Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-824/2023 13.11.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X7 iştirakı ilə, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri, X6 Azərbaycan Respublikası CM-nin 147.2, 148 və 148.1-ci maddələri, Namazova (Bayramova) Nərmin Nərmayıl qızının Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri, X5 isə Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X7 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X16 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri, X6 Azərbaycan Respublikası CM-nin 147.2, 148 və 148.1-ci maddələri, Namazova (Bayramova) Nərmin Nərmayıl qızının Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri, X5 isə Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalarını xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, X3, X13, Namazova (Bayramova) Nərmin Nərmayıl qızı və X10 xx.xx.2022-ci il tarixindən bu vaxta qədər əvvəlcədən əlbir olaraq ona (X16) qarşı ictimayyət içində şərəf və ləyaqətini alçaltmış, təhqir etmiş, yalan olduğunu bilə-bilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq, biləbilə şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan həqiqət olmayan məlumatları kütləvi mediada (ARB TV-də) və kütləvi internet informasiya sayıtında yaymışdılar. Bundan əlavə mediada və internet sosial mediada şəxsiyyəti, şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaldılmışdır. X13 internet sosial mediada onun adından saxta istifadəçi profil hesabdan istifadə edərək böhtan xarekterli dövlət qurumuna müraciət edilmişdir. İşgüzar əmək faliyyətinə təsir göstərmək məqsədi ilə X3, X13, Namazova (Bayramova) Nərmin Nərmayıl qızı faliyyət göstərdiyi müəssisəyə böhtan xarekterli məktublar ünvanlanmışdır. Eyni zamanda o və az yaşlı övladı telefon vasitəsi ilə çəkilərək müxtəlif insanlara göndərilmiş və sosial şəbəkələrdə paylaşılmışdır. Onun (X16) haqqında X3, X13, Namazova (Bayramova) Nərmin Nərmayıl qızı müxtəlif zamanlarda ona böhtan ataraq ağır və xüsusi ağır və bir sıra cinayyətlərdə yalandan ittiham edərək hüquq mühafizə orqanlarına və dövlət qurumlarına müraciətlər etmişdir. xx.xx.2022-ci il, xx.xx.2022 ci il, xx.xx.2022 ci il, xx.xx.2022 və xx.xx.2023-cü il tarixlərində KİV-si olan ARB telekanalının Səni axtarıram verlişində Namazova (Bayramova) Nərmin Nərmayıl qızı və X10 verilişdə iştirak edərək X13, telefon bağlantısı ilə qoşularaq onu adam oğurluğu və sənəd saxtalaşdırmasında ağır cinayətlərdə ittiham etmiş, şərəf və ləyaqətini alçaldaraq, yalan olduğunu bilə-bilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdılar. Onun və övladının icazəsi olmadan foto şəkilləri açıq aşkar yayımlanmış və ad familiyaları qeyd olunmuşdur. Bundan əlavə adı qeyd olunan verilişin sosial media YouTube və İnsteqram səhifələrində verilişin şərh bölməsində Namazova (Bayramova) Nərmin Nərmayıl qızı və X8, Namazova Təranəyə məxsus profildən və saxta profillər vasitəsi ilə onun ünvanına ağır söyüşlər işlədilərək həqiqətə uyğun olmayan şayələr yaymışdır. Böhtan ataraq, yalan olduğunu biləbilə şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan həqiqət olmayan məlumatları paylaşmışdır. https://www.youtube.com/watch?v=AAqfn7VaxWQ&t=7404s https://www.youtube.com/watch?v=3i4s2BEİ 44&t=3047s https://www.youtube.com/watch?v=uPD-faİ1 Ei8&t=8279s https://www.youtube.com/watch?v=FUqd1 BX5zgw&t=4979s https://www.youtube.com/watch?v=m-GCqyİaHb8 X3 və oğlu X13 xx.xx.2023 tarixində saat 10:20 Gəncə şəhər məhəkəməsində 1(125)-132/2023 nömrəli işin hazırlıq iclasında çıxarkən Gəncə şəhər məhkəməsinin önündə kütlə içərisində onun və ailə üzvülərinin ünvanına ağır söyüşlər söymüş, yalan olduğunu bilə-bilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq, şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan həqiqət olmayan məlumatları ictimaiyyət içində qışqıraraq uca səslə deyərək mobil telefon vasitəsi ilə çəkərək sosial mediada paylaşmışdır və digər tanıdığı şəxslərə göndərmişdir. Bundan əlavə onu az yaşlı övladının yanında xx.xx.2023-cü il tarixində Gəncə şəhəri YAP-nın inzibati binasının önündən başlayaraq və Gəncə şəhəri İcra Hakimiyyətinin binasına qədər olan məsafədə (təxminən 400m) oğlu Həsənlə birlikdə kütlə içərisində onu az yaşlı övladı Elnurun yanında ailə üzvlərinin ünvanına ağır təhqirlər etmiş, yalan olduğunu bilə-bilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq, şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan həqiqət olmayan məlumatları ictimaiyyət içində qışqıraraq uca səslə deyərək mobil telefon vasitəsi ilə çəkərək sosial mediada paylaşmışdır və digər tanıdığı şəxslərə göndərmişdir. Namazova (Bayramova) Nərmin Nərmayıl qızı və X10 təxminən xx.xx.2023-cü il tarixində birlikdə ünvan 2 ünvanına ağır söyüşlər söymüş şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan həqiqət olmayan məlumatları ictimaiyyət içində uca səslə demişdir. Namazova (Bayramova) Nərmin Nərmayıl qızı və X10 müxtəlift vaxtlarda birlikdə öz yaşadıqları ünvanda qonşularının yanında və onun tanıdığı insanlara onu və ailə üzvlərini yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan və yalan olduğunu bilə-bilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə həqiqət olmayan məlumatları bilərək yaymış şayilərə səbəb olmuş onun və ailə üzvülərinin şərəf və ləyaqətini ləkələmiş nüfuzdan salmışdır. Təxminən xx.xx.2022-ci tarixdən etibarən müxtəlif dövrlərdə X3, Namazova (Bayramova) Nərmin Nərmayıl qızı əlbir olaraq Sosial şəbəkələrdə, you tube sosial mediada palitramızda her mövzu var! Youtube kanalında video roliklər çəkərək paylaşaraq onun ünvanına həqiqətə uyğun olmayan ağır ittihamlar səsləndirilmiş, təhqir edilmiş, şərəf və layəqatini alçaldıcı ifadələr işlətməklə Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtanlar atmışdır. Onu həqiqətə uyğun olmayan ağır cinayət törətməkdə ittiham etmişdir. Gəncə şəhər BPİ-nə müraciəti olmuşdur. Müraciəti Gəncə şəhər BPİ-nin İstintaq Təhqiqat İdarəsinin Təhqiqat bölməsində X14 Samir tərəfindən araşdırılmış təqdim etdiyi video sübutlar Məhkəmə linqvistik ekspertirzasına göndərilmişdir. xx.xx.2023-cü il tarixli Məhkəmə linqvistik ekspertirzasın 4/498 nömrəli rəyində şəxsin şəxsiyyətini təhqir edən, şərəf və ləyaqətin alçaldan, işgüzar nüfuzuna xələl gətirən ifadələr işlətməsi təsdiqini tapmışdır. Namzova Təranə hüquq mühafizə orqanına müraciət etməyinə baxmayaraq eyni məzmunlu videolar çəkərək davamlı paylaşlar etmişdir. Video fakt var və xx.xx.2023 cü il tarixli Məhkəmə linqvistik ekspertirzasın 4/498 nömrəli rəyi Gəncə şəhər BPİ-nin İstintaq Təhqiqat İdarəsinin Təhqiqat bölməsində X14 Samir Qərarı. Gəncə şəhər BPİ-nin İstintaq Təhqiqat İdarəsinin Təhqiqat bölməsində qərar və məhkəmə linqvistik ekspertirzasın 4/498 nömrəli rəyi sorğu ilə alınmalı. X13 onun adına saxta profil imeil adres yaradaraq müxtəlif dövlət idarələrinin əməkdaşlarını rüşvətxorluqda, digər həqiqətə uyğun olmayan böhtan xarekterli müraciətlər yazmışdır. Müraciətində səhfən Həsənə özünə məxsus sənədi də göndərmişdir. Beləliklə, sübut olunmuşdur ki, onun adından saxta profil yaradaraq müraciət edən X13 imiş. Bundan əlavə Namazov Həsən hal-hazırda Gəncə şəhər Məhkəməsinin icratında olan 1(125)-132/2023 saylı cinayət işinin məhkəmə istintaqında hakimdə ona qarşı mənfi fikir yaratmaq məqsədi ilə keçmiş həyat yoldaşı olmuş hal-hazırda Həsənin həyat yoldaşı olan X2 adından şər böhtan və onun şərəf və ləyaqətini alçaldıcı, ağır cinayətdə ittiham edərək müraciət ünvanlamışdır. Müraciətin sonundakı imza tam əminliklə deyə bilər ki, Namazov Həsənə məxsusdur. Namazova Təranə də eyni cinayət işinə şər böhtan dolu məktub ünvanlamışdır, təbii ki, cavabdehlərin əməllərini saymaqla bitmir. Onu və bir sıra dövlət qulluqçusunu rəhbər şəxsləri X13, X3 və Namazova (Bayramova) Nərmin Nərmail qızı qabaqcadan əlbir olaraq ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham edərək dövlət hüquq mühafizə orqanlarına yazılı şifahi dövlət qurumlarının qaynar xəttlərinə zəng edərək bilə bilə yalan böhtan atmışdır. Bundan əlavə ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham edərək video roliklər çəkərək sosial şəbəkələrdə yaymışdır. Yuxarıda qeyd etdiyi əməllər 2022-ci ilin Yanvar ayından başlamışdır. Qeyd olunan tarixdən bu günkü günə kimi onu adam oğurluğu, ölüm həddinə çatdırma, bıçaqla və silahla ölümlə hədələmə, Gəncə şəhər hüquq mühafizə orqanlarının rəhbərlərinə rüşvət vermə, əlbir olaraq vəzifə səlahiyyətlərindən sui- istifadə, bıçaqla xəsarət yetirmə, rüşvət verməklə rəhbər şəxsləri əla alma, hüquq mühafizə orqan əməkdaşları ilə əlbir olaraq yalan cinayət işi başlanması və cəlb edilmə və öldürməyə cəhd etmədə bilə-bilə yalandan ittiham edərək böhtanlar atmışdılar. Müxtəlif dövlət orqan və təşkilatlarına müxtəlif vaxtlarda müraciət etmişdir. Bütün müraciətləri araşdırılmış yuxarıda qeyd olunan ittihamları sübutunu tapmamış rədd edilmişdir. Bundan sonra araşdırmanın rədd qərarını ləvğ etdirmək, saxta sübutların qəbul olunmasına nail olmaq məqsədi ilə Rəhbər şəxslərin adlarından istifadə edərək şantaj xarekterli, hətta onlarla sıx münasibətinin olmasını yalandan sübut etmək məqsədi ilə video roliklər çəkərək sosial şəbəkədə paylaşılmışdır X13, X3 və Namazova (Bayramova) Nərmin Nərmail qızı qabaqcadan əlbir olaraq onun əmək fəaliyyəti göstərdiyi SOCAR rəhbərliynə və iş yerinə əsassız ağır cinayyətlərdə ittiham etmiş və övladına ona şərəf və ləyaqətini alçaldıcı şər böhtan ataraq ərizə ünvanlamışdır. Bu ərizə istər-istəməz kollektiv arasında yayılmış və dedi-qoduya səbəb olaraq şərəf və layəqətini alçalmış işgüzar əmək faliyyətinə mənfi təsir göstərmişdir. Əmək fəaliyyətinə və işgüzar əmək fəaliyyətinə təsir göstərəcək video roliklər çəkərək sosial şəbəkələrdə paylaşılmışdır. Sonuncu dəfə X4 və anası Əmrahova onun X4 ilə nigahları dövründə dünyaya gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X9 ilə görüşmək məqsədi ilə Sumqayıt şəhərinə gəlmişdir. Az yaşlı övladı anası ilə ünsüyyətdən imtina etdikdən sonra Namazova Nərmin DİN-nin qaynar xəttinə zəng edərək guya onun ona xəsarət yetirməsi və təhqir etməyi barədə məlumat vermiş sonra isə ərazi üzrə polis bölməsinə şər böhtan xarekterli şikayət ərizəsi vermişdir. Ərizə araşdırılmış və öz təsdiqini tapmamışdır. X4 ona məxsus şəxsi video və foto şəkilləri qeyri-qanuni yolla əldə etmiş və yaymışdır. xx.xx.2023-cü il tarixində ona məxsus olan +**********03 telefon nömrənin Whahsapp hesabına ona məxsus şəxsi video və foto şəkilləri göndərərək yayaraq biyabır edəcəyini söyləmişdir. X3, X13, Namazova (Bayramova) Nərmin Nərmayıl qızı və X10 yuxarıda qeyd olunan əməlləri törətməsi təsdiqini tapmışdır. Odur ki, X1 Azərbaycan Respublikası CMnin 147.1, 147.2 və 148-ci maddələri, X6 həmin Məcəllənin 147.2, 148 və 148.1-ci maddələri, Namazova (Bayramova) Nərmin Nərmayıl qızınının həmin Məcəllənin 147.1, 147.2 və 148 maddələri, X5 isə həmin Məcəllənin 147.1, 147.2 və 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs T.A.Bağırov şikayətinin məzmununa uyğun çxış etmiş, həmçinin məhkəməyə təqdim etdiyi fləşkartda olan videogörüntüləri nəzərə alaraq şikayətinin icraata götürülməsini və işə baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, şikayətdə şəxslərin CMnin 147.1, 147.2, 148 və 148.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 148.1-ci maddə mövcud deyil. Digər tərəfdən şikayətdə dörd nəfər şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilsə də, hər bir şəxsin ayrı-ayrılıqda konkretləşdirilməklə hansı hərəkətlərə yol verməsi, hansı əməllərinə görə ittiham edilməsi dəqiq fərqləndirilməmiş, şikayət qarışıq məzmunda tərtib edilməklə hansı şəxsin konkret hansı əmələ yol verməsi dəqiqliklə fərqləndirilməmişdir. Bundan əlavə şikayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2, 148-ci maddələri ilə, yəni böhtan, ağır cinayət törətməkdə ittiham etməklə böhtan atma və təhqirə görə verilsə də, barəsində şikayət verilmiş şəxslərin hər birinin ayrıayrılıqda hansı hərəkətləri və ya söz və ifadələri ilə şikayət vermiş şəxsə böhtan atmaları, hansı hərəkətləri və ya söz və ifadələri ilə şikayət vermiş şəxsi ağır cinayətdə ittiham etməklə böhtan atmaları, hansı hərəkətləri və ya söz və ifadələri ilə şikayət vermiş şəxsi təhqir etmələri göstərilməmişdir. Bundan əlavə hazırki şikayətdə şikayətçi barəsində şikayət verdiyi şəxslərin onu ARB telekanalının efirində, həmçinin sosial şəbəkələrdə, Gəncə şəhərində müxtəlif ərazilərdə və dövlət orqanlarına yazdıqları şikayətlərdə təhir etdiyini və böhtan atdığını göstərir. Bununla bağlı məhkəmə şikayətin məhkəmə aidiyyəti məsələsinə də münasibət bildirirək qeyd edir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə məhkəmə aidiyyəti müəyyən edilərkən bu KİV vasitəsi ilə olduqda həmin kütləvi informasiya vasitəsinin hüquqi ünvanı üzrə, müvafiq sosial şəbəkənin Azərbaycan Respublikasında hüquqi ünvanı olmadıqda barəsində şikayət verilmiş şəxsin (şəxslərin) yaşayış yeri üzrə, hər hansı konkret ərazidə törədildikdə isə törədildiyi yer üzrə verilməlidir. İndiki halda şikayətdə hadisələrin törədilmə yerləri və vaxtları bir neçə yer göstərilmiş, sonuncu yer kimi isə Sumqayıt şəhərində daxili işlər orqanlarına edilmiş müraciətdə böhtan olması göstərilmişdir. Qeyd edilən sonuncu epizodun Sumqayıt şəhəri ərazisində baş verməsi iddia edilməsi səbəbindən məhkəmə şikayətin aidiyyəti üzrə göndərmə barədə qərar qəbul etməmişdir. Lakin, məhkəmə həmin epizodla bağlı qeyd edir ki, hər hansı dövlət qurumlarına edilmiş müraciətlərdə olan məlumatlar üzrə müraciət sahibinin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 147 və 148-ci maddələrinin tərkib əlamətlərinin olması istisna edilir. Belə ki, həmin maddələrin ən vacib doispozitiv əlaməti olan kütləvilik əlaməti burada yaranmamış olur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri, X6 Azərbaycan Respublikası CM-nin 147.2, 148 və 148.1-ci maddələri, Namazova (Bayramova) Nərmin Nərmayıl qızının Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri, X5 isə Azərbaycan Respublikası CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X7 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-824/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-824/2023
13.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver