Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-22/2025 09.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1963-cü ildə Gəncə şəhərində anadan olmuş, evli, işsiz, Gəncə şəhəri Nizami rayonu, E.T.Qurbanov küçəsi, ev 80-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasına saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasına qanunsuz yolla getmək məqsədi ilə 12 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət - buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonunun Xanoba kəndinin ərazisində yerləşən 2-ci sərhəd zastavasının 21-ci sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına qəsdən qanunsuz olaraq keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən dövlət sərhəd xəttindən 70 metr məsafədə sərhəd pozucusu qismində saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 2013-cü ildə Texnika Bankdan 5000 manat kredit götürmüş hazırda banka 2400 manat borcu qaldığı üçün ölkədən çıxışına qadağa qoyulmuş, 2021-ci ildə həyat yoldaşı vəfat etmiş, həmin vaxtdan oğlu işləmək üçün Rusiya Federasiyasına getmişdir. xx.xx.2023- cü il tarixdə yaşadığı Gəncə şəhərindən Bakı şəhərinə gəlmiş, xx.xx.2023-cü il tarixədək Bakı şəhərində qalmış, qeyd olunan tarixdə qanunsuz yolla Rusiya Federasiyasının Moskva şəhərinə, oğlunun yanına getmək qərarına gəlmiş, məqsədlə təxminən saat 15 radələrində Bakı şəhərindən taksi ilə Xaçmaz rayonu Xanoba kəndinə getmiş, təxminən saat 18 radələrində Yalama sərhəd buraxılış məntəqəsi yaxınlığında yerləşən “Pitstop” restoranı yaxınlığında yerli sakinlərdən Rusiya Federasiyasına qeyri-qanuni yolla necə gedə biləcəyini maraqlanmış, hər-hansı bir məlumat ala bilməmiş, sərhəd buraxılış məntəqəsi yaxınlığından Xanoba kəndinə daxil olmuş, kəndin içərisi ilə irəliləyərək meşəyə daxil olmuş, meşədə irəliləyərkən qarşısına tikanlı məftilləri olan çəpər çıxmış, məftilləri aralayıb çəpərin digər tərəfinə keçmiş, təxminən 2-3 dəqiqə irəlilədikdən sonra, hərbi qulluqçular qarşısına çıxmış və saxlanılmışdır. İbtidai istinaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyə teleqram göndərərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və məhkəmə baxışına gələ bilmyəcəyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə daxil olmuş məlumat əsasında naryad üzvləri leytenant Ə.Abdullazadə, əsgər Şahid2, əsgər İ.Qocayev ilə birlikdə 2-ci sərhəd zastavasının 21 -ci sahəsində “pusqu” xidmətini təşkil etmiş, təxminən saat 20 radələrində bir nəfər şəxsin Rusiya Federasiyası istiqamətində irələdiyni müşahidə etmiş, həmin şəxs maneə çəpərini keçdikdən sonra ona dəyan əmri verərək saxlamışdır. Müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. İbtdai istintaq zamanı şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin 2-ci sərhəd zastavasının əsgəri, hazırda hərbi xidmətdən təxris olunmuş Şahid2 ifadəsi məhkəmə istintaqında elan olunmuş və müəyyən edilmişdir ki, o, Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən N nömrəli hərbi hissənin 1-ci sərhəd komendantlığının komendantı polkovnik- leytenant Şahid1 raportundan görünür ki, 12 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 2-ci sərhəd zastavasının 21-ci sahəsində təxminən saat 20 radələrində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət edərkən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 13 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı ərazi dövlət sərhəd xəttindən 70 metr aralı, Xaçmaz rayonu, Xanoba kəndi ərazsində yerləşən N nömrəli hərbi hissənin 2-ci sərhəd zastavasının 21-ci sahəsidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası ƏN PX-nin X2 məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Qaraciyərin qarışıq mənşəli sirrozu” diaqnozu ilə 3 saylı X1 Müalicə Mərkəzinə yerləşdirilmiş, nəticədə “Qara ciyər sirrozu kompensasiya mərhələsi. Splenomeqaliya. Xroniki xolesistit” diaqnozu müəyyən edilmiş və müvafiq müalicə başlanmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasına qanunsuz yolla getmək məqsədi ilə 12 sentyabr 2023-cü il tarixdə saat 20 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət - buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonunun Xanoba kəndinin ərazisində yerləşən 2-ci sərhəd zastavasının 21-ci sahəsindən Azərbaycan Respublikasından Rusiya Federasiyasına qəsdən qanunsuz olaraq keçməyə cəhd edərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən dövlət sərhəd xəttindən 70 metr məsafədə sərhəd pozucusu qismində saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, hazırda sağlamlığında ciddi problemlərin olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə cəzasının aşağı həddə təyin edilməsini qanuni, əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarında olan 12 sentyabr 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 01 (bir) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 01 (bir) gün müddət, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 09 iyul 2024-cü il tarixli Xaçmaz rayon məhkəməsinin axtarış elan edilməsi haqqında qərardan və Dövlət Sərhəd Xidmətinin xx.xx.2025-ci il tarixli 3- 38/5-2-11/25 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Xaçmaz RPŞ-nin və DSX-nin əməkdaşları tərəfindən saxlanılaraq, Dövlət Sərhəd Xidmətinə təhvil verilmiş, daha sonra 3 saylı İstintaq Təcridxanasına yerləşdirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdən 13 sentyabr 2023-cü il tarixədək tutulduğu bir gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 ay 29 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində qalsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübutun, mülki iddianın və müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan (məhkuma münasibətdə rəsmi qaydada aldığı gündən) 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN İmza var Sərxan Səmədzadə: HAKİM XİDİR QULİYEV
Məhkəmə qərarları › İş №1(067)-22/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-22/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver