Məhkəmə qərarları › İş №1(091)-32/2024

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-32/2024

18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-32/2024 18.07.2024 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Məmmədov Xaliq Musa oğlu (sədrlik edən), Məmmədov Bilal Mahir oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Abşeron Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi3, Zərərçəkmiş şəxslərin hüquqi varisləri X16 və X1, Mülki iddiaçı Şahid1, Mülki iddiaçının nümayəndəsi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxsin nümayəndəsi X5 iştirakları ilə, 05 avqust 1957-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “X13 Kompani” Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatla olmaqla həmin ünvanda yaşayan və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə-CM) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan üç şəxsin sağlamlığına az ağır zərər vurulmasına, iki şəxsin sağlamlığına ağır zərər vurulmasına və iki şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə saat 07:45 radələrində yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz” makalı, “Axor 1843 Yük” modelli, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobili “Schmıtz SKO 24” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə birlikdə Bakı-Qazax- Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində 70-75 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun Ucar rayonunun Çiyni kəndinin ərazisindən keçən 231-ci kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, qarşıda «Mercedes Benz 315» markalı mikroavtobusun sağ zolaqla hərəkətdə olmasını nəzərə alaraq, vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, həmin mikroavtobusla təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli və lazım gələrsə sola doğru təhlükəsiz manevr aparmaqla həmin mikroavtobusun sol tərəfindən ötüb getməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyərək sükan arxasında gözlərinə günəş şüası düşdüyü üçün avtomobilin idarə olunması ilə əlaqədar olan hərəkətləri təhlükəsiz yerinə yetirməyib avtomobilin qabaq hissəsini qarşıda 50 km/saat sürətlə hərəkətdə olan Şahid1 idarə etdiyi «Mercedes Benz 315» markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa hisəssi ilə toqquşdurmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan iki şəxsin – «Mercedes Benz 315» markalı mikroavtobusun sərnişinləri X12 onurğa beyninə qansızma ilə müşayiət olunan İ-İİ boyun fəqərələrinin qapalı sınığı, hər iki diz oynağının, sağ burun-dodaq büküşünün sıyrıqları kimi xəsarətlərlə müşayiət edilən yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almaqla hadisə yerində zərərçəkmiş şəxsin ölümünə, X7 bədənində ikitərəfli hemopnevmotoraks, sağdan V, Vİ, soldan İV, V, Vİ, Vİİ qabırğaların sınığı, ağciyərlərin əzilməsi və cırılması ilə müşayiət olunan, ağciyərlərdə bronxopnevmoniya ilə fəsadlaşmış döş qəfəsinin küt travması, sağ mil sümüyünün qapalı sınığı kimi xəsarətlərlə müşayiət edilən yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri almaqla 26 mart 2023-cü il tarixdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında zərərçəkmiş şəxsin ölümünə, digər sərnişinlər Zərərçəkmiş şəxs2 açıq kəllə-beyin travması, baş beynin əzilməsi, alın sümüyünün orbitanın medial divarına keçən sınığı, soldan əsas sümüyünün böyük qanadının xətti sınığı, nevmosefaliya, sol baldır sümüklərinin sınığı, C7, TH1, TH6, TH10, L1, L3 fəqərə cisimlərinin kompression sınığı, subaraxnoidal qansızma xəsarətləri almaqla həyat üçün təhlükəli olan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs1 hər iki baldır sümüklərinin açıq qəlpəli, sol kürək sümüyü və Xİ döş fəqərəsinin açıq sınığı xəsarətləri almaqla həyat üçün təhlükəli olan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs3 sağ İİİ-İV qabırğaların sınığı xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olduğundan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs5 sol körpücük sümüyünün sınığı xəsarəti almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olduğundan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına və Zərərçəkmiş şəxs4 sol Vİ- Vİİ qabırğaların sınığı xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olduğundan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək və məhkəməyədək icraat zamanı verdiyi ifadəsini qismən təsdiq edərək ifadəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə saat 07:45-də idarə etdiyi X27 1843 yük” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobili “Schmıtz SKO 24” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə Bakı şəhəri istiqamətində hərəkət etdirən zaman hava aydın olmuş və yağış yağmamışdır. Həmin avtomobil ilə Ucar rayonunun Çiyni kəndinin ərazisində keçən hissəsində 3 zolaqlı yolun sağ tərəfdən birinci hərəkət zolağı ilə 70-80 km/saat sürətlə hərəkətdə olan zaman qarşıda “Mercedes Sprinter” markalı avtomobilin olduğunu görmüş, həmin avtomobilə çatmağa 20-30 metr qalmış avtomobilin sürücüsü hərəkəti dayandırıb sərnişin götürmüş, daha sonra əvvəlcə yolun sağ ehtiyat hissəsi ilə irəliləməyə başlamış, daha sonra isə qəfildən onun qarşısına çıxıb 10-15 km/saat sürətlə yenidən hərəkət etməyə başlamışdır. Mikroavtobus aşağı sürətlə hərəkət etdiyi üçün onunla aralarındakı 30 metrlik məsafəni qət etməsi bir neçə saniyə davam etmiş, “Mercedes Sprinter” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobillə qəflətən onun idarə etdiyi avtomobilin önünə çıxdığı üçün o, avtomobili kənara hərəkət etdirə bilməmiş, toqquşma baş vermiş, nəticədə onun idarə etdiyi avtomobilin sağ tərəfi “Mercedes Sprinter” markalı avtomobilin sol tərəfinə ilişmişdir. Hadisə zamanı gözünə şüşə parçaları dolduğu üçün toqquşmadan sonra görmə qalibiliyyəti zəifləmiş və avtomobilin şüşəsinə baxdıqda idarə etdiyi avtomobilin “Mercedes Sprinter” markalı avtomobili beton arakəsməyə doğru apardığını görmüşdür. Qeyd olunan səbəbdən o, dərhal idarə etdiyi avtomobili sağa doğru hərəkət etdirmiş və “Mercedes Sprinter” markalı avtomobildən aralaşmışdır. “Mercedes Sprinter” markalı avtomobil beton arakəsməyə dəyib dayandıqdan sonra o, idarə etdiyi avtomobili saxlamış və avtomobildən aşağı düşmüşdür. Hadisədən beş dəqiqə sonra başqa “Mercedes Sprinter” markalı avtomobilin sürücüsü avtomobili saxlayıb onlara kömək etmiş və həmin avtomobildə olan sərnişinlər kömək edib xəsarət alan sərnişinləri avtomobildən aşağı düşürmüşlər. Bu zaman avtomobilin içərisində sonradan adının və soyadının Orxan Abbasov olduğunu bildiyi sərnişinin oturacaqların arasında ilişib qaldığını görmüş və oturacaqları sındırdıqdan sonra həmin sərnişini də avtobusdan çıxarmaq mümkün olmuşdur. Bundan təxminən 20 dəqiqə sonra hadisə yerinə təcili tibbi yardım avtomobili gəlmiş, xəsarətlər alan şəxslərə tibbi yardım göstərmişlər və bu zaman həmin əməkdaşlar artıq Orxan Abbasovun öldüyünü bildirmişlər. Hadisədən dərhal sonra sürücü Şahid1lə heç nə danışmamış, həyəcanlı olduğu üçün yaza bilməmiş və müstəntiq gözünə günəş şüası düşdüyü üçün “Mercedes Sprinter” markalı avtomobili görmədiyi üçün toqquşma baş verməsi barədə ifadə verməsini təklif etdiyi və həmin ifadənin onun xeyrinə olmasını dediyi üçün ibtidai istintaq zamanı qeyd olunan məzmunda ifadə vermişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı 14 fevral 2023-cü il tarixdə şahid qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə saat 07:45 radələrində yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz olan “X27 1843 yük” markalı, **- JC-*** dövlət qeydiyyat nişanlı avtomobili “Schmıtz SKO 24” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə birlikdə boş vəziyyətdə Bakı-Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində 70-75 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun Ucar rayonunun Çiyni kəndinin ərazisindən keçən hissəsində yolu sağda dayanaraq sərnişin əyləşdirən Şahid1 idarə etdiyi “Mercedes Benz 315” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sol tərəfindən ötüb keçən zaman arxadan avtomobilin keçə bilmədiyini görmüş, həmin vaxt hava günəşli olduğu üçün gözlərinə günəşin şüası düşmüş, qarşıda yolu görə bilməmiş, onun idarə etdiyi avtomobilin qabaq sağ hissəsi həmin mikroavtobusun arxa sol hissəsinə çırpılmış, daha sonra isə mikroavtobus gedərək yolun sol tərəfində beton səddə dəyərək dayanmış, nəticədə mikroavtobusda olan sərnişinlər xəsarət almışlar. Bundan sonra yoldan keçən tanımadığı adamlar mikroavtobusdan xəsarət alanları çıxarmışlar və təcili tibbi yardım xidmətinin işçilərini çağıraraq xəstəxanaya yola salmışlar. Az sonra xəsarət alanlardan bir nəfərin xəstəxanaya aparılarkən yolda öldüyünü eşitmişdir. Daha sonra hadisə yerinə baxış keçirilmiş və müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 14 fevral 2023-cü il tarixdə şahid qismində verdiyi ifadəsi ilə ibtidai istintaqın gedişində 15 may 2023-cü il tarixdə şahid qismində əlavə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə saat 07:45 radələrində yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz olan “X27 1843 yük” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobili “Schmıtz SKO 24” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə birlikdə boş vəziyyətdə Bakı-Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində 70-80 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun Ucar rayonunun Çiyni kəndinin ərazisindən keçən hissəsində yolun sağ tərəfində Şahid1 idarə etdiyi “Mercedes Benz 315 CDİ” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun dayanaraq sərnişin əyləşdirdiyini və sonra yolun sağ kənarı ilə 15-20 km/saat sürətlə hərəkət etdiyini görmüş, həmin mikroavtobusa təxminən 30-40 metr qalmış mikroavtobus onun yoluna çıxmışdır. O da avtomobilin əyləcini sıxdığı anda onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfi mikroavtobusun sol arxa tərəfinə çırpılmış, bundan sonra onun avtomobilinə mikroavtobus ilişmiş və onu sürüyüb aparmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 14 fevral 2023-cü il tarixdə şahid qismində verdiyi ifadəsi ilə ibtidai istintaqın gedişində 12 iyun 2023-cü il tarixdə müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə saat 07:45 radələrində yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz olan “X27 1843 yük” markalı, **- JC-*** dövlət qeydiyyat nişanlı avtomobili “Schmıtz SKO 24” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə birlikdə boş vəziyyətdə Bakı-Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində 70-80 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun Ucar rayonunun Çiyni kəndinin ərazisindən keçən hissəsində yolun sağ tərəfində Şahid1 idarə etdiyi “Mercedes Benz 315 CDİ” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun dayanaraq sərnişin əyləşdirdiyini və sonra yolun sağ kənarı ilə 15-20 km/saat sürətlə hərəkət etdiyini 200-300 metr məsafədən görmüş, həmin mikroavtobusa təxminən 30-40 metr qalmış mikroavtobus onun yoluna çıxmışdır. O da avtomobilin əyləcini sıxdığı anda onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfi mikroavtobusun sol arxa tərəfinə çırpılmış, bundan sonra onun avtomobilinə mikroavtobus ilişmiş və onu sürüyüb aparmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə saat təxminən 06 radələrində arvadı Zərərçəkmiş şəxs3 ilə birlikdə Bakı şəhərinə getmək üçün Şəmkir rayonunda sonradan adını və soyadını bildiyi Şahid1 idarə etdiyi “Mercedes Benz 315” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa sərnişin kimi sürücünün arxasında yerləşən 3-cü sıradakı oturacaqda oturmuş, avtomobil bir qədər hərəkət etdikdən sonra o, yuxulamış, yuxudan ayılan zaman isə əyləşdiyi avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində xəsarətlər alması və arvadı Zərərçəkmiş şəxs3 tərəfindən tanımadığı avtomobillə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılması ona məlum olmuşdur. Həmin xəstəxanada müayinə olunduqdan sonra Gəncə Şəhər Klinik Xəstəxanasına aparılmış və orada bir neçə gün müalicə olunduqdan sonra evinə getmişdir. Sonradan araşdırma aparılan zaman əyləşdiyi avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Ucar rayonunun ərazisində yük avtomobilinin onun əyləşdiyi mikroavtobusa arxadan çırpılması və bu səbəbdən xəsarət alması ona məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışmamışdır və sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, əvvəllər mikroavtobusun sürücüsü ilə bir neçə dəfə Bakı şəhərinə getmiş, hadisə baş verən tarixdə Şəmkir rayonunun ərazisində mikroavtobusda ön hissədə əyləşmiş, avtomobil hərəkətdə olan zaman sürücü avtomobili normal şəkildə idarə etmədiyi üçün əri sürücünü nəzərdə tututaraq bu şəkildə avtomobil idarə edilməməsini bildirmişdir. Mikroavtobusun sürücüsü bir dəfə Şəmkir rayonunun ərazisində “üç yol” adlandırılan ərazidə, daha sonra Gəncə şəhərinin ərazisində dayanmış, habelə bir dəfə də yolda dayanıb göyərçin götürmüşdür. Hadisə baş verən zaman o, yuxulu olduğu üçün hadisənin necə baş verdiyinin şahidi olmamış, yalnız sürücünün digər şəxsi nəzərdə tutaraq nə etdiyini deməsini eşitmiş və avtobusun oturacağı onun sifətinə dəydikdən sonra yuxudan ayılmışdır. Hadisə zamanı oturacaq qırıldığı üçün əri arxaya doğru getmiş, iki oturacağın arasında qalmış və əri əli ilə ayağını göstərib ayağının qırıldığını ona demişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmamışdır və sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə saat təxminən 06 radələrində əri Zərərçəkmiş şəxs1 ilə birlikdə Bakı şəhərinə getmək üçün Şəmkir rayonunda sonradan adını və soyadını bildiyi Şahid1 idarə etdiyi “Mercedes Benz 315” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusda sərnişin kimi sürücünün arxasında yerləşən 3-cü sıradakı oturacaqda oturmuş, avtomobil bir qədər hərəkət etdikdən sonra o, yuxulamış, yuxuda olan zaman toqquşma səsinə oxşar səsə yuxudan ayılan zaman isə əyləşdiyi avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində onun və əri Rafiq Qəhrəmanın xəsarət alması, habelə sonuncunun huşunun itməsi ona məlum olmuşdur. Bundan sonra həmin avtomobil yolunda tanımadığı avtomobili saxladıb əri Zərərçəkmiş şəxs1 Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparmış, əri Zərərçəkmiş şəxs1 həmin xəstəxanada müayinə olunduqdan sonra Gəncə Şəhər Klinik Xəstəxanasına aparılmış və orada bir neçə gün müalicə olunduqdan sonra evinə getmişdir. Hadisə nəticəsində o da xəsarət aldığı üçün Gəncə Şəhər Klinik Xəstəxanasına müraciət etmiş və orada müalicə olunduqdan sonra evinə getmişdir. Sonradan araşdırma aparılan zaman əyləşdiyi avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Ucar rayonunun ərazisində yük avtomobilinin onun əyləşdiyi mikroavtobusa arxadan çırpılması və bu səbəbdən xəsarət alması ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməyərək ifadəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə Şahid1 idarə etdiyi “Mercedes Benz 315” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusda ən arxa sol hissədə sərnişin kimi əyləşmiş və avtomobil hərəkət edən zaman oyaq olmuşdur. Mikroavtobus bir dəfə Şəmkir rayonunun ərazisində “üç yol” adlandırılan ərazidə avtomobili saxlamış, Ucar rayonunun ərazisinə çatanadək mikroavtosunun sürücüsü avtomobili hər hansı yerdə saxlamamış və hər hansı avtovoğzalın ərazisinə daxil olmamışdır. Avtomobil bir müddət hərəkət etdikdən sonra Ucar rayonunun Çiyni kəndinin ərazisində mikroavtobusa əyləşmək istəyən orta yaşlı, əynində qara rəngdə kofta olan bir nəfər şəxs əl hərəkəti ilə avtomobili saxlatmış, həmin şəxs avtobusa əyləşdikdən sonra sürücü mikroavtobusun qapısı açıq vəziyyətdə olmaqla hərəkətə davam etmiş, mikroavtobus yenidən hərəkət zolağına çıxmış, bu zaman mikroavtobusun sürəti aşağı olmuş, avtomobil hərəkət zolağına çıxdıqdan sonra toqquşma baş vermiş, hadisədən sonra isə huşunu itirib kliniki ölüm keçirmişdir. Müstəntiq təklif etdiyi ifadənin onun xeyrinə olmasını dediyi, narkozun təsiri altında olduğu, ağır kəllə beyin travması keçirdiyi, habelə polis və məhkəmə əməkdaşlarından qorxduğu üçün ibtidai istintaq zamanı müstəntiqin dediyi məzmunda ifadə vermişdir. İfadəsini müstəntiq özü yazmış, ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsini oxumamış, ifadəsinin aşağı hissəsindəki yazılar müstəntiqin deməsindən sonra onun tərəfindən yazılmış, ibtidai istintaq zamanı sonradan ifadəsini dəyişmək istəsə də müstəntiq ona ibtidai istintaqın yekunlaşdığını və bu səbəbdən də ifadəsini dəyişə bilməyəcəyini demişdir. Habelə hadisə baş verməmişdən bir müddət əvvəl sürücü mikroavtobusu sürətlə hərəkət etdirdiyinə görə ibtidai istintaq zamanı verdiyi ifadəsinin sonunda bununla bağlı qeydlər etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır və sonuncuya qarşı hər hansı tələbi və şikayəti yoxdur. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə saat təxminən 06 radələrində Bakı şəhərinə getmək üçün Şəmkir rayonunun Kür qəsəbəsi yolunda sonradan adını və soyadını bildiyi Şahid1 idarə etdiyi “Mercedes Benz 315”, markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusda arxa oturacaqda sərnişin kimi oturmuş, avtomobil bir qədər hərəkət etdikdən sonra o, yuxulamış, yuxudan ayılan zaman isə Bakı şəhərində xəstəxanada olması ona məlum olmuşdur. Sonradan araşdırma aparılan zaman əyləşdiyi avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində hərəkət edərkən Ucar rayonunun ərazisində yük avtomobilinin onun sərnişin kimi əyləşdiyi mikroavtobusa arxadan çırpılması və bu səbəbdən xəsarət alması ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə saat təxminən 06:00 radələrində Bakı şəhərinə getmək üçün Şəmkir rayonundan Şahid1 idarə etdiyi “Mercedes Benz 315” markalı, **-LE- *** dövlət qeydiyyat nişanlı mikroavtobusda sürücünün arxasında birinci sırada sərnişin kimi oturmuş, avtomobil bir qədər hərəkət etdikdən sonra o, yuxulamış, yuxudan ayılan zaman isə yolun kənarında yerdə oturması, xəsarət alması, sərnişin kimi əyləşdiyi mikroavtobusun qabaq tərəfinin beton səddə dəyərək dayanması, arxa tərəfinin əzilməsi və qabaq tərəfdə olan yük avtomobilinin ön tərəfinin əzilmiş vəziyyətdə olmaqla dayanması ona məlum olmuşdur. Sonradan araşdırma aparılan zaman əyləşdiyi avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində gedərkən Ucar rayonunun ərazisində yük avtomobilinin onun sərnişin kimi əyləşdiyi mikroavtobusa arxadan çırpılması və bu səbəbdən xəsarət alması ona məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışmamışdır və sonuncunun qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyədək icraat zamanı verdiyi ifadələrini qismən təsdiq edərək ifadəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə Bakı şəhərinə getmək üçün Şəmkir rayonundan Şahid1 idarə etdiyi “Mercedes Benz 315” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusda sərnişin kimi əyləşmiş, mikroavtobus yol boyu digər sərnişinləri də əyləşdirmiş, Ucar rayonunun ərazisində yolun kənarında saxlayıb sərnişin əyləşdirmiş, həmin sərnişinin əşyalarını yük yerinə qoymuşdur. Bu zaman o, bacısı ilə söhbət etmiş, söhbət əsnasında avtobusun içərisi soyuq olduğu üçün o, bacısına üşüdüyünü demiş, həmin vaxt sürücü Şahid1 avtobusun içərisinə daxil olmuş, onun dediyini eşidib ona istilik sistemini qoşduğunu, avtobus hərəkətdə olan zaman içərinin isinəcəyini deyib, oğlanla yerini dəyişməsini məsləhət görmüşdür. Avtobusda o və həmin oğlan paralel yerləşən oturacaqlarda oturmuş və o, həmin sərnişinin yatdığını görüb Kürdəmir rayonunun ərazisində yerlərini dəyişməyi təklif edəcəyini demişdir. Bu vaxt sürücü avtomobili idarə edib hərəkətə başlayan zaman sərnişin heç oturacaqda oturmamış, sərnişin mikroavtobusun qapısını bağlayan zaman o, sürücüyə qapını örtməsini demiş, sürücü də qapını bağlayacağını demiş və qeyd olunan söhbətlər bir saniyə davam etmişdir. Mikroavtobus hərəkətə başlayan zaman qapısı açıq vəziyyətdə olmuş, mikroavtobus torpaq örtüklü yoldan asfalt örtüklü yola çıxmış və asfalt örtüklü yola çıxdıqdan bir saniyə sonra, asfalt örtüklü yolda olan zaman hadisə baş vermişdir. Hadisədən sonra huşu özündə olmadığı üçün ibtidai istintaq zamanı hansı məzmunda ifadə verdiyini xatırlamamışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır və sonuncuya qarşı hər hansı tələbi və şikayəti yoxdur. Zərərçəkmiş şəxs4 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı şahid və zərərçəkmiş şəxs qismində verdiyi ifadələri arasında ziddiyyət olduğundan, ibtidai istintaq zamanı verdiyi həmin ifadələri elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadələrində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə saat təxminən 05:40 radələrində Bakı şəhərinə getmək üçün Şəmikir rayonunun Kür qəsəbəsinin ərazisində adını və soyadını sonradan bildiyi Şahid1 idarə etdiyi “Mercedes Benz 315” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusda bacısı Sevda Məmmədova ilə birlikdə sərnişin kimi əyləşmiş, o, sağda, bacısı Sevda Məmmədova isə solda oturmuş, avtomobil Bakı-Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində bir qədər hərəkət etdikdən sonra o, yuxulamış, yuxudan ayılan zaman isə mikroavtobusun yolun kənarında dayandığını görmüşdür. O, bacısı Sevda Məmmədova ilə söhbət etməyə başlamış, bu zaman anidən əyləşdiyi mikroavtobusa arxadan zərbə dəymiş, nəticədə mikroavtobusda olan sərnişinlər yerə yıxılmışlar. Daha sonra isə xəsarət aldıqları üçün o və bacısı Sevda Məmmədova tanımadığı avtomobillə əvvəlcə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına, oradan da Bakı şəhərində yerləşən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılmışlar. Orada bir gün qaldıqdan sonra evinə buraxılmış, bacısı Sevda Məmmədova isə həmin xəstəxanada qalmış və 26 mart 2023-cü il tarixdə sonuncu həmin xəstəxanada vəfat etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X16 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, mərhum Orxan Abbasov onun qardaşı olmuşdur. 14 fevral 2023-cü il tarixdə günortdan sonra qardaşı Orxan Abbasovun Bakı şəhərinə gələrkən Bakı-Qazax- Gürcüstan sərhəd yolunun Ucar rayonunun ərazisindən keçən hissəsində sərnişin kimi əyləşdiyi mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi, nəticədə qardaşı Orxan Abbasovun vəfat etməsi barədə ona məlumat verilmiş, o da qohumları ilə birlikdə Ucar Rayon Mərkəzi Xəstəxanasına getmiş və orada qardaşı Orxan Abbasovun meyiti onlara təhvil verilmişdir. Sonradan araşdırma aparılan zaman yük avtomobilinin qardaşı Orxan Ababsovun sərnişin kimi əyləşdiyi mikroavtobusa arxadan çırpılması və nəticədə Orxan Abbasovun aldığı xəsarətlərdən hadisə yerində ölməsi ona məlum olmuşdur. Şahid1 mikroavtobusu yolun təyin olunmamış hissəsində saxlayıb sərnişin götürdüyündən, mikroavtobusun qapısını bağlamadan, güzgüyə baxmadan və dönmə işıqlarını yandırmadan tələsik hərəkət zolağına çıxdığından, mikroavtobusu qapısı açıq vəziyyətdə idarə edərək təhlükəsizlik qaydalarını pozduğundan, zərbənin təsiri altında qapı qırılıb yerə düşdüyündən, həmin mikroavtobus sərnişin daşınması üçün nəzərdə tutulmadığından, qeyd olunan mikroavtobusun içərisində olan oturacaqlara düzəlişlər edildiyindən, oturacaqlarda başın qorunması üçün hər hansı avadanlıq nəzərdə tutulmadığından və qardaşı hadisə zamanı başının arxa nahiyəsindən xəsarətlər aldığından baş vermiş hadisə ilə bağlı yalnız Şahid1 təqsirli olduğunu düşünür. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır və sonuncuya qarşı hər hansı tələbi və şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi X8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, X14 onun anası olmuşdur. 14 fevral 2023-cü il tarixdə saat 08:05 radələrində ona telefonla zəng olunaraq anası Sevda Məmmədovanın Bakı şəhərinə gedərkən Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Ucar rayonunun ərazisindən keçən hissəsində sərnişin kimi əyləşdiyi mikroavtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi, nəticədə anası Sevda Məmmədovanın xəsarət alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılması barədə ona məlumat verilmiş, o da həmin xəstəxanaya getdikdə anasının səhhətinin ağır olduğunu görmüş, daha sonra anası təcili təxirəsalınmaz tibbi yardım xidmətinin avtomobili ilə Bakı şəhərində yerləşən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılmış, lakin anası orada müalicə olunmasına baxmayaraq, 26 mart 2023-cü il tarixdə həmin xəstəxanada vəfat etmişdir. Sonradan araşdırma aparılan zaman yük avtomobilinin anası Sevda Məmmədovanın sərnişin kimi əyləşdiyi mikroavtobusa arxadan çırpılması və nəticədə anasının aldığı xəsarətlərdən xəstəxanada ölməsi ona məlum olmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır və sonuncuya qarşı hər hansı tələbi və şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş mülki iddiaçı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, “Mercedes Benz 315” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu Türkiyə Respublikasının Trabzon şəhərindən almış və sonradan avtomobilə əlavə oturacaqlar quraşdırmamışdır. 14 fevral 2023-cü il tarixdə saat 07:45 radələrində özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz 315” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu Bakı-Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində hərəkət etdirərkən həmin yolun Ucar rayonunun Çiyni kəndinin ərazisindən keçən hissəsində yolun sağ tərəfində bir nəfər kişi cinsli şəxsin dayanaraq ona saxlamaq üçün əl işarəsi etdiyini görüb mikroavtobusu yolun sağ kənarına çıxararaq saxlamış və həmin sərnişin mikroavtobusa əyləşmişdir. Bundan sonra o, avtomobilin qapısını bağlamış, mikroavtobusun sola dönmə işığını yandıraraq, yola baxmış, yol boş olduğu üçün yola çıxıb, yolun sağ birinci zolağı ilə 50-60 km/saat sürətlə hərəkətini davam etdirmiş və bu zaman bir neçə avtomobil onun idarə etdiyi mikroavtobusu sol tərəfdən ötüb keçmişdir. Düz istiqamətdə təxminən 150-200 metr hərəkət etdirdikdən sonra anidən arxa tərəfdən hərəkətdə olan sonradan adını və soyadını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “X27 1843 yük” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə onun idarə etdiyi mikroavtobusun arxa sol hissəsinə çırpılmış, zərbənin təsirindən mikroavtobusu qabağa tərəf hərəkət etdirmiş, həmin vaxt sol əli avtomobilin rolunda olduğu üçün zərbənin təsirindən əli avtomobili sola tərəf hərəkətləndirmiş, nəticədə mikroavtobus hərəkət edib yolun solunda olan beton səddə dəyərək dayanmış, bu zaman mikroavtobusun qapısı qırılaraq yerə düşmüş, nəticədə o və mikroavtobusda olan sərnişinlər xəsarət almışlar. Daha sonra yoldan keçən tanımadığı şəxslər xəsarət almış şəxsləri mikroavtobusdan çıxararaq təcili təxirəsalınmaz tibbi yardım xidmətini çağırmışlar və həmin xidmətin əməkdaşları oraya gəlib xəsarət alan şəxsləri xəstəxanaya aparmışlar. Onun idarə etdiyi mikroavtobusa arxa tərəfdən çırpılan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs nə üçün avtomobili vurduğunu soruşan zaman sonuncu gözlərinə günəşin şüası düşdüyü üçün qarşısını yaxşı görə bilmədiyini və bu səbəbdən onun idarə etdiyi mikroavtobusa arxadan çırpıldığını bildirmişdir. Sonradan hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmuşdur. Daha sonra baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomobilində əyləşmiş Orxan Abbasovun xəstəxanaya aparılarkən yolda ölməsi ona məlum olmuşdur. Hazırda ona vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş mülki cavabdehin nümayəndəsi X9 ifadəsində göstərmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində “X13 Kompani” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan “Mercedes” markalı yük avtomobilinə zərər dəymiş və həmin zərər rəhbərlik tərəfindən ödənilmişdir. Yüksək təhlükə mənbəyinin vurduğu ziyana və qarşı tərəfə dəymiş maddi ziyana görə sürücü məsuliyyət daşıyır və üçüncü şəxsin qarşısında “X13 Kompani” Məhdud Məsuliyyətli Cəmiyyəti öhdəlik daşımır. Üçüncü şəxsə dəymiş maddi ziyanı “X13 Kompani” Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş maddi ziyan kimi qiymətləndirmir, ziyan dəymiş əmlakların qiymətləndirilməsini mübahisələndirmir və mülki iddianı qəbul etmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə saat 07:30 radələrində evdən çıxıb Ucar rayonunun Çiyni kəndinin ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhəd yolunun sağ kənarında dayanmış və həmin vaxt Bakı şəhəri istiqamətində hərəkətdə olan adını və soyadını sonradan bildiyi Şahid1 idarə etdiyi “Mercedes Benz 315” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa sərnişin kimi əyləşmək üçün əl ilə sürücüyə işarə etmiş və sürücü həmin mikroavtobusu yolun sağ kənarına hərəkət etdirib saxladıqdan sonra o, mikroavtobusda qapının yanındakı oturacaqda əyləşmişdir. Bundan sonra sürücü qapını bağlamış, lakin qapını hansı şəkildə bağladığını bilməmiş və daha sonra isə sürücü mikroavtobusu əvvəlcə torpaq örtüklü yolla, ardınca isə yenidən Bakı-Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində yolun sağ birinci hərəkət zolağı ilə asfalt örtüklü hərəkət etdirməyə başlamışdır. Mikroavtobusu sol tərəfdən bir neçə avtomobil keçmiş, əyləşdiyi mikroavtobus 150-200 metr hərəkət etdikdən sonra anidən mikroavtobusun arxa tərəfindən bərk zərbə səsinə oxşar səs eşitmiş, partlayış baş verdiyini hesab etmiş və huşu itmişdir. Bir müddət sonra ayılan zaman mikroavtobusun salonuna yıxıldığını və üzərində iki-üç nəfər şəxsin olduğunu görmüşdür. Tanımadığı şəxslərin köməyi ilə yerə düşmüş, yerdə olarkən sərnişin kimi olduğu mikroavtobusun qabaq tərəfinin beton səddə dəyərək dayanması, arxa tərəfinin əzilməsi və qabaq tərəfdə olan yük avtomobilinin ön hissəsinin əzilmiş vəziyyətdə olması ona məlum olmuşdur. Sonradan araşdırma aparılan zaman əyləşdiyi avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində hərəkət edərkən yük avtomobilinin sərnişin kimi əyləşdiyi mikroavtobusa arxadan çırpılması və bu səbəbdən də xəsarət alması ona məlum olmuşdur. İbtidai istintaq zamanı müstəntiqə mikroavtobusun bir müddət torpaq örtüklü yolla hərəkət etdiyini bildirmiş, mikaroavtobusa əyləşdiyi yeri göstərmiş və müstəntiq mikroavtobusun yolda nə qədər məsafədə hərəkət etdiyini ölçmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə saat təxminən 06:00 radələrində Bakı şəhərinə getmək üçün Şəmkir rayonunun Kür qəsəbəsinin ərazisində adını və soyadını sonradan bildiyi Şahid1 idarə etdiyi “Mercedes Benz 315” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusda sürücünün arxasında birinci sırada sərnişin kimi əyləşmiş və sürücü mikroavtobusu Bakı- Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində normal qaydada idarə etmişdir. Ucar rayonunun ərazisindən keçəndə sürücü mikroavtobusu Bakı-Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində hərəkət etdirərkən anidən mikroavtobusa arxadan bərk zərbə dəymiş, nəticədə sərnişinlər bir-birilərinin üzərlərinə yıxılmışlar. Mikroavtobus dayandıqdan sonra o, ayağa qalxmış, həmin vaxt o, xəsarət almasa da digər sərnişinlər xəsarət almışlar və o, yanında oturan Zərərçəkmiş şəxs5 yardım etmişdir. Daha sonra təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin əməkdaşları oraya gəlmiş və xəsarət alan şəxsləri xəstəxanaya aparmışlar. O, mikroavtobusun arxa tərəfinin əzildiyini və qabaq tərəfdə dayanmış yük avtomobilinin ön tərəfinin əzilmiş vəziyyədə olduğunu görmüşdür. Sonradan araşdırma aparılan zaman əyləşdiyi avtomobillə Bakı-Qazax- Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində hərəkət edərkən yük avtomobilinin sərnişin kimi əyləşdiyi mikroavtobusa arxadan çırpılması ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş X2 məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə Abşeron rayonuna getmək üçün Şəmkir rayonunda adını və soyadını sonradan bildiyi Şahid1 idarə etdiyi “Mercedes Benz 315” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusda sərnişin kimi əyləşmiş, avtomobil Bakı-Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində bir qədər hərəkət etdikdən sonra o, yuxulamış, yuxudan ayılan zaman isə saat 07:40 radələrinin olması və Ucar rayonunun ərazisində yolun sağ kənarında bir nəfər tanımadığı şəxsin mikroavtobusu saxlatmaq üçün əl işarə etməsini görmüşdür. Mikroavtobusun sürücüsü mikroavtobusu yolun sağ tərəfinə hərəkət etdirib saxlamış və həmin şəxs mikroavtobusa əyləşdikdən sonra sürücü yola çıxıb hərəkətini davam etdirməyə başlamışdır. Bir qədər getdikdən sonra mikroavtobusun arxa tərəfindən bərk zərbə səsinin gəldiyini eşitmiş, mikroavtobusun salonuna yıxılmış, daha sonra huşu qayıtdıqda ona yardım olunması və xəsarət aldığı üçün təcili və təxirəsalınmaz tibbi yardım avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılması ona məlum olmuşdur. Daha sonra orada müayinə olunmuş və bundan sonra evinə getmişdir. Sonradan araşdırma aparılan zaman əyləşdiyi avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən Ucar rayonunun ərazisində yük avtomobilinin onun sərnişin kimi əyləşdiyi mikroavtobusa arxadan çırpılması və bu səbəbdən də xəsarət alması ona məlum olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid5 məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, 14 fevral 2023-cü il tarixdə Abşeron rayonuna getmək üçün Şəmkir rayonunun Kür qəsəbəsinin ərazisində Şahid1 idarə etdiyi “Mercedes Benz 315 CDİ” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusda sərnişin kimi əyləşmiş və sürücü mikroavtobusu Bakı- Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində normal qaydada idarə etmişdir. Ucar rayonunun Çiyni kəndinin ərazisində yolun sağ kənarında bir nəfər tanımadığı şəxsin mikroavtobusu saxlatmaq üçün əl işarəsi etdiyini görmüş, bu səbəbdən sürücü mikroavtobusu yolun sağ tərəfinə hərəkət etdirib saxlamış və həmin şəxs mikroavtobusa əyləşdikdən sonra avtomobil yola çıxıb hərəkətini davam etdirməyə başlamışdır. Bir qədər getdikdən sonra mikroavtobusun arxasından bərk zərbə səsinin gəldiyini eşitmiş, mikroavtobusun salonuna yıxılmış, lakin xəsarət almamışdır. Sonradan araşdırma aparılan zaman əyləşdiyi avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində hərəkət edərkən Ucar rayonunun ərazisində yük avtomobilinin sərnişin kimi əyləşdiyi mikroavtobus arxadan çırpılması ona məlum olmuşdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxslərin hüquqi varislərinin, şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, hadisə baş verən ərazi Bakı-Qazax yolunun Ucar rayonunun Çiyni kəndinin ərazisindən keçən 231-ci kilometrliyindədir. Yol yol asfalt örtükdən ibarət olmaqla, qurudur, üç hərəkət zolağından ibarətdir, hərəkət hissəsinin eni 11 metrdir. Hərəkət zolaqlarını ağ rəngli qırıq-qırıq xətlər ayırır. Yolun hər iki kənarı sarı xətlə əhatə edilmişdir. Yolun sol kənarında 90 sm hündürlüyündə beton sədd, sağ kənarında isə dəmir metal sədd vardır. Yolun sağ kənarında 3,20 metr, sol kənarında isə 2,50 metr enində ehtiyat hissə vardır. Hərəkət eyni istiqamətdə olmaqla hadisə baş verən yolda hərəkət sürət həddi 90 km/saatdır. Hadisə gündüz və günəşli havada baş vermişdir. Toqquşma yolun sağ kənarından mərkəzə doğru 1,70 metr məsafədə sağ zolaqda baş vermişdir. Hər iki avtomobil eyni istiqamətdə hərəkətdə olmuşlar. Toqquşmadan əvvəl mikroavtobus yolun sağ kənarından düzünə 165 metr məsafədən toqquşma yerinə qədər yola daxil olub hərəkət etmişdir. Hadisədən sonra yolun sol kənarından beton səddə qabaq hissəsi dəymiş və arxa hissəsi əzilmiş halda “Mercedes Benz 315” markalı mikroavtobus dayanmış, qarşı sağda qabaq hissəsi əzilmiş halda qoşqulu yük avtomobili dayanmışdır. Hadisə yerində toqquşmadan sonra başlayan 19 metr uzunluğunda sola istiqamətlənmiş qoşqulu yük avtomobilinə məxsus 19 metr uzunluğunda tormoz izi vardır. Mikroavtobusun sol arxa hissəsi, “Mercedes Axor” markalı qoşqulu yük avtomobilinin isə sağ qabaq hissəsi əzilmişdir. Avtomobillərin əzilmiş hissələri bir-biri ilə toqquşduğu üçün yaranmışdır. Hadisədən sonra mikroavtobus beton səddə dəymişdir. Toqquşma yerinə avtomobillərə məxsus şüşə qırıntıları tökülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 14 fevral 2023-cü il tarixli 39 nömrəli aktdan görünür ki, Şahid1 ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 14 fevral 2023-cü il tarixli 40 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 fevral 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Ucar Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 14 fevral 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 11:10-da Ucar Rayon Mərkəzi Xəstəxanasından Şahid2 “sol göz yuvasının ətrafının, boyunun yarısının və sağ topuğunun əziyi”, Şahid3 “sol çiyin qurşağının və sol körpücük sümüyünün əziyi”, X3 isə “sol bud sümüyünün və sol baldır sümüyünün orta 1/3-nin qapalı yerdəyişməyən sınığı” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Kürdəmir Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 14 fevral 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 10:43-də X23 Yardım Xidmətindən X7 “sağ 9, 10-cu qabırğalarının, sol 2, 3, 4, 5, 6, 7-ci qabırğalarının sınığı” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Kürdəmir Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 14 fevral 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 10:44-də X23 Yardım Xidmətindən Zərərçəkmiş şəxs4 “sol 2, 3, 4-cü qabırğalarının sınığı” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Kürdəmir Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 14 fevral 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 11:26-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından Zərərçəkmiş şəxs1 “sol incik sümüyünün orta 1/3 hissəsinin yerdəyişmiş sınığı, sol kürək sümüyünün sınığı, sağ incik və qamış sümüyünün orta və aşağı 1/3 hissəsinin yerdəyişmiş sınığı” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Kürdəmir Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış 14 fevral 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 18:31-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasından Zərərçəkmiş şəxs3 “sağ 3, 4-cü qabırğalarının qapalı yerdəyişməmiş sınığı” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 18 fevral 2023-cü il tarixli 02 nömrəli rəyindən görünür ki, mərhum X12 meyitinin məhkəmə-tibb ekspertizası zamanı onda “onurğa beyninə qansızma ilə müşayiət olunan İ-İİ boyun fəqərələrinin qapalı sınığı, hər iki diz oynağının, sağ burun-dodaq büküşünün sıyrıqları” diaqnozu ilə, bərk-küt əşyanın təsirindən əmələ gəlmiş, həyati, ölüm baş verməmişdən az əvvəl törənmiş, ölümlə səbəbli əlaqəsli olan, 14 fevral 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilməyən, sağlamlığa ağır zərərvurmaya xas əlamətlərə malik xəsarətlər aşkar edilmişdir. X12 bilavasitə ölümünə səbəb onurğa beyninin boyun şöbəsinə qansızma ilə ağırlaşan boyun fəqərələrinin sınığı olmuşdur. Erkən meyit əlamətləri ölümün meyitin müayinəsindən 1-1,5 saat əvvəl baş verdiyi göstərir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 02 mart 2023-cü il tarixli 134 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 məhkəmə-tibb ekspertizası zamanı onda “sol körpücük sümüyünün sınığı” diaqnozu ilə, küt alətin təsirindən əmələ gəlmiş, 14 fevral 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilməyən, səhhətin uzun müddət pozulmasına səbəb olduğu üçün dərəcəsinə görə sağlamlığa az ağır zərər vuran xəsarət aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 08 mart 2023-cü il tarixli 135 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibb ekspertizası zamanı onda “açıq kəllə-beyin travması, baş beynin əzilməsi, alın sümüyünün orbitanın medial divarına keçən sınığı, soldan əsas sümüyünün böyük qanadının xətti sınığı, nevmosefaliya, sol baldır sümüklərinin sınığı, C7, TH1, TH6, TH10, L1, L3 fəqərə cisimlərinin kompression sınığı, subaraxnoidal qansızma” diaqnozu ilə, bərk-küt alətin təsirindən əmələ gəlmiş, 14 fevral 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilməyən, törənən anda həyat üçün təhlükəli olduğu üçün dərəcəsinə görə sağlamlığa ağır zərər vuran xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işinin tövsif edilməsi haqqında 26 mart 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Məmməd oğlunun əməli CM-in 263.2-ci maddəsindən həmin Məcəllənin 263.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Gəncə şəhəri 1 saylı avtokomission mağazasından daxil olmuş 29 mart 2023-cü il tarixli 0106 nömrəli rəydən görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə 15620 manat zərər dəymişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə trasoloji ekspertizasının 04 aprel 2023-cü il tarixli 8/612 nömrəli rəyindən görünür ki, təqdim edilmiş “X27 1843” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq bamperində, oblisovkada, qabaq sağ qapıda, sağ ayaqaltıda, qabaq sağ farada, qabaq sağ dirəkdə, banında) və “Mercedes Benz 315” markalı, **-LE- *** dövlət qeydiyyat nişanlı mikroavtobusun üzərində (arxa bamperdə, yük yerinin qabağında, arxa sol qanadda, arxa sol dirəkdə) olan zədələr izlərinə, öz formasına, morfoloji qurluşuna, xarkterinə və sair əlamətlərinə görə hər hansı sərt bərk olan predmetlə kotaktda olması, dəyməsi, o cümlədən avtomobillərin bir-birləri ilə toqquşması nəticəsində yaranması mümkündür. İlkin toqquşma anında toqquşma “X27 1843” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə “Mercedes Benz 315” markalı, 90-LE830 dövlət qeydiyyat nişanlı mikroavtobusun arxa sol hissəsi arasında təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadənin yerində yoxlanılması haqqında 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 ifadəsi yerində yoxlanılan zaman sonuncu hadisədən bilavasitə əvvəl Şahid1 idarə etdiyi mikroavtobusa əyləşdiyi yeri göstəmiş və həmin yer ilə avtomobillərin toqquşduğu yerin arasında 175 metr məsafənin olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 18 aprel 2023-cü il tarixli 45 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə-tibb ekspertizası zamanı onda “sağ İİİ-İV qabırğaların sınığı” diaqnozu ilə, küt əşyanın təsirindən əmələ gəlmiş, 14 fevral 2023-cü il tarixdə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilən, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 18 aprel 2023-cü il tarixli 46 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibb ekspertizası zamanı onda “hər iki baldır sümüklərinin açıq qəlpəli, sol kürək sümüyü və Xİ döş fəqərəsinin açıq sınığı” diaqnozu ilə, küt əşyanın təsirindən törənmiş, 14 fevral 2023-cü il tarixdə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilən, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 18 aprel 2023-cü il tarixli 47 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 məhkəmə-tibb ekspertizası zamanı onda “sol Vİ-Vİİ qabırğaların sınığı” diaqnozu ilə, küt əşyanın təsirindən əmələ gəlmiş, 14 fevral 2023-cü il tarixdə avtomobillərin toqquşması nəticəsində əmələ gələ bilən, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 26 mart 2023-cü il tarixli 26/MEŞ nömrəli rəyindən görünür ki, mərhum X7 meyitinin məhkəmə-tibb ekspertizası zamanı onda “ikitərəfli hemopnevmotoraks, sağdan V, Vİ, soldan İV, V, Vİ, Vİİ qabırğaların sınığı, ağciyərlərin əzilməsi və cırılması ilə müşayiət olunan, ağciyərlərdə bronxopnevmoniya ilə fəsadlaşmış döş qəfəsinin küt travması, sağ mil sümüyünün qapalı sınığı” diaqnozu ilə, bərk-küt əşyanın təsirindən əmələ gəlmiş, həyati, ölümlə bilavasitə səbəbli əlaqəsi olan, 14 fevral 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin salonunda əmələ gələ bilən, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər aşkar edilmişdir. Sevda Məmmədovanın ölümünün bilavasitə səbəbi ikitərəfli hemopnevmotoraks, ikitərəfli qabırğaların çox saylı sınıqları, ağciyərlərin əzilməsi və cırılması ilə əlaqədar posttravmatik dövrdə inkişaf edən ağciyərlərdə bronxopnevmoniya kəskin tənəffüs çatışmazlığı olmuşdur. Sevda Məmmədovanın ölümü 26 mart 2023-cü il tarixdə saat 06:30-da Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkşaf dərəcəsi ilə inkar olunmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 may 2023-cü il tarixli, 8/1265 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdm edilən məlumatlara əsasən “X27 1843” markalı, 7**-JC-*** qeydiyat nişanlı yarımqoşqulu avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların qiymətləndirilməsi haqqında 09 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə elan olunmuş ittiham həmin tarixdə qüvvəsində saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X28 İdarəsindən daxil olmuş 16 mart 2023-cü il tarixli 3-13-16/2-33410/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2022-ci il tarixdə 06 oktyabr 2032-ci il tarixədək etibarlı olan “BC” seriyalı, 022318 nömrəli, “BC, BE, CE” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş BC seriyalı, 121519 nömrəli, “B1, B, D1, D” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Şahid1 “B1, B” kateqoriyaları üzrə 16 may 2000-ci il tarixdə (02 sentyabr 2029cu il tarixədək etibarlı olan) və “D1, D” kateqoriyaları üzrə 29 oktyabr 2012-ci il tarixdə (03 sentyabr 2024-cü il tarixədək etibarlı olan) sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş BC seriyalı, 022318 nömrəli, “B1, B, C1, C, BE, C1E, CE” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “B1, B, C1” kateqoriyaları üzrə 13 aprel may 2002-ci il tarixdə (05 avqust 2027-ci il tarixədək etibarlı olan) və “BE, C1E, CE” kateqoriyaları üzrə 13 aprel 2002-ci il tarixdə (05 avqust 2027-ci il tarixədək etibarlı olan) sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş YL.009205 nömrəli yol vərəqəsinin surətindən görünür ki, “X13 Kompani” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdən 01 mart 2023-cü il tarixədək etibarlı olan yol vərəqəsi verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş AD seriyalı, 722596 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz 315” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid1dur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş BB seriyalı, ******* nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz” markalı, “Axor 1843 Yük” modelli, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi “X13 Kompani” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş BB seriyalı, 157885 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Schmıtz” markalı, “Sko 24 yarışmqoşqu” modelli, “Furqon Refrejerator” tipli, **- ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun mülkiyyətçisi “X13 Kompani” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 5634 nömrəli əmək müqaviləsindən görünür ki, 03 sentyabr 2021-ci il tarixdə “X13 Kompani” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Təqsirləndirilən şəxs arasında əmək müqaviləsi bağlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 5634 nömrəli əmək müqaviləsinə əlavə olunmuş tam maddi məsuliyyət haqqında 03 sentyabr 2021-ci il tarixli müqavilədən görünür ki, qeyd olunan tarixdə “X13 Kompani” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Təqsirləndirilən şəxs arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. CPM-in 143-cü maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. CPM-in 139-cu maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin CM-in Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CM-in 24-cü maddəsində təqsirin formaları əks olunmuş, həmin Məcəllənin 24.1-ci maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. CM-in 24.2-ci maddəsində qeyd edilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. CM-in 26.1-ci maddəsinə əsasən isə cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. CM-in 26.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. CM-in 26.3-cü maddəsinə əsasən isə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları CPM-in 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan avtomobili idarə etməklə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan üç şəxsin sağlamlığına az ağır zərər vurulmasına, iki şəxsin sağlamlığına ağır zərər vurulmasına və iki şəxsin ölümünə səbəb olmuşdur. Bu hissədə məhkəmənin qarşısında duran başlıca vəzifə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmamasının müəyyənləşdirilməsidir. Məhz bu halın müəyyən edilməsi təqsirləndirilən şəxsin əməlinin tövsifində və həmin əməli törətməkdə təqsirli olubolmamasında mühüm və başlıca rol oynayır. Bununla bağlı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 14 fevral 2023-cü il tarixdə şahid qismində verdiyi ifadəsində 14 fevral 2023-cü il tarixdə saat 07:45 radələrində yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz olan “X27 1843 yük” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobili “Schmıtz SKO 24” markalı, **- ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə birlikdə boş vəziyyətdə Bakı-Qazax- Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində 70-75 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun Ucar rayonunun Çiyni kəndinin ərazisindən keçən hissəsində yolu sağda dayanaraq sərnişin əyləşdirən Şahid1 idarə etdiyi “Mercedes Benz 315” markalı, **- LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sol tərəfindən ötüb keçən zaman arxadan avtomobilin keçə bilmədiyini gördüyünü, həmin vaxt hava günəşli olduğu üçün gözlərinə günəşin şüasının düşdüyünü, qarşıda yolu görə bilmədiyini, onun idarə etdiyi avtomobilin qabaq sağ hissəsinin həmin mikroavtobusun arxa sol hissəsinə çırpıldığını, daha sonra isə mikroavtobusun gedərək yolun sol tərəfində beton səddə dəyərək dayandığını, nəticədə mikroavtobusda olan sərnişinlərin xəsarət aldıqlarını desə də ibtidai istintaqın gedişində 15 may 2023-cü il tarixdə şahid qismində əlavə verdiyi ifadəsində qeyd olunan avtomobili göstərilən yarımqoşqu ilə birlikdə boş vəziyyətdə Bakı-Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində 70-80 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun Ucar rayonunun Çiyni kəndinin ərazisindən keçən hissəsində yolun sağında Şahid1 idarə etdiyi “Mercedes Benz 315 CDİ” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun dayanaraq sərnişin əyləşdirdiyini, sonra yolun sağ kənarı ilə 15-20 km/saat sürətlə hərəkət etdiyini gördüyünü, həmin mikroavtobusa təxminən 30-40 metr qalmış mikroavtobusun onun yoluna çıxdığını, avtomobilin əyləcini sıxdığı anda onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfinin mikroavtobusun sol arxa tərəfinə çırpıldığını, bundan sonra onun avtomobilinə mikroavtobusun ilişdiyini və sürüyüb apardığını demiş, habelə ibtidai istintaqın gedişində 12 iyun 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində qeyd olunan avtomobili göstərilən yarımqoşqu ilə birlikdə boş vəziyyətdə Bakı- Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində 70-80 km/saat sürətlə hərəkət etdirərkən həmin yolun Ucar rayonunun Çiyni kəndinin ərazisindən keçən hissəsində yolun sağ tərəfində Şahid1 idarə etdiyi “Mercedes Benz 315 CDİ” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun dayanaraq sərnişin əyləşdirdiyini, sonra yolun sağ kənarı ilə 15-20 km/saat sürətlə hərəkət etdiyini 200-300 metr məsafədən gördüyünü, həmin mikroavtobusa təxminən 30-40 metr qalmış mikroavtobusun onun yoluna çıxdığını, avtomobilin əyləcini sıxdığı anda onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfinin mikroavtobusun sol arxa tərəfinə çırpıldığını, bundan sonra onun avtomobilinə mikroavtobusun ilişdiyini və sürüyüb apardığını bildirmiş, həmçinin məhəkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan avtomobili göstərilən yarımqoşqu ilə birlikdə Ucar rayonunun Çiyni kəndinin ərazisində keçən hissəsində 3 zolaqlı yolun sağ tərəfdən birinci hərəkət zolağı ilə 70-80 km/saat sürətlə hərəkət etdirərkən qarşıda “Mercedes Sprinter” markalı avtomobilin olduğunu gördüyünü, həmin avtomobilə çatmağa 20-30 metr qalmış avtomobilin sürücüsünün hərəkəti dayandırıb sərnişin götürdüyünü, daha sonra əvvəlcə yolun sağ ehtiyat hissəsi ilə irəliləməyə başladığını, daha sonra isə qəfildən onun qarşısına çıxıb 10-15 km/saat sürətlə yenidən hərəkət etməyə başladığını, mikroavtobus aşağı sürətlə hərəkət etdiyi üçün onunla aralarındakı 30 metrlik məsafəni qət etməsinin bir neçə saniyə davam etdiyini, “Mercedes Sprinter” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobillə qəflətən onun idarə etdiyi avtomobilin önünə çıxdığı üçün avtomobili kənara hərəkət etdirə bilmədiyini, toqquşmanın baş verdiyini, nəticədə onun idarə etdiyi avtomobilin sağ tərəfinin “Mercedes Sprinter” markalı avtomobilin sol tərəfinə ilişdiyini, hadisə zamanı gözünə şüşə parçaları dolduğu üçün toqquşmadan sonra görmə qalibiliyyətinin zəiflədiyini, avtomobilin şüşəsinə baxdıqda idarə etdiyi avtomobilin “Mercedes Sprinter” markalı avtomobili beton arakəsməyə doğru apardığını gördüyünü, qeyd olunan səbəbdən dərhal idarə etdiyi avtomobili sağa doğru hərəkət etdirdiyini, “Mercedes Sprinter” markalı avtomobildən aralaşdığını, “Mercedes Sprinter” markalı avtomobil beton arakəsməyə dəyib dayandıqdan sonra idarə etdiyi avtomobili saxlayıb avtomobildən aşağı düşdüyünü, hadisədən dərhal sonra sürücü Şahid1lə heç nə danışmadığını, həyəcanlı olduğu üçün yaza bilmədiyini, gözünə günəş şüası düşdüyü üçün “Mercedes Sprinter” markalı avtomobili görməməsi səbəbindən toqquşmanın baş verməsi barədə ifadə verməsini müstəntiqin təklif etdiyini və müstəntiq həmin ifadənin onun xeyrinə olmasını dediyi üçün ibtidai istintaq zamanı qeyd olunan məzmunda ifadə verdiyini qeyd etmişdir. Hadisə vaxtı Şahid1 idarə etdiyi avtomobildə olan Zərərçəkmiş şəxs2 isə ibtidai istintaq zamanı 17 aprel 2023-cü il tarixdə zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində 14 fevral 2023-cü il tarixdə saat təxminən 06 radələrində Bakı şəhərinə getmək üçün Şəmkir rayonunun Kür qəsəbəsi yolunda sonradan adını və soyadını bildiyi Şahid1 idarə etdiyi “Mercedes Benz 315”, markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusda arxa oturacaqda sərnişin kimi oturduğunu, avtomobil bir qədər hərəkət etdikdən sonra yuxuladığını, yuxudan ayılan zaman isə Bakı şəhərində xəstəxanada olmasının ona məlum olduğunu desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan tarixdə göstərilən mikroavtobusda ən arxa sol hissədə sərnişin kimi əyləşdiyini, avtomobil hərəkət edən zaman oyaq olduğunu, sürücünün mikroavtobusu bir dəfə Şəmkir rayonunun ərazisində “üç yol” adlandırılan yerdə saxladığını, Ucar rayonunun ərazisinə çatanadək mikroavtosunun sürücüsünün avtomobili hər hansı yerdə saxlamadığını, hər hansı avtovoğzalın ərazisinə daxil olmadığını, avtomobil bir müddət hərəkət etdikdən sonra Ucar rayonunun Çiyni kəndinin ərazisində mikroavtobusa əyləşmək istəyən orta yaşlı, əynində qara rəngdə kofta olan bir nəfər şəxsin əl hərəkəti ilə avtomobili saxlatdığını, həmin şəxs avtobusa əyləşdikdən sonra sürücünün mikroavtobusun qapısı açıq vəziyyətdə olmaqla hərəkətə davam etdiyini, mikroavtobusun yenidən hərəkət zolağına çıxdığını, bu zaman mikroavtobusun sürətinin aşağı olduğunu, avtomobil hərəkət zolağına çıxdıqdan sonra toqquşmanın baş verdiyini, hadisədən sonra huşunu itirib kliniki ölüm keçirdiyini, müstəntiq təklif etdiyi ifadənin onun xeyrinə olmasını dediyi, narkozun təsiri altında olduğu, ağır kəllə beyin travması keçirdiyi, habelə polis və məhkəmə əməkdaşlarından qorxduğu üçün ibtidai istintaq zamanı müstəntiqin dediyi məzmunda ifadə verdiyini, ifadəsini müstəntiqin yazdığını, ibtidai istintaq zamanı müstəntiqə verdiyi ifadəsini oxumadığını, ifadəsinin aşağı hissəsindəki yazıların müstəntiqin deməsindən sonra onun tərəfindən yazıldığını, ibtidai istintaq zamanı sonradan ifadəsini dəyişmək istəsə də müstəntiqin ona ibtidai istintaqın yekunlaşdığını və bu səbəbdən də ifadəsini dəyişə bilməyəcəyini dediyini, sürücü hadisə baş verməmişdən bir müddət əvvəl mikroavtobusu sürətlə hərəkət etdirdiyinə görə ibtidai istintaq zamanı verdiyi ifadəsinin sonunda bununla bağlı qeydlər apardığını göstərmişdir. Hadisə vaxtı Şahid1 idarə etdiyi avtomobildə olan Zərərçəkmiş şəxs4 isə ibtidai istintaq zamanı 25 fevral 2023-cü il tarixdə şahid qismində və 31 may 2023-cü il tarixdə zərərçəkmiş şəxs qismində dindirilərkən verdiyi ifadələrində 14 fevral 2023-cü il tarixdə saat təxminən 05:40 radələrində Bakı şəhərinə getmək üçün Şəmikir rayonunun Kür qəsəbəsinin ərazisində adını və soyadını sonradan bildiyi Şahid1 idarə etdiyi “Mercedes Benz 315” markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı mikroavtobusda bacısı Sevda Məmmədova ilə birlikdə sərnişin kimi əyləşdiyini, o, sağda, bacısı Sevda Məmmədovanın isə solda oturduğunu, avtomobil Bakı-Qazax-Gürcüstan sərhəd yolu ilə Bakı şəhəri istiqamətində bir qədər hərəkət etdikdən sonra yuxuladığını, yuxudan ayılan zaman isə mikroavtobusun yolun kənarında dayandığını gördüyünü, bacısı Sevda Məmmədova ilə söhbət etməyə başladığını, bacısına üşüdüyünü dediyini, bu zaman anidən əyləşdiyi mikroavtobusa arxadan zərbənin dəydiyini, nəticədə mikroavtobusda olan sərnişinlərin yerə yıxılaraq xəsarət aldıqlarını desə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində qeyd olunan tarixdə göstərilən mikroavtobusa sərnişin kimi əyləşdiyini, mikroavtobusun yol boyu digər sərnişinləri də əyləşdirdiyini, Ucar rayonunun ərazisində yolun kənarında saxlayıb sənişin əyləşdirdiyini, həmin sərnişinin əşyalarını yük yerinə qoyduğunu, bu zaman bacısı ilə söhbət etdiyini, söhbət əsnasında avtobusun içərisinin soyuq olması səbəbindən bacısına üşüdüyünü dediyini, bu vaxt sürücü Şahid1 avtobusun içərisinə daxil olduğunu, onun dediyini eşidib ona istilik sistemini qoşduğunu, avtobus hərəkətdə olan zaman içərinin isinəcəyini deyib oğlanla yerini dəyişməsini məsləhət gördüyünü, avtobusda o və həmin oğlanın paralel yerləşən oturacaqlarda oturduqlarını, həmin sərnişinin yatdığını görüb Kürdəmir rayonunun ərazisində yerlərini dəyişməyi təklif edəcəyini dediyini, bu vaxt sürücü avtomobili idarə edib hərəkətə başlayan zaman sərnişinin heç oturacaqda oturmadığını, sərnişin mikroavtobusun qapısını bağlayan zaman o, sürücüyə qapını örtməsini dediyini, sürücünün də qapını bağlayacağını dediyini, qeyd olunan söhbətlərin bir saniyə davam etdiyini, mikroavtobus hərəkətə başlayan zaman qapısının açıq vəziyyətdə olduğunu, mikroavtobusun torpaq örtüklü yoldan asfalt örtüklü yola çıxdığını, asfalt örtüklü yola çıxdıqdan bir saniyə sonra, asfalt örtüklü yolda olan zaman hadisənin baş verdiyini və hadisədən sonra huşu özündə olmadığı üçün ibtidai istintaq zamanı hansı məzmunda ifadə verdiyini xatırlamadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın gedişində 15 may 2023-cü il tarixdə şahid qismində əlavə və 12 iyun 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən, habelə məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr verib yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olmamasını qeyd edərək özünü təqsirli bilməməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüş, zərərçəkmiş şəxslər Şahid1 və Zərərçəkmiş şəxs4 isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınmasına nail olmaq üçün məhkəmə istintaqı zamanı qeyd olunan məzmunda ifadələr vermişlər. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın gedişində 14 fevral 2023-cü il tarixdə şahid qismində dindirilən zaman ifadəsini Azərbaycan dilinin kiril qrafikalı əlifbası ilə əlyazma üsulu ilə özü yazmış, sonradan nümayəndəsi olan vəkilin iştirakı ilə şahid qismində əlavə ifadə verən zaman isə əvvəlki ifadəsində qeyd etdiyi əsas xüsusatları təkzib etmişdir. Digər tərəfdən məhkəmə Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı müstəntiqin dediyi məzmunda ifadə verməsi, həmin ifadəsini oxumaması və ifadəsinin aşağı hissəsindəki yazıların məhz müstəntiqin deməsindən sonra onun tərəfindən yazılması ilə bağlı qeyd etdiklərini inandırıcı hesab etmir. Çünki onun məhz ifadəsinin sonunda əlyazma üsulu ilə əyləşdiyi mikroavtobusun sürətlə hərəkət etməsi və hadisədən sonra onun xəsarət almasını valideyninə bildirməməsi ilə bağlı qeyd etdikəri də onun həqiqətən ifadəsini oxumasını və ifadəsi ilə tanış olmasını təsdiq edir. İfadədə olan həmin qeydlərdən də Zərərçəkmiş şəxs2 sanki Şahid1 qarşı acıqlı olduğu görünür. Əgər həqiqətən də hadisə Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı qeyd etdiyi kimi olmuşdursa, əslində o, ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində Şahid1 əleyhinə olan daha çox xüsusatları qeyd etməli idi. Lakin Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində yalnız əyləşdiyi mikroavtobusun sürətlə hərəkət etməsi və hadisədən sonra onun xəsarət almasını valideyninə bildirməməsi ilə bağlı qeyd etdikləri də hadisə vaxtı Şahid1 digər qayda pozuntularına yol vermədiyini və bununla da Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı ifadəsində qeyd etdiklərinin əslində baş vermədiyini təsdiq edir. Habelə məhkəmə Zərərçəkmiş şəxs4 məhkəmə istintaqı zamanı ifadəsində qeyd etdiyi, hadisədən bilavasitə əvvəl həm bacısı, həm də Şahid1lə aralarında olan çoxsaylı söhbətlərin 1 saniyə davam etməsini inandırıcı hesab etmir və bu halları da nəzərə alaraq hadisə vaxtı Şahid1 hərəkət zolağına çıxıb bir müddət hərəkət etməsindən sonra hadisənin baş verməsini daha ağlabatan hesab edir. Həmçinin cinayət işi üzrə qərəzsizliyi şübhə doğurmayan Şahid2 də həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində mikroavtobusa əyləşdikdən sonra avtobusun 150-200 metr məsafədə hərəkət etdiyini və bundan sonra toqquşmanın baş verdiyini demiş, ibtidai istintaq zamanı onun ifadəsi yerində yoxlanılan zaman da o, Şahid1 idarə etdiyi mikroavtobusa əyləşdiyi yeri göstəmiş və həmin yer ilə avtomobillərin toqquşduğu yerin arasında 175 metr məsafənin olması müəyyən olunmuşdur. Eləcə də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 19 may 2023-cü il tarixli 8/1265 nömrəli rəyində “X27 1843” markalı, 7**-JC-*** qeydiyat nişanlı yarımqoşqulu avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluğun olması və həmin maddənin tələblərə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanının olması qeyd olunmuşdur. Göstərilənləri məcmu halda nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqın gedişində 15 may 2023-cü il tarixdə şahid qismində əlavə və 12 iyun 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən, habelə məhkəmə istintaqı zamanı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 isə məhkəmə istintaqı zamanı verdikləri ifadələrində qeyd etdiklərinə tənqidi yanaşır və onları qəbul etmir. Əksinə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 14 fevral 2023-cü il tarixdə şahid qismində dindirilərkən verdiyi ifadəsində, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı 17 aprel 2023-cü il tarixdə zərərçəkmiş şəxs qismində, Zərərçəkmiş şəxs4 isə ibtidai istintaq zamanı 25 fevral 2023-cü il tarixdə şahid qismində və 31 may 2023-cü il tarixdə zərərçəkmiş şəxs qismində dindirilərkən qeyd etdiklərinin, eləcə də digər şahidlərin ifadələrinin və başqa sübutların cinayət işinin materiallarında olan digər sübutlarla üst-üstə düşüb biri digərini tamamladığını və obyektiv həqiqəti əks etdirdiyini qeyd edərək həmin ifadələri və digər sübutları daha inandırıcı və daha mötəbər hesab edir və ona elan olunan ittihamın əsasını məhz qeyd olunan ifadələrin və digər sübutların təşkil etdiyini qəbul edir. Həmçinin qeyd etmək zəruridir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın gedişində 15 may 2023-cü il tarixdə şahid qismində əlavə və 12 iyun 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən, habelə məhkəmə istintaqı zamanı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 isə məhkəmə istintaqı zamanı verdikləri ifadələri Təqsirləndirilən şəxs təqsirsizliyini təsdiq edən sübut növü kimi qəbul edilə və onun bəraətinin əsasını təşkil edən dəlil rolunu oynaya bilməz, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olsa da almamış, o, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görməmiş, nəticədə qeyd olunan hadisə baş vermişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-in 263.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. CPM-in 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prisinsipinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-in 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermişdir, cinayət əməli məhz onun tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə CM-in 263.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməklə ona həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 05 nömrəli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, bu qəbildən olan cinayətlərdə cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan, həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 iyul 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəməyə müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10 iyul 2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs4 məhkəməyə müraciət edərək baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş X16 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır, işlədiyi yer üzrə müsbət səciyyələndirilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasından verilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2020-ci il tarixdən həmin klinikada qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzindən verilmiş xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “C18.7. Siqmavari bağırsağın bədxassəli yeni törəməsi rpT4aN1aM0 mərhələ İİİB” diaqnozu qoyulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X12 yaxın qohumu olan hüquqi varisi X16 ilə, zərərçəkmiş şəxs X7 yaxın qohumu olan hüquqi varisi X8 ilə, habelə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4 ilə barışmasını CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, CM-in 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halların olmamasını və yüngülləşdirən halların olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, hər iki zərərçəkmiş şəxsin hüquqi varisləri ilə və iki nəfər zərərçəkmiş şəxslə barışıq əldə olunmasını, habelə səhhətini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. CM-in 15-ci maddəsinə əsasən cinayətlərin təsnifatına görə CM-in 263.3-cü maddəsində göstərilən cinayət əməli ağır cinayətlər təsnifatına aiddir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eləcə də cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə iclas zalında həbsə alınmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs əlavə cəzanın təyin edilməsi məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ona əsas cəza ilə yanaşı CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli, bu cəzanın müddəti əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, CPM-in 158.2-ci maddəsinin tələbinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. CPM-in 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı həbsə alındığı 18 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin cinayət işinin materiallarından görünür ki, Şahid1 və onun nümayəndəsi Müdafiəçi1 mülki iddia qaldıraraq cinayət hadisəsi nəticəsində dəymiş zərərdən sığorta ödənişindən sonra qalan 10742 (on min yeddi yüz qırx iki) manat pulun və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 122,23 (yüz iyirmi iki manat iyirmi üç qəpik) manat pulun mülki cavabdeh “X13 Kompani” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ödənilməsini xahiş etmişlər. Mülki iddiaya münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. CPM-in 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini tələb edə bilər. CPM-in 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. MPM-in 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilənlərə əsasən hazırkı cinayət işi üzrə qeyd edilən cinayət əməlinin Təqsirləndirilən şəxs Məmməd oğlu tərəfindən təqsirli olaraq törədilməsi sübuta yetirildiyindən və ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduğundan, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla mülki iddiaçı Şahid1 tərəfindən qaldırılan mülki iddia tam təmin edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyandan sığorta ödənişindən sonra qalan 10742 (on min yeddi yüz qırx iki) manat pul və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 122,23 (yüz iyirmi iki manat iyirmi üç qəpik) manat pul mülki cavabdeh “X13 Kompani” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq mülki iddiaçı Şahid1 ödənilməlidir. Eyni zamanda CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut olan “X27 1843 yük” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Schmıtz SKO 24” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun qanuni sahibi “X13 Kompani” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 248 (iki yüz qırx səkkiz) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ CPM-in 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, CPM-in 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 248 (iki yüz qırx səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. CM-in 99-1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirəsi nəzərdə tutulan əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 18 iyul 2024cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X6 yerləşdirilməsi üçün X4 Mühafizə taboruna təhvil verilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. Mülki iddiaçı Şahid1 və onun nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş mülki iddia tam təmin edilsin və cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş ziyandan sığorta ödənişindən sonra qalan 10742 (on min yeddi yüz qırx iki) manat pul və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 122,23 (yüz iyirmi iki manat iyirmi üç qəpik) manat pul mülki cavabdeh “X13 Kompani” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq mülki iddiaçı Şahid1 ödənilsin. Cinayət işi üzrə maddi sübut olan “X27 1843 yük” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin və “Schmıtz SKO 24” markalı, **-ZK-*** dövlət qeydiyyat nişanlı yarımqoşqunun qanuni sahibi “X13 Kompani” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri olan 248 (iki yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Xaliq Məmmədov Hakimlər Bilal Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar