Məhkəmə qərarları › İş №1(076)-273/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-273/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-273/2025 17.09.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Həşimov Ağaxan Habil oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Şəmkir Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1983-cü ildə Gədəbəy rayonu, Əli İsmayıl kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Gədəbəy rayonu, Alnabad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 24 oktyabr 2024-cü il tarixdə saat 12 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən X2 yaşadığı evdə sonuncunun arvadı Şahid ilə arasında yaranmış qeyri-rəsmi münasibətlərinin olması səbəbindən baş vermiş sözlə mübahisə zamanı dəstəyinin uzunluğu 135 mm, orta hissədən diametri 14 mm olan kəsici deşici xassəyə malik soyuq silah hesab edilməyən təsərrülat-məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs boyun nahiyəsindən bir dələ vuraraq ona boyunun arxa səthinin deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Şəmkir rayonuna işləmək məqsədi ilə gəlmişdir. Qalmağa yer axtaranda Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Qəribə adlı qadın günlük 3 manat olmaqla kirayə ev verdiyini öyrənmişdir. O, Şəmkir rayonu, Çinarlı qəsəbəsinə getmiş və Şahid ünvanına gedərək danışıb günlük 3 manat olmaqla razılaşmışdır. O, Qəribənin evində kirayəçi kimi qalmağa başlamışdır. Qəribənin evində kirayədə qalan müddəti aralarında qeyri-rəsmi münasibət yaranmışdır. Kirayədə qalan zaman Qəribədən soruşmuşdur ki, kimlə ailəlidir və nə üçün onunla münasibət saxlayır. Qəribə ona izah etmişdir ki, Gədəbəy rayon sakini Rafiq adlı şəxslə uzun ildir ki, münasibət saxlayır və Rafiq onun yanına çöx vaxt gəlib getmir. Ona Rafiqi evinə gələrsə qovacağını bildirmişdir. O, da fikirləşmişdir ki, elə Qəribənin yanında qalar, həmdə köməklik edər. Qəribənin yanında 24 gün qalmağa başlamış və mehribancasına dolanmağa başlamışlar. 20 oktyabr 2024-cü il tarixdə evdə olan zaman Zərərçəkmiş şəxs Qəribəgilə gəlmişdir. Qəribə ona demişdir ki, gizlən Rafiq səni görməsin. O, Rafiqə görsənmədən evdən küçəyə çıxmışdır. Küçədə olan zaman Qəribəyə zəng edərək gəlib paltarlarını götürmək istədiyini bildirmişdir. Qəribə ona demişdir ki, Rafiqlə dalaşıb yola salacaq. O, bir qədər gözləmiş və Qəribədən xəbər çıxmamışdır. 24 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində o, Qəribəgilə getmiş və Zərərçəkmiş şəxs da evdə olmuşdur. Zərərçəkmiş şəxs onun Şahid ilə münasibəti barədə haradansa məlumat almışdır. Rafiqlə həmin vaxt aralarında sözlə mübahisə baş vermiş və Rafiq ona nalayiq ifadələr söylməyə başlamışdır. Rafiqlə olan sözlə mübahısə davaya çevrilmiş və o, stolun üzərində olan bıçağı götürüb Rafiqin boyun nahiyəsindən bir dəfə vurmuşdur. Onun Rafiqi vurmağında məqsəd Rafiqi qorxutmaq olmuşdur. Rafiqi öldürmək niyyəti olmamışdır. Həmin vaxt Qəribə onların arasına girmiş və onları aralaşdırmışdır. Zərərçəkmiş şəxs həmin vaxt DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək məlumat vermişdir. Təxminən 15-20 dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gələrək hadisə ilə bağlı onu Şəmkir Rayon Polis Şöbəsinə aparmışlar. Sonradan əməlindən peşman olaraq zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş, ona dəymiş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxs onunla barışmışdır. Odur ki, məhkəmədən barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Bayramı birinci dəfə idi ki, hadisə vaxtı görmüşdür. Şahid onun arvadıdır. Qəribə aralarında rəsmi nikahı yoxdur. Şahid ilə 10 ildir ki, ailəlidir, uşağı yoxdur. Şahid ondan əvvəl ailəli olmuş, həyat yoldaşı rəhmətə getmiş və əvvəlki ərindən bir qız övladı var. O, Bakı şəhərində fəhlə kimi işləməyə grtmiş, həmin müddətdə evə gəlməmişdir. 20 oktyabr 2024-cü 11 tarixdə o, Bakı şəhərindən Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlmişdir. Bakı şəhərində işləyən zaman arvadı Şahid ona Gədəbəy rayon sakini Əli Bayramovun onların evində otaqlarının birində kirayədə qalacağını bildirmiş və o, buna razılıq vermişdir. Bakı şəhərindən evə gəlməzdən əvvəl Posanlı qəsəbəsi ərazisində yerləşən adını bilmədiyi şəxsə məxsus obyektdə işləmək üçün danışmışdır. xx.xx.2024-cü 11 tarixdə saat 06 radələrində Posanlı qəsəbəsində yerləşən adını bilmədiyi şəxsə məxsus obyektdə işləmək üçün getmişdir. Təxminən bir neçə saat orada usta yoldaşları Mehdi, Rasim və digər bir nəfərlə iş görüb evə gedəcəyini bildirmişdir. O, həmin gün saat 10 radələrində evə gəlib arvadı Qəribə ilə birlikdə hazırlaşıb Şəmkir rayon “Mərkəzi Bazar”-ına getmək üçün evdən çıxmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs onlarla birlikdə evdən çıxmışdır. O, yoldaşı ilə birlikdə bazara getmişlər. O, arvadı Qəribə ilə bazarlıq edib evə qayıtmışdır. Saat 12 radələrində Qəribə ilə evdə olan zaman darvazanın döyüldüyünü eşitmişdir. Bu vaxt arvadı Qəribə bildirmişdir ki, qapını açar narahat olmasın. Bir neçə saniyə sonra arvadı Qəribənin ucadan səsini eşitmişdir. O, evdən çölə çıxıb nə baş verdiyini öyrənmək istəmişdir. Bu vaxt Təqsirləndirilən şəxs ona bildirmişdir ki, “sən kimsən ki, Qəribənin yanına gəlmisən”. O, isə Bayrama Qəribənin əri olduğunu deyərək Bayrama “sən kimsən ki, mənə elə bir söz deyirsən” demişdir. Həmin vaxt əsəbi şəkildə qolundan paltarının alt hissəsindən qulpu ağ rəngli, kəsici və deşici bıçağı çıxarıb onun üzərinə gələrək boynunun arxa hissəsindən bir dəfə bıçaqla vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt o, boynunu əli ilə tutmuş və onu bıçaqla yenə vurmaq istəyən zaman arvadı Şahid araya girmiş və onları aralaşdırmışdır. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gələrək Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Onu Təqsirləndirilən şəxs əlində olan bıçaqla boyun nahiyəsindən vurub xəsarət yetmişdir, o, Bayramı vurmaməşdır. Hadisə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fardi yaşı evinin həyətində baş vermişdir. Təqsirləndirilən şəxs onu vuran zaman yanında arvadı Qəribə olmuşdur. Mübahisə təxminən 3-4 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçağın tutacaq yeri şəffaf rəngli olmaqla kəsici və deşici xassəyə malikdir. Hazırda Təqsirləndirilən şəxs ondan üzrxahlıq etmiş, ona dəymiş ziyanı tamamilə ödəmişdir, o, Bayramla barışmışdır, sonuncudan şikayəti və tələbi yoxdur, məhkəmədən onun barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid Afdandil qızının məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, iş üzrə şahid olan Şahid Afdandil qızının ibtidai istintaq zamanı verdiyi, məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, Şəmkir rayonu, Çinarli qəsəbəsində ailə üzviləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, səyyar olaraq başqa şəxslərin qapılarında yorğan sıriyaraq pul qazanır. Təqsirləndirilən şəxs 20 gündür ki, taniyir, aralarında qeyri-rəsmi münasibət var, Zərərçəkmiş şəxs onun əridir. Təxminən 3 ay idi ki, əri Zərərçəkmiş şəxs Bakı şəhərində fəhlə kimi işləmişdir. Həmin müddətdə Rafiq evə gəlməmişdir. Əri Zərərçəkmiş şəxs 20 oktyabr 2024-cü il tarixdə Bakı şəhərindən Çinarlı qəsəbəsində yerləşən tərdi yaşayış evinə gəlmişdir. Zərərçəkmiş şəxs Bakı şəhərində işləyən zaman o, Rafiqə zəng etmişdir ki, Gədəbəy rayon sakini Təqsirləndirilən şəxs onların evdə otaqlarının birində kirayədə qalacaq, Rafiq də buna razılıq vermişdir. Bakı şəhərindən evə gəliməzdən əvvəl Posanlı qəsəbəsi ərazisində yerləşən adini bilmədiyi şəxsə məxsus obyektdə işləmək üçün danışmışdır. xx.xx.2024-cü il tarixdə saat 06 radələrində əri Zərərçəkmiş şəxs Posanlı qəsəbəsində yerləşən adını bilmədiyi şəxsə məxsus obyektdə işləmək üçün getmişdir. Təxminən bir neçə saat orada usta yoldaşları ilə iş görüb evə gedəcəyini bildirərək çıxıb evə gəlmişdir. Həmin gün saat 10 radələrində evə gəlmiş və onunla birlikdə hazırlaşıb Şəmkir rayon Mərkəzi Bazarına getmək üçün evdən çıxmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs də onlarla birlikdə evdən çıxmışdır. O, yoldaşı ilə birlikdə bazara getmiş, Bayram isə onlardan aralaşıb başqa yerə gelmişdir. Əri Zərərçəkmiş şəxsla bazarlıq edib evə qayıtmışlar. Zərərçəkmiş şəxsla evdə olan zaman evin həyətyanı məhləsinin darvazasının döyüldüyünü eşitmişlər. Bu vaxt o, qapını açmağa getmişdir. Təqsirləndirilən şəxs içəri daxil olan zaman ona demişdir ki, “Rafiqə de getsin, onun sənin yanında nə işi var”, Həmin vaxt o, Bayrama “necə yəni nə işi var o, mənim ərimdir” deyib Rafiqə özünün deməsini bildirmişdir. O, həmin vaxt Bayramın içkili olduğunu hiss etmişdir. Bayrama ucadan çıxıb getməsini deyən zaman onun səsinə əri Rafiq Əsgərov evdən çölə çıxmışdır. Bu vaxt Rafiqlə qeyri rəsmi münasibətdə yaşadığı Təqsirləndirilən şəxs arasında mübahisə baş vermişdir. Həmin vaxt onların mübahisəsinə kənardan baxıb qışqırmağa başlamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs biçaqla Zərərçəkmiş şəxs boynundan vuraraq xəsarət yetirmişdir. O, araya daxıl olmuşdur ki, onları aralaşdırsın. Bu vaxt Təqsirləndirilən şəxs onu kənara əli ilə çəkərək Rafiqi yenə vuracağını bildirmişdir. O, Təqsirləndirilən şəxs polis əməkdaşlarına məlumat verəcəyini bildirən zaman Bayram əlindəki biçağı evin həyətyanı məhləsinə tərəf atmışdır. Həmin vaxt əri Rafiq Əsgərov özünün istifadəsində olan mobil nömrəsi ilə Azərbaycan Respublikası DİN-nın 102 zəng xidməti mərkəzinə zəng etdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs biçaqla boyun nahiyəsindən vuran zaman görmüşdür. Bayramın əlindəki biçaq qulpu şəffaf rəngli, ucu iti və kəsici olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 25 sentyabr 2024-cü il tarixli, 1067 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– boyunun arxa səthinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətlə, ola bilsin ki, biçaqla yetirilmişdir, yetirilmə müddəti 24 oktyabr 2024-cü il tarixə uyğun gəlir, Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan saglamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə ballistik ekspertizasının xx.xx.2024–cü il tarixli 16/1118 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən 2 (iki) ədəd predmet kustar üsulla hazırlanmış, kəsici-deşici xassəyə malik olan təsərüffat-mənşəli təyinatlı mətbəx bıçağının hissələridir-tiyəsi və dəstəyidir, soyuq silah hesab edilmirlər. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Gədəbəy RİHB–nin Alnabat kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi, həmin əməldə onun təqsirli olması sübut olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilərək o, cinayət məsuliyyətindən azad edilməli, onun CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübutlar olan və Şəmkir RPŞ–də saxlanılan 01 ədəd bıçaq məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsinin videoçəkilişinin görüntülərinin köçürüldüyü 01 ədəd DVD- R disk iş materiallarında saxlanılmalı, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 31,50 manat məbləğində məhkəmə məsrəfi B. Əliyevdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 77 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 40.3, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutlar olan və Şəmkir RPŞ–də saxlanılan 01 ədəd bıçaq məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsinin videoçəkilişinin görüntülərinin köçürüldüyü 01 ədəd DVD-R disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 31.50 (otuz bir manat əlli qəpik) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 77 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar