Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-134/2021 14.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyət ilə məşğul olan, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 01 iyul 2008-ci il tarixli hökmü ilə 11 noyabr 2007-ci il tarixindən hesablanmaqla 13 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, 11 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda, istintaqa məlum olmayan mənbədən, şəxsi istifadə məqsədilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, 20 may 2021-ci il tarixdə Xaçmaz st. XPŞ-nin əməkdaşlarının Təqsirləndirilən şəxs Yalama st. Xətt polis bölməsində saat 20:40-21:45 müddətində üzərinə-şəxsi axtarış keçirilərkən, sol ayağında olan ağ rəngli corabın içində daşıdığı şəffaf rəngli sellafon bükümün içərisindən 0,806 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan metafetamin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 2008-ci ildə o, məhkəmə hökmü ilə qəsdən adam öldürməyə görə 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 noyabr 2020-ci il tarixdə isə cəzanın sonu ilə azad edilmişdir. 20 may 2021-ci il tarixdə Xudat dəmir yolu stansiyası ərazisindən keçib yaxınlıqda yerləşən mağazaya gedərkən dəmir yolu xətləri ərazisində, yerdən bir ədəd bükümdə içərisində narkotik vasitəyə oxşar şəffaf rəngli bükülü tapmışdır. O, əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün dərhal narkotik vasitəni tanımış və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün yerdən götürmüşdür. Həmin tarixdə axşam saat 19:30 radələrindən Xudat dəmir yolu stansiyası ərazisindən keçərək evinə getmək istəyərkən qarşısına tanıdığı Xudat şəhər sakini Nadir adlı şəxs çıxmış, onunla bir qədər dayanıb söhbət edərkən onlara polis əməkdaşları yaxınlaşmış, özlərini təqdim edərək ona üzərində narkotik vasitə saxlamaqla daşıması barədə əməliyyat məlumatlarının olmasını demişlər. Sonra onu və tanışı Nadiri Yalama st. XPB-nə dəvət etmişlər. Buna onlar etiraz etmədən polis əməkdaşları ilə birlikdə bölməyə getmişlər. Bölmədə onun anket məlumatları ilə maraqlandıqdan sonra o, Nadir adlı təhqiqatçmm olduğu otağa dəvət edilmiş, həmin otağda təhqiqatçı ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə məlumatlandırmaqla onu vəkillərin siyahısını təqdim etmiş, ona hüquqlarının müdafiəsi üçün vəkil seçməyini təklif etmiş, oda siyahıda olan vəkillərdən biri ilə onun təmin edilməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı bölməyə siyahıda olan vəkillərdən növbətçi vəkil olan X6 dəvət etmiş, onu xidməti otağında vəkilinin iştirakı ilə şübhəli şəxs qismində tutaraq bu barədə protokol tərtib etmiş, həmin protokolu o, vəkili ilə birlikdə imzaladıqdan sonra təhqiqatçı onun vəkilinə onun üzərinə şəxsi-axtarış keçirilməsində iştirak etməyi təklif etmiş, sonra təhqiqatçı onu polis məntəqəsinə dəvət edən polis əməkdaşlarının yanında bölməyə barəsində daxil olmuş əməliyyat məlumatı barədə təkrarən məlumatlandıraraq ona hüquq və vəzifələrini izah etmişdir. Təhqiqatçı videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi-axtarış keçiriləcəyini bildirərək buna etirazının olubolmamasını ondan soruşmuş, buna cavab olaraq o, etiraz etmədiyimi bildirdikdən sonra təhqiqatçı Nadir videoçəkilişi aparmaq üçün bir nəfər polis əməkdaşını otağa dəvət etmiş, sonra təhqiqatçı videoçəkiliş aparılaraq ona hüquq və vəzifələrini izah etmiş, üzərində olan qanunsuz əşyaları təqdim edərək masanın üzərinə qoymasını təklif etmiş, oda sol ayağında olan ağ rəngli corabının içərisində gizlətdiyi şəffaf rəngli sellafon bükülünü masanın üzərinə qoymuş, bundan sonra təhqiqatçı onun üzərinə şəxsi- axtarış keçirmiş, üzərində qanuna zid heç bir əşya aşkar etməmişdir. Sonra təhqiqatçı masanın üzərinə onun qoyduğu şəffaf sellafon bükülüyə baxaraq içərisində olan narkotik vasitə olan metamfitamini aşkar etmiş və sellafon bükülüdə nə olduğunu ondan soruşmuşdur. Oda sellafon bükümdə narkotik vasitə olmasını, həmin narkotik vasitəni sonrakı istifadəsi üçün üzərində gizlətdiyini bildirmişdir. Bundan sonra onun təqdim etdiyi şəffaf rəngli sellofan bükülünün içərisindəki narkotik vasitə təhqiqatçı tərəfindən ekspertizaya təqdim olunması üçün götürülmüş, qablaşdırılmış və iştirakçılarla onun tərəfindən şəxsi-axtarşla bağlı təhqiqatçı tərəfindən tərtib olunmuş protokol imzalanmışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz st. XPŞ-nin Yalama st. XPBnin CAQ-nun, baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 göstərdi ki, 20 may 2021-ci il tarixdə Xudat şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin tədbirə Yalama st. PPXM-nm polis nəfəri, polis serjantı Şahid3 və polis nəfəri, polis serjantı Şahid2da cəlb olunmuşlar. Daxil olmuş əməliyyat məlumatı əsasında onlar Xudat dəmir yolu stansiyasının ərazisinə gedərək orada bir qədər durduqdan sonra saat 19:30 radələrində bir nəfər 45-50 yaşında olan şəxsin stansiya ərazisinə gəlmiş, orada duraraq bir nəfər şəxslə söhbət etdiyini görmüşlər. Bu vaxt o, polis serjantı Şahid3 və polis serjantı Şahid2la həmin şəxslərə yaxınlaşmış, özlərini təqdim etmiş, barəsində əməliyyat məlumatı olan şəxsə narkotik vasitələrin istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatlarının olması barədə bildirmişlər. Bu vaxt həmin şəxslə yanında olan şəxsi Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin inzibati binasına dəvət etmişlər. Həmin şəxslər etiraz etmədən onlarla birgə Xaçmaz st. XPŞ-nin Yalama st. XPB- nə gəlmişlər. Yalama st. XPB-də barəsində əməliyyat məlumatı olan şəxs özünü təqdim edərək Xudat şəhəri, Aşıq Ələskər küçəsi, ev 14-də yaşayan Təqsirləndirilən şəxs olmasını, digər şəxs isə Xudat şəhər, Azərbaycan küçəsi ev 22-də yaşayan Şahid4 olmasını bildirmişdir. Bu vaxt o, bölməyə dəvət edilmiş Fərmanın və onun yanında olan Nadirin barəsində rəhbərliyə məruzə etmiş, sonra Şahid4 Fərmanla əlaqəsi olmadığı üçün təhqiqatçı Nadir tərəfindən onun izahatı alınmış və o, çıxıb getmişdir. Həmin vaxt onlar Fərmanı təhqiqatçı, polis mayoru Nadir Məmmədovun xidməti otağına dəvət etmiş, X5 xidməti otağında bölməyə dəvət olunmuş Təqsirləndirilən şəxs barəsində bölməyə əməliyyat məlumatı daxil olmasını deyərək ona vəkillər siyasim təqdim etmiş, siyahıdan vəkil seçməsini ona təklif etmiş və Fərman siyahıda olan vəkillərdən biri ilə onu təmin etməsini xahiş etmişdir. Bundan sonra təhqiqatçı siyahıda olan vəkillərdən bölməyə X6 dəvət etmiş, Təqsirləndirilən şəxs vəkili ilə tanış olduqdan sonra Fərman təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və onun vəkili Nemətov Rauf tərəfindən imzalanmışdır. Həmin vaxt təhqiqatçı Nadir vəkilə təklif Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi-axtarışda iştirak etməsini təklif etmiş, vəkil Fərmanın üzərinə keçirləcək şəxsi-axtarışda iştirak etməsinə etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi- axtarışın keçirilməsinə etiraz etmədiyini demişdir. Bu vaxt təhqiqatçı Nadir videoçəkilişin aparılması üçün otağa polis baş serjantı X3 dəvət etmiş, həmin vaxt təhqiqatçı onun, polis serjantı Şahid3, polis serjantı Şahid2, Fərmanın vəkili Rauf Nemətovun iştirakı ilə Fərmanın üzərinə videoçəkilişlə şəxsi-axtarış keçirməyə başlamışdır. X5 otaqda Fərmana hüquq və vəzifələrini başa salaraq ona hüquq və vəzifələri ilə bağlı bildiriş vermiş, ona müraciət edib üzərində olan qanunsuz predmetləri çıxarmasını və qarşısında olan masanın üzərinə qoymasını təklif etmişdir. Bu vaxt Fərman sol ayağında olan ağ corabın içindən şəffaf rəngli bir ədəd sellafon bükümü təqdim edərək həmin bükülüdə narkotik vasitənin olmasını bildirmişdir. Həmin vaxt təhqiqatçı, polis baş leytenantı X9 həmin bükümdə olan narkotik vasitənin hardan əldə etməsini soruşanda Fərman həmin bükümü Xudat dəmir yolu stansiyası ərazisindən tapdığını demiş, bundan sonra Fərmanın təqdim etdiyi bir ədəd şəffaf rəngli sellafon bükülü zərfə qablaşdırılaraq ekspertizaya təqdim edilməsi götürülmüşdür. Daha sonra şəxsi-axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş, oda digər iştirakçılar kimi tərtib edilmiş protokolla tanış olub protokolu imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin PPXM-nın, polis nəfəri, polis serjantı Şahid2 göstərdi ki, 20 may 2021-ci il tarixdə Xudat şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində daşıması ilə əlaqədar daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirinə oda cəlb olunmuşdur. O, Yalama st. XPB-nin, CAQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Yalama st. XPB-nin PPXM-nın polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında Xudat dəmir yolu stansiyasının ərazisinə getmiş, orada bir qədər durduqdan sonra saat 19:30 radələrində bir nəfər 45-50 yaşında olan şəxsin stansiya ərazisinə gəldiyini və orada bir nəfər şəxslə söhbət etdiyini görmüşlər. Bu vaxt o, polis mayoru Şahid1, polis serjantı Şahid3la birlikdə həmin şəxslərə yaxınlaşmış, özlərini təqdim etmiş, barəsində əməliyyat məlumatı olan şəxsə narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olması barədə bildirməklə onu və yanında olan şəxsi Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin inzibati binasına dəvət etmişlər. Həmin şəxslər etiraz etmədən onlarla birgə Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nə gəlmişlər. Yalama st. XPB-də barəsində əməliyyat məlumatı olan şəxs özünü təqdim edərək Xudat şəhəri, Aşıq Ələskər küçəsi, ev 14-də yaşayan Təqsirləndirilən şəxs olmasını bildirmiş, digər şəxs isə Xudat şəhəri, Azərbaycan küçəsi ev 22-də yaşayan Şahid4 olmasını demişdir. Bu vaxt baş əməliyyat müvəkkili Şahid1 bölməyə dəvət edilmiş Fərman və onun yanında olan Nadirin barəsində rəhbərliyə məruzə etmiş, sonra Şahid4 Fərmanla əlaqəsi olmadığı üçün təhqiqatçı Nadir tərəfindən izahatı alındıqdan sonra o, çıxıb getmişdir. Həmin vaxt Fərman təhqiqatçı, polis mayoru Nadir Məmmədovun xidməti otağına dəvət edilmiş, təhqiqatçı xidməti otağında bölməyə dəvət olunmuş Təqsirləndirilən şəxs barəsində bölməyə əməliyyat məlumatı daxil olmasım deyərək Fərmana vəkillər siyahısı təqdim etmiş, siyahıdan vəkil seçməsini təklif etmişdir, Fərman siyahıda olan vəkillərdən biri ilə təmin edilməsini xahiş etmiş, bundan sonra təhqiqatçı siyahıda olan vəkillərdən bölməyə X6 dəvət etmişdir. Təqsirləndirilən şəxs vəkili ilə tanış olduqdan sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və onun vəkili Nemətov Rauf tərəfindən imzalanmışdır. Həmin vaxt təhqiqatçı Nadir vəkilə Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi-axtarışda iştirak etməsini təklif etmiş, vəkil Fərmanın üzərinə keçirləcək şəxsi-axtarışda iştirak etməsinə etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsiaxtarışın keçirilməsinə etiraz etmədiyini demişdir. Bu vaxt təhqiqatçı Nadir videoçəkilişin aparılması üçün otağa polis baş serjantı X3 dəvət edərək onun, polis mayoru Şahid1, polis serjantı Şahid3, vəkil Rauf Nemətovun iştirakı ilə Fərmanın üzərinə videoçəkilişlə şəxsiaxtarış keçirməyə başlamış, X5 otağda Fərmana hüquq və vəzifələrini başa salaraq ona hüquq və vəzifələri ilə bağlı bildiriş vermiş, ona müraciət edib üstündə olan qanunsuz predmetləri çıxarmasını və qarşısında olan masanın üzərinə qoymasını təklif etmiş, bu vaxt Fərman sol ayağında olan ağ corabın içindən şəffaf rəngli bir ədəd sellafon bükümü təqdim etmiş, həmin bükülüdə narkotik vasitə olmasını demişdir. Bu vaxt təhqiqatçı, X9 həmin bükümdə olan narkotik vasitənin hardan əldə etməsini soruşmuş, Fərman cavab olaraq həmin bükümü Xudat dəmir yolu stansiyası ərazisindən tapdığını bildirmişdir. Bundan sonra Fərman təqdim etdiyi bir ədəd şəffaf rəngli sellafonda olan bükülü zərfə qablaşdırılaraq ekspertizaya təqdim edilməsi götürülmüş, daha sonra şəxsi-axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və oda digər iştirakçılar kimi tərtib edilmiş protokolla tanış olub protokolu imzalamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz st. XPŞ-nin Yalama st. XPBnin PPXM-nm, polis nəfəri, polis serjantı Şahid3 göstərdi ki, 20 may 2021-ci il tarixdə Xudat şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində daşıması ilə əlaqədar daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirinə oda cəlb olunmuşdur. O, Yalama st. XPB-nin, CAQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Yalama st. XPB-nin PPXM-nın polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında Xudat dəmir yolu stansiyasının ərazisinə getmiş, orada bir qədər durduqdan sonra saat 19:30 radələrində bir nəfər 45-50 yaşında olan şəxsin stansiya ərazisinə gəldiyini və orada bir nəfər şəxslə söhbət etdiyini görmüşlər. Bu vaxt o, polis mayoru Şahid1, polis serjantı Şahid2la həmin şəxslərə yaxınlaşmış, özlərini təqdim etmiş, barəsində əməliyyat məlumatı olan şəxsə narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olması barədə bildirməklə onu və yanında olan şəxsi Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin inzibati binasına dəvət etmişlər. Həmin şəxslər etiraz etmədən onlarla birgə Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nə gəlmişlər. Yalama st. XPB-də barəsində əməliyyat məlumatı olan şəxs özünü təqdim edərək Xudat şəhəri, Aşıq Ələskər küçəsi, ev 14-də yaşayan Təqsirləndirilən şəxs olmasını bildirmiş, digər şəxs isə Xudat şəhəri, Azərbaycan küçəsi ev 22-də yaşayan Şahid4 olmasını demişdir. Bu vaxt baş əməliyyat müvəkkili Şahid1 bölməyə dəvət edilmiş Fərman və onun yanında olan Nadirin barəsində rəhbərliyə məruzə etmiş, sonra Şahid4 Fərmanla əlaqəsi olmadığı üçün təhqiqatçı Nadir tərəfindən izahatı alındıqdan sonra o, çıxıb getmişdir. Həmin vaxt Fərman təhqiqatçı, polis mayoru Nadir Məmmədovun xidməti otağına dəvət edilmiş, təhqiqatçı xidməti otağında bölməyə dəvət olunmuş Təqsirləndirilən şəxs barəsində bölməyə əməliyyat məlumatı daxil olmasını deyərək Fərmana vəkillər siyasim təqdim etmiş, siyahıdan vəkil seçməsini təklif etmişdir, Fərman siyahıda olan vəkillərdən biri ilə təmin edilməsini xahiş etmiş, bundan sonra təhqiqatçı siyahıda olan vəkillərdən bölməyə X6 dəvət etmişdir. Təqsirləndirilən şəxs vəkili ilə tanış olduqdan sonra o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş və bu barədə tərtib edilmiş protokol Təqsirləndirilən şəxs və onun vəkili Nemətov Rauf tərəfindən imzalanmışdır. Həmin vaxt təhqiqatçı Nadir vəkilə Təqsirləndirilən şəxs üzərinə keçiriləcək şəxsi- axtarışda iştirak etməsini təklif etmiş, vəkil Fərmanın üzərinə keçirləcək şəxsiaxtarışda iştirak etməsinə etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsiaxtarışın keçirilməsinə etiraz etmədiyini demişdir. Bu vaxt təhqiqatçı Nadir videoçəkilişin aparılması üçün otağa polis baş serjantı X3 dəvət edərək onun, polis mayoru Şahid1, polis serjantı Şahid2, vəkil Rauf Nemətovun iştirakı ilə Fərmanın üzərinə videoçəkilişlə şəxsiaxtarış keçirməyə başlamış, X5 otağda Fərmana hüquq və vəzifələrini başa salaraq ona hüquq və vəzifələri ilə bağlı bildiriş vermiş, ona müraciət edib üstündə olan qanunsuz predmetləri çıxarmasını və qarşısında olan masanın üzərinə qoymasını təklif etmiş, bu vaxt Fərman sol ayağında olan ağ corabın içindən şəffaf rəngli bir ədəd sellafon bükümü təqdim etmiş, həmin bükülüdə narkotik vasitə olmasını demişdir. Bu vaxt təhqiqatçı, X9 həmin bükümdə olan narkotik vasitənin hardan əldə etməsini soruşmuş, Fərman cavab olaraq həmin bükümü Xudat dəmir yolu stansiyası ərazisindən tapdığını bildirmişdir. Bundan sonra Fərman təqdim etdiyi bir ədəd şəffaf rəngli sellafonda olan bükülü zərfə qablaşdırılaraq ekspertizaya təqdim edilməsi götürülmüş, daha sonra şəxsi- axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib olunmuş və oda digər iştirakçılar kimi tərtib edilmiş protokolla tanış olub protokolu imzalamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid4 göstərmişdir ki, yaşadığı yerdən bir qədər məsafədə Təqsirləndirilən şəxs yaşayır. Kiçik yaşlarından Fərmanla tanışdır. Həmişə Fərmanla görüşəndə salamlaşıb söhbətləşirlər. 20 may 2021-ci il tarixdə saat 19:30 radələrində o, Xudat dəmir yolu stansiyası ərazisindən keçəndə Fərmanı görmüş, onunla salamlaşmış, Fərmanla söhbət edərkən onlara polis əməkdaşları yaxınlaşmış, Fərmana onun üzərində narkotik vasitə olması barədə məlumatlarının olmasını deyərək onları Yalama st. XPB-nə dəvət etmişlər. Onlar etiraz etmədən polis əməkdaşları ilə bölməyə getmişlər. Orada təhqiqatçı Nadir tərəfindən onun izahatı alınmış və o, polis bölməsindən çıxıb getmişdir. İş materiallarında olan 20 may 2021-ci il tarixdə keçirilmiş şəxsi-axtarış protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi-axtarış keçirilmiş, şəxsiaxtarış zamanı X5 Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa çıxardıb təqdim etməsi təklif etmiş, bu təklifdən sonra Fərman sol ayağında olan ağ rəngli corabın içindən 01 (bir) ədəd şəffaf rəngli sellafob bükülünü çıxardaraq masanın üzərinə qoymuş, həmin vaxt Təqsirləndirilən şəxs bükülünün içərisində aşkar edilmiş maddənin narkotik vasitə olmasını və həmin narkotik vasitəni Xudat dəmir yolu stansiyası ərazisindən tapdığını, tapdığı narkotik vasitəni şəxsi istifadəsi üçün götürdüyünü 20 may 2021-ci il tarixdə Xudat dəmir yolu stansiyası ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. Şəxsi-axtarış zamanı aşkar edilmiş narkotik vasitə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmiş, tərtib edilmiş şəxsi-axtarış protokolu iştirakçılar tərəfindən imzalanmışdır. Bununla da, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması müəyyən edilmişdir. İş materiallarında olan 22 may 2021-ci il tarixdə elektron məlumat daşıyıcısına baxış keçirilməsi protokolundan görünür ki. Xaçmaz st. XPŞ-nin baş təhqiqatçısı polis mayoru X4 xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirmiş. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah etmiş, bu barədə ona bildiriş vermişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa, hamısını çıxardaraq masanın üzərinə qoymasını təklif etmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs sol ayağında olan ağ rəngli corabın içindən bir ədəd şəffaf rəngli bükülünü çıxardıb masanın üzərinə qoyaraq təqdim edir. Təqdim olunmuş bir ədəd şəffaf rəngli bükülünü açarkən içərisindən kristal duz halında maddə aşkar olunur ki. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə olmasını etiraf edərək, həmin bükülünü Xudat dəmir yolu stansiyası ərazisindən 20 may 2021-ci il tarixdə tapdığını bildirmişdir. Həmin narkotik vasitədən o, özü istifadə etdiyini, buna görə də üzərində saxladığını qeyd etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellafon bükülü ekspertizaya təqdim edilməsi üçün kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və şəxsi-axtarış keçirilməsi ilə əlaqədar tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi-axtarış zamanı qeydə alınan videoçəkilişin olduğu məlumat daşıyıcısı olan disk iş üzrə sübut əhəmiyyəti kəsb etməsi ilə əlaqədar maddi sübut kimi tanınmışdır.Videogörüntüyə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, videogörüntüdə görünən və narkotiki təqdim edən şəxs özüdür. İş materiallarında olan 20 may 2021-ci il tarixdə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının 21 may 2021-ci il tarixli, 6/2005 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd sellofan bükülünün içərisində 0,806 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan 18 iyun 2021-ci il tarixdə təyin olunmuş məhkəmə narkoloji ekspertizasının 19 iyun 2021-ci il tarixli 1974 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsindən asılılıq sindromu “Narkomaniya” xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyətinin Xudat şəhər İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli, 1223/1 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs subaydır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 01 iyul 2008-ci il tarixli hökmü ilə 13 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 11 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 01 iyul 2008-ci il tarixli hökmü ilə 11 noyabr 2007-ci il tarixindən hesablanmaqla 13 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, 11 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda istintaqa məlum olmayan mənbədən, şəxsi istifadə məqsədilə qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımış, 20 may 2021-ci il tarixdə Xaçmaz st. XPŞ-nin əməkdaşlarının Təqsirləndirilən şəxs Yalama st. Xətt polis bölməsində saat 20:40-21:45 müddətində üzərinə-şəxsi axtarış keçirilərkən, sol ayağında olan ağ rəngli corabın içində daşıdığı şəffaf rəngli sellafon bükümün içərisindən 0,806 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan metafetamin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza tətin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi qeyd olunmuşdur. İş materiallarında olan AR DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və yeni cinayəti törədərkən məhkumluğu ödənilməmişdir. Belə olan halda, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə görə cinayətlərin residivi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün azadlıqdan məhrum etmə növündə cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 14 oktyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 4(067)-116/2021 saylı 07.10.2021-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 05 oktyabr 2021-ci il tarixdə hesablanmaqla, 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Onun hal-hazırda həbsdə saxlanması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilməklə, hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalmış bir ədəd sellafon bükülünün içərisindən 0.756 qram narkotik maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasına görə 114 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 may 2021-ci il tarixdən saat 20:25-dən 21 may 2021-ci il tarixədək saat 22:10-dək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulma müddəti təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 4(067)-116/2021 saylı 07.10.2021-ci il tarixli Qərarı ilə barəsində 05 oktyabr 2021-ci il tarixdən hesablanmaqla, 04 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi və hal-hazırda həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 14 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalmış bir ədəd sellafon bükülünün içərisindən 0.756 qram narkotik maddə metamfetamin məhv edilsin. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasına görə 114 manat məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-134/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-134/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver