Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-43/2025 20.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1984-cü ildə Tərtər şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş 01 ədəd sellofan bükümdə, xeyli miqdarda ümumi təmiz çəkisi 1,789 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 25 fevral 2025-ci il tarixdə saat 13 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nakotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əlkdə edilməsində, saxlanılmasında, daşınmasında və istifadəsində şübhəli bilindiyi üçün Tərtər şəhəri T.Rəhimov küçəsi ərazisində saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən xeyli miqdarda, təmiz şəkisi 1,789 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan matamfetamin onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında veridiyi izahatında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Tərtər şəhəri, T.Rəhimov küçəsi ərazisində piyada hərəkətdə olarkən yol kənarından 01 (bir) ədəd sellofan bükümdə içərisində psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütlə tapmış və əynində olan gödəkcənin sağ yan cibinə qoymuş və Tərtər şəhəri, T.Rəhimov küçəsində yerləşən yaşadığı evə getmişdir. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində Tərtər şəhəri, T.Rəhimov küçəsi ərazisində olarkən Tərtər rayon Polis Şöbəsinin əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək üzərində və yaşadığı evdə psixotrop maddə olmasına şübhələr olduğunu bildirmiş və araşdırma aparılması üçün onu rayon polis şöbəsinə gətirmişlər. Tərtər rayon X6 Bölməsinin təhqiqatçısı tərəfindən ona dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Bundan sonra Tərtər Vəkil bürosunun vəkili Müdafiəçi və Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə RPŞ-nin inzibati binasında videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə psixotrop maddə hesab edilən metamfetamin aşkar olunaraq götürülmüşdür. Üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və bükümlə birlikdə ümumi çəkisi 2,08 qram müəyyən olunmuş və ekspertizaya göndərilməsi üçün qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan sonra onun icazəsi ilə müdafiəçinin və Tərtər RPŞ-nin əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə yaşadığı fərdi yaşayış evinə baxış keçirilmişdir. Fərdi yaşayış evinə baxış zamanı evdən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. O, əvvəllər bir neçə dəfə narkotik vasitə və psixotrop maddə istifadə etmiş, hazırda isə istifadə etmir. O, heç kimdən narkotik vasitə və ya psixotrop maddə almamış, almağa pulu da olmamışdır. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin alğı-satqısı ilə məşğul olmamışdır. O, həmin psixotrop maddəni heç kimdən pul müqabilində almamışdır. Ona rayon polis şöbəsində əməlini etiraf etməsində hər hansı bir zorakılıq olmamışdır. Bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən imza edilmişdir. İki azyaşlı uşağnın, himayəsində xəstə anasının olduğunu nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, təqsirləndirilən şəxslə heç bir ədavəti, qohumluğu olmamış, hadisədən sonra tanımışdır. Tərtər RPŞ-nin NMQnun əməliyyat müvəkkili vəfizəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə etibarlı mənbədən ona Tərtər şəhəri, T.Rəhimov küçəsi ev 03 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə hesab olunan metamfetamini əldə edərək üzərində və evində saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli bilinməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı alan kimi dərhal Təqsirləndirilən şəxs ifşa olunmasından ötrü əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün qərar qəbul edərək bu barədə raportla rayon polis şöbəsinin rəhbərliyinə məlumat vermişdir. Rəhbərliyin razılığı ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi məqsədi ilə o, Tərtər RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Tərtər RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Tərtər RPŞnin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid4, Tərtər RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X3 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat 13 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Tərtər şəhəri, T.Rəhimov küçəsi ərazisində onlar tərəfindən saxlanılmışdır. Bundan sonra həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin saxlanması, daşınması və istifadəsində şübhəli olduğunu bildirmiş və rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirildikdən sonra təhqiqatçı tərəfindən onun barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmışdır. Təqsirləndirilən şəxs hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduqdan sonra onun, Şahid2, Şahid3, Şahid4 və Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmış və videoçəkiliş Tərtər RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X8 tərəfindən qeyd alınmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində, yəni əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd bükümdə psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən, yəni əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən götürülən 01 (bir) ədəd bükümün nə olduğunu, kimə məxsus olduğunu, haradan və nə məqsədlə əldə etməsini soruşduqda sonuncu həmin bükümün “patı”, yəni psixotrop maddə hesab olunan metamfetamin olduğunu, ona məxsus olduğunu, yaşadığı Tərtər şəhəri, T.Rəhimov küçəsi ərazisində yerdən tapdığını, istifadə etmək məqsədi ilə götürərək üzərində gəzdirdiyini, satış məqsədinin olmadığını bildirmişdir. İçərisində psixotrop maddə olan həmin büküm elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə 2.08 qram olduğu məlum olmuşdur. Bundan sonra həmin kütlə ekspertizaya göndərilməsi məqsədi ilə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol yazılmış, o, digər iştirakçılar kimi protokolu imza etmişdir. Daha sonra yuxarıda adları çəkilən şəxslərin işitakı ilə Təqsirləndirilən şəxs yaşadığı Tərtər şəhəri, T.Rəhimov küçəsinə ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Fərdi yaşayış evinin otaqlarına baxış keçirilən zaman həmin otaqlardan narkotik vasitə və ya psixotrop maddə, həmçinin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar olunmamışdır. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, təqsirləndirilən şəxslə heç bir ədavəti olmamış, hadisədən sonra tanımışdır. Tərtər RPŞ-nin CAB-in əməliyyat müvəkkili vəfizəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə Tərtər rayon X11 şəhəri, T.Rəhimov küçəsi ev 03 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə hesab olunan metamfetamini əldə edərək üzərində və evində saxlamaqda, daşımaqda və istifadə etməkdə şübhəli bilinməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı alan kimi dərhal Təqsirləndirilən şəxs ifşa olunmasından ötrü əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün qərar qəbul edilmiş, bu barədə raportla rayon polis şöbəsinin rəhbərliyinə məlumat verilmişdir. Rəhbərliyin razılığı ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi məqsədi ilə o, Tərtər RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 və Tərtər RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid4, Tərtər RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X3 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Tərtər şəhəri, T.Rəhimov küçəsi ərazisində saxlanılmışdır. Bundan sonra həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin saxlanması, daşınması və istifadəsində şübhəli olduğunu bildirmiş və rayon polis şöbəsinə dəvət etmişlər. Tərtər rayon polis şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən onun barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmışdır. Təqsirləndirilən şəxsin hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduqdan sonra onun, Şahid1, Şahid4 və Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində, yəni əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd bükümdə psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən götürülən 01 (bir) ədəd bükümün nə olduğunu, kimə məxsus olduğunu, haradan və nə məqsədlə əldə etməsini soruşduqda sonuncu həmin bükümün psixotrop maddə hesab olunan metamfetamin olduğunu, ona məxsus olduğunu, yaşadığı Tərtər şəhəri, T.Rəhimov küçəsi ərazisində yerdən tapdığını, istifadə etmək məqsədi ilə götürərək üzərində gəzdirdiyini bildirmişdir. İçərisində psixotrop maddə olan həmin büküm elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə 2.08 qram olduğu məlum olmuşdur. Bundan sonra həmin kütlə ekspertizaya göndərilməsi məqsədi ilə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol yazılmış, o, digər iştirakçılar kimi protokolu imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Tərtər şəhəri, T.Rəhimov küçəsi ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Fərdi yaşayış evinin otaqlarına baxış keçirilən zaman həmin otaqlardan narkotik vasitə və ya psixotrop maddə, həmçinin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar olunmamışdır. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, təqsirləndirilən şəxslə heç bir ədavəti olmamış, hadisədən sonra tanımışdır. Tərtər RPŞ-nin CAB-in əməliyyat müvəkkili vəfizəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə X11 şəhəri, T.Rəhimov küçəsi ev 03 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə hesab olunan metamfetamini əldə edərək üzərində və evində saxlamaqda, daşımasında və istifadə etməkdə şübhəli bilinməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatı alan kimi dərhal Təqsirləndirilən şəxs ifşa olunmasından ötrü əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün qərar qəbul edilmiş, bu barədə raportla rayon polis şöbəsinin rəhbərliyinə məlumat verilmişdir. Rəhbərliyin razılığı ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi məqsədi ilə o, Tərtər RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 və Tərtər RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Tərtər RPŞ-nin PPXB-nin polis nəfəri, polis baş serjantı X3 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində əməliyyat-axtarış tədbirləri keçirilmiş, nəticədə Təqsirləndirilən şəxs yaşadığı Tərtər şəhəri, T.Rəhimov küçəsi ərazisində saxlanılmışdır. Bundan sonra həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin saxlanması, daşınması və istifadəsində şübhəli olduğunu bildirilmiş və rayon polis şöbəsinə dəvət edilmişdir. Tərtər rayon polis şöbəsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən onun barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmışdır. Təqsirləndirilən şəxsin hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduqdan sonra onun, Şahid1, Şahid4 və Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində, yəni əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 01 (bir) ədəd bükümdə psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən götürülən 01 (bir) ədəd bükümün nə olduğunu, kimə məxsus olduğunu, haradan və nə məqsədlə əldə etməsini soruşduqda sonuncu həmin bükümün psixotrop maddə hesab olunan metamfetamin olduğunu, yaşadığı Tərtər şəhəri, T.Rəhimov küçəsi ərazisində yerdən tapdığını, istifadə etmək üçün götürərək üzərində gəzdirdiyini bildirmişdir. İçərisində psixotrop maddə olan həmin büküm elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə 2.08 qram olduğu məlum olmuşdur. Bundan sonra həmin kütlə ekspertizaya göndərilməsi məqsədi ilə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol yazılmış, o, digər iştirakçılar kimi protokolu imza etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Tərtər şəhəri, T.Rəhimov küçəsi ərazisində yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Fərdi yaşayış evinin otaqlarına baxış keçirilən zaman həmin otaqlardan narkotik vasitə və ya psixotrop maddə, həmçinin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından görünür ki, 25 fevral 2025-ci il tarixdə Tərtər rayon Polis Şöbəsinin inzibati binasında Tərtər RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən Tərtər rayon X10 RPŞ-nin PPXB-nin əməkdaşlarınin və Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan qara rəngli qış gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütlə aşkar edilmiş, həmin kütlə büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş, bükümlə birlikdə çəkisinin 2,08 (iki tam yüzdə səkkiz) qram olduğu müəyyən edilmişdir. Həmin büküm ekspertizaya göndərilməsi üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmin diskə 26 fevral 2025-ci il tarixdə tərəfimdən baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. (Bax: iş vərəqə: 26-29) Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X5 bölməsinin 30 yanvar 2025-ci il tarixli 16/189 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə hesab olunan metamfetamina bənzər kütlə yazı və imzalar olan kağız paketdəki 02 (iki) ədəd iç-içə şəffaf sellofan bükümdə təmiz çəkisi 1,789 qram olan maddə, kustar üsulla hazırlanmış psixotro maddə-metamfetamindir. Metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısına (1-ci siyahı) daxildir. (Bax: iş vərəqə: 38-39, 45-49) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji dispanserinin 04 aprel 2025-ci il tarixli 503 nömrəli rəyindən görünür ki, “Psixotrop maddə olan metamfetamindən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür”. (Bax:iş vərəqə: 85-86,145) İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Markazi» publik hüquqi şəxsinin Gəncə regional ambulator şöbəsinin xx.xx.2025-ci il tarixli 205 nömrəli rəyində qeyd olunmuşdur ki, “Aparılmış eksperimentalpsixoloji müayinəyə əsasən Təqsirləndirilən şəxs əqli intellektual imkanları normaya uyğundur. Fərdi psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, hövsələsizlik və implusivlik aşkar olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli cəhətdən geri qalma ve ləngimə halları müşahidə olunmur. (Bax: iş vərəqə: 125-128,154-158) İstintaq zamanı Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə 18 aprel 2025-ci il tarixdə Tərtər şəhəri, T.Rəhimov küçəsi ərazisində tərəfimdən polis əməkdaşlarının iştirakı ilə təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmişdir. İfadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ifadəsi ilə ifadənin yerində yoxlanması zamanı göstərdiyi xüsusatlar arasında hər hansı ziddiyyət müəyyən edilməmişdir. Bununla bağlı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. (Bax: iş vərəqə: 149-151) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 aprel 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(Bax:iş vər:152-153) İş materiallarından görünür ki, cinayət işi üzrə 28 fevral 2025-ci il tarixdə Tərtər RPŞ-nin CAB-nə əməliyyat tapşırığı verilmiş, Tərtər RPŞ-nin CAB-nin 17 mart 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,789 qram olan psixotrop maddə hesab edilən metamfetamini kimdən, haradan və nə vaxt əldə etməsini dəqiqliklə müəyyən etmək mümkün olmamış, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin alğı-satqısı ilə məşğul olması tərəfimizdən müəyyən edilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Tərtər rayonu ərazisində və Respublikasının digər ərazilərində analoji cinayətlərdə iştirakının olması müəyyən edilməmişdir.(Bax: iş vərəqə 117) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 1,789 qram olmuş, ekspertiza zamanı ümumi 0,05 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdə təmiz çəkisi 1,739 qram psixotrop maddə olan metamfetamin tərəfimdən cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Tərtər rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. (Bax: iş vərəqə: 160-167) İş materiallarından görünür ki, 25 fevral 2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilən və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının videogörüntüsünü özündə əks etdirən bir ədəd disk tərəfimdən cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (Bax:İş vərəqə: 160- 167) Məhkəmə iclasında müəyyən texniki səbəblərdən həmin diskə baxış keçirilməsi mümkün olmamışdır. Lakin işdə olan fotoşəkillər baxış keçirilmiş, bununla bağlı təqsirləndirilən şəxsə verilmiş sullara ətraflı cavab alınmış və təqsirləndirilən baxış keçirilmiş fotoşəkillərə qarşı heç bir etirazı olmamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da işüzrə sübut növləri kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi yuxarıda şərh olunan və işdə olan digər dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş 01 ədəd sellefan bükümdə, xeyli miqdarda ümumi təmiz çəkisi 1,789 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış, 25 fevral 2025-ci il tarixdə saat 13 radələrində Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nakotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əlkdə edilməsində, saxlanılmasında, daşınmasında və istifadəsində şübhəli bilindiyi üçün Tərtər şəhəri T.Rəhimov küçəsi ərazisində saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən xeyli miqdarda, təmiz şəkisi 1,789 qram olan kustar üsulla hazırlanmış psixotrop maddəı hesab olunan matamfetamin onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinəəsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq çəkməsi, yaşayış yerində müsbət xarakterizə olunması, ilk dəfə az ağır cinayət törətməsi, himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Onun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədlərinə nail olunması baxımından ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə də cəzanın məqsədlərinə çatmaq olar. Ona görə də məhkəmə ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Təqsirləndirilən şəxs üzərinə Tərtər rayonunun hüdudlarını tərk etməmək, Tərtər rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikası CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 fevral 2025-ci il tarixdən 27 fevral 2025-ci il tarixə kimi saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş üzrə mülki iddia və CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə olunası əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri barəsində olan hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut hesab edilən Tərtər Rayon Polis Şöbəsində saxlanca verilmiş Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 1,789 qram olmuş, ekspertiza zamanı ümumi 0,05 qram istifadə edilkidən sonra hazırda qablaşdırılmış vəziyyətdə təmiz çəkisi 1,739 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv dilməlidir. Həmçinin Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış 25 fevral 2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilən və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının videogörüntülərini özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi 25 fevral 2025-ci il tarixdən 27 fevral 2025-ci il tarixə kimi saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzası növündə cəzanın 2 (iki) gününə bərabər tutulmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Tərtər rayonunun hüdudlarını tərk etməmək, Tərtər rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri barəsində olan hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut hesab edilən Tərtər Rayon Polis Şöbəsində saxlanca verilmiş Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 1,789 qram olmuş, ekspertiza zamanı ümumi 0,05 qram istifadə edildikdən sonra hazırda qablaşdırılmış vəziyyətdə təmiz çəkisi 1,739 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış 25 fevral 2025-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilən və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasının videogörüntülərini özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №1(061)-43/2025
Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-43/2025
20.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver