Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-19/2025 13.06.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər – “Leqal Servis” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Balakən rayon Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakı ilə, xx xxxxxx 1964-cü ildə Qusar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Meşə fondundan istifadə şöbəsinin rəisi vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X4 saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 308.2, 311.3.1 və 311.3.2-ci maddələri ilə, xx xxxxx 1987-ci ildə Zaqatala rayonunun Muxax kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional X11 direktoru vəzifəsində işləmiş, Zaqatala rayonunun Muxax kəndində qeydiyyatda olmaqla həbs olunanadək həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X4 saxlanılan Təqsirləndirilən şəxs2 xx xxxx 1972-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Zaqatala Regional X11 direktor müavini vəzifəsində işləmiş, Zaqatala rayonunun Yuxarı Tala kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 311.3.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs3 vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü və üçüncü şəxslər üçün birbaşa yolla şəxsən maddi neməti vahid niyyətlə rüşvət qismində istəyərək təkrarən almış, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 28 iyun 2022-ci il tarixli, 613-K nömrəli əmrə əsasən həmin tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi X22 Xidmətinin Meşə Fondundan istifadə şöbəsinin müdiri vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən meşə quruluşu işlərinin aparılmasına nəzarət etmək, onların təkmilləşdirilməsi barədə təkliflər vermək, meşə qulluq, həmçinin meşələrin tör-töküntüdən təmizlənməsi işlərinin aparılması üçün təqdim edilmiş hesabatları təhlilinə və oduncaq buraxılmasına nəzarət etmək, meşələrin müasir vəziyyətinin öyrənilməsi, inventarizasiya olunması, yeni meşə quruluşu layihələrinin hazırlanmasına dair rəy verilməsi, meşə fondunun dövlət uçotunun və kadastrının aprılmasına nəzarət edilməsi, cari il üçün aralıq istifadə üçün qırmalar, meşələrin törtöküntüdən təmizlənməsi hesabına tədarük ediləcək oduncaq barədə plan və proqnozların təsdiqi üçün təqdim edilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi zidd istifadə edərək, xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə, yəni Bakı şəhər sakini Şahid1 Rafael oğlunun 24 avqust 2023-cü il tarixdə özünə 35 m3 işlik fıstıq ağacının ayrılması barədə müraciətindən sonra sonuncuya Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 Xidməti ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X10” publik hüquqi şəxs arasında bağlanmış əmlakın hərraclar vasitəsi ilə satışının həyata keçirilməsinə dair 01 iyun 2022-ci il tarixli 02 nömrəli müqaviləyə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işlik ağac satışı ilə bağlı hərraca çıxarılacaq 35 m3 işlik fıstıq ağacının alınmasını təşkil edəcəyini bildirib bu hərəkətinə görə Şahid1 özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 4.000 (dörd min) manat məbləğində pul vəsaitini ünvan 2 ünvanında yerləşən Meşələrin İnkişafı Xidmətinin inzibati binasındakı xidməti otağında rüşvət qismində istəyib, Şahid1 razılığını alaraq həmin niyyətlə 26 avqust 2023-cü il tarixdə 1.000 (bir min) manat, 07 sentyabr 2023-cü il tarixdə 2.000 (iki min) manat olmaqla, maddi nemət olan cəmi 3.000 (üç min) manat pul vəsaitini edəcəyi qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla, şəxsən vahid niyyətlə Şahid1 qeyd edilən ünvanda yerləşən xidməti otağında rüşvət qismində almış, həmin hərəkətləri ilə Respublikada ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin vəhdəti olan meşə fondu torpaqlarının qorunması və bərpası sahəsində dövlət siyasətini həyata keçirən orqan kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində Meşələrin İnkişafı Xidmətinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən təkrarən qeyd edilən səlahiyyətlərə malik vəzifəli şəxs qismində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkşafı Xidmətinin Zaqatala Regional X11 direktoru Təqsirləndirilən şəxs2 və Zaqatala Regional X11 direktor müavini Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib özü və əlbir olduğu şəxslər üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə edərək, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə, yəni Bakı şəhər sakini Şahid1 Rafael oğlunun 2023-cü ilin sentyabr ayında özünə 20 m3 işlik fıstıq ağacının ayrılması barədə müraciətindən sonra qabaqadan əlbir olub sövdələşdiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la aralarında əldə olunmuş razılaşmaya, yəni Şahid1 Ekologiya və Təbii Sərvətlər Nazirliyi X22 Xidməti ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X10” publik hüquqi şəxs arasında bağlanmış əmlakın hərraclar vasitəsi ilə satışının həyata keçirilməsinə dair 01 iyun 2022-ci il tarixli 02 nömrəli müqaviləyə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işlik oduncaq hərrac vasitəsilə satılmalı olduğu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışı Qaydaları”na əsasən meşə istifadəçiləri köküstü oduncaq buraxılışı haqqında yerli meşə təsərrüfatı müəssisəsinə ərizə ilə müraciət etməli və meşə təsərrüfatı müəssisəsi meşə istifadəçisinin tələbatını, istifadəsinin məqsədyönlüyünü və qırmanın miqdarını nəzərə almaqla bir ay müddətində qırma sahəsinin ayrılması haqqında ərizəçiyə rəsmi məlumat verməli olduğu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 1994-cü il tarixli 312 nömrəli qərarı ilə təsdiq edilmiş “Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxları”na əsasən hesablanmalı olduğu halda qabaqcadan əldə edilmiş razılaşmaya əsasən hərracdan kənar və müqavilə bağlamadan qeyri-rəsmi olaraq Zaqatala Regional X11 ərazisindən 3000 (üç min) manat məbləğində rüşvət alınması müqabilində 20 m3 işlik fıstıq ağacı verilməsi ilə bağlı Zaqatala X11 direktoru Təqsirləndirilən şəxs2 və sonuncu vasitəsilə Mərkəzin direktor müavini Təqsirləndirilən şəxs1 tapşırıq verdikdən sonra Təqsirləndirilən şəxs2 Şahid1 20 m3 işlik fıstıq ağacının qeyri-rəsmi verilməsini təşkil edəcəyini bildirib qeyd edilən bilə-bilə qanunsuz hərəkətə görə sonuncudan özü və əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla şəxsən maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini 2023-cü ilin oktyabr ayında aralarında olan telefon danışığı zamanı Zaqatala şəhərində rüşvət qismində istəyərək, sonuncunun razılığını alıb sövdələşərək, həmin niyyətlə 16 oktyabr 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən X11 inzibati binasında xidməti otağında qabaqcadan əlbir olub cinayətkar əlaqəyə girdiyi Mərkəzin direktor müavini Təqsirləndirilən şəxs1 iştirakı ilə 2.000 (iki min) manat, eyni niyyətlə 16 noyabr 2023-cü il tarixdə qeyd edilən ünvanda qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsilə sonuncunun xidməti otağında 1.000 (bir min) manat olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında özü, sonuncu və Təqsirləndirilən şəxs2 üçün Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan cəmi 3.000 (üç min) manat məbləğində pul vəsaitini vahid niyyətlə Şahid1 təkrarən rüşvət qismində almış, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Respublikada ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin vəhdəti olan meşə fondu torpaqlarının qorunması və bərpası sahəsində dövlət siyasətini həyata keçirən orqan kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Meşələrin İnkişafı Xidmətinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs2 vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü və üçüncü şəxslər üçün birbaşa yolla şəxsən və qeyrisi vasitəsilə maddi neməti vahid niyyətlə rüşvət qismində istəyərək almış, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 26 iyul 2022-ci il tarixli əmrə əsasən həmin tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 Xidmətinin Zaqatala Regional X11 direktoru vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən xidməti ərazisində meşələrin qorunub mühafizə edilməsi, onların bərpası, yeni meşə sahələrinin salınması işlərini, aralıq istifadə üçün aparılan qırmaları və sanitar qırmalarını, bundan əldə edilən oduncağın (işlik, odun, şax və çırpı), həmçinin ikinci dərəcəli meşə ehtiyatlarının və meşədən əlavə istifadə zamanı əldə olunan məhsulların tədarükünə və istifadəsinə aid olan fəaliyyəti, o cümlədən meşə fondu torpaqlarından istifadəyə nəzarəti həyata keçirilməsi, mərkəzin bütün maliyyə və təsərrüfat fəaliyyətinə rəhbərlik edilməsi, istehsal sahələrinin və digər struktur bölmələrinin işinin təşkil edilməsi, meşələrin yanğınlardan, ziyanvericilərdən, xəstəliklərdən, habelə meşə qanunvericiliyinin pozulması hallarından qorunması üzrə bütün tədbirlərin həyata keçirilməsinə ümumi rəhbərlik və nəzarət edilməsi, meşə fondundan səmərəli istifadə olunmasına, meşə istifadəçiləri tərəfindən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl edilməsinə, həmçinin meşə fondundan istifadə üçün haqqın müəyyən olunmuş müddətdə ödənilməsinə nəzarət edilməsi, meşə qanunvericiliyinin pozulması hallarına dair aparılan bütün növ yoxlamalara nəzarət edilməsi, Mərkəz ərazisində qırma sahələrinin düzgün seçilib ayrılmasına, təyin olunmuş ağacların həcm və nırx qiymətlərinin düzgün hesablanmasına, oduncağın tədarükü və daşınması texnologiyasına, ikinci dərəcəli meşə ehtiyyatlarının tədarükün və meşədən əlavə istifadənin müəyyən edilmiş qaydalarına və şərtlərinə düzgün əməl olunmasına nəzarət etmək və ümumi rəhbərliyi həyata keçirilməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi özü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 Xidmətinin Zaqatala Regional X11 direktor müavini vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 və tabeçilik münasibətləri olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Meşə fondundan istifadə şöbəsinin rəisi Təqsirləndirilən şəxs3 üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə edərək, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə, yəni Bakı şəhər sakini Şahid1 2023-cü ilin sentyabr ayında əlbir olduğu Təqsirləndirilən şəxs3 vasitəsi ilə hərracdan kənar 20 m3 işlik fıstıq ağacının ayrılması barədə müraciətindən sonra sonuncu ilə aralarında əldə olunmuş razılaşmaya, yəni Şahid1 Ekologiya və Təbii Sərvətlər Nazirliyi X22 Xidməti ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X10” publik hüquqi şəxs arasında bağlanmış əmlakın hərraclar vasitəsi ilə satışının həyata keçirilməsinə dair 01 iyun 2022-ci il tarixli 02 nömrəli müqaviləyə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işlik oduncaq hərrac vasitəsilə satılmalı olduğu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışı Qaydaları”na əsasən meşə istifadəçiləri köküstü oduncaq buraxılışı haqqında yerli meşə təsərrüfatı müəssisəsinə ərizə ilə müraciət etməli və meşə təsərrüfatı müəssisəsi meşə istifadəçisinin tələbatını, istifadəsinin məqsədyönlüyünü və qırmanın miqdarını nəzərə almaqla bir ay müddətində qırma sahəsinin ayrılması haqqında ərizəçiyə rəsmi məlumat verməli olduğu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 1994-cü il tarixli 312 nömrəli qərarı ilə təsdiq edilmiş “Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxları”na əsasən hesablanmalı olduğu halda qabaqcadan əldə edilmiş razılaşmaya əsasən hərracdan kənar və müqavilə bağlamadan qeyri-rəsmi olaraq Zaqatala Regional X11 ərazisindən 3000 manat məbləğində rüşvət müqabilində 20 m3 işlik fıstıq ağacı verilməsi ilə bağlı sövdələşmədən sonra Şahid1 20 m3 işlik fıstıq ağacının verilməsini təşkil edəcəyini bildirib qeyd edilən bilə-bilə qanunsuz hərəkətə görə sonuncudan özü və əlbir olduğu Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üçün birbaşa yolla şəxsən maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini 2023-cü ilin oktyabr ayında aralarında olan telefon danışığı zamanı rüşvət qismində istəyərək, sonuncunun razılığını alıb sövdələşərək, həmin niyyətlə 16 oktyabr 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən X11 inzibati binasında xidməti otağında Təqsirləndirilən şəxs1la birlikdə 2.000 manat, eyni niyyətlə 16 noyabr 2023-cü il tarixdə qeyd edilən ünvanda qabaqcadan əlbir olduğu Mərkəzin direktor müavini Təqsirləndirilən şəxs1 vasitəsilə sonuncunun xidməti otağında 1.000 manat olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncu, özü və Təqsirləndirilən şəxs3 üçün birbaşa yolla, şəxsən və Təqsirləndirilən şəxs1 vasitəsilə maddi nemət olan cəmi 3.000 (üç min) manat məbləğində pul vəsaitini vahid niyyətlə Şahid1 rüşvət qismində almış, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Respublikada ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin vəhdəti olan meşə fondu torpaqlarının qorunması və bərpası sahəsində dövlət siyasətini həyata keçirən orqan kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində Meşələrin İnkişafı Xidmətinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs1 vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü və üçüncü şəxslər üçün birbaşa yolla şəxsən maddi neməti vahid niyyətlə rüşvət qismində istəyərək almış, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə 12 avqust 2022-ci il tarixli 814/k nömrəli əmrə əsasən həmin tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 Xidmətinin Zaqatala Regional X11 direktor müavini vəzifəsində işləyərkən vəzifə təlimatına əsasən meşə fondunun qorunub mühafizə olunması üzrə texniki təlimat, qayda və digər direktiv göstərişlərə riayət edilməsinə və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək, Mərkəzin əməkdaşlarının xidməti istifadəsində olan meşə damğalarının Təlimatın tələblərinə uyğun olaraq istifadə etməsinə nəzarət etmək, qanunvericilik üzrə məlumatlandırma və maarifləndirmə işlərini təşkil etmək, Mərkəz üzrə hesablanmış cərimə və ziyanların ödənilməsinə nəzarəti həyata keçirmək, Mərkəz üzrə meşə mühafizə işçilərindən vəzifə öhdəliklərinə dair yerinə yetirilməsi nəzərdə tutulan işlərin icrasını təmin etmək, Mərkəz üzrə damğaların ciddi hesabat uçotu sənədlərinə daxil edilməsini, saxlanılması, uçotunun aparılması, verilməsi və buna nəzarət edilməsini həyata keçirmək, Mərkəzin fəaliyyətinə dair əmr, sərəncam və digər materiallar ilə tanış olmaq, Mərkəzdə aparılan bütun meşə təsərrüfatı tədbirlərinin qüvvədə olan Təlimata uyğun aparılmasına nəzarət etmək və görülmüş işləri naturada yoxlamaq, Meşə qanunvericiliyinin pozulması hallarını öz səlahiyyəti daxilində araşdırmaq və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi özü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 Xidmətinin Zaqatala Regional X11 direktoru vəzifəsində işləyən Təqsirləndirilən şəxs2 və tabeçilik münasibətləri olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Meşə fondundan istifadə şöbəsinin rəisi Təqsirləndirilən şəxs3 üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd istifadə edərək, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə, yəni Bakı şəhər sakini Şahid1 2023-cü ilin sentyabr ayında əlbir olduğu Təqsirləndirilən şəxs3 vasitəsi ilə hərracdan kənar 20 m3 işlik fıstıq ağacının ayrılması barədə müraciətindən sonra aralarında əldə olunmuş razılaşmaya, yəni Şahid1 Ekologiya və Təbii Sərvətlər Nazirliyi X22 Xidməti ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X10” publik hüquqi şəxs arasında bağlanmış əmlakın hərraclar vasitəsi ilə satışının həyata keçirilməsinə dair 01 iyun 2022-ci il tarixli 02 nömrəli müqaviləyə əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən işlik oduncaq hərrac vasitəsilə satılmalı olduğu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999cu il tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışı Qaydaları”na əsasən meşə istifadəçiləri köküstü oduncaq buraxılışı haqqında yerli meşə təsərrüfatı müəssisəsinə ərizə ilə müraciət etməli və meşə təsərrüfatı müəssisəsi meşə istifadəçisinin tələbatını, istifadəsinin məqsədyönlüyünü və qırmanın miqdarını nəzərə almaqla bir ay müddətində qırma sahəsinin ayrılması haqqında ərizəçiyə rəsmi məlumat verməli olduğu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 1994-cü il tarixli 312 nömrəli qərarı ilə təsdiq edilmiş “Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxları”na əsasən hesablanmalı olduğu halda qabaqcadan əldə edilmiş razılaşmaya əsasən hərracdan kənar və müqavilə bağlamadan qeyri-rəsmi olaraq Zaqatala Regional X11 ərazisindən 3000 manat məbləğində rüşvət müqabilində 20 m3 işlik fıstıq ağacı verilməsi ilə bağlı sövdələşmədən sonra Şahid1 20 m3 işlik fıstıq ağacının verilməsini təşkil edəcəyini bildirib qeyd edilən bilə-bilə qanunsuz hərəkətə görə sonuncudan əlbir olduğu Təqsirləndirilən şəxs2 şəxsən maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitini 2023-cü ilin oktyabr ayında aralarında olan telefon danışığı zamanı rüşvət qismində istəyərək bununla bağlı sonuncunun razılığını almasından sonra, həmin niyyətlə 16 oktyabr 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən X11 inzibati binasında Təqsirləndirilən şəxs2 xidməti otağında sonuncu ilə birlikdə 2.000 manat, eyni niyyətlə 16 noyabr 2023-cü il tarixdə qeyd edilən ünvanda şəxsən xidməti otağında 1.000 manat olmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs halında özü, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üçün birbaşa yolla, şəxsən və Təqsirləndirilən şəxs2 vasitəsilə maddi nemət olan cəmi 3.000 (üç min) manat məbləğində pul vəsaitini vahid niyyətlə Şahid1 rüşvət qismində almış, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Respublikada ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin vəhdəti olan meşə fondu torpaqlarının qorunması və bərpası sahəsində dövlət siyasətini həyata keçirən orqan kimi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində Meşələrin İnkişafı Xidmətinin əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 CM-in 308.2, 311.3.1 və 311.3.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 178.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şəki X24nın direktoru Füzuli Məmmədov ona zəng edərək Şahid1 hərracın keçirilmə qaydalarını öyrənmək üçün onun yanına gələcəyini demiş, o isə həmin qaydaları başqa bir şəxsə izah etmiş, qeyd olunan şəxs də gedib göstərilən qaydaları Şahid1 izah etmişdir. Sonradan Şahid1 onun yanına gələrkən ondan qaydaları izah etməsini xahiş etmiş, o da sonuncuya şəxsiyyət vəsiqəsi və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə rəsmi qeydiyyatdan keçdikdən sonra hərracda iştirak edə biləcəyini demişdir. Şahid1 ona hərracda qalib olmaq istədiyini demiş, o isə hərracda iştirak edərək qalib olmasını demişdir. Bu zaman Şahid1 ona pul təklif etmiş, pula ehtiyacı olduğu üçün bir dəfə 1000 manat məbləğində pulu, bir dəfə də 2000 manat məbləğində pul olmaqla ümumilikdə 3000 manat məbləğində pulu götürmüş, lakin hər hansı şəxslə qabaqcadan əlbir olmamışdır. Hərracların təşkil olunması onun vəzifəsi olmasa da pul qarşılığında o, Şahid1 hərracda qalib gəlməsi ilə bağlı köməklik edəcəyini, hərracda sonuncudan başqa hər hansı şəxsin iştirak etməyəcəyini, nəticədə hərracda qalib gələcəyini vəd etmiş, lakin real olaraq sonuncunun hərracda qalib gəlməsi üçün onun hərraca hər hansı formada təsir etmə vasitəsi olmamışdır. Şahid1 ona Zaqatala rayonunda 35 kub işlik oduncaq almaq istədiyini demiş, o isə oduncağın dəyərinin 10 fazinin X7 köçürməli olduğunu, qalib gələcəyi halda həmin pulun mərkəzdə qalacağını, əks halda isə pulun ona geri qaytarılacağını bildirmişdir. Şahid1 hərracda qalib gəldikdən sonra 10 gün ərzində pulu köçürüb udduğu oduncağı götürməli olduğu halda həmin müddət ərzində zənglərinə cavab verməmiş, sonradan isə onunla əlaqə saxlayıb 7 kub oduncağı götürmək istədiyini demiş, o isə cavab olaraq ondan 35 kub oduncağı götürməsini xahiş etmiş və 7 kub oduncaq üçün isə yenidən hərracda iştirak etməli olduğunu bildirmişdir. Şahid1 ondan hərracdan kənar 20 kub işlik ağac verməsini xahiş etmiş, o isə razı olmamışdır. Şahid1 hərracda udduğu işlik oduncağı Zaqatala şəhərindən götürməli olduğu halda götürmədiyi üçün o, bununla bağlı X9 müdiri ilə danışmış, aralarında başqa məsələ ilə bağlı hər hansı danışıq aprılmamışdır. Odunacağın tədarükü və satışı yerli meşə təsərrüfatı mərkəzləri tərəfindən aparılmış, həmin məsələ ilə bağlı onun hər hansı fəaliyyəti olmamış, hərraclar X10 tərəfindən keçirilmiş, hərrac keçirən təşkilatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibinə daxil olmamış, 13 oktyabr 2023-cü il tarixdə keçirilən hərracda o və işlədiyi nazirliyinin hər hansı əməkdaşı komissiyanın üzvü olmamış, hərracın nəticələrinə təsir etmə imkanı olmamış, hərrac komissiyasının hər hansı üzvünü tanımamış və Şahid1 hərracda qalib gəlməsi üçün komissiyanın hər hansı üzvündən xahiş etməmişdir. Hərracda Şahid1 başqa daha bir nəfər də iştirak etmiş, sonuncu hərracda vəd etdiyi 150 manat məbləğində deyil, 200 manat məbləğində pulun müqabilində qalib gəlmiş, sonuncu hərracda daha yüksək məbləğdə pulun müqabilində qalib gəldiyi üçün narazılıq etmişdir. Hərracdan kənar odunacağın satışı mümkün olmamış, yerli meşə təsərrüfatların özlərinin odunacaq satmaq səlahiyyətləri olmamış, yalnız müsadirə olunmuş və illik qırma həcmini keçməyən oduncağın yerli meşə təsərrüfatları tərəfindən satılması mümkün olmuşdur. İllik meşə qırma həddi ilin əvvəlindən təsdiq olunmuş, həmin hədd çərçivəsində yerli meşə təsərüfatları tərəfindən satıla bilməsi mümkün olmuşdur. Digər təqsirləndirilən şəxslərin Şahid1 pul almasından onun məlumatı olmamış, bu barədə digər təqsirləndirilən şəxslər ona deməmişlər və Şahid1 həmin şəxslərə verdiyi puldan ona hər hansı hissə verilməsi vəd olunmamışdır. Meşələrin İnkişafı Xidməti idarəetmə orqanıdır və regional meşə təsərüfatları hansı həmin idarəyə tabedir. Şahid1 35 kub oduncağı götürməsini demişlər, qalan 20 kub oduncağı isə sonrakı hərracda iştirak edib qalib gəlməsini təklif etmişlər. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la 20 kub oduncağın verilməsi ilə bağlı danışmamış və adları qeyd olunan şəxslərlə aralarında pul məsələsi ilə bağlı razılaşma olmamışdır. Bir il əvvəldən meşə təsərüfatı mərkəzləri qırma sahələri ayıraraq hesabatı xidmətə təqdim etmişlər. Hesabat xidmət tərəfindən araşdırıldıqdan sonra illik meşəqırma həcmi müəyyən olunmuşdur. Meşəqırma həcmi müəyyən olunduqdan sonra həmin hesabat X7 göndərilir. İşlik ağacı hər hansı şəxs özbaşına satmaq istədiyi halda bu fakt qsa müddətə müəyyən olunur. İşlik ağacın sayı və həcmi dəqiqdir, hər hansı şəxs kənar yerə sata bilməz. İşlik oduncağın qanunsuz satışının qarşısını almaq məqsədilə son iki ildə satışlar ancaq hərraclar vasitəsilə aparılmış, hərraclar keçirilməmişdən əvvəl isə X24 mərkəzləri satışı həyata keçirmişlər. Fiziki və ya hüquqi şəxslə müqavilə bağlanılmış, pul köçürüldükdən sonra isə satış həyat keçirilmişdir. Əvvəllər müqavilə fiziki və ya hüquqi şəxslə X24 idarəsi arasında bağlanmış, ilin sonunda kimə hansı həcmdə işlik oduncaən satılması dəqiqləşdirilmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələri arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunaraq tədqiq edilmiş və o, həmin ifadələrində göstərmişdir ki, 2001-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif vəzifələrdə işləmiş, 2022-ci ildən isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi X22 Xidmətinin Meşə fondundan istifadə şöbəsinin müdiri vəzifəsində işləmişdir. Meşələrin İnkşafı Xidməti meşələrin mühafizəsi, qorunması, meşə bərpa tədbirlərinin aparılması, meşədən əlavə istifadə üzrə ot tədarükü, meyvə tədarükü, oduncaq hazırlığı, meşə ərazilərində yanğına qarşı mübarizə tədbirlərinin görülməsini həyata keçirir. Adı qeyd edilən Xidmətin 4 şöbə və 1 sektoru vardır. Xidmət Meşə mühafizə şöbəsi, Meşə bərpa şöbəsi, Hüquqi təminat, İnsan resursları və sənədlərlə iş şöbəsi və maliyyə sektorundan ibarətdir. Xidmətin əsasnaməsinə əsasən Meşə fondundan istifadə şöbəsi meşələrdə qırma sahələrinin ayrılması və istifadəsi, meşədən əlavə istifadə, meşə fondu torpaqlarının icarəyə verilməsindən ibarətdir. “Meşəqırma həcminin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyun 2000-ci il tarixli 99 nömrəli Qərarına əsasən illik qırma həcmi 64.000 kub metr müəyyən edilmişdir. Buna müxtəlif növ ağaclar daxildir. Həmin qırmalar meşələrin sanitar vəziyyətinin yaxşılaşdırması məqsədilə aparılır. Bu qırmalardan alınan işlik qırmanın yəni (parket, qapı və sair hazırlamaq üçün) həcmi 3.000-4.000 kub metr arasında olur. Həmin işlik oduncaq da hərrac vasitəsilə satılır. Meşə fondundan istifadə şöbəsi işlik oduncağın həcmi miqdarı və ilkin qiyməti müəyyən etməklə bu barədə Əmlak Məsələləri Dövlət Xidməti yanında X7 məlumat verir. Qeyd edilən məlumatlar qırmaların başlandığı vaxtdan sonra verildiyindən müxtəlif dövrlərdə olur. Respublika ərazisində 15 X24 mərkəzləri mövcuddur. Həmin mərkəzlərin müdirləri hər il Xidmətə qırmaların həcmi barədə hesabat təqdim edirlər. Həmin hesabat əsasında illik işlik və odunun həcmi müəyyən edilir. Əmlak Məsələləri Dövlət Xidməti yanında X7 müvafiq məlumatı təqdim etdikdən sonra X10 hərracı elan edir. Elan bir ay müddətində özlərinin saytında qüvvədə olur. Ayın son 3 iş gününə qədər hərracda qeydiyyatdan keçilməlidir. Hərracda yalnız vergi orqanlarında qeydiyyatdan keçmiş fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Hərrac 4.000 kub metrə görə 3 dəfə keçirilir. Hər hərracda 30- 60 lot keçirilir. Hər hərracda 1000 kub satışa çıxarılır. 2023-cü ilin avqust ayının sonunda Şəki Regional X11 direktoru X20 onun istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsinə 051 ***-**-** mobil telefon nömrəsindən zəng edib tanışının hərracda iştirak edib fıstıq, yalanqoz ağacları almaq istədiyini bildirmiş və ona həmin şəxsə hərracdan iştirakın yollarını və tələb olunan sənədləri izah etməyi xahiş etmişdir. Füzuli Məmmədovla danışıqdan bir həftə sonra həmin şəxs Şahid1la onun iş yerinə yanına gəlmişlər. O və Şahid1 35 kub metr işlik oduncaq (fıstıq ağacından) almaq istədiklərini bildirmiş, onlara yaxın vaxtlarda hərrac keçiriləcəyini bildirib hərracda iştirak etmələrini izah etmişdir. Şahid1 Füzuli Məmmədovun yaxın adamı olduğunu bildirib 35 kub işlik fıstıq ağacına görə hörməti nədisə edə biləcəyini demiş, birinci dəfə Şahid1la pul söhbəti etməyərək hərracda iştirak etməli olduğunu bildirmişdir. İkinci dəfə 2023-cü ilin sentyabr ayında Şahid1 tək onun yanına iş yerinə gəlib hərracda qalib olmaq üçün müəyyən qədər pul vermək istədiyini bildirmişdir. Şahid1 kənar iştirakçıları hərracdan yayındıra biləcəyini deyib onunla sövdələşmə etmişdir. Belə ki, iştirak etmək istəyən şəxslər ilk növbədə ona müraciət etdiyindən hərracın növbəti vaxtını deməklə onların birinci keçirilən hərracda iştirakdan yayındıra biləcəyini demişdir. Digər iştirakçıları birinci hərracdan yayındırmaq məqsədilə Şahid1 4000 manat pul tələb etmişdir. O da razılaşıb 2023-cü ilin avqust və sentyabr ayında müxtəlif vaxtlarda ona iş otağında şəxsən 1000 manat bir dəfə, 2000 manat da bir dəfə olmaqla, cəmi 3000 manat pul vermişdir. Şahid1 aldığı 3000 manat puldan hər hansı şəxsə, o cümlədən hərrac komissiyasının sədri və üzvlərinə hər hansı məbləğdə pul verməmişdir. Şahid1 işlik fıstığın kubunu hərraca 150 manat çıxarılacağını bildirib 35 kub işlik fıstığın alınmasına görə Şahid1 4500 manat pul verməli olduğunu bildirmişdir. Şahid1 qalan 1000 manat pulu da hərracdan sonra verəcəyini bildirdikdə qalan pula ehtiyac olmadığını demişdir. Ondan sonra Şahid1 Zaqatala rayonunun ərazisində Car və ya Danaçı kəndlərinin ərazisində yüngül konstruksiyadan obyekt tikmək üçün 50 sot torpaq sahəsi 5 illik icarəyə götürmək istədiyini bildirmiş, buna görə 10.000 manat pul illik 2000 manat olmaqla hesaba ödənilməli olduğunu izah etmişdir. Bununla bağlı rəsmi müqavilə bağlanacağını demişdir. 2023-cü ilin oktyabr ayında hərrac baş tutmuş, hərracda ilkin işlik fıstığın bir kubunun qiyməti 150 manat olmaqla hərraca çıxarılmış, lakin əlavə bir nəfər də hərracda iştirak etdiyindən kubu 200 manat təklifi ilə qalib olmuşdur. Beləliklə, Şahid1 hərracda əlavə bir nəfərin iştirak etməsi səbəbindən 35 kub işlik fıstıq ağacını 4500 manata deyil, 7000 manata udmuşdur. Belə olan halda Şahid1 onun istifadəsində olan mobil telefon nömrəsinə 055 ***-**-** mobil telefon nömrəsindən zəng edib ona işlik fıstığın 4500 manata deyil, 7000 manata başa gəldiyini bildirmiş, Şahid1 7000 pulu Zaqatala Regional X11 hesabına köçürməsini, eyni zamanda həmin mərkəzlə müqavilə bağlayıb 35 kub işlik fıstıq ağacını götürməsini, sonradan lazım olsa pulunu ödəyib qırma sahəsindən əlavə oduncaq ala biləcəyini bildirmişdir. Ondan sonra Zaqatala Regional X11 direktoru Raşad Mahmudovla danışıb Şahid1 onun yanına gələcəyini, hərracda 35 kub işlik material udduğunu, müqavilə bağlayıb pulu hesaba köçürüb malı verməsini və əlavə lazım olsa ona pulu ödənilmək şərtilə işlik oduncaq verməsini tapşırmışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs2la 2023-cü ilin noyabr ayının əvvəllərində bu barədə danışmış, lakin Şahid1 xəstə olduğunu bildirib son günlərə kimi Təqsirləndirilən şəxs2 yanına getməmişdir. Təqsirləndirilən şəxs2 Şahid1 əlavə işlik oduncaq verilməsi müqabilində sonuncudan aldığı puldan ona verməmiş və ona verməsi üçün Təqsirləndirilən şəxs2 Şahid1 pul alması barədə göstəriş verməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edərək və CM-in 308.2 və 311.3.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hərracdan kənar işlik oduncaq satmağa ixtiyarı olmamış, hər hansı hərracda qalib gəldiyi halda müqavilə bağlamış, daha sonra isə ödənişini edib işlik oduncağı götürmüşdür. Əvvəllər Şahid1 tanımamış, təxminən saat 16:00-17:00 radələrində Təqsirləndirilən şəxs3 ona zəng edərək Şəki şəhər sakini Şahid1 hərracda 35 kub həcmində işlik materialları udduğunu deyib əlavə olaraq daha 20 kub işlik ağacın əldə edilməsi üçün köməklik göstərməsini xahiş etmiş, bundan sonra Şahid1 ona bir neçə dəfə zəng etmiş, lakin o, zəngə cavab verməmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 ona zəng edərək Şahid1 zənglərinə cavab verməsini xahiş etmiş və 16 oktyabr 2023-cü il tarixdə sonuncu ilə Zaqatala X24 Mərkəzində görüşmüşlər. Həmin vaxt Şahid1 2000 manat pul verib əlavə olaraq daha 20 kub işlik oduncaq götürmək istədiyini demiş, 16 noyabr 2023-cü il tarixdə isə yenidən onun yanına gəlmişdir. Bir ay müddətində o, Şahid1la bir neçə dəfə əlaqə saxlayıb hərracda qalib gəldiyi işlik oduncağı götürməsini xahiş etmiş, lakin sonuncu hər dəfə hər hansı bəhanə tapıb gəlməmiş və müqavilə bağlamamışdır. 15 noyabr 2023-cü il tarixdə Şahid1 mənimlə əlaqə saxlayıb sabah idarəyə gələcəyini demiş, səhəri gün səhər vaxtı sonuncu idarəyə gəlmiş və ona 1000 manat pul təklif etmişdir. O, müavini Təqsirləndirilən şəxs1la əlaqə saxlayıb Şahid1la müqavilə bağlamaq üçün mühasibatlığa aparmasını demiş, sonuncu və Şahid1 onun yanından kənarlaşdıqdan bir neçə dəqiqə sonra Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlar gəlmişlər. Həmin vaxt Muhuma adlı şəxs Zaqatala rayonunun ərazisində hərracda 300 kub işlik oduncaq udmuş, o da həmin şəxsə qalib gəldiyi 300 kub oduncaqdan 20 kub oduncağı Şahid1 pul qarşılığında verməsini xahiş etmiş, qeyd olunan şəxs də hərracda işlik oduncağın bir kubunu 130 manat pulun müqabilində udduğunu deyərək bir kubunu 150 manat pulun müqabilində satmağa razı olmuşdur. O, bir neçə dəfə Şahid1 həm pulunu ödəlib hərracda udduğu işlik oduncağı, həm də əlavə 20 kub oduncağı götürməsini xahiş etmiş, lakin sonuncu bunu etmək istəməmişdir. Onun Şahid1la “WhatApp” tətbiqi vasitəsilə etdiyi yazışmaların heç biri mobil telefonda qalmamışdır. O, Şahid1 müqavilə bağlamaq istəmədiyi barədə Təqsirləndirilən şəxs3 dəfələrlə məlumat vermiş, sonuncu da Şahid1 özü ilə əlaqə saxlayıb müqavilə bağlamasını demiş, lakin lakin sonuncu hər dəfə bir bəhanə taparaq müqaviləni bağlamağa gəlməmişdir. Şahid1 əvvəlcə Muhuma adlı şəxsə çatmalı olan 3000 manat pulun 2000 manatını gətirib ona vermiş, dərhal da işinin olduğunu deyib getmiş, bu səbəbdən də o, Şahid1la Muhuma adlı şəxsin görüşünü təşkil edə bilməmişdir. 3000 manat məsələsindən Təqsirləndirilən şəxs3 məlumatı olmuşdur. Hərracda qalib gələn şəxslərin hamısı udduqları işlik oduncağı özləri istifadə etməmişlər və bir çoxu hərracda qalib gəlib oduncağı götürdükdən sonra başqa şəxslərə satmışdır. Hərraclar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilmiş, onun və Təqsirləndirilən şəxs3 hərraca təsir etmək imkanı olmamışdır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və o, həmin ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X22 Xidmətinin 8 saylı X24 Mərkəzində müxtəlif vəzifələrdə işləmiş, 2022-ci ilin aprel ayından isə həmin Mərkəzin direktoru vəzifəsində işləmişdir. Meşələrin İnkişafı Xidməti meşələrin mühafizəsi, qorunması, meşə bərpa tədbirlərinin aparılması, meşədən əlavə istifadə üzrə ot tədarükü, meyvə tədarükü, oduncaq hazırlığı, meşə ərazilərində yanğına qarşı mübarizə tədbirlərinin görülməsini həyata keçirir. Direktoru olduğu Mərkəzin ümumilikdə ştat vahidi ilə 138 nəfər işçisi var, 8 ərazi vahidi üzrə isə meşəbəylik vardır. Xidmətin əsasnaməsinə əsasən ilin başlanğıcından qırma sahələri ayrılır, nazirlik tərəfindən həmin qırma sahələrinə baxış keçirilir. Qırma sahələrinə odun tədarükü və işlik tədarükü aiddir. İşlik tədarükündəki ağaclardan parket, qapı və sair hazırlamaq üçün istifadə edilir. Nazirlik tərəfindən qırma sahələrinin düzgün təyinatı üzrə ayrılması məqsədə müvafiq hesab edildikdə rəhbəri olduğu mərkəzin fəhlələri tərəfindən ağaclar kəsilərək odunlara doğranır, aşağı anbarlara tədarük olunur. Daha sonra həmin kəsilmiş odun tədarükü müdiri olduğu mərkəzin ərazi aidiyyəti olaraq Zaqatala və Balakən rayonlarının ərazisindəki elm, təhsil, mədəniyyət, tibb məntəqələri, icra nümayəndəlikləri, şəhid ailələri və qazilərə, o cümlədən təbii qaz xətləri olmayan kənd əhalisinin satışı üçün istifadəyə verilir. Satışın prosedur qaydasına əsasən odun tədarükünün dövlət müəssisəsinə verilməsi üçün həmin müəssisə ilə müqavilə imzalanır və həmin müəssisə tərəfindən sifariş və müqavilədə göstərilmiş odunun kubuna uyğun olaraq Meşə Fondunun büdcəsinə ödənilir. Mülki şəxslər üçün isə həmin şəxslər ərizə ilə Mərkəzə müraciət edir, sifariş olunmuş odun tədarükünə əsasən bank hesabına "xxxx" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə pul köçürürlər. Bərk odun (vələs, fıstıq və s.) mülki şəxslər üçün kubu 25 manat, yumşaq odun isə (yalan qoz, qovaq və s.) kubu 19 manat hesablanır. Lakin dövlət müəssisələri üçün isə bütün odun növlərinin kubu 60 manatdan hesablanır. “Meşəqırma həcminin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 iyun 2000-ci il tarixli 99 nömrəli Qərarına əsasən illik qırma həcmi 64.000 kub metr müəyyən edilmişdir. Buna müxtəlif növ ağaclar daxildir. Həmin qırmalar meşələrin sanitar vəziyyətinin yaxşılaşdırması məqsədilə aparılır. Bu qırmalardan alınan işlik qırmanın, yəni (parket, qapı və sair hazırlamaq üçün) həcmi 3.000-4.000 kub metr arasında olur. Həmin işlik oduncaq da hərrac vasitəsilə satılır. Mərkəz olaraq ilin əvvəlində Meşə fondundan istifadə şöbəsinə ayrılmış qırma sahələrindəki işlik və oduncağın miqdarı barədə məlumat verildikdən sonra Meşə fondundan istifadə şöbəsi işlik oduncağın həcmi, miqdarı və ilkin qiymətini müəyyən etməklə bu barədə Əmlak Məsələləri Dövlət Xidməti yanında X7 məlumat verir. Əmlak Məsələləri Dövlət Xidməti yanında X7 müvafiq məlumatı təqdim etdikdən sonra X10 hərracı elan edir. Elan bir ay müddətində özlərinin saytında qüvvədə olur. Ayın son 3 iş gününə qədər hərracda qeydiyyatdan keçilməlidir. Hərracda yalnız vergi orqanlarında qeydiyyatdan keçmiş fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. 2023-cü il dövrü üçün hərrac 4.000 kub metrə görə 3 dəfə keçirilmişdir. 2023-cü ilin oktyabr ayında birinci hərrac keçirilən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 Xidmətinin Meşə fondundan istifadə şöbəsinin müdiri Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə zəng edib Şəki rayonundan olan Şahid1 zəng edəcəyini, hərracda 35 kub fıstıq ağacı cinsindən olan işlik materialı almaq hüququ qazandığını, gəlib mərkəzdə müqavilə bağlayacağını, əlavə olaraq da ona müqaviləsiz 20 kub fıstıq ağacı cinsindən olan işlik materialı verməyi tapşırmışdır. Həmin gündən 1-2 gün sonrakı müddətdə ilk dəfə tanıdığı Şahid1 Zaqatala şəhərindəki direktoru olduğu mərkəzin inzibati binasındakı xidməti iş otağına gəlmiş, söhbət zamanı Şahid1 ona 20 kub fıstıq ağacı cinsindən olan işlik materialı almaq üçün hansı məbləğdə pul verməli olduğunu soruşmuş, ona materialın düşürülməsi və digər xərcləri ilə birlikdə 3.000 manat pul verməli olduğunu bildirmişdir. Şahid1 da onunla razılaşaraq həminki vaxtda müqavilə olmadan və hərraca aidiyyəti olmadan 20 kub fıstıq cinsindən olan işlik materialı götürmək üçün təklikdə 20 ədəd 100 manatlıq olmaqla otağında ona 2.000 manat pul vermişdir. 1.000 manat pulu da 20 kub materialı təhvil almağa gəldikdə verəcəyini bildirmişdir. Həmin gün və ondan sonrakı vaxtlarda Şahid1 2.000 manat pul alsa da, Şahid1 mərkəzlə əvvəlki hərracda qalib gəldiyi 35 kubluq işlik material üçün müqavilə imzalamadığından ona hər hansı material verməmişdir. 15 noyabr 2023-cü il tarixdə Şahid1 mobil telefon nömrəsi ilə ona zəng edib 16 noyabr 2023-cü il tarixdə yanına gələcəyini, qalan 1.000 manat pulu da gətirəcəyini və müqaviləni imzalayacağını bildirmişdir. 16 noyabr 2023-cü il tarixdə saat 10 radələrində Şahid1 zəng edərək mərkəzə gəldiyini bildirmiş, lakin həmin vaxt iş otağında nazirlikdən yoxlama heyəti olduğundan müavini Təqsirləndirilən şəxs1 zəng edib Şahid1 qəbul etməsini və ona verəcəyi 1.000 manatı sonuncudan almasını tapşırmışdır. Həmçinin danışıq zamanı da Şahid1 müavini Təqsirləndirilən şəxs1la birlikdə daha sonra mühasibatlığa getməsini, əvvəlki hərracda qalib gəldiyi 35 kub işlik materialın da müqaviləsini imzalamasını bildirmişdir. Lakin Şahid1 3.000 manat müqabilində alacağı 20 kub fıstıq materialından olan işlik material üçün Təqsirləndirilən şəxs3 hansı məbləğdə pul verib-verməməsindən, aralarında nə kimi razılıq olmasından məlumatı olmamışdır. Həmçinin müavini Təqsirləndirilən şəxs1 da Şahid1 ona verdiyi 1.000 manat pulun hansı məqsədlə verilməsindən məlumatı olmamış, Şahid1 aldığı 2000 manat pulu Şahid1 20 kub metr oduncaq tədarük edilməsi üçün Təqsirləndirilən şəxs1 vasitəsilə işçilik xərclərini həll etməsi üçün sahə rəisi Şahid2 vermişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edərək və CM-in 308.2 və 311.3.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hərracdan kənar işlik oduncağın satılması mümkün olmamış, lakin sənədləşdirildiyi halda qurumuş və aşmış ağacların hərracdan kənar satılmasına icazə verilmişdir. Təqsirləndirilən şəxs2 onu yanına çağırıb Şahid1 hərracda qalib gəldiyini deyərək sonuncuya işlik oduncağın verilməsi qaydasını izah etməsini xahiş etmiş və həmin vaxt o, Şahid1 hərracda udduğu işlik oduncaq istədiyini öyrənmişdir. Təqsirləndirilən şəxs2 ondan Şahid1 istədiyi həcmdə işlik oduncağı verilməsini xahiş etmiş, habelə həmin vaxt Şahid1 hərracda udduğu 35 kub işlik oduncaqdan başqa daha 20 kub işlik oduncaq almaq istədiyini öyrənmişdir. Təqsirləndirilən şəxs2 ondan Şahid1 üçün əlavə olaraq 20 kub işlik oduncaq təşkil etməsini xahiş etmiş, lakin o, sonuncunun bu xahişini yerinə yetirə bilməmişdir. Şahid1 2000 manat pulu ilk dəfə otağına gələn vaxt vermiş, həmin vaxt sonuncunun deməsinə əsasən sonuncuya kömək göstərməsi üçün Təqsirləndirilən şəxs3 xahiş etməsi ona məlum olmuş, lakin bunu Təqsirləndirilən şəxs3la dəqiqləşdirməmiş və bu səbəbdən də qeyd olunan məbləğdə pulu hərracda qalib gələn digər şəxslərə verib 20 kub oduncağı alıb Şahid1 verməyi qərarlaşdırmışlar. Təxminən 01 ay müddətə Şahid1 xəbər ala bilməmişlər, bir ay keçdikdən sonra isə Təqsirləndirilən şəxs2 onu xidməti otağına çağırıb Şahid1 35 kub işlik oduncaq götürməsi ilə bağlı sənədlərini hazırlamasını xahiş etmişdir. Bundan sonra o, Şahid1la birlikdə mühasibatlığa getmiş və orada olarkən müqavilənin imzalaması üçün iki sənədin olmaması ona məlum olmuşdur. Həmin vaxt Şahid1 ona 1000 manat pulu vermiş, rəhbərliyin məlumatının olduğunu demiş və həmin pulu Təqsirləndirilən şəxs3 verməsini xahiş etmişdir. Həmin işlərdə onun hər hansı marağı olmamış və qeyd olunan puldan ona hər hansı çatmamışdır. Təqsirləndirilən şəxs3 ona tapşırığı Təqsirləndirilən şəxs2 vasitəsilə vermiş, Şahid1 verdiyi pulun Təqsirləndirilən şəxs3 çatıb-çatmaması barədə məlumatı olmamışdır. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ilkin ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, Şahid1 hərracdan kənar 20 kub metr ilkin oduncağın verilməsi ilə bağlı Zaqatala X11 direktoru Təqsirləndirilən şəxs2la Şahid1 arasında olan sövdələşmədən məlumatsız olmuş, yalnız 16 noyabr 2023-cü il tarixdə Şahid1 Mərkəzə hərracda aldığı 35 kub metr işlik oducağın alınması ilə bağlı gəldikdə Təqsirləndirilən şəxs2 tapşırığına əsasən ondan sənəd və pul almış, lakin həmin pulun nəyə görə verildiyini bilməmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi ilə ibtidai istintaqın gedişində müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr ayında 35 kub metr fıstıq ağacı hərracda Şahid1 tərəfindən alınmışdır. 2023-cü ilin oktyabr ayında Şahid1 bununla bağlı 8 saylı X12 Mərkəzinə gəlmişdir. O, ilk öncə mərkəzin direktoru Təqsirləndirilən şəxs2 qəbulunda olmuş, Təqsirləndirilən şəxs2 onu çağırıb Şahid1la tanış etmiş, onun hərracda 35 kub işlik fıstıq ağacı aldığını bildirib və müqavilə bağlanması üçün tələb olunan sənədləri ona deməyi bildirmişdir. Şahid1 müqavilə bağlaması üçün VÖEN, hərrac protokolu və etibarnamə verməli olduğunu bildirmiş və mühasibatlıqda da ona köçürülməli olan hesab verilmişdir. Söhbət zamanı Şahid1 ona əlavə 20 kub metr işlik oduncaq lazım olduğunu bildirmiş, Təqsirləndirilən şəxs2 da təşkil edəcəyini bildirdikdən sonra onun iştirakı ilə Şahid1 Təqsirləndirilən şəxs2 2000 manat pul vermişdir. Danışıqdan əlavə işlik oduncağın 3000 manata danışıldığını anlamış, Şahid1 qalan pulu da növbəti dəfə verəcəyini bildirmişdir. Ondan sonra Şahid1 getmiş, bir neçə günə gələcəyini bildirmişdir. Ondan sonra Təqsirləndirilən şəxs2 tapşırığına əsasən Şahid1 hərracda aldığı oduncağın verilməsi üçün Mərkəzin 6-cı dolayından, Şahid2 meşəbəyisi olduğu dolaydan Şahid1 verilməsi üçün işlik oduncaq tədarük edilmiş və anbara yığılmışdır. 16 noyabr 2023-cü il tarixdə Şahid1 8 saylı X19 gəlmiş, həmin vaxt direktor Təqsirləndirilən şəxs2 otağından çıxanda onunla rastlaşmış və görüşüb otağına getmişdir. Həmin vaxt direktorun yanında qonaqlar olduğundan Şahid1 onun otağına daxil ola bilməmiş, ona görə də Təqsirləndirilən şəxs2 Şahid1 onun qəbul edib sənədləri və qalan pulu almasını tapşırmışdır. Şahid1 mühasibatlığa aparıb orada mühasib Şahid3 sənədlərə baxıb etibarnamənin və VÖEN-in olmadığını bildirib həmin sənədləri tələb etmiş, Şahid1 da həmin sənədlərinin Şəki rayonunda yerləşən evində qaldığını bildirib götürüb gələcəyini demişdir. Şahid1 ona otağa keçməyi bildirib işi olduğunu demiş və onunla birlikdə otağa keçmiş, otaqda Şahid1 cibindən pul çıxarıb əlavə 20 kub metr işlik oduncağa görə Təqsirləndirilən şəxs2 verilməsi üçün qalan 1000 manat pulu ona vermişdir. Pulu alıb şalvarının cibinə qoymuşdur. Şahid1 çıxıb getdikdən bir müddət sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları onu kargüzarın otağında saxlamış və onda Şahid1 verdiyi pulun olduğunu bildirmişlər. Şahid1 bir müddət əvvəl Təqsirləndirilən şəxs2 verməyi üçün pul verdiyini bildirib pulları həmin əməkdaşlara təqdim etmişdir. Təqsirləndirilən şəxs2 Şahid1 aldığı 2000 manat puldan və onun vasitəsilə aldığı 1000 manat puldan ona hansısa məbləğdə pul verməmiş və aralarında belə bir razılaşma olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 Şahid1 veriləcək materialın tədarük edilməsi ilə bağlı Şahid2 verməsi üçün ona pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, cinayət işinin materiallarında olan məlumatlardan başqa cinayət işi ilə bağlı hər hansı məlumatı yoxdur. Ağaclar kəsilərkən qeydiyyatının aparılıb-aparılmaması barədə məlumatı yoxdur. Təqsirləndirilən şəxslər törətdikləri cinayət əməlləri ilə nümayəndəsi olan qurumun nüfuzunu cəmiyyət arasında aşağı salmışlar və həmin quruma ziyan vurmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayının sonlarında şəriki X14 ilə birlikdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi hərraclarda iştirak edərək işlik fıstıq ağacını satmaq üçün oduncağını almaq qərarına gəlmiş, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 Xidmətinin Meşə fondundan istifadə şöbəsinin müdiri Təqsirləndirilən şəxs3la əlaqə yaradaraq onun yanına getmişdir. Təqsirləndirilən şəxs3la söhbət zamanı 35 kub işlik fıstıq ağacı almaq istədiyini bildirmiş, sonuncu isə ağacların hərrac vasitəsilə satıldığını, həmin hərracı udmaq üçün ona 4000 manat pul verməli olduğunu bildirmiş və hərracı 4500 manata udacağı barədə vəd vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs3 deməsinə əsasən sonuncuya 4000 manat rüşvət verməli və sonuncu da 35 kub işlik fıstıq ağacı oduncağını hərrac vasitəsilə 4500 manata alacağını təşkil etməli idi. Belə ki, Təqsirləndirilən şəxs3 deməsinə əsasən sonuncu hərracda hansısa vəzifəli şəxslərlə digər şəxsləri iştirak edəcəyi günə qeydiyyata salmaması barədə sövdələşmə edəcəkdi. Lakin konkret kiminlə etməsini ona bildirməmişdir. Özünü razılaşmış kimi göstərərək Təqsirləndirilən şəxs3 yanından çıxıb getmişdir. Bu vaxta qədər Təqsirləndirilən şəxs3la bir neçə mobil telefon danışığı aparmış və danışıqları mobil telefonun yaddaşına yazmışdır. 26 avqust 2023-cü il tarixdə pulun bir hissəsini, yəni 1000 manatı Təqsirləndirilən şəxs3 vermək üçün Təqsirləndirilən şəxs3 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında yerləşən xidməti otağına getmiş, orada söhbət əsnasında Təqsirləndirilən şəxs3 1.000 manat pulu xidməti otağında təkbətək şəkildə vermiş və bu zaman Təqsirləndirilən şəxs3la aralarında olan danışığı telefon vasitəsilə qeydiyyata almışdır. Daha sonra Təqsirləndirilən şəxs3 ondan rüşvət istəməsi barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmiş və bu zaman əməliyyatçılar ona əməliyyat-axtarış tədbirində iştirak etməyi təklif etmişlər. Razılaşdıqdan sonra qalan pulun əməliyyat yolu ilə verilməsi təklif edilmiş və o, bununla razılaşmışdır. 07 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 daha 2.000 manat pul vermiş və danışıq əsnasında qalan 1.000 manat pulu hərrac keçirildikdən sonra sonuncuya verməyə razılaşmışlar. 07 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 2000 manat pul verməsi üzərinə əvvəlcədən əməliyyatçılar tərəfindən quraşdırılan xüsusi qurğu ilə qeydə alınmış, bundan başqa Təqsirləndirilən şəxs3la söhbət zamanı sonuncuya Zaqatala rayonunun ərazisində yüngül konstruksiyadan istirahət yeri yaratmaq üçün 50 sot meşə ərazisindən yer istəmiş, sonuncu da bununla bağlı Zaqatala X11 baş meşəbəyisi Həbib Poladovla danışıb ona deyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 ona Zaqatala rayonuna Həbib Poladovun yanına getməsini və sonuncu ilə görüşüb söhbət etməsini təklif etmişdir. Bununla bağlı Həbib Poladovla görüşüb söhbət etmiş, lakin sonuncu ona həmin məsələni Təqsirləndirilən şəxs3 həll edə biləcəyini bildirib bu məsələni sonuncu ilə müzakirə etməsini dediyi üçün məsələ həll edilməmişdir. Təqsirləndirilən şəxs3 da kurort üçün yer ayrılmasının uzun müddət davam edcəyini, müqavilə bağlanmalı olduğunu və illik 2000 manat olmaqla 5 illik müqavilə üçün 10.000 manat pul ödənilməli olduğunu bildirdiyinə görə həmin məsələ sonraya saxlanılmışdır. 2023-cü ilin oktyabr ayında hərrac təşkil edilmiş, Təqsirləndirilən şəxs3 əvvəlcədən ona hərrac komissiyasının üzvü olduğunu və orada iştirak edəcəyini bildirsə də, hərrac zamanı sonuncu orada olmamışdır. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs3 işi ilə əlaqədar hansısa rayona ezam olunduğunu, lakin müvafiq tapşırıqları verdiyini və hərracda problem olmayacağını, 4.500 manata 35 kub metr həcmdə işlik fıstıq ağacı oduncağını alacağını bildirmişdir. Hərrac zamanı bir neçə alıcı bir-birindən daha yuxarı təkliflərlə çıxış etdiklərinə görə məcbur qalaraq 1 kub işlik oduncaq üçün 200 manat təklif etmiş və nəticə etibarilə 35 kub işlik fıstıq ağacı oduncağını 7.000 manat pulun qarşılığında almışdır. Hərracdan sonra Təqsirləndirilən şəxs3la əlaqə saxlayaraq vəziyyət barədə məlumat vermiş və bu zaman sonuncu müxtəlif bəhanələr gətirərək belə alındığını bildirmişdir. Daha sonra o, Sadiq Salamnova görüşmək istədiyini bildirmiş, sonuncu da razılaşmışdır. Bir neçə gündən sonra Təqsirləndirilən şəxs3la yeindən sonuncunun xidməti otağında görüşən zaman 35 kub işlik ağacı 7.000 manat pulun müqabilində almağın ona sərf etmədiyini bildirib əlavə işlik ağac almaq istədiyini demiş, sonuncu isə razılaşaraq X23 Mərkəzi ilə danışıb əlavə hərracdan kənar işlik ağac almağa köməklik edəcəyini bildirmişdir. Növbəti gün Təqsirləndirilən şəxs3 ona zəng edərək Zaqatala X11 direktoru Təqsirləndirilən şəxs2la danışdığını, sonuncunun işlik ağac oduncağını ona münasib qiymətə satacağını bildirmiş və sonuncu ilə danışması üçün sonuncunun mobil telefon nömrəsini ona göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 zəng edərək Təqsirləndirilən şəxs3 məsləhət gördüyü şəxs olduğunu, yolun uzaq olduğunu, bu səbəbdən də ağacları almaq üçün hazırlıqlı şəkildə Zaqatala rayonuna gəlmək istədiyini bildirmiş və bu zaman Təqsirləndirilən şəxs2 işlik ağacın bir kubunu 150 manata verəcəyini bildirmişdir. Daha sonra o, bu barədə əməliyyatçılara məlumat vermiş və rəsmi müraciət etmişdir. Yenidən əməliyyat tədbiri qurulmuş və əməliyyatçılarla birlikdə 16 oktyabr 2023-cü il tarixdə Zaqatala rayonuna getmişlər. Orada üzərinə xüsusi texniki vasitə quraşdırılmış, daha sonra Zaqatala X11 direktoru Təqsirləndirilən şəxs2la sonuncunun xidməti otağında görüşmüş və bu zaman sonuncunun müavini Təqsirləndirilən şəxs1 da iştirak etmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs1 yanında 2.000 manat pulu Təqsirləndirilən şəxs2 vermiş, daha sonra 16 noyabr 2023-cü il tarixdə yenidən əməliyyatçılarla birlikdə Zaqatala rayonuna getmiş, Təqsirləndirilən şəxs2 zəng edərək pulun qalanını vermək üçün Zaqatala şəhərində olduğunu demiş və sonuncu da onu iş yerinə çağırmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs2 iş yerinə getmiş, sonuncunun yanında digər şəxslər olduğundan sonuncu ona qalan pulu müavini Təqsirləndirilən şəxs1 verməyi tapşırmış, o da razılaşıb 1.000 manat pulu Təqsirləndirilən şəxs1 xidməti otağında sonuncuya vermişdir. Şahid1 Təqsirləndirilən şəxs3la aralarında üzləşdirmə aparılan zaman ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs3 üzünə qarşı demiş, sonuncu da hərracda qalib etməsi müqabilində Şahid1 4000 manat pul istəyib 3000 manat pul almasını və sonuncuya hərracdan kənar əlavə 20 kub metr işlik oduncaq verilməsi ilə bağlı Zaqatala X11 direktoru Təqsirləndirilən şəxs2 tapşırıq verməsini etiraf etmişdir. Şahid1 Təqsirləndirilən şəxs2la aralarında üzləşdirmə aparılan zaman birinci dəfə 16 oktyabr 2023-cü il tarixdə görüşəndə xidməti iş otağında 20 kub metr hərracdan kənar işlik oduncaq verilməsi müqabilində sonuncunun müavini Təqsirləndirilən şəxs1 iştirakı ilə 2000 manat pul verdiyini, Təqsirləndirilən şəxs1 da məsələdən xəbərdar olduğunu, ikinci dəfə isə 16 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 qalan pulu vermək üçün iş yerinə gələndə yanında digər şəxslər olduğundan sonuncunun tapşırığına əsasən pulu Təqsirləndirilən şəxs1 verdiyini bildirmiş, Təqsirləndirilən şəxs2 da Şahid1 dediklərini təsdiq edib Təqsirləndirilən şəxs1 da onunla aralarında olan pul söhbətində iştirak etdiyini və sonuncu dəfə pulu tapşırığına əsasən onun Təqsirləndirilən şəxs1 verdiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3la aralarında üzləşdirmə aparılan zaman sonuncunun ona 2023-cü ilin oktyabr ayında zəng edib Şahid1 hərracda 35 kub metr işlik oduncaq aldığını və sonuncuya müqaviləsiz və hərracdan kənar pulu almaq şərtilə işlik oduncaq satmasını bildirdiyini Təqsirləndirilən şəxs3 üzünə demiş, sonuncu isə Təqsirləndirilən şəxs2 Şahid1 əlavə işlik oduncağı qanunvericilikdə nəzərdə tutulmuş qaydada satmasını bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la aralarında üzləşdirmə aparılan zaman Təqsirləndirilən şəxs2la birinci dəfə 16 oktyabr 2023-cü il tarixdə görüşəndə xidməti iş otağında 20 kub metr hərracdan kənar işlik oduncaq verilməsi müqabilində sonuncunun iştirakı ilə 2000 manat pul verdiyini, Təqsirləndirilən şəxs1 da məsələdən xəbərdar olduğunu, ikinci dəfə isə 16 noyabr 2023-cü il tarixdə qalan pulu vermək üçün iş yerinə gələndə Təqsirləndirilən şəxs2 yanında digər şəxslər olduğundan sonuncunun tapşırığına əsasən pulu Təqsirləndirilən şəxs1 verdiyini sonucunun üzünə qarşı demiş, Təqsirləndirilən şəxs1 da Şahid1 dediklərini təsdiq edib Təqsirləndirilən şəxs2la aralarında olan pul söhbətində iştirak etdiyini təsdiq etmiş və 16 noyabr 2023-cü il tarixdə aldığı pulu da 20 kub metr işlik oduncaq verilməsi müqabilində alıb Təqsirləndirilən şəxs2 verəcəyini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Canıyev oğlu məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 1986-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif vəzifələrdə işləmişdir, 2023-cü ilin avqust ayından Zaqatala Regional X11 Car Meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləyir. Meşəbəyinin vəzifə təlimatına, meşələrin mühafizə olunması, meşədə toxumluq meyvələrin tədarük olunmasına nəzarət edilməsi, qırma sahələrinin ayrılması, qırma sahəsində tədarükə gedəcək ağacların müəyyən edilməsi, nömrələnməsi və onun qanunauyğun şəkildə buraxılışını təmin etməkdən ibarətdir. Meşəbəyi olduğu ərazi Mərkəzin Car meşəbəyliyini əhatə edir, oraya 1, 3, 6 və 7-ci dolaylar daxildir və Zaqatala Regional X11 hesabında 66.000 ha meşə ərazisi vardır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 2023-cü ilə Mərkəzə 13.000 kub metr oduncaq tədarükü nəzərdə tutulmuş, ondan 171 kub işlik 804 kub metr oduncaq qırması limiti ayrılmış və həmin işlik və oduncaq tədarükü 1, 3, 6 və 7-ci dolaylardan nəzərdə tutulmuşdur. Qırma sahəsində tədarükə gedəcək ağacların sərhədləri və konkret ağaclar meşə damğası ilə damğalanmaq yolu ilə nömrələnməklə qeydiyyata alınır. Ondan sonra ağacların həcmləri müəyyən edilir, onların yararlığı (işlik və ya odun üçün) müəyyən edilir, ərazinin xəritəsi çıxarılır, bununla bağlı nazirliyin Meşələrin İnkişafı Xidmətinə hesabat verilir, nazirliyin əmri əsasında buraxılışa icazə verilir. İşlik oduncağın satışı hərrac yolu ilə aparılır. Belə ki, müvafiq orqan tərəfindən hərrac keçirilir, hərracda qalib olan şəxs hərrac protokolu ilə Mərkəzə müraciət edir, müqavilə bağlayır, hərracda göstərilən məbləği Mərkəzin bank hesabına köçürüb qəbzi təqdim edir, ondan sonra mühasibatlıqda şəxsə buraxılış orderi yazılıb verilir (malları aparması üçün) ondan sonra da materiallar ölçülüb vətəndaşa təhvil verilir. Yekunda qırıntı sahəsinə baş meşəbəyi Həbib Poladov tərəfindən baxış keçirilir, müayinə aktı yazılır. Həmin aktda qırma sahəsində qanunsuz ağac kəsilib kəsilməməsi və nömrəli ağacların kəsilməsi zamanı yaxınlıqda olan ağacların zədələnməsi hallarına yol verilib verilməməsi öz əksini tapır. Şahid1 hərracda 35 kub metr işlik oduncaq alınması ilə bağlı qalib olduğu üçün Təqsirləndirilən şəxs2 ona Şahid1 işlik oduncaq tədarük edilməsi ilə bağlı tapşırıq vermiş, bu səbəbdən də o, 29 oktyabr 2023-cü il tarixdə 17 kub metr işlik fıstığı 6-cı dolayın ərazisindən əvvəlcədən nömrələnib qeydiyyata alınmış 2023-cü ilin istifadəsi üçün ayrılmış qırma səhasindən qırdırıb və tədarük edib aşağı anbara düşürtmüşdür. Oduncaq tədarükü (oduncağın kəsilib gətirilib təhvil verilməsi) Mərkəzin öz hesabına edildiyi, buna görə əlavə pul alınmadığı və həmin işin görülməsi hərracda udulan məbləğə daxil olduğu üçün Təqsirləndirilən şəxs2 tərəfindən buna görə ona hər hansı məbləğdə pul verilməmişdir. Şahid2 Təqsirləndirilən şəxs2la aralarında üzləşdirmə aparılan zaman sonuncunun Şahid1 oduncaq tədarük edilməsi üçün ona pul vermədiyini, Şahid1 hərrcadan kənar işlik oduncaq verilməsi ilə bağlı sonuncu ilə Təqsirləndirilən şəxs2 arasında olan sövdələşmədən məlumatsız olduğunu sonuncunun üzünə qarşı demiş, Təqsirləndirilən şəxs2 da Şahid1 oduncaq tədarük edilməsi ilə bağlı ona pul verməsini və verilməsi ilə bağlı Təqsirləndirilən şəxs1 tapşırıq verməsini xatırlamadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Şəki rayonunda təsərrüfatla məşğul olur, eyni zamanda taxta yeşik emalı ilə məşğul olur. 2023-cü ilin avqust ayında yeşik istehsalı ilə əlaqədar olaraq Şəki X11 direktoru Füzuli Məmmədova müraciət edərək yeşik istehsalı üçün oduncaq almaq istədiyini bildirmiş, sonuncu isə ona mebel, yeşik və sair belə işlər üçün oduncağın hərrac yolu ilə Bakı şəhərində satıldığını bildirmişdir. Daha sonra o, Füzuli Məmmədova Bakı şəhərində haraya getməli olduğunu və kimə müraciət etməli olduğunu bildirdikdə o, Ekologiya və Təbii Sərvətlər Nazirliyində şöbə müdiri vəzifəsində işləyən Təqsirləndirilən şəxs3 mobil telefon nömrəsini verib sonuncunun yanına getməyi bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs3la danışıb bir neçə gün sonra yanına gələcəyini demiş, 2023-cü ilin avqust ayında xatırlamadığı gündə Bakı şəhərinə gedib Təqsirləndirilən şəxs3 mobil telefon nömrəsinə zəng edib yanına gəlmək istədiyini bildirmiş, sonuncu da günortadan sonra gəlməsini demişdir. Həmin vaxtda qədər uzun müddət qaldığından uşaqlıq vaxtlarından tanıdığı Şahid1 zəng etmiş və sonuncu ilə görüşmüşdür. Şahid1la söhbət zamanı Təqsirləndirilən şəxs3 ona zəng edib yanına çağırmış, bu zaman o, Şahid1 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşdiyini, lakin yerini dəqiq bilmədiyini bildirmiş, sonuncu isə həmin yeri göstərə biləcəyini demişdir. Daha sonra Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə gedib Təqsirləndirilən şəxs3 işlədiyi yeri tapdıqdan sonra Şahid1la Təqsirləndirilən şəxs3 yanına getmişlə, sonuncu onları birlikdə qəbul etmiş və bu zaman o, Şahid1 təqdim edib sinif yoldaşı olduğunu bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs3 işlik, yəni yeşik düzəltmək üçün oduncaq material almaq istədiyini bildirdikdə sonuncu buna görə VÖEN lazım olduğunu və hərracda iştirak edib rəsmi hərrac yolu ilə dövlət rüsumunu ödəyib almağın zəruri olduğunu izah etmiş, o da həmin yeri tərk edib Şəki rayonuna qayıtmışdır. Bir müddət sonra Şahid1 ona zəng edib hərracda iştirak edib 11.000 manat dövlət rüsumunu ödəyib işlik oduncaq aldığını və oduncağın bir hissəsini ona satacağını bildirmişdir. O, Şahid1la razılaşmış və bu səbəbdən o, daha işlik oduncaq fikrindən daşınmışdır. Bir müddət sonra ona Şahid1 təklikdə Təqsirləndirilən şəxs3 yanına gedib sonuncudan işlik oduncaq istəməsi, bunun müqabilində sonuncunun ondan pul istəməsi, bu səbəbdən Şahid1 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etməsi və nəticədə Təqsirləndirilən şəxs3 və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər vəzifəli şəxsləri şəxslərinin həbs edilmələri ona məlum olmuşdur. Təqsirləndirilən şəxs3 ondan işlik oduncağa görə pul istəməmiş və işlik oduncağın hərrac yolu ilə satıldığını bildirib buna görə hərracda iştirak etməyin zəruri olduğunu izah etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 19 oktyabr 2000-ci il tarixdən Zaqatala X11 baş mühasibi vəzifəsində işləyir. Baş mühasib kimi vəzifəsi Mərkəzdə maliyyə uçotunun aparılması, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılması və qeydiyyatının ümumiləşdirilməsi və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin etməkdən ibarətdir. X9 balansında olan meşə ərazisindən qırma sahəsi müəyyən edilərək işlik material barədə məlumatlar, yəni ağacların növü və həcmi Meşələrin İnkişafı Xidmətinə göndərilir. Adıçəkilən Xidmət tərəfindən göndərilmiş siyahı təhlil olunduqdan sonra tender elan olunur. Hərracda qalib gəlmiş hərrac komissiyasının protokolu ilə Mərkəzə müraciət etməlidir. Bundan sonra müraciət edən şəxslə işlik materialın alğı-satqısına dair müqavilə bağlanılır. Müqavilə bağlandıqdan sonra Mərkəzin bank hesabı barədə məlumatlar həmin şəxsə təqdim edilir. Müqavilədə müəyyən edilmiş məbləğ Mərkəzin bank hesabına ödənildikdən sonra işlik materialların buraxılması üçün meşə məhsullarının buraxılış orderi yazılır. Həmin orderdə məhsulların daşınma müddəti müəyyən edilir. X14 13 oktyabr 2023-cü il tarixdə keçirilmiş hərracda 35 m3 fıstıq cinsli işlik meşə məhsulunun alışında qalib olsa da, bir ay müddətində Mərkəzə müraciət etməmişdir. 16 noyabr 2023-cü il tarixdə səhər saatlarında adının sonradan Şahid1 olduğunu bildiyi şəxs şəxsiyyət vəsiqəsini təqdim edərək 35 m3 fıstıq cinsli işlik meşə məhsulu ilə əlaqədar müqavilə bağlanılmasını xahiş etmiş, lakin o, hərracın qalibinin Nəriman Məmmədov olduğunu bildirib müqavilə bağlanılmasının mümkün olmadığını Şahid1 demişdir. Şahid1 Nəriman Məmmədovla qohumluq əlaqələrinin olduğunu, 8 saylı X24 Mərkəzi ilə 35 m3 fıstıq cinsli işlik meşə məhsulunun alğı-satqısı haqqında müqavilə bağlanılması ilə bağlı Nəriman Məmmədovun ona notariat qaydasında təsdiq edilmiş etibarnamə verdiyini bildirdiyindən o, həmin etibarnaməni tələb etmiş, lakin Şahid1 etibarnamənin əvəzinə başqa sənəd təqdim etdiyindən müqavilə bağlanmamışdır. Şahid1 və Nəriman Məmmədovu tanımamış, həmin şəxslərin Zaqatala X11 direktoru Təqsirləndirilən şəxs2, eləcə də Mərkəzin mühafizə işləri üzrə direktor müavini Təqsirləndirilən şəxs1la hər hansı əlaqələrinin, danışıqlar aparmasının və aralarında sövdələşmə olub-olmaması barədə məlumatı olmamışdır. Şahid1 və ya X25 X19 rəsmi qaydada müraciət etməmiş, həmin şəxslərlə işlik materialın alğı-satqısına dair müqavilə bağlanmamış, adları qeyd edilən şəxslər tərəfindən Mərkəzin büdcəsinə hər hansı məbləğdə ödəniş edilməmiş və meşə məhsullarının buraxılış orderi yazılmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Şahid1la birlikdə qapı-pəncərə hazırlanması ilə məşğul olmuş, Şahid1 sifariş vermiş, o da hazırlayıb təhvil vermiş, Şahid1 taxta və ya ağac almamışdır. Şahid1 ona hərracda iştirak edərək ucuz taxta udmaq istədiyini, lakin vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin olmadığını deyərək ondan etibarnamə verməsini xahiş etmiş, o da razılaşaraq sonuncuya etibarnamə vermişdir. Sonradan Şahid1 pul istənilməsi səbəbindən sonuncunun şikayət etməsi ona məlum olmuş, lakin o, hər hansı dövlət orqanına şikayət etməmişdir. Sonradan Şahid1 tutulduğunu eşitmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X21 ifadəsində göstərmişdir ki, əvvəllər hərracda iştirak edib udmuş, sonra müqavilə bağlamış və Təqsirləndirilən şəxs2 da həmin proses zamanı tanımışdır. Təqsirləndirilən şəxs2 20 kub material lazım olduğunu demiş və sata bilib-bilməyəcəyini soruşmuş, o isə razılaşmış, hərracda kubunu 130 manata udduğunu bildirmiş və 150 manat pulun müqabilində sata biləcəyini qeyd etmişdir. Sonradan Təqsirləndirilən şəxs2 onunla əlaqə saxlamamış, buna görə də ehtiyac olmadığını düşünmüş, lakin səbəbini bilməmişdir. Təqsirləndirilən şəxs2 ondan başqa hər hansı şəxsdən işlik oduncaq alıb-almamasını bilməmiş, ibtidai istintaq zamanı ifadə verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə ünvanlanmış 28 avqust 2023-cü il tarixli ərizədən görünür ki, həmin tarixdə Şahid1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin şöbə rəisi Təqsirləndirilən şəxs3 işlik odunların satışı ilə bağlı keçiriləcək hərracda qalib gəlməsinin təmin olunması müqabilində ondan qanunsuz olaraq pul tələb etməsi barədə məlumat verərək sonuncunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində texniki vasitələrdən istifadə edilməklə gizli video və fotoçəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərə, müəssisəsinin inzibati binasına, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş pul əskinaslarının təqdim edilməsi və texniki vasitənin quraşdırılması haqqında 07 sentyabr 2023-cü il tarixli prokoldan görünür ki, Şahid1 qanunsuz pul tələb edən şəxsi ifşa etmək üçün əməliyyat tədbirinin keçirilməsi məqsədilə onun özü tərəfindən təqdim edilmiş 20 ədəd 100 manatlıq əskinası olmaqla, ümumilikdə 2000 manat pul məbləği təqdim edilmiş, habelə tələb olunan pulun Təqsirləndirilən şəxs3 verilməsi zamanı danışıqların audio və videoyazısının aparılması məqsədilə həmin tarixdə Şahid1 üzərinə “stayer” markalı xüsusi texniki avadanlıq quraşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisinə ünvanlanmış 10 oktyabr 2023-cü il tarixli ərizədən görünür ki, həmin tarixdə Şahid1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin X27 Mərkəzinin direktoru Təqsirləndirilən şəxs2 20 kub işlik odunların satışı ilə bağlı ondan qanunsuz olaraq pul tələb etməsi barədə məlumat verərək sonuncunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdən başlayaraq 06 ay müddətində texniki vasitələrdən istifadə edilməklə gizli video və fotoçəkilişlərin aparılması, habelə yaşayış və gedib-gəldiyi əməliyyat marağı kəsb edən yerlərə, müəssisəsinin inzibati binasına, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirmə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş pul əskinaslarının təqdim edilməsi və texniki vasitənin quraşdırılması haqqında 16 oktyabr 2023-cü il tarixli prokoldan görünür ki, Şahid1 qanunsuz pul tələb edən şəxsi ifşa etmək üçün əməliyyat tədbirinin keçirilməsi məqsədilə onun özü tərəfindən təqdim edilmiş 20 ədəd 100 manatlıq əskinası olmaqla, ümumilikdə 2000 manat pul məbləği təqdim edilmiş, habelə tələb olunan pulun Təqsirləndirilən şəxs2 verilməsi zamanı danışıqların audio və videoyazısının aparılması məqsədilə həmin tarixdə Şahid1 üzərinə “stayer” markalı xüsusi texniki avadanlıq quraşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş pul əskinaslarının təqdim edilməsi və texniki vasitənin quraşdırılması haqqında 16 noyabr 2023-cü il tarixli prokoldan görünür ki, Şahid1 qanunsuz pul tələb edən şəxsi ifşa etmək üçün əməliyyat tədbirinin keçirilməsi məqsədilə onun özü tərəfindən təqdim edilmiş seriya və nömrələri C23125391, D17094340, A99179467, C45228467, B09942892, A46182009, C74922566, C36950456, C69052982 və C08340523 olan 10 ədəd 100 manatlıq əskinas olmaqla, ümumilikdə 1000 manat pul məbləği təqdim edilmiş, habelə tələb olunan pulun Təqsirləndirilən şəxs2 verilməsi zamanı danışıqların audio və videoyazısının aparılması məqsədilə həmin tarixdə Şahid1 üzərinə “stayer” markalı xüsusi texniki avadanlıq quraşdırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 16 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin X27 X2 rayonunun Muxax kəndində yerləşən inzibati binasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xidməti otaqlarına baxış keçirilmiş və bu zaman Təqsirləndirilən şəxs1 xidməti otağından seriya və nömrələri C23125391, D17094340, A99179467, C45228467, B09942892, A46182009, C74922566, C36950456, C69052982 və C08340523 100 olan 10 ədəd 100 manatlıq olmaqla, ümumilikdə 7050 manat pul əskinasları aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqında 16 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin şöbə rəisi Təqsirləndirilən şəxs3 xidməti otağına baxış keçirilmiş və bu zaman X5 qalib olmasına dair 01 ədəd hərrac protokolu və Zaqatala rayonu üzrə 13 oktyabr 2023-cü il, 20 oktyabr 2023-cü il və 27 oktyabr 2023-cü il tarixli müxtəlif ağaclardan olan işlik materialların satışına dair hər biri 01 səhifə olan cədvəllər aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməlin tövsif edilməsi haqqında 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə əməl CM-in 311.3.1-ci maddəsindən həmin Məcəllənin 311.3.1 və 311.3.2-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 CM-in 311.3.1 və 311.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 311.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 17 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 Zaqatala X13 inzibati binasına daxil olub ikinci mərtəbəyə çıxır. Sağ tərəfdə qapısı açıq olan otaqda Təqsirləndirilən şəxs1 onu görüb otaqdan çıxıb qarşılayır və direktor Təqsirləndirilən şəxs2 otağında adamların olduğunu bildirir. Bir müddət sonra Təqsirləndirilən şəxs2 otaqdan çıxıb Şahid1la görüşür, yanında qonaqlar olduğunu bildirib müavini Təqsirləndirilən şəxs1 ona oduncaq materialları göstərəcəyini və mühasibatlıqda müqavilə bağlamasını bildirir. Şahid1 20 kub metr işlik oduncaq alınması ilə bağlı qalan 1000 manat pulu vermək məsələsini soruşanda həmin pulu da Təqsirləndirilən şəxs1 verməsini bildirir və Təqsirləndirilən şəxs1 çağırıb Şahid1la məşğul olmasını tapşırır. Ondan sonra Təqsirləndirilən şəxs1 və Şahid1 bir otağa gedirlər. Orada bir qadın müqavilə bağlanması üçün Şahid1 sənədləri tələb edir və vergoi ödəyəcisinin eyniləşdirmə nömrəsi və etibarnamə olmadığından onu təqdim etməli olduğunu bildirir. Daha sonra Şahid1 və Təqsirləndirilən şəxs1 başqa bir otağa daxil olurlar və orada Şahid1 Təqsirləndirilən şəxs1 100 manatlıq əskinaslardan ibarət 1000 manat pul verir, Təqsirləndirilən şəxs1 da pulu alıb cibinə qoyur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 17 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, iş otağında Zaqatala X11 direktoru Təqsirləndirilən şəxs2, onun müavini Təqsirləndirilən şəxs1 və Şahid1 arasında hərracdan əlavə 62 sm hündürlükdə 20 kub metr işlik oduncağın alınması ilə bağlı danışıq aparılır. Şahid1 həmin oduncağı stol, stul və yeşik düzəltmək məqsədilə almaq istədiyini bildirir. Təqsirləndirilən şəxs2 da materialı ona Mərkəzin aşağı anbarında təhvil verəcəyini bildirir. Ondan sonra Şahid1 20 kub metr oduncağın verilməsinə görə Təqsirləndirilən şəxs2 2000 manat olmaqla 100 manatlıq əskinaslardan ibarət pulu təqdim edir, Təqsirləndirilən şəxs2 da pulu stolun üzərində olan qabın altına qoyur. Danışıq zamanı Şahid1 35 kub metr də hərracda udduğunu və əlavə 20 kub metr oduncaqla birlikdə 55 kubmetr işlik oduncağın ona nə vaxt veriləcəyini Təqsirləndirilən şəxs2 soruşduqda sonuncu hamısının birlikdə 10 günə hazırlanacağını bildirir. Daha sonra Təqsirləndirilən şəxs2 Şahid1 hərracda aldığı 35 kub metr işlik oduncağın alınması üçün qalan pulun Mərkəzin hesabına köçürülməli olduğunu və müqavilə bağlandıqdan sonra hərracda aldığı 35 kub metr işlik oduncağın ona veriləcəyini izah edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş baxış keçirilməsi haqqında 17 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, iki fayl mövcuddur. Birinci fayla baxış keçirilən zaman müəyyən olunur ki, Şahid1 Təqsirləndirilən şəxs3 iş otağına daxil olur. Təqsirləndirilən şəxs3la Şahid1 arasında respublikanın ayrıayrı regionlarından hərraca çıxarılacaq işlik oduncaq və həcmi barədə danışıq aparılır. Danışıq zamanı Şahid1 hərracda qalib gəlməsi üçün 4000 manata danışdıqlarını, 1000 manat verdiyini yerdə 3000 manat pul qaldığını bildirir. Ondan sonra Şahid1 cibindən 100 manatlıq əskinazlardan ibarət pulları çıxarıb sayır və 2000 manat pul olduğunu bildirib Təqsirləndirilən şəxs3 verir. Qalan 1000 manatı da hərracdan sonra verəcəyini bildirir. İkinci fayla baxış keçirilən zaman müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Meşə Təsərrüfatı Mərkəzlərinin balansında olan meşə ərazilərindən hərraca çıxarılan oduncağın növü və miqdarı barədə Şahid1 məlumat verir, eyni zamanda hərracın vaxtı və hərracda iştirak etmək üçün tələb olunan sənədlər barədə məlumat verir. Şahid1 hərracda uduzmaq ehtimalının olub-olmadığını soruşanda narahat olmamağı, hərracı udacağını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sənədlərin məhkəmə texniki ekspertizasının 28 noyabr 2023-cü il tarixli 5/1641 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, C23125391, D17094340, A99179467, C45228467, B09942892, A46182009, C74922566, C36950456, C69052982, C08340523 nömrəli və seriyalı 100 manatlıq Azərbaycan nominallı pul əskinası xüsusi mühafizə vasitələrilə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və həqiqi pul əskinasları ilə eynilik təşkil edirlər, üzərlərində ultrabənövşəyi işıqda görünən “Rüşvət 2023” yazıları müəyyən edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-fonoskopik ekspertizasının 04 dekabr 2023-cü il tarixli 3-16-16/2-4/1902 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd “Verbatim” markalı DVD-R diskdəki fonoqramların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Mübahisəli videofonoqramlardakı əsas mövzu üzrə danışıqlar 2 nəfər kişi cinsli şəxs tərəfindən aparılmışdır. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs3 məxsusdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi X17 Xidmətinin meşə təsərrüfatı üzrə oduncağın satışı barədə 13 oktyabr 2023-cü il tarixli 08/03 nömrəli hərrac protokolundan görünür ki, həmin tarixdə hərrac keçirilmiş və X14 hərracda iştirak edərək 35 kub metr fıstıq növlü işlik oduncağın satışı üzrə 7000 manata qalib olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əməlin tövsif edilməsi haqqında 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə əməl CM-in 311.3.1-ci maddəsindən həmin Məcəllənin 308.2, 311.3.1 və 311.3.2-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 CM-in 308.2 və 311.3.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 CM-in 308.2 və 311.3.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 CM-in 308.2, 311.3.1 və 311.3.2ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 CM-in 308.2, 311.3.1 və 311.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 CM-in 308.2 və 311.3.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs1 CM-in 308.2 və 311.3.1-ci maddələri ilə elan edilmiş ittiham həmin tarixdə qüvvəsində saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə verilmiş 28 iyun 2022-ci il tarixli 613/k nömrəli əmrdən görünür ki, Salmanov X15 İnkşafı Xidmətinin Meşə fondundan istifadə şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə verilmiş 26 iyul 2022-ci il tarixli 737/k nömrəli əmrdən görünür ki, Mahmudov X1 Regional X11 direktoru vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə verilmiş 12 avqust 2022-ci il tarixli 814/k nömrəli əmrdən görünür ki, Davudov X16 Regional X11 direktorunun mühafizə işləri üzrə müavini vəzifəsinə təyin edilmişdir. CPM-in 143-cü maddəsinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 308.1-ci maddəsinə əsasən, vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda – bu əməl vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin tərkibini yaradır. Vəzifəli şəxs tərəfindən CM-in 308.1-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi ağır nəticələrə səbəb olduqda isə şəxsin əməli CM-in 308.2-ci maddəsi ilə tövsif olunur. CM-in 311.1-ci maddəsinə əsasən, vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi ilə bağlı edilən hərəkətlər rüşvət alma (passiv rüşvətxorluq) cinayət əməlinin tərkibini yaradır. Vəzifəli şəxs tərəfindən CM-in 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə onun əməli CM-in 311.3.1-ci maddəsi ilə, təkrar törədildikdə isə CM-in 311.3.2-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Yuxarıda sadalanan cinayət qanunvericiliyinin normalarını hazırkı cinayət işi üzrə tətbiq etməklə təhlil edən məhkəmə kollegiyası əvvəla onu qeyd edir ki, bu qəbildən olan cinayət işləri üzrə hər hansı şəxsin təqsirli hesab edilməsi və CM-in qeyd edilən maddələri ilə cinayət məsuliyətinə cəlb edilməsi üçün ilk növbədə müvafiq cinayətin törədilməsində təqsirləndirilən şəxsin vəzifəli şəxs olub-olmaması faktı müəyyən edilməlidir. Çünki qeyd edilən cinayətlərin subyekti yalnız vəzifəli şəxs ola bilər. Vəzifəli şəxsin anlayışı isə CM-in 308-ci maddəsinin “Qeyd” hissəsində verilmiş və həmin qeyddə göstərilmişdir ki, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər fəslində “vəzifəli şəxs” dedikdə, hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri və beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, xarici andlı iclasçılar başa düşülür. Cinayət işinin materiallarına nəzər yetirdikdə müəyyən olunur ki, istinad edilən cinayət əməlləri 2023-cü tarixdə törədilmişdir və həmin tarixlərdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkşafı Xidmətinin Meşə fondundan istifadə şöbəsinin müdiri, Mahmudov X1 Regional X11 direktoru, Təqsirləndirilən şəxs1 isə Zaqatala Regional X11 direktorunun mühafizə işləri üzrə müavini vəzifəsində çalışmaqla vəzifəli şəxslər olmuşlar. Təqsirləndirilən şəxs3 qarşı CM-in 308.2, 311.3.1 və 311.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı isə CM-in 308.2 və 311.3.1-ci maddələri ilə ittihamların irəli sürülməsinə səbəb olan konkret hallara gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin Meşə fondundan istifadə şöbəsinin müdiri olduğu dövrdə vəzifəli şəxs olaraq ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alması, Təqsirləndirilən şəxs2 Zaqatala Regional X11 direktoru olduğu dövrdə vəzifəli şəxs olaraq ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən suiistifadə etməsi və qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alması, Təqsirləndirilən şəxs1 isə Zaqatala Regional X11 direktorunun müavini olduğu dövrdə vəzifəli şəxs olaraq ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və qabaqcadan əlbir olan bir qrup şəxs halında rüşvət alması ilə bağlı cinayət işinin materiallarında kifayət qədər sübutlar mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, CM-in 311-ci maddəsi ilə cinayət məsuliyyəti cinayət tərkibinin obyektiv cəhətinə daxil olan vəzifəli şəxs tərəfindən maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi, vəzifəli şəxs tərəfindən maddi və sair nemətin, imtiyazın və ya güzəştin alınması, ya da vəzifəli şəxs tərəfindən maddi və sair nemət, imtiyaz və ya güzəşt barədə təklifin və ya vədin qəbul edilməsi ilə bağlı olan hərəkətlərdən hər hansı birinin törədilməsi ilə yaranmış olur. Vəzifəli şəxs tərəfindən maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi dedikdə, vəzifəli şəxsin özü, yaxud onu təmsil edən hər hansı başqa şəxs tərəfindən maddi və sair nemətin, imtiyazın və ya güzəştin alınmasında ifadə olunan arzusunun bildirilməsi başa düşülür. Vəzifəli şəxsin maddi və sair nemətin, imtiyazın və ya güzəştin alınmasında ifadə olunan arzusu hər hansı formada (şifahi və ya yazılı) və hər hansı üsulla (telefonla, internetlə, vərəq üzərndə qeyd etməklə və s.) bildirilə bilər. Göründüyü kimi, rüşvət alma (passiv rüşvətxorluq) cinayəti heç də vəzifəli şəxs tərəfindən maddi və sair nemətin, imtiyazın və ya güzəştin alınması ilə, bu barədə təklifin və ya vədin qəbul edilməsi ilə deyil, hətta vəzifəli şəxs tərəfindən maddi və sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi halında yaranmış olur. Bu isə onu təsdiq edir ki, rüşvət alma cinayəti formal tərkibli cinayətdir. Bu cinayət alınan rüşvət müqabilində müəyyən işin görülüb-görülməməsindən, həmin işi görməyə hazırlığın olub-olmamasından asılı olmayaraq maddi və sair nemətin, imtiyazın və ya güzəştin bütövlükdə, yaxud bir hissəsinin istənildiyi andan başa çatmış hesab edilir. Digər tərəfdən, CM-in qeyd edilən 311-ci maddəsinin dispozisiyasından görünür ki, rüşvət alma (passiv rüşvətxorluq) cinayət əməlinin tərkibinin yaranması üçün qeyd edilən cinayət əməlinin vəzifəli şəxs tərəfindən törədilməsi ilə yanaşı, həmin əməlin məhz vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar törədilməsi faktı mövcud olmalı, yəni vəzifəli şəxs xidməti vəzifənin (səlahiyyətlərin) icrası ilə əlaqədar edilən hər hansı hərəkətə və ya hərəkətsizliyə yol verməlidir. Vəzifəli şəxs tərəfindən xidməti vəzifənin (səlahiyyətlərin) icrası ilə əlaqədar edilən hər hansı hərəkət (hərəkətsizlik) dedikdə isə qanunla və ya əmək müqaviləsinə əsasən vəzifəli şəxsə həvalə edilmiş səlahiyyətlərin icrası ilə əlaqədar edilən hərəkət və ya hərəkətsizlik başa düşülür. Hazırkı cinayət işinin materiallarından isə müəyyən olunur ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vəzifəli şəxs olaraq maddi nemət (rüşvət) qarşılığında xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar vəzifə səlahiyyətlərindən sui-istifadə etmişlər və vəzifəli şəxs kimi müvafiq hərəkətləri etmişlər. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü və üçüncü şəxslər üçün birbaşa yolla şəxsən maddi neməti vahid niyyətlə rüşvət qismində istəyərək təkrarən almış, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən təkrarən sui-istifadə etmiş, Təqsirləndirilən şəxs2 vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü və üçüncü şəxslər üçün birbaşa yolla şəxsən və qeyrisi vasitəsilə maddi neməti vahid niyyətlə rüşvət qismində istəyərək almış, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, Təqsirləndirilən şəxs1 isə vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə özü və üçüncü şəxslər üçün birbaşa yolla şəxsən maddi neməti vahid niyyətlə rüşvət qismində istəyərək almış, qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini onlara elan olunan ittiham üzrə təqsirli bilməmələrinə dair qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası vurğulayır ki, cinayət işinin materiallarında olmaqla biri digərini tamamlayan sübutlar vasitəsi ilə onların ittiham olunduqları cinayət əməllərini törətmələri tam təsdiq olunur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərini müdafiə xarakterli ifadələr kimi qəbul edir və şəxslərin bu formada ifadə verməklə məsuliyyətdən yaxa qurtarmağa çalışdıqlarını hesab edir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməllərinin CM-in 308.2, 311.3.1 və 311.3.2-ci maddələri ilə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməllərinin isə CM-in 308.2 və 311.3.1-ci maddələri ilə tövsifi düzgün hesab edilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 əməlində CM-in 308.2, 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs3 cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır, CM-in 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri isə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 CM-in 308.2, 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Habelə Təqsirləndirilən şəxs2 əməlində CM-in 308.2 və 311.3.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs2 cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır, CM-in 311.3.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli isə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-in 308.2 və 311.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs1 əməlində CM-in 308.2 və 311.3.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermişdir, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir və bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs1 cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir, cinayətlərin təsnifatına görə CM-in 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır, CM-in 311.3.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli isə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 308.2 və 311.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində təyin olunacaq cəzanın növlərinə və həddlərinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış 07 mart 2024-cü il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri nəticəsində xidmətin mənafelərinə mənəvi zərərin vurulduğunu və maddi zərərin vurulmadığını bildirərək adları qeyd olunan şəxslərə qarşı şikayətinin, tələbinin və iddiasının olmadığını qeyd etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat şöbəsi tərəfindən 22 mart 2012-ci ildə doğulmuş X6 adına tərtib olunmuş doğum haqqında şəhətnamənin surətindən görünür ki, həmin şəxsin atası Təqsirləndirilən şəxs3dur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamından görünür ki, Təqsirləndirilən şəxs3 dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Mahmudov X1 rayonunun Muxax kəndində yaşamışdır, 24 sentyabr 2011-ci ildə doğulmuş Rəsul Mahmudov və 24 oktyabr 2017-ci ildə doğulmuş Məryəm Mahmudova onun himayəsindədir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışlardan və xasiyyətnamədən görünür ki, Davudov X16 rayonunun Yuxarı Tala kəndində yaşamışdır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsini isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 CM-in 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsi CM-in 61.1.1-ci maddəsinə, qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törətməsi isə CM-in 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallardır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşaqlarının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 CM-in 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törətməsi CM-in 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs1 əməlində CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 CM-in 308.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törətməsi CM-in 61.1.3-cü maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs3 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Habelə məhkəmə Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Eləcə də məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halların olmamasını, cəzanı ağırlaşdıran halın olmasını, o cümlədən törədilən cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Eləcə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əlavə cəzanın təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, onlara əsas cəza ilə yanaşı dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Belə ki, CM-in 46.1-ci maddəsində göstərilmişdir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. CM-in 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. CM-in 46.3-cü maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi halda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərilən cinayət əməllərini vəzifəli şəxs qismində törətdiklərindən onlara təqsirli bilindikləri 308.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə, həmçinin Təqsirləndirilən şəxs3 CM-in 311.3.1 və 311.3.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə CM-in 311.3.1-ci maddəsində nəzərdə tutulmadığı halda CM-in 46.2-ci maddəsi tətbiq edilməklə cinayət qanunvericiliyinin Ümumi hissəsində nəzərdə tutulmuş həddə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməli və əlavə cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 308.2-ci maddəsində göstərilən cinayət əməli az ağır, CM-in 311.3.1 və 311.3.2-ci maddələrində göstərilən cinayət əməlləri isə ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 16 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 16 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 noyabr 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs3 barəsində 04 ay müddətə əsas qətimkan tədbiri qismində həbs, əlavə qətiman tədbiri qismində isə vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 noyabr 2023-cü il tarixli qərarından görünür ki, əvvəli 16 noyabr 2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətə əsas qətimkan tədbiri qismində həbs, əlavə qətiman tədbiri qismində isə vəzifədən kənarlaşdırma qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 18 dekabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli Qərarının 20-ci bəndinə əsasən, CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 16 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bir gün hesabı ilə hesablanmalı, habelə ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 16 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbsə alınmalı və ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı həbsə alındığı 13 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində əsas qətimkan tədbiri qismində seçilmiş həbs, əlavə qətimkan tədbiri qismində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbirlərinin, Təqsirləndirilən şəxs1 barəsində isə seçilmiş həbs qətimkan tədbirinin digər qətimkan tədbiri ilə əvəz edilməsinə zərurət yoxdur və qeyd olunan səbəbdən həmin qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Habelə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsdən daxil olmuş 02 dekabr 2023cü il tarixli xx/xx-14523 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin xəstəxanada qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, məhkəmə cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbir təyin edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyi olmadığından cəza çəkdikləri müddətdə bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlər təyin olunmamalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 05 dekabr 2023-cü il tarixli 19141 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin xəstəxanada qeydiyyatda yoxdur. CM-in 93.1-ci maddəsinə əsasən, şəxsin psixi pozuntusu ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə, cinayət törətdikdən sonra cəzanın təyin edilməsini və ya onun icrasını istisna edən psixi xəstəliyə düçar olmuş şəxslərə və cinayət törətmiş və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olan şəxslərə təyin edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 psixi pozuntusu və bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 psixi pozuntusu olmadığından bununla əlaqədar tibbi xarakterli məcburi tədbirlərin təyin edilməsinə zərurət yoxdur. Cinayət işi üzrə mülki iddianın əsasları müəyyən edilməmişdir. CM-in 99-1-ci maddəsinə əsasən, cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş əşyanın maddi sübut hesab edilməsi və maddi sübutların saxlanışa verilməsi haqqında 08 dekabr 2023-cü il tarixli qərarlardan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında aparılmış danışıqların audio və video görüntülərini əks etdirən CD disklər, Şahid1 tərəfindən işlik oduncağın verilməsi müqabilində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verilmiş, rüşvətin predmeti olan və Şahid1 məxsus olan C23125391, D17094340, A99179467, C45228467, B09942892, A46182009, C74922566, C36950456, C69052982 və C08340523 nömrəli və seriyalı 100 manatlıq Azərbaycan nominallı pul əskinasları olmaqla ümumilikdə 1000 manat pul həmin tarixdə maddi sübut hesab edilmiş, Şahid1 ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında aparılmış danışıqların audio və video görüntülərini əks etdirən CD disklər cinayət işinin materiallarına əlavə edilmiş, Şahid1 tərəfindən işlik oduncağın verilməsi müqabilində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verilmiş, rüşvətin predmeti olan və Şahid1 məxsus olan C23125391, D17094340, A99179467, C45228467, B09942892, A46182009, C74922566, C36950456, C69052982 və C08340523 nömrəli və seriyalı 100 manatlıq Azərbaycan nominallı pul əskinasları olmaqla ümumilikdə 1000 manat pul Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-Texniki Təminat şöbəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş pul vəsaitinin depozit hesaba qoyulması haqqında 08 dekabr 2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən təqdim edilmiş 7050 manat məbləğində pul vəsaiti həmin tarixdə depozit hesaba qoyulması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-Texniki Təminat şöbəsinə təhvil verilmişdir. CPM-in 132.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalı, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-Texniki Təminat şöbəsində saxlanılan 7050 manat pul sahibi Təqsirləndirilən şəxs1 qaytarılmalı, cinayət işi üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş Şahid1 ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında aparılmış danışıqların audio və video görüntülərini əks etdirən CD disklər cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi- Texniki Təminat şöbəsində saxlanılan C23125391, D17094340, A99179467, C45228467, B09942892, A46182009, C74922566, C36950456, C69052982 və C08340523 nömrəli və seriyalı 100 manatlıq Azərbaycan nominallı pul əskinasları olmaqla ümumilikdə 1000 manat pul isə sahibi Şahid1 qaytarılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 238 (iki yüz otuz səkkiz) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. CPM-in 198.1-ci maddəsinə əsasən, məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. CPM-in 198.3-cü maddəsinə əsasən, cinayət təqibi üzrə bir neçə şəxs məhkum olunmuşsa, məhkəmə məsrəfləri məhkumların hər birindən təqsirlilik dərəcəsi, təyin olunmuş cəzanın ciddiliyi və əmlak vəziyyəti nəzərə alınaraq məhkəmə tərəfindən müəyyən olunmuş pay üzrə tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyərini təşkil edən 238 (iki yüz otuz səkkiz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsi və təyin olunmuş cəzanın ciddiliyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs3 90 (doxsan) manat, Təqsirləndirilən şəxs2 80 (səksən) manat, Təqsirləndirilən şəxs1 isə 68 (altmış səkkiz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1 və 311.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.2-ci maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzalar əsas cəzalarla, əlavə cəzalar əlavə cəzalarla qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs3 qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 16 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs3 barəsində əsas qətimkan tədbiri qismində seçilmiş həbs, əlavə qətimkan tədbiri qismində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 311.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzalar əsas cəzalarla, əlavə cəzalar əlavə cəzalarla qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 16 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs2 barəsində barəsində əsas qətimkan tədbiri qismində seçilmiş həbs, əlavə qətimkan tədbiri qismində seçilmiş vəzifədən kənarlaşdırma qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə müəyyən edilmiş 02 (iki) il 06 (altı) ay müddətə şamil edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 311.3.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 01 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq olunmaqla 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunan əsas cəzalar əsas cəzalarla, əlavə cəzalar əlavə cəzalarla qismən toplanılmaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 08 (səkkiz) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 13 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X8 yerləşdirilməsi üçün həmin müəssisənin Mühafizə taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə müəyyən edilmiş 02 (iki) il müddətə şamil edilsin. Cinayət iş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş Şahid1 ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında aparılmış danışıqların audio və video görüntülərini əks etdirən CD disklər cinayət işinin materiallarında saxlanılsın, Azərbaycan Respublikası Baş Prokurorluğunun Maddi-Texniki Təminat şöbəsində saxlanılan C23125391, D17094340, A99179467, C45228467, B09942892, A46182009, C74922566, C36950456, C69052982 və C08340523 nömrəli və seriyalı 100 manatlıq Azərbaycan nominallı pul əskinasları olmaqla ümumilikdə 1000 manat pul sahibi Şahid1, 7050 manat pul isə sahibi Təqsirləndirilən şəxs1 qaytarılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 238 (iki yüz otuz səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs3 90 (doxsan) manat, Təqsirləndirilən şəxs2 80 (səksən) manat və Təqsirləndirilən şəxs1 68 (altmış səkkiz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə
Məhkəmə qərarları › İş №1(091)-19/2025
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-19/2025
13.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver