Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-465/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi7, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X17 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X12 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi8, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X18 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlunun, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş “xxxx” TV MMC-nin nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 X19, X25, X21, X10, X8, X26, X14, “xxxx” TV MMC barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə X9, X17, X12, X3, X2, X18, X7, “xxxx” TV MMC-nin Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi və s. barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət əsasən onunla əsaslandırılmışdır ki, X19, X25, X21, X10, X8, X26, X14 “xxxx” TV-də yayımlanan “xxxx xəbər” verilişində onun barəsində şər və böhtan dolu məlumatlar yaymışlar. Belə ki, əvvəllər ona şər atdıqları yerdə yenidən qazıntı işi aparaq belə bir rəy yaratmışlar ki, guya həmin sahədə ağac olmuş və o həmin ağacı qırmışdır. Halbuki həmin günü o səhər tezdən evdən çıxan zaman heç bir qazıntı olmamışdır. Onlar yalan olduğunu bilə-bilə qəsdən guya ki, onun Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 11/17-nin həyətində olan ağacları qırmağını, onları kökündən çıxarmağını və onların dibinə zərəli kimyəvi maddələr tökərək məhv etdiyini, ümumiyyətlə onun yaşıllıq əleyhinə olduğunu bildirmişlər. Həmçinin, “xxxx” TV-də yayımlanan həmin verilişdən sonra X10 tərəfindən onun istifadəsində olan “Youtube” sosial şəbəkəsində “Meherrem Ferzeliyev” kanalında da yerləşdirilmiş və həmin videomaterialın şərh bölməsində onun barəsində təhqiredici fikirlər yazılmışdır. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında şikayətini müdafiə etdi və icraata götürülüb baxılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X19 xüsusi ittiham qaydasında olan şikayəti əsassız hesab edərək icraata götürülməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X25 xüsusi ittiham qaydasında olan şikayəti əsassız hesab edərək icraata götürülməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X21 xüsusi ittiham qaydasında olan şikayəti əsassız hesab edərək icraata götürülməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10 xüsusi ittiham qaydasında olan şikayəti əsassız hesab edərək icraata götürülməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 xüsusi ittiham qaydasında olan şikayəti əsassız hesab edərək icraata götürülməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X26 xüsusi ittiham qaydasında olan şikayəti əsassız hesab edərək icraata götürülməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X14 xüsusi ittiham qaydasında olan şikayəti əsassız hesab edərək icraata götürülməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş “xxxx” TV MMC-nin nümayəndəsi Müdafiəçi5 xüsusi ittiham qaydasında olan şikayəti əsassız hesab edərək icraata götürülməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Müdafiəçi7 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Müdafiəçi6 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Müdafiəçi8 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Müdafiəçi4 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Müdafiəçi3 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Müdafiəçi1 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında Müdafiəçi2 xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsini xahiş etdi. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən 147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma— min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu Məcəllənin 293.1 - 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qanunun tələbinə görə xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər..... Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Belə ki, şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, onların Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan əməli törətmələrinin hansı sübutlarla təsdiq edilməsi, Azərbaycan Respublikası CM-nin həmin maddələrində nəzərdə tutulan əməllərinin ayrı-ayrılıqda hər birinin konkret hansı sübutlarla təsdiq edilməsi, hansı hərəkətin Azərbaycan Respublikası CM-nin 147.1-ci olması göstərilməmiş, məhkəməyə belə sübutlar təqdim edilməmişdir. Azərbaycan respublikası CPM-nin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu barəsində xüsusi ittiham qaydasında şikayət verilən - X9, X17, X12 X3, X2, X18, X7, “xxxx” TV MMC-nin məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli (iş № 1(060)-465/2021) qərarlarını icra edərək, 25 iyun 2021-ci il tarixli 701, 702, 703, 704, 705, 706, 707, 708 saylı orderlərə əsasən vəkillər Müdafiəçi7, Müdafiəçi6, Müdafiəçi8, Müdafiəçi4, Müdafiəçi3, Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi5 onların vəkili təyin etmişdir. Müdafiəçilər Müdafiəçi8 və Müdafiəçi7 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxslərin hüquqlarının müdafiəsi üçün 03 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun Kapitalbank ASC-nin Sumqayıt şəhər filialında olan hesabına köçürülməlidir. xxxx 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 X19, X25, X21, X10, X8, X26, X14, “xxxx” TV MMC barəsində Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslərə - X13, X22, X15, X6, X4, X23, X11, “xxxx” TV MMC-yə göstərilmiş hüquqi yardıma görə vəkillərin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkillər Müdafiəçi7, Müdafiəçi6, Müdafiəçi8, Müdafiəçi4, Müdafiəçi3, Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi5 tərəfindən göstərilmiş hüquqi yardıma görə hər birinə 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt şəhər Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-465/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-465/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver