Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-22/2023 13.03.2023 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Şəki Ağır Cinayətlər Məhkəməsi Sədrlik edən hakim: Əliyev Rafail Əyyub oğlu, hakimlər: Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlu, məhkəmə iclasının katibi: X6, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı müdafiəçi: Şəki Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Ağdaş şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə ümumi təmiz çəkisi 1,602 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Şahid2 20 (iyirmi) manata Ağdaş şəhəri Ş.Şamil küçəsində yerləşən yaşadığı evin qarşısında qanunsuz olaraq satmış və həmin 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,602 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin xx.xx.2022-ci il tarixdə saat 1150 dəqiqədən 1159 dəqiqəyədək üzərində aparılmış şəxsi axtarış zamanı Şahid2 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Ağdaş şəhəri M.İsayev küçəsində olan zaman Samid adlı polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğuna görə Ağdaş Rayon Polis Şöbəsinə dəvət etmiş, polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra onun yaşadığı ünvan 2 ünvanındakı evə baxış keçirilən zaman evin otaqlarından heç bir əşya aşkar olunmamış, daha sonra evin birinci mərtəbəsində yerləşən ona məxsus otaqdan 01 rulonda boş falqa, 01 ədəd boş şpris və 02 ədəd işlək vəziyyətdə olmayan mobil telefon aşkar edilmişdir. Daha sonra yaşadığı evin həyətində yerləşən, lakin ona və onun ailə üzvlərinə məxsus olmayan, istifadə üçün yararsız olan köhnə hamam otağında sökülmüş vəziyyətdə olan kafellərin altından 02 ədəd sellofan büküm aşkar olunmasını ona bildirmişlər. Polis əməkdaşlarına həmin sellofan bükümlərin ona aid olmadığını, sellofan bükümlərin hansısa polis əməkdaşı tərəfindən ora qoyulmasını bildirmişdir. Şahid2 tanışı olmaqla sonuncuya heç vaxt narkotik vasitə satmamış, bir dəfə Asifə özü istifadə etmək üçün üzərində saxladığı narkotik vasitə heroindən ona pay vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş rayon Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə daxil olmuş məlumat əsasında yaradılmış əməliyyat qrupuna daxil olan CAB-ın əməliyyat müvəkkili Samid Kərimov və axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ilə birlikdə həmin gün 17 radələrində Ağdaş şəhəri M.İsayev küçəsində olan Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncuya özlərini təqdim etdikdən sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə rayon polis şöbəsinə getməsini bildirmişlər. Rayon polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı hər hansı qanunsuz əşya aşkar olunmamış, bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilən zaman evin birinci mərtəbəsində yerləşən otaqlardan birində 01 rulon boş falqa, 01 ədəd boş şpris və 02 ədəd işlək vəziyyətdə olmayan mobil telefon, həmin evin yerləşdiyi həyətdə yerləşən istifadəsiz hamamda sökülmüş kafellərin arasından 02 ədəd sellofan bükümdə çəkiləri 0,51 və 0,87 qram olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək qablaşdırıldıqdan sonra götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Ağdaş Rayon Polis Şöbəsinin Cinayət- Axtarış Bölməsinin əməliyyat müvəkki işləyən Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, polis əməkdaşları ona təzyiq göstərərək guya Mikayıldan narkotik vasitə aldığını deməsini istəmiş, həmin təzyiqlərə görə məcbur qalıb Mikayıldan narkotik vasitə almasını bildirmişdir. Həqiqətdə isə üzərindən aşkar edilmiş narkotik vasitəni tanımadığı şəxsdən “Whatsapp” proqramı vasitəsi ilə almış, Mikayıl ilə narkotik vasitə alış-verişi etməmişdir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 11 radələrində Ağdaş şəhər İ.Qaradağlı küçəsi ilə piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Ağdaş rayon Polis Şöbəsinə dəvət edilmiş, polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs aldığı və çəkisinin 1,93 qram olduğu narkotik vasitə olan heroinin olduğu bir ədəd sellofan bükülü aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Mikayılın mobil nömrəsinə zəng edərək istifadə etmək üçün narkotik vasitə istəmiş, Mikayıl da ona “pulunu götür gəl” deyə bildirmişdir. Mikayılın yaşadığı evin qarşısına gedərək sonuncuya 20 manat verib üzərindən aşkar olunan narkotik vasitə olan heroini almışdır. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, 01 iyun 2022ci il tarixdə saat 18 radələrində Ağdaş şəhərinə doğru gedərkən bir qız onu səsləyərək Mikayılın yaşadığı evi göstərmiş, həmin istiqamətdə gedərkən Mikayılın bir neçə polis əməkdaşı ilə birlikdə olduğunu görmüşdür. Mikayıldan nə baş verdiyini soruşduqda sonuncu ona bir nəfərlə dalaşdığını və şərləndiyini bildirmişdir. Təxminən 20-30 dəqiqədən sonra polis əməkdaşları Mikayıl ilə birlikdə evə daxil olmuş, həmin vaxt polis əməkdaşlarına evə daxil olmaq istədiklərini bildirsələr də sonuncular ona icazə verməmişlər. Küçədən keçən borunun üstünə çıxıb həyətə baxarkən Mikayılın evə daxil olduqdan sonra digər polis əməkdaşlarının həyətə dağıldıqlarını görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X3 eyni məzmunlu ifadə verərək X2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində gösətrmişdir ki, Şahid2la birlikdə Ağdaş rayon Polis Şöbəsinə aparıldıqdan sonra orada polis əməkdaşları ona da Təqsirləndirilən şəxs üzünə duraraq guya sonuncudan narakotik vasitə aldığını bildirmələrini tələb etmiş, lakin polislərin həmin tələbini qəbul etməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişin olduğu CD-diskdən görünür ki, Şahid2 üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan paltonun sağ yan cibindən, selofan torbanın içərisinə qoyulmuş, sellofan bükülüdə 1,93 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan və ona əlavə edilmiş CD-diskdən görünür ki, baxış və götürmə aparılması zamanı ünvan 1-də yerləşən Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan köhnə istifadə edilməyən hamamda sökülmüş kafellərin arasından iki ədəd sellofan bükümlərdə çəkiləri 0,51 və 0,87 qram olan narkotik vasitə olan heroinə oxşak kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 iyun 2022-ci il tarixli 17/450 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Şahid2 üzərindən aşkar edilmiş....” sözləri və imzaları yazılmış zərfin içərisindəki 01 ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi -1,602 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin- 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 02 iyun 2022-ci il tarixli 17/451 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilmiş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri – 0,469 qram və 0,681 qram, ümumi təmiz çəkisi- 1,150 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Təqdim olunmuş Təqsirləndirilən şəxs götürülmüş 02 (iki) ədəd bükümdə olan heroinlər ilə Şahid2 götürülmüş 01(bir) ədəd bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. Heroin – 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxildir (İ siyahı). İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1218 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış nakomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 5-ci bəndində əsasən cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə onun əməlində cinayətlərin residivi müəyyən edilmir. İş materiallarında olan Ağdaş rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdaş rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş 06 ay 23 gün qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin təqdim etdiyi arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşamaqla yaşayış yeri üzrə müsbət səciyyələndirilir, himayəsində xx.xx.2016-cı ildə doğulmuş Nihan Məmmədova adlı bir azyaşlı uşağı vardır. İş materiallarına əlavə edilmiş 01 iyun 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1835-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında Ağdaş rayon məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilməmiş, lakin onun CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Belə ki , Təqsirləndirilən şəxs irəli sürülən ittihamdan görünür ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə ümumi təmiz çəkisi kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşıyaraq, ünvan 1 ünvanında yerləşən yaşadığı evin həyətində olan hamam otağında saxlamış, əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 1918 dəqiqədən 2030 dəqiqəyədək Təqsirləndirilən şəxs yaşadığı ünvan 2-də yerləşən evə keçirilmiş baxış zamanı satış məqsədilə əldə edib saxladığı həmin narkotik vasitələrdən 02 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,469 qram və 0,681 qram, yəni-ümumi təmiz çəkisi 1,15 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinlər isə sonuncunun yaşadığı həmin evin həyətində yerləşən istifadəsiz hamamda sökülmüş vəziyyətdə olan kafellərin arasından aşkar edilərək götürülmüşdür. Məhkəmə aşağıdakı səbəblərə görə Təqsirləndirilən şəxs verilən ittiham üzrə onun evinin həyətindəki istifadəsiz hamamda aşkar edilmiş 02 ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,469 qram və 0,681 qram, yəni, ümumi təmiz çəkisi 1,15 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin aşkar olunmasını etbarsız hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, 125.2.7-ci maddəsinə əsasən isə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 242.1-ci maddəsinə əsasən axtarış - əldə edilmiş (mövcud) sübutların və ya əməliyyat-axtarış fəaliyyətinin materialları hər hansı yaşayış, xidməti və ya istehsalat binasında, digər yerdə, yaxud hər hansı şəxsdə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və ya sənədlərin olmasını güman etməyə kifayət qədər əsas verdikdə aparılan istintaq hərəkətidir. CPM-in 243.1-ci maddəsinə əsasən axtarış və ya götürmə bir qayda olaraq məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 243.2.5-ci maddəsinə əsasən axtarış və ya götürmənin aparılması haqqında qərarda axtarış və ya götürmənin aparılacağı konkret yer (yaşayış, xidməti, istehsalat binası, ünvanı və ya yerləşdiyi yer) göstərilməlidir. Məhkəmə istitaqı zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə təhqiqatçının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Ağdaş rayon prokurorunun təqdimatı əsasında Ağdaş rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən evinə axtarış aparılması haqqında qərar qəbul edilmişdir. CPM-in 7.0.34-cü maddəsinə əsasən yaşayış yeri dedikdə bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesi (bunlardan əlavə bu Məcəllənin məqsədləri üçün yaşayış yeri anlayışı fiziki şəxsin xidməti kabinetini, ona məxsus çəpərli torpaq sahəsini, avtomobili, çay və dəniz gəmisini əhatə edir) başa düşülür. Məhkəmə istintaqında aparılan araşdırma nəticəsində müəyyən olundu ki, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən axtarış zamanı 0,469 qram və 0,681 qram narkotik vasitə olan heroinlər evin həyətində olan istifadəsiz hamamda sökülmüş vəziyyətdə olan kafellərin arasından aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkətinin aparıldığı videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi evin ikinci mərtəbəsinə qalxıb istintaq hərəkətinə başlayan zaman öz etirazlarını bildirərək istintaq hərəkətini aparan şəxsdən həyətdən və orada olan tikililərdən başlamağı xahiş etmiş, istintaq hərəkətində iştirak edən əməliyyat müvəkkili də yalnız evdə axtarış aparılacağını, həyətdə olan hər hansı tikiliyə axtarış aparılmayacağını bildirmişdir. CPM-in 121.1.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan istintaq və ya digər prosessual hərəkət aparılan zaman cinayət prosesi tərəflərinin verdikləri vəsatətləri, habelə cinayət prosesində iştirak edən digər şəxslərin xahişlərini bu hərəkətlərin (məhkəmə iclasının) protokoluna daxil etməli, 121.1.3-cü maddəsinə əsasən isə CPM-də digər qayda nəzərdə tutulmayıbsa, vəsatətlərə və xahişlərə onların verilməsindən bilavasitə sonra baxmaq və nəticələri üzrə müvafiq qərar çıxarmalıdır. Lakin, CPM-in yuxarıda göstərilən tələbləri pozulmaqla istintaq hərəkəti aparılan zaman şübhəli şəxs və onun müdafiəçisi axtarışın yaşayış yerinin həyətindən və orada olan tikililərdən başlamasını bildirsələr də istintaq hərəkətini aparan təhqiqatçı tərəfindən müdafiə tərəfinin həmin etirazı vəsatət kimi qəbul edilərək bu barədə protokolda qeyd edilməmiş, eyni zamanda həmin vəsatətin rədd və ya qəbul edilməsi əsaslandırılmaqla vəsatətə heç bir münasibət bildirilməmişdir. Bundan başqa həmin məhkəmənin qərarında Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən evində axtarış aparılması göstərilsə də, təhqiqatçı həmin ünvanda yerləşən evə və evin zirzəmisində axtarış keçirdikdən sonra həyətində olan istifadəsiz hamamda axtarış aparılmasına dair onda məhkəmə qərarının olmamasına baxmayaraq, təxirəsalınmadan həmin yerdə axtarış aparılmasına dair qərar qəbul edilməmişdir. Belə ki, Ağdaş rayon məhkəməsinin yuxarıda bəhs edilən qərarında məhz Ağdaş şəhəri, Ş.Şamil küçəsində yerləşən evdə axtarış aparılması göstərilmişdir ki, CPM-in 7.0.34-cü maddəsinin mənasına görə həmin axtarış yalnız yaşamaq üçün istifadə edilən tikilini və həmin tikiliyə bitişik eyvan, zirzəmi, çardaq, aynabəndi, istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri nəzərdə tutulmuşdur. Həmin maddənin mənasına görə evin həyətində olan digər tikilələrə və torpaq sahəsində axtarış aparılması üçün qərarda məhz Təqsirləndirilən şəxs yaşadığı Ş.Şamil küçəsi 24 ünvanda yerləşən yaşayış yeri anlayışından istifadə edilməli idi ki, məhkəmə ancaq həmin ünvanda yerləşən evdə axtarış aparılmasını məqsədəmüvafiq hesab edərək qərarında bu barədə göstərməmişdir. Təhqiqatçının evin həyətində olan istifadəsiz hamamda faktiki axtarış aparmaqla həmin axtarışın təxirəsalınmazlığını əsaslandırmaması həmin yerdə axtarış aparılmasına dair faktiki olaraq heç bir hüquqi əsaslarının olmamasını göstərir. Həmçinin məhkəmə qərarında Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanda yerləşən evində axtarış aparılması göstərilsə və təhqiqatçı tərəfindən faktiki olaraq axtarış hərəkətləri icra edilsə də tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokolda baxış keçirilməsi göstərilmiş və CPM-in baxış keçirilməsinə dair 236.1-236.9-cu maddəsinə istinad edilmişdir. Həmçinin istintaq hərəkətinin aparıldığı videoçəkilişdən müəyyən olundu ki, həmin videoçəkilişin olduğu 3-cü CD diskdə həyətdə olan köhnə yaşayış evində axtarış aparılan zaman çəkilişin 6-cı dəqiqəsində istintaq hərəkətini aparan təhqiqatçı Ruhid Yaqublu orada olmamış, istintaq hərəkətinin iştirakçılarından bir nəfər “Ruhid” deyə səsləyərək çöldə olan təhqiqatçı R.Yaqublunu artıq gəlib istintaq hərəkətini başa çatdırmasını xahiş etmiş, bundan sonra iştirakçılar çölə çıxaraq artıq çöldə olan təhqiqatçı R.Yaqublu ilə birlikdə həyətdə olan digər tikilidə axtarış apardıqdan sonra həyətdə olan istifadəsiz hamama doğru getmiş, həmin hamama da ilk olaraq polis əməkdaşları, daha sonra şübhəli Təqsirləndirilən şəxs və müdafiəçisi daxil olmuşdur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə axtarış aparılmasının dəqiq adıcıllığı və taktiki üsulları nəzərdə tutulmasa da həmin istintaq hərəkəti elə qaydada icra edilməlidir ki, bu zaman aşkar olunan sübutların mötəbərliyinə məhkəmə tərəfindən heç bir şübhə yaranmasın. Axtarışın aparılmasının taktiki üsullarına dair hüquq ədəbiyyatında da tövsiyyə edilir ki, axtarış aparılmazdan əvvəl axtarış aparılacaq yer, yaşayış yerindəki tikililər, tikililərdəki otaqların, otaqlardakı əşyaların yerləşmə vəziyyəti ətraflı öyrənildikdən sonra axtarışın aparılması ardıcıllığına dair plan tərtib edilməlidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olundu ki, təhqiqatçı tərəfindən qeyd edilən şərtlərə riayət edilməmiş, hətta şübhəli şəxsin və onun müdafiəçisinin etirazına baxmayaraq axtarış aparılması nəzərdə tutulan həyətdə olan digər tikililər, xüsusən də sonradan narkotik vasitənin aşkar olunduğu istifadəsiz hamam müəyyən edilərək həmin tikililərin sonradan ardıcıllıqla axtarış aparılmasını təmin etmək məqsədilə mühafizəsi təşkil edilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi axtarışa başlayan zaman şübhəli şəxsin və onun müdafiəçisinin axtarışın həyətdən və oradakı tikililərdən başlanmasını israrla bildirməsi, təhqiqatçının müdafiə tərəfinin bu vəsatətinə heç bir münasibət bildirməməsi, istitnaq hərəkətinin gedişində təhqiqatçının özünün axtarış aparılan tikilini tərk edərək çöldə olması, narkotik vasitənin aşkar olunduğu istifadəsiz və mühafizəsi əvvəldən təşkil edilməyən hamama əvvəlcə polis əməkdaşlarının daxil olması, şahidlər Ceyhun Xəlilov və Fikrət Məmmədovun həyətin müxtəlif yerlərində polis əməkdaşlarının olmasını göstərmələri, aşkar olunan narkotik vasitəyə şübhəli şəxs və onun müdafiəçisinin israrla etiraz edərək Təqsirləndirilən şəxs aid olmamasını bildirməsi məhkəmədə bir daha həmin istintaq hərəkətinin mötəbərliliyinə şübhə yaradaraq həmin istintaq hərəkətinin etibarsız hesab olunması qənaətinə gəlir. Cinayət işinin materiallarında olan Şahid2 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinlə Təqsirləndirilən şəxs yaşadığı yerin həyətindəki istifadəsiz hamamda aşkar edilmiş narkotik vasitə olan heroinin tərkiblərinə görə eyni olmasına dair ekspert rəylərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi həmin maddi sübutun aşkar olunması prosesinin etibarlılığı fonunda əhəmiyyətli sübut növü kimi qəbul edilir və dolayısı ilə də onun aşkar olunması ilə bağlı protokolla birlikdə götürüldükdə əhəmiyyət kəsb edir. Hazırki halda isə sözügedən narkotik vasitənin aşkar olunması prosesi məhkəmə tərəfindən etibarsız sayıldığından, həmin sübut yalnız faktı təsdiq edən, yəni aşkar olunan kütlənin narkotik vasitə olmasını təsdiq edən sübut növü rolunu oynayır. Yuxarıda sadalanan hallar məhkəmə kollegiyasında istifadəsiz və əvvəldən mühafizəsi təşkil olunmayan hamamda sınıq kafellərin arasında iki bükümdə aşkar olunmuş narkotik vasitə heroinin Təqsirləndirilən şəxs məxsus olmasına əsaslı şübhə yaradaraq həmin istintaq hərəkətinin şübhəli şəxsin hüquqlarını məhdudlaşdırmaqla həmin sübutların həqiqiliyinə təsir göstərəcəyi qənaətinə gəlir. Yuxarıda sadalananlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs verilən ittihamdan onun evinin həyətindəki istifadəsiz hamamda 02 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,469 qram və 0,681 qram, yəni-ümumi təmiz çəkisi 1,15 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin aşkar olunması etibarsız hesab edildiyinə görə ona verilmiş ittihamdan çıxarılmalı və onun əməli külli miqdar təşkil etməyən narkotik vasitə olan heronin satışına görə CM-in 234.2-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Şahid2 narkotik vasitə satmamasına dair ifadəsinə gəldikdə isə onun həmin ifadəsini məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Həmçinin Şahid2 da məhkəmədə Təqsirləndirilən şəxs narkotik vasitə almamasına, həmçinin Azad Yusifovun polis əməkdaşlarının ondan Təqsirləndirilən şəxs narkotik vasitə almasını deməsini tələb etmələrinə dair ifadələrini də sonuncunun müdafiəsinə yönəlmiş ifadələr kimi qəbul edir. Belə ki, Şahid2 məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutularkən və müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs aldığını bildirmiş, həmçinin videoçəkilişlə aparılan üzləşdirmə zamanı da bir daha dediklərini Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin CM-in 234.2-ci maddəsinə tövsifi ilə razılaşır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona ittiham olunduğu CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətlidir, ona əlavə cəza təyin olunmasına zərurət yoxdur. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 01 iyun 2022-ci il tarixdən hesablanmalı və CM-nin 56.1.2-ci maddəsinə əsasən o, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Ağdaş rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 06 (altı) ay 23 (iyirmi üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 03 (üç) ay 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək üzərində qəti cəza saxlanılmalıdır. CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə olunması nəzərdə tutulan əmlak müəyyən edilmədi. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. CM-in 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, və 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Ağdaş rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 06 (altı) ay 23 (iyirmi üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 03 (üç) ay 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzası hesab edilərək hazırki hökmlə təyin olunan azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 01 iyun 2022-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi olan 69,10 AZN (altmış doqquz manat on qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan – Ağdaş Rayon Polis Şöbəsində saxlanılan 1,05 qram olan narkotik vasitə heroin məhv edilsin, CD disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətinə Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Rafail Əliyev (sədrlik edən) Bilal Məmmədov (məruzəçi) Nahid Mirzəyev
Məhkəmə qərarları › İş №1(091)-22/2023
Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-22/2023
13.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver