Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-1/2021 20.10.2021 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X5 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X3 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakı ilə, 20 oktyabr 2021-ci il tarixdə, saat 16:00-da Culfa Rayon Məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs- xx xxxxxx 1990-cı ildə Babək rayonnun Sirab kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç uşaq atası, orta təhsilli, İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulunun sürücüsü işləyən, əvvəllər məhkum olunmamış, Babək rayonunun Sirab kəndində yaşayan, barəsində 29 iyun 2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, hazırda həbsdə; Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə təqsirləndirilir, ona görə ki, о, İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulunun sürücüsü vəzifəsində işləyərkən xidməti mövqeyindən istifadə etməklə 16 iyun 2021-ci il tarixdə, saat 17:45 radələrində idarə etdiyi İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğuna məxsus xidməti avtomobillə X27 Məntəqəsindən keçməklə İran İslam Respublikasının ərazisinə getmiş, orada özünə məlum olan şəxslə təsir maddəsinin ümumi miqdarı 10 qram olan 400 ədəd “Baklofen” adlı güclü təsir edən maddəni Şahid1 çatacaq dövriyyəsi qanunla qadağan olunmayan digər dərman preparatları ilə birlikdə Naxçıvan MR ərazisinə 50 manat müqabilində gətirmək barədə razılığa gəlmiş, həmin gün saat 20:56 radələrində idarə etdiyi İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğuna məxsus xidməti avtomobildə “Baklofen” adlı güclü təsir edən maddəni digər dərman preparatları ilə birlikdə İİR ərazisindən Culfa GKM-dən Azərbaycan Respublikasının gömrük sərhəddindən bəyan etməməklə, gömrük nəzarətindən gizli keçirərək qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikasının ərazisinə gətirmiş, həmin güclü təsir edən maddəni digər dərman preparatları ilə birlikdə Şahid1 götürməsi üçün Şahid3 vasitəsilə 17 iyun 2021-ci il tarixdə Babək rayonunun Badaşqan kəndində yerləşən xidmət mərkəzindəki ərzaq mağazasına qoymuş, Şahid1 18 iyun 2021-ci il tarixdə içərisində dərman vasitələri olan 1 ədəd sellofan torbanı həmin mağazadan götürərək özünə məxsus dərman preparatlarını götürdükdən sonra içərisində “Baklofen” adlı güclü təsir edən maddə olan sellofan torbanı Naxçıvan şəhərində yerləşən Cahan Ticarət Mərkəzindəki 33 nömrəli mağazaya qoymuş, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan şəhər idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 18 iyun 2021-ci il tarixdə Cahan Ticarət Mərkəzindəki 33 nömrəli mağazaya baxış keçirilərkən “Baklofen” adlı güclü təsir edən maddələr aşkar edilərək götürülmüş və sənədləşdirilmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, Babək rayonunun Sirab kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. 2015-ci ilə qədər Naxçıvan Muxtar Respublikasında sürücü, fəhlə işləmiş, 2015-ci ilin yay ayında İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğuna işə qəbul olmuş, həmin ilin sonlarından baş konsulun xidməti avtomobilinin sürücüsü olmuşdur. Xidməti fəaliyyəti ilə əlaqədar baş konsul İran İslam Respublikasına səfərlər edərkən onunla birlikdə İrana getmiş, avtomobili idarə etmiş, hərdən də baş konsul tərəfindən tək olaraq hər hansı işlə bağlı İİR-ə gödərilmişdir. İranın Culfa şəhərində əczaçılıq fəaliyyəti göstərən İİR vətəndaşı Əjdər adlı şəxsi 2016-cı ildə baş konsulun vasitəçiliyi ilə tanımış, baş konsul ona “lazım olan dərmanları Əjdərdən al” demiş, İranda olarkən Culfa şəhərində Əjdər Qulamzadənin aptekindən dərman almış, Ə.Qulamzadə onun baş konsulun xidməti avtomobilini idarə etdiyini görmüş və baş konsulun sürücüsü olduğunu bilmişdir. 16 iyun 2021-ci il tarixdə baş konsul xidməti işlə əlaqədar olaraq ona İranın Culfa şəhərinə getməsi barədə tapşırıq vermiş, həmin gün saat 17:45 radələrində idarə etdiyi İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğuna məxsus xidməti avtomobillə X27 Məntəqəsindən keçməklə İran İslam Respublikasının ərazisinə getmiş, işlərini qurtardıqdan sonra dərman almaq üçün Əjdər Qulamzadənin aptekinə getmiş, dərmanları aldıqdan sonra Əjdər Qulamzadə ona Naxçıvan Muxtar Respublikasında olan tanışına dərman vasitələri aparmağı xahiş etmiş və bunun qarşılığında 50 manat pul verəcəyini bildirmişdir. Ə.Qulamzadə ilə razılaşmış, Əjdər Qulamzadə ona bir ədəd qara rəngli sellofan torba vermiş, həmin torbanın içərisində müxtəlif dərman preparatları və “Baklofen” dərmanı olmuş, Əjdər Qulamzadə ona “bunları apar Naxçıvana, Nicat səndən götürəcək, sənə əlli manat verəcək” demiş, torbanı Əjdər Qulamzadədən almış və xidməti avtomobilə qoymuş, Əjdərlə sağollaşmış və X27 Məntəqəsinə tərəf yola düşmüşdür. 16 iyun 2021-ci il tarixdə, saat 20:56 radələrində idarə etdiyi İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğuna məxsus xidməti avtomobildə “Baklofen” adlı dərmanları digər dərman preparatları ilə birlikdə İİR ərazisindən Culfa GKM-dən Azərbaycan Respublikasının gömrük sərhəddindən bəyan etməməklə, gömrük nəzarətindən gizli keçirərək Naxçıvan Muxtar Respublikasının ərazisinə gətirmiş, Naxçıvan Muxtar Respublikasının ərazisinə daxil olduqdan sonra Baş konsulluğun Naxçıvan şəhərində yerləşən inzibati binasına gəlmiş, xidməti avtomobildə olan dərmanları götürmüş, özünə məxsus olan Naz Lifan X70 markalı, ** AF *** dövlət nömrə nişanlı avtomobilin arxa oturacağına qoymuşdur. 17 iyun 2021-ci il tarixdə, saat 11:30 radələrində Naxçıvan şəhərində yerləşən avtomobil yuma yerində yuyucu işləyən dostu Şahid3 yanına getmiş, Aslan ona “Nicat zəng etmişdi, dedi ki, Tağıya de, dərmanları Badaşqan kəndində yerləşən Rəhmanın ərzaq mağazasına qoysun” demiş, Aslana “işin yoxdursa, bu dərmanları mağazaya verək, gələk” deyə xahiş etmiş, Aslan razılaşmış, birlikdə Badaşqan kəndinə gəlmişlər. Dərmanların onun tərəfindən mağazaya verilməsinin kimsə tərəfindən görülməsindən qorxduğu üçün dərmanları Aslanın verməsini ondan xahiş etmiş, Aslan onunla razılaşmış, arxa oturacaqdan qara rəngli sellofan torbanı götürüb Aslana vermiş və “bunu ver mağazaya, içərisində dərmanlar var, sənə 50 manat pul verəcəklər, onu al, gətir mənə” demiş, Aslan mağazaya getmiş, Aslanı mağazanın qarşısında gözləmişdir. Bir neçə dəqiqədən sonra Aslan mağazadan çıxmış və avtomobildə əyləşmiş, ona 50 manat pulu vermiş, daha sonra birlikdə Naxçıvan şəhərinə gəlmişlər. İşdən çağırıldığı üçün Aslanı iş yerinin yanında endirmiş və işə getmişdir. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, Şahid1 təxminən 4-5 aydır ki, tanıyır, onu qayınatası Səttar adlı şəxsin aptekində görmüş, onunla arasında yaxın münasibətləri olmamış, Şahid6 və Şahid5 ilə şəxsi münasibətləri olmamış, Rəhmanı bir neçə dəfə Şahid3 işlədiyi avtomobil yuma yerində görmüş, Rəhman əvvəllər Naxçıvan şəhərində ərzaq mağazası işlətdiyindən onu oradan tanımış, X13 həkim-nevropotoloq kimi tanımışdır. X32 “Epilepsiya” xəstəliyindən əziyyət çəkdiyindən bir dəfə onu xəstəxanaya aparmış, Zakir həkim növbətçi-həkim olmuş, onu da oradan tanımış, onunla arasında yaxın münasibətləri olmamışdır. Şahid7 tanımır. Əvvəllər dəfələrlə X27 Məntəqəsindən keçməklə İİR ərazisinə getmiş və əks istiqamətdə Culfa GKM-dən keçməklə Naxçıvan MR ərazisinə gəlmiş, əsasən İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulunun sürücüsü vəzifəsində işləykərkən İrana gedib-gəlmiş, 16 iyun 2021-ci il tarixdən başqa, Baş konsulluqda işlədiyi müddətdə və ondan əvvəlki vaxtlarda İrana səfərləri zamanı İran ərazisindən narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri qanunsuz yolla əldə etməmiş, narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri qaçaqmalçılıq yolu ilə Naxçıvan MR ərazisinə gətirməmişdir. İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulunun sürücüsü vəzifəsində işləyərkən baş konsulluğa aid xidməti avtomobildə sadəcə konsulluğa aid əşyaları İran ərazisinə aparıb-gətirmiş, həmin əşyalara gömrük güzəştləri tətbiq olunmuş, özünə aid olan əşyaları xidməti avtomobildə daşımaq və gömrük nəzarətindən keçirmək hüququ olmamış, “Baklofen” adlı güclü təsir edən dərmanları İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğuna məxsus xidməti avtomobildə gətirmiş, idarə etdiyi xidməti avtomobil gömrük nəzarətindən keçərkən yoxlanılmadığı üçün gətirdiyi “Baklofen” adlı güclü təsir edən dərmanları bəyan etməmiş, Baş konsulluğun bu barədə məlumatı olmadığı üçün gömrükdə dərmanlar barədə heç bir söz deməmişdir. Şahid1 təqdim etdiyi üzərində “E-Vigel 400” sözləri yazılmış 23 ədəd konvalyut, hər konvalyutda 10 ədəd dərman olmaqla 230 ədəd və üzərində “Vitamin E 400İU” sözləri yazılmış 4 ədəd Flakon qabda, hər qabda 60 ədəd olmaqla 240 ədəd dərman preparatlarını, X9 təqdim etdiyi 2 ədəd “İntratect”, 1 qutu “Flexom”, 2 ədəd “Hyalgan” dərman preparatlarını X22 ərazisində olarkən Nicata çatması üçün ona vermiş, həmin dərmanları Nicata çatması üçün gətirmiş, həmin dərmanların kimlər arasında bölüşdürüləcəyi barədə məlumatı olmamış, qeyd olunan dərman preparatlarını da 16 iyun 2021-ci il tarixdə İİR ərazisindən Naxçıvan MR ərazisinə gələrkən X27 Məntəqəsində gömrük nəzarəti zamanı bəyan etməmiş, Əjdər Qulamzadə “Baklofen” adlı güclü təsir edən maddələri və digər dərman preparatlarını Naxçıvan MR ərazisinə gətirməyi və Şahid1 verməsi müqabilində Nicatın ona 50 manat pul verəcəyini demiş, razılaşaraq qeyd olunan dərmanları Naxçıvan MR ərazisinə gətirmiş, Şahid1 çatdırmış və bunun müqabilində 50 manat pul əldə etmişdir. Əjdər ona “Naxçıvanda xəstə var, dərmanları apar Nicat sənə 50 manat verəcək” demiş, qazanc əldə etmək və xəstə adama kömək etmək üçün “Baklofen” adlı güclü təsir edən maddələri digər dərman preparatları ilə birlikdə qaçaqmalçılıq yolu ilə Naxçıvan MR ərazisinə gətirmiş, “Baklofen” adlı güclü təsir edən maddələri və digər dərman preparatlarını qaçaqmalçılıq yolu ilə Naxçıvan MR ərazisinə gətirməyi müqabilində əldə etdiyi 50 manat pulu şəxsi ehtiyacları üçün xərcləmiş, Şahid3 dərmanları İran ərazisindən gətirdiyini demiş, lakin ona dərmanları hansı yolla gətirməyi barədə məlumat verməmiş, Əjdər Qulamzadə adlı şəxsin ona verdiyi “Baklofen” adlı güclü təsir edən maddələrdən və digər dərman preparatlarından götürməmiş, heç vaxt narkotik vasitələrdən, psixotrop və ya güclü təsir edən maddələrdən istifadə etməmiş, heç vaxt narkotik vasitələrin, psixotrop və ya güclü təsir edən maddələrin satışı ilə məşğul olmamış, başqa şəxslərin İİR vətəndaşı Əjdər Qulamzadə adlı şəxsdən narkotik vasitələri, psixotrop və güclü təsir edən maddələri əldə edib-etməmələri və qaçaqmalçılıq yolu ilə Naxçıvan MR ərazisinə gətirib-gətirməmələri barədə məlumatı olmamış, bu barədə İİR vətəndaşı Əjdər Qulamzadə adlı şəxs söhbət əsnasında ona bir söz deməmişdir. Törətdiyi əməldən çox peşmandır, üç uşağının olmasının nəzərə alınmasını xahiş edir, bir daha bu cür əməllər törətməyəcəyinə söz verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün səmimi etirafı ilə bərabər, dindirilmiş şahidlərin ifadələri ilə, ekspert rəyi və digər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 5 aydır ki, tanıyır, onunla arasında yaxın münasibətləri olmamışdır. X6 aptekində olduğu zaman Təqsirləndirilən şəxs dərman almaq üçün aptekə gəlmiş, onunla orada tanış olmuş, o, İran İslam Respublikasının Naxçıvan MR-dəki baş konsulunun sürücüsü işlədiyini və Babək rayonun Sirab kəndində yaşadığını bilmişdir. X1 uzun müddətdir ki, əczaçılıqla məşğul olur, onun Naxçıvan şəhərində 2 apteki var. Aptekin biri Naxçıvan şəhəri, İstiqlal küçəsində, digəri isə Cahan Ticarət Mərkəzində yerləşir. Dərmanlar aptekdə qurtardığı zaman X6 ona mərkəzi anbardan dərman gətirməyi bildirir, istifadə etdiyi **-BB-*** dövlət nömrə nişanlı, “Hyundai Santafe” markalı avtomobili ilə dərmanları mərkəzi anbardan götürür və apteklərə verir, bəzi vaxtlar isə Səttar Bağırov aptekdə olmadıqda satıcılara nəzarət etmək üçün aptekdə oturur. İİR vətəndaşı Əjdər adlı şəxsi 2019-cu ilin yay aylarından tanıyır. X7 müalicə məqsədilə İranın Təbriz şəhərinə aparmış, həkim nənəsinə dərman resepti yazmışdır. İranın Culfa şəhərində həkimin nənəsinə yazdığı dərmanları almaq üçün aptekə getmiş və orada aptekin sahibi Əjdər ilə tanış olmuş, dərmanları Əjdərdən aldıqdan sonra gələcəkdə dərmanlar bitəcəyi təqdirdə yenidən dərman almaq üçün Əjdərin +98-914-991-3177 mobil telefon nömrəsini telefonunun yaddaşına qeyd etmiş, sonrakı vaxtlarda dərman lazım olan zaman istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsi ilə Əjdərin istifadəsində olan mobil telefon nömrəsi ilə əlaqə saxlamış və Əjdər dərmanları ona göndərmişdir. 2021-ci ilin iyun ayının əvvəllərində Əjdər ilə “Whatapp” vasitəsilə əlaqə saxlamış və ondan “E” vitamini dərman preparatlarını göndərməsini xahiş etmiş, Əjdər ona “adam tapıb dərmanları göndərəcəyəm” demişdir. Dərmanları almaqda məqsədi onları X6 Naxçıvan şəhəri, İstiqlal küçəsində yerləşən aptekində satmaq olmuşdur. 16 iyun 2021-ci il tarixdə axşam radələrində evdə olarkən Əjdər “Whatsapp”la onun mobil nömrəsinə zəng etmiş, “dərmanları İranın Naxçıvandakı baş konsulunun sürücüsü Tağıya vermişəm, o, Naxçıvana gətirəcək, sənin dərmanlarından əlavə iki ədəd torbada dərmanlar qoymuşam, ağ rəngli torbanı Zakir həkimə verərsən, qara rəngli torbada olan dərmanlar da bir nəfərindir, onları da istəsən sənin nömrəni verərəm səndən götürərlər, ya da harasa qoyarsan ordan götürərlər, 50 manat da Tağıya pul verərsən” demişdir. Əjdərə “Zakir həkimin dərmanlarını verərəm özünə, digər dərmanları da qoyaram mağazaya ordan götürərlər” cavabını vermişdir. Əjdər razılaşmış, 17 iyun 2021-ci il tarixdə gəzinti məqsədilə ailəsi ilə birlikdə Ordubad rayonuna getmiş, həmin gün Əjdər ona zəng etmiş, dərmanları Tağıdan götürməyini bildirmişdir. Tağının nömrəsi olmadığı üçün Tağının dostu, Naxçıvan şəhərində avtomobil yuyucu yerində işləyən Şahid3 ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş və ona “mən Ordubaddayam, Tağının nömrəsini tapa bilmirəm, məndə də yoxdur, sən Tağıya deyərsən dərmanları qoysun Badaşqan kəndində yerləşən Rəhmanın ərzaq mağazasına, mən ordan götürəcəm” demiş, Aslan da ona “Tağını görəndə deyəcəm” demiş, Aslanla sağollaşdıqdan sonra Badaşqan kəndində yerləşən ərzaq mağazasını işlədən Rəhman adlı şəxsə zəng etmiş, “mağazaya dərman gətirib qoyacaqlar, həmin adama 50 manat verərsən, mən gəlib sənə verəcəm” demiş, Rəhman da cavabında “yaxşı” demişdir. Həmin gün saat 12:10 radələrində Aslana zəng etmiş, Aslan ona “dərmanları mağazaya qoyduq, gedib götürərsən” demişdir. Saat 23 radələrində Ordubad rayonundan yaşadığı Babək rayonunun Yarımca kəndinə gəlmiş, Badaşqan kəndindən keçərkən ərzaq mağazasının bağlı olduğunu görmüşdqr. 18 iyun 2021-ci il tarixdə, saat 09:00 radələrində qaynı Şahid12 Səttar oğlu və həyat yoldaşının əmisi oğlu Şahid4 ilə Naxçıvan şəhərinə gələn zaman Badaşqan kəndində mağazanın qarşısında avtomobilini saxlamış, Şahid4 50 manat vermiş, Rəhmanın işlətdiyi mağazadan dərmanları götürməsini bildirmişdir. Şəhriyar mağazaya getmiş və bir neçə dəqiqə sonra əlində qara rəngli torba ilə qayıtmış, oradan Naxçıvan şəhərinə gəlmişlər. Həsənlə Şəhriyar avtomobildən endikdən sonra avtomobildə torbanın içərisinə baxmış, torbada Əjdərin ona göndərdiyi E-vitaminləri olan dərman preparatları və əlavə iki, ağ və qara rəngli torbalar olduğunu görmüşdür. Ağ rəngli torbada Zakir həkimə çatacaq “İntratect”, “Flexom” və “Hyalgan” dərmanları, qara rəngli torbada isə üzərində “Baclofen 25” yazılmış 4 ədəd dərman qutusu olmuşdur. Dərmanları götürəndən sonra Əjdərə zəng etmiş, dərmanları götürdüyünü və nə edəcəyini soruşmuş, Əjdər ona “Zakir həkimin nömrəsini göndərirəm sənə, ağ rəngli torbada olan dərmanları ona ver, digər dərmanları da nömrə verim, həmin adamla danış, ona çatdır” demişdir. “Zakir həkimin dərmanlarını özünə verərəm, işim var, digər dərmanları da qoyaram mağazaya, gəlib ordan götürərlər” demişdir. Əjdər də razılaşmış, qayınatasının aptekinə gedib-gələrkən (təxminən 2020-ci ilin mart ayından) tanıdığı, münasibətinin yaxşı olduğu, Babək rayonunun Nehrəm qəsəbə sakini Şahid7un Cahan Ticarət Mərkəzindəki 33 nömrəli mağazasına saat 11 radələrində getmiş, salamlaşdıqdan sonra qara rəngli sellofon torbanı Yusifə vermiş və ona “mən bazarda olmayacam, bu dərmanları saxla, gəlib səndən götürəcəklər” demişdir. Həmin vaxt mağazada işləyən Rasim də orada olmuşdur. Yusif torbanı ondan almış, götürən şəxsin pul verib-verməyəcəyini soruşmuş, “pul verməyəcəklər” cavabını vermiş, ondan sonra Zakir həkimin mobil telefon nömrəsinə zəng etmiş və dərmanların onda olduğunu, ona necə verəcəyini soruşmuşdur. Zakir həkim ona dərmanları “Şəfa” X17pısında dayanan mühafizəçiyə verməyini demiş, idarə etdiyi avtomobillə “Şəfa” X26 getmiş və dərmanları mühafizəçiyə vermiş, ona dərmanları Zakir həkimin götürəcəyini bildirmiş və digər işlərini həll etməyə getmişdir. Əjdərin ona göndərdiyi dərman preparatlarını aptekdə satmamış, həmin dərman preparatlarını Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə könüllü olaraq təhvil vermişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində onu da bildirmişdir ki, Əjdər ona torbada dərmanların olduğunu demiş, lakin həmin dərmanların “Baklofen” adlanan güclü təsir edən dərmanlar olduğunu bildirməmiş, dərmanlar ona çatdıqdan sonra torbanı açıb baxmış, orada üzərində “Baclofen 25” yazılmış 4 ədəd dərman qutusu olduğunu görmüşdür. Əjdərin ona dərmanları İran ərazisində Təqsirləndirilən şəxs verdiyini demiş və Təqsirləndirilən şəxs “Baklofen” adlı güclü təsir edən maddələri ona və X14 çatacaq dərmanlarla birlikdə İran ərazisindən Naxçıvan MR ərazisinə gətirmiş, lakin Təqsirləndirilən şəxs dərmanları qaçaqmalçılıq yolu ilə gətirdiyini bilməmişdir. Təqsirləndirilən şəxs “Baklofen” adlı güclü təsir edən maddələri digər dərman preparatları ilə birlikdə Naxçıvan MR ərazisinə gətirmək üçün Əjdərlə 50 manat müqabilində razılaşmış, 50 manat pulu Badaşqan kənd mağazasında Rəhmanın qardaşı Əli Aslana, Aslan da öz növbəsində Tağıya vermiş, sonradan həmin pulu Şəhriyar vasitəsilə Rəhmana vermiş, Əjdər ona vitaminləri 50 manat müqabilində göndərmiş və “pulunu Təqsirləndirilən şəxs verərsən” demiş, buna görə həmin pulu Tağıya vermiş, Əjdərin ona göndərdiyi dərmanları satıb qazanc əldə etmək niyyəti olmuşdur. X6 Cahan TM-dəki apteki bağlı olduğu üçün dərmanları Şahid7gilin mağazasına qoymuş, Əjdərin göndərdiyi “Baklofen” adlanan güclü təsir edən maddələrin kim tərəfindən “Cahan” TM-dəki mağazadan götürüləcəyi barədə məlumatı olmamış, Əjdər adlı İİR vətəndaşının əvvəllər Təqsirləndirilən şəxs və ya başqa şəxslərin vasitəsilə Naxçıvan MR ərazisinə narkotik tərkibli, psixotrop və ya güclü təsir edən dərman preparatları göndərib-göndərməməsi barədə heç bir məlumatı olmamış, bu barədə Əjdər adlı İİR vətəndaşı ona heç bir söz deməmiş, dərman preparatlarını Naxçıvan MR ərazisində satmaq barədə müvafiq lisenziyası olmamış, həmin dərman preparatlarını qaynatasına məxsus Naxçıvan şəhəri, İstiqlal küçəsində yerləşən “Səhhət” adlanan aptekdə satmağı düşünmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində bildirmişdir ki, Şahid1 əmisinin qızının əridir. 18 iyun 2021-ci il tarixdə səhər saatlarında əmisi oğlu Şahid12 ilə yaşadıqları Yarımca kəndində görüşmüş, Şahid1 məxsus olan avtomaşınla Naxçıvan şəhərinə gəlimişlər. Badaşqan kəndində ərzaq mağazasının qarşısında Şahid1 maşınını saxlamış, ona 50 manat pul vermiş, pulu Rəhmana verməyi, dərmanları alıb ona gətiməsini bildirmişdir. Mağazaya girmiş, dərmanları soruşmuş, Rəhman dərmanların soyuducuda olduğunu bildirmişdir. Dərmanları soyuducudan götürmüş, Şahid1 avtomobilinə qayıtmış, dəmanları Şahid1 vermiş, Naxçıvan şəhərinə gəlmişlər. Naxçıvan şəhərində Cahan Ticarət Mərkəzinin yanıda Nicatdan ayrılmışdır. Şahid4 ifadəsində onu da bildirmişdir ki, Şahid1 mağazadan dərman olan torbanı götürməsini ona deməsinin səbəbini bilmir. Mağazadan götürdüyü, Şahid1 verdiyi torbada, hansı dərmanlar olmasını, tərkibində güclü təsir edən maddə olan “Baklofen” adlı dərman olmasını torbanın ağzı bağlı olduğundan görməmişdir. Həmin dərmanların kim tərəfindən, haradan gətirilməsini, Şahid1 hansı məqsədlə mağaza sahibi olan Rəhmana 50 manat pul verməsini bilmir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Babək rayonunun Sirab kəndində yaşayır, Naxçıvan şəhəri, 20A məhəlləsində yerləşən avtomobil yuma yerində yuyucu işləyir. Təqsirləndirilən şəxs 2017-ci ildən tanıyır. Təqsirləndirilən şəxs avtomobilini yudurtmağa gələn zaman onunla tanış olmuş, onunla münasibətləri yaxşı olmuşdur. X28 Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulunun sürücüsü vəzifəsində işlədiyini bilir. Şahid1 qaynatası Yarımca kənd sakini Səttar adlı şəxsin aptekindən dərman alan zaman görüb tanımışdır. Söhbət zamanı ona avtomobil yuma yerində işlədiyini demiş, sonra bir neçə dəfə Nicat avtomobilini yudurtmaq üçün onun yanına gəlmiş, əvvəlcədən zəng edib növbə almaq üçün mobil telefon nömrəsini də götürmüşdür. Təqsirləndirilən şəxs onun yanında olan zamn da Nicat avtomobilini yudurtmaq üçün gəlmiş, Şahid1 onun Təqsirləndirilən şəxslə dost olduğunu bilmişdir. 16 iyun 2021-ci il tarixdə Tağı ona işlə əlaqədar İrana gedəcəyini demişdir. 17 iyun 2021-ci il tarixdə, saat 11:30 radələrində Nicat ona zəng etmiş, zəngə cavab vermiş, Nicat ona “mən Ordubaddayam, Tağının nömrəsini tapa bilmirəm, məndə də yoxdur, sən Tağıya deyərsən dərmanları qoysun Badaşqan kəndində yerləşən Rəhmanın ərzaq mağazasına” demişdir. Zəng etmək üçün konturu olmadığından Nicata “Tağını görəndə deyəcəm” demişdir. Nicatla danışdıqdan bir az sonra Tağı avtomobil yuma yerinə gəlmişdir. Tağıya “Nicat zəng etmişdi, dedi ki, Tağıya de, dərmanları Badaşqan kəndində yerləşən Rəhmanın ərzaq mağazasına qoysun” demiş, Tağı ondan “işin yoxdursa, bu dərmanları mağazaya verək, gələk” xahiş etmişdir. Tağının avtomobili ilə Badaşqan kəndinə getmişlər. Tağ Rəhmanın işlətdiyi ərzaq mağazasının yanında avtomobilini saxlamış, arxa oturacaqdan qara rəngli sellofan torbanı götürmüş, ona vermiş, “bunu ver mağazaya, içərisində dərmanlar var, sənə 50 manat pul verəcəklər, onu al, gətir mənə” demişdir. Tağıdan qara rəngli sellofan torbanı almış, mağazaya daxil olmuş, mağazada Rəhmanın qardaşı Əli olmuş, Əliyə “Nicat deyib dərmanları verin Əliyə mağazaya qoysun, 50 manat pul verəcək” demişdir. Dərmanlar olan torbanı Əliyə vermiş, 50 manat pulu Əlidən almış, Tağının avtomobilinə qayıtmışdır. Əlinin verdiyi 50 manat pulu Tağıya vermiş, Naxçıvan şəhərinə gəlmişlər. Tağı onu iş yerinin yanında endirmiş və özü də işə getmişdir. Şahid3 ifadəsində onu da bildirmişdir ki, Təqsirləndirilən şəxs ona verdiyi qara rəngli sellofon torbanın içərisində “Baklofen” adlanan güclü təsir edən maddələrin olduğunu bilməmişdir. Tağı ona həmin torbada dərmanlar olduğunu və həmin dərmanları İrandan gətirdiyini demişdir. Torbanın ağzı bağlı, qara rəngli olduğu üçün içərisində olan dərmanların adlarını görməmişdir. Təqsirləndirilən şəxs ona dərmanları 16 iyun 2021-ci il tarixdə İİR-ə gedərkən oradan gətirdiyini demişdir. Təqsirləndirilən şəxs dərmanları gömrükdən necə keçirməsi barədə bir söz deməmiş, əvvəllər onunla söhbət zamanı ona İİR-in Naxçıvan MR-dəki Baş konsulluğuna məxsus avtomobilin gömrükdən keçərkən yoxlanılmadığını, istədiyi əşyanı keçirə biləcəyini demişdir. Təqsirləndirilən şəxs dərmanları 50 manat müqabilində Naxçıvan MR-ə gətirmiş, Təqsirləndirilən şəxs əvvəllər nə vaxtsa Naxçıvan MR ərazisinə qaçaqmalçılıq yolu ilə narkotik vasitə, psixotrop və ya güclü təsir edən maddələr gətirib-gətirməməsi, Naxçıvan MR ərazisində qeyd olunan predmetləri satıb-satmaması barədə məlumatı yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X20 verdiyi ifadəsində bildirmişdir ki, 1977-1983-cü illərdə Azərbaycan Tibb Universitetində “Müalicə işi” ixtisası üzrə təhsil almış, 1983-cü ildə Naxçıvan Muxtar Respublikasında həkimlik fəaliyyətinə başlamışdır. 2021-ci ilin aprel ayından “Şəfa” X24 həkim-nevroloq işləyir, Təqsirləndirilən şəxs şəxsən tanımır. İran vətəndaşı Əjdər ilə təxminən 15 il bundan əvvəl İran İslam Respublikası ərazisində aptekdən dərman aldığı zaman tanış olmuş, onunla arasında dostluq münasibətləri olmuşdur. X25 şəhərində apteki var, o, əczaçılıq fəaliyyəti ilə məşğul olur. Xəstələrini müalicə edərkən onlara yazdığı dərmanlardan bəziləri Naxçıvan MR-də olan apteklərdə olmadığından Əjdərlə əlaqə saxlamış, Əjdərin aptekində həmin dərmanlar olan zaman müalicə etdiyi şəxsə demiş, həmin şəxs də dərmanları oradan almış, həmçinin özü üçün istifadə etdiyi və xəstələri üçün lazım olan dərmanların siyahısını Əjdərə göndərmiş, Əjdər həmin dərmanları ona göndərmişdir. Dərmanların pulunu İran ərazisindən tranzit keçib Bakı şəhərinə gedən yük maşınlarının sürücülərinə vermiş, Əjdər həmin pulu İranın Culfa şəhərində sürücüdən almışdır. Sonuncu dəfə 2021-ci ilin iyun ayının əvvəllərində “Whatsapp” istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə Əjdərin istifadə etdiyi +98-914-991-3177 saylı mobil nömrə vasitəsilə onunla əlaqə saxlamış Naxçıvan MR-də fəaliyyət göstərən apteklərdə olmadığı üçün xəstələrinin müalicəsi üçün ona 2 ədəd “İntratect”, 1 qutu “Flexom”, 2 ədəd “Hyalgan” dərman preparatları göndərməsini xahiş etmişdir. Əjdər də ona dərmanları Naxçıvan MR-ə gələn şəxslərdən biri ilə göndərəcəyini bildirmişdir. 17 iyun 2021-ci il tarixdə, saat 11 radələrində “Şəfa” X15rkən Əjdər ona “Whatsapp” vaitəsilə dərmanların Naxçıvanda olması barədə səs yazısı göndərmişdir. 18 iyun 2021-ci il tarixdə, saat 12:26-da xəstəxanada olarkən tanımadığı 077 ***-**-** saylı mobil nömrədən ona zəng gəlmiş, zəng edən şəxs ona “Əjdərin sizə göndərdiyi dərmanlar məndədir, onları hara gətirim” demiş, ona dərmanları “Şəfa” X17pısında olan mühafizəçiyə verməsini demişdir. Saat 15 radələrində xəstəxanadan çıxarkən dərmanların olduğu sellofan torbanı mühafizəçidən götürmüş və xəstələrinə vermək üçün yaşadığı evə aparmışdır. Torbanın içərisində 2 ədəd “İntratect”, 1 qutu “Flexom”, 2 ədəd “Hyalgan” dərman preparatları olmuş, daha sonra həmin dərman preparatlarını Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə könüllü olaraq təhvil vermişdir. Şahid Səfər Zakir ifadəsində onu da bildirmişdir ki, Əjdərin ona çatacaq dərmanları “Baklofen” adlı güclü təsir edən dərmanlarla birlikdə Təqsirləndirilən şəxs ilə göndərməsi barədə əvvəlcədən məlumatı olmamış, “Baklofen” adlı güclü təsir edən dərmanları göndərməsini ondan istəməmiş, həmin dərmanları Naxçıvanda kimin alacağı və istifadə edəcəyi barədə məlumatı olmamışdır. Əjdər ona bu barədə heç bir söz deməmiş, Əjdərin İrandan göndərdiyi dərmanların hansı yolla Naxçıvan MR ərazisinə gətirilməsi barədə məlumatı olmamış, həmin dərman preparatlarının Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə Naxçıvan MR ərazisinə gətirməsini əvvəlcədən bilməmişdir. Heç vaxt Əjdər adlı şəxsdən ona İran ərazisindən narkotik tərkibli, psixotrop və ya güclü təsir edən dərmanlar göndərməsini xahiş etməmiş Şahid1 Naxçıvan şəhərində əcxanaçılıqla məşğul olan Babək rayonunun Yarımca kənd sakini Səttar Bağırovun kürəkəni kimi tanımış, Əjdərin ona göndərdiyi dərmanları gətirib “Şəfa” X23 mühafizəçisinə verənin Nicat olduğunu bilməmiş, heç vaxt dərman preparatlarının satışı ilə məşğul olmamış, həmin dərman preparatlarını xəstələrinin müalicəsi üçün onlara reseptlə yazmış, həmin dərmanlar Naxçıvan MR-dəki apteklərdə olmadığından, xəstələrinə köməklik məqsədilə Əjdərdən ona göndərməsini xahiş etmişdir. Dərmanların pulunu müalicə etdiyi şəxslərdən alıb Əjdərə göndərmək istəmiş, həmin dərmanlardan heç bir maddi qazanc əldə etməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid9 verdiyi ifadəsində bildirmişdir ki, Naxçıvan şəhərində yerləşən Cahan Ticarət Mərkəzində olan 33 nömrəli oyuncaq və xırdavat məhsullarının satıldığı mağazada satıcı işləyir. Təqsirləndirilən şəxs tanımır. Onun satıcı işlədiyi mağazanın yanında Babək rayonunun Yarımca kənd sakini Şahid1 qayınatasının apteki var, Nicatı aptekə gəlib-gedərkən görmüşdür. 18 iyun 2021-ci il tarixdə, saat 11 radələrində, özü və mağazaının sahibi Şahid7 mağazada olmuş, Nicat əlində qara rəngli sellofon torba ilə mağazaya gəlmiş, Şahid7lə salamlaşmış, əlindəki qara rəngli sellofon torbanı Şahid7 vermiş və “mən bazarda olmayacam, bu dərmanları saxla, gəlib səndən götürəcəklər” demişdir. Sonra o, namaz qılmaq üçün məscidə getmiş, qayıdanda mağazada iki nəfər mülki geyimli şəxsin olduğunu görmüş, həmin şəxslərə “buyurun” demiş, onlar “gözləyirik” demişlər. Sonra həmin şəxslərin Naxçıvan MR Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları olduqları ona məlum olmuş, onlar mağazada güclü təsir edən maddələrin olması barədə məlumatlarının olduğunu bildirmişlər. Bundan sonra mağazaya iki nəfər tanımadığı adam gətirilmiş və onların hal şahidi olması bildirilmişdir. Şahid7 razılığı ilə mağazaya hal şahidlərinin iştirakı ilə baxış keçirilmişdir. Şahid7 baxış zamanı Şahid1 verdiyi qara rəngli sellofon torbanı baxış aparan Naxçıvan MR DTX əməkdaşına təqim etmiş, həmin torbanın içərisinə baxılmış və oradan 4 ədəd üzərində “Baclofen 25” yazılmış qutu aşkar edilmiş, həmin qutular açılmış, hər qutuda 10 ədəd konvalyut, hər konvalyutda 10 ədəd dərman olmaqla, ümumilikdə 400 ədəd “Baclofen 25” adlı dərman olduğu müəyyən edilmişdir. Həmin dərmanların fotoşəkilləri “Samsung” markalı mobil telefonla çəkilmiş və hal şahidlərinin iştirakı ilə götürülərək qablaşdırılmış, baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, iştirakçılar və hal şahidləri tərəfindən protokol imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində birdirmişdir ki, 18 iyun 2021-ci il tarixdə Naxçıvan şəhərində yerləşən Cahan Ticarət Mərkəzinə getmişdir. Saat təxminən 14:00 radələrində Cahan Ticarət Mərkəzində olan zaman tanımadığı bir nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, vəsiqəsini təqdim etmiş, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan şəhər idarəsinin əməkdaşı olduğunu, Cahan Ticarət Mərkəzində olan 33 nömrəli mağazaya Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan şəhər idarəsinin əməkdaşları tərəfindən baxış keçiriləcəyini bildirmiş, ona “əgər siz razı olarsınızsa, bu proseslərdə iştirak etmək üçün sizi hal şahidi kimi dəvət edirik” demişdir. Həmin şəxsə hal şahidi kimi iştirak etmək üçün razılıq vermiş və onunla birlikdə Cahan Ticarət Mərkəzindəki 33 nömrəli mağazaya getmişdir. Bir müddətdən sonra tanıdığı Naxçıvan şəhər sakini, ayaqqabı təmiri ilə məşğul olan Qadir adlı şəxs də oraya gəlmişdir. Ona və Qadirə Şahid7 işlətdiyi Cahan Ticarət Mərkəzindəki 33 nömrəli mağazaya baxış keçiriləcəyi, onların da hal şahidi kimi bu prosesdə iştirak edəcəkləri bir daha bildirilmiş, onlara hal şahidlərinin hüquq və vəzifələri izah edilmiş və mağazaya baxış keçirilmişdir. Baxış zamanı mağazadan bir ədəd qara rəngli sellofan torba aşkar edilmiş, torbanın ağzı açılmış, içərisinə baxılmış, qara rəngli torbadan üzərində “Baclofen 25” yazılmış 4 ədəd qutu aşkar edilmişdir. Həmin qutular açılmış, hər qutuda 10 ədəd konvalyutun olduğunu, hər konvalyutda 10 ədəd dərmanın olduğunu görmüşlər. Torbada ümumilikdə, 400 ədəd “Baclofen 25” adlı dərmanlar olması müəyyən edilmişdir. Həmin dərmanların fotoşəkilləri “Samsung” markalı mobil telefonla çəkilmiş və onlara şəkillərin protokola əlavə olunacağı deyilmişdir. Dərmanlar zərfə qoyulmuş, bağlanılmış, möhürlənərək götürülmüş, tərtib edilmiş protokolu imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 Şahid10 ifadəsində bildrdikləri ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, Naxçıvan MR DTX-nin Naxçıvan şəhər idarəsində mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 18 iyun 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının DTX-nin Naxçıvan şəhər idarəsində əməliyyat müşavirəsi keçirilmiş, müşavirədə Babək rayonunun Sirab kəndində yaşayan, İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulunun sürücüsü vəzifəsində işləyən Təqsirləndirilən şəxs 16 iyun 2021-ci il tarixdə, saat 17:45-də X27 Məntəqəsindən keçməklə İran İslam Respublikasının ərazisinə getməsi, İİR-dən Naxçıvan MR-ə qayıdarkən 400 ədəd “Baklofen” adlanan güclü təsir edən maddələri İİR ərazisindən Culfa GKM-dən Azərbaycan Respublikasının gömrük sərhəddindən bəyan etməməklə, gömrük nəzarətindən gizli keçirərək qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikasının ərazisinə gətirməsi, həmin güclü təsir edən maddələri Babək rayonunun Yarımca kəndində yaşayan Şahid1 çatdırması, sonuncunun güclü təsir edən maddələri Naxçıvan şəhərində yerləşən Cahan Ticarət Mərkəzindəki 33 nömrəli mağazaya qoyması barədə idarəyə əməliyyat məlumatlarının daxil olması bildirilmişdir. 18 iyun 2021-ci il tarixdə əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, daxil olmuş məlumatın yoxlanılması, mağazaya baxış aparılması barədə tədbirlər planını hazırlanmış, tədbirlər planına uyğun olaraq 18 iyun 2021-ci il tarixdə, saat 14:00 radələrində Naxçıvan MR DTX Naxçıvan şəhər idarəsinin baş əməliyyat müvəkkili kapitan Şahid13 ilə birlikdə Naxçıvan şəhərində yerləşən Cahan Ticarət Mərkəzindəki 33 nömrəli mağazaya getmişlər. Mağazanı işlədən Şahid7 özlərini təqdim etmiş, mağazada “Baklofen” adlı güclü təsir edən maddələrin olduğunu bildirmişlər. Şahid7 mağazada axtarış aparmalarına icazə vermişdir. Şahid7 mağazada qanunla qadağan olunmuş əşya və predmetlərin olub-olmaması soruşulmuş, o, mağazada onlar tərəfindən uşaq oyuncaqları və xırdavat məhsulları satıldığını, qanunsuz əşya və predmetlərin olmadığını, lakin Babək rayonunun Yarımca kənd sakini Şahid1 18 iyun 2021-ci il tarixdə, saat 11 radələrində mağazaya qara rəngli sellofan torba qoyduğunu və içərisində dərman preparatlarının olduğunu dediyini bildirmiş, həmin qara rəngli sellofan torbanı təqdim etmişdir. Torbaya hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı qara rəngli sellofan torbadan üzərində “Baclofen 25” yazılmış 4 ədəd qutu aşkar edilmiş, qutular açılmış, hər qutuda 10 ədəd konvalyut, hər konvalyutda 10 ədəd dərman olmaqla, ümumilikdə 400 ədəd “Baclofen 25” adlı dərmanların olduğu müəyyən edilmişdir. Dərmanların fotoşəkilləri “Samsung” markalı mobil telefonla çəkilmiş, iştirak edən şəxslərə “şəkillər protokola əlavə olunacaq” deyə bildirilmişdir. Dərmanlar hal şahidlərinin iştirakı ilə zərfə qoyulmuş, bağlanılmış, möhürlənərək götürülmüş, tərtib edilmiş protokol onlar və hal şahidləri tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 Şahid8 ilə eyni məzmunda ifadə vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Şahid5, Şahid6 ifadələri, məhkəmə istintaqı zamanı elan edilmiş şahidlər Şahid7 və Şahid12 ifadələri ilə də öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş (səh.6) 18 iyun 2021-ci il tarixli baxış protokolundan görünür ki, 18 iyun 2021-ci il tarixdə saat 1430-dan 1530-dək Cahan Ticarət Mərkəzindəki 33 nömrəli mağazaya baxış keçirilmiş, Şahid7 tərəfindən bir ədəd qara rəngli sellefon torba təqdim edilmiş, torbadan ümumi sayı 400 (dörd yüz) ədəd olan “Baklofen” dərman həbləri aşkar edilmişdir. Naçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertizası Mərkəzinin 29 iyun 2021-ci il tarixli, 158 nömrəli ekspet rəyindən görünür ki, (səh.33) tədqiqata təqdim edilmiş Naxçıvan şəhərində yerləşən “Cahan” Ticarət Mərkəzindəki 33 №-li mağazada axtarış aparılarkən aşkar edilərək götürülmüş 04 ədəd qutuda, hər bir qutuda 100 ədəd olmaqla, ümumilikdə 400 ədəd ağ rəngli dərman həbləri zavod üsulu ilə qablaşdırılmış “Baklofen” dərman preparatlarıdır. “Baklofen” dərman preparatları Azərbaycan Respublikasının 18 mart 2016-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı”na daxildir. Ümumi sayı 400 ədəd olan “Baklofen” dərman həblərinin təsir maddəsinin ümumi miqdarı 10 qramdır (bir ədəd həbin təsir maddəsinin miqdarı 0,025 qram olmaqla). Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli, 180-VQ nömrəli Qanunu ilə təsdiq edilmiş Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarına 1 nömrəli əlavədə Baklofen (β-(aminometil)-4-xlorbenzolpropanol turşusu) maddəsi 4-cü sətirdə qeyd edilmişdir ki, həmin maddənin külli miqdarı 12 qramdır. Cinayət işinin materiallarında olan, Y.Budaqov adına Naxçıvan MR X2 verilmiş 01 iyul 2021-ci il tarixli, 01 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Y.Budaqov adına Naxçıvan MR X4 psixi və narkoloji xəstə kimi dispanser qeydiyyatında dayanmır. Y.Budaqov adına Naxçıvan MR X2 verilmiş 07 iyul 2021-ci il tarixli, 46 nömrəli qəydə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya və xroniki alkoqolizm xəstəliyi aşkar olunmadı, məcburi müalicəyə ehtiyacı yoxdur, profilaktik dispanser qeydiyyata alınması məsləhətdir. Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşklati-İnspeksiya idarəsinin əməliyyat və statistika bölməsindən verilmiş təlabnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Sirab kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. 662828, 662830 və 309040 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən müəyyən olunur ki, X21 və X18 04 avqust 2011-ci il tarixdə, X19 26 noyabr 2013-cü il tarixdə doğulmuş, uşaqların atası Təqsirləndirilən şəxsdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə törətdiyi cinayət əməli özünün səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və digər sənədləri sübut növü kimi qəbul edib, hər bir sübutu tam, hərtərəfli və obyektiv yoxlayıb, həmin sübutları mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulunun sürücüsü vəzifəsində işləyərkən xidməti mövqeyindən istifadə etməklə 16 iyun 2021-ci il tarixdə, saat 17:45 radələrində idarə etdiyi İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğuna məxsus xidməti avtomobillə X27 Məntəqəsindən keçməklə İran İslam Respublikasının ərazisinə getmiş, orada özünə məlum olan şəxslə təsir maddəsinin ümumi miqdarı 10 qram olan 400 ədəd “Baklofen 25” adlı güclü təsir edən maddəni Şahid1 çatacaq dövriyyəsi qanunla qadağan olunmayan digər dərman preparatları ilə birlikdə Naxçıvan MR ərazisinə 50 manat müqabilində gətirmək barədə razılığa gəlmiş, həmin gün saat 20:56 radələrində idarə etdiyi İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğuna məxsus xidməti avtomobildə “Baklofen” adlı güclü təsir edən maddəni digər dərman preparatları ilə birlikdə İİR ərazisindən Culfa GKM-dən Azərbaycan Respublikasının gömrük sərhəddindən bəyan etməməklə, gömrük nəzarətindən gizli keçirərək qaçaqmalçılıq yolu ilə Naxçıvan Muxtar Respublikasının ərazisinə gətirmiş, həmin güclü təsir edən maddəni digər dərman preparatları ilə birlikdə Babək rayonunun Yarımca kəndində yaşayan Şahid1 götürməsi üçün Şahid3 vasitəsilə 17 iyun 2021-ci il tarixdə Babək rayonunun Badaşqan kəndində yerləşən xidmət mərkəzindəki ərzaq mağazasına qoymuş, bununla da Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirlidir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsinə ilə tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyası daxilində ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli törətməsindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində üç uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə yuxarıda qeyd olunanları və işin faktiki hallarını nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkün deyil. Odur ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məkəmə qanuni və ədalətli hesab edir. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməli olmaması üçün heç bir əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsi yerini müəyyən edərkən belə nəticəyə gəlir ki, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən həmin Məcəllənin 206.2-ci maddəsində nəzərdə tutulmuş əməl az ağır cinayət hesab olunur. Məhkəmə hazırki iş üzrə maddi sübutların həlli ilə bağlı məsələni də müzakirə edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli, 565-İİQ nömrəli Qanunun 11-ci maddəsində “Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələr, həmin maddələri hazırlamaq və ya emal etmək üçün avadanlıq” qeyd edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan, mülki dövrüyyəsi məhdudlaşdırılmış, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 396 ədəd “Baklofen 25” dərman həbləri Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə təhvil verilməlidir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş Naxçıvan MR Səhiyyə nazirliyinin 17 avqust 2021-ci il tarixli, 9/37 nömrəli məktubundan (səh. 220) görünür ki, “Baklofen 25 mg” dərman vasitələri Səhiyyə nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində xəstələrin müalicəsi üçün istifadə oluna bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcının hansı tarixdən hesablanması məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun barəsində qətimkan tədbirinin seçildiyi gündən, yəni 29 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 18 iyun 2021-ci il tarixdə saxlanılmış, 29 iyun 2021-ci il tarixədək yaşadığı evdə, Babək rayonunun Sirab kəndində olmuş, Naxçıvan Şəhər Məhkəməsinin 4(078)-10/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353 maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 3(üç) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində saxlanılan 396 ədəd “Baklofen 25” dərman həbləri hökm qanuni qüvvəyə mindikdən sonra Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə təhvil verilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan məhkuma isə verildiyi andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Mehrab Məmmədov
Məhkəmə qərarları › İş №1(089)-1/2021
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-1/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver