Məhkəmə qərarları › İş №1(060)-386/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-386/2024

27.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-386/2024 27.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rufaq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə 1984-cü il yanvarın 19-da Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan, faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs övladlığa uşaq götürməkdə köməklik edə biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, həmin işin görülməsi müqabilində, Zərərçəkmiş şəxs xx.xx.2023-ci il tarixdə, saat 14:52-də, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıyev küçəsi ərazisində yerləşən “Yeni” marketdəki Milliön ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan, son 8 rəqəmi 62454776 nömrəli, “Leobank” kart hesabına göndərdiyi 1800 manat pul vəsaitini ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1800 (min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs 2023-cü ilin oktyabr ayından tanıyır və onunla “L-plastik” plastik qablar istehsal edən sexdə işlədiyi müddətdə tanış olmuşlar. Sima ilə söhbət edərkən Sima ailəli olduğunu, lakin övladı olmadığı üçün övladlığa uşaq götürmək istədiyini, ancaq Simaya övladlğa uşaq verilmədiyini bildirmişdir. Bundan sonra o, Simaya tanışı olan bir qadının müəyyən müddət əvvəl övladlığa uşaq götürdüyünü, həmin qadından övladığa uşaq götürməyin şərtlərini və qaydalarını öyrənib deyəcəyini bildirmişdir. Lakin o, müəyyən şəxslərə pul verilməsə övladlığa uşaq götürməyin çətin olacağını demişdir. Sima isə öz növbəsində lazım olan məbləği verməyə hazır olduğunu bildirib, nə qədər pul lazım olduğunu soruşduqda o, təxminən 3000-5000 manat pul tələb olunduğunu bildirmişdir. Sima 3000 manat verməyə imkanı çatdığını demişdir. Həmin gün İşdən çıxdıqdan sonra o, yuxarda qeyd etdiyi tanışına zəng edərək, iş yoldaşının övladlığa uşaq götürmək istədiyini, lakin istəyinə nail ola bilmədiyini bildirib, övladlığa uşaq götürməyin qaydalarını və şərtlərini ondan soruşmuşdur. Həmin tanışı şərtləri və qaydaları, eləcə də hansı qurumlara müraciət etməyi ona bildirmişdir. O, da öz növbəsində, digər bir telefonla eyni vaxtda Simayla danışıb tanışının ona dediklərini Simaya demişdir. Belə olan halda Sima onun tanışı olduğunu bildirib övladlığa uşaq götürməkdə Simaya köməklik etməsini xahiş etmişdir. O, etiraz etməmiş və əlindən gələni edəcəyini bildirmişdir. Səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə iş yerində Simayla görüşdükdə o, Leo bank hesab kartının nömrəsini ona verərək pulu tam miqdarda, yəni 3000 manatı həmin hesab kartının balansına göndərməsini istəmişdir. Elə həmin gün, gunorta saatlarında Sima onun hesab kartının balansına 1800 manat pul göndərmiş və ona zəng edərək qalan 1200 manat pulu da ayın sonunadək verəcəyini bildirmişdir. Ancaq bir gün sonra Simanın həyat yoldaşının adında mənzil ipotekası krediti olduğunu, belə olan halda Simaya övladlığa uşaq verilməyəcəyini öyrənmişdir. Bundan sonra o, aldığı pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Hal-hazırda isə zərərçəkmiş şəxsin 1800 manat pulunu tam olaraq qaytarmışdır. O, törətdiyi əməldən səmimi peşman olduğunu və yüngül cəza təyin edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən plastik qablar istehsalı sexində işləyərkən orada Günel ona Xəlilova ilə tanış olmuşdur. Aralarında olan söhbət zamanı Günel Qubadlı Rayon İcra Hakimiyyətinin Qəyumluq şöbəsində işlədiyini, analıq məzuniyyətinə çıxdığı üçün müvəqqəti olaraq həmin sexdə işlədiyini bildirmişdir. Söhbət əsnasında o, Günelə ailəli olduğumu, lakin övladı olmadığı üçün övladlığa uşaq götürmək istədiyini, ancaq yaşadıqları mənzilin ipoteka krediti tam ödənilib qurtarmadığı üçün ona övladlğa uşaq verilmədiyini danışmışdır. Bu zaman Günel Qubadlı Rayon İcra Hakimiyyətinin Qəyumluq şöbəsində işlədiyinə görə övladlğa uşaq götürməkdə ona köməklik edə biləcəyini, bunun üçün ona 3000 manat pul verməli olduğunu bildirir. O, Günel ilə razılaşıb öncə 1800 manat, ayın sonu isə 1200 manat pul verə biləcəyini bildirir. Günel də etiraz etməyib onunla razılaşmışdır. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə gunorta saatlarında Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən “Yeni marketdəki” Milli Ön ödəmə terminalı vasitəsi ilə Günelin ona verdiyi Leo bank kart hesabına 1800 manat pul göndərir. xx.xx.2023-cü il tarixdə Günel ilə vhatsapp vasitəsi ilə əlaqə saxladıqda Günel, artıq məsələni həll etdiyini, onun 2-3 ay müddət ərzində övladlığa uşaq götürə biləcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə işə getdikdə bir neçə iş yoldaşına, Günellə aralarında olan razılaşma barədə danışmış və qısa müddət ərzində övladlğa uşaq götürə biləcəyini demişdir. Lakin o, Təqsirləndirilən şəxs onu aldada biləcəyindən şübhələndiyi üçün xx.xx.2023-cü il tarixdə Qubadlı Rayon İcra Hakimyətinə yaxınlaşıb Təqsirləndirilən şəxs orada işləyib-işləmədiyini soruşduqda İcra Hakimiyyətində elə bir şəxs işləmədiyini bildirmişlər. Belə olan halda o, başa düşür ki, Təqsirləndirilən şəxs övladlığa uşaq götürməkdə ona köməklik edəcəyi adı ilə onu aldadaraq 1800 manat pulunu alıb ələ keçirmişdir. Bundan sonra o və həyat yoldaşı Şahid, Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlayıb Günelə ödədiyi 1800 manat pulu qaytarmasını tələb etmişlər. Günel isə hər dəfə bir bəhanə edərək onunla görüşməkdən yayınır və pulunu qaytarmamışdır. xx.xx.2023-cü il tarixdə o, işdən çıxdığı üçün Təqsirləndirilən şəxs ilə görüşə bilmir və bu səbəbdən də, xx.xx.2023-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək, Təqsirləndirilən şəxs onu aldadıb 1800 manat pulumu ələ keçirməsini bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ondan aldığı 1800 manat pulu hissıhissə olmaqla tam ona qaytarmışdır. Bu səbəbdən də təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. İş üzrə Şahid məhkəmə iclasında Zərərçəkmiş şəxs ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və işə əlavə edilmiş Sumqayıt şəhər prokurorunun 12 dekabr 2022-ci il tarixli qərarından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, daha sonra ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs bu cinayət əməlini törətməsi onun özünün etiraf xarakterli ifadəsi ilə, həmçinin zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə və iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs övladlığa uşaq götürməkdə köməklik edə biləcəyi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, həmin işin görülməsi müqabilində, Zərərçəkmiş şəxs xx.xx.2023-ci il tarixdə, saat 14:52-də, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Z.Hacıyev küçəsi ərazisində yerləşən “Yeni” marketdəki Milliön ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan, son 8 rəqəmi 62454776 nömrəli, “Leobank” kart hesabına göndərdiyi 1800 manat pul vəsaitini ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1800 (min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs vurduğu maddi ziyanı tam olaraq ödəməsini, törətdiyi əməldən peşman olmasını, himayəsində az yaşlı uşağının olması və hazırda hamilə olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlığın məhdudlaşdırılması cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Həmçinin, məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdən 27 fevral 2024-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Təyin edilmiş cəzanı təqsirləndirilən şəxs yaşadığı yer üzrə çəkməlidir. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2024-cü il tarixdən 27 fevral 2024-cü il tarixədək həbsdə olduğu müddət ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin. Cəzanın icrası təqsirləndirilən şəxsin yaşadığı yer üzrə Sumqayıt şəhər probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə yaşadığı Sumqayıt şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar