Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-16/2021 12.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2001-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Sumqayıt şəhəri, 29-cu məhəllə, yataqxana 4, otaq 18-də qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 10.08.2019-cu il tarixdə saat 23:00 radələrində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunu»nun 29-cu maddəsinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməyərək nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan texniki cəhətdən saz olan «Zontes Sport» markalı motosikletlə Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə üzü «Esmira» şadlıq sarayı istiqamətində hərəkətdə olarkən, «Şəfqət» klinikasının qarşısındakı ərazidə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli olduğu halda buna riayət etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək idarə etdiyi motosikletlə avtomaşın yolunu soldan sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs Əfsər qızını vuraraq, nəticədə ehtiyatsızlıqdan sonuncuya sol incik sümüyünün distal metafizinin natamam, yerdəyişməyən sınığı, döş qəfəsin ön səthinin, sağ qaşüstü nahiyəsinin, alt dodaq nahiyəsinin əzilmiş sıyrılmış yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər yetirərək yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmaqla əsgər kimi xidmət aparmış, Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək iştirak etmiş və hərbi xidməti başa vuraraq yaşadığı Sumqayıt şəhəri, 29-cu məhəllə, yataqxana 4, otaq 18-ə qayıtmışdır. 2019-cu ilin təxminən may ayında Bakı şəhərində tanımadığı şəxsdən 1000 manata «Zontes Sport» markalı motosikleti almışdır. Onun motosikleti idarə etmək üçün sürücülük vəsiqəsi olmamış, motosikleti aldığı müddətdə 18 yaşı tamam olmadığı üçün yaşının tamam olmasını gözləmişdir. Həmin «Zontes Sport» markalı motosikletlə hər gün yaşadığı 29-cu məhəllə ərazisindən çıxıb Sumqayıt şəhəri, Yaşıl dərə bağlar sahəsində yerləşən mebel sexinə gedib-gəlmişdir. İbrahim Sayılov onun dostudur. 10.08.2019-cu il tarixdə, saat 23 radələrində dostu İbrahimlə birlikdə idarə etdiyi motosikletlə onun yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindəki evinə idarə etdiyi «Zontes Sport» markalı motosikletlə gedərkən, dostu İbrahim motosikletin yedəyində olmuşdur. Motosikleti Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə Esmira şadlıq evi istiqamətində 40 km/saat hərəkət etmişdir. Sumqayıt şəhəri, 26-cı məhəllədəki «Şəfqət» klinikasının qarşısına çatdıqda yolun solunda orta zolaqda bir piyada qadının azyaşlı uşağı ilə birlikdə dayandığını, daha doğrusu piyadanın zolaqdan düşüb sarı zolağın üstündə, azyaşlı uşağın isə orta zolağın üstündə dayandığını görmüşdür. Həmin vaxtı motosikleti yolun sol zolağı ilə hərəkət etdirdiyi üçün sükanı sağa tərəf çəkmişdir. Piyada qadın azyaşlı uşağı ilə birlikdə yola daxil olub yolun sağına tərəf getməyə başlamışdır. O bunu görüb sükanı sola tərəf döndərmişdir. Lakin həmin vaxtı piyada qadın yolun soluna tərəf dönüb qayıtmışdır. Həmin vaxtı artıq motosikletlə piyada arasında məsafə az olduğundan o, motosikletə tormoz vermişdir ki, hadisənin qarşısını alsın, lakin həmin vaxtı motosikletin qabaq təkəri piyada qadına dəymiş və motosiklet aşdığı üçün həm özü, həm də motosikletin yedəyində olan dostu İbrahim yerə yıxılmışlar. Hadisə zamanı o, özü yüngül xəsarət almış, piyada qadın da xəsarət almış, dostu İbrahim isə heç bir bədən xəsarəti almamışdır. Hadisə yerinə çoxlu sayda adam toplaşmış, kimsə təcili yardıma zəng vurduğu üçün hadisə yerinə gəlmiş təcili yardım maşını ilə o İbrahimlə birlikdə piyada qadını xəstəxanaya aparmışlar. O, yüngül xəsarət aldığından ekspertiza müayinəsindən keçmək istəməmişdir. Hadisə vaxtı piyada qadını təxminən 20 metrlik məsafədən yolun orta zolağında dayanmış görmüş, piyada qadın sarı zolağın üstünə düşmüş vəziyyətdə olmuş, yanındakı azyaşlı uşaq isə zolağın üstündə dayanmış vəziyyətdə olmuş, o, sükanı sağa çəkdikdə, piyada qadın adi yerişlə yolun hərəkət hissəsinə daxil olub sağa doğru yolu keçmək istəmişdir. Lakin o, sola motosikleti döndərdikdə piyada qadın qayıdaraq yolun soluna tərəf gəldikdə, o, idarəetməni itirmiş və ara məsafəsi az olduğundan piyada qadının sol tərəfindən motosikletin qabaq təkəri ilə vurmuşdur. Hadisə baş verən ərazidə motosikleti təxminən 40 km/saat sürətlə hərəkət etdirmiş, təhlükə hiss etdiyi anda motosikletə tormoz etmiş, lakin hadisənin qarşısını ala bilməyib piyada qadını vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək iştirak etdiyini nəzərə alınaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs Əfsər qızı 29.07.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı şikayətinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Əfsər qızının elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs Əfsər qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 10.08.2019-cu il tarixdə, saat 23 radələrində azyaşlı uşağı ilə birlikdə Sumqayıt şəhəri S.Vurğun küçəsini keçib yolun o biri tərəfindən pomidor alıb evə qayıdırmış, gözləri zəif gördüyündən yolu Bərpa xəstəxanasının qarşısından keçib evə getmək istəyirdi. Həmin vaxt motrosiklet qabaq təkəri ilə gəlib onu vurmuş, o yerə yıxılmış, azyaşlı uşağına isə heç nə olmamış, o heç bir xəsarət almamışdır. Həmin vaxt motosiklet də aşıb dayanmış, daha sonra onun sürücüsü və yanında olan tanımadığı şəxs yerdən qalxıb birlikdə ona yaxınlaşıb ətrafa toplaşanlar birlikdə onu asfalt yolundan kənara aparmışlar. Kimsə təcili-tibbi yardıma zəng etdiyi üçün bir neçə dəqiqədən sonra təcili-tibbi yardım maşını gəlmiş və məni Sumqayıt şəhər TTYX-na aparmışlar. Motosikletin sürücüsü və yanında olan şəxs də onunla birlikdə xəstəxanaya getmişdir. Məhkəmədə şahid Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin YPX-nin inspektoru X2 ifadəsində göstərdi ki, 10.08.2019-cu il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri ərazisində xidmətdə olduğu vaxt Sumqayıt şəhəri, S.Vurğün küçəsində «Şəfəq» klinikasının qarşısında yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal o iş yoldaşı, Sumqayıt şəhər Pİ-nin DYPŞ-nin YPX-nin inspektoru vəzifəsində xidmət aparan X3 ilə birlikdə xidməti avtomobil ilə hadisə yerinə getmişlər. Hadisə yerinə gedəndən sonra onlara məlum olmuşdur ki, bir az əvvəl Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi dövlət nömrə nişanı olmayan «Zontes» markalı motosikletlə Sumqayıt şəhəri, S.Vurğun küçəsi ilə «Esmira» şadlıq sarayı istiqamətində olarkən «Şəfqət» klinikasının qarşısındakı ərazidə yolu soldan sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs Əfsər qızını ehtiyatsızlıqdan vurmuş və sonra həmin qadını hadisə yerinə gələn təcili-tibbi yardım maşını ilə Sumqayıt şəhər TTYX-na aparmışdır. Bundan sonra sürücü Təqsirləndirilən şəxs hadisə yerinə qayıdaraq onun, hal şahidlərinin iştirakı ilə müayinə olunmuş, hadisə yerinin foto şəkilləri, hadisə yerinin sxemi çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. «Zontes Sport» markalı motosikletin sürücüsünün hadisə yerindən qaçması halları baş verməmişdir. O iş yoldaşı İsa Hüseynovla birlikdə yol-nəqliyyat hadisəsinin baş verdiyi əraziyə gedən zaman sürücü Təqsirləndirilən şəxs piyada Zərərçəkmiş şəxs ilə birlikdə hadisə yerinə gələn təcili-tibbi yardım maşını ilə Sumqayıt şəhər TTYX-na getmişdir. Oradan sonra yenidən hadisənin baş verdiyi yerə geri qayıtmışlar. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 28.08.2019-cu il tarixli, 16 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol incik sümüyünün distal metafizinin natamam, yerdəyişməyən sınığı, döş qəfəsin ön səthinin, sağ qaşüstü nahiyəsinin, alt dodaq nahiyəsinin əzilmiş sıyrılmış yarasından ibarət bədən xəsarəti aşkar edilmişdir. Aşkar olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən yetirilmiş, qərardakı göstərilən 10.08.2019cu il tarixdə YNH-si zamanı əmələ gələ bilərdi. Aşkar edilən xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 14.10.2019-cu il tarixli, 25581 saylı rəyindən görünür ki, «Zontes» markalı, dövlət qeydiyyat nişanı olmayan motosikletin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1 -ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Zontes» markalı motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Zontes» markalı motosikleti qeydiyyat şəhadətnaməsi və sürücülük vəsiqəsi olmadan nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarına əlavə olunmuş Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin 10.09.2019-cu il tarixli 302-3321-1219 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına kompyuter bazasına əsasən sürücülük vəsiqəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, Təqsirləndirilən şəxs hazırki cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olduğunu, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin verilmiş tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş hərbi biletin surətindən görünür ki, Hüseynov X1 rayonu istiq amətində gedən döyüşlərdə 27.09.2020-ci il tarixdən 10.11.2020-ci il tarixədək iştirak etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1, 59.1.2, 59.1.12, 59.1.14 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanı tam ödəməsi, törətdiyi əməli səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və İİ Qarabağ müharibəsində döyüşlərdə iştirak etməsini cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən, yəni 10.08.2019-cu il tarixdə o, yetkinlik yaşına çatmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, CM-nin 85.2-ci maddəsinə əsasən cərimə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 20 aprel 2020-ci il tarixli (iş № 1(060)-235/2020) qərarını icra edərək, 510 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri nə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddələri nə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, Cinayət Məcəlləsinin 85.2-ci maddəsinə əsasən 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təyin olunmuş cərimə cəzası hökm qanuni qüvvəsini aldığı gündən bir ay müddətində müvafiq bank hesabına köçürülməklə ödənilsin. Hökmün icrası Sumqayıt Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş komandanlığın müşahidəsi altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 70 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-16/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-16/2021
12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver