Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-675/2024 19.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Naxçıvan Muxtar Respublikası Zeynəddin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2n, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdə saat 11:40 radələrində mühafizəçi və bağban işlədiyi, fəaliyyəti dayandırılmış Sumqayıt şəhəri ərazisində, Sumqayıt-Bakı yolunun 27-ci km-də yerləşən “Las Veqas” kafesinin otağını yaşayış sahəsi olaraq fahişəliklə məşğul olan Şahid1 Şahid2 ilə sonuncudan aldığı 30 manat pulun 10 manatının özünə verilməsi müqabilində cinsi əlaqədə olması üçün verərək yataq və digər vasitələrlə təmin etməklə əxlaqsızlıq yuvası təşkil etmiş və saxlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 2023-cü ilin sonlarından Bakı-Sumqayıt yolunun 27-ci km-də yolun kənarında yerləşən “Las Veqas” restoranında gözətçi və bağban işləyir. Həmin restoranın sahibi Rəşad adlı şəxslə şifahi və qeyri-rəsmi razılaşmaya əsasən sonuncu ona hər ay 500 manat əmək haqqı verməli imiş. O, restoranda işə başladığı vaxtdan əvvəl restoran öz fəaliyyətini dayandırmış, Rəşad onu əmlakının qorunması məqsədi ilə mühafizəçi kimi işə qəbul etmişdir. Odur ki, Rəşad aylardır restorana gəlməmiş və ona işlədiyi müddətə müqabil söz verdiyi əmək haqqını tam ödəməmişdir. O, Rəşada dəfələrlə zəng vurub əmək haqqı istəsə də, Rəşad tezliklə onun maaşını verəcəyini bildirmiş, lakin hər dəfə işlərinin çox olduğunu əsas gətirərək onunla görüşməmişdir. Ona görə də onun maddi imkanı çətinləşmişdir. 03 aprel 2024-cü il tarixdə saat təxminən 11 radələrində restoranın qarşısında bitkiləri sulayarkən sonradan adını bildiyi Şahid1 Müzəfər qızı ona yaxınlaşıb özünün tanışı olan bir oğlanla restoranın kabinetlərindən birində cinsi əlaqədə olmaq üçün icazə istəmiş, bunu müqabilində həmin oğlandan aldığı puldan 10 manatını ona verəcəyini bildirmişdir. O, restoranın 4 kabinetlərdən 2-də taxt və üzərində yataq dəsti olmasını nəzərə alaraq təklifə razılıq vermişdir. Mehriban ondan bir qədər kənarlaşdıqdan az sonra onun yanına sonradan adını Əli bildiyi oğlanla birlikdə qayıtmışdır. O, həmin şəxsləri restoranın yataq dəsti olan otaqlardan birinə gətirib içəri salmış və orada Mehriban Əlidən 30 manat pul alıb hamısını ona verərək həmin pulun 10 manatının ona çatacağını, 20 manatını isə cinsi əlaqədə olub çıxandan sonra özünə qaytarmağı tapşırmışdır. O, pulu götürüb otaqdan çıxmış, Mehribanla Əli isə otaqda qalmışlar. Bir qədər sonra restorana 4 nəfər şəxs gəlmiş, onlar polis əməkdaşları olduqlarını deyərək restoranda adam olub-olmadığını soruşmuşlar. O, heç kimin olmadığını desə də, polis əməkdaşları inanmayaraq onun razılığı ilə dəvət etdikləri hal şahidlərinin iştirakları ilə restorana baxış keçrmişlər. Baxış zamanı həmin otaqda Mehribanla Əlini cinsi ələqədə olarkən aşkar etmişlər. Polis əməkdaşları ondan bu adamların kimlər olduğunu və burada nə üçün cinsi əlaqədə olduqlarını soruşmuş, o da olanları olduğu kimi etiraf etmişdir. Sonra baxış barədə protokol tərtib olunması üçün polis əməkdaşları onları Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirmişlər. Orada Mehribanın ona verdiyi puldan qalan 23 manatı polis əməkdaşlarına təqdim etmiş, 7 manata isə polis əməkdaşları restorana gələnədək özü üçün siqaret aldığını bildirmişdir. Polis əməkdaşları pulu kağız zərfdə qablaşdırıb götürmüşlər. Sonda protokol tərtib olunmuş və bütün iştirakçılar, o cümlədən özü protokolla tanış olaraq doğruluğunu öz imzaları ilə təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, o, özü müxtəlif şəxslərlə pul müqabilndə cinsi əlaqədə olur. Arada yolların kənarında dayanıb ona müraciət edən şəxslərlə 15-20 manat müqabilində müxtəlif yerlərdə cinsi əlaqədə olur. 03 aprel 2024-cü il tarixdə saat 11 radələrində Bakı-Sumqayıt yolunun kənarında dayanan zaman sonradan adını bildiyi Şahid2 ona yaxınlaşaraq cinsi əlaqədə olmağı təklif etmiş, onlar 20 manata razılaşdıqdan sonra cinsi əlaqədə olmaq üçün yaxınlıqda yer axtarmışlar. Bu zaman o, həmin ərazidə olan yolun kənarında yerləşən “Las Veqas” restoranını görüb oraya gələrək qarşısına çıxan və sonradan adını bildiyi Təqsirləndirilən şəxs yaxınlaşıb sonuncudan restorandakı otaqlardan birində tanışı ilə cinsi əlaqədə olmaq üçün icazə istəyərək əvəzində 10 manat verəcəyini təklif etmişdir. Təqsirləndirilən şəxs razılıq verərək onları restoranın taxtı və yataq dəsti olan kabinetinə gətirmişdir. Orada o, Əlidən aldığı 30 manatın hamısını Zahidə verərək, bu pulun 10 manatını kabinet haqqı olaraq özünə götürməsini, qalan 20 manatı ilə Əli ilə cinsi əlaqədə olub buradan çıxandan sonra ona qaytarmasını tapşırmışdır. Beləliklə Zahid pulu alıb otaqdan çıxmış, bir qədər sonra o, otaqda Əli ilə cinsi əlaqədə olarkən həmin otağa polis əməkdaşları və Zahid daxil olmuşdur. Sonra oraya polis əməkdaşldarı tərəfindən iki nəfər nəfər hal şahidləri dəvət olunmuşdur. Həmin vaxt polis əməkdaşları ondan Əli ilə nə üçün burada cinsi əlaqədə olduğunu və bu şəraiti onlar üçün kimlərin yaratdığını soruşarkən o, fahişəliklə məşğul olduğunu etiraf etmişdir. Buraya qədər əvvəl yolun kənarında dayanarkən onunla cinsi əlaqədə olmaq məqsədi ilə yaxınlaşan Əli ilə cinsi əlaqədə üçün gəlmişlər. Belə ki, Təqsirləndirilən şəxs restoranın otağını onun Əli ilə cinsi əlaqədə olmaları üçün 10 manata müqabilində vermişdir. Həmin pulu da Əli ödəmişdir. Təqsirləndirilən şəxs və Şahid2 də onun söylədiklərinin doğruluğunu təsdiq etmişlər. Sonra polis əməkdaşları onları Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Orada baxış barədə protokol tərtib olunmuşdur. Həmin vaxt Zahid onun vermiş olduğu 30 manatdan qalan, 2 ədəd 10, 3 ədəd 1 manatlıq əskinaslardan ibarət olan 23 manatı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları pulları kağız zərfə qablaşdırıb götürmüş, sonda isə iştirakçılar tərtib olunmuş protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, o, 03 aprel 2024-cü il tarixdə saat 11 radələrində idarə etdiyi Mersedes markalı avtomobillə şəxsi işi əlaqədar olaraq Sumqayıt şəhərinə gələrkən yolun kənarında sonradan adını bildiyi Şahid1 görmüş, adətən yol kənarında dayanan belə qadınların fahişəliklə məşğul olduğunu bildiyi üçün avtomobili onun yanında saxlayaraq cinsi əlaqədə olmağı təklif etmişdir. Mehriban 20 manat müqabilində onunla cinsi əlaqədə olacağını bildirmiş, o razılaşmış və avtomobilə əyləşərək birlikdə cinsi əlaqədə olmaq üçün münasib yer axtarmışlar. Bir qədər qabağa gedəndən sonra yolun kənarında yerləşən “Las Veqas” restoranının yanında Mehriban onu saxlatmış, bu restoranın kabinetlərinin birində cinsi əlaqədə olmağın mümkün olması ilə maraqlanacağını bildirmişdir. Mehriban maşından düşüb restorana getmiş və az sonra geri qayıdıb ona restoranın işləmədiyini, ancaq mühafizənin orada olduğunu, cinsi əlaqədə olmaları üçün restoranın kabinetlərindən birini onlara həmin şəxslə 10 manata verməyi razılaşdığını bildirmişdir. Mehriban həmin 10 manatı da onun ödəməsini istəmiş və o, razılaşmışdır. Bundan sonra onlar birlikdə restorana gəlmiş, sonradan adını bildiyi Zahid adlı mühafizəçi onları restoranın içində taxt və yataq dəsti olan kabinetlərindən birinə aparmışdır. Orada Mehriban ondan 3 ədəd 10 manatlıqdan ibarət 30 manatı alıb 10 manatın birini kabinetin haqqı olaraq Zahidə vermiş, qalan 20 manatını isə özü üçün saxlamasını tapşırmışdır. Zahid pulu alıb otaqdan çıxdıqdan sonra onlar cinsi əlaqədə olmağa başlamışlar. Bir qədər sonra həmin otağa Zahidlə birlikdə 2 nəfər mülki geyimdə olan polis əməkdaşları və iki nəfər hal şahidi ilə gəlib onların cinsi əlaqədə olduqlarını aşkar etmişlər. Həmin vaxt polis əməkdaşları əvvəlcə Mehribandan, sonra Zahid daha sonra isə ondan burada nə üçün cinsi əlaqədə olduqlarını və buna kimin icazə verdiyini soruşduqda, onlar hər biri ayrı-ayrılıqda olanları olduğu kimi bildirmişlər. Sonra polis əməkdaşları onları Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Orada baxış barədə protokol tərtib olunmuşdur. Həmin vaxt Zahid Mehribandan aldığı 30 manatdan qalan, 2 ədəd 10 manat, 3 ədəd 1 manat əskinaslardan ibarət olan 23 manatı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, sonuncular tərəfindən həmin pullar kağız zərfə qablaşdırılıb götürülmüş, sonda isə, iştirakçılar protokolla tanış olaraq doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili Şahid3 öz ifadəsində göstərmişdir ki, 03 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs mühafizəçi işlədiyi və fəaliyyəti dayandırılan, Sumqayıt-Bakı yolunun 27-ci km-də yolun kənarında yerləşən “Las Veqas” restoranında əxlaqsızlıq yuvası təşkil edərək pul müqabilində otaqları müxtəlif şəxslərə cinsi əlaqədə olması üçün verməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Tərəfindən həmin məlumat əsasında Təqsirləndirilən şəxs əməlinin ifşa olunması üçün müvafiq əməliyyat tədbirləri keçirilməsinə dair müvafiq qərar qəbul edilmiş, həmin qərar Sumqayıt ŞPİ-nin 5-ci PB-nin rəisi tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Nəzərdə tutulan tədbirlər planı üzrə onlar həmin restorana getmiş və onları qarşılayan Təqsirləndirilən şəxs özlərini təqdim edərək restoranda başqa adam olub-olmadığını soruşduqda, Zahid özündən başqa heç kimin olmadığını demiş, lakin onun bu sözlərinin doğru olmasına şübhə yarandığı üçün onlar Təqsirləndirilən şəxs restorana baxış keçirmək istədiklərini bildirmişlər və sonuncu buna etiraz etməmişdir. Odur ki, onlar Zahidlə birlikdə restorana daxil olub kabinetlərdən birinin qapısını açıb içəri baxarkən orada sonradan adları məlum olan Şahid1 və Şahid2 çılpaq vəziyyətdə cinsi əlaqədə olduqlarını aşkar etmişlər. Dəvət olunmuş iki nəfər hal şahidlərinin iştirakları ilə otağa baxış keçirilmişdir. Baxış zamanı ilkin sorğu zamanı Mehriban Rəfızadə bu gün yəni 03 aprel 2024-cü il tarixdə saat 11 radələrində yanındakı Əli adlı şəxslə 20 manat müqabilində cinsi əlaqədə olmaq üçün “Las Veqas” restoranına gəldiyini, restoranın mühafizəçisi Təqsirləndirilən şəxs 10 manat təklif edərək restorandakı otaqların birini onlara cinsi əlaqədə olmaları üçün verməsini istədiyini, Təqsirləndirilən şəxs razılaşıb onları yataq dəsti olan həmin otağa yerləşdirərək cinsi əlaqədə olmalarına şərait yaratdığını, otaqda olarkən əvvəlcədən onun Əlidən aldığı 30 manatı Zahidə verdiyini, 10 manatını otağın haqqı olaraq götürüb 20 manatını isə saxlayıb onların cinsi əlaqədə olub otaqdan çıxdıqdan sonra özünə verməsini tapşırdığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs və Şahid2 də Mehriban Rəfı-zadənin göstərdiklərini təsdiq etmişlər. Baxış zamanı aşkar edilənlərin foto şəkilləri çəkilmiş, sonra orada protokol tərtib etmək üçün şərait olmadığı üçün onlar Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs Şahid1 ona vermiş olduğu 30 manatdan qalıq qalan 2 ədəd 10 AZN, 3 ədəd 1 AZN-dən ibarət olan cəmi 23 manatı təqdim etmişdir. Həmin pullar kağız zəfər qablaşdırılaraq götürülmüş, sonda tərtib olunmuş protokol iştirakçılarla tanış edilmiş və imzalanaraq doğruluğu iştirakçılar tərəfindən təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, qərəzliliyi və ya ədavəti yoxdur. Həmin şəxsi ilk və sonuncu dəfə 03 aprel 2024-cü il tarixdə görmüşdür. Belə ki, həmin tarixdə saat 11:40 radələrində şəxsi işi ilə əlaqədar Bakı-Sumqayıt kənarında yerləşən «Las Veqas» restoranın yaxınlığında olarkən orada iki nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin «Las Veqas» restoranında əxlaqsızlıq yuvasının təşkil olunmasını yoxlamaq üçün restorana baxış keçirmək istədiklərinir və ondan baxış zamanı hal şahid qismində iştirak etməsini xahiş etdiklərini bildirmişlər. O, razılıq vermiş, daha sonra onun kimi Eldayaq adlı şəxsi də hal şahid qismində dəvət etdikdən restoranda mühafizəçi olan Təqsirləndirilən şəxs onlara təqdim edərək sonuncunun baxış keçirilməsinə razılığı alındıqdan sonra baxışa başlanılmışdır. Onlar polis əməkdaşları və Təqsirləndirilən şəxs özü ilə birlikdə restorana daxil olmuşlar, otaqları yoxlayarkən, onlardan birində adları məlum olmayan Şahid1 Şahid2 ikisi də çılpaq vəziyyətdə cinsi əlaqədə olduqları aşkar edilmişdir. Polis əməkdaşları Şahid1 kim olduğunu və burada cinsi əlaqədə olduqlarını səbəbini soruşduqda, Şahid1 bu gün yəni 03 aprel 2024-cü il tarixdə saat 11 radələrində yanındakı Əli adlı şəxslə 20 manat müqabilində cinsi əlaqədə olmaq üçün «Las Veqas» restoranına gəldiyini, restoranın mühafizəçisi Təqsirləndirilən şəxs 10 manat təklif edərək restorandakı otaqların birini onlara cinsi əlaqədə olmaları üçün verməsini istədiyini, Təqsirləndirilən şəxs razılaşıb onları yataq dəsti olan həmin otağa yerləşdirərək cinsi əlaqədə olmalarına şərait yaratdığını, otaqda olarkən əvvəlcədən onun Əlidən aldığı 30 manatı Zahidə verdiyini, 10 manatını otağın haqqı olaraq götürüb 20 manatını isə saxlayıb onların cinsi əlaqədə olub otaqdan çıxdıqdan sonra özünə verməsini tapşırdığını bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs və Şahid2 də Şahid1 göstərdiklərini təsdiq etmişlər. Sonra orada protokol tərtib etmək üçün şərait olmadığı üçün polis əməkdaşları onların hamısını Sumqayıt ŞPİ-nin 5-ci PŞ-nə dəvət etmişlər. Orada Təqsirləndirilən şəxs Şahid1 ona vermiş olduğu həmin 30 manatdan qalıq qalan 2 ədəd 10 AZN, 3 ədəd 1 AZN əskinaslardan ibarət olan cəmi 23 manatı təqdim etmişdir. Həmin pullar kağız zərfə qoyulmuş və qablaşdırılaraq götürülmüşdür. Sonda bu barədə protokol tərtib olunmuş, iştirakçılar hamısı protokolla tanış olaraq doğruluğunu imzaları ilə təsdiq etmişlər. Cinayət işinin 28-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 47-48-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Cinayət işinin 12-ci vərəqəsində olan təqdim edilmiş əşyanın götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd A35198066 və A22166203 nömrəli 10 manatlıq pul əskinasları, həmçinin 03 ədəd B33439959, A20912256, A80912829 nömrəli 01 manatlıq pul əskinasları götürülmüşdür. Cinayət işinin 69-73-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 02 ədəd A35198066 və A22166203 nömrəli 10 manatlıq pul əskinasları, həmçinin 03 ədəd B33439959, A20912256, A80912829 nömrəli 01 manatlıq pul əskinasları maddi sübut kimi tanınmış və həmin pul əskinasların cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. Cinayət işinin 55-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, şahidlərin ifadələri və digər iş materialları ilə onun törətdiyi cinayət əməli, yəni fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri verməklə əxlaqsızlıq yuvaları saxlama cinayətini törətməsi tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 244.1-ci maddəsi ilə tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 244.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə məhkum edilməsini, özünü təqsirli bilməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni ilk dəfə məhkum edilməsini, özünü təqsirli bilməsini və əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 244.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ictimai işlər növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 03 aprel 2024-cü il tarixdən 04 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün 08 (saat) ictimai işlər cəzasına bərbarə tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti ictimai işlər cəzası saxlanılmalıdır. Məhkəməmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ictimai işləri yerinə yetirdiyi yerin müəssisədaxili intizam qaydalarına riayət etmək, əməyə vicdanla yanaşmaq, onun üçün müəyyən olunmuş yerdə və hökmdə müəyyən olunmuş müddətdə işləmək, müəyyən edilmiş qaydada elektron nəzarət vasitəsindən istifadə etmək, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirmək, bu vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifələri qoyulmalı, cəzasını yaşadığı ərazi üzrə müəyyən olunmuş ictimai yerlərdə çəkməli, cəza çəkmə müddətinin əvvəli onun cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı hissədə məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd A35198066 və A22166203 nömrəli 10 manatlıq pul əskinasları, həmçinin 03 ədəd B33439959, A20912256, A80912829 nömrəli 01 manatlıq pul əskinasları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə keçirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə təqdim etdiyi hesabata uyğun, 18 saata görə görə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinərək 480 (dörd yüz səksən) saat ictimai işlər cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 aprel 2024-cü il tarixdən 04 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət 08 (səkkiz) saat ictimai işlər cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 472 (dörd yüz yetmiş iki) saat ictimai işlər cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ictimai işləri yerinə yetirdiyi yerin müəssisədaxili intizam qaydalarına riayət etmək, əməyə vicdanla yanaşmaq, onun üçün müəyyən olunmuş yerdə və hökmdə müəyyən olunmuş müddətdə işləmək, müəyyən edilmiş qaydada elektron nəzarət vasitəsindən istifadə etmək, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirmək, bu vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşadığı ərazi üzrə müəyyən olunmuş ictimai yerlərdə çəksin, cəza çəkmə müddətinin əvvəli onun cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd A35198066 və A22166203 nömrəli 10 manatlıq pul əskinasları, həmçinin 03 ədəd B33439959, A20912256, A80912829 nömrəli 01 manatlıq pul əskinasları hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 18 saata görə 108 (yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-675/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-675/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver