Məhkəmə qərarları › İş №1(067)-54/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-54/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-54/2025 14.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, təqsirləndirilən şəxs X17 Muhammadin və onun müdafiəçisi Müdafiəçi1 təqsirləndirilən şəxs X15 Ghulamın və onun müdafiəçisi Müdafiəçi2, tərcüməçi X8 iştirakı ilə 12 mart 2004-cü ildə Pakistan İslam Respublikasının Gujranwala şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Pakistan İslam Respublikasının Gujranwala şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - X17 Muhammadin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə, 03 dekabr 2001-ci ildə Pakistan İslam Respublikasının Gujranwala şəhərində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Pakistan İslam Respublikasının Gujranwala şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - X15 Ghulamın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, X6baqcadan əlbir olan bir qrup şəxs halında qəsdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənar qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərmişdir. Belə ki, o, yaşamaq və işləmək niyyəti ilə Finlandiya Respublikasına getmək üçün vizası olmaması səbəbindən həmin ölkəyə qanuni yolla gedə bilmədiyindən, qanunsuz yolla Rusiya Federasiyasından keçərək Finlandiya Respublikasına getmək məqsədilə, 05 avqust 2024-cü il tarixdə, saat 21 radələrində Pakistan İslam Respublikası vətəndaşı X15 Ghulam ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu Xanoba kəndində yerləşən 2-ci sərhəd zastavasının 25-ci sahəsindən piyada hərəkət etməklə, qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək "Dayan!" çağırış komandası verilib, maneə çəpərinin qarşısında, dövlət sərhəd xəttindən 500 metr məsafədə, 106 nömrəli sərhəd nişanından 20 metr solda saxlanıldıqlarına görə öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bununla da o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, X3baqcadan əlbir olan bir qrup şəxs halında qəsdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənar qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməyə cəhd göstərmişdir. Belə ki, o, yaşamaq və işləmək niyyəti ilə Finlandiya Respublikasına getmək üçün vizası olmaması səbəbindən həmin ölkəyə qanuni yolla gedə bilmədiyindən, qanunsuz yolla Rusiya Federasiyasından keçərək Finlandiya Respublikasına getmək məqsədilə, 05 avqust 2024-cü il tarixdə, saat 21 radələrində Pakistan İslam Respublikası vətəndaşı X17 Muhammad ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Xaçmaz rayonu Xanoba kəndində yerləşən 2-ci sərhəd zastavasının 25-ci sahəsindən piyada hərəkət etməklə, qəsdən qanunsuz olaraq Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd göstərmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən aşkar edilərək "Dayan!" çağırış komandası verilib, maneə çəpərinin qarşısında, dövlət sərhəd xəttindən 500 metr məsafədə, 106 nömrəli sərhəd nişanından 20 metr solda saxlanıldıqlarına görə öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bununla da o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o və iş üzrə digər təqsirləndirilən şəxs dövlət sərhədini keçmək niyyətilə getmişlər, dövlət sərhəd xəttinin olduğunu görmüşlər, lakin keçməmiş arxadan DSXnin hərbi qulluqçuları onlara səslənmişlər və onlar dayanmışlar. Həmçinin bildirdi ki, onun Azərbaycan Respublikasına gəlməsi üçün vizası olmuş, o, Azərbaycana təyyarə ilə gəlmişdir. X14 Respublikasına geri qayıtması üçün bileti olmuşdur. Onun Azərbaycan Respublikasından Rusiya Federasiyasına dövlət sərhədini qanunsuz keçmək niyyəti olmuşdur. O, törətdiyi cinayət əməlinə görə peşmandır. O, hazırkı cinayət əməlini yaşadığı ölkədə ailəsində vəziyyətin pis olması səbəbindən törətmişdir. Onun Azərbaycan Respublikasında qohumları, uşaqları, ailəsi, onu Azərbaycan Respublikası ilə bağlayan hər hansı bu kimi münasibəti yoxdur, o, Pakistan İslam Respublikasına gedəcəyi təqdirdə, orada hər hansı təqibə məruz qalmayacaqdır. O, bu cinayət əməlini törətməklə səhv hərəkət etdiyini anlayır, o, öz ölkəsinə - Pakistan İslam Respublikasına qayıtmasını istəyir. Təqsirləndirilən şəxs X17 Muhammadin cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, xx.xx.2004-cü il tarixdə Pakistan İslam Respublikasının Gujranwala şəhərində anadan olmuşdur. xx.xx.2024-cü il tarixədək həmin yerdə yaşamışdır. Bir müddət əvvəl Rusiya Federasyasına, oradan da Finlandiyaya qeyri-qanuni yolla gedib işləmək məqsədilə Azərbaycan Respublikasına gəlmişdir. Pakistanda yaşadığı müddətdə müxtəlif yerlərdə fəhlə qismində işləmişdir. xx.xx.2024-cü il tarixdə “Lahor-Bakı” aviareysı ilə rəsmi qaydada qohumu X15 Ghulam ilə birlikdə Pakistan İslam Respublikasından Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində “İstanbul Gold” adlı otelə yerləşdikdən sonra, 05 avqust 2024-cü il tarixdə Xaçmaz rayonu, Turist qəsəbəsinə gəlib “Ulduz” otelə yerləşmişdir. Qeyd olunan tarixdə təxminən saat 20:50 radələrində oradan çıxıb piyada hərəkətə başlayaraq “Google Earth” mobil tətbiqi ilə axtararaq tapdıqları marşrut vasitəsilə irəliləyərək təxminən saat 21:30 radələrində Xaçmaz rayonu, Xanoba kəndinə çatmışlar və burada Rusiya Federasiyası istiqamətində hərəkətdə olarkən qarşılarına çıxan məftilləri, çəpəri keçmək istəmişlər. Tikanlı məftillərin tam kənarında olarkən hərbi qulluqçular qarşılarına çıxıb onları saxlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o və iş üzrə digər təqsirləndirilən şəxs həqiqətən də, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmək istəmişlər, lakin keçə bilməmişlər, DSX-nin hərbi qulluqçuları tərəfindən saxlanılmışlar. Həmçinin bildirdi ki, o, Azərbaycan Respublikasına viza ilə olmaqla təyyarə vasitəsilə, X17 Muhammad ilə birlikdə, Azərbaycan Respublikasının dövlət sərhədindən qanunsuz olaraq Rusiya Federasiyasına keçmək niyyətilə gəlmişlər. Onun beş azyaşlı bacısı var, o, bacılarının təhsil ala bilmələri, ailəsinin dolanışığını təmin etmək üçün iş tapmaq məqsədilə hazırkı cinayət əməlini törətmişdir. Onun Azərbaycan Respublikasında qohumları, uşaqları, ailəsi, onu Azərbaycan Respublikası ilə bağlayan hər hansı bu kimi münasibəti yoxdur, o, Pakistan İslam Respublikasına gedəcəyi təqdirdə, orada hər hansı təqibə məruz qalmayacaqdır. O, Rusiya Federasiyasına keçərək oradan Finlandiyaya getmək niyyətində olmuşdur. Onun ailə vəziyyətinin ağır olması nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs X15 Ghulam cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, xx.xx.2001-ci il tarixdə Pakistan İslam Respublikasının Gujranwala şəhərində anadan olmuş və xx.xx.2024-cü il tarixədək həmin yerdə yaşamışdır. Bir müddət əvvəl Rusiya Federasyasına, oradan da Finlandiyaya qeyriqanuni yolla gedib işləmək məqsədilə Azərbaycan Respublikasına gəlmişdir. Pakistanda yaşadığı müddətdə müxtəlif yerlərdə fəhlə qismində işləmişdir. xx.xx.2024-cü il tarixdə “Lahor-Bakı” aviareysi ilə rəsmi qaydada qohumu X17 Muhammad ilə birlikdə Pakistan İslam Respublikasından Azərbaycan Respublikasının Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində “İstanbul Gold” adlı otelə yerləşdikdən sonra, 05 avqust 2024-cü il tarixdə Xaçmaz rayonu, Turist qəsəbəsinə gəlib “Ulduz” otelə yerləşmişlər. Qeyd olunan tarixdə təxminən saat 20:50 radələrində oradan çıxıb piyada hərəkətə başlayaraq “Google Earth” mobil tətbiqi ilə axtararaq tapdıqları marşrut vasitəsilə irəliləyərək təxminən saat 21:30 radələrində Xaçmaz rayonu, Xanoba kəndinə çatmışlar və burada Rusiya Federasiyası istiqamətində hərəkətdə olarkən qarşılarına çıxan məftilləri, çəpəri keçmək istəmişlər. Tikanlı məftillərin tam kənarında olarkən hərbi qulluqçular qarşılarına çıxmış və onları saxlayaraq məntəqəyə aparmışlar. Məhkəmə istintaqı zamanı şahid DSX-nin N nömrəli hərbi hissənin hərbi qulluqçusuəsgər Şahid2 ifadəsində göstərdi ki, o, iş üzrə təqsirləndirilən şəxsləri üzdən tanısa da, həmin şəxslərin saxlanılmasında iştirak etsə də, hazırda həmin şəxsləri hansı tarixdə saxladıqlarını xatırlamır. Belə ki, onlar tərəfindən ayrı-ayrı vaxtlarda bir çox sərhəd xəttini pozan şəxslər saxlanılmış, bu səbəbdən də hansı şəxsləri hansı tarixdə və şəraitdə saxlanıldığını dəqiq xatırlamır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid DSX-nin N nömrəli hərbi hissənin hərbi qulluqçusukomendant Şahid1 ifadəsində göstərdi ki, o, iş üzrə təqsirləndirilən şəxsləri hansı tarixdə və şəraitdə dövlət sərhədində saxladıqlarını hazırda xatırlamır. Belə ki, onlar tərəfindən ayrı-ayrı vaxtlarda bir çox sərhəd xəttini pozan şəxslər saxlanılmış, bu səbəbdən də hansı şəxsləri hansı tarixdə və şəraitdə saxlanıldığını dəqiq xatırlamır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, 05 avqust 2024-cü il tarixdə, saat 18 radələrində sərhəd komendantlığına qabaqlayıcı əməliyyat məlumatı daxil olmuşdur ki, 2-ci sərhəd zastavasının xidməti ərazisindən Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində iki nəfər xarici ölkə vətəndaşının keçməsi ehtimalı gözlənilir. O, dərhal kursant X5 və əsgər Şahid2 ilə birlikdə 2-ci sərhəd zastavasının 25-ci sahəsində "pusqu" sərhəd naryadı xidməti təşkil etmişlər. Xidmətdə olduqları zaman saat 21 radələrində iki nəfər şübhəli şəxsin dövlət sərhəd xətti istiqamətində hərəkətlərini müşahidə etmiş və onlara dayan komandası verərək saxlamışlar. Həmin şəxslər özlərini Pakistan İslam Respublikası vətəndaşları kimi təqdim etmişlər. Bundan sonra, saxlanılmış şəxslər sərhəd zastavasına aparılmışlar. Şahid2 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 2-ci sərhəd zastavasının sərhədin mühafizə kitabından 5-6 avqust 2024-cü il tarixə dair çıxarışdan (qabaqlayıcı əməliyyat məlumatları qeydiyyatı) müəyyən edilir ki, “xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində sərhəd zastavasının 21-25-ci sahələri istiqamətində 2 nəfər Pakistan İslam Respublikasının vətəndaşının Azərbaycan Respublikasından Rusiya Federasiyasına keçməsi gözlənilir” əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan 05 avqust 2024-cü il tarixli “Şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, şəxsi axtarış zamanı inzibati qaydada tutulan X15 Ghulamın üzərində ona məxsus - 01 ədəd “Tecno” markalı mobil telefon, 01 ədəd bel çantası, geyim dəstləri, 01 ədəd Pakistan pasportu aşkar edilmişdir. İş materiallarında olan 05 avqust 2024-cü il tarixli “Şəxsi axtarış, fiziki şəxsdə olan əşyaları yoxlama, əşyaların və sənədlərin götürülməsi haqqında” protokoldan müəyyən edilir ki, şəxsi axtarış zamanı inzibati qaydada tutulan X17 Muhammadin üzərində ona məxsus - 01 ədəd “İnfinix” markalı mobil telefon, 01 ədəd bel çantası, geyim dəstləri, 503 ABŞ dolları, 19000 Pakistan rupisi, 01 ədəd Pakistan pasportu aşkar edilmişdir. İş materiallarında olan “Mobil telefona və mobil kartlara baxış keçirilməsi haqqında” 07 avqust 2024-cü il tarixli protokoldan müəyyən edilir ki, X15 Ghulamın və X17 Muhammadin üzərindən aşkar edilmiş mobil telefonların və mobil telefon nömrələrinin yaddaşlarında cinayət təqibi üçün əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir. İş materiallarında olan 06 avqust 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, X17 Muhammadin və X15 Ghulamın 05 avqust 2024-cü il tarixdə dövlət sərhədini qanunsuz yolla Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində keçməyə cəhd etdiyi ərazi N nömrəli hərbi hissənin Xaçmaz rayonu, Xanoba kəndi ərazisində yerləşən 2-ci sərhəd zastavasının 25-ci sahəsi olmuşdur. Qeyd olunan yer 106 nömrəli sərhəd nişanından təxminən 20 metr solda, dövlət sərhəd xəttindən təxminən 500 metr aralı, maneə çəpərinin kənarında yerləşir. Həmin nöqtədən sağ tərəfə qonşu 1-ci sərhəd zastavasına torpaq yol uzanır. Ərazi hər tərəfdən ağaclıqla əhatə olunmuşdur. Müqabil tərəfdə Rusiya Federasiyası Dağıstan Respublikasının Məhərrəmkənd rayonu yerləşir. İş materiallarında olan dövlət sərhədindən giriş-çıxışa dair İAMAS məlumatından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxslər X17 Muhammad və X15 Ghulam xx.xx.2024-cü il tarixdə (saat 22:19) dövlət sərhədindən rəsmi qaydada hərəkət etməklə aviareys vasitəsilə Azərbaycan Respublikasına gəlmişlər. İş materiallarında olan pasportlardan müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxslər X17 Muhammad və X15 X12 Respublikasının vətəndaşıdırlar. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını və iş materiallarında olan digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən şəxslər X17 Muhammadin və X15 Ghulamın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxslərin törətdikləri əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 318.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının dövlət sərhədi haqqında 9 dekabr 1991-ci il tarixli Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət ərazisinin (quru və su ərazisinin, yerin təkinin, dəniz və hava fəzasının) hüdudlarını müəyyən edən xətt və bu xətt üzrə keçən şaquli səthdir. Azərbaycan Respublikasının dövlət sərhədi Azərbaycan Respublikasının dövlət suverenliyinin ərazi hüdududur. Həmin Qanunun 12-ci maddəsinə görə, Azərbaycan Respublikasının dövlət sərhədini keçən şəxsləri Azərbaycan Respublikasına gəlmək və ya Azərbaycan Respublikasından getmək hüququ barəsində etibarlı sənədlər əsasında sərhəd mühafizə orqanları buraxır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə həmin Məcəllənin 318.2-ci maddəsinin tərkibini yaradır. Bu cinayətin obyekti Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində dövlət idarəçiliyinin əsasları və dövlət sərhədi rejimidir. Bu cinayət obyektiv cəhətdən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmədə ifadə olunur. Nəzarət-buraxılış məntəqələri dedikdə, dəmir yol vağzalının, avtovağzalın, dəniz və çay limanlarının, aeroport və aerodromların hüdudlarındakı müəyyən ərazilər, həmçinin sərhəd və digər növ yoxlamaların aparıldığı xüsusi təchiz olunmuş yerlər nəzərdə tutulur. Belə məntəqələrdən kənarda dövlət sərhədini keçmə qadağandır və Cinayət Məcəlləsinin 318-ci maddəsinin tərkibini yaradır. Bu cinayət formal tərkiblidir və Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə anından cinayət başa çatmış sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Cinayət etməyə cəhdin qəsdin şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən başa çatmamasında ifadə olunan obyektiv əlamətinin mənasına görə qəsdin kəsilməsi, başa çatmaması şəxsin öz təşəbbüsü ilə cinayəti başa çaldırmaqdan imtina etməyə dair daxilən qəbul etdiyi qərarla bağlı olmur. Qəsdin qarşısını alan, onu başa çatdırmağa imkan verməyən amillər meydana gəlir. Qəsdi dayandıran bələ amillər şəxsin iradəsindən asılı olmayaraq yaranır. Törədilən hərəkətin (hərəkətsizliyin) xarakterinə va baş verməsi gözlənilən kriminal nəticəyə yaxınlığına görə cinayətə cəhdin iki növü fərqləndirilir: cinayətə bitməmiş cəhd və cinayətə bitmiş cəhd. Cinayətə bitməmiş cəhddə cinayəti başa çatdırmaq üçün şəxs zəruri saydığı əməlin müəyyən hissəsini yerinə yetirə bilmir və buna görə də cinayət başa çatmır. Cinayət etməyə cəhdin bu növü hərəkətin tamamlanmaması ilə, cinayətin obyektiv cəhətinin qismən icrası ilə fərqlənir. Şəxsin şüurunda cinayətin başa çatması üçün obyektiv olaraq tələb olunan, lakin onun tərəfindən tamamilə edilə bilməyən konkret hərəkətlər əks olunur Cinayətin başa çatdırılmaması şəxsin iradəsindən asılı olmayan səbəblər üzündən baş verir. Cinayətə cəhdin bitmiş növü başa çatan cinayətdən onunla fərqlənir ki, cinayətə cəhdin bu növü törədilərkən, başa çatmış cinayətdən fərqli olaraq, arzu olunan nəticə baş vermir (“maddi cinayətlərdə”), yaxud da burada cinayətin obyektiv cəhətini yaradan əməlin axıra qədər edilməsi mümkün olmur (“formal cinayətlərdə”). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslər X17 Muhammadin və X15 Ghulamın törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.2-ci maddəsi ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamələrdən müəyyən edilir ki, təqsirləndirilən şəxslər X17 Muhammadin və X15 Ghulamın məhkumluqları yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə təqsirləndirilən şəxs X17 Muhammadin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X17 Muhammadin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxs X15 Ghulamın ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X15 Ghulamın barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxs X17 Muhammada münasibətdə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X17 Muhammada Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 318.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin, qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxs X15 Ghulama münasibətdə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halın olmamasını, cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X15 Ghulama Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 318.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxslər X17 Muhammada və X15 Ghulama təyin ediləcək cəzaların çəkilməli olub-olmaması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təqsirləndirilən şəxslərin cəzadan azad edilməsi üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, onlar təyin ediləcək cəzanı çəkməlidirlər. Məhkəmə hesab edir ki, X17 Muhammad Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 05 avqust 2024-cü il tarixli protokoldan, “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06 avqust 2024-cü il tarixli protokoldan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli 4(009)-423/2024 saylı qərarından müəyyən edilir ki, təqsirləndirilən şəxs X17 Muhammad barəsində həbsetmənin əvvəli 05 avqust 2024-cü il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. “Sərhəd mühafizə orqanları haqqında” 6 yanvar 1994-cü il tarixli Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, sərhəd mühafizə orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının inzibati qanunvericiliyi ilə nəzərdə tutulmuş səlahiyyətlər həddində Dövlət sərhəd rejiminə, sərhədboyu rejimə (o cümlədən sərhəd sularında) və Dövlət sərhədinin buraxılış məntəqələrindəki rejimə qəsd edən inzibati xətalar barədə işlər üzrə icraatı həyata keçirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 21-ci bəndində göstərilir ki, hərbi qulluqçuların cinayət törətmələri ilə əlaqədar hauptvaxtda olduqları müddət məhkəmə tərəfindən hökm çıxarılarkən cəza müddətinə hesablanır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının 1991-ci il 25 dekabr tarixli Qanununun 8-ci maddəsinin 2-ci bəndinə və 30-cu maddəsinə əsasən intizam qaydasında həbs edilən, həmçinin “Sərhəd Qoşunları haqqında” Azərbaycan Respublikasının 1994-cü il 6 yanvar tarixli Qanununun 5-ci maddəsinə əsasən inzibati qaydada saxlanılan şəxslər həmin əməllərə görə sonradan cinayət məsuliyyətinə cəlb edildikdə də eyni qayda tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Odur ki, təqsirləndirilən şəxs X17 Muhammadin cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxs X17 Muhammadin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, X15 Ghulam Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” 05 avqust 2024-cü il tarixli protokoldan, “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 06 avqust 2024-cü il tarixli protokoldan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli 4(009)-422/2024 saylı qərarından müəyyən edilir ki, təqsirləndirilən şəxs X15 Ghulam barəsində həbsetmənin əvvəli 05 avqust 2024-cü il tarixdən hesablanmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən şəxs X15 Ghulamın cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2024-cü il tarixdən hesablanmalıdır. İş materiallarında olan iş üzrə təqsirləndirilən şəxslər X17 Muhammada və X15 Ghulama məxsus pasportlardan müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxslər Pakistan İslam Respublikasının vətəndaşlarıdırlar. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxslər əcnəbi vətəndaş olduğundan onların barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzasının təyin edilməsi məsələsinə də baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxs X17 Muhammadin əcnəbi vətəndaş olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını, həmçinin öz ölkəsində siyasi təqibə məruz qalmadığını, heç bir işgəncəyə və təqibə məruz qalmayacağını bildirməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X17 Muhammadin barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Məhkəmə həmçinin təqsirləndirilən şəxs X15 Ghulamın əcnəbi vətəndaş olmasını, Cinayət Məcəlləsinin 52.2-ci maddəsində göstərilən halların olmamasını, həmçinin öz ölkəsində siyasi təqibə məruz qalmadığını, heç bir işgəncəyə və təqibə məruz qalmayacağını bildirməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X15 Ghulamın barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma əlavə cəzası da təyin edilməli, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. İş üzrə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: X17 Muhammad Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilərək, X17 Muhammad əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. X15 Ghulam Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 29, 318.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilərək, X15 Ghulam əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın, məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. İş üzrə maddi sübutun, mülki iddianın, ekspertiza xərcinin olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə hökm təqdim olunduğu) andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar