Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-658/2021 23.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1960-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, İİ dərəcəli əlil, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin may ayın əvvəllərində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 133 nömrəli ünvanda yerləşən yaşadığı evin həyət yanı torpaq sahəsində istintaqa məlum olmayan mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan edilmiş tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkib, torpaq sahəsini becərərək, onlardan bitən xeyli miqdarda tərkibində narkotik maddələr olan 09 (doqquz) ədəd əkilib-becərilməsi qadağan olunmuş aqrotexniki qaydada qulluq edib yetişdirməklə, çətənə (kannasbis) bitkilərini xeyli miqdarda kultivasiya etmiş, 05 iyul 2021-cu il tarixdə saat 13:45-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs saxlanaraq öz razılığı əsasında həmin tarixdə saat 14:54-də yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 133 nömrəli fərdi evin həyət yanı torpaq sahəsində keçirilmiş baxış zamanı orada yerləşən tavanı olmayan yardımçı tikilinin daxilində xeyli miqdarda yəni, 09 (doqquz) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi 5820 qram əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri torpaq sahəsində kök üstə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 05.07.2021-ci il tarixdə təxminən saat 13.45-də Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olan zaman ona polis əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində, yaşadığı ünvanda narkotik tərkibli bitkiləri əkib-becərilməkdə şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər və PB-nə dəvət etmişlər. Sumqayıt ŞPİ-nin 1-ci PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün özü əvvəlcədən ona təqdim edilmiş siyahıdan seçdiyi Sumqayıt Regional Vəkil bürosunun vəkili X2 ona təqdim olunmuş, daha sonra isə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, olduğu təqdirdə vardırsa həmin əşyanı təqdim etməyini təklif edilən zaman özü əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış 01 ədəd kibrit qutusunu təqdim etmiş, sonra həmin kibrit qutusu açılmış, içərisinə baxarkən kibrit qutusunda qurudulmuş bitki kütlələri narkotik vasitə olan “marixuana”, aşkar olunmuş həmin bitki kütləsini təxminən 1 ay bundan əvvəl Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 15 manata aldığı və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, həmin vaxt üzərində aşkar edilmiş kibrit qutusunun içərisindəki yaşıl rəngli kütləsi elektron tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin kibrit qutusu ilə birlikdə çəkisinin 4,19 qram olduğu müəyyən olunmuş və həmin bitki kütləsi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 125 saylı möhürü ilə möhürlənmiş, daha sonra polis əməkdaşları dövlət hesabına seçdiyi hüquqlarının müdafiəçisi Fərhad Məmmədovun iştirakı ilə onun razılığı əsasında yaşadığı ünvan 3 ünvanında iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı ona verilən suala əsasən yaşadığı ünvanda narkotik tərkibli bitkilərin əkib becərməsini polis əməkdaşlarına bildirmiş, baxış zamanı yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 133 ünvanının həyat yanı torpaq sahəsində olan tavanı olmayan yardımçı tikilinin daxilində narkotik tərkibli kolların əkdiyini demiş, həmin vaxt oradan özü əkdiyi 09 (doqquz) ədəd narkotik kannabis (çətənə) kolları aşkar edilmiş, aşkar edilmiş kollar sayılaraq zoğundan çıxarılmış və müvafiq qaydada qablaşdırılaraq götürülmüş, daha sonra bu barədə protokol tərtib edilmiş və onlara ucadan oxunduqdan sonra tərəflərindən imzalanmışdır. Həmçinin 09 ədəd çətənə bitkilərini özü əkmiş, onların toxumlarını tanımadığı şəxsdən Sumqayıt şəhəri ərazisində keçən il almış, həmin toxumları “karlik” sortu adı kimi ona satılmış, lakin həmin əkinlərin bəziləri ona deyilən növdə olmamışdır. Həmin 09 ədəd kolları o, gizlin əkmiş və özündən başqa onlara heç kəs quluq etməmiş və onların əkilməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunun nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, 05.07.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Əmiraga oğlunun qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında və narkotik tərkibli bitkilərin əkib becərilməsi ilə məşğul oluması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1in, kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Əmiraga oğlunun Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 05.07.2021-ci il tarixdə saat 13:45-də radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisinə getmişlər. Orada olan zaman əlamətləri Təqsirləndirilən şəxs Əmiraga oğlunun əlamətlərinə oxşayan bir nəfər şəxsin gəldiyini görmüşlər, onu saxlayaraq özlərini təqdim etmiş polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs Əmiraga oğlu olduğunu bildirmiş, Təqsirləndirilən şəxs Əmiraga oğluna qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə, həmçinin narkotik tərkibli bitkilərin əkib becərəməsi ilə şübhəli olduğunu bildirmişlər. Bundan sonra üzərində şəxsi axtarış aparılması üçün Təqsirləndirilən şəxs Əmiraga oğlu Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət olunmuş və Təqsirləndirilən şəxs Əmiraga oğlu etiraz etməmiş, onlarla birlikdə 1-ci PB-yə getmişlər. PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs Əmiraga oğluna videoçəkilişlə vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş o, da heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Əmiraga oğlu hüquq və vəzifələri barədə bildiriş və onun öz istəyi ilə seçdiyi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X2 təqdim olunmuşdur. Vəkil və iştirakçıların iştirakı ilə videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs Əmiraga oğluna üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması, olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs Əmiraga oğlu həmin vaxt əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış 01 ədəd kibrit qutusunu təqdim etmiş, həmin kibrit qutusunda narkotik vasitə olan marixuana olduğunu və 1 ay əvvəl tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata aldığını və üstündə gəzdirdiyini qeyd etmişdir. Həmçinin sorğu zamanı yaşadığı ünvanda narkotik tərkibli vasitələri əkdiyini demişdir. Ona görə də onun rəsmi qaydada verdiyi razılığı əsasında yaşadığı ünvan 1 ünvanına getmişlər, orada aparılan baxış zamanı onun yaşadığı evin ətraf torpaq sahəsində yerləşən tiklinin içərisinə baxdıqda orada 9 ədəd bitiki kolları müəyyən edilmişdir. Həyətə baxış mütəxəssisin iştirakı ilə aparılmış, sorğu zamanı Təqsirləndirilən şəxs Əmiraga oğlu həmin 09 ədəd aşkar edilmiş narkotik tərkibli çətənə kollarını öz şəxsi istifadəsi üçün 02 ay bundan əvvəl əkdiyini və heç kəsin bu barədə məlumatı olmadığını bildirmişdir. Daha sonra həmin kollar kökü ilə birlikdə torpaqdan çıxardılmış və Azərbaycan Respublikası MEM-nə göndərilməsi üçün müvafiq qaydada qablaşdırlmışdır. Məhkəmədə Şahid2 Şahid3 ifadəsinə uyğun ifadəverərək, onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 06 iyun 2021-ci il tarixli 7/640 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi-0,941 qram, olan bitiki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş-marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan yaşıl rəngli sellofan bağlamadakı sayı 09 (doqquz) ədəd yaş vəziyyətdə ümumi çəkisi-5820 qram ( 5kq820qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisidir. Təqdim edilmiş çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eyni növə aiddirlər. Aqranomun (mütəxəssisi) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir.(Marixuananın təmiz çəkisi-0941 qram (1№-li ob) tədqiqata istifadə olundu, cəmi- 0,02 qram, qalıq-0,921 qram. Çətənə bitkilərinin ümumi çəkisi-5820 qram (2-10№li ob) tədqiqata istifadə olundu-0,45 qram (hər obyektdən 0,05 qram) qalıq-5819,55 qram) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 13.08.2021-ci il tarixli 2851nömrəli rəyindən müəyyən olunmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə» qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinəəsasən, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 17.08.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 16.01.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 21.05.2003-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin 06.05.2003-cü il tarixli amnistiya qərarının 2.3-cü bəndinə əsasən cəzadan azad olunmuşdur. 8 Noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 11.6-cı bəndinə əsasən 1991ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə qəsdən törədilmiş cinayətlərə görə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən cinayət törətmiş şəxslərə amnistiya tətbiq edilmir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 05.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 07.07.2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSY-dən azad olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutulmaqla qəti cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,921 qram çəkidə narkotik vasitə marixuana və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5819,55 qram çəkidə 09 ədəd çətənə kolları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 78,82 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli (iş № 1(060)- 658/2021) qərarını icra edərək, 29 sentyabr 2021-ci il tarixli 1225 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 07 (yeddi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və o,02 (iki) ilmüddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 günə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:30-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,921 qram çəkidə narkotik vasitə marixuana və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5819,55 qram çəkidə 09 ədəd çətənə kolları məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 78,82 manatTəqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 7 (yeddi) saat hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-658/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-658/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver