Azərbaycan Respublikası adından HÖKM Culfa rayon İş № 1(089)-21/2023 06.11.2023 NAXÇIVAN MR CULFA RAYON MƏHKƏMƏSİ Culfa Rayon Məhkəməsinin hakimi Məmmədov Mehrab Fərmayıl oğlunun sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi fərdi fəaliyyət göstərən vəkil X3 iştirakı ilə, Təqsirləndirilən şəxs- xx.xx.1997-ci il tarixdə Culfa rayonunun Yaycı kəndində doğulmuş, subay, ali təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Paşa Sığorta ASC-də satış təmsilçisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Culfa rayonunun Yaycı kəndində pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş-Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Culfa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində yaşadıqları ünvanın açıq eyvanında olan zaman bibisi Zərərçəkmiş şəxs ilə anası Şahid1 evin açıq eyvanında mübahisə etdiklərini görmüş, həmin mübahisənin qarşısını almaq və anası Şahid1 ilə bibisi Zərərçəkmiş şəxs aralaşdırmaq üçün araya girən zaman bibisi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu vurmaması üçün özündən uzaqlaşdırmağa çalışmış, Təqsirləndirilən şəxs sağ əli ilə bibisi Zərərçəkmiş şəxs sol əlindən tutub saxlamış, sol əli ilə bibisinin sağ əlinin barmaqlarından tutaraq qəsdən sıxmaqla burmuş, Zərərçəkmiş şəxs sağ əlin İİİ barmağının proksimal falanqasında sınıq-dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan “Az ağır” dərəcəli bədən xəsarətləri almasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət məlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilmiş, ifadəsində bildirmişdir ki, 1997-ci ildə Culfa rayonunun Yaycı kəndində doğulmuş, hazırda da həmin ünvanda yaşayır. 2023-cü ilin yanvar ayından “Paşa Sığorta ASC”də satış təmsilçisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs Gübəniz Səmədova bibisidir. xx.xx.2023-cü il tarixdə saat təqribən 19:00 radələrində dostu Şahid4lə birlikdə yaşadığı evin açıq eyvanında oturub söhbət edən zaman anası Şahid1 ilə bibisi Zərərçəkmiş şəxs mübahisə edərək otaqdan evin açıq eyvanına çıxdıqlarını görmüş, həmin evdən ilk öncə anası Şahid1, arxasınca isə bibiləri Zərərçəkmiş şəxs ilə Şahid2 çölə çıxmışlar. Bibiləri anasına qarşı nalayiq ifadələr işlətmiş, qarğış etmiş və onun üzərinə gələn zaman oturduğu yerdən qalxmış, onlara yaxınlaşmış, ilk öncə anası Şahid1 evə keçməsini demiş, daha sonra isə bibilərinin anasının üzərinə yeriməsinin qarşısını almaq və onları evə keçirmək məqsədilə onlara yaxınlaşmış, bibiləri Şahid2 və Zərərçəkmiş şəxs ona qulaq asmamış, onu keçib anasının üzərinə getməyə çalışmışlar. Qollarını açaraq onların qarşısını almağa çalışan zaman bibisi Gülbəniz onu keçmək üçün əl-qol ataraq yenə də ona və anasına qarşı nalayiq ifadələr işlətmiş, bu zaman bibisi Zərərçəkmiş şəxs anası Şahid1 vurmasın deyə onun qarşısını alan zaman bibisi onun əllərindən tutarkən özü də bibisi Zərərçəkmiş şəxs əllərindən tutmuş, sağ əlini sıxmış və sonra ötürmüşdür. Bu zaman atası Rəcəb Rəcəbov yaşadıqları evdən eyvana çıxmış və nə baş verdiyini soruşmuş, bibisi Zərərçəkmiş şəxs atasının üzərinə gedərək yüksək səslə sağ əlini göstərmiş, “bax gör oğlun Asiman mənim barmağımı nə etdi, mənim də ondan böyük üç oğlum var, gəlib ona həddini bildirərlər” demiş, sonra bibisi ona tərəf gəlmiş üstünə qışqıra-qışqıra “barmağıma bax gör nə etdin” demiş, atası isə əsəbiləşmiş, onun üstünə hirslənmişdir. Mübahisədən sonra bibisigil nənəsi olan otağa, atasıgil isə digər otağa keçmiş, sonra bibisi ona “oğluma deyəcəyəm gör nə edəcək sənə” demişdir. Atası ondan niyə belə etdiyini soruşmuş, atasına “mən ona heç nə etmədim” deyə cavab vermiş, bundan sonra dostu Mirəbülfəzlə yemək yemiş və evdən çıxaraq getmişlər. Dostu ilə evdən çıxdıqdan sonra avtomobili ilə Culfa rayonunun Salataq kəndinə gedən zaman bacısı S.Rəcəbova onun mobil nömrəsinə zəng vurmuş, bibisi Zərərçəkmiş şəxs “Asiman mənim barmağımı sındırıb, xəstəxanaya, oradan da polisə gedərək Asimandan şikayət edəcəyəm” dediyini bildirmiş, özü isə bacısından bibisinin barmağının dəqiq sınıbsınmadığını soruşmuş, bacısı bibisinin elə dediyini, lakin dəqiq bilmədiyini ona bildirmişdir. Bacısına uzaqda olduğunu və indi evə gələ bilməyəcəyini bildirmiş, xx.xx.2023-cü il tarixdə evə qayıtmış, polis əməkdaşları evə gəlmiş və hadisə barədə soruşmuşlar. Polis Əməkdaşlarına hadisənin necə baş verdiyi bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində onu da bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə anası Şahid1 ilə bibiləri Şahid2 və Zərərçəkmiş şəxs mübahisə edən zaman onları aralaşdıran və bibilərinin anasını vurmasının qarşısını alan zaman bibisi Zərərçəkmiş şəxs əllərindən tutmuş, sağ əlinin barmaqlarını bir-birinə sıxmış, Zərərçəkmiş şəxs barmağı qırılmışdır. Lakin bibisi Zərərçəkmiş şəxs döyməmiş, bu barədə bibisi Zərərçəkmiş şəxs bildirdiklərini qəbul etmir. Bibisinə “yeddi sülaləniz də bura gəlsə mənə heç kim heç nə edə bilməz, yaxşı edib qırmışam, burda qalsanız gör bundan sonra mən sənə nə edəcəyəm” və “polisdən qorxmuram, hara şikayət edirsən et” deməmişdir. Əksinə hadisə zamanı bibisi onu və ailəsini nalayiq ifadələrlə təhqir etdmişdir. Hadisədən dərhal sonra bibisi Zərərçəkmiş şəxs ona görə xəstəxanaya aparmağı təklif etməmişdir ki, bibisinin həqiqətən də barmağının qırılmasını bilməmiş, bibisi sağ əlini onlara göstərən zaman sadəcə onun ortancıl barmağının əyildiyini görmüş, başqa nəsə xəsarət olub-olmamasına fikir verməmiş, bibisinin sağ əlini sıxan zaman hər hansı bir sınma səsi və ya başqa nəsə hiss etməmiş və eşitməmişdir. Həmin vaxt bibisi Gülbəniz də reaksiya verməmiş, sadəcə onun əlini ötürdükdən və atası çölə çıxdıqdan sonra bibisi yüksək səslə danışıb əlini onlara göstərərək bax gör Asiman əlimi nə vəziyyətə saldı deyə danışmağa başlamışdır. Bibisi Zərərçəkmiş şəxs barmağının qırılmasında özünü təqsirli bilir. Bibisi Zərərçəkmiş şəxs barmağı sıxması səbəbindən qırılmışdır. Bibisindən atası, anası üzr istəmiş, özü üzr istəməyə cəhd etmiş, lakin bibisi onları qəbul etməmişdir. Əməlindən çox peşmandır, ona köməklik etməyi məhkəmədən xahiş edir. 27 sentyabr 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında yaşayır. 2023-cü ilin may ayının 30-da Culfa rayonunun Yaycı kəndində yaşayan 88 yaşlı anası X8 xəstələndiyindən ona qulluq etmək üçün ərinin icazəsi ilə Bakı şəhərindən Culfa rayonunun Yaycı kəndinə gəlmişdir. Anasının xəstələnməsi barədə məlumatı ona qardaşı Rəcəb vermişdir. Anası atası Məmməd Rəcəbova məxsus olan fərdi yaşayış evinin bir hissəsində, qardaşı Rəcəb isə ailə üzvləri ilə birlikdə həmin evin bir hissəsində yaşayır. Həmin evi atası sağlığında bölmüş, bir hissəsini qardaşı Rəcəb Rəcəbova vermiş və evin anası yaşayan hissəsinin isə qızlarına çatacağını bildirmişdir. Həmin vaxtdan ev ortadan iki hissəyə ayrılmış, bir hissəsində anası təkbaşına yaşamış, digər hissədə isə qardaşı Rəcəb Rəcəbov öz ailəsi ilə birlikdə yaşayır. Culfa şəhərində yaşayan bacısı Şahid2 və Naxçıvan şəhərində yaşayan bacısı Aybəniz Əzimova həftədə 1-2 dəfə gəlmiş, anasına baş çəkmiş, qulluq ertmiş və evlərinə qayıtmışlar. Anası ilə bir evdə yaşayan qardaşıgil isə demək olar ki, anasına baxmamış, qulluq etməmişlər. Son zamanlar qardaşı Rəcəb və ailə üzvləri anasına bəzi vaxtlar baxmış, qulluq etmişlər. Özü Bakı şəhərindən gəldikdən sonra 2-3 gün ərzində bacısı Xatirə ilə birlikdə anasına qulluq etmiş, axşamlar da həmin evdə qalmışlar. 10 iyun 2023-cü il tarixədək qardaşı Rəcəbin arvadı Şahid1 onlarla birlikdə görülən işlərə kömək etmiş, onun anasına qulluq etmiş və onlara qarşı yaxşı münasibət göstərmişdir. 10 iyun 2023-cü il tarixədək anasının vəziyyəti yaxşılaşmış, Şahid1 onun anasının ölmədiyini və onların orada çox qalacaqlarını görmüş, onlara qarşı olan münasibəti dəyişmiş və onlarla başqa cür rəftar etməyə başlamış, hərdən atmacalı sözlər eşitdirməyə başlamışdır. Bu barədə özü və bacısı Xatirə 2-3 dəfə qardaşı Rəcəbə demiş, arvadı Xədicənin evin onlar yaşadıqları hissəsinə keçməməsini bildirmişlər. Lakin Xədicə buna məhəl qoymamış və sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində bacısı Xatirə ilə birlikdə evin anasına məxsus olan hissəsində olan zaman həmin hissəyə gəlmiş, öz-özünə nalayiq ifadələr işlədərək evin onun olduğunu və nə vaxt istəsə evin bu tərəfinə də keçəcəyini bildirmiş, hətta onlara “nə vaxt bunlar bu evdən çıxıb cəhənnəm olub gedəcəklər görəsən?” deyə söz eşitdirmiş və otağın qapısını çırparaq getmişdir. Xədicənin arxasınca çıxmış, ona “cəhənnəmə sənin əzizlərin getsin” deyə cavab vermişdir. Şahid1 isə ona nalayiq şəkildə cavab vermiş, ona “nəslin, əzizlərin cəhənnəmə getsin” demişdir. Bu zaman Xədicənin oğlu Asiman evin onlar yaşayan hissəsindən çıxmış, onun başından yumruqla vurmuş, özünü müdafiə etmək üçün Asimanı itələmiş, özündən kənarlaşdırmaq istəmiş, Asiman onun sol əlindən tutub saxlamış, sağ əlindən tutaraq burmuş, həmin vaxt barmaqları şaqqıldamış, daha sonra əlində güclü bir ağrı olduğunu hiss etmişdir. Bacısı Xatirə araya girmiş onları aralaşdırmış, Asimana barmağını sındırdığını, ondan şikayət edəcəyini bildirmişdir. Asiman isə ona “yeddi sülaləniz də bura gəlsə mənə heç kim heç nə edə bilməz, yaxşı edib qırmışam, burda qalsanız gör bundan sonra mən sənə nə edəcəyəm” deyə cavab vermiş və ona qarşı nalayiq ifadələr işlətmişdir. Asiman həmçinin “polisdən qorxmuram, hara şikayət edirsə et” demişdir. Həmin vaxt qardaşı Rəcəb otaqdan çölə çıxmış, olanları, həmçinin Asimandan şikayət edəcəyini qardaşına bildirmiş, qardaşı Rəcəb Rəcəbov ona “başın hara bərkdirsə get ora da vur” deyə cavab vermişdir. Həmin gün dayısının oğlu Şahid3la birlikdə onun avtomobili ilə Culfa rayon Mərkəzi Xəstəxanasına getmiş, əlini rentgen etdirən zaman sağ əlinin üçüncü barmağının 2 yerdən sındığı müəyyən olunmuş, əlinə sarğı qoyulduqdan sonra evə qayıtmış, qardaşı Rəcəb arvadı Xədicə “ona sən yenə bu evə qayıtdın? Hələ bu nədir ki, gör bundan sonra sənin başına nə oyunlar açacağıq” demiş, özü onlara heç nə deməmiş, anasının qaldığı otağa keçmiş və həmin gün hadisə barədə polis əməkdaşlarına məlumat vermiş və səhərisi gün ərizə ilə polisə müraciət etmişdir. Zərərçəkmiş şəxs ifadəsində onu da bildirmişdir Bakı şəhərində yaşayır, uzun müddətdir ki, Yaycı kəndinə gəlməmiş, əvvəllər qarşadı və qardaşının ailə üzvləri ilə münaqişələri olmamış və onlar tərəfindən döyülməmişdir. Asimanı hərəkətlərinə görə bağışlamır, onun barəsində qanuna uyğun tədbir görülməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, təqribən 30 ildir ki, Culfa rayonunun Yaycı kənd sakini Rəcəb Rəcəbovla ailə qurmuş, onun atasına məxsus evə köçmüş və onunla birlikdə Yaycı kəndində həmin evdə yaşamışlar. 2 uşaqları var. Qızı ailə qurmuş, oğlu Asiman isə onlarla birlikdə Culfa rayonunun Yaycı kəndində yaşayır. Qayınatasına məxsus olan evin bir hissəsində özü və ailə üzvləri, bir hissəsində isə qayınanası Xanım Əsədova yaşayır. X6 sağlığında onunla münasibətləri hər zaman yaxşı olmuş, gediş-gəlişləri olmuş, ona qulluq etmişdir. xx.xx.2023-cü il tarixdə qayınanasının bədəninin sol hissəsi iflic olmuş, əri R.Rəcəbov zəng vuraraq bacılarına xəbər vermiş, baldızları qayınanasını ziyarət etmək üçün həmin ünvana gəlmişlər. xx.xx.2023-cü il tarixdə isə Bakı şəhərində yaşayan baldızı Zərərçəkmiş şəxs Yaycı kəndinə gəlmiş, baldızları onlara gəldiyi ilk günlərdə münasibətləri normal olmuş, birlikdə qayınanasına qulluq etmiş,vaxt keçirmişlər. Lakin son günlər aralarında boş səbəblərdən bəzi kiçik söz-söhbətlər yaranmağa başlamış, xx.xx.2023-cü il tarixdə özü və baldızları qayınanasının yaşadığı otaqda oturan zaman baldızı Glübəniz Səmədova ona evdən çıxıb getməsini bildirmiş və evin dədəsinin olduğunu demişdir. Ona evdən çıxmayacağını, evdə onların olduğu qədər onun da haqqının olduğunu demiş, bundan sonra aralarında mübadisə böyümüş, baldızı Zərərçəkmiş şəxs ona, özü də baldızına qarşı nalayiq ifadə işlətmiş, otaqdan çıxdıqdan sonra baldızı Zərərçəkmiş şəxs da onun arxasınca gəlmiş və qapının yanında onun üzərinə gələrək ona əl-qol atmışdır. Həmin vaxt həyətdə olan oğlu Asiman araya girmiş, onları aralaşdırmağa çalışmış, Asiman onları aralaşdırdıqdan sonra baldızı Gülbəniz sağ əlini göstərmiş, Asimanın onun barmağını sındırdığını bildirmişdir. Asiman onları aralaşdıran zaman Gülbənizin üzərinə hücum etməmiş, onu vurmamış, baldızının barmağının necə qırılmasını görməmişdir. Bu barədə dəqiq heç nə deyə bilmir. Baldızı barmağının qırılmasını dedikdən bir neçə dəqiqə sonra xəstəxanaya getmiş, xəstəxanadan qayıdanda həqiqətən onun sağ əlinin 3-cü barmağının qırıldığını bilmiş, onların olduğu otağa keçmək istəyən zaman baldızı hay-küy salmış, gəlməməsini, Asimanın onun barmağını qırdığını bildirmişdir. Hadisə barədə başqa nəsə deyə bilmir. Həmin vaxtdan sonra baldızı Zərərçəkmiş şəxs ilə aralarında başqa sözsöhbət olmamışdır. Oğlu Asimanın baldızı Gülbənizi vurmasını və ya əlini burmasını görməmiş, sadəcə oğlu Asimanın onları aralaşdırmağa çalışan zaman Gülbənizin qolundan tutaraq içəri keçməsini bildirdiyini görmüşdür. Zərərçəkmiş şəxs barmağını göstərərək oğlu Asimanın onun barmağını sındırdığını desə də, barmağında hər hansı bir xəsarət görməmişdir. Xəstəxanaya gedib barmağının sınması təsdiqləndikdən sonra Gülbəniz Asimanla bağlı polisə şikayət edəcəyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, 20 il əvvəl atası Məmməd Rəcəbov sağ olan zaman Yaycı kəndinə yerləşən evini iki hissəyə ayırmış, bir hissəsində atası və anası yaşamış, digər hissəsini isə ona vermiş və bu günə kimi həmin hissədə ailə üzvləri ilə birlikdə yaşamışdır. 2006-cı ildə atası rəhmətə getdikdən sonra evin bir hissəsində anası Xanım Əsədova təkbaşına yaşamış, özü isə ailəsi ilə birlikdə evin digər hissəsində yaşamışdır. Ayrı yaşamaqlarına baxmayaraq anası ilə münasibətləri, daimi gediş gəlişləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə anasının təzyiqi yüksəlmiş, bədəninin sol hissəsi iflic olmuş, yaşlı qadın olduğundan yataq xəstəsi olmuşdur. Həmin vaxt Bakı şəhərində yaşayan bacısı Zərərçəkmiş şəxs zəng vurmuş, anasının vəziyyətinin yaxşı olmadığını, Yaycı kəndinə gəlməsini demişdir. xx.xx.2023-cü il tarixdə bacısı Gülbəniz Bakı şəhərindən Yaycı kəndində gəlmiş və digər bacısı Xatirə ilə birlikdə evin anası yaşayan hisəsində anasına qulluq edərək yanında qalmağa başlamışlar. İlk günlər bacıları və ailə üzvlərinin normal münasibətləri olmuş, lakin sonradan onların sözləri bir-birinə acıq gəlməyə başlamış, artıq adi sözləri də bir birinə acıq gəlmiş və hər şey üstündə arvadı Xədicə ilə bacıları arasında mübahisə yaranmışdır. Sonuncu dəfə 10.06.23 tarixdə evdə namaz qılan zaman həyətdən səs-küy gəldiyini eşitmiş və çölə çıxan zaman bacısı Gülbəniz onun qabağına gələrək sağ əlini göstərmiş, “bax oğlun mənim barmağımı qırıb” demiş, özü də bundan sonra əsəbləşmiş, Asimanı söyüb danlamış və olduqları yerdən qovmuşdur. Həmin vaxt Asiman heç nə deməmiş və evdən uzaqlaşmışdır. Bundan sonra bacısıgil avtomobil danışaraq xəstəxanaya getmışlər. Yolda bacısıgili xəstəxanaya aparan dayısının oğlu Şahid3 ona zəng etmiş, “xəstəxanaya gedəndə polis soruşanda nə deyək?” deyə soruşmuş, özü də dayıoğlusuna “necə olubsa düzünü də həmin qaydada da deyin” demişdir. Bundan sonra təzyiqi qalxdığından dərman atmış və yatmış, oyananda bacısıgilin qayıtdığını görmüş, onun vəziyyəti ilə maraqlanmış, bacısı Gülbənizin sağ əlinin 3-cü barmağının həqiqətən sındığını öyrənmişdir. Bundan sonra bacısıgil olan hissədə olan zaman bacıları yenidən qızışmış, həmin otaqdan sakitcə çıxmış və evin öz yaşadıqları hissəsinə keçmişdir. Şahid R.Rəcəbov ifadəsində onu da bildirmişdir ki, əvvəllər oğlunun, arvadının bacıları ilə ədavət və düşmənçiliyi, mübahisələri olmamışdır. Hadisə baş verən zaman otaqda olmuş, lakin məlumatı var ki, arvadı Xədicə ilə bacısı Gülbəniz evin qarşısında mübahisə etmiş, Asiman onları aralaşdırmaq üçün araya girmiş, bacısı Gülbənizi kənara çəkmək istəmiş, onu kənara itələyən zaman Asiman bacısının əlindən tutmuş, nəticədə barmağı sınmışdır. Asimanın bacısını vurmasını, barmağını qırmasını görməmişdir. Asiman bacısı Gülbənizi vurmadığını bildirmişdir. Bacısı Gülbəniz əvvəllər ona arvadı Xədicə ilə aralarında mübahisə olması barədə nəsə deməmiş, evdə də hər hansı ciddi söz-söhbət yaranmamışdır. Sadəcə hadisədən bir neçə gün əvvəl arvadı Xədicə ilə bacısı Gülbənizin sözlərinin bir-birinə acıq gəlməsi, xırda məsələdən aralarında söz-söhbət yarandığını hiss etmişdir. Bacısı ona polisə şikayət edəcəyini bildirən zaman bacısına “hadisə necə olubsa o cürdə məlumat verin” deyə cavab vermiş, bacısı Gülbənizə “başın hara bərkdirsə ora vur” deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, hərbi təqaüdçüdür, hazırda heç bir yerdə işləmir, Yaycı kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində bibisinin qızı Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng vurmuş, gəlib onu xəstəxanaya aparmasını bildirmişdir. Gülbəniz anası Xanım Əsədova xəstə olduğundan bir neçə gün əvvəl Bakı şəhərindən gələrək Yaycı kəndində anası ilə qardaşı Rəcəb Rəcəbovun birgə yaşadığı ünvanda yaşaması barədə məlumatı olmuşdur. Ondan nəyə görə xəstəxanaya getmək istədiyini, nəsə nigarançılıq olub-olmamasını telefonda soruşmuş, Gülbəniz ona “Rəcəbin oğlu Asimanla sözümüz olub, barmağım şişib, buna görə xəstəxanaya getmək istəyirəm” demişdir. Özünə məxsus olan Lexsus markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Rəbəc Rəcəbovun və anasının Culfa rayonunun Yaycı kəndində birlikdə yaşadığı evə getmiş, yağış yağdığı üçün avtomobildən yerə enməmiş, Gülbənizə zəng vurmuş, qapıda gözlədiyini bildirmiş, bir az sonra Zərərçəkmiş şəxs həmin həyətdən çölə çıxmış, avtomobilə minmiş və birlikdə Culfa rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə getmişlər. Xəstəxanada Gülbənizin sağ əli rəntgenə salınmış, 3-cü barmağının sındığını bildirmişlər. Həmin gün həftənin şənbə günü olduğundan Sərdar həkimin birinci iş günü işə gələcəyi bildirilmiş, onun barmağı gipsə qoyulmamış, xəstəxanadan aptekə getmişlər. Aptekdən bint və digər ilkin tibbi yardım məhsullarını almış, Gülbənizin özü barmağına sarğı qoymuş, Yaycı kəndinə qayıtmışlar. Zərərçəkmiş şəxs götürdüyü yerdə, Rəcəb Rəcəbovgilin qapısında avtomobildən endirmiş və yaşadığı ünvana qayıtmışdır. Zərərçəkmiş şəxs birinci gün yenidən xəstəxanaya gəlməsi və həkim nəzarəti altında barmağına gips qoyulması bildirilsə də, onun birinci gün kiminlə xəstəxanaya getməsi və barmağını hansı həkimin gipsə qoyması ilə bağlı məlumatı yoxdur. Şahid izahatında onu da bildirmişdir ki, Zərərçəkmiş şəxs xəstəxanaya aparan zaman Gülbəniz Şahid1 ilə mübahisələrinin olmasını, Asimanın onun başından yumruqla vurduğunu, sağ əlindən tutduğunu, buraraq barmağını sındırdığını demiş, Gülbənizin sağ əli şişmiş vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş: Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 630 saylı ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində təpə nahiyyəsindəki qançır, sağ əlin üçüncü barmağının proksimal falanqasında sınıq. Göstərilən xəsarət küt əşyanın təsirindən törənmişdir. Təpə nahiyyəsindəki qançır təpə nahiyyəsinə əl (yumruq) zərbəsinin təsiri nəticəsində yarana bilərdi. Sağ əlin İİİ barmağının proksimal falanqasındakı sınıq Zərərçəkmiş şəxs sağ əlindən tutaraq burma nəticəsində yaranmağa xarakterikdir. Bu sınıq Zərərçəkmiş şəxs qarşıdakı şəxsi geriyə itələyən zaman həmin şəxsin bədəninin hər hansı hissəsinə dəyərək əlin qatlanması nəticəsində yarana bilməzdi. Xəsarətin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan Az ağır dərəcəli bədən xəsarətlərinə aiddir. Naxçıvan MR Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və pataloji Anatomiya birliyinin 31 iyul 2023-cü il tarixli, 02 saylı təkrar məhkəmə tibbi ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində xəsarətlər-təpə nahiyyəsindəki qançır, sağ əlin üçüncü barmağının proksimal falanqasındakı yerini dəyişən qapalı sınıq küt əşyanın təsirindən törənmişdir. Təpə nahiyyəsindəki qançır, həmçinin təpə nahiyyəsinə əl (yumruq) zərbəsinin təsiri nəticəsində yarana bilərdi. Sağ əlin İİİ barmağının İİ falanqasının yerdəyişmiş sınığı Zərərçəkmiş şəxs sağ əlindən tutaraq burma nəticəsində yaranmağa xarakterikdir. Bu sınıq Zərərçəkmiş şəxs qarşıdakı şəxsi geriyə itələyən zaman həmin şəxsin bədəninin hər hansı hissəsinə dəyərək əlin qatlanması nəticəsində yarana bilməzdi. Zərərçəkmiş şəxs xəsarləri onun əmək qabiliyyətinin daimi olaraq itirilməsinə səbəb olmuşdur. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan Az ağır dərəcəli bədən xəsarətlərinə aiddir. “Baxış keçirilməsi haqqında” 12 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan Culfa rayon Yaycı kəndində yerləşən fərdi yaşayış evinin həyətidir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə edilmiş sorğunun cavabından görünür ki, təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Təqsirləndirilən şəxsin barəsində 21 iyul 2023- cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Culfa Rayon İH-nın Yaycı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Culfa Rayon Yaycı kəndində atası Rəcəbov Rəcəb və anası Şahid1 ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi onun etiraf edici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən X4 təqsirləndirildiyi CM-in 127.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edib, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq, tədqiq olunan sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində yaşadıqları ünvanın açıq eyvanında olan zaman bibisi Zərərçəkmiş şəxs ilə anası Şahid1 evin açıq eyvanında mübahisə etdiklərini görmüş, həmin mübahisənin qarşısını almaq və anası Şahid1 ilə bibisi Zərərçəkmiş şəxs aralaşdırmaq üçün araya girən zaman bibisi Zərərçəkmiş şəxs onu özündən uzaqlaşdırmağa çalışarkən sağ əli ilə bibisi Zərərçəkmiş şəxs sol əlindən tutub saxlamış, sol əli ilə bibisinin sağ əlinin barmaqlarından tutaraq qəsdən sıxmaqla burmuş, Zərərçəkmiş şəxs sağ əlin İİİ barmağının proksimal falanqasında sınıq-dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan “Az ağır” dərəcəli bədən xəsarətləri almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə əlaqədar aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Republikası CM-nin 8.1, 9.2, 41.2 və 58.3-cü maddələrinin və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının mənasından göründüyü kimi, məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla məhkumun islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, əvvəllər məhkum olmamasını, yaşayış yeri üzrə və iş yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxslə barışmağa çalışmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, onun cəmiyyətdən təcrid olunmadan da islah olunması qənaətinə gələrək hesab edir ki, ona CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Buna görə də, məhkəmə ona əməlinin tövsif olunduğu maddənin sanksiyası hüdudlarında islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmalar aparıldığı aylar və günlərlə hesablanır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkumun işlədiyi günlərin sayı məhkəmənin cəza üçün müəyyən etdiyi təqvim ayına düşən iş günlərinin sayına uyğun olmalıdır. Məhkum göstərilən miqdarda iş günlərini işləmədikdə və işlənməmiş günlərin cəza müddətinə hesablanması üçün bu Məcəllə ilə müəyyən edilmiş əsaslar olmadıqda, islah işləri növündə cəzanın icrası nəzərdə tutulmuş miqdarda iş günlərinin məhkum tərəfindən tamamilə işlənməsinədək davam edir. Hökmün icrası təqsirləndirilən şəxsin hazırda yaşayış yeri üzrə Culfa Rayon İcra və Probasiya bölməsinə həvalə olunmalı və təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia, xüsusi müsadirə edilməli olan əmlakın, ekspertiza xərci və maddi sübutun olmaması nəzərə alınmalıdır Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona hər ay qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin, o, cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci, mülki iddia, maddi sübut, xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini dövlət vəsaiti hesabına həyata keçirən fərdi fəaliyyət göstərən vəkil X5 göstərdiyi hüquqi yardıma görə ödəniləcək məbləğ M.Seydiov tərəfindən təqdim ediləcək hüsabata uyğun olaraq dövlət vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 gün müddətində Culfa Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Mehrab Məmmədov.
Məhkəmə qərarları › İş №1(089)-21/2023
Naxçıvan MR Culfa Rayon Məhkəməsi Hökm — İş №1(089)-21/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver