Məhkəmə qərarları › İş №1(061)-69/2024

Tərtər Rayon Məhkəməsi Hökm — İş №1(061)-69/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tərtər rayonu İş № 1(061)-69/2024 27.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instasiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X2, Müdafiəçi, Təqsirləndirilən şəxs Elbrus oğlunun və qanuni nümayəndəsi X6 iştirakları ilə xx xxxxxx 2006-cı il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Tərtər şəhəri V.Orucov küçəsi ev 7-də qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlini törətmişdir. Belə ki, o, cinsi ehtirasını təmin etmək məqsədi ilə 23 iyun 2024-cü il tarixdə istintaqa dəqiq məlum olmayan saatda Tərtər şəhəri, Vəzir Orucov küçəsindəki köhnə hərbi hissənin istifadə edilməyən binasının ikinci mərtəbəsində, giriş qapısından sol tərəfdə yerləşən otaqda 22 avqust 2011ci il təvəllüdlü, on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun könüllü razılığı əsasında heç bir zor və fiziki güc tətbiq etmədən özünün gərginləşmiş vəziyyətdə olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə, yəni düz bağırsağına daxil etməklə onunla bir dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi X6 iştirakı ilə Təqsirləndirilən şəxs izahat verərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Tərtər şəhəri Vəzir Orucov küçəsi ev 7-də ailə üzüvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs təxminən üç aydır ki, tanımış, onunla heç bir ədavəti olmamışdır. Təxminən üç ay əvvəl “Tiktok” sosial şəbəkəsində canlı açmış, həmin vaxt tanımadığı sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs tiktok sosial şəbəkəsində ona salam yazmışdır. Daha sonra “instagram” səhfəsin yazmış, bundan sonra o, Zəhra ilə tanış olmuş və daha sonra sevgili olmuşlar. Telefonda danışdıqları müddətdə Zəhra ona yaşının 16 olduğunu və yaşadığı ünvanı bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində tanışı Tərtər rayon Hacıqərvənd kənd sakini Şahid1 onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək yanında iki nəfər qız olduğunu və onun da gəlməsini bildirmişdir. Onlar Tərtər şəhərində yerləşən 3 saylı orta məktəbin qarşısında görüşməklə bağlı razılaşmışlar. Onlar həmin vaxt orada görüşmüşlər. Orada ona Elnurun yanındakı qızlar əvvəllər tanıdığı Zərərçəkmiş şəxs və tanımadığı sonradan adı ona məlum olan X4 olması məlum olmuşdur. Onlar gəzə-gəzə Tərtər rayon İcra Hakimiyyətinin qarşısına getmişlər. Orada bir neçə saat gəzib söhbət etdikdən sonra, o, yaşadığı evə getmək istədiyini bildirmişdir. Zəhra evdən qaçdığını və evə qayıdarsa valideyinlərinin onu danlayacağını bildirmişdir. Onlar qalmaq üçün yer axtaran zaman o, yaşadığı küçədə yerləşən köhnə hərbi hissənin binasında qalmağı təklif etmiş və onlar dördü də həmin hərbi hissəyə getmişlər. Həmin vaxt yəni xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində həmin hərbi hissədə otaqlardan birində Zəhra ilə o, digər otaqda isə Elnurla Nazpəri qalmışlar. Onlar otaqda olan zaman o, Zəhra ilə öpüşmüş, Zəhrada ona qarşılıq verərək onu öpmüş, bu zaman Zəhra üzərində olan ağ rəngli şalvarını və rəngini xatırlamadığı alt paltarını yəni tursikini soyunmuşdur. Bundan sonra o, Zəhra ilə qeyri-təbii yolla, yəni arxa tərəfdən cinsi əlaqədə olmaq üçün, onu üzü üstə çevirmiş və öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə salaraq onunla qeyri-təbbi yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra yan otaqdan səs gəldiyini eşitmişlər. Zəhra ilə birlikdə həmin otağa getmişlər. Orada Nazpəri ilə Elnurun mübahisə etdiklərini görmüşlər, daha sonra Elnur ilə Nazpəri sakitləşmişlər. Sonra o, saat 03 radələrində Zəhraya evə gedəcəyini demiş və onlardan ayrılaraq yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, Zəhraya qarşı zor tətbiq etməmiş, həmçinin cinsi zorakılıq da göstərməmiş, Zəhranı döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Xəsarəti olmadığına görə məhkəmə tibbi ekspertizadan keçmək istəməmişdir. Hazırda əməlindən səmimi peşiman olmuşdur. Zərərçəkən şəxsdın üzr istəyərək onunla barışmışdır. Zərərçəkən şəxsin ondan şikayət, tələbi olmadığını bildirmişdir. Tezliklə hərbi xidmətə getmək istədiyini, eləcə də yuxarıda qeyd etdiklrini və ailə vəziyyətini nəzərə alaraq ona köməklik olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X2 iştirakı ilə ifadə vermiş Zərərçəkmiş şəxs göstərmişdir ki, X5 onun nənəsidir. O, nənəsinin himayəsindədir və uşaqlıqdan onunla birlikdə yaşayır. Təqsirləndirilən şəxs Elbariz oğlunu təxminən 2 aydır ki tanımışdır. Qonşuları Şahid2 onun şəklini “Tiktok” sosial şəbəkəsində Məcidə atmış, Məcid isə sonra ondan xoşu gəldiyini Nazpəriyə demişdir. Bundan sonra o, Nazpərinin mobil telefonu vasitəsi ilə Məcid ilə telefonda sevgili kimi danışırmışdır. xx.xx.2024-cü il tarixdə Məcidlə görüşmək məqsədi ilə qonşusu Nazpəri ilə birlikdə Tərtər şəhərində yerləşən “Heydər Əliyev” parkına getmişdir. Həmin vaxt Məcidin yanında Elnur adında şəxs də olmuşdur. Onlar parkda bir az söhbət etdikdən sonra Məcid onlara Tərtər şəhərində yerləşən 3 nömrəli orta məktəbin yaxınlığında olan köhnə hərbi hissəyə getmələrini təklif etmişdir. Onlar isə Nazpəri ilə razılaşıb həmin ünvana getmişlər. Həmin yerdə otaqlardan birinə o və Məcid, digərinə isə Elnur və Nazpəri girmişdir. Məcid onu öpmüş və divara tərəf əyilməsini təklif etmiş, o, isə divara tərəf əyilmiş və əlini divara qoymuşdur. Bundan sonra Məcid üzərində olan ağ rəngli şalvarını və alt geyimini, yəni tursikini (tumuşunu) aşağı yendirib öz cinsiyyət orqanını onun arxa dəliyinə salmış və onunla qeyri təbbi yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra digər otaqdan Nazpərinin səsi gəlmiş və onlar Məcidlə həmin otağa keçmişlər. Elnur adlı şəxsin Nazpərinin qollarını arxadan tutduğunu görmüşdür. Həmin vaxt Elnur onunla Məcidə çölə çıxmasıni təklif etmişdir. Onlar isə çölə çıxmışlar, ancaq Elnurla Nazpərinin cinsi əlaqədə olub olmamasını bilməmişlər. Sonra gecəni orada qalmışlar. Sabah isə yenidən Tərtər şəhərində yerləşən “Heydər Əliyev” parkına gəlmişlər. Həmin vaxt Məcid işə getmiş, Elnur isə parkda onlardan ayrılmışdır. Sonra parkdan çıxıb yaşadıqları evə gələn zaman küçədə polis əməkdaşları onlara yaxınlaşmış və onları Tərtər rayon polis şöbəsinə gətirmişlər. Onlar həmin vaxt valideyinlərinin itməkləri ilə bağlı polis şöbəsinə müraciət etməsi məlum olmuşdur. Məcid ona qarşı zor tətbiq etməmiş, cinsi zorakılıq və ya seksual xarakaterli hərəkətlər etməmiş, Təqsirləndirilən şəxs yalan danışmış, o Məcidə yaşının 16 yox 13 olduğunu demişdir. Məcid onu döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs hazırda əməlindən səmimi peşiman olmuşdur. Ondan şikayət, tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X7 iştirakı ilə şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs tanımamış, hadisə günü tanımışdır. Zərərçəkən şəxs Zərərçəkmiş şəxs ilə qonşuluqda yaşayırlar. Münasibətləri yaxşıdır. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadıqları küçədə Zərərçəkmiş şəxs ilə birlikdə olarkən, Zəhra H.Əliyev parkına getməyi təklif etmişdir. Onlar birlikdə həmin parka getmişlər. Parkda olarkən əvvəllər tanımadığı, lakin adını sonradan bildiyi Elnur Temurlu ona yaxınlaşməş və Zəhra ilə söhbət etməyə başlamışdır. Daha sonra Elnur başqa bir adını sonradan bildiyi Təqsirləndirilən şəxs zəng edərək çağırmışdır. Onlar Tərtər Rayon İcra Hskimiyyətinin yanında görüşmüşlər. Orada bir qədər söhbət etdikdən sonra, Məcid evə getmək istədiyini bildirmişdir. Zəhra isə evdən xəbərsiz çıxdığını və evə qayıtmaq istəmədiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadıqları küçədə sahibsiz yer tanıdığını və gecəni orda qala biəcəyini bildirdi. Bundan sonra onlar həmin bunaya getmişlər. Məcid ilə Zəhra bir otağa, Elnur ilə o, isə digər otağa keçmişlər. Elnur onu öpmək istədikdə, ona imkan verməmişdir. Onların səsinə Zəhra ilə Məcid gəlmişdir. Daha sonra səhərə qədər həmin otaqda gecələmişlər. Səhər açılanda polislər onlara yaxınlaşaraq Tərtər Rayon Polis şöbəsinə aparmışlar. Həmin vaxt onlara məlum olmuşdur ki, atası və Zəhranın nənəsi onların itkin düşməsi ilə bağlı polisə məlumat vermişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Şahid1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq vaxtı veridiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Tərtər şəhərində “Heydər Əliyev” parkında olarkən Zəha Səfərli ilə rastlaşmışdır. Onun yanında əvvəllər tanmdığı adını sonradan bildiyi Şahid2 olmuşdur. Onlarla bir az söhbət etdikdən sonra Məcidə zəng vuraraq yanında Zəhra və başqa bir qızın olduğunu demişdir. Məcid İcra Hakimiyyətinin qarşısına gəlməyi təklif etmişdir. İcra Hakimiyyətinin qarşısında bgörüşüb söhbət etmişlər. Məcid evə getmək istədiyini bildirmişdir. Zərərçəkmiş şəxs isə Nazpəri ilə birlikdə evdən çıxdıqlarını və evə qayıtsalar evdəkilərin onları döyəcəklərini bildirmişlər. Məcid gecəni qala biləcək yer bildiyini demişdir. Onlar dördü də birlikdə Tərtər şəhəri Vəzir Orucov küçəsində yerləşən sahibsiz köhnə hərbi hissəyə gəlmişlər. Həmin hərbi hissənin ikinci mərtəbəsinə qalxmışlar. Məcidlə Zəhra otaqlardan birinə, o, isə Nazpəri ilə otaqlardan birinə keçmişlər. Otaqda olarkən Nazpərini öpmək istəmiş, ancaq Nazpəri onu öpmək istəməmişdir. Bundan sonra Nazpəri səsini yüksəltmişdir. Məcid və Zəhra digər otaqdan onların yanına gəlmişlər. Daha sonra Məcidlə Zəhra öz qaldıqları otağa keçmiş, o, isə Nazpəri ilə həmin otaqda qalmışlar. Məcid gecə saatlarında yaşadıqları evə getmişdir. Səhər isə Zərərçəkmiş şəxs və Nazpəri birlikdə Tərtər şəhərində “Heydər Əliyev” parkına gəlmişlər. Orada bir qədər söhbət etdikdən sonra yaşadığı evə getmişdir. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da işüzrə sübut növləri kimi qəbul edir. İş materiallarına əlavə olunmuş 06 iyun 2024-cü il tarixdə hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sadıqlı X8 Zəhra Etibar qızı ilə Tərtər şəhəri Vəzir Orucov küçəsində yerləşən istifadəyə yararsız binada sonuncu ilə qeyri təbbi yolla cinsi əlaqədə olmuşdur. Foto görüntülər çəkilərək protokola əlavə edilmişdir. (Bax: i.v. 88- 92) İş materiallarına əlavə olunmuş istintaq zamanı Zərərçəkmiş şəxs nə kimi bədən xəsarətləri almasını, həmin xəsarətlərin ağırlıq dərəcəsini, yetirilmə müddətini, Zərərçəkmiş şəxs anal dəliyində seksual xarkaterli hərəkətlər uyğun xəsarətin olub-olmaması, həmin dəlikdə qıf şəkilli çıxıntının yaranıb-yaranmamasını müəyyən etmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə məhkəmə-tibb ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi MTE və PA birliyi Bərdə rayonlararası zona mərkəzi ekspertizanın xx.xx.2024-cü il tarixli 178 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində müəyyən edilmiş xəsarət-arxa keçəcək dəliyinin qançırı uzunsov küt əşyanın ola bilsin gərginləşmiş kişi cinsiyyət üzvünün düz bağırsağa yeridilməsi nəticəsində törənə bilərdi, törənmə müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir.(Bax:i.v. 23-28) İş materiallarından aydın olur ki, iş üzrə Zərərçəkmiş şəxs əvvəllər psixi xəstəliklər keçirməsini, onda əqli cəhətdən geri qalma və ləngimə hallarının olmasını müəyyən etmək məqsədi ilə barəsində 20 senytyabr 2024-cü il tarixdə məhkəmə-psixiatrik ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Səhiyyə Nazirliyi Məhkəmə X3 publik hüquqi şəxsin Gəncə regional ambulator şöbəsinə həvalə edilmişdir. Həmin ekspertizanın 26 sentyabr 2024-cü il tarixli 696 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs cinayət əməlinə məruz qalarkən hər hansı psixi pozuntudan, xəstəlikdən və ya ağır psixi pozuntulardan əziyyət çəkməmişdir, hal-hazırda da hər hansı psici pozuntudan, xəstəlikdən və ya ağır psixi pozuntulardan əziyyət çəkmir. Zərərçəkmiş şəxs cinayət əməlinə məruz qaldıqdan sonra hər hansı psixi pozuntudan əziyyət çəkməmişdir. O, öz hərəkətlərini dərk etmək və onları idarə etmək imkanında olmuşdur. Zərərçəkmiş şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konfilikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma xüsusiyyətlərinə malikdir. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs uydurmağa meyillilik əlamətləri aşkar edilir. (Bax: i.v. 167-173 ) İş materiallarından aydın olmuşdur ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi əvvəlki ifadəsinin düzgünlüyü yoxlamaq və dəqiqləşdirmək məqsədi ilə xx.xx.2024-cü il tarixdə ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs verdiyi ifadə ilə istintaqa verdiyi əvvəlki ifadəsi arasında heç bir ziddiyyət müəyyən edilməmişdir. İfadənin yerində yoxlanması istintaq hərəkəti foto görüntü ilə qeydə alınaraq protokola əlavə edilmişdir. (Bax:i.v. 158-161) İş materiallarından aydın olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə qeyri təbii yolla cinsi əlaqədə olub-olmaması, həmçinin Zərərçəkmiş şəxs ilə Musa Bayramzadənin və digər şəxslərin cinsi əlaqədə olub-olmaması müəyyən etmək üçün əməliyyat tapşırığı verilmişdir. Verilmiş əməliyyat tapşırığına cavab olaraq bildirilmişdir ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Tərtər şəhəri V.Orucov küçəsində yerləşən köhnə hərbi hissədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə qeyri təbii yolla cinsi əlaqədə olması, həmin vaxt onların yanında olan digər otaqda Nazpəri Quliyeva və Şahid1 qalması müəyyən edilmiş, ancaq sonuncuların birlikdə cinsi əlaqədə olmasına dair, həmçinin Zərərçəkmiş şəxs ilə Musa Bayramzadə və digər şəxslərin cinsi əlaqədə olmasına dair əməliyyat məlumatı əldə edilməsi mümkün olmamışdır. (Bax: i.v. 142, 146) Cinayət işinə əlavə edilmiş Tərtər RMX-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, 18-1- 75/2-301/2024 nömrəli məktubdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xəstəxananın polikilinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında dayanmır. (Bax:i.v. 164) İş materiallarına əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti Başçısının Tərtər şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 1456 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər şəhəri keçmiş V.Orucov indiki S.Məmmədli küçəsində yaşayır və müsbət xarakterizə olunur. (Bax:i.v. 174-175) Cinayət işinə əlavə edilmiş Tərtər rayon İcra Hakimiyyəti Tərtər rayon Mənzil İstehsalat Təmir İstismar sahəsinin xx.xx.2024-cü il tarixli 426 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs Tərtər rayon V.Həsənov küçəsi 4 nömrəli binanın 12 nömrəli mənzilində yaşayır və müsbət xarakterizə olunur. (Bax:i.v. 165-166) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(Bax:i.v. 180) İş materiallarında aydın olmuşdur ki, istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan edilən zaman ifadəsində özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs yaşının 16-17 yaş olmasını zənn etdiyini və Zərərçəkmiş şəxs özünün ona yaşının 16 yaş olduğunu deməsini bildirmişdir. Ancaq cinayət işinin istintaq materiallarına nəzər yetirdikdə Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsində xx.xx.2011-ci il təvəllüdlü olması, həmçinin Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs yaşının 16 yox, 13 yaşda olduğunu bildirdiyini deməsi müəyyən edilmişdir. Bundan başqa digər istintaq sənədləri ilə də təqsirləndirilən şəxsin vəsatətinin özünü müdafiə etmək xarakterli və əsassız olmağı müəyyən edilmişdir. Buna görə də təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər tərəfimdən vəsatət kimi qəbul edilmiş və əsassız olub təqsirləndirilən şəxsi müdafiə etmək xarakteri daşıdığından xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarlarla rədd edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə və işin digər materallarına məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona ittiham elan olunan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetrilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə tövsüf edilmişdir. Məhkəmə də onun əməlini Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə tövsüf edir. Məhkəmə istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CMnin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsinin sanksiyasında 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs olması, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, gənc olmasını barəsində cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın məqsədlərinə nail olunması, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsiri baxımından ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməyi məqsədə müvafiq hesab edir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra yəni məhkəmə istintaqı başa çatdıqdan sonra məhkəmə çıxışları mərhələsində əməlinin xarakterini dərk edərək, gənc olduğunu, baş vermiş belə xoşagəlməz hallara görə peşmançılıq çəkdiyini, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmadığını bildirmiş, əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirərək, zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmış, bununla da törətdiyi cinayətin zərərli nəticələrini yüngülləşdirmişdir. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs artıq islah yoluna qədəm qoymuşdur. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışdır və o, hazırda təyin edilmiş cəzasını real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanı şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti hayat keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanın nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 384.1-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə təqsirli bilinib, ona təqsirli bilindiyi maddədə nəzərdə tutulan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmədən 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarəti hayat keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. SƏDRLİK EDƏN : KAMİL RZAYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar