Məhkəmə qərarları › İş №1(060)-467/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-467/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-467/2024 14.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əkbərli Nicat Mais oğlunun katibliyi Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1, onun nümayəndəsi və vəkili Müdafiəçi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 iştirakları ilə Xüsusi ittiham qaydasında X1 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək X6, X8 və X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148.1-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 xüsusi ittiham qaydasında şikayətinin aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 nümayəndəsi və vəkili Müdafiəçi bildirdi ki, xüsusi ittiham qaydasında şikayətin aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməli olduğunu bilsə də, müvəkkilinin səhhəti Bakı şəhərinə getmək üçün əlverişli olmadığından şikayəti sonucunun yaşayış yeri üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərmişlər. X7 mövqeyini nəzərə alaraq xüsusi ittiham qaydasında şikayətinin aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş edir. Belə ki, qeyd edir ki, Arzu Musayeva barəsində yayılmış, böhtan və thqi məzmunlu materiallar Bakı şəhəri Xətai rayonunda yerləşən “Xəzər” televiziyasının efirində canlı yayımlanmışdır. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 şikayətin aidiyyəti üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 29.1-ci maddəsinə görə heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. AR CPM-nin 300-cü maddəsində məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan birinin məhz cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi təsbit edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, hazırkı işə Sumqayıt şəhər məhkəməsində baxılması “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 saylı, 21 fevral 2014-cü il tarixli qərarının 12-ci bəndi baxımından yolverilməzdir. Belə ki, həmin plenum qərarına əsasən: Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Belə ki, Arzu Musayeva xüsusi ittiham qaydasında barələrində şikayət verdiyi şəxslər- X6, X8 və X2 xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə “Xəzər TV-də” yayımlanan “Təsir Dairəsi” adlanan verilişdə qeyd etdiyinə görə açıq-aydın surətdə heç bir sübut olmadan və heç bir əsas olmadan barəsindən böhtan və təhqirlər, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqəyini ləkələyən böhtanlara, təhqirlərə, həmçinin onu nüfuzdan salan və onu açıq aydın ağır və xüsusi ilə ağır cinayətin törədilməsində ittiham etmişlər. https://www.xezertv.az/ xəbər saytından əldə edilmiş çıxarışda “Xəzər TV”nin hüquqi ünvanının AZ 1026, ünvan 2işdir. Belə olan halda yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X6, X8 və X4 barəsində Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148.1-ci maddələri ilə verilmiş xüsusi ittiham qaydasında şikayət aidiyyatı üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 29,67, 74 və 300-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X6, X8 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə dair 1(060)-467/2024 saylı iş materialları aidiyyatı üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar