Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-105/2024 27.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə və müdafiəçilər-Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1979-cu ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Salyan rayonu Çadırlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsən tanıdığı, qızı, 18 may 2012-ci il təvəllüdlü Nazlı Bayramovanın sinif yoldaşı olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” X19 “Əqli gerilik, davranış pozğunluğu, debillik dərəcəsində” diaqnozu ilə qeydiyyatda olmaqla 14 yaşına çatmayan, 15 avqust 2009-cu il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs zahiri görünüşü və yaşı haqqında əvvəlcədən məlumatının olması ilə əlaqədar aşkar surətdə on dörd yaşına çatmadığını və əqli inkişafdan geri qaldığını etibarlı şəkildə bilib dərk edərək, ona qarşı özündə cinsi istək formalaşdıraraq, azyaşlı olduğu üçün hər hansı müqavimət göstərmək imkanı olmamasından, valideyninin lal-kar, psixi xəstə olmaqla faktiki valideyn himayəsindən məhrum olmasından, habelə özünün fiziki cəhətdən kifayət qədər üstünlüyə malik olmasından təsiretmə üsulu kimi yararlanıb köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri edib öz cinsi ehtirasını pozğun formada təmin etmək qərarına gələrək Zərərçəkmiş şəxs 2022-ci ilin fevral ayından həmin ilin iyul ayınadək olan müddət aralığında dəqiq məlum olmayan aylarda və günlərdə 2 dəfədən artıq olmaqla ayrı-ayrı müxtəlif vaxtlarda yaşına, fiziki və əqli inkişafına görə barəsində edilən hərəkətlərin mənasını və xarakterini dərk etməyən, təqsirkara müqavimət göstərmək imkanında olmayan Zərərçəkmiş şəxs qızı Nazlı Bayramova ilə görüşmək bəhanəsi ilə Salyan rayonu Çadırlı kəndində yerləşən yaşadığı fərdi yaşayış evinə dəvət etdikdən sonra zəiflik vəziyyətindən istifadə etməklə yüngül əqli gerilik və azyaşlı olması ilə əlaqədar onunla baş vermiş hərəkətlərin xarakter və mənasını, yəni sosial-psixoloji mahiyyətini anlamaq qabiliyyətinə malik olmamasından, həmin vaxt öz hərəkətlərini idarə etmək iqtidarında, eləcə də ona müqavimət göstərmək imkanında olmamasından, yəni köməksiz vəziyyətindən istifadə edərək özünün əynindəki şalvar və tursikini aşağı çəkib Zərərçəkmiş şəxs isə əynindəki şalvarını və alt paltarını soyundurub, köynəyini isə yuxarı qaldırıb döşlərindən öpmək, ereksiya vəziyyətinə gəlmiş öz cinsi orqanını zərərçəkmiş şəxsin cinsiyyət üzvünə və arxa keçid anal dəliyinə sürtməklə spermasını xaric edib cinsi ehtirasını təmin etməklə aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib onunla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, onunla o uşaq arasında məktəblə bağlı problem olmuşdur. Belə ki, Sevinc onun qızını məktəbdə döyürmüş, uşağı da ağlayıb üstünə gəlirmiş. Bu barədə məktəbə gedib direktora, müəllimə və Sevincin dayısına şikayətlər etmişdir. Bundan sonra onlarda razılığa gəlib, Sevinci məktəbdən uzaqlaşdırıb, uşaq evinə vermişlər. Sevinc həmişə ondan narazı qalıb, demişdir ki, “səni tutduracam, burdan uzaqlaşsam səndə şikayət edəcəm”. Məktəbin direktoru da demişdir ki, “bununla mən bacarmıram”. Özünü heç bir cinayətdə təqsirli bilmir, heçnədən həbsdə əzab çəkir, özü də xəstədir. Sevinci öyrədib yollayıblar, dediklərinin hamısı yalandır. İşinə ədalətlə baxılmasını xahiş edir. Sevinc onun evinə bir dəfə özü işdə olan vaxt gəlib, uşağı ilə oynayıb. Həmin vaxt evində kimlər olub onu bilmir. Sevinci öz uşağından həmişə uzaqlaşdırmağa çalışıb. Sevinc dəfələrlə ona zəng vurub, lakin özü telefona cavab verməyib söndürüb. Sonra isə geri yığıb ki, nəyə zəng vurursan, o isə uşağı ilə danışmaq istəyib. Evdə olanda isə telefonunu qızına verib, Sevinclə danışdırıb. İki dəfə belə hadisə olub ki, “qızım gör nə deyir”. Sevinci qətiyyən zəng vurub evinə çağırmayıb. İstintaq zamanı döyülüb, təhdid edilib, ondan 17 min manat pul istəyiblər. Qardaşları da bununla bağlı 102 xidmətinə zəng vurub şikayətlər ediblər. İstintaq zamanı müstəntiq onu soyundurub, sonra bədənində olanları yazıb ki, qız belə deyir. Ona qarşı sübut olmadığına görə bunu ediblər. Sevinc zəng vurarkən çox vaxt işdə olmuş, telefonu söndürmüş, sonra isə onun çoxlu zəngindən açıb deyirmiş ki, nə istəyirsən. Özü heç vaxt Sevincə zəng vurmayıb. İlk dəfə ona məxsus telefondan Sevincə zəng vurulmasının səbəbini bilmir, bəlkə də öz qızı zəng vurub. Bundan başqa onun tərəfindən Sevincə edilən zənglərin səbəbi odur ki, desin bizə zəng vurma. Özünün Sevinclə cinsi heç bir təması olmayıb. Günahsız yerə yatır, bunlar müstəntiqin oyunudur, onun cəzasını çəkir, bu işə ciddi baxılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, dəqiq xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs ona zəng edərək qızı Nazlıyla oynaması üçün evinə çağırmışdır. Lakin Rafik onu aldatmış, o Rafikgilə getdikdə onlar Nazlının nənəsigilə getmişdir. Həmin vaxt özü də onlarla birlikdə getmişdir. Sonra isə Rafiklə birlikdə geri qayıtmışdır. Həmin vaxt məktəbə gedən vaxtlar olmuşdur. Rafik ona demişdir ki, “gəl bizə”. O da Rafiklə birlikdə onun evinə getmiş, divanda oturmuşdur. Əvvəlcə Rafik gəlib divanda onun qucağında oturmuşdur. Sonra isə demişdir ki, “gəl o birisi otağa”. O da getmişdir. Həmin otaqda Rafiq ona ayıb-ayıb şeylər etmişdir. Otaqda yerə uzadıb şalvarın əynindən çıxarmışdır. Daha sonra isə üstünə sürtmüşdür. Əvvəlcə qabaqdan sürtürmüş, sonra isə demişdir ki, gəl ağzına sor, o isə ağzına soxa bilməmişdir. Rafik isə məcbur eləmiş, o da ağzına soxmuşdur. Sonra isə evinə getmişdir. Təzdən Rafik onu bir-iki ya on gün keçməmiş yenə çağırırmış. Gedirmiş evinə deyirmiş ki, gəl Nazlı ilə oyna, o da oynamaq istəyirmiş. Lakin evinə getdikdə Rafik onu aldadırmış, evdə heç kim olmurmuş. Özü dördüncü sinifə gedəndə, məktəbi qurtaranda Rafik belə hərəkətlər edirmiş. Rafik bu hərəkətləri öz evində edib, çox olub belə hərəkətləri. Hər dəfə Rafikə inanıb Nazlıyla oynamaq üçün onun evinə getmişdir. Rafik isə onu otağa aparırmış, özü uzanırmış, Rafik isə üstünə çıxırmış. Rafikə etiraz edəndə neynirsən, o isə deyirmiş ki, ağzına sor, əm. Rafikin cinsiyyətin də görürmüş. Sonra isə beşinci sinifə gedəndə internat məktəbinə getmiş ki, ondan əl çəksinlər. Çünki Rafik ona qabaqdan sürtürmüş, ağzına soxurmuş, şalvarını soyundururmuş. Ona deyirmiş ki, çıxart şalvarını, o da çıxarırmış. Bu barədə internat məktəbində olanda qızlara demişdir. Qızlar isə gedib xəbərləmişdilər. Bunu yemək yeyərkən demişdir. Bundan sonra isə dayısını məktəbə çağırmışlar. Onu UZİ-yə aparmışlar. Sonra başqalarıda pis-pis şeylər eləmişlər. Hər gün ona pis-pis şeylər eləyirlərmiş. Rafik öz nömrəsini ona vermiş, o da Rafikə zəng vururmuş. Ən çox isə Rafik zəng vurub danışırmış, deyirmiş ki, hardasan, o da deyirmiş evdə. Sonra Rafik deyirmiş ki, “gələrsən bizə”. O isə deyirmiş yaxşı. Rafikdən şikayətçidir, onunla barışmır, türməyə atılmasın istəyir. Birinci dəfə izahat verəndə Sadiqin, Muradın, Fəqanın və Səbuhinin adların polisə demişdir. Birinci dəfə Sadiq olub onu demişdir. Rafik barədə də düz danışır, Rafik də onu eliyib, allaha and içir. İlk dəfə Rafikin adı yadından çıxdığından onun adın çəkməyib. Yadındadır bütün onu eliyən on altı nəfər, yadına düşdükcə də adların deyib. Rafikin isə cinsiyyətində xal görmüşdür. İşdə olan, «cinayət işinin başlanması və istintaq qrupunun yaradılması haqqında» 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Salyan rayonu, Çadırlı kənd sakini X18 bacısı qızı 14 yaşına çatmamış -15 avqust 2009-cu il təvəllüdlü 5-ci sinif şagirdi Zərərçəkmiş şəxs yaşadıqları kənddə bir neçə şəxs tərəfindən ayrı-ayrı vaxtlarda, müxtəlif formalarda cinsi təcavüzə məruz qalması barədə 10 yanvar 2023- cü ildə Salyan Rayon Polis Şöbəsinə ərizə vermiş, həmin ərizə əsasında Salyan RPŞ-nin İstintaq Bölməsində və Salyan Rayon Prokurorluğunda aparılan araşdırma zamanı toplanmış material əsasında fakta görə Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələri ilə cinayət işi başlanmış və istintaq qrupu yaradılmışdır. (İ cild. i.v. 7). İşdə olan, «cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması və cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında» 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 149.3.3 və 150.3.3-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin materiallarından azyaşlı Zərərçəkmiş şəxs qarşı etdikləri seksual xarakterli digər zorakılıq hərəkətləri ilə bağlı X7 və qeyrilərinin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və həmin tarixdə cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün istintaq aidiyyəti üzrə Salyan Rayon Polis X5 göndərilmişdir. (İ cild. i.v. 4-6) İşdə olan, AA******* nömrəli şəxsiyyət vəsiqəsinin və AZ-İİ № 417781 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2009-cu il təvəllüdlüdür. (İ cild. i.v. 13, 129-130) İşdə olan, «Salyan Rayon Mərkəzi Xəstəxanası» X20 13 yanvar 2023-cü il tarixli, 102 nömrəli məktubu və əlavə olunmuş ambulator tibbi kartanın surətindən görünür ki, Zərərçəkmiş şəxs 24 iyun 2022-ci ildən poliklinika şöbəsində «əqli gerilik debillik dərəcəsində, davranış qüsurları» diaqnozu ilə qeydiyyatdadır. (İ cild. i.v. 29) İşdə olan, «məhkəmə-tibbi ekspertizası»nın 13 yanvar 2023-cü il tarixli, 18 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamış, onun qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti müayinədən iki həftə və artıqdır, dəqiq müddət müəyyən etmək mümkün deyildir. Qızlıq pərdəsində ağımtıl rəngli çapıqlar, uşaqlıq yolunun girəcəyinin genişlənməsi və s. bunu sübut edən əlamətlər hesab olunur. Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla (arxa keçəcək vasitəsilə) cinsi əlaqədə olma əlamətləri aşkar olunmamışdır. Zərərçəkmiş şəxs tam cinsi yetkinlik mərhələsinə çatmamışdır, o, hamilə deyildir, zöhrəvi xəstəliyə və insanın immunçatışmazlığı virusuna yoluxması əlamətləri aşkar olunmamışdır. (İ cild. i.v. 33-35) İşdə olan, «zərərçəkmiş şəxs qismində tanımaq haqqında» 13 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (İ cild. i.v. 47) İşdə olan, «zərərçəkmiş şəxsin qanuni nümayəndəsini təyin etmək haqqında» 13 yanvar 2023- cü il tarixli qərardan görünür ki, Salyan Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü Qanuni nümayəndə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir. (İ cild. i.v. 49) İşdə olan, «Salyan rayonu, Çadırlı kənd ümumi orta məktəbi»nin 16 yanvar 2023-cü il tarixli, 20 nömrəli arayışından görünür ki, Zərərçəkmiş şəxs 17 sentyabr 2018-ci il tarixli əmrə əsasən həmin məktəbin birinci sinifinə daxil olub və 14 iyun 2022-ci ildə məktəbin 4cü sinifini bitirdikdən sonra bir daha məktəbə gəlməmiş və 23 noyabr 2022-ci ildə məktəbə Sabunçu rayon V.H.M olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbi tərəfindən sorğu edilmiş, məktəb tərəfindən şagirdin yerləşdirilməsi təmin olunmuş və məktəbdən xaric edilmişdir. (İ cild. i.v. 68) İşdə olan, «X12 MMC»nin 16 yanvar 2023-cü il tarixli, S/01-2023 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs 13 yanvar 2023-cü il tarixdə psixoloji diaqnostika üçün həmin mərkəzə müraciət etmiş, müayinə nəticəsində xronoloji yaş 13 yaş 5 ay, zəka yaşı 9 yaş 1 ay, İQ=70 (norma 90-110 aralığını əhatə edir) səviyyəsində təyin olunmuşdur. Göstəriciləri sərhəd zəkadadır. Bərabərində özgüvən əskikliyi, stresə davamsızlığı və qorxuları mövcuddur. (İ cild. i.v. 79) İşdə olan, «kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizası»nın 18 yanvar 2023-cü il tarixli, 98 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs “Yüngül əqli gerilik, davranış pozuntuları ilə” müəyyən edilir. Elmi ədəbiyyatdakı məlumata əsasən əqli gerilik, intellektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prosesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunan anadangəlmə ləngimə halı və ya natamam əqli inkişaf ilə özünü göstərən patologiyadır. Zərərçəkmiş şəxs onda aşkarlanan “Yüngül əqli gerilik” formasında psixi pozuntu səbəbindən və azyaşlı olması ilə əlaqədar olaraq öz hərəkətlərinin mahiyyətini anlamaq, həmin hərəkətlərin faktiki xarakterini, yəni ola biləcək nəticələrini dərk etmək iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs müəyyən edilən əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, ona qarşı edilən hərəkətlərdən özünü qorumaqdan məhrum etsin. Onunla istintaq hərəkətinin aparılması mümkündür. Zərərçəkmiş şəxs əqliintellektual imkanlarını müayinə edərkən qavrama, yaddaş, diqqət, təfəkkür, dərketmə proseslərinin normadan aşağı olması müəyyən edilməklə onda yüngül əqli gerilik əlamətləri aşkar olunur. Səthilik, primitivlik, impulsivlik, davranışının iradi tənzimlənməsində çatışmazlıq, tez inanmaq, məsuliyyətsizlik və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs müəyyən edilən əqli geriliklə əlaqədar o, iş üçün əhəmiyyətli halları tam həcmdə dərk etmək qabiliyyətinə malik deyil. Zərərçəkmiş şəxs təlqinə qapıla, başqalarının təsiri altında hərəkət edə bilər. Zərərçəkmiş şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilməmişdir. Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətləri ilə əlaqədar ona qarşı hüquqazidd hərəkətlər edilərkən tez inana, aldana bilərdi. Zərərçəkmiş şəxs onunla baş vermiş hərəkətlərin xarakter və mənasını, yəni sosial-psixoloji mahiyyətini anlamaq qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs müəyyən edilən əqli gerilik yüngül ifadə olunduğundan və hadisə zamanı emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmadığından o, ona qarşı qeyd olunan hərəkətlər zamanı müqavimət göstərmək imkanına malik olmuşdur. (İ cild. i.v. 105-116) İşdə olan, 25 noyabr 2022-ci il tarixli AZ-İİ № 312529 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 17 noyabr 2022-ci ildə dəqiqləşdirilmiş ağciyər ürək çatışmamazlığından ölmüşdür. (İ cild. i.v. 131) İşdə olan, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 07 fevral 2023-cü il tarixli 32 nömrəli məktubundan görünür ki, X15 03 fevral 2023-cü il tarixdə həmin xəstəxanada psixiatrik tibbi müayinələrdən keçirilmiş və ona “Yüngül əqli gerilik və anadangəlmə surdomutizm (lal-karlıq)” diaqnozu qoyularaq qeydiyyata alınmışdır. (İ cild. i.v. 132) İşdə olan, «üzləşdirmə haqqında» 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında aparılmış üzləşdirmə zamanı zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər etdiyini, inandırıcı şəkildə sonuncunun üzünə qarşı demişdir. (İ cild. i.v. 164-165) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» 10 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:20-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild. i.v. 178) İşdə olan, «zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə» 11 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 11 aprel 2023-cü ildə videoçəkiliş aparılmaqla zərərçəkmiş şəxs qismində ifadəsi yerində yoxlanılarkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər etdiyi Salyan rayonu, Çadırlı kəndində yerləşən fərdi yaşayış evini və həyətyanı sahəsini əvvəlcədən dəqiqliklə təsvir edərək ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. (İ cild. i.v. 231-234) İşdə olan, «üzləşdirmə haqqında» 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, X9 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı şahid Ayazxan Fərəcov ifadəsində göstərdiklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barəsində ona heç vaxt şikayət etmədiyini inandırıcı şəkildə sonuncunun üzünə qarşı demişdir. (İ cild. i.v. 243-244) İşdə olan, «üzləşdirmə haqqında» 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, X16 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı şahid X16 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barəsində ona heç vaxt şikayət etmədiyini inandırıcı şəkildə sonuncunun üzünə qarşı demişdir. (İ cild. i.v. 247-248) İşdə olan, xx.xx.2023-cü il tarixli, 4(057)-29/2023 nömrəli Salyan Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs növündə qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablanmışdır. (İİ cild. i.v. 1-3) İşdə olan, “Salyan Rayon Mərkəzi Xəstəxanası” X20 01 may 2023-cü il tarixli, PHŞ- 6-68/2-841/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji, ruhiəsəb və ya hər hansı digər xəstəliklər üzrə qeydiyyatda yoxdur. (İİ cild. i.v. 58) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (İİ cild. i.v. 59) İşdə olan, xx.xx.2023-cü il tarixli şəxsi müayinə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs sol ayağının bud nahiyyəsinin içəri tərəfində cinsiyyət orqanının sol tərəfində, paça arasında oval formalı, 4-5 sm ölçüdə qəhvəyi rəngli xal vardır. (İİ cild. i.v. 69-70) İşdə olan, Salyan RİHB-nın Qaraçala qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı, 2012-ci il və 2016-cı il təvəllüdlü uşaqlarından ibarətdir, barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. (İİ cild. i.v. 84-85) İşdə olan, “Respublika Narkoloji Mərkəzi” X20 28 aprel 2023-cü il tarixli, xx/xx-4599 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. (İİ cild. i.v. 86) İşdə olan, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 15 may 2023-cü il tarixli, 121 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda yoxdur. (İİ cild. i.v. 95) İşdə olan, “Respublika Psixiatriya Xəstəxanası” X20 28 aprel 2023-cü il tarixli, 6261 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmayıb. (İİ cild. i.v. 126) İşdə olan, "xxxx" MMC-nin 23 may 2023-cü il tarixli, 11811 nömrəli məktubu ilə istintaqa daxil olmuş diskdə olan məlumatlara baxış keçirilməsinə dair 17 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs atası X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 2022-ci ilin fevralın 14-dən həmin ilin iyulun 4-dək olan müddət ərzində ümumilikdə 24 dəfə telefon danışığının aparılması və 4 dəfə SMS mətnlərinin göndərilməsi aşkar edilmişdir. Eyni zamanda, tərəflər arasında olan ilk əlaqənin isə 2022-ci ilin fevralın 14-də saat 09:06-da məhz Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs atası X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etməsi olmuşdur. Bundan başqa xx.xx.2022-ci ildə həmin nömrəyə zəng vuraraq 23 saniyə, xx.xx.2022-ci ildə 12 saniyə, xx.xx.2022-ci ildə 24 saniyə danışığı olmuşdur. (İİ cild. i.v. 153-158) İşdə olan, 06 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, 2023-cü il aprelin 25-də X4 Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək Salyan Rayon Polis Şöbəsində əri Təqsirləndirilən şəxs tutulmaması müqabilində ondan 15.000 manat pul tələb olunmasını, həmin məbləğdə pulu verə bilmədikləri üçün ərinin şərlənərək tutulmasını bildirmişdir. Həmin müraciət əsasında Salyan rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas Toğrul Əhədzadə tərəfindən araşdırma aparılmış və araşdırma nəticəsində Gülşən Bayramovanın müraciətində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından və materialda cinayət hadisəsi müəyyən edilmədiyindən 06 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. (İİ cild. i.v. 161-164) İşdə olan, kompleks məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizasının 14 aprel 2023-cü il tarixli, 1018 nömrəli rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs öz hərəkətlərinə cavab vermək, onlara rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxsla hər hansı bir istintaq hərəkətinin aparılması mümkündür. Təqsirləndirilən şəxs özünü psixoloji müdafiə etməyə meyillilik, inadkarlıq, qıcığa qarşı həssaslıq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaranmamışdır. (İİ cild. i.v. 166-170) İşdə olan, məhkəmə-tibb ekspertizasının 15 may 2023-cü il tarixli, 193 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyyəsində cinsi əlaqəyə maneə törədə biləcək obyektiv əlamətlər aşkar edilməmişdir. (İİ cild. i.v. 171-174) İşdə olan, «təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişiklilər edilərək ona Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İİ cild. i.v. 219-220) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş zərərçəkiş şəxsə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirərək tərəfindən Zərərçəkmiş şəxs qarşı heç vaxt seksual xarakterli zorakılıq hərəkətləri etmədiyini göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs irəli sürdüyü dəlilə münasibət bildirərək qeyd edir ki, onun həmin ifadələri Zərərçəkmiş şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələr, eləcə də zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evini və həyətyanı sahəsini əvvəlcədən dəqiqliklə təsvir etməsi, üzləşdirmə zamanı da ifadəsində göstərdiklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs ona qarşı seksual xarakterli hərəkətlər etdiyini inandırıcı şəkildə sonuncunun üzünə qarşı deməsi, şəxsi müayinə protokolu, təqsirləndirilən şəxsin istifadəsində olan mobil telefon vasitəsilə apardığı telefon danışıqları məlumatları, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər istintaq materialları ilə tam təkzib edilir. Belə ki, Zərərçəkmiş şəxs ifadələrində Təqsirləndirilən şəxs cinsiyyət orqanında xal görməsini bildirmiş, onun həmin ifadəsi şəxsi müayinə protokolu ilə, hansı ki, Təqsirləndirilən şəxs sol ayağının bud nahiyyəsinin içəri tərəfində cinsiyyət orqanının sol tərəfində, paça arasında oval formalı, 4-5 sm ölçüdə qəhvəyi rəngli xal olması ilə tam təsdiqini tapmışdır. Əks halda zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinsiyyət orqanında xal görməsini özündən uydura bilməzdi. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs atası X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 2022-ci ilin fevralın 14dən həmin ilin iyulun 4-dək olan müddət ərzində ümumilikdə 24 dəfə telefon danışığının aparılması və 4 dəfə SMS mətnlərinin göndərilməsi, tərəflər arasında olan ilk əlaqənin isə 2022-ci ilin fevralın 14-də saat 09:06-da məhz Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs atası X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etməsi, bundan başqa xx.xx.2022-ci ildə həmin nömrəyə zəng vuraraq 23 saniyə, xx.xx.2022-ci ildə 12 saniyə, xx.xx.2022-ci ildə 24 saniyə danışıq aparması kimi tam neytral sübutla da zərərçəkmiş şəxsin ifadələrinin doğruluğunu bir daha təsdiq edir. Artıq bu hallar təqsirləndirilən şəxsin istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, həmin ifadələri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs istər ibtidai istintaq zamanı, istərsə də məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üstüstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadələri, zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması protokolu, şəxsi müayinə protokolu, istintaq hərəkətlərinin protokolları, telefon danışığı məlumatları, ekspert rəyləri və digər istintaq materialları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən CM-nin 27 dekabr 2022-ci il tarixədək qüvvədə olan 150.3.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində müəyyən edilmiş sanksiya daxilində yuxarı həddə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydalarının möhkəmləndiriliəsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir. Məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir. Onun həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarışısını alır. Məhz buna görə də cəza təyinetmənin ümumi başlanğıcı cəzanın düzgün fərdiləşdirilməsini və onun səmərəli olmasını təmin edir. Cəzanın düzgün fərdiləşdirilməsi hər bir halda kriminal əməlin düzgün tövsifindən asılıdır. Əməlin düzgün tövsifi qanunçuluq prinsipinin tələblərindən irəli gəlir. Düzgün olmayan tövsif, təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına yaxud cinayət etməkdə təqsiri olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın növünün həddinin əsassız olaraq seçilməsinə, bir sıra başqa hüquqi məhdudiyyətlərin tətbiqinə, ya da tətbiq edilməsinə, (məsələn cinayət məsuliyyətindən və cəzadan azad etmənin tətbiqinə, ittiham hökmünün icrası müddətinin həllinə, məhkumluğun ödənilməsinə və sar.) səbəb ola bilər. Buna görə cinayət qanunvericiliyinin tələbələrinə dəqiq və dönmədən riayət edilməli, əməlində cinayət tərkibi olamayan şəxslərin mühakimə olunmasına, eləcə də əməlin düzgün olmayan tövsifi işin vəziyyətini və təqsirkarın şəxsiyyətini nəzərə almadan cəza təyininə yol verilməməlidir. Törədilən cinayət qanuna müvafiq olaraq bu əmələ görə məsuliyyət müəyyən edən maddə ilə dəqiq tövsif edilməli və bu tələbdən kənara çıxamaya yol verilməməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs azyaşlı olmaqla onun köməksiz vəziyyətindən istifadə edib onunla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətlərinə yol verməsi cinayətinə görə müəyyən edilən cəza obyektiv zərurətdən irəli gəlməlidir. Cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və əməlin xarakteri xarakterizə edilməlidir, cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayət-hüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsinin sivil formada öz əksini tapmışdır. Eyni zamanda məhkəmə tərkibi hesab edir ki, təyin edilən, cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar, cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olub-olmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 10 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 10 aprel 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-105/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-105/2024
27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver