Məhkəmə qərarları › İş №1(091)-103/2021

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-103/2021

29.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-103/2021 29.03.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Rəşid İnqilab oğlu (sədr), Məmmədov Bilal Mahir oğlu və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə, Hacıbabayev Sənan Asiman oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Şəki Regional Vəkil Bürosunun vəkili X11 oğlu, zərər çəkmiş şəxsin hüquqi varisi X13 oğlunun iştirakları ilə xx xxxxxx 1958-ci ildə Qəbələ rayonu Qəmərvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Qəbələ rayon Dızaxlı kənd sahə məntəqəsində baytar işləyən, Qəbələ rayon Dızaxlı kəndində qeydiyyatda olmaqla faktiki olaraq Qəbələ rayon Yeni Dızaxlı kəndində yaşayan, orta təhsilli, məhkum olunmamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 263-1.3-cü və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin 2 saylı iclas zalında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu xx.xx.2020-ci ildə saat 20 radələrində Qəbələ-Ağdaş magistral yolunun Qəbələ rayon Böyük Əmili kəndindən keçən icazə verilən maksimum sürət həddi 60 km/saat hissəsində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan özünə məxsus idarə etdiyi Vaz 21061 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən “X12” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-ci bəndinə əsasən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı, həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələrini sürücülük hüququ verən sənədlə idarə etməli, sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməməli, həmin Qanunun 33-cü maddəsinin V bəndinin 1-ci hissəsinə əsasən sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa sürücülük vəsiqəsi dəyişdirilənədək nəqliyyat vasitəsini idarə etməməli tələblərinə riayət etməli olduğu halda, qarşıda onunla eyni istiqamətdə yolun asfalt örtüyünün sağından yolun ortasına doğru 1,70 metr məsafədə düzünə hərəkətdə olan piyada X4 hərəkətin təhlükəsizliyini təmin edən lazımi yan məsafə seçərək yanından keçib getməli, lazım gəldikdə isə avtomobili həmin piyadaya çatmadan dayandırmalı olması kimi texniki imkanları olmasına baxmayaraq, sürücünün hərəkət və hərəkətsizliyində hadisənin baş verməsi arasında səbəbli əlaqəsi olmaqla, göstərilən qanunun tələblərinə riayət etməməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin sağ ön yan hissəsi ilə, piyada X5 vurmaqla yol nəqliyyat hadisəsi törədərək idarə etdiyi özünə məxsus Vaz 21061 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə 218 (iki yüz on səkkiz) manat dəyərində maddi ziyan vurmuş, zərərçəkmiş Rahim Dursunzadənin həyat və sağlamlığını hadisə yerində təhlükədə qoymaqla “X12” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İV bəndinə əsasən nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalı yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənəri qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə(tərəfə) bu və ya digər vasitə ilə çatdırmalı, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli olan xəsarət aldığı halda onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli olduğu halda göstərilən tələblərə əməl etməyərək yol nəqliyyat hadisəsi yerindən qaçmış, piyada Rahim Dursunzadənin açıq kəllə beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyinin qişalarına və toxumasına qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, üz skleti sümüklərinin sınığı, başın yumuşaq toxumasının əzilmişcırılmış yarası, sol bud sümüyünün aşağı 1/3-nin açıq qəlpəli yerdəyişən sınığı, sol budun arxa aşağı 1/3-nin əzilmiş-cırılmış yarası, üzün sağ tərəfinin, döş qəfəsinin ön sol və sağ yuxarı hissələrinin, sağ əlin üst səthinin, sağ bazunun arxa yuxarı 1/3-nin, sağ diz oynağının ön aşağı səthinin, sağ baldırın ön yuxarı, içəri aşağı və sol baldırın arxa yuxarı 1/3-nin sıyrıqları kimi dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulması ilə nəticələnən aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olmuşdur. Təqsirləndirilən şəxs oğlu ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü və 264-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2020-ci ildə bitmişdir. xx xxxxxxx 2020-ci ildə saat 20 radələrində Vaz 21061 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı şəxsi avtomobilini Qəbələ-Ağdaş magistral yolunun Qəbələ rayon Böyük Əmilli kəndindən keçən hissəsində yolun sağ zolağı ilə təxminən 60/km saat sürətlə hərəkətdə idarə edərək evinə gedirkən həmin gün yaşadıqları yerə yaxın əraziyə Ermənistan tərəfindən raket atılmasına görə qorxmuş, həyəcanlı, fikirli olmuş, diqqətini tam olaraq yola cəmləyə bilməmişdir. Böyük Əmilli kəndində yol dairəsindən təxminən 250 metr Dızaxlı kəndi istiqamətində qəflətən qarşıdan təxminən 6-7 metr məsafədə yolun sağından ortasına doğru asfalt örtükdə təxminən 1 metr məsafədə 2 nəfər şəxsin yanaşı piyada adi yeriş addımları ilə üzü Dızaxlı kəndi istiqamətində getdiyinə diqqət etmiş, onları görəndə sanki ayılan kimi olmuş, ancaq gec olmuşdur. Həmin şəxslərdən biri Rəhimi maşınla vuraraq xəsarət yetirmiş, piyada avtomobilinin kapotunun üzərinə qalxıb çırpılmış, vurduğu yerdən təqribən 30-35 metr məsafədə düşməsini hissə etmiş, digər piyada isə kənara çəkilmiş, piyadanı vurduğunu bilmiş, ancaq xəstə olduğundan, həyəcanlandığından digər piyadanın ona nəsə edəcəyindən qorxmuş və avtomobilini orada saxlamamış, geri qayıdaraq Qəbələ şəhərində polis şöbəsinə yaxınlıqda yaşayan oğlu Salehə məlumat verərək onunla birgə polis şöbəsinə gedərək təslim olmuş, yol nəqliyyat hadisəsi törədərək piyadanı avtomobillə vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə razılıq əldə etmiş, barışmışdır. Tutduğu əməldən peşmandır. Ürəyindən əməliyyat olunmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci ildə saat 21 radələrində Böyük Əmilli kəndində qardaşı Rahimi avtomobil vurduğunu və avtomobilin vurduğu yerdə vəfat etməsini bilmişdir. Təqsirləndirilən şəxsin yaxın adamları yas mərasimində iştirak etmiş, maddi köməklik etmişlər. Hazırda təqsirləndiriln şəxs ilə barışmışdır. Ondan heç br tələbi və şikayəti yoxdur. Şahid1 məhkəmədə ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci ildə saat 20 radələrində kənddə Səlim adlı şəxsin kafesinin yanındakı mağazaya gedəndə orada Rahimin öz tanışları ilə birgə yeyib içdiyini, araq içdiyini görmüş, orada Rahimə “evə gedirsənmi?” deyə soruşmuş, Rahim də evə getmək istədiyini bildirmiş, buna görə birgə piyada Qəbələ Ağdaş yolunun sağ tərəfi ilə yolun sağı ilə hərəkət etmişlər. Özü yolun sağında daşlıq yolda, Rahim isə solunda sarı xəttin sağ kənarı ilə asfaltın tam kənarı ilə yanaşı hərəkət etmişdir. Bu zaman arxadan sürətlə hərəkət edən markasını bilmədiyi bir avtomobil sürətlə gəlib Rahimin sol tərəfindən vuraraq avtomobilin ön hissəsində təxminən 25-30 metr məsafədə aparıb onu yerə salmış, orada dayanmayaraq çıxıb getmişdir. Təcili yardım avtomobili çağırıb Rahimi xəstəxanaya aparmaq istəsə də təcili tibbi yardım avtomobili oraya çatana kimi Rahim artıq ölmüşdür. Rahimin meyitini oradan təcili tibbi yardım avtomobili aparmış, polis əməkdaşları hadisə yerinə gəlmişlər. Hadisədən əvvəl özü və Rahim sərxoş olmuşdur. Şahid3 məhkəmədə ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə saat 20:30 radələrində Qəbələ rayon polis şöbəsinin növbətçi hissəsindən rayonun Qəbələ-Ağdaş magistral yolunun Böyük Əmili kəndindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verməsi barədə ona məlumat verilmiş, dərhal hadisə yerinə getmiş və piyada X4 vurulmasını bilmişdir. Şahid qismində dindirilmiş Şahid2 məhkəmədə Şahid3 ifadəsinə uyğun ifadə vermişdir. Şahid4 məhkəmədə ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə saat 21 radələrində avtomobilində olan sərnişinlərini düşürüb evə gedən zaman Ağdaş-Qəbələ magistral yolunun Qəbələ rayon Böyük Əmilli kəndində Ağdaş rayonu istiqamətində gedən hissəsində adamların, polis avtomobillərinin toplaşdığını görüb oraya yaxınlaşanda yol nəqliyyat hadisəsi baş verdiyi və bir avtomobilin piyada Rahim Dursunzadəni vuraraq öldürdüyü, oradan da tibbi yardım avtomobili ilə meyitinin aparıldığını öyrənmişdir. Hadisə yerinə baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Hadisə yerinin sxem və protokolu tərtib edilərkən müstəntiq tərəfindən aparılmış ölçü işlərində iştirak etmişdir. Hadisə yerində sürücü olmamış, hadisənin şahidi olan Şirvanın iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Şahid5 Zübeyir oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2020-ci ildə saat 21 radələrində atası evə gələrək az əvvəl Böyük Əmili kəndində ehtiyatsızlıqdan piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətdiyini, çox qorxduğunu, orada olan şəxsin onu döyə və sair hərəkətlər edə biləcəyinə görə avtomobilini hadisə yerində saxlamadığını bildirib ondan avtomobilini idarə edərək polis şöbəsinə gedərək bu barədə məlumat verərək təslim olmağı bildirmiş və birlikdə polis şöbəsinə gedərək təsdim olmuşlar. xx xxxxxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, hadisəsi Qəbələ-Ağdaş magistral yolunun Böyük Əmilli kəndi ərazisindən keçən hissəsində yerləşir, iki istiqamətli hərəkət yolu vardır, hər iki yolu bir-birindən otlu, yaşıl sahə ayırır, yaşıl otlu sahə üzərində işıq dirəkləri müvcuddur.Hərəkət hissələrindən biri Qəbələ şəhəri istiqamətində, digəri isə Ağdaş rayonu istiqamətindədir. Hadisə Ağdaş rayonu istiqamətinə nəqliyyat axınının nəzərdə tutulan hərəkət hissəsində baş vermişdir.Həmin hərəkət hissəsində piyadanın vurulduğu yerdə 2(iki) hərəkət zolağı vardır ki, bir-birindən kəsik-kəsik xətlərlə ayrılır. Ağdaş rayonu istiqamətində yolun eni piyada vurulan hissədə 8 metrdir.Yolun sağı ehtiyat hissə daşlıq-çınqıllı geniş sahədir. Piyadanın vurulma yeri Ağdaş rayonu istiqamətində yolun sağından, yəni, asfalt örtüyünü kənarından asfalt örtüyünü ortasına tərəf 1,90 metr məsafədə, yəni Ağdaş rayonu istiqamətində sağdan birinci hərəkət zolağındadır. Hadisə yerində maksimum sürət həddi 60 km/saat təşkil edir. Yol nəqliyyat hadisəsi baş verən yer düz və üfüqi olmaqla görünüş məhdudiyyəti yoxdur, avtomobilin yaxın işığında görünüş təxminən 40 metrdən çox, uzaq işıqda isə görmə məsafəsinin 80-100 metrdir. Fotoşəkillər çəkilib əksi çıxarılaraq baxış protokoluna əlavə edilmişdir. xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Vaz 21061 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ işığının, ön sağ qanadının (krelinin) üst hissəsi və ön görüntü şüşəsinin sağ hissəsi tamamilə əzilmiş, sınmış, cızılmış vəziyyətdədir. xx.xx.2020-ci il tarixli 14 nömrəli rəyindən görünür ki, X9 Məsən oğlunun meyitində açıq kəllə beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyinin qişalarına və toxumasına qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı, üz skleti sümüklərinin sınığı, başın yumşaq toxumasının əzilmiş-cırılmış yarası, sol bud sümüyünün aşağı 1/3-nin açıq qəlpəli yerdəyişən sınığı, sol budun arxa aşağı 1/3-nin əzilmiş-cırılmış yarası, üzün sağ tərəfinin, döş qəfəsinin ön sol və sağ yuxarı hissələrinin, sağ əlin üst səthinin, sağ bazunun arxa yuxarı 1/3-nin, sağ diz oynağının ön aşağı səthinin, sağ baldırın ön yuxarı, içəri aşağı və sol baldırın yuxarı 1/3-nin sıyrıqları kimi xəsarətləri vardır. X1 bədəni üzərində aşkar edilən xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə yəni, xx xxxxxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan minik avtomaşını ilə piyadanın vurulması nəticəsində əmələ gələ bilərlər. X1 bədəni üzərində aşkar edilən xəsarətlər küt alətin(əşyaların) təsirindən törənmişlər. Dərəcəsinə görə həmin xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlıa ağır zərər vurma kimi qiymətləndirilir. X4 ölümünə səbəb baş beyin toxumasının ağır dərəcəli əzilməsi olmuşdur və hadisə vaxtı aldığı xəsarətlərlə birbaşa əlaqəsi vardır. X4 meyitindən götürülmüş qanda və sidikdə aparılmış məhkəmə kimya tədqiqatları nəticəsində etil spirti aşkar edilmişdir. Aşkar edilən etil spirtinin qatılığı canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq törətməsi kimi qiymətləndirilir. Narkotik, psixotrop və güclü təsir edici maddələr aşkar edilməmişdir. xx xxxxxx 2020-ci il tarixli 8/2189 nömrəli yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21061 minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Metodiki vəsaitin tələblərinə əsasən piyada məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyildir. xx xxxxxx 2020-ci il tarixli 17/612 nömrəli materialların məhkəmə ekspertizası “lifli materialların tədqiqi” rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, VAZ 21061 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün oturacaq və söykənəcək hissələrinin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, VAZ 21061 markalı, 36 BD 642 dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün söykənəcək hissəsinin səthi üzərindən tapılmış bozumtul-mavi rəngli poliakril kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd qış gödəkçəsinin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş VAZ 21061 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün oturacaq hissəsinin səthi üzərindən tapılmış göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın və 01 ədəd qış gödəkçəsinin səthləri üzərindən tapılmış qara rəngli poliester kimyəvi lifləri rənginə və təbiətinə görə VAZ 21061 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üzlüyünün tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, sürücü oturacağı üzlüyünün hissələrinin səthi üzərindən geyim əşyalarının tərkib liflərinə uyğun liflərin və geyim əşyalarının səthləri üzərindən sürücü oturacağı üzlüyünün hissələrinin tərkib liflərinə uyğun liflərin aşkar edilməsinə əsasən sürücü oturacağı üzlüyünün hissələri ilə geyim əşyalarının qarşılıqlı təmasda olması halı mümkündür. xx xxxxxx 2020-ci il tarixli 658 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs oğlu cinayət əməlini törədərkən, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. İşə əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Razılıq əldə etmişdir. Ondan heç bir tələbi və şikayəti yoxdur. xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs oğlunun adına BDYPİ-nin Mərkəzi Məlumat bazasında AB 254259 nömrəli B kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2010-cu il tarixdə qeydə alınmış, lakin sürücülük vəsiqəsinin etibarlılıq müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası BDYPİ-nin Mərkəzi Məlumat bazasında inzibati xəta törətməsi haqqında heç bir məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş dəymiş ziyan barədə akta əsasən Təqsirləndirilən şəxs oğlunun idarə etdiyi VAZ 21061 minik markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində ümumilikdə 218 (iki yüz on səkkiz) manat maddi ziyan dəymişdir. “Şəxsin könüllü olaraq növbətçi hissəyə törətdiyi cinayət barədə məlumat verməsi və təslim olması haqqında” protokoldan görünür ki, sürücü Təqsirləndirilən şəxs xx xxxxxxx 2020-ci ildə saat 20:45 radələrində Qəbələ RPŞ-nin növbətçi hissəsinə yaxınlaşaraq törətdiyi cinayət əməli barədə məlumat verərək təslim olmuşdur. 449 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs oğlu yol nəqliyyat hadisəsi baş verən zaman ayıq olmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum edilməmişdir. Məhkəmə sübutları ayrı- ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxs ZH.Babaşovun törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. ZH.Babaşovun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.3- cü və 264-cü maddələrinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs ZH.Babaşovun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzaya məruz qalmalıdır. İşə əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kiçik və boyük həmkəndlilərinə nümunə olur, onlara örnək və dəstək olur, ölkədə gedən siyasi kompaniyalarda həmişə dövləti dəstəkləyir, kəndin xeyir və şər işlərində fiziki köməkliyini əsirgəmir, qohm və qonşuları ilə münasibəti yaxşı olmuş, narkotik vəsitələr və spirtli içkilərə aludəliyi olmamışdır. İşə əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs x xxxxxx 2016cı ildə infarkt keçirmiş, hazırda esensial hipertaniya 3-cü mərhələ diaqnozu ilə müalicə olunur. Məhkəmə, ZH.Babaşovun etdiyi əməli səmimi etiraf edərək peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xaraketerizə edilməsini, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, onun heç bir tələbi və şikayətinin olmamasını, könüllü gələrək istintpaq orqanına təslim olmasını, xəstə olmasını cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. CM-nin 61-ci maddəsinə əsasən ZH.Babaşovun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə ZH.Babaşovun cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə yuxarıda göstərilən cəzanı yüngülləşdirən halların olmasını, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ZH.Babaşova ittiham olunduğu CM-nin 263-1.3-cü maddəsin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası, CM-nin 264-cü maddəsi ilə isə qeyd edilən yüngülləşdirici hallar nəzərə alınmaqla azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməlidir. Cəza təyini zamanı isə CM-nin 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 45- ci maddəsinə əsasən təqsirləndirilən şəxs ZH.Babaşova əlavə cəza təyin edilməsi məsələsini müzakirə edərək hesab edir ki, ona maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin xx xxxx 2013-cü il tarixli CM-nin 56.1.1-ci və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair qərarına əsasən şəxs cinayətlərin (hökmlərin) məcmusu qaydasında ehtiyatsızlıqdan cinayət törətməyə görə 5 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə və qəsdən törədilən böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduqda cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməlidir. ZH.Babaşovun Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aid olsada, həmin maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza veriləcəyindən və CM-nin 264-cü maddəsi ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin ediləcəyindən CM-nin 56.1.1-ci maddəsinə əsasən ZH.Babaşov təyin ediləcək cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 99-1- ci maddəsinə əsasən təqsirləndirilən şəxs ZH.Babaşovun cinayət yolu ilə əldə etdiyi pul vəsaiti və digər əmlakı, habelə həmin pul vəsaitləri və ya digər əmlakları hesabına əldə edilən gəlirləri, cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olması müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin edilməməlidir. ZH.Babaşovun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək gücündə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 171 ( yüz yetmiş bir) manat 94 ( doxsan dörd) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət hesabına keçirilməlidir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 346, 351-353- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Babaşov Zübeyr Hafiz oğlu Azərbaycan Respublikası CM-nin 263-1.3-cü və 264cü maddələri ilə təqsirli bilinsin. CM-nin 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 264-cü maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CMnin 68-ci maddəsinə əsasən təyin edilmiş 1(bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü 1 (bir) gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla 9 ( doqquz) ay müddətə azadlıqdan məhrum etmə hesab edilsin. CM-nin 66.3-cü və 66.4-cü maddələrinə əsasən əsas cəza əsas cəza ilə əlavə cəza əlavə cəza ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti cəza 3( üç) il 6(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 5 (beş) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qüvvəyə minənə kimi qüvvədə saxlansın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzaçəkmə məntəqəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Onun cəzaçəkmə müəssisəsinə çatdırılması və təhvil verilməsi Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Maddi sübut olan və Qəbələ RPŞ-nin saxlanılan 01 ədəd göy rəngli şalvar, 01 ədəd boz-ağ rəngli köynək və 01 ədəd tünd göy rəngli paltar olan gödəkçə sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Vaz 21061 minik markalı avtomobilin sürücü oturacağının üzərindən götürülmüş 01 ədəd çexol üzlük məhv edilsin. Ekspertiza xərci 171 (yüz yetmiş bir) manat 94 (doxsan dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət hesabına keçirilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldığı gündən 20 gün sonra qanuni qüvvəsini alır. Sədrlik edən: Rəşid Hüseynov Hakimlər: Bilal Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar