Məhkəmə qərarları › İş №1(091)-76/2025

Şəki Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(091)-76/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(091)-76/2025 09.04.2025 ŞƏKİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 17:45 Hakim Aşurova Günay Raqif qızının sədrliyi ilə, hakimlər Məmmədov Xaliq Musa oğlu və Əfəndizadə Tural Qurbanəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X4, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi – “Konsensus” Vəkil Bürosunun vəkili Nümayəndə müdafiəçi - Bərdə Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1990-cı il tarixdə Şuşa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 157.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edərək üzərində gəzdirmiş, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olmaqla mənzil toxunulmazlığını pozmuş, qısqanclıq zəminində xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, 2023-cü ilin dekabr ayında boşanma ərəfəsində olduğu 28 yanvar 1999cu il təvəllüdlü arvadı X7 “İnstagram” sosial şəbəkəsində “baxici.nur_” adlı profilə “boşandıqdan sonra Cavid Paşayev adlı şəxslə ciddi münasibət qurmaq istədiyini” yazdığını aşkarlayaraq, həmin faktı dəqiqləşdirmədən arvadının həmin şəxslə sevgi münasibətində olduğunu öz fikirində formalaşdırıb, şəxsiyyətinin və ailə ləyaqətinin qohumlar arasında nüfuzdan düşəcəyini düşünməklə qısqanclıq zəminində arvadı Aygün Əliyevanı qəsdən həyatdan məhrum etmək qərarına gələrək cinayətkar niyyətini həyata keçirməkdən ötrü 21 iyun 2024-cü il tarixdə saat 10 radələrində Mingəçevir şəhərində yerləşən “Qədiroğlu” mağazasının qarşısında spirtli içki qəbul etdikdən sonra öz istifadəsində olan “Mercedes Benz” markalı “C class” modelli avtomobil ilə arvadının valideynləri ilə birlikdə yaşadığı Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən 30 iyul 2007-ci il tarixli, 222 nömrəli şəhadətnaməsi ilə Zərərçəkmiş şəxs yaşamaq hüquqlarının təmin edildiyi Mingəçevir şəhəri, X28 66B ünvanında yerləşən fərdi yaşayış evinə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan və mənzildə yaşayanların iradəsi ziddinə hasarı aşmaqla həyətə daxil olaraq mənzil toxunulmazlığını pozub qarşısına çıxan qaynanası Zərərçəkmiş şəxs qarşı nalayiq ifadələr işlədərək onun törədəcəyi cinayətə mane olmasının qarşısını alacağını düşünərək sonuncuya yumruq və sillə zərbələri endirməklə fiziki zor tətbiq edərək dərəcələri təyin olunmayan hər iki bazu və said nahiyələrinin, döş vəzilərinin, hər iki budun və sol baldırın qançırı xəsarətləri yetirib fərdi yaşayış evinə daxil olaraq evin dəhlizində olan Aygün Əliyevaya qarşı nalayiq ifadələr işlədərək əvvəlcədən cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə istintaqa məlum olmayan tarixdə və vaxtda Bərdə rayonu, Koroğlu küçəsində yerləşən “Ovçular” mağazasından qanunsuz olaraq soyuq silah hesab edilən - tiyəsi gümüşü rəngli olmaqla metal materiallı, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi uzunluğu 220 mm, tiyəsinin uzunluğu 108 mm olan, zavod üsulu ilə istehsal edilmiş, sonradan təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş ümumi təyinatlı ov bıçağını əldə edib, əynində olan qara rəngli cins şalvarın sağ yan cibində gəzdirdiyi həmin soyuq silahdan cinayətin aləti qismində istifadə edərək sağ əlində tutub öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib, törətdiyi əməlin ictimai təhlükəli olduğunu bilib onun ictimai təhlükəli nəticələrini qabaqcadan görüb və bunları arzu edərək Aygün Əliyevanın yaxın qohumu - anası Zərərçəkmiş şəxs gözü qarşısında sonuncuya xüsusi əzab verdiyini dərk etməklə Aygün Əliyevaya düz bucaq altında, cinayətin aləti qismində istifadə etdiyi bıçağı öndən arxaya doğru saat əqrəbi istiqamətində yarımdairə formasında hərəkət etdirməklə iki ədəd zərbə endirib həyat üçün təhlükəli olan, ağırlıq dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aid edilən ürəyin zədələnməsi ilə döş boşluğuna dəlibkeçən 2 (iki) ədəd xəsarət yetirdikdən sonra ictimai təhlükəli hərəkətlərini davam etdirərək Aygün Əliyevaya daha 4 (dörd) ədəd bıçaq zərbəsi yetirib ağırlıq dərəcəsinə görə sağlamlığa ümumilikdə götürüldükdə az ağır, ayrı-ayrılıqda götürüldükdə isə yüngül zərərvurmaya aid, sol yuxarı ətrafda iki ədəd, sağ aşağı ətrafda iki ədəd olmaqla ümumilikdə 6 (altı) ədəd kəsilmiş-deşilmiş yara xəsarətləri yetirməklə Aygün Əliyevanın ürəyin açıq zədələnməsi nəticəsində baş verən kəskin qanaxma nəticəsində ölümünə səbəbiyyət verməklə sonuncunu qısqanclıq zəminində xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni onu qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1, 157.1 və 228.4-cü maddələri ilə təqsirli bilərək göstərdi ki, o, 2024-cü ilin noyabr ayında həyat yoldaşı Aygünü müalicə üçün atasıgilə aparmışdır. Bundan qısa müddət sonra heç bir səbəb olmadan Aygün ondan boşanmaq istədiyini bildirmiş, o isə Aygünə övladlarının olduğunu, ailələrinin dağılmasını istəmədiyini deyərək boşanmamasını xahiş etmişdir. Onun valideynləri və qohumları dəfələrlə Aygünün atasının evinə gedərək Aygünü boşanmaq fikrindən daşındırmaq istəmiş, lakin Aygün boşanmaq istədiyini, fikindən dönməyəcəyini bildirmişdir. O, sonuncu dəfə atası Rafaildən ailəsinin dağılmaması üçün bu məsələni yoluna qoymasını xahiş etmiş, atası da qayınatasıgilə gedərək xahişlə, minnətlə Aygünü razı salmış, bundan sonra həyat yoldaşı Aygün, uşaqları, qaynanası və qaynatası onun Bərdə rayonunda olan evinə gəlmişlər. O, Aygünü öldürdüyünü etiraf edir, amma onu öldürməsi üçün səbəbləri olmuşdur. Belə ki, o, 2024-cü ilin dekabr ayında Aygünün telefonunda onun başqa bir şəxslə yazışaraq münasibətdə olduğunu görmüşdür. Bundan başqa, Aygün ona “yaxşı edirəm”, “səndən aliment alıb gedib kef edəcəm” kimi sözlər deyərək onu öz valideynlərinin yanında dəfələrlə alçaltmışdır. O da Aygünün bu kimi hərəkətlərindən bezərək, həm də onun başqa şəxslə münasibətdə olduğunu öyrənərək onu öldürmüşdür. Amma o, Aygünü xüsusi amansızlıqla öldürməmiş, Aygünün anası hadisəni görməmişdir. Aygün təxminən altı ay Mingəçevir şəhərində öz atasıgildə qalmış, həmin müddət ərzində bir dəfə olsun belə övladları ilə maraqlanmamışdır. Onun fikrincə heç bir kişi arvadının telefonuna sevgi mesajı gəlməsini qəbul etməz. Onun bütün qohumları Aygünün bu hərəkətlərindən xəbərdar olmuş, o da bir kişi kimi özünü alçaldılmış, nüfuzdan düşmüş hesab etmişdir. O, Aygünün valideynləri ilə birlikdə yaşadığı evin hasarından tullanaraq həyətə daxil olmuşdur. Həmin vaxt qaynanası Zeynəb qarşısına çıxmış və qaynanası onun əlində bıçaq olduğunu görüb qonşuya qaçmışdır. O isə evə daxil olmuş və evdə qarşısına çıxan Aygünü bıçaqlayaraq öldürmüşdür. Hadisədən sonra polis şöbəsinə gedərək könüllü təslim olmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, Aygün Əliyeva ilə 2017-ci ildə ailə həyatı qurmuş, ötən müddət ərzində münasibətləri yaxşı olmuşdur. Aygünlə rəsmi olaraq boşanmamışlar, amma Aygün boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Aygün xəstələndiyi üçün həkimə getmək istəmiş, o da 600 manat pul verərək Mingəçevirdə daha yaxşı həkimlər olduğuna görə qaynanasıgilə Aygünü həkimə aparmalarını demişdir. Aygün anasıgilə gedən günün səhərisi həkimə getmişlər. O, Aygünün vəziyyətini öyrənmək üçün həmin gün nə qədər çalışsa da nə Aygünlə, nə də qaynanası Zeynəblə əlaqə saxlaya bilməmiş, onların heç biri onun zənglərinə cavab verməmişlər. O da əsəbləşərək qaynatasına zəng edib “sən necə kişisən ki ailən telefonlarıma cavab vermir” deyərək onu təhqir etmişdir. Bundan iki-üç gün sonra Aygün mobil telefon nömrəsini dəyişmişdir. Bundan sonra o, öz telefonunda “İnstagram” sosial şəbəkə hesabı açmış və həmin vaxt onun mobil telefonunun yaddaşında olan və “İnstagram”da qeydiyyatdan keçən mobil nömrələrin “İnstagram” hesabları görünmüşdür. Həmin vaxt “valiyeva09” adlı “İnstagram” hesabı olduğunu görmüş və orada çıxan linkə daxil olmuşdur. Həmin link onu “WhatsApp” qrupuna əlavə etmiş, o da həmin qrupda öz uşaqlarının şəklini görmüşdür. O, Aygünün sosial şəbəkə hesabında qoyduğu mobil telefon nömrəsinə “xeyirli olsun, deyəsən özünə təzə iş-güc tapmısan” yazmışdır. Aygün özü də onun nömrəsini tapdığına məəttəl qalmış və “yaxşı edirəm” deyərək onun mobil telefon nömrəsini bloka atmışdır. Atası Rafail gedib xahiş etdikdən sonra Aygünü, sonuncunun valideynlərini və uşaqları onun evinə gətirmişdir. Aygünün əməllərindən xəbərdar olan valideynləri elə bilmişlər ki, o da bu barədə bilir, ona görə onun Aygünə nəsə edəcəyindən qorxaraq onu Bərdə rayonundakı öz evinə buraxmamışlar. Amma onun anası Aygüngilin yanına gedib-gəlmişdir. Aygün telefonunu təmir etdirməsi üçün onun anası vasitəsilə ona göndərmişlər. Aygünün telefonunun ekranında çat olsa da işlək vəziyyətdə olmuşdur. O, iş yerində Aygünün telefonuna sosial şəbəkə proqramları yükləmiş və Aygünün öz gmaili ilə sosial şəbəkə hesabları açdığını görmüşdür. Halbuki, birlikdə yaşadıqları müddətdə o, heç vaxt Aygünə sosial şəbəkələrdən istifadə etməyə icazə verməmişdir. Daha sonra həmin sosial şəbəkə hesablarına baxanda Aygünün bir falçı ilə yazışdığını, falçıya boşanmaq istəməsi, 29 yaşlı Cavid Paşayev adlı şəxslə münasibətinin olması, onunla münasibətini davam etdirərsə gələcəkdə necə ola biləcəyinə dair mesajlar yazdığını görmüşdür. O, Aygünün telefonunda mesajları görəndən sonra pis vəziyyətə düşmüş, təcili tibbi yardım gələrək ona iynə vurmuşdur. Həmin vaxt valideynləri onu Aygünə yaxın getməyə qoymamışlar. Səhərisi günü atasıgil həmin mesajları Aygünün valideynlərinə göstərmişlər və bundan sonra Aygünü valideynləri ilə birlikdə taksi ilə Mingeçevir şəhərinə göndərmişlər, uşaqları isə Aygünə verməmişlər. Aygün başqa şəxslə yazışdığını boynuna almamış, Aygünün valideynləri isə bu məsələnin şər və böhtan olduğunu bildirmişlər. Aygün Mingəçevirə atası evinə gedəndən sonra o, Aygünlə əlaqə saxlamaq istəsə də onun telefonu bağlı olmuşdur. O, “Tik-tok” sosial şəbəkəsində Cavid adlı şəxsə yazaraq onun mobil telefon nömrəsini istəmiş, sonuncu da telefon nömrəsini ona vermişdir. O, həmin nömrəyə zəng edərək Cavid adlı şəxsdən Aygünü haradan tanıdığını, harada yaşadığını soruşmuş, Cavid də Aygünlə “Tik-tok” sosial şəbəkəsində tanış olduqlarını, özünün Cəlilabad rayonunda yaşadığını bildirmişdir. O, Cavidə onunla görüşmək istədiyini dedikdə Cavid görüşsələr belə bu məsələdə onun səhv olduğunu bildirmişdir. O da Cavidin düz dediyini, heç kimin heç kimə məcburi sevgi mesajları göndərmədiyini düşünmüşdür. O, bıçaq həvəskarı olduğu üçün Aygünü öldürdüyü bıçağı hadisədən bir müddət əvvəl “Ovçular” marketdən alaraq özündə saxlamışdır. Hadisə günü bıçaq üzərində olmuşdur. Bıçağı Aygünü qorxutmaq üçün üzərində götürmüş, amma evə girəndən sonra Aygünün dediyi sözlər, etdiyi hərəkətlər yadına düşdüyü üçün özünü saxlaya bilməyərək onu bıçaqlamışdır. Qaynanası Zeynəb onun əlində bıçaq görən kimi qonşuya qaçmış, hadisəni görməmişdir. Aygünə neçə bıçaq zərbəsi vurduğunu dəqiq xatırlamır, təxminən 6-7 bıçaq zərbəsi vurmuş, zərbələri qolunun altından, ürək nahiyəsindən və qarın nahiyəsindən yetirmişdir. Mesajları görəndən sonra Aygünü öldürmək istəmiş, amma sonuncu ondan qaçaraq gizləndiyi üçün Aygünə guya ailəni bərpa etmək istəməsinə dair mesajlar yazmışdır. Məhkəmədə boşanma prosesində ailəsini bərpa etmək istəməsi barədə ərizə yazmaqda məqsədi vaxtı uzatmaq və həmin müddət ərzində uşaqlarının onun yanında qalmasına nail olmaq olmuşdur. Uşaqlarına görə Aygündən boşanmaq istəməmişdir, belə ki, boşandıqları zaman uşaqları ondan alacaqdılar. Aygün Mingəçevirdə atasıgildə olduğu müddətdə uşaqları Aygünlə görüşdürməmiş, belə ki, Aygün nömrəsini dəyişdiyi üçün onunla əlaqə saxlaya bilməmişdir. Aygüngil ondan Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət etdikləri üçün polis şöbəsinə çağırılmışdır. O da bir kişi olaraq hansısa polis əməkdaşının onun ailəsinin pozğun olduğunu bilməsini istəməmiş, ona görə də polis şöbəsində ailəsində heç bir problem olmadığını bildirmişdir. Hətta polis əməkdaşları ona həyat yoldaşına şər ataraq onun pis işlərlə məşğul olduğunu deməsi barədə suallar vermiş, amma o, özünə sığışdırmadığı üçün izahatında göstərmişdir ki, həyat yoldaşı ilə aralarında qısqanclıq zəminində söz-söhbət olmuşdur. Hadisə günü hasardan həyətə tullanmağının səbəbi o idi ki, ona qapını açmamışlar. Hasardan düşəndə qaynanası Zeynəbin həyətdə olduğunu görmüş və onu şillə ilə vurmuşdur. Çünki, işlərin bu vəziyyətə gəlib çıxmasının səbəbkarının qaynanasıgil olduğunu düşünür. Qaynanası onun əlində bıçaq olduğunu görüb qorxusundan qonşunu çağırmağa getmiş, onun Aygünü bıçaqlamasına mane olmağa çalışmamışdır. Evə girən zaman Aygünün otaqdan dəhlizə çıxdığını görmüş və ona heç bir söz demədən birbaşa bıçaqla vurmağa başlamışdır. Qonşuluqda yaşayan Novruz hadisə olub bitdikdən sonra gəlmiş və onu arxadan tutaraq “sakitləş, sakitləş” deyə bildirmişdir. O isə Novruzu itələyərək çıxıb getmişdir. Novruz hadisə yerinə gələndə Aygün artıq ölmüş, o, daha Aygünü vurmamış, bıçaq əlindən yerə düşmüşdür. Bıçağın yerə düşməsinə səbəb qonşu Novruz olmamış, sadəcə olaraq bıçaq sümüyə dəyərək əlindən düşmüşdür. Novruz gəlsə də qaynanası Zeynəb qonşu ilə birlikdə gəlməmiş, o, hadisəni törədib evdən çıxarkən qaynanasını görməmişdir. O, dayısı oğlu Cavid ilə bacanaq olduğu üçün ortaq qohumları olmuş, Aygünün mesajları barədə onun bütün qohumları bilmiş, heç kim ona salam verməmişdir. O da qohumları arasında nüfuzdan düşdüyünə görə Aygünü öldürmək qərarına gəlmişdir. Hazırda itirilmiş nüfuzunun bərpa olunduğunu düşünür. İbtidai istintaq zamanı verdiyi ilkin ifadəsini Aygünün anası Zeynəb Əliyevanın hadisənin şahidi olmasına, qonşunun ona mane olmaq üçün əlindəki bıçağı almaq istəyərkən həmin şəxslə əlbəyaxa olanda bıçağın əlindən düşməsinə, qonşudakı şəxs gələrək ona mane olduğuna görə Aygünə bıçaq zərbələri yetirməkdən ibarət olan hərəkətlərinə son qoymasına dair hissələrdə təsdiq etmir, o, ibtidai istintaq zamanı elə ifadə verməmişdir. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadə arasında bir sıra ziddiyyətli məqamlar olduğundan həmin ifadə məhkəmədə elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, X17 onun həyat yoldaşı olmuşdur. Aygün ilə 2017-ci ildə rəsmi qaydada ailə həyatı qurmuş və bu nikahdan onların 2018-ci il təvəllüdlü Banu adlı və 2020-ci il təvəllüdlü Sara adlı iki qız övladları olmuşdur. Keçmiş həyat yoldaşı ilə münasibətləri ilk vaxtlar normal olmuşdur. Özünə məxsus Bərdə rayonu, Koroğlu küçəsində yerləşən “Şuşa” adlı ərzaq mağazasının mülkiyyətçisidir. Keçən ilin noyabr ayında Aygün xəstələndiyi üçün sonuncuya 600 manat pul verməklə müalicə olunması üçün Mingəçevir şəhərində yaşayan anası Zeynəb Əliyevanın yanına göndərmişdir. Daha sonra vəziyyətini öyrənmək üçün növbəti gün istifadəsində olan mobil nömrəyə zəng etmişdir. Mobil telefon sönülü olduğundan Aygünlə əlaqə saxlaya bilmədiyindən, anası Zeynəbin istifadəsində olan mobil nömrəyə zəng etmişdir. Zeynəb ona telefonda qızının vəziyyətinin pis olduğunu, boğazından qan gəldiyini bildirmiş, lakin, o, buna inanmadığından qayınatası Elşən Əliyevə zəng etmiş və sonuncunu təhqir edərək qızının zəngə cavab vermədiyini bildirmişdir. Səhəri gün istifadə etdiyi mobil telefona “İnstagram” sosial şəbəkəsinin tətbiq proqramını yükləmişdir. Bu proqramı yükləməkdə məqsədi keçmiş həyat yoldaşı Aygünü yoxlamaq olmuşdur. Proqramı yüklədiyi zaman mobil tətbiqdə Aygünün “valiyeva09” adlı profilini görmüşdür. Aygün ilə birlikdə yaşadığı zaman sonuncunun nə mobil nömrəsi, nə də hər hansı sosial şəbəkə hesabı olmamışdır. Bundan şübhələndiyi üçün Aygünün “İnstagram” sosial şəbəkəsində yerləşdirdiyi mobil nömrəsinə istifadəsində olan mobil nömrədən “WhatsApp” proqramı vasitəsi ilə yazaraq “İnstagram” sosial şəbəkəsində nə üçün profil açdığını soruşduğu zaman sonuncu cavabında yaxşı etdiyini, ona heç bir dəxlinin olmadığını bildirmişdir. Bundan təxminən 3-4 gün sonra anası Zeynəbin istifadəsində olan mobil nömrəyə zəng edib Aygün ilə danışdığı zaman sonuncu artıq ondan boşanmaq istədiyini, ayrılacağını bildirmişdir. Həmin vaxt Aygünə iki övladlarının olduğunu, belə hadisələrin ər-arvad arasında ola biləcəyini bildirməklə evinə qayıtması üçün yalvarmış, lakin, Aygün fikrindən dönməmişdir. Bundan sonra arvadı Aygünlə olan münasibətlərinin pisləşdiyini atası Şahid3 bildirməklə arvadı Aygünlə barışmasında ona yardım etməsini xahiş etmişdir. Atası Aygün və ailəsinin yaşadığı evə gedərək keçmiş həyat yoldaşını və ailəsini razı salaraq Aygünü, sonuncunun atası, anasını və övladlarını yaşadığı, özünə məxsus evə gətirmiş, özü isə bu müddət ailəsindən ayrı atasına məxsus evdə yaşamışdır. Həmin gün, anası işlədiyi mağazaya gələrək Aygünə məxsus “Redmi” markalı mobil telefonun hamam otağında yerə düşərək qırıldığını bildirməklə həmin telefonu təmir etdirməsi üçün ona vermişdir. Mobil telefonu əlinə götürdüyü zaman sadəcə ekranının qırıldığını, mobil telefonun özünün işlək vəziyyətdə olduğunu görmüşdür. Əvvəlcədən keçmiş həyat yoldaşının əməllərindən şübhələndiyinə görə mobil telefona “İnstagram” və “Tiktok” sosial şəbəkələrinin tətbiqlərini yükləmişdir. “İnstagram” sosial şəbəkəsinə daxil olduğu zaman Aygünə məxsus elektron poçt vasitəsi ilə tətbiqdə qeydiyyatdan keçdiyi “aygünv” adlı profilinin olduğunu görmüşdür. Tətbiqdə mesajlar hissəsinə girdiyi zaman xatırlamadığı profil vasitəsi ilə falçı fəaliyyəti göstərən şəxslə danışığını görmüşdür. Həmin danışıqda keçmiş həyat yoldaşının falçıya Paşayev Cavid adlı şəxslə münasibətinin olduğunu, sonuncunu sevdiyini və onun hər zaman yanında olduğunu yazdığını görmüşdür. Falçı isə Aygünə cavabında gələcəklərinin yaxşı olduğunu bildirmişdir. O, bu mesajı gördükdən sonra mobil telefona yüklədiyi “Tiktok” tətbiqinə daxil olduğu zaman Aygünün “valiyeva09” adlı profilini görmüşdür. Həmin profilin dostluq siyahısında 6 nəfərin olduğunu, daha sonra “mesajlaşma” hissəsinə keçdiyi zaman “pasayev cavid 015” adlı profil ilə sevgi məzmunlu mesajların olduğunu görmüşdür. Həmin şəxsin mobil nömrəsini öyrəndikdən sonra zəng etmiş və Aygünün onun həyat yoldaşı olduğunu bildirmişdir. Həmin şəxs isə cavabında Cəlilabad rayonu sakini olduğunu, harda istəyirsə orada onunla görüşəcəyini, lakin, onun səhv olduğunu bildirmişdir. O, artıq namusunu təmizləmək üçün həmin şəxsi deyil, məhz keçmiş həyat yoldaşı Aygünü öldürmək qərarına gəlmişdir. Aygünün mobil telefonunda gördüyü mesajlar barədə o, sonuncunun ailəsinə məlumat vermişdir. Bundan sonra atası övladlarını ona məxsus yaşadığı evdən götürərək öz evlərinə gətirmişdir. Aygün və ailəsi isə yenidən Mingəçevir şəhərinə qayıtmışdır. Bundan sonra Aygün və anası Zeynəb istifadələrində olan mobil nömrələri dəyişdikləri üçün onlarla əlaqə saxlaya bilməmiş və həmin vaxtdan bu günə qədər olan müddət ərzində onları görməmişdir. Təxminən iki ay əvvəl isə keçmiş həyat yoldaşı Aygün onunla boşanmaq üçün Şuşa rayon məhkəməsinə müraciət etmişdir. Lakin, keçmiş həyat yoldaşı və anası Zeynəb öz qohumlarına, eləcə də onun qohumlarına onun öz ailəsinə şər atdığını, Aygünün belə işlərlə əlaqəsinin olmadığını bildirmişlər. O, dayısı oğlu Cavid ilə bacanaq olduğu üçün ortaq qohumları olmuşdur. O, artıq namusunun ləkələndiyini, şəxsiyyətinin isə həm qohumlar, həm də tanış şəxslər arasında nüfuzdan düşdüyünü hiss etmişdir. Buna görə də, keçmiş həyat yoldaşı Aygünü qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş və bunu reallaşdırmaq üçün təxminən 4-5 ay əvvəl Bərdə rayonu, Koroğlu küçəsi, Avtovağzalın yaxınlığında yerləşən “Ovçular” adlı mağazadan 40 manat müqabilində bıçaq alıb evində saxlamışdır. 21 iyun 2024-cü il tarixdə, səhər saatlarında Bərdə rayonunda yaşadığı ünvandan çıxaraq taksi fəaliyyəti göstərən avtomobil ilə Mingəçevir şəhərinə gəlmişdir. “Qədiroğlu” mağazasının qarşısında tanımadığı məhəllədə özü ilə birlikdə gətirdiyi 0,5 litr həcmində olan spirtli içki viskini içdikdən sonra Aygün və ailəsinin yaşadığı Mingəçevir şəhəri, X28, 66B ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gəlmişdir. Əvvəlcədən əldə etdiyi bıçağı isə sağ yan cibində saxlamışdır. Fərdi yaşayış evinin qarşısına gəldiyi zaman giriş darvazasının qapalı olduğunu görmüşdür. Ətrafda bir neçə nəfərin olduğunu görüb Aygünü öldürmək planını tam reallaşdırmaq üçün bir qədər gözləmişdir. Daha sonra vaxtın gəldiyini görüb fərdi yaşayış evinin sol yan hasarından aşaraq evin həyətinə daxil olmuşdur. Bu zaman sağ yan cibində saxladığı bıçağın kəsici hissəsinin qoruyucu qabını sıyıraraq yerə atmışdır. Evin həyətində olduğu zaman Aygünün anası Zeynəb onun qarşısına çıxmışdır. Sağ əli ilə sifət nahiyəsinə bir ədəd sillə vurmuş və təhqir edərək qızı qədər günahı olduğunu bildirmişdir. Daha sonra isə fərdi yaşayış evinə daxil olmuş və dəhlizdə Aygün ilə qarşılaşmışdır. Sonuncunu söydükdən sonra öldürmək niyyəti ilə sağ əlində tutduğu bıçaqla Aygünün ürək nahiyəsinə iki dəfə zərbə endirmişdir. Daha sonra ölməsindən əmin olmaq üçün üç dəfə bədəninin hazırda xatırlamadığı hissələrinə bıçaq zərbələri endirmiş və evin mətbəxində hərəkətsiz yıxılmışdır. Bu zaman onların səslərinə qonşuluqda yaşayan, əvvəlcə tanımadığı, orta yaşlı, fiziki cəhətdən sağlam şəxs evə daxil olmuş, ona mane olmaq üçün əlindəki bıçağı almaq istəyərkən o, həmin şəxslə əlbəyaxa olmuş və sonuncuya bir neçə dəfə yumruq zərbəsi endirmişdir. Bu zaman bıçaq əlindən yerə düşmüş və o da evi tərk edərək darvazanı açıb getmişdir. Taksi xidməti göstərən avtomobil ilə Mingəçevir şəhər Polis Şöbəsinə gəlib törətdiyi əməli etiraf edərək təslim olmuşdur. Aygün Əliyeva ilə mübahisələri keçən ilin noyabr ayından başlamışdır. Mübahisələrin başlamağına səbəb isə X21 adlı şəxs ilə sevgi münasibəti yaşaması və ondan boşanmaq istəyi olmuşdur. X21 Paşayev ilə münasibətinin olduğunu öyrəndikdən sonra bu barədə Aygünün ailə üzvlərinə məlumat vermiş, lakin onlar Aygünün başqa şəxslə olan münasibətini qəbul etməyərək onun öz arvadına şər-böhtan atdığını bildirmişlər. İlkin olaraq X22 adlı şəxslə münasibəti olduğunu öyrəndikdən sonra övladlarına görə onu öldürməmişdir. Buna görə də bir neçə müddət bu barədə fikirləşdikdən sonra artıq Aygünü öldürmək qərarına gəlmiş və 21 iyun 2024-cü il tarixdə öz niyyətini reallaşdırmışdır. 21 iyun 2024-cü il tarixdə cinayətin aləti qismində istifadə etdiyi bıçaq qəhvəyi rəngli tutacağa malik olmuş, qətl hadisəsini törədən zaman Aygün Əliyevanın və ailəsinin yaşadığı fərdi yaşayış evində keçmiş həyat yoldaşından və sonuncunun anasından başqa heç kəs olmamışdır. Lakin, ifadəsində bildirdiyi kimi bir neçə müddət sonra səsə qonşuluqda yaşayan əvvəllər tanımadığı, orta yaşlı, kişi cinsli şəxs gələrək ona mane olmağa çalışmışdır. 21 iyun 2024-ci il tarixdə Aygün Əliyevanı qəsdən həyatdan məhrum etmək məqsədilə cinayətin aləti qismində istifadə etdiyi bıçaqla Aygün Əliyevaya zərbələr yetirərkən sonuncu qolları ilə bıçaq zərbələrinin qarşısını almağa çalışmışdır. Aygün Əliyevaya bıçaq zərbələri yetirməkdən ibarət olan hərəkətlərini qonşuluqda yaşayan şəxs gələrək ona mane olması səbəbindən son qoymuşdur. Əks halda, Aygün Əliyevanın həyatdan məhrum olmasına tam əmin olana qədər bıçaq zərbələri endirməyə davam etmək niyyətində olmuşdur. Aygün Əliyevaya bıçaq zərbələri yetirərkən sonuncu ayaqüstə olmuş, sağ əlindəki bıçaqla bədəninin müxtəlif nahiyələrinə zərbələr yetirmişdir. Aygün Əliyevanı qəsdən öldürmək üçün bıçaq xəsarətləri yetirərkən sonuncunun anası Zeynəb Əliyeva hadisənin şahidi olmuşdur. Qanuni qaydada əldə edilmiş ov lisenziyası mövcud deyil. Təqsirləndirilən şəxs 14 sentyabr 2024-cü il tarixli ifadəsində özünü qismən təqsirli bilərək ilkin ifadələrində göstərdiyi xüsusatları təsdiq etmiş, əlavə olaraq X10 qəsdən həyatdan məhrum etmək məqsədi ilə sonuncuya bıçaq xəsarətləri yetirərkən Aygün Əliyevanın anası Zərərçəkmiş şəxs hadisəni görmədiyini bildirmişdir (cild 1, iş vərəqə 38- 42, 73-78; cild 2, iş vərəqə 106-111). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda qismən etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 göstərdi ki, mərhum Aygün Əliyeva onun qızıdır. Aygün Elçinlə 2017-ci ildə rəsmi qaydada ailə həyatı qurmuş, birgə nikahlarında iki uşaqları olmuşdur. Aygün Elçinlə ailə həyatı qurduqdan sonra Elçin tez-tez qızını heç bir səbəb olmadan döymüş, təhqir edərək işgəncə vermişdir. Qızı isə ailəsinin dağılmaması üçün bütün bunlara Elçinin və sonuncunun ailəsinin etdiyi bütün iztirablara dözmüşdür. Elçin isə hər dəfəsində qızı ilə dava-dalaş etdikdən sonra onun və arvadı Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrələrə zəng edərək onları təhqir etmiş, Aygünü öldürəcəyini bildirmişdir. Aygün Elçinin hərəkətlərindən bezdiyi üçün, həm də ağır xəstələndiyindən uşaqları ilə birlikdə onun evinə gəlmişdir. Onlar Aygünü müalicə üçün xəstəxanaya aparmışlar. Aygünü müalicə etdirdikdən sonra qızı geri öz ailəsinin yanına qayıtmaq istəməmişdir. O, qızından bunun səbəbini soruşduqda o, həyat yoldaşı Elçinin ona zülmlər etdiyini bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs atası Şahid3 və başqa qohumları onların yaşadığı ünvana gələrək Elçinin peşman olduğunu, qızı ilə yenidən barışmaq istədiyini, ailəsinin dağılmasını istəmədiyini bildirmişlər. Onların vədlərinə inandığından qızının yenidən Təqsirləndirilən şəxslə barışaraq Bərdə rayonuna qayıtmasına icazə vermiş və Aygünü Elçinin evinə aparmışlar. Onlar özləri də Aygünlə birlikdə getmişlər. Bərdə rayonunda olduqları dövrdə Aygünün istifadə etdiyi mobil telefon əlindən yerə düşdüyündən telefonu düzəltdirməsi üçün Elçinə vermişdir. Səhəri gün, Elçinin qardaşı gəlib telefonda hansısa yazışmaların olduğunu bildirmişdir. Elçinin valideynləri “Elçin gəlsə dava salacaq, siz ən yaxşısı qızınızı da götürün gedin” deyə bildirmiş, onlar da qızlarını götürüb Mingəçevir şəhərinə öz evlərinə getmişlər, amma nəvələri Elçinin valideynlərində qalmışdır. Bundan sonra hadisə olan müddətə qədər Aygünün Elçinlə hər hansı bir əlaqəsi olmamışdır. 2024-cü ilin təxminən mart-aprel ayında Aygün əri Elçindən boşanmaq üçün rəsmi qaydada məhkəməyə müraciət etmişdir. O, 21 iyun 2024-ü il tarixdə Laçın rayonunda olmuşdur. Orada olarkən qohumu ona zəng edərək tez evə qayıtmasını bildirmiş, amma səbəbini deməmişdir. O, çalışdığı şirkətin avtomobili ilə Mingəçevir şəhərinə yola düşmüşdür. Yaşadığı ünvana çatdığı zaman qızı Aygün Əliyevanın əri Təqsirləndirilən şəxs tərəfindən onların yaşadığı ünvanda çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirildiyini öyrənmişdir. Hadisə barədə onu eşitmişdir ki, Təqsirləndirilən şəxs evin hasarından evə daxil olaraq onun həyat yoldaşı Zeynəbə sillə vuraraq xəsarət yetirdikdən sonra qızı Aygünü öldürmüşdür. 2023-cü ilin noyabr ayında Təqsirləndirilən şəxs, sonuncunun qardaşları, atası Rəfail, anası Nailə onun yaşadığı ünvana gələrək qızını ölümlə hədələmiş, bu səbəbdən qızı X29 Nazirliyinin “102” xidmətinə müraciət etmişdir. Bundan sonra Mingəçevir şəhər Polis Şöbəsində bununla bağlı araşdırma aparılmışdır. Cavid Paşayev adlı şəxsi tanımır, Aygünün sosial şəbəkədə həmin şəxslə yazışması barədə məlumatı yoxdur. Amma Aygünün nə adı çəkilən şəxslə, nə də qeyrisi ilə münasibəti olmamışdır. Elçin uşaqları Aygünə göstərməmək onu öldürmüşdür. Hazırda nəvələrinə Bərdə rayonunda yaşayan Elçinin valideynləri baxır, amma o, buna qəti surətdə etiraz edir və nəvələrinin qətl törətmiş şəxsin ailəsində böyüməsini istəmir. Qızını amansızlıqla qətlə yetirən Təqsirləndirilən şəxs bağışlamamışdır və onun ən ağır şəkildə cəzalandırılmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Aygün Elçinlə tanış olanda onun 16 yaşı olmuş və universitetə hazırlaşmışdır. O, Aygünə Elçinin ondan yaşca böyük olduğunu bildirmiş, daha sonra isə onların xasiyyətlərinin uyğun olmadığını görmüşdür. Elçinin anası ona “narahat olmayın, biz qızınızın ali təhsil almağını təmin edəcəyik” deyə bildirmiş, daha sonra onlar nişanlanmışlar. Amma xasiyyətləri tutmadığına görə nişan pozulmuş və Aygün ali təhsil almaq üçün universitetə getmişdir. Qızı universitetdə oxuyan zaman Elçin Aygünü qaçırtmış və onların toyu baş tutmuşdur. İlk zamanlar Aygünün ailəsində münasibətləri normal olmuş, mehriban olmuşlar. Bir müddət sonra isə Aygün ona Elçinin həyatında başqa qadınlar olduğunu və buna dözə bilmədiyini bildirmişdir. Hadisədən bir müddət öncə qızı Aygün onlara qonaq gəlmiş və üzünü yuyan zaman ağzından qan gəldiyini görərək bu barədə ona bildirmişdir. Elçin zəng etdikdə o, Elçinə Aygünün ağzından qan gəldiyini demiş, amma Elçin ona nalayiq sözlər yazmışdır. Belə ki, nəvələri atalarının evinə geri getmək istəmədiklərini dedikləri üçün Elçin nəvələrinə həmin sözü onun öyrətdiyini zənn edərək ona qarşı nalayiq sözlər yazmışdır. O, həmişə çalışmışdır ki, Aygünün ailəsi dağılmasın. Hadisə günü o, evdə olmuş və həmin vaxt Elçin hasardan tullanaraq onun evinin həyətinə daxil olmuşdur. O, Elçinin həyətə daxil olduğunu görüb evə qaçaraq qapını bağlamaq istəmiş, amma Elçin qapını açaraq onun üzündən sillə vurmuş, o da yerə yıxılmışdır. Həmin an Aygün hamam otağında olmuş, o da qışqıraraq Aygünə çölə çıxmamasını demişdir. Amma Aygün hamam otağından çıxmış və hadisə baş vermişdir. Elçin Aygünü onun gözlərinin qabağında bıçaqlamış, bir əli ilə Aygünün boğazından tutmuş, digər əli ilə isə bıçaq zərbələri endirmişdir. O, qışqıraraq yardım istəmiş, Elçin isə onun qışqırığına baxmayaraq Aygünü bıçaqla vurmağa davam etmişdir. Hadisə vaxtı o, qonşuya getməmiş, qonşunu çağırmamış, onların qonşuluğunda yaşayan Novruz özü qışqırıq səsini eşidərək hadisə yerinə gəlmiş və Elçinə mane olmağa çalışmışdır. Həmin vaxt Elçin qonşuları Novruza da zərbə endirmişdir. Novruz gəlməsə idi Elçin hələ də Aygünü bıçaqla vurmağa davam edəcəkdi. Novruz gələndən sonra Elçin Novruzu da yumruqla vurmuş, həmin vaxt bıçaq Elçinin əlindən düşmüşdür. Təqsirləndirilən şəxs qızına bıçaq xəsarətləri yetirdiyini həm özü, həm də qonşusu Novruz görmüşdür. Elçin və ailəsi onların evinə gəlib hədələməklə Aygünün uşaqlarından imtina etməsini tələb etdikləri üçün onlar polisə müraciət etmişlər. O, Cavid Paşayev adlı şəxsi tanımır, Aygünün həmin şəxslə hər hansı münasibəti olmamışdır. Cavid Paşayev polis şöbəsində verdiyi ifadəsində Aygünü tanımadığını, təsadüfən sosial şəbəkədə mesaj yazdığını bildirmişdir. Təqsirləndirilən şəxs onun evinə qanunsuz daxil olmasından şikayətçidir, onun ən ağır şəkildə cəzalandırılmasını, azyaşlı nəvələrinin isə Təqsirləndirilən şəxs valideynlərindən alınaraq onların himayəsinə verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs ailəsi ilə birlikdə onunla qonşuluqda yaşayır. O, Zeynəbin qızı Aygünü tanısa da, Aygünün əri Təqsirləndirilən şəxs tanımamışdır. 21 iyun 2024-cü il tarixdə günorta saatlarında yaşadığı fərdi yaşayış evinin həyətində olan zaman qonşuluqda yaşayan Zeynəbin fərdi yaşayış evindən səs gəlmişdir. Həmin vaxt adını sonradan bildiyi Təqsirləndirilən şəxs hasardan aşaraq Zeynəbgilin evinin həyətinə keçdiyini görmüşdür. Bundan təxminən 20 saniyə sonra qonşu evdən Aygünün qışqırıq səsi eşitmiş və dərhal evlərin arasında olan hasardan aşaraq qonşu həyətə daxil olmuşdur. Həmin vaxt Zeynəbin evin içində qapıdan sol tərəfdə yerə yıxılmış vəziyyətdə olduğunu görmüş, evdən isə səslər gəlməyə davam etmişdir. O, cəld şəkildə evə girdikdə evin mətbəxində bir az əvvəl hasardan aşaraq həyətə daxil olan Təqsirləndirilən şəxs əlinin tərpəndiyini görmüş və onun Aygünə zərbələr endirdiyini düşünmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs əlindən hansısa əşya yerə düşmüşdür. Təqsirləndirilən şəxs ona evə daxil olmaması barədə xəbərdarlıq etmiş, amma o, Elçinin xəbərdarlığına məhəl qoymadan ona tərəf qaçmışdır. Elçin evin dəhlizində bir əli ilə onun boğazından yapışmış, digər əli ilə isə sifət nahiyəsindən iki ədəd yumruq zərbəsi endirərək onu itələmiş və arxaya tərəf çevrilib yenidən Aygünə tərəf getmişdir. O, özünü itirmədən yenidən Elçinin arxasınca gedib iki əli ilə onun bel nahiyəsindən tutmuş və qaldıraraq evin giriş darvazasından çölə aparmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evin qarşısında saxladığı “Mercedes Benz” markalı avtomobilə əyləşib çıxıb getmişdir. O, nə baş verdiyini anlamaq üçün yenidən içəri daxil olmuş, həmin vaxt Zərərçəkmiş şəxs “qızımı öldürdü” deyərək qışqırmışdır. O, dərhal istifadəsində olan mobil telefon nömrəsindən “103” ə zəng edərək təcili tibbi yardım çağırmışdır. O, Təqsirləndirilən şəxs əlində və ya üzərində hər hansı kəsici-deşici alət görməmiş, amma Elçinin əlindən hansısa alətin düşdüyünü görmüşdür. Zərərçəkmiş şəxs qızının öldüyünü dedikdə o, Elçinin Aygünü bıçaqladığını başa düşmüşdür. Evin quruluşu səbəbindən mətbəxin içərisində olan Aygün Əliyevanı görə bilməsə də, Elçinin əlinin hərəkətlərindən onun Aygünə zərbələr endirdiyini başa düşmüşdür. O, Təqsirləndirilən şəxs tərəf gedəndə Elçin hərəkətlərini dayandıraraq ona tərəf gəlmiş və onun boğazından tutaraq üzünə iki ədəd zərbə endirdikdən sonra yenidən Aygün Əliyevaya tərəf getmiş, lakin, o, Elçinin bel nahiyəsindən tutaraq hadisə yerindən uzaqlaşdırmışdır. Təqsirləndirilən şəxs mətbəxdə sağ tərəfi ona, yəni giriş qapısına tərəf olmaqla yan durduğunu və əli ilə Aygün Əliyevaya zərbələr endirdiyini görsə də, Aygün Əliyeva mətbəxin içərisində olduğu üçün məhz sonuncunu görə bilməmişdir. Həmin zaman Təqsirləndirilən şəxs və Aygün Əliyeva qarşıqarşı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs Aygün Əliyevaya zərbələr endirərkən hadisəni özü və Zərərçəkmiş şəxs görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, 2017-ci ildən Bərdə rayonu, Koroğlu küçəsi, “Köhnə Avtovağzal”ın yaxınlığında icarə şərtləri əsasında “Ovçular” adlı mağazanı işlədir. İşlətdiyi mağazada ov məhsullarının satışını həyata keçirir. Bunun üçün Daxili İşlər Nazirliyi tərəfindən verilmiş müvafiq lisenziyası mövcuddur. Təqsirləndirilən şəxs ətraflı tanımasa da, onunla eyni küçədə mağaza işlətdiyini bilmişdir. Təqsirləndirilən şəxs xatırlamadığı tarixdə onun işlətdiyi mağazaya gələrək bıçaq almaq istədiyini bildirmişdir. Elçin mağazada satış üçün nümayiş edilən bıçaqlara baxdıqdan sonra hazırda xatırlamadığı bıçağı almaq istədiyini bildirməklə 40 manat ödəyib həmin bıçağı almışdır. Lakin Elçinin həmin bıçağı məhz nə üçün aldığından məlumatı olmamışdır. Hadisə yerindən götürülmüş qəhvəyi və gümüşü rəngli bıçaq Təqsirləndirilən şəxs onun mağazasından aldığı bıçaqdır. Ovçuluq biletinin olub-olmamasından asılı olmayaraq 20 yaşlı hər kəsə ovçuluq ləvazimatları və bıçaq satır, yalnız odlu silah satanda müəyyən sənədlər tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdi ki, qardaşı Təqsirləndirilən şəxs həyət yoldaşı Aygünün telefonunda onun başqa şəxslə yazışdığı mesajları gördüyü üçün bu hadisəni törətmişdir. Elçin hadisəni törətdikdən sonra onlara zəng edərək polisə təslim olduğunu bildirmişdir. Elçin Aygünün falçı ilə yazışmalarını görmüş, həmin yazışmaların məzmunu Aygünün başqa şəxslə münasibətdə olmasından ibarət olmuşdur. Elçin yazışmanı tapandan təxminən iki-üç ay sonra Aygünü öldürmüşdür. O, qardaşı Elçinlə bir evdə yaşasa da Elçinin soyuq silah olan bıçaq almasından onun məlumatı olmamış, Elçinin Aygünü öldürəcəyi barədə öncədən ona heç nə bildirməmişdir. Elçinlə Aygünün boşanma ərəfəsində olduqlarını bilmişdir. Elçinlə Aygünün münasibətləri normal olmuş, amma Aygün xəstələndiyi üçün atası evinə getdikdən sonra geri qayıtmaq istəməmiş və qardaşı Elçindən boşanmaq istədiyini bildirmişdir. Valideynləri Aygünün atası evinə gedərək onun valideynləri ilə barışıq əldə etmiş, amma Aygün geri gəldikdən sonra onun telefonundan həmin yazışmalar aşkar olunmuşdur. Elçinin həmin mesajları tapdıqdan sonra Aygünlə bu barədə söhbət edib-etmədiyini bilmir. Elçinin nəyə görə mesajları tapandan dərhal sonra yox, üstündən bir neçə ay keçdikdən sonra Aygünü öldürməsinin səbəbini bilmir, Elçin bu barədə ona heç nə deməmişdir. Uşaqların kimdə qalması ilə bağlı Aygünlə qardaşının arasında mübahisə olub-olmadığından məlumatı olmamışdır. Hadisə günü Elçin Aygünün atası evinə getməsi barədə ona heç nə deməmişdir. Elçin bu hadisəni qısqanclıq zəminində törətmişdir. O, Aygünün sosial şəbəkə olan “İnstagram”dan istifadə etdiyini bilmiş, amma digər sosial şəbəkələrdən istifadə etməsi barədə məlumatı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə iclasında ifadəsi elan olunaraq tədqiqi olunmuş Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun ortancıl oğludur. Böyük övladı X32 rayon polis şöbəsində polis nəfəri işləyir. Kiçik oğlu Sahil isə Elçin ilə birlikdə Bərdə rayonu, Koroğlu küçəsində “Şuşa” mağazasını işlədir. 2017-ci ildə Elçin onların uzaqdan qohumu olan X18 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan 2018ci il təvəllüdlü Banu adlı və 2020-ci il təvəllüdlü Sara adlı qızları mövcuddur. Elçin və Aygünün ailəsində ilkin dövrlərdə heç bir problem olmamış, normal ailə münasibətləri olmuşdur. Lakin keçən ilin oktyabr-noyabr aylarında Aygün Elçinlə yaşadığı ünvandan ailəsinin yaşadığı Mingəçevir şəhərinə getmişdir. Elçin ona ailəsinin dağılmağını istəmədiyini bildirdiyi üçün ailə böyükləri ilə birlikdə Mingəçevir şəhərinə gədərək Aygünü və onun ailə üzvlərini Bərdə rayonuna gətirmişdir. Həmin günlərdə Aygünün istifadəsində olan mobil telefon qırıldığından təmir etdirməsi üçün mobil telefonu övladı Elçinə vermişdir. Elçin isə mobil telefona baxdığı zaman əvvəlcədən məlumatı olmadığı “İnstagram və “Tiktok” sosial şəbəkələrində Aygünün istifadəçi profillərini, “İnstagram” sosial şəbəkəsində falçı fəaliyyəti göstərən şəxslə mesajlaşdığını, həmin falçı fəaliyəti göstərən şəxsə Cavid Paşayev adlı şəxsi sevdiyini yazdığı mesajları görmüşdür. Bundan sonra həm də “Tiktok” sosial şəbəkəsində həmin Cavid Paşayev adlı şəxslə danışdığını aşkarlamışdır. Bu barədə oğlu Elçin ona məlumat vermişdir. Həmin hadisədən sonra oğlunun çox əsəbləşdiyini görüb Aygünü və ailəsini Mingəçevir şəhərinə geri göndərmişdir. Bu hadisədən sonra Elçin Aygün və sonuncunun ailəsi ilə görüşməmişdir. Lakin, Aygün oğlu Elçindən boşanmaq üçün may ayında Şuşa rayon məhkəməsinə müraciət etmişdir. 21 iyun 2024-cü il tarixdə Elçini sonuncu dəfə yaşadığı evdə görmüşdür. Elçin çox əsəbi və düşüncəli halda olmuşdur. Ona və anasına heç bir söz demədən işlətdiyi mağazanın açarlarını götürərək evdən çıxmışdır. Elçinin mağazaya getdiyini düşünmüş, lakin həmin gün saat 12-13 radələrində xatırlamadığı, lakin Elçinə aid olmayan mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng gəlmişdir. Elçin telefonda Aygünü öldürdüyünü, bununla bağlı polisə təslim olmağa getdiyini bildirmişdir (cild 1, iş vərəqə 127-130). Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında 21 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Mingəçevir şəhəri, X28, ev 66B ünvanında yerləşən fərdi yaşayış evidir. Evin həyətinə qəhvəyi rəngli, dəmir materialdan hazırlanmış, üzərində qapı olan darvazadan daxil olunur. Darvaza qapalı vəziyyətdədir. Evin həyətinə daxil olduqda qapının giriş hissəsindən 6,2 metr məsafədə yaşayış evi yerləşir. Yaşayış evinin giriş qapısı ağ rəngli, taxta materialdan olmaqla qapalı vəziyyətdədir. Qapının çöl tərəfində giriş hissəsində olan betonun üzərində ayaq izləri şəklində qana bənzər ləkələr vardır. Evin giriş hissəsinə daxil olduqda qonaq otağı yerləşir. Qonaq otağının döşəməsi taxta materialdan olmaqla üzərində qana bənzər qırmızı rəngli ləkələr mövcuddur. Qonaq otağının sağ tərəfində ağ rəngli, taxta materialdan hazırlanmış üzərində ağ rəngli telefon olan stol yerləşir. Həmin telefonun üzərində qana bənzər ləkələr mövcuddur. Qonaq otağının giriş hissəsindən 3,4 metr məsafədə düz istiqamətdə dəhliz yerləşir. Dəhlizlə qonaq otağının kəsişməsində döşəmənin üzərində qana bənzər ləkələr vardır. Dəhlizin sağ tərəfində ağ rəngli plastik qapı ilə daxil olunan sanitar qovşaq, sol tərəfində yaşıl rəngli pərdə ilə arakəsməsi olan yataq otağı və düz istiqamətdə mətbəx yerləşir. Dəhlizdən mətbəx otağına qədər döşəmənin üzərində ayaq izləri şəklində qana bənzər ləkələr vardır. Mətbəx otağına daxil olarkən taxta materialdan olan döşəməyə üzü aşağı vəziyyətdə uzanıqlı vəziyyətdə qadın cinsli meyit mövcuddur. Həmin taxta döşəmənin üzərində, meyitin olduğu yerin ətrafında qan kütləsi görünür. Meyitdən sağ tərəfində 45 sm məsafədə olmaqla taxta döşəmənin üzərində 01 ədəd açılıb-qatlanan dəmir materialdan hazırlanmış açıq vəziyyətdə bıçaq vardır. Dəhlizin sağ tərəfində olan divarlar ağ rəngli olmaqla divarların üzərində qana bənzər ləkələr vardır. Evin giriş hissəsindən dəhlizdən sol tərəfdə yataq otağı yerləşir. Dəhlizdən yataq otağına daxil olduqda sağ tərəfdə olan ağ rəngli, taxta materialdan olan stolun üzərində 03 ədəd mobil telefon, baxım və qulluq vasitələri yerləşir. Dəhlizin sağ tərəfində olan sanitar qovşağa daxil olduqda 01 ədəd əlüzyuyan və 01 ədəd unitaz mövcuddur. Sanitar qovşağa daxil olmaq üçün istifadə olunan ağ rəngli plastik qapının üzərində qana bənzər ləkələr mövcuddur. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək 01 ədəd dəmir materialdan hazırlanmış bıçaq, 03 ədəd mobil telefon və 03 ədəd pambığa qan hopdurularaq götürülmüşdür. Hadisə yerində aşkar olunmuş X5 meyiti daxili müayinə olunması üçün Mingəçevir şəhər morquna aparılmışdır (cild 1, iş vərəqə 4-13). Meyitə baxış keçirilməsi haqqında 21 iyun 2024-cü il tarixli protokoldan görünür ki, X11 aid meyit Məhkəmə Tibbi Ekspertizası və X3 Mingəçevir şəhər şöbəsinin meyitxanasında təşhir masasının üzərində uzadılmışdır. Əynində tamamilə qana bulaşmış trusik vardır. Meyit qadın cinsli və düzgün bədən quruluşludur. Dərialtı piy toxuması normal inkişaf etmişdir. Meyit nisbətən soyumuşdur. Sifəti avazımışdır. Meyit ləkələri bədənin arxa və yan səthlərində zəif inkişaf etmişdir. Dəri örtüyü avazımışdır. Saçları qara rəngdədir, uzunluğu 30-45 sm-ə qədərdir, boyunun uzunluğu 168 sm-dir. Əllədikdə kəllə tağı sümükləri tamdır. Göz qapaqları qapalıdır, göz qapaqlarının birləşdirici qişası solğun çəhrayı rəngdədir. Bəbəklər bərabər diametrdə olub, ölçüləri təxminən 0.5 sm-dir, buynuz qişa şəffafdır. Əllədikdə üz və burun sümükləri tamdır, burun dəlikləri və ağız boşluğu sərbəst keçiricidirlər. Ağzı yarıaçıq vəziyyətdədir. Dodaqlarında xəsarətlər aşkar olunmur. Dişləri təbiidir. Damaqlarında və dilində xəsarət aşkar olunmur. Boyunu bədənə mütənasib formadadır. Əllədikdə qabırğalar tamdır, qarnı döşü səviyyədədir. Xarici cinsiyyət üzvləri qadın cinsli normal inkişaf etmişdir. Arxa keçəcək təmizdir, sərbəst keçiricidir, ətraf dərisi zədəsizdir. Ətrafları normal inkişaf etmişdir, aşağı və yuxarı ətraflarında patalojik hərəkətlilik yoxdur. Meyit üzərində olan xəsarətlər - Döş qəfəsinin ön səthində döş giləsinin üstündə bir ədəd içəri bucağı hamar bayır bucağı küt, kənarları hamar 3x0.3 sm ölçüdə açıq yara vardır, yara döş boşluğuna keçir. Həmin yaradan 5 sm aşağıda döş vəzinin üstündə həmin ölçüdə və xarakterdə yara vardır, yara döş boşluğuna keçir. Sol dirsək oynağının arxa səthində 4x0.5 sm ölçüdə və 6x0.3 sm ölçüdə kənarları hamar kəsilmiş yaralar vardır, yaraların ətrafları qansızmalıdırlar. Sağ baldırın içəri aşağı 1/3-də bir ədəd 6x1 sm ölçüdə və orta 1/3-də boylama istiqamətində 5x1 sm ölçüdə kəsilmiş yaralar vardır. Meyitin xarici müayinəsi zamanı başqa xəsarət aşkar olunmamışdır (cild 1, iş vərəqə 18-23). Mingəçevir şəhər X16 Hissəsinin məsul növbətçisi, polis mayoru Rəvan Xəlilov tərəfindən tərtib edilmiş 21 iyun 2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə, saat 13:25 radələrində Mingəçevir şəhər Polis Şöbəsinə gələrək növbətçi hissəyə yaxınlaşıb 28 yanvar 1999-cu il təvəllüdlü X11 aralarına yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək qəsdən öldürdüyünü bildirməklə könüllü təslim olmuşdur (cild 1, iş vərəqə 217). Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 21 iyun 2024-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş olmuşdur (cild 1, iş vərəqə 218). Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 05 iyul 2024-cü `tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs mərhum X10 bıçaqla vurduğu yeri əyani olaraq bilavasitə göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmiş, eyni zamanda mərhum Aygün Əliyevaya bıçaq zərbələri yetirərkən onu heç kəsin görmədiyini bildirmişdir (cild 1, iş vərəqə 202-204). Cinayətin aləti qismində istifadə edilmiş kəsici deşici xassəyə malik əşyaya baxış keçirilməsi haqqında 22 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yerindən götürülmüş 01 ədəd bıçaq tutacaq və tiyədən ibarətdir, ümumi uzunluğun 21 sm-dir. Bıçağın tiyəsi gümüşü rəngli, səthi hamar yastı metal lövhədən ibarətdir, bir kənarı itilənmişdir. Tiyənin ülgücü itidir, tiyənin iti olmayan tərəfi ilə ülgüc kənarı ilə birləşib tiyənin ucunu əmələ gətirir. Tiyənin eni 2.5-3 sm təşkil edir. Bıçağın tiyəsi üzərində qabarıq relyefli ornament naxışlar həkk edilmişdir. Bıçağın tutacağı gümüşü rəngli metal lövhədən ibarət olub, uzunluğu 11 sm, eni 3-3.5 sm-dir. Tutacağın orta hissəsinə hər iki tərəfdən olan oymaların üzərində 02 ədəd qəhvəyi rəngli mil ilə eyni rəngli plastik lövhələr bərkidilmişdir. Tutacağın yuxarı sərbəst ucuna yaxın üzərində girdə dəlik mövcuddur. Aşağı kənarı isə dalğavaridir. Bıçağın tiyəsinin sol və sağ səthlərində və müxtəlif hissələrində müxtəlif forma və ölçüdə qanabənzər ləkələr müəyyən edilmişdir (cild 1, iş vərəqə 56-57). Hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş geyim əşyalarına baxış keçirilməsi haqıında 22 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs üzərində olmuş qısaqollu köynək boz rənglidir, toxuma materialındandır. Boyun hissəsində olan etiketdə “Roballi R, 3XL” sözləri təsvir edilmişdir. Köynəyin sol döş hissəsində tünd göy rəngli emblem təsvir edilmiş, onun üzərində gümüşü rəngli başqa emblem bərkidilmişdir. Köynəyin uzunluğu təxminən 65-70 sm, eni 50-55 sm, qollarının uzunluğu isə 20-25 sm-dir. Köynək üzərində gözlə görünən dartılma əlamətləri, cırılma, sökülmə, kəsilmə, deşilmə və sair zədələr, habelə qanabənzər ləkələr müəyyən edilməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs üzərində olmuş şalvar qara rəngli olmaqla cins materialındandır. Ön səthində qara rəngli düymə bərkidilmiş, fabrik yarığı isə qızılı rəngli metal zəncirbəndlə bağlanmışdır. 02 ədəd yan, 02 ədəd arxa olmaqla ümumilikdə 04 ədəd kəsmə cibləri mövcuddur. Arxa ciblər qara rəngli düymə ilə bağlanır. Şalvarın bel hissəsində kəmər keçirmək üçün 06 ədəd ilgək və 01 ədəd qara rəngli körpücük tikilmişdir. Körpücük üzərində “Huserman” yazısı həkk edilmiş və emblem təsvir edilmişdir. Şlavarın uzunluğu təxminən 90-95 sm-dir. Şalvar üzərində oval formalı, müxtəlif ölçülü qanabənzər ləkələr müəyyən edildi. Şalvar üzərində gözlə görünən dartılma əlamətləri, cırılma, sökülmə, kəsilmə, deşilmə və sair zədələr aşkar edilməmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs ayağında olmuş ayaqqabı idman stilli olmaqla dəri tipli materialdan hazırlanmışdır. Ön kənarında burun hissəsi yarımdairəvi formalıdır. Ayaqqabının boğaz hissəsinin kənarlarında 06 cüt ip keçirilməsi üçün dəliklər mövcuddur. Onlara qara rəngli elastiki ip keçirilmişdir. Ayaqqabının boğaz hissəsinin üst hissəsində ayaqqabının dilciyi mövcuddur. Dilcik də qara rəngli dəri materialındandır. Dilcik üzərində qara rəngli etiket tikilmiş, etiket üzərində ağ rəngli “Calculated Efusa mediocre” sözləri həkk edilmişdir. Ayaqqabının alt pəncə və daban hissələri üzərində üzərində kiçik kvadrat formalı naxışlar, oval, dalğalı tikiş xətləri olan ağımtıl rəngli səthi elastik olan sintetik material hissəsi keçirilmişdir. Ayaqqabının uzunluğu 25-30 sm, eni 10-15 sm, hündürlüyü 5-10 sm-dir. Ayaqqabının sol və sağ tayı üzərində müxtəlif formalı, müxtəlif ölçülərdə qanabənzər ləkələr müəyyən edilmişdir (cild 1, iş vərəqə 58-62). Hadisə zamanı X7 əynində olan paltara baxış keçirilməsi haqqında 22 iyun 2024-cü il tarixli protokolundan görünür ki, hadisə zamanı X7 əynində olmuş, qara asılqanlı gecə geyimi boz rənglidir, üzərində gül təsvirləri və “Moscow” sözləri vardır, nazik toxuma materialındandır. Qolsuzdur, boyun kənarı və qol kəsiklərində qara rəngli, kantşəkilli ensiz material tikilmişdir. Uzunluğu təxminən 70-75 sm-dir. Paltar üzərində ekspert tədqiqatı üçün xarakterik olan qayçı ilə kəsilmə zədəsi müəyyən edilmişdir. Paltar üzərində kiçik sahələr istisna olmaqla, bütün səthi üzərində qanabənzər ləkələr müəyyən edilmişdir (cild 1, vərəqə 63-65). X6 götürülmüş fotoşəkillərə baxış keçirilməsi haqqında 04 iyul 2024-cü il tarixli protokoldan görünür ki, fotoşəkillərdə “İnstagram” sosial şəbəkəsində X11 məxsus olduğu iddia edilən hesab ilə falçı fəaliyyəti ilə məşğul olan “baxici .nur_” adlı sosial şəbəkə istifadəçisi arasında olan mesaj mətnləri mövcuddur. X9 aid olduğu iddia edilən sosial şəbəkə istifadəçisi falçı fəaliyyəti göstərən şəxsə özünü Aygün Əliyeva kimi təqdim etməklə 24 yaşının olduğunu və “Mən ayrılmaq istəyirəm, bu ayrılıq mənim üçün xeyirli görünür, yoxsa, uşağı alıblar ki barışım getmək istəmirəm”, “Çox yalvarırlar, amma gedə bilmirəm, istəmirəm, axır çarə uşaqla qorxudurlar ki, gəl burda saxla”, “Heç cürə gedə bilmirəm alacamsa dözərəm”, “Ayrılıq görünür mənə?”, “Konkret yəni bilmək istədiyim uşaqlarım alıb onlardan qurtara biləcəm?”, “Yoldaşımın adı Təqsirləndirilən şəxs 34 yaşı var”, “Mən ondan çox çəkmişəm, çox alçaq adamlardılar”, “İnan xəstə olduğuma inanmırlar”, “Bütün bədənimdə şişlər çıxıb əsəbdən”, “Elə dirəniblər gəl bura”, “Mən balalarımı bir saniyə gözümdən qoyan adam deyiləm, insanlıq edib göndərdim ki, atalarını görsünlər, alçaqlar qaytarmır”, “Mənim başqa münasibətim var, var deyəndə qurtara bilsəm bunlarla ciddi mənada bir yerdə olmaq istəyirik”, “Bacı dedim e başqa biri var, onunla mənə necə düşür, baxa bilərsən?”, “Paşayev Cavid 29 yaş”, “Çox yaxşıdı həqiqətən hamı qarşımda duranda yanımda olub, dəstək olub gözləyir, mənimlə bir yerdə, hər şeyi də bilir” və başqa məzmunlu mesajlar yazdığı, falçı fəaliyyəti ilə məşğul olan şəxsin də həmin mesajlara uyğun cavablar yazdığı müəyyən edilmişdir (cild 1, iş vərəqə 154-178). Məhkəmə-tibb ekspertizasının 21 iyun 2024-cü il tarixli, 21 nömrəli rəyindən görünür ki, X7 bədəni üzərində aşkar olunan xəsarətlər - ürəyin zədələnməsi ilə döş boşluğuna dəlib-keçən iki ədəd deşilmiş-kəsilmiş yaralar, sol yuxarı ətrafın iki ədəd və sağ aşağı ətrafında iki ədəd kəsilmiş yaraları nəticəsində inkişaf edən kəskin xarici və daxili qanaxma deşici-kəsici əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, ağırlıq dərəcəsinə görə ürəyin zədələnməsi ilə döş boşluğuna dəlib-keçən hər iki yara ayrı-ayrılıqda sağlam şəxslər üçün götürüldükdə yetirilərkən həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vurmaya aiddir, sol said nahiyəsində və sağ baldırında olan xəsarətlər ümumilikdə götürdükdə az ağır xəsarətlər qrupuna, ayrı-ayrılıqda götürdükdə yüngül xarakterli xəsarətlər qrupuna aiddirlər. Xəsarətlərin yetirilmə müddətləri 21 iyun 2024-cü il tarixə uyğundur, xəsarətlər həyatidirlər, ölümdən bir qədər əvvəl yetirilmişdir. X7 döş qəfəsinə yetirilən xəsarətin istiqaməti düz bucaq altında, öndən arxaya doğru olmuşdur, hər iki xəsarətin xarakterinə əsasən, bu nəticəyə gəlmək olur ki, xəsarətlər yetirildikdən sonra bıçaq saat əqrəbi istiqamətində yarımdairə formasında hərəkət etdirilmiş və daxili yara yarımdairəvi formasında olmuşdur. X7 ölümünə səbəb, ürəyin açıq zədələnməsi nəticəsində baş verən kəskin qanaxma olmuşdur. Hər iki xəsarət ayrı-ayrılıqda onun ölümünə səbəb ola bilərdi, ölüm dərhal baş verdiyindən xəsarətlərin ardıcıllığını müəyyən etmək mümkün deyildir. X7 ölümü meyitin meyitxanadakı müayinəsindən 3-6 saat əvvəl baş vermişdir. Meyitdə aşkar edilmiş xəsarət ekspertizaya təqdim olunmuş bıçaqla, yaxud həmin ölçüyə və xüsusiyyətə malik digər bıçaqla yetirilə bilərdi. X7 bədəni üzərində olan xəsarət kənar şəxs tərəfindən yetirilmişdir. X7 bədəni üzərində olan xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə yetirilə bilərdi. X17 ölümündən əvvəl spirtli içki, narkotik vasitə və yaxud psixotrop maddə qəbul etməmişdir (cild 1, iş vərəqə 179-183). Məhkəmə-tibbi ekspertizasının 22 iyun 2024-cü il tarixli, 312 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - hər iki bazu və said nahiyələrində, döş vəzilərində, hər iki budlarında və sol baldırında qançırlar küt əşyanın (alətin və ya alətlərin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti 21 iyun 2024-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur (cild 1, iş vərəqə 187). Məhkəmə-tibb ekspertizasının 23 iyun 2024-cü il tarixli, 313 nömrəli rəyindən görünür ki, Şahid2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - sol gözünün alt qapağında və sol almacıq nahiyəsində şişkinlik fonunda qançırlar, küt əşyanın (əşyaların) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti 21 iyun 2024-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur (cild 1, iş vərəqə 189). Məhkəmə-tibb ekspertizasının 22 iyun 2024-cü il tarixli, 326 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində xəsarət aşkar olunmamışdır (cild 1, vərəqə 185). Kompleks məhkəmə trasoloji və məhkəmə soyuq silah ekspertizasının 31 iyul 2024cü il tarixli, 3-16-16/1-3/1101, 3/1102 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə istehsal edilmiş bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində sonradan onun təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “X11 məxsus..” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qolsuz donun səthində rəyin tədqiqi hissəsində təsvir edilən iki ədəd zədə vardır. Təqdim edilmiş üzərində “X11 məxsus..” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qolsuz donun səthində olan zədələr bir tərfi kəsici, ucu deşici xassəyə malik olan predmetin, (bıçaq) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Üzərində “X11 məxsus...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qolsuz donun səthində olan zədələrin ümumi əlamətlərinə əsasən təqdim edilmiş bıçağın tiyəsinin təsirindən yaranması mümkündür. Lakin, qeyd olunan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş qolsuz donun material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş üzərində “X11 məxsus..” yazı qeydləri olan bağlamadan aşkar edilmiş qolsuz donun səthində olan iki ədəd zədə ilə qərarın təsviri hissəsində qeyd olunan “ürək nahiyəsinə iki ədəd xəsarət” yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Tədqiqata təqdim edilmiş üzərində “X11 məxsus..” yazı qeydləri olan bağlamadan aşkar edilmiş alt tumanının üzərində “Təqsirləndirilən şəxs məxsus..” yazı qeydləri olan köynəyin, şalvarın səthində trasoloji zədə yoxdur (cild 2, iş vərəqə 10-14). Məhkəmə-lifli ekspertizasının 02 avqust 2024-cü il tarixli, 3-16-16/2-6/3457 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş açıq yaşıl rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə tədqiqata təqdim edilmiş X11 məxsus olduğu qeyd edilən uzun köynəyin tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş X11 məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur (cild 2, iş vərəqə 15-20). Məhkəmə-bioloji ekspertizasının 14 avqust 2024-cü il tarixli 431/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədlər üzrə axtarış vərəqənin kserosurətində onun qan qrupunun “İİ-PLUS” olması barəsində qeydməlumat vardır. Bu qeyd-məlumata əsasən, hal-hazırda qəbul olunmuş təsnifata görə onun AB0 sistemi üzrə qan qrupunun A(İİ) olmasını söyləmək olar. X7 AB0 sistemi üzrə qan qrupu: A(İİ). Məhkəmə bioloji ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 (bir) cüt idman stilli ayaqqabının hər iki tayında, ona məxsus şalvarın sol ayaq hissəsinin ön səthində aşağı kənarına yaxın, zərərçəkmiş X11 məxsus sarafanın demək olar ki, bütün səthini əhatə edən ləkələrdə, hadisə yerindən pambıq topasına götürülmüş ləkədə, 01 (bir) ədəd bıçağın tiyə və tutacağında olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə olan qanın AB0 sistemi üzrə qrup mənsubiyyətinin təyini zamanı “A” antigeni, sarafan üzərində isə həmçinin, “beta” aqqlyutini də alındı. “A” antigeni əsas antigen qismində tək halda və “beta” aqqlyutini ilə birlikdə AB0 sistemi üzrə A(İİ) qan qrupunu formalaşdırıb xarakterizə etdiyindən, göstərilən əşyalarda olan qan ləkələrinin birmənalı olaraq həmin qan qruplu şəxsə (şəxslərə) məxsus olmasını söyləmək olar və bu halda qan ləkələri AB0 sistemi üzrə eyni qan qruplu zərərçəkmiş X11 məxsus ola bilər. Lakin, Təqsirləndirilən şəxs da AB0 sistemi üzrə A(İİ) qruplu şəxs olduğundan, hadisə zamanı onun bədənində qanaxma ilə müşayiət olunan zədələrin olduğu halda, ləkələrdə onun da qanının (qan qarışığının) olması inkar oluna bilməz. Təqdim olunmuş əşyalarda olan qan ləkələrinin sitoloji tədqiqatı zamanı preparatlarda hər hansı bir qanaxma mənbəyinə xarakterik olan orqan və hüceyrə elementləri aşkar olunmadı. Təqsirləndirilən şəxs məxsus köynək üzərində baxış zamanı qana şübhəli hər-hansı bir ləkə aşkar olunmamışdır (cild 2, iş vərəqə 25-37). Məhkəmə-narkoloji ekspertizasının 15 avqust 2024-cü il tarixli, 1370 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 38). Kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının 09 iyul 2024cü il tarixli 468 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini törədən zaman hər hansı psixi pozuntudan, xəstəlikdən və ya ağır psixi pozuntudan əziyyət çəkməmişdir. Onda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətdikdən sonra və hal-hazırda psixi xəstəlikdən əziyyət çəkmir. O, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək iqtidarındadır, onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişin ona xəyanət etməsi fikirləri ola bilər. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir) (cild 2, iş vərəqə 22-24). Cinayət işinin materiallarından görünür ki, hadisə yerindən götürülmüş bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus bir ədəd boz rəngli qısaqol köynək, bir ədəd qara rəngli cins şalvar, 01 cüt idman stilli ayaqqabı, X11 məxsus bir ədəd gecə geyimi və hadisə yerindən və meyitə baxış zamanı hopdurularaq götürülmüş üzərində qanabənzər ləkələr olan pambıq 13 sentyabr 2024-cü il tarixli qərarla maddi sübut qismində tanınmış və Mingəçevir şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılır (cild 2, iş vərəqə 59- 87). Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 30 iyul 2007-ci il tarixli Şəhadətnamədən görünür ki, Şuşa rayonu Xanallar kəndindən məcburi köçkün olan Zərərçəkmiş şəxs və onun ailə üzvlərinə Mingəçevir şəhərində inşa olunan “X28” qəsəbəsi B-66 ünvanda 26,6/15,46 m2 yaşayış sahəsi, 3 sot torpaq sahəsi olan bir otaqlı evə yaşayış hüququ verilmişdir (cild 1, iş vərəqə 54) Şuşa rayon Məhkəməsinin 27 may 2024-cü il tarixli qərardadından görünür ki, X7 uşaqları - xx.xx.2018-ci il təvəllüdlü X19 və xx.xx.2020-ci il təvəllüdlü X20 ilə hər ayın hər həftəsinin şənbə və bazar günləri saat 11:00-dan saat 19:00-dək ünsiyyətdə olma qaydası müəyyən edilmişdir (cild 1, iş vərəqə 260-262) Şuşa rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qərardadı ilə Bərdə rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri üzrə və hüquqlarının müdafiəsi ilə bağlı Komissiya iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş və iddiaçı X7 cavabdeh Təqsirləndirilən şəxs qarşı “nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair” mülki iş üzrə nikah pozulduğu təqdirdə xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X13 hansı valideynin – anaları X7 və ya ataları Təqsirləndirilən şəxs himayəsində saxlanılmasının məqsədəuyğunluğunu araşdırmaqla əsaslandırılmış rəy verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bərdə rayon Polis Şöbəsinin icraatında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli məhkəməyədək sadələşdirilmiş icraat materialı olmuş, 30 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən həmin məhkəməyədək sadələşdirilmiş icraat üzrə icraata xitam verilmişdir (cild 1, iş vərəqə 272-274). Bərdə rayon İcra Hakimiyyəti Bərdə Mənzil Təmir-İstismar Sahəsi tərəfindən verilmiş 05 iyul 2024-cü il tarixli 23 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qonşular arasında dərin hörmət qazanmış, onun haqqında heç bir cinayət və cəza işi olmamışdır (cild 1, iş vərəqə 205) Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü X19 və xx.xx.2020-ci il təvəllüdlü X20 adlı iki azyaşlı uşağı var (cild 1, iş vərəqə 51-52). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan əməl xüsusilə ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4 və 157.1-ci maddələrində nəzərdə tutulan əməlllər isə böyük ictimai təhlükə törətməyən cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Aygün Əliyevanı xüsusi amansızlıqla sonuncunun anası Zərərçəkmiş şəxs gözü qarşısında öldürməməsinə, Zərərçəkmiş şəxs onun əlində bıçaq olduğunu görərək qonşuya qaçmasına və hadisəni görməməsinə dair məhkəmədə dediklərini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü bu mülahizəsi yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, Zərərçəkmiş şəxs və Şahid2 ifadələri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə tam təkzib olunur. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxın qohumu olan qızı Aygün Əliyevanı onun gözünün qarşısında öldürməklə ona xüsusi əzab verdiyini dərk etmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs onun qızı Aygün Əliyevanı onun gözləri qarşısında öldürdüyünü, hadisə vaxtı qonşuya qaçmadığını, hadisənin bilavasitə şahidi olduğunu və Təqsirləndirilən şəxs onun qışqırıq səslərini eşitməsinə baxmayaraq Aygünü bıçaqla vurmağa davam etdiyini bildirmişdir. İş üzrə Şahid2 ifadəsində Zərərçəkmiş şəxs evindən qışqırıq səsi gəldiyi üçün dərhal onlara getdiyini, həmin vaxt Zərərçəkmiş şəxs qapıdan sol tərəfdə yerə yıxılmış vəziyyətdə olduğunu, Təqsirləndirilən şəxs hadisə yerindən özünün uzaqlaşdırdığını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaqın ilkin mərhələsində, yəni hadisə günü olan 21 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində və 22 iyun 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində hadisəni hər hansı şəxsin görüb-görməməsinə dair suala cavab olaraq Aygün Əliyavanın anası Zeynəbin hadisənin şahidi olduğunu bildirmişdir. Məhkəmə iclasında tədqiq olunmuş həmin ifadələr iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 157.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona həmin maddələrin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən xüsusi amansızlıqla adam öldürmə cinayətinə görə on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri cəzası nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edərək üzərində gəzdirmə cinayət əməlini törətdiyi vaxt həmin cinayət əməlinə görə məsuliyyət Cinayət Məccəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş və onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 7 mart 2025-ci il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228-ci maddəsi yeni redaksiyada verilmiş və qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirməyə görə məsuliyyət Cinayət Məcəlləsinin 228.5-ci maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin köhnə redaksiyasında nəzərdə tutulmuş 228.4-cü maddə ilə yeni redaksiyada nəzərdə tutulmuş 228.5-ci maddə tamamilə eyni məzmunlu olmaqla həmin cinayət əməlinə görə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə görə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirmə cinayət əməlini törətdiyi dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü qismən təqsirli bilərək peşman olmasını, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 59.1.10-ci maddəsində (şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etmə) nəzərdə tutulmuş hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda, bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonra könüllü gəlib təqsirini boynuna alsa da Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında daha ciddi cəza növü kimi ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin cəza təyin etməyə dair müddəası həmin maddəyə şamil oluna bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1 və 228.4-cü maddələri ilə cəza təyin edilərkən isə Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü və 228.4-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə islah işləri cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən təyin edilmiş islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmalı və təyin olunmuş cəzalar toplanılmaqla cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən cinayətlərin məcmusu və ya hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə islah işlərinin dörd günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə həmin şəxslər üçün cəzalarının ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Mingəçevir Şəhər Məhkəməsinin 22 iyun 2024-cü tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 21 iyun 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (cild 1, iş vərəq 37, 200-201). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 iyun 2024cü il tarixdən hesablanmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 28-ci bəndindən görünür ki, azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqlar olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-nin 160-cı maddəsinə uyğun olaraq qohumların, yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əlavə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 160.1-ci maddəsinə əsasən valideynin və ya ailəni dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. Hazırki cinayət işi üzrə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs və mərhum X7 birkə nikahdan olan uşaqları xx.xx.2018-ci il təvəllüdlü X19 və xx.xx.2020-ci il təvəllüdlü X20 anaları Aygün Əliyevanın qətlə yetirilməsi, ataları Təqsirləndirilən şəxs isə həbs olunması ilə əlaqədar faktiki olaraq valideyn himayəsindən məhrum olmuşlar və hazırda Təqsirləndirilən şəxs Bərdə rayonunda yaşayan valideynlərinin nəzarəti altındadırlar. Təqsirləndirilən şəxs uşaqlarının onun valideynlərinin himayəsinə verilməsini xahiş etmiş, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs isə buna qəti surətdə etiraz edərək nəvələrinin onların himayəsinə verilməsini xahiş etmişlər. Göründüyü kimi uşaqların himayəyə götürülməsi ilə bağlı onların yaxın qohumları arasında mübahisə var. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X13 qəyyumluğa verilməsi məsələsinin həlli uşaqların qeydiyyatda olduğu yer üzrə Şuşa rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına tapşırılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Mingəçevir şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus bir ədəd boz rəngli qısaqol köynək, bir ədəd qara rəngli cins şalvar, bir cüt idman stilli ayaqqabı, X11 məxsus bir ədəd gecə geyimi və hadisə yerindən və meyitə baxış zamanı qana hopdurularaq götürülmüş üzərində qanabənzər ləkələr olan pambıq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 217 manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 228.4 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 16 (on altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (köhnə redaksiyada) 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 157.1-ci maddəsi ilə aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 8 (səkkiz) ay müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs təyin olunmuş 8 (səkkiz) ay müddətinə islah işləri cəzası 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 21 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Mingəçevir şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan bir ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus bir ədəd boz rəngli qısaqol köynək, bir ədəd qara rəngli cins şalvar, bir cüt idman stilli ayaqqabı, X11 məxsus bir ədəd gecə geyimi və hadisə yerindən və meyitə baxış zamanı qana hopdurularaq götürülmüş üzərində qanabənzər ləkələr olan pambıq məhv edilsin. Təqsirləndirilən şəxs 217 (iki yüz on yeddi) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan uşaqları - xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X13 qəyyumluğa verilməsi məsələsinin həlli Şuşa rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına tapşırılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəki Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Günay Aşurova Hakimlər: Xaliq Məmmədov Tural Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar