakin, heyvanı tapa bilməmişlər. Bu barədə rəsmi şəkildə heç bir yerə müraciət etməmişlər. 17 noyabr 2024-cü il tarixdə də oğlu Semral axşam heyvanları evə gətirdikdən sonra sayan zaman iki baş xırdabuynuzlu heyvanın əksik olduğunu müəyyən etmişdir. Həmin gün Semralla Güdüz heyvanları qoşaraq birlikdə otarmışlar. Ona görə də Semral Gündüzə zəng edərək onun heyvanlarına onların heyvanlarından qoşulub-qoşulmadığını soruşmuş, Gündüz qoyunlarına başqa qoyunların qoşulmadığını demişdir. Bundan sonra Semralla qohum-qonşularla birlikdə heyvanları otardığı otlaq sahəsinə gedərək qoyunları axtarmışlar. Lakin, qoyunları tapa bilməmişlər. Həmin günü o işdə olduğundan heyvanların oğurlanmasını ona gecə demişlər. O, ilk öncə heyvanların itə biləcəyini düşündüyü üçün bu barədə Daxili İşlər Nazirliyinə məlumat verməmiş, 18 noyabr tarixində kənd ərazisini axtarmış, lakin heyvanlarını tapa bilməmişdir. Həmin gün Gündüzə zəng edərək üç baş heyvanının itdiyini deyib onun bu barədə nəsə bilib-bilmədiyimi soruşmuş, Gündüz ona bu barədə heç bir məlumatının olmadığını demişdir. Bundan sonra o, Semraldan 14 və 17 noyabr tarixlərində heyvanları harada və kiminlə otardığını soruşmuş, Semral ona heyvanları kənd ərazisindəki otlaq sahəsində otardığını, başqa yerə aparmadığını və həmin ərazilərdə heyvanları otaran zaman onların heyvanlarının Gündüzün otardığı heyvanlara qoşduğunu bildirmişdir. O, Semraldan heyvanları Gündüzlə birlikdə otaran zaman heyvanları tərk edərək harasa gedib-getmədiyini soruşmuş, Semral ona Gündüzlə heyvanları otaran zaman Gündüzün onu 14 və 17 noyabr tarixlərində günün ikinci yarasında kənd ərazisində yerləşən mağazaya siqaret almağa göndərdiyini demişdir. O bundan sonra heyvanlarını Gündüzün oğurladığından şübhələnməyə başlamışdır. Buna görə də 19 noyabr 2024-cü il tarixdə DİN-in 102 Xidmətinə zəng edərək 4 baş xırdabuynuzlu heyvanının oğurlandığını və onun qoyunlarını Gündüzün oğurlamasından şübhələndiyini demişdir. Bir qədər sonra kənd sakini Şahid1 ona zəng edərək 14 və 17 noyabr tarixlərində Gündüzün üç baş xırdabuynuzlu heyvanı otlaq sahəsindən onun vasitəsilə Neftçala rayonuna tanımadığı şəxsin ünvanına göndərdiyini bildirmişdir. O da Razimlə birlikdə Neftçala rayonu Qırımızıkənd kəndinə Yavər adlı şəxsin evinə getmiş, Yavərə onun 3 baş xırdabuynuzlu heyvanının oğurlandığını, buna görə də 14 və 17 noyabr tarixlərində Razimin onun evinə gətirdiyi heyvanlara baxmaq istədiklərini bildirmişlər. Yavər də onları heyvanları saxladığı yerə apararaq həmin heyvanları göstərmiş, o, heyvanlara baxan kimi öz heyvanlarını tanımış və Yavərə həmin heyvanların ona məxsus olduğunu demişdir. Yavər ona həmin heyvanları 1230 manata Gündüzdən aldığını, heyvanların oğurluq olduğunu bilmədiyini demişdir. O dərhal bu barədə rayon polis şöbəsinə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır. Onunla əvvəllər normal münasibəti olmuşdur. O dərsdən kənar vaxtlarda onlara məxsus xırdabuynuzlu heyvanları kənd ərazisində otarmaqla məşğul olur, Gündüz isə çoban işləyir. Onlar bəzən heyvanları otlaq sahəsində qoşaraq bir otarırmışlar. 14 noyabr 2024cü il tarixdə günün ikinci yarısında o, Gündüzlə heyvanları qoşaraq bir otarmışlar. Gündüz ondan olduqları yerdən xeyli aralıda olan mağazadan siqaret almaq üçün pul vermiş və o gələnə qədər onun heyvanlarına baxacağını demişdir. O da piyada Gündüz üçün siqaret almağa getmiş, mağaza olduqları yerdən təxminən 30-40 dəqiqəlik məsafədə yerləşmişdir. Siqaret alıb geri qayıtmış və siqareti Gündüzə vermiş, bir qədər də heyvanları otardıqdan sonra evə getmişlər. Həmin gün axşam heyvanları sayanda bir baş heyvanın əksik olduğunu müəyyən etmişlər. Həmin gün və ondan sonrakı günlərdə heyvanın itdiyini düşünüb kənd ərazisini axtarmışlar. Lakin, heyvanı tapa bilməmişlər. 17 noyabr 2024-cü il tarixdə günün ikinci yarısında yenə də o Gündüzlə heyvanları qoşaraq otarmışlar. Gündüz bu dəfə də ondan siqaret almağını istəmiş, o da mağazaya gedib onun üçün siqaret almışdır. Axşam evdə heyvanları sayan zaman 2 baş heyvanın olmadığını aşkar etmişlər. Dərhal Gündüzə zəng edib onun heyvanlarından Gündüzün heyvanlarına qoşulubqoşulmadığını soruşmuş, Gündüz heyvanların onun heyvanlarına qoşulmadığını demişdir. O, ilk öncə işdə olan atasına bu barədə deməmiş, qohum-qonşularla heyvanları kənd ərazisində axtarsalar da tapa bilməmişlər. Bundan sonra o, atasına heyvanların itdiyini demişdir. 18 noyabr 2024-cü il tarixdə atası işdən gəlmiş və həmin günü o da heyvanları axtarmış, lakin, onlar heyvanları tapa bilməmişlər. Sonra atası ondan bir daha 14 və 17 noyabr tarixlərində heyvanları harada və kiminlə otardığını soruşmuş, o atasına heyvanları kənd ərazisindəki otlaq sahəsində otardığını, başqa yerə aparmadığını və həmin ərazilərdə heyvanları otaran zaman o heyvanları Gündüzün otardığı heyvanlara qoşduğunu demişdir. Atası ondan heyvanları Gündüzlə birlikdə otaran zaman heyvanları tərk edərək harasa gedib-getmədiyini soruşmuş, o, atasına Gündüzlə heyvanları otaran zaman Gündüzün onu kənd ərazisində yerləşən mağazaya siqaret almağa göndərdiyini demişdir. Atası bundan sonra ona Gündüzün onların heyvanları oğurlaya biləcəyini demiş. Sonra atası Gündüzə zəng etmiş və heyvanlarından 3 baş əksik olduğunu və onun bu barədə məlumatının olub-olmadığını soruşmuş, Gündüz bu barədə heç bir məlumatının olmadığını demişdir. Sonradan ona məlum olmuşdur ki, onların heyvanlarını o, siqaret alan zaman Gündüz oğurlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. O yaşadığı Neftçala rayonu Qırmızıkənd kəndində yerləşən evin həyətində xırdabuynuzlu heyvan saxlamaqla məşğul olur. Təqsirləndirilən şəxs mal-qara alverçisi kimi tanıyır. 14 noyabr 2024-cü il tarixdə o, Gündüzdən bir baş qoyun almışdır. Gündüz həmin heyvanı “Vaz 2106” markalı avtomobillə onun ünvanına göndərmişdir. O, heyvanı bəyəndiyi üçün 410 manat pul verib almışdır. 17 noyabr 2024-cü il tarixdə Gündüzdən yenidən 2 baş qoyun almış, sonuncu həmin heyvanları da taksi ilə göndərmişdir. O, 2 baş heyvan üçün taksi sürücüsü Razimə Gündüzə çatması üçün 820 manat pul vermişdir. Sonradan adını öyrəndiyi Müşfiq adlı şəxs taksi sürücüsü Razimlə birlikdə onun ünvanına gələrək 3 baş qoyunun oğurlandığını buna görə Razimin onun evinə gətirdiyi heyvanlara baxmaq istədiyini demiş, onlara heyvanları göstərmiş, Müşfiq heyvanların ona məxsus olduğunu bildirmişdir. Onun heyvanların oğurluq olması barədə heç bir məlumatı olmamışdır. Ümumilikdə həmin heyvanları almaq üçün Gündüzə 1230 manat pul vermişdir. Gündüz verdiyi pulu tam qaydada ona qaytarmış, o, da 3 baş qoyunu Müşfiqə qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. O idarə etdiyi “Vaz 2106” markalı avtomobili ilə Salyan rayonu Boranıkənd kəndi ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Müşfiq onun qonşusudur. Gündüzü həmkəndli kimi tanıyır. 14 noyabr 2024-cü il tarixdə Gündüz ona zəng edərək ona məxsus bir baş qoyunu Neftçala rayonu Qırmızıkənd kəndinə aparmasını təklif etmiş, o, da Gündüzdən 15 manat zəhmət haqqı almaqla heyvanı deyilən ünvana -ünvan 3 verdiyi 410 manat pulu gətirib Gündüzə vermişdir. 17 noyabr 2024-cü il tarixdə yenidən Gündüz ona zəng edərək iki baş qoyunu Yavərin evinə aparmasını təklif etmiş, o, da Gündüzün olduğu kənd ərazisində yerləşən otlaq sahəsinə gələrək heyvanları maşına mindirib Yavərin ünvanına aparıb təhvil vermiş, Gündüzdən zəhmət haqqı kimi 20 manat almış, Yavərin verdiyi 820 manat pulu gətirib Gündüzə vermişdir. Bir neçə gün sonra Müşfiq qoyunlarının itdiyini demiş, o da Gündüzün onun vasitəsi ilə 3 baş xırdabuynuzlu heyvanını Neftçala rayonuna aparıb satdığını bildirmişdir. Müşfiqlə birlikdə Neftçala rayonu Qırmızıkənd kəndinə Yavərin evinə getmiş, orada Müşfiq qoyunlarını tanımışdır. Həmin heyvanlar Müşfiqə qaytarılmışdır. Heyvanların oğurluq olmasından onun xəbəri olmamışdır. İş materiallarında olan Salyan rayonu Boranıkənd kənd sakini Zərərçəkmiş şəxs Salyan RPŞ-yə ünvanladığı 20 noyabr 2024-cü il tarixli ərizəsindən görünür ki, o, 3 baş qoyununun həmkəndlisi Təqsirləndirilən şəxs Qurban oğlu tərəfindən oğurlanması barədə məlumat almışdır. Onun barəsində qanuni tədbir görüb cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Elşad Bağırlı tərəfindən Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X7, Salyan RPŞ-nin İTB-nin sahə rəisi X8, Salyan rayonu Boranıkənd kənd sakini Zərərçəkmiş şəxs, hal şahidləri X3, X5 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 15:50-dən saat 16:20-dək Zərərçəkmiş şəxs 3 baş xırdabuynuzlu heyvanının oğurlandığı yerə baxış keçirilmişdir. Baxış zamanı 3 baş xırdabuynuzlu heyvanın Salyan rayonu Boranıkənd kəndində otlaq sahəsindən oğurlandığı, otlaq sahəsinin ətrafının açıq olması, ətrafda ağac və bitkilərin olması, sahəyə avtomobil yolunun getməsi müəyyən olunmuşdur. Baxış zamanı ətrafda sübut əhəmiyyətli predmetlərin olmaması müəyyən olunmuş, bu barədə protokol tərtib olunmuş və fotoşəkillər əlavə olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X15 RPŞ-yə verdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu Boranıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus 3 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən şəxsin Salyan rayonu Boranıkənd kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Samir Eynullazadə tərəfindən hal şahidləri Neftçala rayonu Qırmızıkənd kənd sakinləri X16, X17 və Şahid2 iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli “təqdim olunmuş heyvana baxış keçirilməsi barədə” protokoldan, ona əlavə olunmuş fotocədvəldən və qərardan görünür ki, Şahid2 Salyan RPŞ-yə təqdim etdiyi 3 baş xırdabuynuzlu heyvan iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən baxış keçirilərək götürülmüşdür. Neftçala rayonu Qırmızıkənd kəndində Şahid2 məxsus fərdi yaşayış evinin həyətində sonuncu hər biri dişi cinsli olmaqla 3 baş xırdabuynuzlu heyvanı onlara təqdim edərək həmin heyvanları noyabrın 14 -ü və 17-si noyabr tarixlərində Təqsirləndirilən şəxs ümumilikdə 1230 manat pul verməklə aldığını bildirmişdir. Təqdim edilmiş heyvanlar 3 illik, diri halda çəkisi 55 kq; 2 illik diri halda çəkisi 51 kq və 4 illik diri halda çəkisi 57 kq-dır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Samir Eynullazadə tərəfindən hal şahidləri Neftçala rayonu Qırmızıkənd kənd sakinləri X9, X13 və Zərərçəkmiş şəxs iştirakları ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli “heyvanlara baxış keçirilməsi və saxlanılması üçün verilməsi barədə” protokoldan, ona əlavə fotocədvəldən və qərardan görünür ki, Şahid2 təqdim etdiyi tərəflərindən baxış keçirilərək götürülmüş 3 baş xırdabuynuzlu heyvan saxlanılması üçün Zərərçəkmiş şəxs verilmişdir. Zərərçəkmiş şəxs ona göstərilən 3 baş dişi cinsli 3 illik diri halda çəkisi 55 kq; 2 illik diri halda çəkisi 51 kq və 4 illik diri halda çəkisi 57 kq olan heyvanların ona məxsus olduğunu bildirmişdir. Qeyd olunan heyvanlar maddi sübut əhəmiyyətinə malik olduqları üçün məhkəməyədək saxlanılmaları üçün Zərərçəkmiş şəxs verilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Samir Eynullazadə tərəfindən qəbul edilmiş 22 noyabr 2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgə əmlakını gizli olaraq talamaq məqsədilə Salyan rayonu Boranıkənd kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus olan gizli yolla talayıb oğurladığı 3 illik, diri halda çəkisi 52 kq olan 1 baş dişi cinsli, 2 illik, diri halda çəkisi 58 kq olan 1 baş dişi cinsli və 3 illik, diri halda çəkisi 56 kq olan 1 baş dişi cinsli olmaqla ümumilikdə 1500 manat dəyərində 3 baş xırdabuynuzlu heyvan (qoyun) işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Salyan RPŞ-yə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə Salyan RPŞ-yə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs onun 3 baş qoyununu oğurlaması barədə şikayət etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödədiyi üçün ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim olunmuş Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 1500 manat ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Samir Eynullazadə tərəfindən qəbul edilmiş 03 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış, icraata qəbul edilərək istintaqın aparılması və baş vermiş cinayət hadisəsi nəticəsində Zərərçəkmiş şəxs maddi ziyan vurulduğundan iş üzrə zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Samir Eynullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Samir Eynullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Samir Eynullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “şahidin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” qərardan görünür ki, yetkinlik yaşına çatmayan Şahid3 valideyni Zərərçəkmiş şəxs qanuni nümayəndə qismində təyin edilməklə ona hüquq və vəzifələri izah edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziriyi yanında Aqrar Xidmətlər Agentliyi Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin rəisi Ramil Əmrahovun verdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Salyan RPŞ-nin xx.xx.2025-ci il tarixli 3-22-1-2-47/2-1/2025 saylı məktubuna cavab olaraq göstərmişdir ki, 2024-cü ilin noyabr ayı ərzində Salyan rayonu ərazisində yerləşən heyvan bazarında xırdabuynuzlu heyvanın (qoyunun) satış qiyməti aşağıdakı kimi göstərilmişdir: 1) 3 illik, diri halda çəkisi 55 kq olan 1 baş dişi cinsli -500 manat dəyərində, 2) 2 illik, diri halda çəkisi 51 kq olan 1 baş dişi cinsli -470 manat dəyərində, 4) 4 illik, diri halda çəkisi 57 kq olan 1 baş dişi cinsli -530 manat dəyərindədir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Samir Eynullazadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, istintaq hərəkəti həmin tarixdə saat 15:30-dan 16:00-dək Salyan rayonu Boranıkənd kəndində yerləşən, 14 və 17 noyabr 2024-cü il tarixlərdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 3 baş xırdabuynuzlu heyvanı oğurladığı otlaq sahəsində aparılmış, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı o, Salyan rayonu Boranıkənd kəndi ərazisində yerləşən otlaq sahəsində Zərərçəkmiş şəxs məxsus 3 baş xırdabuynuzlu heyvanı oğurladığı yeri göstərməklə bir daha ifadəsini təsdiq etmişdir. İş materiallarında olan Salyan rayon İHB-nın Şorsulu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-71-70/2-1105/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan Boranıkənd kəndində yaşayır, onun ailə tərkibi anası -1960-cı il təvəllüdlü X10, arvadı -1993-cü il təvəllüdlü X14, qızı -2011-ci il təvəllüdlü X6, oğlu- 2021-ci il təvəllüdlü X11 ibarətdir. İş materiallarında olan Salyan rayon İHB-nın Şorsulu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, X6 xx.xx.2011-ci ildə, X20 xx.xx.2021-ci ildə anadan olmuşlar, ataları Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan Salyan RMX-nin 05 dekabr 2024-cü il tarixli 18-1-68/2-2249/2024 saylı arayışından görünür ki, Salyan rayonu Şorsulu kəndində yaşayan xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Samir Eynullazadə tərəfindən qəbul edilmiş “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 2025-ci il yanvarın 06-da Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; onun barəsində CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş; Şahid2 və Şahid1 əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barələrində cinayət təqibinin başlanılması rədd edilmiş; zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus və məhkəməyədək saxlanılması üçün sahibinə qaytarılmış 3 baş xırda buynuzlu heyvan iş üzrə maddi sübut kimi, təqsirləndirilən şəxs, zərərçəkmiş və şahid ifadələri, ifadənin yerində yoxlanılması protokolu, hadisə yerinə baxış protokolu, Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin xx.xx.2025-ci il tarixli 3-22-1-2-47/2-1/2025 nömrəli məktubu və digər istintaq hərəkətlərinin protokol və sənədləri sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2024-cü il noyabrın 14-ü və 17-si tarixlərində günün ikinci yarısında Salyan rayonu Boranıkənd kəndində yerləşən otlaq sahəsində öz otardığı xırdabuynuzlu heyvanlarla birlikdə otlayan Salyan rayonu Təzəkənd kənd sakini Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanları sahibsiz vəziyyətə gətirdikdən sonra vahid niyyətlə hər üçü dişi cinsli olmaqla 3 illik, diri halda çəkisi 55 kq, dəyəri 500 manat, 2 illik, diri halda çəkisi 51 kq, dəyəri 470 manat və 4 illik, diri halda çəkisi 57 kq, dəyəri 530 manat olan 3 baş xırdabuynuzlu heyvanı gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1500 manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayət əməlini törətməsi bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi iləndə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59, 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayəti törətmiş şəxslərin himayəsində azyaşlı uşağının olması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində iki azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi qəbul edir, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aylıq qazancının 15 (on beş) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların hər hansı birinin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Əksinə, məhkəmə iclasında müəyyən olundu ki, zərər çəkmiş şəxsə dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tamamilə aradan qaldırılmış, zərər çəkmiş şəxslə barışıq əldə olunmuş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları vardır, törətdiyi əməlindən səmimi peşman olmuşdur, ailədə yeganə qazanc gətirən şəxsdir, ilk dəfə məhkəmə məsuliyyətinə cəlb olunur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq islah işləri cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin təmin olunması üçün tam kifayət edər. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 3 baş xırdabuynuzlu heyvanın saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 15 (on beş) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulan vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 3 baş xırdabuynuzlu heyvanın saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(057)-30/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-30/2025
01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver