Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-120/2021 19.05.2021 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(091)-120/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM 19 may 2021-ci il Şəki şəhəri Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Əliyev Rəşad Şəmşir oğlu, Hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Şəki regional Vəkil Bürosunun vəkili X17, Bakı şəhəri 5 saylı vəkil Bürosunun vəkili X8 xx xxxxxx 1959-cu ildə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, Ağdaş rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Əməyin mühafizəsi bölməsinin müdiri vəzifəsində işləməklə, həmin publik hüquqi şəxsin İnsan resursları şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən, Ağdaş şəhəri, SU-18 ünvanında qeydiyyatda olmaqla ünvan 2ində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X2 xx xxxxxx 1958-ci ildə Zəngilan rayonu Qıraxmuşlan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Ağdaş rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru vəzifəsində işləyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Ucar rayonu, Qazıqumlaq kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş oğlunun Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 311.3.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəki Məhkəmə Kompleksində yerləşən Şəki Ağır Cinayətlər Məhkəməsinin iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: X9 vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində istəməklə almışdır. Belə ki, X9 07 fevral 2019-cu il tarixdən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Əməyin mühafizə bölməsinin müdiri vəzifəsində işləməklə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Təqsirləndirilən şəxs2 26 oktyabr 2020-ci il tarixli, 2514-K nömrəli əmri ilə həmin publik hüquqi şəxsin İnsan resursları şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edərkən, sonuncu tərəfindən 12 noyabr 2018-ci il tarixdə təsdiq edilmiş İnsan resursları şöbəsinin müdirinin vəzifə təlimatına əsasən, müəssisənin məqsədləri, strategiyası və profilinə uyğun olaraq tələb olunan peşə və ixtisasların kadrları ilə komplektləşdirilməsi, kadrların kəmiyyət və keyfiyyət tərkibi haqqında məlumatlar bankının formalaşdırılması, onların inkişafı və irəli çəkilməsi üzrə işə rəhbərlik etmək, müəssisə daxilində mövcud vakansiyalar barədə işçilərin məlumatlandırılmasını, kadrlarla təmin olunması, mənbələrini, işçilərin cəlb edilməsi barədə elanların yerləşdirilməsi üçün kütləvi informasiya vasitələrindən istifadə olunmasını təşkil etmək, müəssisənin kadr siyasətinin və kadr strategiyasının işlənib hazırlanmasında iştirak etmək, ixtisaslarının, şəxsi və iş keyfiyyətlərinin qiymətləndirilməsi əsasında kadrların seçilməsi, qəbul edilməsi və yerləşdirilməsi üzrə işi həyata keçirmək, cavan işçilərin qəbulu və yerləşdirilməsini təmin etmək, əmək qanunvericiliyinə, əsasnamələrə, təlimatlara və müəssisənin rəhbərinin əmrlərinə uyğun olaraq işçilərin qəbulu, başqa işə keçirilməsi, azad edilməsinin vaxtında rəsmiləşdirilməsini və kadrlar üzrə müəyyən olunmuş sənədləşdirmənin aparılmasını təşkil etmək, kadrların seçilməsi və yerləşdirilməsində iştirak etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi həmin publik hüquqi şəxsin X28 Sağlamlıq Mərkəzi bölməsinin komendantı vəzifəsində işləyən Şahid vəzifəsinin dəyişdirilməsinə Nuru Nuryevin də, iradəsinin olduğunu və vakansiya yarandıqda bunu edəcəyini sonuncudan öyrəndikdən sonra xidməti vəzifələrinin icrası ilə edəcəkləri hərəkət, yəni Şahid həmin vəzifədən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Uşaq şöbəsində sanitar vəzifəsinə keçirilməsi müqabilində Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Təqsirləndirilən şəxs2 vermək adı altında 2020-ci ilin dekabr ayının əvvəllərində “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Ağdaş şəhəri, Heydər Əliyev prospekti 185 ünvanında yerləşən inzibati binasında Şahid 1200 manat rüşvət qismində istəyərək razılığını alıb, həmin niyyətlə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində 23 dekabr 2020-ci il və 30 dekabr 2020-ci il tarixlərində Şahid hər dəfəsində 500 (beş yüz) manat olmaqla, iki dəfəyə ümumilikdə maddi nemət olan 1000 AZN (min manat) məbləğində pul vəsaitini qəsdən özü üçün birbaşa yolla şəxsən rüşvət qismində almışdır. Bununla da, Təqsirləndirilən şəxs1 CM-nin 311.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 ağır cinayətin törədilməsini bilərək həmin cinayət barəsində qəsdən xəbər verməmişdir. Belə ki, o, 23 fevral 2018-ci il tarixdən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsində işləyərkən 07 fevral 2019cu il tarixdən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Əməyin mühafizə bölməsinin müdiri vəzifəsində işləməklə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Təqsirləndirilən şəxs2 26 oktyabr 2020-ci il tarixli, 2514-K nömrəli əmri ilə həmin publik hüquqi şəxsin İnsan resursları şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edərkən, sonuncu tərəfindən 12 noyabr 2018-ci il tarixdə təsdiq edilmiş İnsan resursları şöbəsinin müdirinin vəzifə təlimatına əsasən, müəssisənin məqsədləri, strategiyası və profilinə uyğun olaraq tələb olunan peşə və ixtisasların kadrları ilə komplektləşdirilməsi, kadrların kəmiyyət və keyfiyyət tərkibi haqqında məlumatlar bankının formalaşdırılması, onların inkişafı və irəli çəkilməsi üzrə işə rəhbərlik etmək, müəssisə daxilində mövcud vakansiyalar barədə işçilərin məlumatlandırılmasını, kadrlarla təmin olunması, mənbələrini, işçilərin cəlb edilməsi barədə elanların yerləşdirilməsi üçün kütləvi informasiya vasitələrindən istifadə olunmasını təşkil etmək, müəssisənin kadr siyasətinin və kadr strategiyasının işlənib hazırlanmasında iştirak etmək, ixtisaslarının, şəxsi və iş keyfiyyətlərinin qiymətləndirilməsi əsasında kadrların seçilməsi, qəbul edilməsi və yerləşdirilməsi üzrə işi həyata keçirmək, cavan işçilərin qəbulu və yerləşdirilməsini təmin etmək, əmək qanunvericiliyinə, əsasnamələrə, təlimatlara və müəssisənin rəhbərinin əmrlərinə uyğun olaraq işçilərin qəbulu, başqa işə keçirilməsi, azad edilməsinin vaxtında rəsmiləşdirilməsini və kadrlar üzrə müəyyən olunmuş sənədləşdirmənin aparılmasını təşkil etmək, kadrların seçilməsi və yerləşdirilməsində iştirak etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 həmin publik hüquqi şəxsin X28 Sağlamlıq Mərkəzi bölməsinin komendantı vəzifəsində işləyən Şahid“Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Uşaq şöbəsinin Sanitar qadın (sanitar) vəzifəsinə keçirilməsi üçün sonucudan rüşvət qismində 1000 AZN (min manat) pul aldığı barədə 24 dekabr 2020-ci il tarixdə bu publik hüquqi şəxsin Ağdaş şəhəri, Heydər Əliyev prospekti 185 ünvanında onun xidməti otağında ona məlumat verdikdən sonra pulu qaytarmağı tələb etsə də, Sücayət Hacıyevanın ağır cinayət olan rüşvət alma cinayətini törətməsini bildiyi halda bu ağır cinayətin törədilməsi barədə qəsdən müvafiq hüquq-mühafizə orqanlarına xəbər verməmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 CM-nin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmənin bu nticəyə gəlməsinə əsas məhkəmə iclasında tədqiq edilmiş və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə əsasən sübut növlərinə aid edilmiş və mötəbər olan sübutların məcmusuna əsaslanmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona CM-in 311.3.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 1995-ci ilin dekabr ayından 2018-ci ilin fevral ayına qədər Ağdaş Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində işləmiş, 2018-ci il tarixdə bu xəstəxana publik hüquqi şəxsə çevrilərək Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilmişdir. Bundan sonrakı müddətdə o həmin publik hüquqi şəxsin direktoru vəzifəsində işləyir. Ona irəli sürülmüş ittiham əsassız hesab edir. Belə ki, rəhbərlik etdiyi xəstəxanada əvvəldən işçisi kimi tanıdığı X5 Abdullayevanın işinin dəyişdirilməsi ilə əlaqədar maliyyə işləri üzrə müavini və İnsan resursları şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Sucayət Hacıyeva ona müraciət etmiş, o isə baxıb əmr verəcəyini demişdir. 2020-ci ilin dekabr ayının axırlarında Sucayət Hacıyeva onun xidməti otağına gələrək Vəfanın Sucayətə hörmət etdiyini və şirinlik verdiyni bildirmiş, o isə Sucayətə acıqlanaraq aparıb pulu qaytarmasını tapşırmışdır. Pamdemiya ilə əlaqədar işlər çox olduğu və gərgin işlədiyi üçün bu məsələni unutmuş və Sucayətin pulu Vəfaya qaytarması ilə maraqlana bilməmişdir. 04 yanvar 2021-ci il tarixdə Şahid Ağdaş rayon Orta Ləki kənd tibb məntəqəsinin komendant vəzifəsindən Ağdaş rayon xəstəxanasının Uşaq şöbəsinə xadimə (sanitar) vəzifəsinə keçirilməsi barədə 21-K nömrəli əmr vermişdir. Hesab edir ki, təqsirsizdir və hazırki iş ona qarşı Ağdaş rayon X6 hüquqi şəxsin təcili tibbi yardım stansiyasının həkimi X11 ilə sonuncunun tərəfdarlarının səyi nəticəsində qurulmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X9 ona CM-in 311.3.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 27 may 2000-ci il tarixdən Ağdaş Rayon Mərkəzi Xəstəxanasının pullu xidmət üzrə xəzinədarı vəzifəsində işə başlamış, 01 aprel 2008-ci il tarixdən Ağdaş Rayon Mərkəzi Xəstəxanasında Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsində işləmişdir. 15 yanvar 2010-cu il tarixdə struktur dəyişikliyi ilə kadrlar şöbəsinin mütəxəssisi ştatından həmin şöbənin müdiri vəzifəsinə keçmiş, 2018-ci ilin sentyabr ayında Ağdaş Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs olduqda, o, 11 dekabr 2018-ci il tarixdə xəstəxananın Əməyin mühafizəsi üzrə bölmə müdiri vəzifəsinə keçirilmişdir. Əlavə olaraq 26 oktyabr 2020-ci il tarixdən xəstəxananın İnsan resursları, yəni kadrlar şöbəsinin müdiri vəzifəsini icra etmək də ona həvalə olunmuşdur. Ağdaş rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Əməyin mühafizəsi üzrə bölmə müdiri vəzifəsində çalışmaqla yanaşı, xəstəxananın İnsan resursları şöbəsinin müdiri vəzifəsini də, icra etmişdir. Ağdaş rayon Orta Ləki kənd Ailə Sağlamlıq Mərkəzində (ASM) komendant vəzifəsində işləyən Şahid işlədiyi yerə gəlib ona müraciət edərək Ağdaş şəhərində kirayədə qaldığı üçün Orta Ləki kəndinə işə hər gün gedib-gələ bilmədiyini, uşaqlarının xəstə olduğunu, yol pulu çatdıra bilmədiyini deyərək sonuncunu Orta Ləki ASM-dən Ağdaş Rayon Mərkəzi Xəstəxanasına xadimə vəzifəsinə köçürmə yolu ilə keçirməsini xahiş etmişdir. Şahid dayanmadan ondan xahiş etdiyinə və israr etdiyinə görə sonuncunun xahişini xəstəxananın direktoru Təqsirləndirilən şəxs2 bildirmiş, Təqsirləndirilən şəxs2 Gözəl Xəlilovanın yaxşı işçi olduğunu və sonuncunun qızının iş yerini dəyişəcəyini demişdir. Vəfa buna görə ona şirinlik olaraq pul gətirmiş, pulu götürdükdən sonra bu barədə direktora bildirmişdir. Həmin vaxt direktor ona acıqlanaraq aparıb Vəfanın pulunu qaytarmasını tapşırmışdır. Bununla belə o, ərinin keçirdiyi insult nəticəsində yataq xəstəsi olması səbəbindən acınacaqlı maddi durumda olduğuna görə Şahid ümumilikdə aldığı 1000 manat pulu şəxsi ehtiyaclarına sərf etmişdir. 04 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Şahid iş yerinin dəyişdirilməsi barədə əmri imzalamış, 05 yanvar 2021-ci il tarixdən Şahid yeni iş yeri olan Ağdaş rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin Uşaq şöbəsində xadimə işinə başlamışdır. O, Təqsirləndirilən şəxs2 məlumatı olmadan Şahid ilə pul söhbəti etmiş və bu zaman inandırıcı olduğuna görə Təqsirləndirilən şəxs2 adını hallandırmışdır. Məhkəmədək icraat zamanı Təqsirləndirilən şəxs2 istər şahid qismində, istərsə də təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, 2020-ci ilin dekabr ayının əvvəllərində Ağdaş rayon xəstəxanası publik hüquqi şəxsinin İnsan resursları şöbəsinin müdiri vəzifəsini icra edən, eyni zamanda Əməyin mühafizəsi bölməsinin müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 ona müraciət edərək Ağdaş rayon Hapıtlı kənd tibb məntəqəsinin müdiri X5 Abdullayevanın hazırda Ağdaş rayon Orta Ləki kənd Ailə Sağlamlıq Mərkəzində (ASM) komendant vəzifəsində işlədiyini, lakin Ağdaş şəhərində yaşadığı üçün hər gün kəndə işə gedib-gələ bilmədiyinə görə Ağdaş rayon xəstəxanasına xadimə vəzifəsinə keçmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Şahid anası Gözəl Xəlilovanı yaxşı tanıdığını, sonuncunun xətrinə qızına da köməklik edəcəyini, lakin artıq 2020-ci ilin tabeli bağlandığına görə 2021-ci ilin yanvar ayının əvvəlində əmrini verərək rayon xəstəxanasına keçirəcəyini demişdir. 24 dekabr 2020-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1 onun yanına gələrək Şahid Orta Ləki kəndi tibb məntəqəsindən Ağdaş rayon mərkəzi xəstəxanasına xadimə vəzifəsinə keçirilməsi üçün sonuncudan 1000 manat pul aldığını dedikdən sonra Sucaətə Vəfadan aldığı pulu geri qaytarmasını, xadimə və imkansız olduğunu, Vəfanın narahat olmamasını, qanuni şəkildə köməklik göstərib iş yerinin dəyişdirməsi ilə bağlı əmr verəcəyini bildirmişdir. 04 yanvar 2021-ci il tarixdə Şahid Ağdaş rayon Orta Ləki kənd tibb məntəqəsinin komendantı vəzifəsindən Ağdaş rayon xəstəxanasının Uşaq şöbəsinə xadimə (sanitar) vəzifəsinə keçirilməsi barədə 21-K nömrəli əmr vermiş, həmin gündən də Şahid yeni iş yerinə keçmişdir. Şahid iş yerinin dəyişdirilməsi üçün Təqsirləndirilən şəxs1 Şahid pul almasını deməmiş, həmçinin Sucaətin Vəfadan əlavə olaraqda 200 manat pul istəməsi barədə məlumatı olmamışdır. Məhkəməyədək icraat zamanı şahid statusunda olarkən Təqsirləndirilən şəxs2lə keçirilmiş üzləşdirmə zamanı və üzləşdirmədən sonrakı müddətdə Təqsirləndirilən şəxs1 ifadəsində ona CM-in 311.3.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, 27 may 2000-ci il tarixdən Ağdaş Rayon Mərkəzi Xəstəxanasının pullu xidmət üzrə xəzinədarı vəzifəsində işə başlamış, 01.04.2008-ci il tarixdən Ağdaş Rayon Mərkəzi Xəstəxanasında Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsində işləmişdir. 15.01.2010-cu il tarixdə struktur dəyişikliyi ilə kadrlar şöbəsinin mütəxəssisi ştatından həmin şöbənin müdiri vəzifəsinə keçmiş, 2018-ci ilin sentyabr ayında Ağdaş Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs olduqda, o, 11 dekabr 2018-ci il tarixdə xəstəxananın Əməyin mühafizəsi üzrə bölmə müdiri vəzifəsinə keçirilmişdir. Bundan əlavə olaraq, 26 oktyabr 2020-ci il tarixdən xəstəxananın İnsan resursları, yəni kadrlar şöbəsinin müdiri vəzifəsini icra etmək də ona həvalə olunmuşdur. Hazırda o, Ağdaş rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin Əməyin mühafizəsi üzrə bölmə müdiri vəzifəsində çalışmaqla yanaşı, xəstəxananın İnsan resursları şöbəsinin müdiri vəzifəsini də, icra edir. Şahid Ağdaş rayon sakini kimi, həm də, Orta Ləki kənd Ailə sağlamlıq Mərkəzinin işçisi kimi tanımış, ədavəti və düşməçiliyi olmamışdır, həmçinin qeyd edilən publik hüquqi şəxsin direktoru Təqsirləndirilən şəxs2 ilə də, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Ağdaş rayon xəstəxanası publik hüquqi şəxsinin İnsan resursları şöbəsinin müdiri vəzifəsi həvalə edildikdən sonra Ağdaş rayon Orta Ləki kənd Ailə Sağlamlıq Mərkəzində (ASM) komendant vəzifəsində işləyən Şahid işlədiyi yerə gəlib ona müraciət edərək, Ağdaş şəhərində kirayədə qaldığı üçün Orta Ləki kəndinə işə hər gün gedib-gələ bilmədiyini, uşaqlarının xəstə olduğunu, yol pulu çatdıra bilmədiyini demiş və xahiş etmişdir ki, onu Orta Ləki ASM-dən Ağdaş Rayon Mərkəzi Xəstəxanasına xadimə vəzifəsinə köçürmə yolu ilə keçirsin. Onun da, belə bir səlahiyyəti olmadığından Şahid bununla bağlı direktora məlumat verəcəyini bildirmişdir. Bundan sonra o, xəstəxananın direktoru Təqsirləndirilən şəxs2lə danışaraq Şahid Orta Ləki kənd ASM-dən Ağdaş rayon xəstəxanasına xadimə vəzifəsinə keçirilməsini istədiyini demiş, Təqsirləndirilən şəxs2 də həmin vaxtı ona hazırda yer olmadığını bildmişdir. O da bu barədə Şahid məlumat verərərk direktor Təqsirləndirilən şəxs2 hazırda yer olmadığını, bu məsələyə daha sonra baxacağını dediyini bildirmişdir. Həmin vaxtı Şahid ona yalvarıb 1000 manat da direktora, əlavə olaraq 200 manat da onun özünə şirinlik verəcəyini bildmişdir. Bundan sonra o, Vəfanın 1000 manat şirinlik də, verəcəyini Təqsirləndirilən şəxs2 bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 ona pul almamağı tapşırıb xadimə olduğuna görə ilin əvvəlində məsələyə baxacağını demişdir. 23 dekabr 2020-ci il tarixdə, axşam saatlarında Şahid yaşadığı evə gəlmiş və sonuncu ilə öz həyətlərində görüşmüşlər. Vəfa həmin vaxtı ona 500 manat pul vermiş, o da Vəfanın yanında pulu sayıb 500 manat olduğunu, lakin ona söz verdiyi kimi direktora 1000 manat verəcəyini bildirib niyə əksik gətirməsini irad tutub onu yalançı çıxartdığını bildirmişdir. Vəfa da ona pulu tam olaraq düzəldə bilmədiyini, anasının xəstə olduğunu, bir həftəyə 500 manat gətirəcəyini, ona da əlavə olaraq 200 manat hörmət edəcəyini demişdir. O, Vəfanın verdiyi 500 manat pulun üstünə öz şəxsi pulundan 500 manat qoyaraq 24 dekabr 2020-ci il tarixdə direktor Təqsirləndirilən şəxs2 xidməti otağında Vəfadan 1000 manat pulu aldığını demiş, Təqsirləndirilən şəxs2 isə pulu qaytarmağı ona tapşırmışdır. Bundan bir həftə sonra Şahid eyni qaydada yaşadığı evə gələrək qalan 500 manat pulu ona vermiş və o da Vəfaya edəcəyi 200 manat hörmətin 100 manatını balalarına xərcləməsini 100 manatı isə daha sonra verməsini demiş, lakin daha sonra Vəfa əlavə olaraq pul verməmişdir. Bundan sonra 04 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 Şahid iş yerinin dəyişdirilməsi barədə əmri imzalamışdır. 05 yanvar 2021-ci il tarixdən Şahid yeni iş yerinə Ağdaş rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsinin Uşaq şöbəsində xadimə vəzifəsinə keçirilərək işə başlamışdır. Həmin 1000 manat pul onda qalmış və əri insult nəticəsində yataq xəstəsi olması səbəbindən ailəsi acınacaqlı maddi durumda olduğuna görə o, bu 1000 manatı Vəfaya qaytarmamış və xərcləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid təqsirləndirilən şəxslərə irəli sürlümüş ittihamın mahiyyəti üzrə bildirmişdir ki, ifadəsində göstərmişdir ki, 2018-ci ildən 2021-ci ilin yanvar ayının əvvəllərinə qədər Ağdaş rayonu, Orta Ləki kənd həkim məntəqəsində komendant işləmiş, Ağdaş şəhərində kirayə yaşadığı üçün 2020-ci ilin dekabr ayının əvvəlində xəstəxananın kadrlar şöbəsinin müdiri Təqsirləndirilən şəxs1 müraciət edərək Ağdaş Rayon Mərkəzi xəstəxanasına xadimə vəzifəsinə keçirilməyi üçün köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ondan işə düzəlməsi üçün 1000 manat pul istəmiş, buna görə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin 161 qaynar xətt mərkəzinə müraciət edərək işə düzəlməsi üçün ona köməklik edilməsini bildirmiş və bu idarənin əməkdaşının dəstəyi ilə əvvəl 500 manat pulu Sucaət Haclıyevaya vermiş və pulu verərkən səsini öz mobil telefonuna yazmış, bir müddət sonra daha 500 manatı aparıb Sucayət Hacıyevayta vermiş və sonuncunun səsini yazmışdır. 05 yanvar 2021-ci il tarixdə onun Ağdaş rayon publik hüquqi şəxsin Uşaq şöbəsinə sanitar düzəlməyi barədə əmr imzalanmış, işi düzəldiyinə görə Sucayət Hacıyevadan 1000 manat pulu götürməmişdir. Sucayət Hacıyeva ilə arasında olan söhbəti yazdıqdan sonra həmin səs yazısını da Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin tanımadığı əməkdaşına göndərmişdir. Məhkəməyədək icraat zamanı Şahid bildirmişdir ki, təxminən 2018-ci ildən 2021-ci ilin yanvar ayının əvvəllərinə qədər Ağdaş rayonu, Orta Ləki kənd həkim məntəqəsində komendant işləmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərindən isə Ağdaş rayon mərkəzi xəstəxanası publik hüquq şəxsin uşaq şöbəsində sanitar, yəni xadimə işləyir. Orta Ləki kənd həkim məntəqəsində komendant işləyərkən işi ilə əlaqədar hər gün Ağdaş şəhərindən Orta Ləki kəndinə gedirmiş, lakin, 2 xəstə uşağı olduğundan, onları evdə qoyub uzun məsafəyə işə getməkdə çətinlik çəkirmiş. Bu cür işləyə bilmədiyindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasına xadimə vəzifəsinə keçmək üçün təxminən 2020-ci ilin dekabr ayının əvvəlində xəstəxananın kadrlar şöbəsinin müdiri Təqsirləndirilən şəxs1 müraciət etmişdir. Sucaət xanım onun Orta Ləki kəndindəki həkim məntəqəsindən Ağdaş Rayon Mərkəzi xəstəxanasına xadimə vəzifəsinə keçirilməyi üçün xəstəxananın baş həkimi Təqsirləndirilən şəxs2lə danışacağını demişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs1 onunla görüşərək baş həkim Təqsirləndirilən şəxs2 onun rayon mərkəzi xəstəxanasına xadimə vəzifəsinə təyin olunmağı üçün 1.000 manat pul tələb etdiyini bildirmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs1 özünə də bu iş üçün 200 manat pul tələb etmişdir. O, maddi imkanının aşağı olduğu üçün qiyməti bir az endirməsini istəsə də, Sucaət xanım razılaşmayaraq qiymətin belə olduğunu bildirmişdir. Məcbur olaraq Sucaət xanımdan pulu düzəltməyə vaxt istəmişdir. O, 500 manat düzəldərək 23.12.2020-ci il tarixdə, axşam saat 20 radələrində Təqsirləndirilən şəxs1 Ağdaş şəhərində “Elit” mebel salonunun yaxınlığında yerləşən evinə gedərək sonuncu ilə görüşmüşdür. Görüş zamanı Sucaətə 500 manat pul vermişdir. Təqsirləndirilən şəxs1 pulu sayaraq götürdükdən sonra niyə pulu tam gətirmədiyini soruşduqda hazırda bu qədər düzəldə bildiyini, qalan pulu da heç olmasa əmri çıxandan sonra verəcəyini demiş, lakin Təqsirləndirilən şəxs1 qəti surətdə razı olmayaraq, baş həkim Təqsirləndirilən şəxs2 pulu tam istədiyini, pulu tam verməsə əmrinin çıxmayacağını demişdir. O da Sucaətdən xahiş etmişdir ki, bir həftə onu gözləsin, qalan 500 manat pulu gətirib verəcəkdir. Təqsirləndirilən şəxs1 ona bildirdiyinə görə, pulu tam gətirəcəyi təqdirdə 2021-ci il, yanvar ayının 5-6-da ərizəni yazaraq Ağdaş Rayon Mərkəzi Xəstəxanasına xadimə vəzifəsinə keçə biləcəkdir. O da bir həftənin tamamında 500 manat pulu da aparıb Sucaətə eyni qaydada onun yaşadığı evin həyətində vermiş, lakin Sucaətə əlavə olaraq verəcəyi 200 manat pulu da düzəldib verəcəyini bildirmiş, Sucaət isə demişdir ki, “eybi yoxdur, 100 manatın bağışlayıram, amma 100 manatı verərsən”. Daha sonra baş həkim Təqsirləndirilən şəxs2 tərəfindən 05 yanvar 2021-ci il tarixdə onun Ağdaş rayon publik hüquqi şəxsin Uşaq şöbəsinə sanitar düzəlməyi barədə əmr imzalanmışdır. Təqsirləndirilən şəxs1 onun Orta Ləki kənd həkim məntəqəsində komendant vəzifəsindən Ağdaş Rayon Mərkəzi Xəstəxanasında xadimə vəzifəsinə keçirilməyi üçün ondan ümumilikdə 1200 manat pul tələb etmişdir. O da özü birbaşa baş həkim Nuru Nuruyevlə görüşə bilmədiyindən, bu məsələnin həll edilməsi üçün kadrlar şöbəsinin müdiri Təqsirləndirilən şəxs1 müraciət etmişdir. Təqsirləndirilən şəxs1 da N.Nuruyevlə danışdıqdan sonra baş həkimin onun işinin həll edilməsi üçün 1.000 manat tələb etdiyini bildirmiş, eyni zamanda Təqsirləndirilən şəxs1 özünə də işin həll edilməsi üçün 200 manat pul istəmişdir. O da həmin pulu tam düzəldə bilmədiyindən, 23.12.2020-ci il tarixdə, saat 20 radələrində Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətində 500 manat vermiş, qalan 500 manat pulu da bir həftə sonra eyni qaydada Sucaətə vermişdir. O, publik hüquqi şəxsin direktoru Təqsirləndirilən şəxs2 hər hansı məqsədlə pul verməmiş, işinin dəyişməyi ilə bağlı da onunla heç bir söhbət aparmamışdır, həmçinin Təqsirləndirilən şəxs2lə görüşməmişdir. O, yalnız Təqsirləndirilən şəxs2 Sucaət Hacıyevin deməsinə görə sonuncu vasitəsi ilə 1.000 manat pul vermişdir ki, iş yerini dəyişsin. Təqsirləndirilən şəxs2 ondan Sucaət vasitəsi ilə 1.000 manat pul tələb etmiş, həmçinin Sucaət də özünə əlavə olaraq 200 manat pul istəmişdir. Bunların hamısını ona Təqsirləndirilən şəxs1 bildirmişdir. Şahid təqdim etdiyi Təqsirləndirilən şəxs1 ilə aralarında aparılan danışın qeydə alındığı diskə baxış keçirilməsi haqqında 25 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Şahid qapı döyərək “Sucaət xala” deyə səslənir və naməlum şəxsdən Sucaət xalanın evdə olub-olmamasını soruşub onu çağırmasını bildirir. Şahid ilə Təqsirləndirilən şəxs1 salamlaşdıqdan sonra sonuncu ona verilən pulu sayaraq “5?” deyir.Şahid: Onu tapdım Sucaət xala. Təqsirləndirilən şəxs1: Allahıma and olsun əgər onun üstünə bir manat qoyub demişəmsə heç mən kəfənimə bükülsün. Şahid: Gör nə deyirəm, onu ver Nuru doktora, denən beş yüz manatdı, denən 2-3 günədə büş yüz manatı tapıb verəcək. Təqsirləndirilən şəxs1: Vəfa məni niyə pis vəziyyətdə qoyursan? Mən sənə balamın canına and içdim, bir dənə balam var. Şahid: Bilirəm Sucaət xala, Allaha and olsun, onu mən bu gün nətər gedib gətirmişəm mamam gildən. Təqsirləndirilən şəxs1: Bəs sən dedin ki, əkin pulu, nə bilim. Şahid: Bilirəme, bax bunu tapıb verdilər mənə, 2-3 günədə dedilər beş yüz manatını verəcik. Təqsirləndirilən şəxs1: Əgər mən bunun üstünə bir manat qoyub sənə demişəmsə mənim kəfənimə verilsin, bidənə uşağımında canına and içdim ki, yəni təzə balinasdı, min manata səni bir təhər razılaşdırmışam ki, sən burda işləyirsən, çörəyin, ordan səni aktlaşdırıb çıxardacaqlar, işə getmirsən deyir, yəni dedim prostu çörəyin olsun. Şahid: Kim deyir getmirəm işə? Təqsirləndirilən şəxs1: Nəsə da, belə eşidilib, sən ora işə getmirsən, yo heç nə deməyibe Xuraman zad, Xuraman çatdırmayıb, bu qiblə haqqı Xuraman deməyib heçnə, yəni mən sənə belə almışam icazəni, əgər yalandan demişəmsə, üstünə bir manat qoyub demişəmsə Allah ...., biz sənə görə yoxe, aldatmırıq, o müstəntiq kimi şeydi, o, onun yerinə çatar üzümə tüpürər, bax indi girmişəm, işdən, yanından indi gəlmişəm, demişəm doxdur kasıbdı, malı satıblar, şey eləyib verəcəklər pulları yığıb. Allahıma and olsun, yəni mən nə deyim, neçə günə verirsən deyim? Şahid: 3 günə verəcəm, beş yüz manatı da orda şey eliyəcəm, beş yüz manatdı da, 3 günə tapıb düzüb qoşub verəcəm. Təqsirləndirilən şəxs1: 3 gün nə deyim ona mən, şənbə gününə? Şahid: denən gələn həftənin 2-ci gününə. Təqsirləndirilən şəxs1: Oyy ay Vəfa mənim başıma nə oyun açdın, özümdə də olsa qoyub verərəme tövbə, heç olmasa sabaha zada tapda bunu, sabaha zada tap 5-də gəl ərizəni yaz keç bura. Şahid: 2-ci gün olsaydı sələmdən tapıb eləyərdim yenə. Təqsirləndirilən şəxs1: Kredit götürə bilmirsən adına? Şahid: Kreditim varda, bacıma götürüb vermişəm. Təqsirləndirilən şəxs1: Vəfa məni pis vəziyyətdə qoyma, mən belə bir iş elədim. bilsəydim eləməzdim, düzü peşman oldum. Şahid: Sənə mən dedimə Sucaət xala əlimdə pulum var, qoy gətirim bir ana-bala kimi sən saxla. Təqsirləndirilən şəxs1: Nətər saxlayım, o razılıq verməsə saxlaya bilmirəm axı. Şahid” Mən kirada qaldığıma görə mən dedim qorxuram, ona görə saxlaya bilmədim o pulu. Təqsirləndirilən şəxs1: Vəfa, mən söz vermədiyim şeyə heç kimin pulunu ala bilmirəme, hamının ehtiyacı var, götürüb sənin pulunu xərcləyərəm, biabr olaram. Mən alıb ordan ona verirəm, tövbə, bu işıq haqqı, bu yol haqqı inanırsan? İnanırsan Vəfa, mən onun üstünə qoyub sənə demişəmsə min manatdan, onun stolunun üstünə qoyulandan artıq sənə demişəmsə yenə sənə deyirəm mənim kəfənimə verilsin. Şahid: Bu daskısıdı min manat Nuru doxdurun? Min manatdan aşağı düşmür? Təqsirləndirilən şəxs1: Tövbə, ölənlər haqqı belə deyib, Vəfa ölülər haqqı belə deyib inanırsan? Mən and içirəm sənə dəstnamaz eliyib, Quran gətir mən sənə deyim əl basım. Şahid: Çətin vəziyyətdə qaldım mən. Təqsirləndirilən şəxs1: Mən səni indi hardan tapacam, nətər götürəcəm? Şahid: Denən həftənin 2-ci günü şey eliyəcəy. Təqsirləndirilən şəxs1: 2-ci günü? Vəfa birdən məni pis vəziyyətdə qoyarsan, ürəyim ağrıdı Quran haqqı. Şahid: Yo, qoymaram Allah haqqı, müdürmdəndə olsa alıb verəcəm. Təqsirləndirilən şəxs1: 2-ci gününə deyimdə? Şahid: Hə, bu vaxtı gətirəcəm. Təqsirləndirilən şəxs1: Məni Vəfa pis vəziyyətdə qoyma. Şahid: Arxayın ol. Təqsirləndirilən şəxs1: Vəfa mən onu aldadıram? Səni aldadıram?sən bilirsən ki, o nə deyir, biz onu deyirik. Sənin vəzifəndədə nə qədər yalvardım ki, doxdur ayaqda qalmasın, yenə qəpik quruş aparırsanda balana, evə. Şahid: Allah haqqı bu dəqiqə uşağm xəstədi, pis vəziyyətdə qoyub çıxmışam. Təqsirləndirilən şəxs1: Allah təki rəhm eləsin, bu qiblə yiyəsi Allaha yalvarıram, Allah sənin tezliklə ruzini versin, amma mənidə pis vəziyyətdə qoyma Vəfa. Vəfa mən bunu uzadırame, amma mən sonra etibarsız oluram, mən ona söz deyə bilmirəm, mən sənə dedim ki, o iş düzəlsin sonra, pulu saxla, heç bilmirəm sənin nə qədərin var, yo şəhərə gəlsən belədi, şəhərə baha götürür, mən sənə yalan dedim? Bidənə balam var, onun canına and içirəm, deyirəm Quran gətir əl basım. Şahid: Yo, mən sənə inanmasaydım zəng edib deməzdim ki, Sucaət xala hal-həzərə budu. Təqsirləndirilən şəxs1: İndi Gözəl dedi ki, apar beş yüz manatı ver.. elə bilir ki, mən özümdən deyirəme beş yüz manatı. Şahid: Yo, Allaha and olsun heç mamam şey eləmədi, dedi a bala Allah haqqı yığdığım bu puldu, yəni olarda verəcəye, mənə verəcəklər pul, 2-ci gününə söz veriblər. Təqsirləndirilən şəxs1: Vəfa bax mən belə heç kimi uzatmamışam, sənin prostu kirada qalmağına, balalarının olmağına, yoxsa deyərəm bu iş atılmadı, qurtardı, amma sən bilirsən ki, amma sən bilirsən ki, sənin bu işin üstünə düşdüm ki, düzəlsin, sən çox dedin yalvardın, mən də dedim düzəlsin, mən nə bilim indi məni belə vəziyyətdə qoyacaqsan. Şahid: 2-ci günü, belə vaxtı sənin pulunu çatdıracam. Mamagil şey elədidə, mamam zəng elədi ki, a bala nolar gözümü əməliyyata aparıram, o pulu ver mənə, sənə nə vaxt lazım olsa mən sənə verəcəm, anadı da dedim zərər yoxdu, qoy verim, indidə deyir bu qədər pul yığmışıq, nisyə vermişik, Allah haqqı ala bilmirik deyir, ona görə belə dirənib qalmışam, 2-ci gün Allah qoysa, indi gedib mama gilədə zəng edəcəm, 2-ci gün Allah qoysa şey eliyəcəm. Təqsirləndirilən şəxs1: Sən dedin ki, o gün gətirirəm min manatı, iki yüz manatda sənə verirəm. Şahid: Hə, onuda şey eliyəcəm, demişəm. Təqsirləndirilən şəxs1: Sən heç olmasa onun pulunu ver, yenə mənimkini zərər yoxdu bi dəfə ödüyər. Şahid: Yo, verəcəm demişəm, üst-üstə qoyub verəcəm Sucaət xala. Təqsirləndirilən şəxs1: Allah Kərim. Məni sən balalarının canı pis vəziyyətdə qoyma, mən sənə dedim ki, Quran gətir əl basım, istəyirsən ged soruş. Şahid: Elə şey olar? Təqsirləndirilən şəxs1: Belə deyib mənə. bundanda aşağı yerə düşmür. Şahid: Bidənədə yenə helə-belə denən. Təqsirləndirilən şəxs1: Tövbə düşməyəcək, bilirəm, Allahım haqqı düşməyəcək. Çünki mən uje onun yanında yalançı oluram, demişəm doxdur vericey, indi gedib mən nə deyə bilərəm, mənim abrımı bükər. Şahid: Yox, denən beş yüz verib doxdur, beş yüzüdə 2-ci günü çatdıracağdı. Təqsirləndirilən şəxs1: Elə deyə bilərəm, safsem bunu verib desəm, mənim başıma çırpar bunu, deyər niyə iş düzəldirdin, mən alırmada başqa yerdən. Şahid: Başqa yerdən alırsane denən doxdur, buda yetom yiyəsididə denən nolar. Təqsirləndirilən şəxs1: dedimdə, hər üzü demişəm daa Vəfa, eləmirdə, mənim nəyimdi? Vəfa, mən nə deyim? Şahid: Heçnə. Təqsirləndirilən şəxs1: Yəni məni aldatmayacaqsanki? Şahid: Yo, arxayın ol, aldatmaqlıq burda nə varki?! Təqsirləndirilən şəxs1: 2-ci günü İnşallah. Şahid: İnşallah 2-ci günü belə vaxta gələcəm. Təqsirləndirilən şəxs1: Allah işini avand eləsin. Şahid: Sağ ol Sucaət xala. Daha sonra səs yazısı bitir. Həmin səs yazısı 10 dəqiqə 33 saniyədir. Ad hissəsində “30 dek 18.22(1).aac” yazılmış səs yazısından görünür ki, Şahid qapı döyərək “Sucaət xala” deyə səslənir və Təqsirləndirilən şəxs1 ilə salamlaşır, Təqsirləndirilən şəxs1 daha sonra “bu doxdurunkidi?” soruşur. V: hə, səninkinidə ... S: Mən sənə, bax nə deyirəm, yüz manatını sənə pay verirəm, halal xoşun olsun, düzəldəndə yüz manat mənə verərsən, yüz manatı sənin kirada olmağına, ged bayramını elə, yüz manatda keçəndə verərsən.” V: Cox sağ ol, İnşallah. S: 5-i günü gəlib ərizə yazıb, keçərsən. V: 5-i günü? İndi 5-i günü Allah qoysa işə başlayıram? S: Hə də, uje bayram qurtarır, işə başlayırıq. V: İndi hansı şöbəsi o? S: Mən demədim pediatriya şöbəsi, uşaq?! Mehriban doxdurun şöbəsi. V: İndi smenlədi? S: Hə, smendi, hələki orda indi bu dəqiqə iş zad getmir, gedib dəyib çıxıb gedəcəksiz, aradabərədə, iş başdıyan, korona qurtarana zada onda smen başlayacaq.İndi bilmirəm da sənə smen yazacaqlar, nağaracaqlar. İndi hələ iş zad yoxduda, koronadı axı, o biri xəstəxanada, əmrini verəndə səni mən Nərgizə, Mehribana tapşıracam ki, bu gündən sənsəndəə orda. V: İndi 5-i günü mən işdə deyilmə dəə?! S: 5-i günü işdə olmalısan. Gəlib birdənə ərizə yazacaqsan, sənin bütün dakumentlərin varda bizdə, keçicey əmrlə səni uşaq şöbəsinə, pediatriyaya İnşallah, ondan sonra indi hələki iş zad yoxdu, arada-bərədə gedib gələrsən. V: X29 doxdur nə dedi beş yüz manatı verəndə? S: Heç nə, dedim ki, doxdur imkanı yoxdu, ağır əməliyyat zad olubdu Gözəl, Bakıdan gəlib müalicə olunub, yəni dedim ki, qəfldən mən əməliyyata getdim, da demədim ki, nə di, nə deyil, dediyi pulun yarısını uşaq verib öz anasına köməklik üçün, ona görə dedim ki, bunu gətirib, bax mən üzü qibləyə durmuşam, əgər səni aldadıb ondan üstündən 10 qəpik nəsə bir şey qoymuşamsa Allah mənə lənət eləsin. V: Ay Sucaət xala elə şey olar?! Elə söz demə. S: O açılan şeydiye anam, mən onu aldatmıram, amma dedim doxdur onlar yalançı adamlar deyillər, amma qəflətən Gözəlin əməliyyatı düşüb Bakıya müalicəyə gedib pulu anasına verib. V: İndi təzədən yenə əməliyyata yazıblar. S: Heçnə demədi, dedi zərəri yoxdu, dedi gətirəcəkmi 3-cü gün, dedim doxdur yalançı adam deyil, düzəldən kimi gətirəcək. Bax mən zəng vururam gəlib aparacaq, çünki mən bu günə söz vermişəm ona, bude burdadıda evi. V: Elə? S: Bax bu küçədə onunkidi, bax bu küçə yox, o biri küçə onunkidi, zəng vuranda beş yüzü verdim, dedim doxdur əməliyyatına verdi anasının, deyirdi hazırdı, yəni verəcəkdim, anası Bakıya getdi, əməliyyatına verdi. V: Allah canınızı sağ eləsin. S: Allah sənə orda çoxlu ruzi bərəkət versin. V: Allah ömrünü uzun eləsin, inanırsanki sevindiyimdən uçurame. S: Kənddən kəsəkdən canın qurtardı, Allah sənə ürəyin istədiyi həyatı qismət eləsin, ev-eşik, hər şeyin yaxşısını. Gəl çıx bir stəkan çayımız iç. Bax mən sənə yüz manatı pay verirəm, halal xoşun olsun, yeni ilini elə. V: Çox sağ olun, Allah qoysa şey eliyəndə indi yüz manatıda mən sənə düzb-qoşub verəcəm. S: Onunda halallığın ver. V: Əstəfurullah, halal xoşun olsun, sizdə halallığın verin, mən də işə başlayım. S: O nə sözde halal xoşun. V: Nuru doxdurada deyin ki, xeyir duasını versin. S: Verər İnşallah, mən sənin ərizəni aparacam, doxdur üstünə dərkənar qoyacaq axı, onda deyəcəm İnşallah. V: Denən Nuru doxdura iki dəfəyə verdi beş yüz bir, beş yüz bir verdi, denən halallığın versin. Nuru doxdur özü mənim dədəmlə yaxşı olubdur. S: Yo narahat olma, mən dedimdə uşaq pulun anasına veribdi, Gözəl xəstədi, Bakıdan gəlib, Bakıda xəstə yatıbdı ona veribdi, dedi ki, 2-3 gün gecikdirəcək. V: Hələ mama beş yüzü şey eliyəndə dedi ki, apar ver Sucaəti özüm yığacam, bəlkədə mamam bu gün özü səni yığacaq, gələndə zəng elədim ki, gedirəm Sucaət xala gilə. S: Nəyə görə? V: Yəni iki yüz manatı sənə indi bir həftəyə on günə zada düzüb-qoşub verəcək. S: Zərər yoxdu, o yüz manat sənin halal xoşun olsun. Ged balalarına bayramlıq elə, mən öz payımdan çıxa bilirəm, Vəfa ondan çıxa bilmirəm, ölülər haqqı çıxa bilmirəm. V: Elə and içmə, inanırsan ki, sənin üzünə baxmağa xəcalət çəkirəm. S: O nə sözdü, mən bildim ki, sənin imkanın olsa sən utanmazdında, prostu mümkün deyildə, o belə keçirdir, mən nağarım, bunun çörəyidə belə çıxırda, mən nə deyim, bu idarəni saxlamaq, gələni-gedəni, mümkün deyildə, bir şey qırılır fəhlə gətir, oksigen balonu boşalır, ağır xəstələrə, onun fəhləsinə, boşaltmağına iki yüz manat verir, balonlarda səksən kilodu, ağır xəstələrin ciyərləri işləmirdə, kovidli xəstələrə, onunda elə başqa xərcləri çıxırda, demirəmee indi hamısını ora, özünədə eliyər, amma yəni ayda ildə bir dəfə belə işlər yaranır, onunda çörəyi ondan çıxır. V: Hamının çörəyi bir yandan çıxırda Sucaət xala. S: Bax öz balama arzuladığım, xeyrin gör. V: Mamama dünən deyirəm, deyirəm mama o qədər gözəl insandı Sucaət xala. S: Bir gücüm sənə öz payımdan çatarki yüz manat ged balalarına bayramlıq elə. Mənim Vəfa ona gücüm çatmır, mən sənə helə belə and içmərəm ki, Allah var. V: İndi mənim yerimə kimsə təyin olunubdu, elə? S: Hər halda təyin eliyər də. V: Mən eşitdiyimə görə ora təyin olunub adam. S: Sən da Orta Ləkinə neynirsən, orda yaşayacaqsanki? V: Yo, ora mənlik deyil. S: Birdəki mən sənə nə vaxt demişəm ki, Xuraman səni aktlaşdırıb. V: Yox, deməmişəm, dedim ki, Xuraman sən demisən?! Getməyimə 3 manat olur, gəlməyimə 3 manat olur, 6 manata çıxır, mənə niyə görə akt yazılır?! S: Yox, yazılmıree, gedir qəfl aktlaşdırırlarda, bütün məntəqələri gəzirlər, maman özü bilir, işçi olmayanda aktlaşdırırlar, yəni səni gedərlər aktlaşdırarlar, çıxardarlar, ömürlük çörəyin çıxar əldən, o mənada dedim, Xuraman heçnə deməyib. V: düzdü, düzdü. Mən də getdim Xuramana dedim ki, Xuraman sənə nə pislik eləmişəm mən, o da deyir mən nağarmışam. S: Mən sənə qayıtdım dedim ki, elə bilərsən Xuraman deyib haa, az yoox, prostu gedirlər məntəqələri yoxladırlar, işçilər görək yerindədimi. V: İndi Sucaət xala uşaq şöbəsində məni orda incidib eləməzlər ki? S: Niyə incidirlər? V: Yəni biraz bir təhər baxmazlarki? S: Yooox, heçnə incitmirlər, mən deyəcəm ki, Gözəlin, bizim məntəqə, Hapıtlı deyil maman?! Hapıtlı məntəqəsinin müdiri Gözəlin qızıdı, yəni elə eləyin yola verin, mən Nərgizə deyəcəm, narahat olma. Amma indi bu dəqiqə onsuz orda iş yoxdu, gedib dəyib dəyəcən, gələcən, öyrənəcəksən də. V: İnşallah, silib-süpürməkdi də xadimə, amma mən təcili yardıma istəyirdimee Sucaət xala. S: Allah onu sənə qismət eləsində, təcili yardım maaşı çox olduğuna görə deyirsəndə?! V: Uşaq xəstədi ona görə, nolar bidənə sən Nuru doxdurdan xahiş elə. S: Tövbə yoxdu, ölülər haqqı, bir dənə balamın canı haqqı yer yoxdu, düzdü olub götürülüb, amma indi gələcəyə işlə, təcili yardım onun arasında nə fərq varki, eyni şeydidə. V: Yo maaşına görə istəyirəm, bunun maaşı nə qədərdi indi? S: Bunun maaşı sənin bu maaşından çoxdu, amma təcili yardım.. gələcəkdə boş yer olarsa, nəzərimizdə, Allahın nəzərində olaq xeyrilisi ilə. Narahat olma. V: Bilirsən maaşına görə, uşaq xəstə olduğuna, dedim evə pul verirəm. S: səndən əsirgəmərəm, nəsə yer olarsa mən sənə xəbər eliyərəm, amma tövbə yoxdu. Gələn ilə zada, mən demirəme kimsə ölsün itsin, ölülər haqqı boş yer yoxdu, heç kimə ölüm arzulamıram. V: İnşallah 5-i günü neçədə olum yanınızda? S: 5-i günü saat 10-da zadda gəldə, 10-da gəl ərizəni yaz. Ondan sonra mən Nərgizə zəng vuracam, sən ora keçəcəksən. V: İndi Sucaət xala orda geyim var, xəstəxananın geyimi. S: Onu özləri edəcəklər. Oranın təsərrüfat bacısı Çimnaz var, o sənə deyəcək, nə lazımdı özləri verəcək. Bundan sonra sağollaşıb ayrılırlar və səs yazısı bitir. Həmin səs yazısı 11 dəqiqə 40 saniyədir. Məhkəmə istintaqında tədqiq olunmuş “Azercell” mobil operatorundan daxil olmuş CD diskə 09 mart 2021-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 06.11.2020-ci il tarixdə saat 19:42:32-də 66 saniyə danışıq olduğu görünür. Bundan başqa qeyd olunan nömrələr arasında 06.11.2020-ci il tarixdə saat 19:49:18-də 31 saniyə, 16.11.2020-ci il tarixdə 15:04:41-də 19 saniyə, 17.11.2020-ci il tarixdə 21:01:40-da 53 saniyə, həmin tarixdə 21:08:57-da 182 saniyə, 19.11.2020-ci il tarixdə 10:54:20-də 61 saniyə, 20.11.2020-ci il tarixdə 13:37:57-də 14 saniyə, həmin tarixdə 13:38:44-də 27 saniyə, 24.11.2020-ci il tarixdə 10:34:37-da 64 saniyə, 25.11.2020-ci il tarixdə 22:06:20-də 561 saniyə, 26.11.2020-ci il tarixdə 15:13:22də 65 saniyə, həmin tarixdə 19:03:11-də 93 saniyə, 27.11.2020-ci il tarixdə 12:35:21-də 72 saniyə, 30.11.2020-ci il tarixdə 11:54:15-də 95 saniyə, 01.12.2020-ci il tarixdə 19:56:15-də 168 saniyə, 02.12.2020-ci il tarixdə 17:41:18-də 84 saniyə, 03.12.2020-ci il tarixdə 15:09:15-də 25 saniyə, həmin tarixdə 15:13:50-də 64 saniyə, həmin tarixdə 15:15:14-də 25 saniyə, həmin tarixdə 17:14:19-da 187 saniyə, həmin tarixdə 20:35:12-də 178 saniyə, 07.12.2020-ci il tarixdə 20:13:41-də 139 saniyə, 09.12.2020-ci il tarixdə 20:00:16-də 979 saniyə, həmin tarixdə 22:03:17-də 69 saniyə, 10.12.2020-ci il tarixdə 20:41:35-də 406 saniyə, 11.12.2020-ci il tarixdə 16:34:46-da 119 saniyə, həmin tarixdə 17:42:04-də 236 saniyə, həmin tarixdə 20:29:39-da 42 saniyə, 14.12.2020-ci il tarixdə 16:51:28-də 1800 saniyə, həmin tarixdə 17:22:21-də 153 saniyə, həmin tarixdə 17:40:30-da 128 saniyə, 17.12.2020-ci il tarixdə 15:06:54-də 134 saniyə, 18.12.2020-ci il tarixdə 12:56:04-də 58 saniyə, həmin tarixdə 12:58:37-də 148 saniyə, həmin tarixdə 13:27:17-də 23 saniyə, 23.12.2020-ci il tarixdə 15:31:56-də 38 saniyə, 24.12.2020-ci il tarixdə 11:38:01-də 161 saniyə, həmin tarixdə 13:33:57-də 33 saniyə, 26.11.2020-ci il tarixdə 13:49:53-də 50 saniyə, həmin tarixdə 14:16:54-də 34 saniyə, həmin tarixdə 14:30:03-də 89 saniyə, 28.12.2020-ci il tarixdə 13:50:01-də 87 saniyə, 30.12.2020-ci il tarixdə 14:44:29-də 63 saniyə danışıqlar olduğu görünür. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 09.12.2020ci il tarixdə saat 19:57:03-də 178 saniyə danışıq olduğu görünür. Bundan başqa qeyd olunan nömrələr arasında 14.12.2020-ci il tarixdə saat 19:54:52-də 271 saniyə, həmin tarixdə 20:13:35-də 74 saniyə, həmin tarixdə 20:28:52-də 65 saniyə, 15.12.2020-ci il tarixdə saat 22:32:22-də 205 saniyə, 30.12.2020-ci il tarixdə saat 12:37:04-də 36 saniyə, 31.12.2020-ci il tarixdə saat 10:43:36-də 129 saniyə danışıqlar olduğu görünür. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 16.12.2020-ci il tarixdə saat 18:06:02-də 27 saniyə danışıq olduğu görünür. Bundan başqa Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında 04.01.2021-ci il tarixdə saat 09:57:47-də 44 saniyə danışıq olduğu görünür. Bundan başqa qeyd olunan nömrələr arasında 04.01.2021-ci il tarixdə saat 12:11:30-da 54 saniyə, həmin tarixdə 12:46:36-da 50 saniyə, həmin tarixdə 21:36:58-də 78 saniyə, 05.01.2021-ci il tarixdə 11:36:06-da 37 saniyə, həmin tarixdə 11:57:38-də 46 saniyə, 06.01.2021-ci il tarixdə 11:19:59-da 18 saniyə, həmin tarixdə 11:23:33-də 44 saniyə, 07.01.2021-ci il tarixdə 11:02:45-da 63 saniyə, həmin tarixdə 12:40:58-də 139 saniyə, 08.01.2021-ci il tarixdə 14:38:27-də 12 saniyə, həmçinin 09.01.2021, 10.01.2021, 11.01.2021, 12.01.2021, 13.01.2021, 14.01.2021, 15.01.2021, 16.01.2021, 19.01.2021, 25.01.2021, 29.01.2021, 01.02.2021-ci il tarixlərdə müxtəlif vaxtlarda danışıqlar aparılmışdır. Cinayət işinin materiallarında olan Ağdaş rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış 04 yanvar 2021-ci il tarixli, 21-K nömrəli əmrdən görünür ki, Ağdaş rayon X18 Ləki ASM bölməsinin komendantı Şahid əmək müqaviləsində müvafiq dəyişiklik edilməklə 05.01.2021-ci il tarixdən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Uşaq şöbəsinin Sanitar qadın (sanitar) vəzifəsinə keçirilmişdir. Cinayət işinin materiallarında olan Ağdaş rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Orta Ləki kənd ASM-nin komendantı Şahid həmin publik hüquqi şəxsin direktoru Təqsirləndirilən şəxs2 ünvanladığı 04.01.2021-ci il tarixli ərizədən görünür ki, 05.01.2021ci il tarixdən onun uşaq şöbəsinə sanitar qadın vəzifəsinə keçirilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan Ağdaş rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış 07 fevral 2019-cu il tarixli, 281-K nömrəli əmrdən görünür ki, Ağdaş rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Təsərrüfat bölməsinin bölmə müdiri Təqsirləndirilən şəxs1 əmək müqaviləsində müvafiq dəyişiklik edilməklə 07.02.2019-cu il tarixdən Ağdaş rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Əməyin mühafizəsi bölməsinə bölmə müdiri vəzifəsinə keçirilmişdir. Cinayət işinin materiallarında olan Ağdaş rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış 26 oktyabr 2020-ci il tarixli, 2514-K nömrəli əmrdən görünür ki, Ağdaş rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin Əməyin mühafizə bölməsinin müdiri Təqsirləndirilən şəxs1 Ağdaş rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin İnsan resursları şöbəsinin müdiri vəzifəsinin müvəqqəti icrası 26.10.2020-ci il tarixindən həvalə edilmişdir. Cinayət işinin materiallarında olan Ağdaş rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Təqsirləndirilən şəxs2 tərəfindən 12 noyabr 2018-ci il tarixdə təsdiq edilmiş İnsan resursları şöbəsinin müdirinin vəzifə təlimatından görünür ki, həmin şöbə müdiri müəssisənin məqsədləri, strategiyası və profilinə uyğun olaraq tələb olunan peşə və ixtisasların kadrları ilə komplektləşdirilməsi, kadrların kəmiyyət və keyfiyyət tərkibi haqqında məlumatlar bankının formalaşdırılması, onların inkişafı və irəli çəkilməsi üzrə işə rəhbərlik etmək, müəssisə daxilində mövcud vakansiyalar barədə işçilərin məlumatlandırılmasını, kadrlarla təmin olunması, mənbələrini, işçilərin cəlb edilməsi barədə elanların yerləşdirilməsi üçün kütləvi informasiya vasitələrindən istifadə olunmasını təşkil etmək, müəssisənin kadr siyasətinin və kadr strategiyasının işlənib hazırlanmasında iştirak etmək, ixtisaslarının, şəxsi və iş keyfiyyətlərinin qiymətləndirilməsi əsasında kadrların seçilməsi, qəbul edilməsi və yerləşdirilməsi üzrə işi həyata keçirmək, cavan işçilərin qəbulu və yerləşdirilməsini təmin etmək, əmək qanunvericiliyinə, əsasnamələrə, təlimatlara və müəssisənin rəhbərinin əmrlərinə uyğun olaraq işçilərin qəbulu, başqa işə keçirilməsi, azad edilməsinin vaxtında rəsmiləşdirilməsini və kadrlar üzrə müəyyən olunmuş sənədləşdirmənin aparılmasını təşkil etmək, kadrların seçilməsi və yerləşdirilməsində iştirak etmək və digər səlahiyyətlərə malikdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 23 fevral 2018-ci il tarixli, 01/27 nömrəli əmrindən görünür ki, Ağdaş rayon Mərkəzi Xəstəxanasının (VÖEN **********) əsasında “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs yaradılmaqla Təqsirləndirilən şəxs2 həmin publik hüquqi şəxsə direktor təyin edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Təqsirləndirilən şəxs2 27 fevral 2018-ci il tarixli vəzifə təlimatı haqqında əmək müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, həmin publik hüquqi şəxsin direktoru xəstəxananın işini təşkil etmək və ona rəhbərlik etmək, X7 sədri tərəfindən təyin edilən şəxslər istisna olmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada digər işçiləri vəzifəyə təyin etmək və vəzifədən azad etmək, səlahiyyətləri daxilində icrası məcburi olan əmr, sərəncam və yazılı göstərişlər vermək, onların icrasını təşkil etmək və nəzarəti həyata keçirmək, səlahiyyətləri daxilində korrupsiyaya və maraqlar toqquşmasına qarşı tədbirlər görmək və digər səlahiyyətlərə malikdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs2 və X2 törətmiş olduqları əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli CM-in 307.1-ci maddəsinə, Sucayət Hacıyevanın əməli isə CM-in 311.1-ci maddəsinə tövsif edilməlidir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq onların hər birinə ayrı-ayrılıqda CM-nin 311.3.1-ci maddəsi ilə ittihamlar irəli sürlümüşdür. Belə ki, CM-in 311.3.1-ci madəsində nəzərdə tutulan qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma cinayətinin tərkib əlamətinin yaranması üçün təqsirkar şəxslərin xidməti vəzifələrinin icrası ilə əlaqədar hər hansı hərəkətə görə maddi və sair neməti istəməsi üçün aralarında qabaqcadan razılaşma mövcud olmalıdır. Halbu ki, istər məhkəmə istintaqı zamanı, istərsə də, məhkəməyədək icraat zamanı X21 Abdullayevadan sonuncunun iş yerinin dəyişdirilməsi üçün 1000 manat pulu istəyərkən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Təqsirləndirilən şəxs2 bundan xəbəri olmasını təsdiq edən hər-hansı mötəbər sübut müəyyən edilməmişdir. Yuxarıda da, göstərildiyi kimi məhkəmə istintaqında X23 Abdullayevadan iş yerinin dəyişdirilməsi ilə əlaqədar pul istəməsi və alması zamanı Təqsirləndirilən şəxs2 bundan məlumatı olmadığını qeyd etmiş, Şahid Sücaət Hacıyeva ilə Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmalarını təsdiq edən hər-hansı hala isitinad etməmiş və bu xüsusatı təsdiq edəcək hər-hansı mötəbər sübut olmadığı müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə iclasında məhkəməyədək icraat zamanı toplanmış sübutlar tədqiq edilərkən ibtidai istintaq orqanının hər iki təqsirləndirilən şəxsə CM-nin 311.3.1-ci maddəsi ilə ittiham irəli sürərkən həmin cinayətin tərkibinin zəruri əlaməti olan qabaqcadan əlbir olmalarına dair nəticəyə məhz hər iki təqsirləndirilən şəxsin ilkin olaraq verdikləri izahatları və X15 Nuriyevlə üzləşdirilənədək şahid qismində verdikləri ifadəsini itthamın əsası kimi götürdüyü aydınlaşmışdır. Məhkəmə hesab edir ki, bununla da, ibtidai istintaq orqanının gəldiyi bu nəticə bir tərəfdən Milli Qanunvericiliyin və X24 Konvensiyasının tələbləri, digər tərəfdən isə bərqərar olunmuş məhkəmə praktikası ilə uyğunsuzluq təşkil etmişdir. Çünki, bir tərəfdən Təqsirləndirilən şəxs2lə Sücaət Hacıyevanın verdikləri izahatlarının alınması zamanı onların fundamental hüququqları olan özlərinə qarşı ifadə verməmək hüququları təmin edilməmiş, hətta onları bu kimi hüquqları olmasına dair məlumatlandırılmaları belə həyata keçirilməmiş, digər tərəfdən isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi ilə izahat sübut növlərinə aid edilməmişdir. Məhkəmə bir daha vurğulayır ki, məhz qanunvericiliyin qeyd edilən tələblərinə əsasən iş üzrə həmin izahatların sübut kimi qəbul etmək və hətta bunların ittihamın əsası kimi götürüb məhz bu izahatlar əsasında ittihamı formalaşdırıb hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərin CM-in 311.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları nəticəsinə gəlmək yolverilməzdir. Çünki, Azərbaycan Respublikası Konstitusiyasının tələbləri pozulmaqla şəxsin özünə qarşı ifadə verməmək hüququ təmin edilmədən ondan alınmış məlumatlar onun ittiham olunması üçün sübut kimi istifadə oluna bilməz, eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə əsasən sübut növünə aid edilməyən izahatın ittihamın əsasını təşkil edən sübut kimi qəbul olunmasına yol verilmir. Bu qənaətə gələrkən məhkəmə həmçinin nəzərə alır ki, Təqsirləndirilən şəxs2lə Sücaət Hacıyevanın izahatlarında göstərdikləri bir sıra ifşaedici xüsusatlar cinayət təqibinin bundan sonrakı dövründə hər-hansı digər dəlil və sübutla öz tədiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən heç kəs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə, qardaşına, bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı qanunla müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Həmin Məcllənin 20.2-ci maddəsinə əsasən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı özünü, yaxud yaxın qohumlarını cinayət törətməkdə ifşa edən məlumatları verməsi təklif olunan şəxs bunun özü üçün hər hansı mənfi hüquqi nəticə verə biləcəyindən qorxmadan ifadə verməkdən imtina etməyə haqlıdır. Göstərilənlərlə yanaşı, məhkəmə qeyd edir ki, ittiham aktında həmin izahatlara ibtidai istintaq orqanı dolayı yolla da, istinad etməklə, iş üzrə qəbul olunmuş prosdessual qərarı - 16 mart 2021-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərarını sübut kimi təqdim etmişdir ki, bu da yolverilməz hal olmaqla yanaşı qanunvericiliyin tələblərinə ziddir. Belə ki, CPM-nin 125.6-cı maddəsinə əsasən müvafiq cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər-hansı hal üzrə verilmiş şikayət və çıxarılmış prosessual qərar yalnız şikayətin verilməsi və ya prosessual qərarın çıxarılması faktını təsdiq edir və sübut kimi qəbul oluna bilməz. Bütün bunlarla yanaşı xüsusi vurğulanmalıdır ki, Sücaət Hacıyeva ilə Təqsirləndirilən şəxs2 izahatları kimi təqdim edilən və izahat adlandırılmış sənədlər Azərbaycan Respublikası CPM baxımından sübutlara aid edilməməklə yanaşı, bu qanunun baxımından izahat kimi qəbul edilməsi də, yoverilməzdir. Çünki, Azərbaycan Respublikası CPM-nin 7.0.42-ci maddəsinə əsasən izahat — cinayət prosesi iştirakçılarının və ya ərizəçilərin özlərinin, yaxud təmsil etdikləri şəxsin tələblərini əsaslandırmaq üçün göstərdikləri şifahi və ya yazılı dəlil olduğu aydın şəkildə göstərilmişdir Bu isə onu göstərir ki, Sücaət Hacıyeva ilə Təqsirləndirilən şəxs2 hazırki cinayət prosesi üzrə özlərinin və ya təmsil etdikləri şəxslərin tələbləri olduğu və bunu əsaslandırmağa zərurət yarandığı halda qanunvericiliyə riayət olunmaqla alınmış izahatları Cinayət Prosessual Qanunvericiliyi baxımından izahat olaraq qəbul edilə və dəlil kimi qiymətləndirilə bilərdi. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 CM-in 311.3.1-ci maddəsi ilə ittiham irəli sürülüməsinin əsası kimi ibtidai istintaq orqanı onunla üzləşdirilənədək şahid qismində verdiyi ifadələrində X16 Abdullayevadan rüşvət olaraq aldığı pul kimi 1000 manat barədə Təqsirləndirilən şəxs2 məlumat verməsinə və sonuncunun bu pulu işlədikləri müəssisənin cari xərclərinə sərf ediləcəyinə yönəlmiş fikirlər bildirməsinə dair göstərdiyi xüsusatlar olmuşdur. Məhkəmə hesab edir ki, üzləşdirmə prosessual hərəkətinin başlıca məqsədi məhz mövcud olan ziddiyyətlərin aradan qaldırılması olması, habelə istər Azərbaycan Respublikasında bərqərar olunmuş və istər Milli, istərsə də, beynəlxalq qanunvericiliyə uyğun olan mənkəmə praktikasına əsasən üzləşdirmə zamanı əldə edilmiş ifadələrin ziddiyyətlərin aradan qaldırılmasında həlledici sübutlardan biri olması Sücaət Hacıyevanın üzləşdirmədən əvvəl verdiyi ifadəsində göstərdiyi və üzləşdirmə zamanı, eləcə də, cinayət təqibinin bundan sonrakı dövründə verdiyi ifadələrində bildirdiyi bir sıra xüsusatlarla kəskin ziddiyyət yaradan xüsusatların ittihamın əsasının formalaşdırılmasında istifadəsi yolverilməz hal olmuşdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə məhz üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 ona qarşı ifadə vermiş Sücaət Hacıyevanı dindirməyə imkanı yaranması nəzərə alaraq, həmin üzləşdirmənin X24 Konvensiyasının 6-cı maddəsinin “d” bəndinin tələblərinə uyğun olduğuna və üzləşdirilən hər iki şəxsin ibtidai istintaqın bundan sonrakı dövründə bütün hüquqları təmin edilməklə verdikləri ifadələrində göstərdikləri xüsuasatları təsdiq etdiklərinə, eləcə də, əksini sübut edəcək başqa dəlil və ya sübutlar müəyyən olunmadığına görə, təqsirləndirilən şəxslərin həmin üzləşdirməyədək istənilən statusda verdilkləri ifadə və məlumatlar mötəbər və özündə həqiqəti əks etdirən sübut kimi qəbul oluna bilməz. Məhkəmə bu qənaətə gələrkən həmçinin qeyd edir ki, X15 Nuriyevlə üzləşdirilənədək verdiyi ifadəsi iş üzrə mötəbər və həlledici sübut kimi qəbul oluna bilməz. Məhkəmə qeyd edir ki, ibtidai istintaqı zamanı bunu yazılı şəkildə ifadə etməsə də, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 ifadələri arasında olan ziddiyyətin məhz üzləşdirmədə dindirmə yolu ilə aradan qaldırılmasınün mümkünlüyü qənaətinə gələrək, həmin orqana verilmiş prosessual hüquqdan – üzləşdirmə aparmaq hüququndan istifadə edib, onların üzləşdirmədə dindirilməsini həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 235.1-ci madəsinə əsasən ifadələrində əhəmiyyətli ziddiyyətlər olduqda, müstəntiq əvvəl dindirilmiş iki şəxs arasında üzləşdirmə aparmaq hüququna malikdir. Bu da ona dəlalət edir ki, ibtidai istintaq orqanı cinayət işi üzrə hər iki təqsirləndirilən şəxsin onlara irəli sürülmüş ittihamda göstərilən hadisəni qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmələri qənaətinə gəlməkdə hər-hansı qanuni əsası olmamışdır. Məhkəmə Sucayət Hacıyevanın Vəfa Abdulayevadan pul alınması ilə bağlı aralarında baş vermiş dialoqda Nuru Nuriyein adını hallandırması halını da, müzakirə edib, belə hesab edir ki, Təqsirləndirilən şəxs2 rüşvətin alınmasına aiddiyyəti olması digər sübutlarla təkzib olunduğuna görə dialoqun qeydə alındığı səs yazısı Nuru Nuiyevin CMnin 311.3.1-ci maddəsi ilə nəzrədə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi qənaətinə gəlməyə əsas ola bilməz. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə tələblərinə uyğun qaydada təqsirləndirilən şəxslərə irəli sürülmüş ittiham daxilində Təqsirləndirilən şəxs2 ilə X2 törətmiş olduqları əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli CM-in 307.1-ci maddəsinə, Sucayət Hacıyevanın əməli isə CM-in 311.1-ci maddəsinə tövsif edilməlidir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən əsassız olaraq onların hər birinə ayrı-ayrılıqda CM-nin 311.3.1-ci maddəsi ilə ittihamlar irəli sürlümüşdür. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in 311.3.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə CM-in 307.1-ci maddəsi ilə nəzərədə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və məhkum edilməlidirlər. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və X12 əvvəllər məhkumluğu olmamışlar. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 03 mart 2021-ci il tarixli, 12/4 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 iş yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 16 fevral 2021-ci il tarixli, 236 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 iş yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X10 rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 19 may 2021-ci il tarixli, 490 nömrəli arayışdan görünür ki, Ağdaş rayonu, SU-18 qəsəbə sakini, 1951-ci il təvəllüdlü X13 həqiqətən 15.02.2017-ci il tarixdən 29.03.2017-ci il tarixədək Ağdaş RMX PHŞ-in anesteziologiya və reanimasiya şöbəsində “Sağ orta beyin arteriyası hövzəsində işemik insult. Sol tərəfli hemiplegiya və böyrək çatmamazlığı” diaqnozu ilə stasionar müalicədə olmuş, 27.02.2018-ci il tarixdən Tibbi Sosial Ekspert komissiyası tərəfindən 2-ci qrup əillik təyin edilmişdir. Təqsirləndirilən şəxs Nuru Niriyevin məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmiş, onun iş yeri üzrə müsbət səciyyələndirilməsi yüngülləşdirən haldır. Təqsirlənmdirilən şəxs Sücayət Hacıyevanın məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmiş, iş yeri üzrə müsbət səciyyələndirilməsi və ərinin İİ qrup əlil olması məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə qeyd edir ki, məhkəmənin yuxarıda təhlil olunanlara əsasən əsassız hesab etdiyi ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 CM-nin 311.3.1-ci maddəsi ilə irəli sürüldüyü ittihamın mahiyyəti belə olnmuşdur ki, o, vəzifəli şəxs qismində digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində özü və üçüncü şəxs üçün birbaşa yolla qeyrisi vasitəsilə maddi neməti rüşvət qismində istəməklə almışdır. Belə ki, Təqsirləndirilən şəxs2 23 fevral 2018-ci il tarixdən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsində işləyərkən, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsin 27 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 1 nömrəli əlavə - Vəzifə təlimatına əsasən, xəstəxananın işini təşkil etmək və ona rəhbərlik etmək, X7 sədri tərəfindən təyin edilən şəxslər istisna olmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada digər işçiləri vəzifəyə təyin etmək və vəzifədən azad etmək, səlahiyyətləri daxilində icrası məcburi olan əmr, sərəncam və yazılı göstərişlər vermək, onların icrasını təşkil etmək və nəzarəti həyata keçirmək, səlahiyyətləri daxilində korrupsiyaya və maraqlar toqquşmasına qarşı tədbirlər görmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi 26 oktyabr 2020-ci il tarixdən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdə İnsan resursları şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, həmin publik hüquqi şəxsin X28 Sağlamlıq Mərkəzi bölməsinin komendantı vəzifəsində işləyən Şahid vəzifəsinin dəyişdirilməsində köməklik göstərilməsinə dair 2020ci ilin dekabr ayının əvvəllərində qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsi ilə özünə müraciəti ilə əlaqədar sonuncu ilə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə edəcəkləri hərəkət, yəni Şahid həmin vəzifədən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Uşaq şöbəsində sanitar vəzifəsinə keçirilməsi müqabilində özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla sonuncu vasitəsilə maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini 2020-ci ilin dekabr ayının əvvəllərində “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Ağdaş şəhəri, Heydər Əliyev prospekti 185 ünvanında yerləşən inzibati binasında Şahid rüşvət qismində istəyərək razılığını alıb, həmin niyyətlə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində 23 dekabr 2020-ci il və 30 dekabr 2020ci il tarixlərində Şahid hər dəfəsində 500 (beş yüz) manat olmaqla, iki dəfəyə ümumilikdə maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla sonuncu vasitəsilə rüşvət qismində alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etmiş, aldığı rüşvət müqabilində verdiyi vədi yerinə yetirmək üçün Şahid 5 yanvar 2021-ci il tarixdən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Uşaq şöbəsinin Sanitar qadın (sanitar) vəzifəsinə keçirilməsinə dair 4 yanvar 2021-ci il tarixli 21-K nömrəli əmri imzalamışdır. Məhz yuxarıda göstərilən və yuxarıda təhlili aparılmış sübutlara əsasən məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanının CM-in 311.3.1-ci maddəsi ilə irəli sürdüyü bu ittihamın əsassız olduğu və Təqsirləndirilən şəxs2 təqsirli olaraq məhz CM-nin 307.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi qənaətinə gəlmişdir. Bu isə onu göstərir ki, məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə tam sübut olunmuşdur ki, Təqsirləndirilən şəxs2 ağır cinayətin törədilməsini bilərək həmin cinayət barəsində qəsdən məlumat verməmişdir. Belə ki, o, 23 fevral 2018-ci il tarixdən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsində işləyərkən 07 fevral 2019cu il tarixdən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Əməyin mühafizə bölməsinin müdiri vəzifəsində işləməklə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Təqsirləndirilən şəxs2 26 oktyabr 2020-ci il tarixli, 2514-K nömrəli əmri ilə həmin publik hüquqi şəxsin İnsan resursları şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edərkən, sonuncu tərəfindən 12 noyabr 2018-ci il tarixdə təsdiq edilmiş İnsan resursları şöbəsinin müdirinin vəzifə təlimatına əsasən, müəssisənin məqsədləri, strategiyası və profilinə uyğun olaraq tələb olunan peşə və ixtisasların kadrları ilə komplektləşdirilməsi, kadrların kəmiyyət və keyfiyyət tərkibi haqqında məlumatlar bankının formalaşdırılması, onların inkişafı və irəli çəkilməsi üzrə işə rəhbərlik etmək, müəssisə daxilində mövcud vakansiyalar barədə işçilərin məlumatlandırılmasını, kadrlarla təmin olunması, mənbələrini, işçilərin cəlb edilməsi barədə elanların yerləşdirilməsi üçün kütləvi informasiya vasitələrindən istifadə olunmasını təşkil etmək, müəssisənin kadr siyasətinin və kadr strategiyasının işlənib hazırlanmasında iştirak etmək, ixtisaslarının, şəxsi və iş keyfiyyətlərinin qiymətləndirilməsi əsasında kadrların seçilməsi, qəbul edilməsi və yerləşdirilməsi üzrə işi həyata keçirmək, cavan işçilərin qəbulu və yerləşdirilməsini təmin etmək, əmək qanunvericiliyinə, əsasnamələrə, təlimatlara və müəssisənin rəhbərinin əmrlərinə uyğun olaraq işçilərin qəbulu, başqa işə keçirilməsi, azad edilməsinin vaxtında rəsmiləşdirilməsini və kadrlar üzrə müəyyən olunmuş sənədləşdirmənin aparılmasını təşkil etmək, kadrların seçilməsi və yerləşdirilməsində iştirak etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs olan Təqsirləndirilən şəxs1 həmin publik hüquqi şəxsin X28 Sağlamlıq Mərkəzi bölməsinin komendantı vəzifəsində işləyən Şahid“Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Uşaq şöbəsinin Sanitar qadın (sanitar) vəzifəsinə keçirilməsi üçün sonucudan rüşvət qismində 1000 AZN (min manat) pul aldığı barədə 24 dekabr 2020-ci il tarixdə bu publik hüquqi şəxsin Ağdaş şəhəri, Heydər Əliyev prospekti 185 ünvanında onun xidməti otağında ona məlumat verdikdən sonra pulu qaytarmağı tələb etsə də, Sücayət Hacıyevanın ağır cinayət olan rüşvət alma cinayətini törətməsini bildiyi halda bu ağır cinayətin törədilməsi barədə qəsdən müvafiq hüquq-mühafizə orqanlarına xəbər verməmişdir. Bundan başqa məhkəmə qeyd edir məhkəmənin yuxarıda təhlil olunanlara əsasən əsassız hesab etdiyi ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs1, CM-in 311.3.1-ci maddəsi ilə irəli sürüldüyü ittihamın mahiyyəti belə olnmuşdur ki, o, o, vəzifəli şəxs qismində digər vəzifəli şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində özü və üçüncü şəxs üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində istəməklə almışdır. Belə ki, Təqsirləndirilən şəxs1 07 fevral 2019-cu il tarixdən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Əməyin mühafizə bölməsinin müdiri vəzifəsində işləməklə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Təqsirləndirilən şəxs2 26 oktyabr 2020-ci il tarixli, 2514-K nömrəli əmri ilə həmin publik hüquqi şəxsin İnsan resursları şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edərkən, sonuncu tərəfindən 12 noyabr 2018-ci il tarixdə təsdiq edilmiş İnsan resursları şöbəsinin müdirinin vəzifə təlimatına əsasən, müəssisənin məqsədləri, strategiyası və profilinə uyğun olaraq tələb olunan peşə və ixtisasların kadrları ilə komplektləşdirilməsi, kadrların kəmiyyət və keyfiyyət tərkibi haqqında məlumatlar bankının formalaşdırılması, onların inkişafı və irəli çəkilməsi üzrə işə rəhbərlik etmək, müəssisə daxilində mövcud vakansiyalar barədə işçilərin məlumatlandırılmasını, kadrlarla təmin olunması, mənbələrini, işçilərin cəlb edilməsi barədə elanların yerləşdirilməsi üçün kütləvi informasiya vasitələrindən istifadə olunmasını təşkil etmək, müəssisənin kadr siyasətinin və kadr strategiyasının işlənib hazırlanmasında iştirak etmək, ixtisaslarının, şəxsi və iş keyfiyyətlərinin qiymətləndirilməsi əsasında kadrların seçilməsi, qəbul edilməsi və yerləşdirilməsi üzrə işi həyata keçirmək, cavan işçilərin qəbulu və yerləşdirilməsini təmin etmək, əmək qanunvericiliyinə, əsasnamələrə, təlimatlara və müəssisənin rəhbərinin əmrlərinə uyğun olaraq işçilərin qəbulu, başqa işə keçirilməsi, azad edilməsinin vaxtında rəsmiləşdirilməsini və kadrlar üzrə müəyyən olunmuş sənədləşdirmənin aparılmasını təşkil etmək, kadrların seçilməsi və yerləşdirilməsində iştirak etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib, həmin publik hüquqi şəxsin X28 Sağlamlıq Mərkəzi bölməsinin komendantı vəzifəsində işləyən Şahid vəzifəsinin dəyişdirilməsində köməklik göstərilməsinə dair 2020-ci ilin dekabr ayının əvvəllərində özünün vasitəsi ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 müraciəti ilə əlaqədar sonuncu ilə aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq, xidməti vəzifələrinin icrası ilə edəcəkləri hərəkət, yəni Şahid həmin vəzifədən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Uşaq şöbəsində sanitar vəzifəsinə keçirilməsi müqabilində özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün maddi nemət olan 1.000 (bir min) manat məbləğində, həmçinin, sonuncu ilə aralarında olan ümumi cinayətkar niyyətdən kənar olaraq, özü üçün əlavə 200 (iki yüz) manat olmaqla, ümumilikdə 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini birbaşa yolla şəxsən 2020-ci ilin dekabr ayının əvvəllərində “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Ağdaş şəhəri, Heydər Əliyev prospekti 185 ünvanında yerləşən inzibati binasında Şahid rüşvət qismində istəyərək razılığını alıb, həmin niyyətlə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində 23 dekabr 2020-ci il və 30 dekabr 2020-ci il tarixlərində Şahid hər dəfəsində 500 (beş yüz) manat olmaqla, iki dəfəyə ümumilikdə maddi nemət olan 1.000 (bir min) manat məbləğində pul vəsaitini özü və qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 üçün birbaşa yolla şəxsən rüşvət qismində almaqla qabaqcadan əlbir olduğu sonuncu ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək Şahid kadr sənədlərini hazırladıqdan sonra Təqsirləndirilən şəxs2 Şahid 5 yanvar 2021-ci il tarixdən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Uşaq şöbəsinin Sanitar qadın (sanitar) vəzifəsinə keçirilməsinə dair 4 yanvar 2021-ci il tarixli 21-K nömrəli əmri imzalamışdır. Məhz yuxarıda göstərilən və yuxarıda təhlili aparılmış sübutlara əsasən məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanının CM-nin 311.3.1-ci maddəsi ilə irəli sürdüyü bu ittihamın əsassız olduğu və onun təqsirli olaraq CM-nin 311.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi qənaətinə gəlmişdir. Bu isə onu göstərir ki, məhkəmədə tədqiq edilmiş sübutların məcmusu ilə tam sübut olunr ki, X9 vəzifəli şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi hərəkət müqabilində özü üçün birbaşa yolla şəxsən maddi neməti rüşvət qismində istəməklə almışdır. Belə ki, X9 07 fevral 2019-cu il tarixdən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Əməyin mühafizə bölməsinin müdiri vəzifəsində işləməklə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Təqsirləndirilən şəxs2 26 oktyabr 2020-ci il tarixli, 2514-K nömrəli əmri ilə həmin publik hüquqi şəxsin İnsan resursları şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edərkən, sonuncu tərəfindən 12 noyabr 2018-ci il tarixdə təsdiq edilmiş İnsan resursları şöbəsinin müdirinin vəzifə təlimatına əsasən, müəssisənin məqsədləri, strategiyası və profilinə uyğun olaraq tələb olunan peşə və ixtisasların kadrları ilə komplektləşdirilməsi, kadrların kəmiyyət və keyfiyyət tərkibi haqqında məlumatlar bankının formalaşdırılması, onların inkişafı və irəli çəkilməsi üzrə işə rəhbərlik etmək, müəssisə daxilində mövcud vakansiyalar barədə işçilərin məlumatlandırılmasını, kadrlarla təmin olunması, mənbələrini, işçilərin cəlb edilməsi barədə elanların yerləşdirilməsi üçün kütləvi informasiya vasitələrindən istifadə olunmasını təşkil etmək, müəssisənin kadr siyasətinin və kadr strategiyasının işlənib hazırlanmasında iştirak etmək, ixtisaslarının, şəxsi və iş keyfiyyətlərinin qiymətləndirilməsi əsasında kadrların seçilməsi, qəbul edilməsi və yerləşdirilməsi üzrə işi həyata keçirmək, cavan işçilərin qəbulu və yerləşdirilməsini təmin etmək, əmək qanunvericiliyinə, əsasnamələrə, təlimatlara və müəssisənin rəhbərinin əmrlərinə uyğun olaraq işçilərin qəbulu, başqa işə keçirilməsi, azad edilməsinin vaxtında rəsmiləşdirilməsini və kadrlar üzrə müəyyən olunmuş sənədləşdirmənin aparılmasını təşkil etmək, kadrların seçilməsi və yerləşdirilməsində iştirak etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi həmin publik hüquqi şəxsin X28 Sağlamlıq Mərkəzi bölməsinin komendantı vəzifəsində işləyən Şahid vəzifəsinin dəyişdirilməsinə Nuru Nuryevin də, iradəsinin olduğunu və vakansiya yarandıqda bunu edəcəyini sonuncudan öyrəndikdən sonra xidməti vəzifələrinin icrası ilə edəcəkləri hərəkət, yəni Şahid həmin vəzifədən “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Uşaq şöbəsində sanitar vəzifəsinə keçirilməsi müqabilində Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Təqsirləndirilən şəxs2 vermək adı altında 2020-ci ilin dekabr ayının əvvəllərində “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Ağdaş şəhəri, Heydər Əliyev prospekti 185 ünvanında yerləşən inzibati binasında Şahid 1200 manat rüşvət qismində istəyərək razılığını alıb, həmin niyyətlə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində 23 dekabr 2020-ci il və 30 dekabr 2020-ci il tarixlərində Şahid hər dəfəsində 500 (beş yüz) manat olmaqla, iki dəfəyə ümumilikdə maddi nemət olan 1000 AZN (min manat) məbləğində pul vəsaitini qəsdən özü üçün birbaşa yolla şəxsən rüşvət qismində almışdır. Bununla da, Təqsirləndirilən şəxs1 CM-nin 311.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Buna görə də, ittihamın qalan hissəsi xaric edilir. Qeyd edilənlərə əsasən N.Nuryevin əməlinin tövsifi dəyişdirilməklə o, CM-in 307.1ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 əməlinin tövsifi isə dəyişdirilməklə o, CM-in 311.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdırlar. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların hər birinin ayrı-ayrlılıqda şəxsiyyətini, hər birinə aid cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm hazırki iş üzrə hər bir məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 cəza təyini ilə bağlı məsələni müzakirə edərək ona əsas cəza olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini və onun bu cəzanı çəkmədən də, islah oluna biləcəyi nəzərə alınaraq barəsində CM-in 70.1ci maddəsi tətbiq edilməklə bu cəzanın şərti hesab olunmasını və ona sınaq müddətinin təyin olunmasını, habelə sınaq müddəti dövründə üzərinə qanunvericiliklə nəzərdə tutulmuş vəzifə - sınaq müddətində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini və işləyəcəyi halda iş yerini dəyişməmək vəzifəsinin qoyulmasını, eləcə də, ona əlavə cəza - dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, o cümlədən səhiyyə sahəsində rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əlavə cəza təyin edərkən nəzərə alır ki, "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-nin 46.3-cü maddəsinə əsasən isə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs2 məhz hansı növ cəzanın təyin olunmasını müzakirə edərkən yuxarıda qeyd olunanlarla yanaşı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyul 2003-cü il tarixli qərarının 2-ci bəndində cəzanın birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməli olmasına dair tövsiyəsini nəzərə alır. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 şəxsiyyəti və ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini təqsirləndirilən şəxsin təqsirli bilindiyi maddəinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasına məhkum ediləyəcəyi halda islah oluna biləcəyinə dəlalət edir. Çünki, adıçəkilən qərarın 2-ci bəndində göstərilən digər bir tövsiyəyə görə şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri nəzərdə tutulursa, hökm çıxarılarkən, azadlıqdan məhrumetmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Odur ki, Təqsirləndirilən şəxs2 cərimə cəzası təyin olunmalı və o, cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına ödəməlidir. Məhkəmə qeyd edir ki, bu nəticələrə gələrkən məhkəmə “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamında qeyd edilmiş tövsiyyələri nəzərə almışdır. CM-in 99-1.1.-ci maddəsinə əsasən X2 cinayət yolu ilə əldə etdiyi 1000 (min) manat pul vəsaiti xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə maddi sübut olan Şahid təqdim etdiyi səs yazıları olan 1 ədəd disk, “Azercell” mobil operatorundan daxil olmuş telefon məlumatlarının əks olunduğu 1 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum olunsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi qüvvəsində saxlanılsın. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddəti dövründə X2 davranışı üzərində nəzarətin həyata keçirilməsi onun daimi yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən X2 üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun. X4 tətbiq olunan sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan Şahid təqdim etdiyi səs yazıları olan 1 ədəd disk, “Azercell” mobil operatorundan daxil olmuş telefon məlumatlarının əks olunduğu 1 ədəd disk iş materiallarında saxlanılsın. X2 cinayət yolu ilə əldə etdiyi 1000 (min) manat pul vəsaiti xüsusi müsadirə olunaraq məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Rəşad Əliyev (məruzəçi) Bilal Məmmədov Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-120/2021
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-120/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver