Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-49/2021 14.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Zeynaləbdin qəsəbəsi, Dəmir yolu yaşayış massivi, ev 3, mənzil 31-də qeydiyyatda olan, Sumqayıt şəhəri Zeynaləbdin qəsəbəsi, Dəmir yolu yaşayış massivi, ev 15, mənzil 1-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 18 iyun 2020-ci il tarixdə, saat 13:30-da yaşadığı Sumqayıt şəhəri Zeynaləbdin qəsəbəsi, Dəmir yolu yaşayış massivi, ev 15-in həyətində bacısı oğlu xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs uşaqlarına nəzarət etməyi tapışırsa da Zərərçəkmiş şəxs uşaqlarına baxmadığından əsəbləşərək onun sifət nahiyəsindən bir dəfə sillə ilə zərbə endirərək həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CMnin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan “burun sümüyünün tam yerdəyişən sınığı, burun nahiyyəsinin sıyrığı” xəsarətləri kimi qəsdən sağlamlığa az ağır zərər yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ona elan edillmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısı Məharətin oğludur. Bacısı Məharət 2016-cı il tarixdə həyat yoldaşı Niyaməddin Qasımovdan ayrıldıqdan sonra iki övladıyla bərabər onlarla bərabər yaşayır. Lakin hazrda o, həmin məhəllədə ev 15, mənzil 1-də kirayədə yaşayır. 18.06.2020-ci il tarixdə o, öz azyaşlı uşaqlarını götürüb yaşadığı evin həyətinə düşmüş, həmin vaxt bacısı oğlu Amid də tək yaşadığı evin həyətində idi. Onun şəxsi işləri olduğu üçün, Amidə demiş ki, uşaqlarından gözü olsun onun işləri var görüb gəlsin. Amidə uşaqları təfil verib işlərinin ardınca getmiş, saat təxminən 13:30 radələrində o, yaşadığı evin həyətinə qayıdanda görmüş ki, Amid həyətdə təkdir uşaqlarda yoxdur. O, Amiddən uşaqların yerini soruşanda Amid ona bildirmiş ki, uşaqlar evə gedib. O da əsəbləşərək Amidə demiş ki, “sənə uşaq tapşırmışam nəyə görə evə göndərmisən”. Amiddə ona cavab qaytardığı üçün o da əsəbləşib sağ əliylə bir dəfə Amidin sifətindən vurmuş, onun silləsi Amidin burun nahiyyəsindən dəydiyindən Amiddə qaçıb getmişdir. O, sonradan bilmiş ki, bacısı Məharət ondan polisə şikayət edib. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Anası ilə atası ayrılandan solnra o, anası Qanuni nümayəndə ilə bərabər Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, ev 3, mənzil 31-də yaşayır. Təqsirləndirilən şəxs onun dayısıdır və onunla bir həyətdə yaşayır. 18.06.2020-ci il tarixdə o, tək yaşadığı evin həyətinə düşmüş, həmin vaxt dayısı Zöhrab ona yaxınlaşıb demiş ki, azyaşlı uşaqlarıda həyətdə oynayır onlara baxsın. Zöhrabın uşaqlarını biraz həyətdə gəzdirəndən sonra uşaqlar evə getmək istəyəndə o, uşaqları yaşadığı evin həyətindən evlərinə yola salmış və özü də həyətdə qalmışdır. Saat təxminən 13:30 radələrində həyətdə tək olan vaxt dayısı Zöhrab hardansa gəlmiş və ondan uşaqları soruşanda o da demiş ki, uşaqlar evə gedib. Bundan sonra Zöhrab əsəbləşib ona demiş ki, “uşaqları sənə tapşırmışam sən nəyə görə uşaqları evə göndərmisən” deyib əsəbləşərək bir dəfə şillə ilə onun burun nahiyyəsindən vurmuş, həmin vaxt o, burnundan xəsarət almışdır. O da oradan qaçıb yaxınlıqda marketdə satıcı işləyən anası Məharətin yanına gedib dayısı tərəfindən döyülməyini anasına bildirmişdir. Anasıda onunla bərabər Sumqayıt şəhəri 2-ci PB-nə gedib ərizə ilə müraciət etmiş və hazırda barışmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur və onunla bir ünvanda yaşayır. Təqsirləndirilən şəxs isə onun qardaşıdır və onunla bir həyətdə yaşayır. 2016-cı il tarixdə həyat yoldaşı Niyaməddin Qasımovdan ayrıldıqdan sonra iki övladıyla bərabər Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, ev 3, mənzil 31-də yaşayayır. Yaşadığı evin yaxınlığında Şirvan marketdə satıcı işləyir və hər gün səhər işə gedib axşam işdən çıxır. O, evdə olmayan vaxt uşaqlarına anası X1 baxır. 18.06.2020-ci il tarixdə saat təxminən 13:30 radələrində Şirvan marketə işə getmiş, işdə olan vaxt oğlu Amid qaçaraq onun yanına gəlmiş, Amidin sifəti qan içində olduğunu görmüşdür. Amid ona bildirmişdir ki, dayısı yəni onun qardaşı Zöhrab sillə ilə vurub. O da soruşmuş ki, nəyə görə vurub, Amid bildirmiş ki, Zöhrab uşaqlarını ona tapşırıb o da uşaqları evə göndərdiyinə görə Zöhrab onu vurub. O da Zöhrabın Amidi vurmasına görə bu barədə polisə müraciət etmiş və hazırda barışmamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 03.07.2020-ci il tarixli 746 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər-burun sümüyünün tam yerdəyişən sınığı, burun nahiyyəsinin sıyrığı olmuş və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aidir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törədilmişdir, 18.06.2020-ci il tarixə uyğun gələ bilər. İş materiallarından görünür ki, 26.08.2020-ci il tarixdə Təqsirləndirilən şəxs axtarışla tutulmuş 28.08.2020-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24.11.2020-ci il tarixdə və 14.04.2021-ci il tarixdə tutularaq Sumqayıt şəhər Məhkəməsinə gətirilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 02 azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü islah işləri cəzasının dörd gününə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 26.08.2020-ci il tarixdən 28.08.2020-ci il tarixədək, 24.11.2020-ci və 14.04.2021-ci il tarixdə ümumillikdə 04 gün tutulduğu müddət 16 gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs üzərində müəyyən müddətə islah işləri cəzası saxlanılmalı, ona təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılmalı, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü islah işləri cəzasının dörd gününə bərabər hesablanmaqla, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 26.08.2020-ci il tarixdən 28.08.2020-ci il tarixədək, 24.11.2020-ci və 14.04.2021-ci il tarixdə ümumillikdə 04 gün tutulduğu müddət 16 gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 05 (beş) ay 14 (on dörd) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılsın. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-49/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-49/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver