Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-214/2025 20.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X22, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyası Salyan Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, - xx xxxx 1986-cı ildə Salyan rayonunun Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Peyk kəndində qeydiyyatda olmaqla, orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs1; - xx xxxxxx 2001-ci ildə Salyan rayonunun Varlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, günəmuzd fəhlə işləmiş, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Peyk kəndində qeydiyyatda olmaqla, orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 157.2-ci maddələrində; - xx xxxxxx 1986-cı ildə Salyan rayonunun Qaraçala qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, "xxxx" MMC-də baytar köməkçisi işləmiş, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Peyk kəndində qeydiyyatda olmaqla, orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 09 iyun 2024-cü il tarixdə, saat 17:00 radələrində idarə etdiyi “Mazda Trıbute” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonu, Peyk kəndinin mərkəzində mağazanın yanında dayanıb söhbət edən əmisi oğlanları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yaxınlaşıb görüşərək Salyan rayonu, Düzənlik kəndində yaşayan Maqsudova (Ağakişiyeva) Əzizə Rafayıl qızının güya onunla evlənmək məqsədilə qaçırılmasına razı olmasına dair yalan məlumat verib, ailə üzvlərinin evdə olmadığını bildirərək, Əzizə Maqsudovanı öz yaşadığı evə gətirmək üçün ona köməklik etmələrini təklif etmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə Əzizə Maqsudovanın Salyan rayonu, Düzənlik kəndində yaşadığı evin qarşısına gəldikdən sonra, həmin vaxt həyətdə olan Əzizənin atası Zərərçəkmiş şəxs1 gördüklərinə görə özlərini Salyan Elektrik Şəbəkəsinin işçiləri kimi təqdim edib, Zərərçəkmiş şəxs1 elektrik istifadəsi ilə bağlı borcu yarandığından elektrik xəttini kəsməyə gəldiklərini, problemin həlli üçün güya həmin vaxt qonşu küçədə olan elektrik şəbəkəsinin rəisinin yanına gedib danışıqlar aparmağı təklif etsə də, ev sahibinin bunu etmədiyini görüb bir qədər əvvəl özünün istəyi əsasında içməyə gətirdiyi su stəkanını Zərərçəkmiş şəxs1 müqavimətini qırmaq üçün qəflətən onun baş nahiyyəsinə vurmaqla tutub saxlayaraq, yanında olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Əzizə Maqsudovanı evdən çıxarıb qaçırmağı tapşırmış, özü isə əməlinə davam edib Zərərçəkmiş şəxs1 fiziki zor tətbiq edib döyərək sonuncuya sağ gicgah, sağ almacıq, sağ dirsək nahiyyələrinin sıyrıqları, alt dodağın selikli qişasının qansızması kimi qəsdən dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə sərbəst şəkildə hərəkət etməsinin qarşısını almış, digərləri isə onun göstərişinə əsasən bir qrup şəxs halında Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan zor tətbiq etməklə mənzildə yaşayanın iradəsi ziddinə olaraq Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinə daxil olub Əzizə Maqsudovanın getmək istəmədiyini dərk etdikləri halda sonuncunun müqavimətini qırmaq üçün fiziki zor tətbiq etməklə yaşadığı evdən çıxarıb sərbəst şəkildə hərəkət etməsinin qarşısını alaraq, ona sol saidin aşağı 1/3-nin ön səthində cızıq, sol əlin İV barmağın İİ falanqasında səthi dəri kəsiyi kimi qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək iradəsinə zidd və iradəsindən kənar şəkildə istifadəsində olan “Mazda Trıbute” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirdikdən sonra Təqsirləndirilən şəxs2 avtomobili idarə etməklə özü qabaq sərnişin oturacağında, Təqsirləndirilən şəxs3 isə arxa salonda əyləşib Əzizə Maqsudovanı tutmaqla sonuncunu Salyan rayonu, Peyk kəndində yaşadığı evinə gətirərək, birlikdə bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etməklə mənzil toxunulmazlığını pozma və adam oğurluğu cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 09 iyun 2024-cü il tarixdə, saat 17:00 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə Salyan rayonu, Peyk kəndinin mərkəzindəki mağazanın yanında dayanıb söhbət edərkən əmisi oğlu Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mazda Trıbute” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlara yaxınlaşıb görüşərək Salyan rayonu, Düzənlik kəndində yaşayan Maqsudova (Ağakişiyeva) Əzizə Rafayıl qızının güya onunla evlənmək məqsədilə qaçırılmasına razı olmasına dair yalan məlumat verib, ailə üzvlərinin evdə olmadığını bildirərək, Əzizə Maqsudovanı öz yaşadığı evə gətirmək üçün köməklik etmələrini təklif etmiş, onlarla birlikdə Əzizə Maqsudovanın Salyan rayonu, Düzənlik kəndində yaşadığı evin qarşısına gəldikdən sonra, həmin vaxt həyətdə olan Əzizənin atası Zərərçəkmiş şəxs1 gördüklərinə görə Təqsirləndirilən şəxs1 özlərini Salyan Elektrik Şəbəkəsinin işçiləri kimi təqdim edib, Zərərçəkmiş şəxs1 elektrik istifadəsi ilə bağlı borcu yarandığından elektrik xəttini kəsməyə gəldiklərini, problemin həlli üçün güya həmin vaxt qonşu küçədə olan elektrik şəbəkəsinin rəisinin yanına gedib danışıqlar aparmağı təklif etsə də, ev sahibinin bunu etmədiyini görüb Təqsirləndirilən şəxs1 bir qədər əvvəl özünün istəyi əsasında içməyə gətirdiyi su stəkanını Zərərçəkmiş şəxs1 müqavimətini qırmaq üçün qəflətən onun baş nahiyyəsinə vurmaqla tutub saxlayaraq, ona və Təqsirləndirilən şəxs2 Əzizə Maqsudovanı evdən çıxarıb qaçırmağı tapşırmış, özü isə əməlinə davam edib Zərərçəkmiş şəxs1 fiziki zor tətbiq edib döyərək, sonuncuya sağ gicgah, sağ almacıq, sağ dirsək nahiyyələrinin sıyrıqları, alt dodağın selikli qişasının qansızması kimi qəsdən dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə sərbəst şəkildə hərəkət etməsinin qarşısını almış, onlar isə əmisi oğlu Təqsirləndirilən şəxs1 göstərişinə əsasən bir qrup şəxs halında Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan zor tətbiq etməklə mənzildə yaşayanın iradəsi ziddinə olaraq Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinə daxil olub Əzizə Maqsudovanın getmək istəmədiyini dərk etdikləri halda sonuncunun müqavimətini qırmaq üçün fiziki zor tətbiq etməklə yaşadığı evdən çıxarıb sərbəst şəkildə hərəkət etməsinin qarşısını alaraq, ona sol saidin aşağı 1/3-nin ön səthində cızıq, sol əlin İV barmağın İİ falanqasında səthi dəri kəsiyi kimi qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək iradəsinə zidd və iradəsindən kənar şəkildə Təqsirləndirilən şəxs1 istifadəsində olan “Mazda Trıbute” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdirdikdən sonra Təqsirləndirilən şəxs2 avtomobili idarə etməyə başlamış, Təqsirləndirilən şəxs1 avtomobilin qabaq sərnişin oturacağında, o isə arxa salonda əyləşib Əzizə Maqsudovanı tutmaqla sonuncunu Salyan rayonu, Peyk kəndində Təqsirləndirilən şəxs1 yaşadığı evinə gətirərək, birlikdə bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etməklə mənzil toxunulmazlığını pozma və adam oğurluğu cinayət əməllərini törətmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, 09 iyun 2024-cü il tarixdə, saat 17:00 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs3 ilə Salyan rayonu, Peyk kəndinin mərkəzində mağazanın yanında dayanıb söhbət edərkən, əmisi oğlu Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mazda Trıbute” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlara yaxınlaşıb görüşərək, Salyan rayonu, Düzənlik kəndində yaşayan Maqsudova (Ağakişiyeva) Əzizə Rafayıl qızının güya onunla evlənmək məqsədilə qaçırılmasına razı olmasına dair yalan məlumat verib, ailə üzvlərinin evdə olmadığını bildirərək, Əzizə Maqsudovanı öz yaşadığı evə gətirmək üçün köməklik etmələrini təklif edib, onunla və Təqsirləndirilən şəxs3la birlikdə Əzizə Maqsudovanın Salyan rayonu, Düzənlik kəndində yaşadığı evin qarşısına gəldikdən sonra, həmin vaxt həyətdə olan Əzizənin atası Zərərçəkmiş şəxs1 gördüklərinə görə Təqsirləndirilən şəxs1 özlərini Salyan Elektrik Şəbəkəsinin işçiləri kimi təqdim edib, Zərərçəkmiş şəxs1 elektrik istifadəsi ilə bağlı borcu yarandığından elektrik xəttini kəsməyə gəldiklərini, problemin həlli üçün güya həmin vaxt qonşu küçədə olan elektrik şəbəkəsinin rəisinin yanına gedib danışıqlar aparmağı təklif etsə də, ev sahibinin bunu etmədiyini görüb Təqsirləndirilən şəxs1 bir qədər əvvəl özünün istəyi əsasında içməyə gətirdiyi su stəkanını Zərərçəkmiş şəxs1 müqavimətini qırmaq üçün qəflətən onun baş nahiyyəsinə vurmaqla tutub saxlayaraq, ona və Təqsirləndirilən şəxs3 Əzizə Maqsudovanı evdən çıxarıb qaçırmağı tapşırmış, özü isə əməlinə davam edib Zərərçəkmiş şəxs1 fiziki zor tətbiq edib döyərək, sonuncuya sağ gicgah, sağ almacıq, sağ dirsək nahiyyələrinin sıyrıqları, alt dodağın selikli qişasının qansızması kimi qəsdən dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə sərbəst şəkildə hərəkət etməsinin qarşısını almış, o isə Təqsirləndirilən şəxs3la əmisi oğlu Təqsirləndirilən şəxs1 göstərişinə əsasən bir qrup şəxs halında Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan zor tətbiq etməklə mənzildə yaşayanın iradəsi ziddinə olaraq Zərərçəkmiş şəxs1 fərdi yaşayış evinə daxil olub, Əzizə Maqsudovanın getmək istəmədiyini dərk etdikləri halda sonuncunun müqavimətini qırmaq üçün fiziki zor tətbiq etməklə yaşadığı evdən çıxarıb sərbəst şəkildə hərəkət etməsinin qarşısını alaraq ona sol saidin aşağı 1/3-nin ön səthində cızıq, sol əlin İV barmağın İİ falanqasında səthi dəri kəsiyi kimi qəsdən dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək iradəsinə zidd və iradəsindən kənar şəkildə Təqsirləndirilən şəxs1 istifadəsində olan “Mazda Trıbute” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşdirdikdən sonra avtomobili idarə etməyə başlamış, Təqsirləndirilən şəxs1 avtomobilin qabaq sərnişin oturacağında, Təqsirləndirilən şəxs3 isə arxa salonda əyləşib Əzizə Maqsudovanı tutmaqla sonuncunu Salyan rayonu, Peyk kəndində Təqsirləndirilən şəxs1 yaşadığı evinə gətirərək, sonuncu və Təqsirləndirilən şəxs3la birlikdə bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etməklə mənzil toxunulmazlığını pozma və adam oğurluğu cinayət əməllərini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 157.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası və mərhum atası ilə birlikdə Salyan rayonunun Peyk kəndində yaşamış, fermada çoban işləməklə fərdi əməklə məşğul olmuşdur, subaydır və əvvəllər evli olmamışdır. Salyan rayonu, Düzənlik kənd sakini Zərərçəkmiş şəxs2 təxminən üç ildir ki, sevmişdir. Hər gün saat 17:00 radələrində çoban işlədiyi fermaya məxsus otlaq sahəsində otlayan atlara baş çəkməyə atasına məxsus “Mazda” markalı avtomobillə gedib-gəlmiş, yolu Zərərçəkmiş şəxs2 yaşadığı evin yanından keçdiyindən, onu kənardan görmüş və evlənmək məqsədi ilə qaçırtmaq qərarına gəlmişdir. 09 iyun 2024-cü il tarixdə, saat 17 radələrində öz kəndlərinin mərkəzindəki mağazanın yanından idarə etdiyi “Mazda” markalı avtomobillə keçərkən mağazanın yanında əmisi oğlanları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və qardaşı oğlu Şahid1 görüb avtomobili onların yanında saxlamış, onlarla görüşüb, qonşu kənddə istədiyi qız olduğunu, bir-birlərini sevdiklərini, qızın valideynlərinin toyda olduğunu və qızı öz razılığı ilə götürmək istədiyini demişdir. Zabillə Əliabas kimin qızını istədiyini, qızın özünün onunla qaçmağa razılıq verib-vermədiyini soruşduqda, Zərərçəkmiş şəxs1 qızı Əzizəni qaçıracağını və qızın qaçırılmağa razı olduğunu bildirmişdir. Zabil, Əliabas və Mövsüm sevinərək onunla getməyə razılıq vermişlər. Zabillə o özünün idarə etdiyi “Mazda”, Mövsüm isə Əliabasın idarə etdiyi “Vaz-2107” markalı avtomobillə Düzənlik kəndinə getmişlər, Rafayılın yaşadığı ünvanın qarşısına çatıb avtomobildən düşdükdə gözləmədikləri halda Rafayılın öz həyətindən küçə qapısına çıxdığını görmüşlər. Məcbur olub özlərini elektrik şəbəkəsinin işçiləri kimi təqdim edib, Rafayıla həyətindəki işıq xəttinə baxış keçirməyə gəldiklərini demiş, sonuncu da etiraz etməmişdir. Rafayıl darvazanı açdıqda avtomobilini həyətə sürüb döndərib üzü çıxışa tərəf saxlamış, Mövsüm də Əliabasın “Vaz-2107” markalı avtomobilinin sükanı arxasına keçib avtomobili həyətə sürüb üzü çıxışa tərəf döndərdikdən sonra dayanmayıb avtomobili sürərək həyətdən çıxıb getmişdir. Həmin vaxt başa düşmüşdür ki, Mövsüm qızın atası Rafayılı həyətdə gördüyü üçün oradan getmişdir. Bundan sonra Rafayıldan içməyə su istəmiş, bir neçə dəqiqədən sonra Rafayıl evindən çıxıb əlində su balonu onların yanına gəlmiş və suyu içdikdən sonra Rafayılı tutub saxlayaraq Zabil və Əliabasa gedib qızı gətirməyi tapşırmışdır. Zabillə Əliabas cəld evə girib bir-iki dəqiqədən sonra Əzizə ilə birlikdə həyətə çıxmış və qızı gətirib onun maşınına oturtmuşlar. Həmin vaxt Rafayıl onun əlindən çıxıb qızına kömək etmək istəmiş, Rafayılı sinəsindən geri itələmiş və bu zaman Rafayıl yerə yıxılmışdır. Cəld gəlib avtomobilin qabaq sərnişin yerinə oturmuşdur. Zabil avtomobilin sükanı arxasında, Əliabas isə Əzizənin yanında avtomobilin arxa oturacağında oturmuşdur. Birbaşa Peyk kəndinə onun ata evinin həyətinə gəlmişlər. Həyətə girdikdə Əzizəni valideynlərinə təhvil verib həyətdən küçəyə çıxmışdır. Təxminən iki saat sonra Əzizənin anası, əmisi və dayısı onların evinə gəlmişlər və onun valideynləri ilə söhbət edib razılığa gəlmişlər ki, qızı geri qaytarıb özləri ilə aparacaqlar, beş gündən sonra isə valideynləri nişan üzüyü ilə Əzizəgilə elçi gedib Əzizəni ona nişanlayacaqlar. Lakin sonradan bilmişdir ki, Əzizəni zorla qaçırması barədə qızın valideynləri polisə şikayət etmişlər və buna görə də həmin gecə kənddən çıxıb Bakı şəhərinə getmiş, avqustun 09-da kəndə öz evlərinə qayıtmışdır. Təqsirləndirilən şəxs1 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Əzizəni subay qız kimi tanımış və ailə qurmaq niyyəti ilə qaçırmışdır. Hadisəyə qədər Əzizəni uzaqdan görsə də, aralarında danışıq və ya digər hər hansı münasibət olmamış, Əzizə ona qaçırılması ilə bağlı razılıq verməmişdir. Zabil və Əliabasın qızın qaçırılmağa razılığının olmamasından məlumatları olmamış, onlara qızın razı olduğunu bildirmişdir. Əslində isə Əzizə ilə aralarında belə bir razılıq olmamışdır. 09 iyun 2024-cü il tarixində toy olduğundan Əzizəgildə başqa şəxslərin olmayacağını, evdə tək olacağını, ailə üzvlərinin toya gedəcəklərini bilmişdir. Ona Əzizəgilin evinin içi barədə məlumat verən kimsə olmamış, hadisə günü Əzizənin ailə üzvlərinin toyda, özünün isə evdə tək olacağını ona kimsə deməmiş, özü düşünərək bu qənaətə gəlmişdir. Əzizənin yaşadığı ünvana gəlib atası Rafayılın da evdə olmasını görəndə nə üçün geri qayıtmadıqları barədə suala əmioğullarına qızın razılığının olduğunu deməsi cavabını vermişdir. Əmisi oğlanları Zabil və Əliabasa hadisədən əvvəl güya Əzizənin onu sevdiyi üçün öz razılığı ilə ona qoşulub qaçacağı barədə yalan deməklə aldatmaqda məqsədi qohumlarının ona inanıb Əzizəni qaçırmaqda köməklik etmələrinə nail olmaq idi. Əzizənin qaçırılmasının ağır cinayət olmasını bilməmiş, düşünmüşdür ki, Əzizəni qaçırıb yaşadığı evinə apardıqdan sonra Əzizə onunla evlənməyə razılıq verər və o da valideynlərini arzusuna çatdırıb el adəti ilə evlənmiş olar. Ona görə də, əmisi oğlanlarını aldadıb aparmış, onlar da inandıqları üçün birlikdə Əzizənin yaşadığı evə getmişlər. Əmisi oğlanları Zabil və Əliabası hadisədən əvvəl həqiqətən də Əzizənin onu sevməsinə və onunla qaçmağa razı olmasına inandırmış, hadisə baş verdiyi anda isə, yəni onun Rafayıla qarşı zorakı hərəkətlərini görüb onun istəyi ilə Əzizəni yaşadığı evdən zorla çıxardıb aparmaları ilə bağlı heç bir fikir bildirə bilməmişdir. Rafayıla qızı qaçıra bilmək üçün xəsarət yetirmişdir. Valideynləri onun qız qaçıracağını bilməmiş, əvvəl Əzizəni tanımamış, onlara qızı qaçırıb gətirəndə atası barədə bildirdikdən sonra tanımışlar. Bakı şəhərindən qayıtdıqdan sonra yaşadığı evdə polislər onu tutmuşlar. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs1 son sözündə əmisi oğlanları Zabil və Əliabasın heç bir günahı olmadığını, hər ikisinin onun tərəfindən aldanıldıqlarını (Əzizənin güya onunla qaçmağa razılığının olması hissəsində), əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 157.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 iyun 2024-cü il tarixdə əmisi oğlu Təqsirləndirilən şəxs2 və əmisi nəvəsi Şahid1la yaşadıqları Salyan rayonunun Peyk kənd mərkəzindəki mağazanın yanında dayanıb söhbət edərkən əmisi oğlu Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mazda” markalı avtomobillə gəlib onların yanında dayanmış, onlara şad xəbəri olduğunu demiş, səbəbini soruşduqda evlənəcəyini bildirmişdir. Kiminlə evlənəcəyini soruşduqda, Abdulla qonşu Düzənlik kəndində Rafayıl adlı kişinin qızı ilə aralarında bir neçə ildir sevgi münasibəti olduğunu və qızı qaçırmaq istədiyini demişdir. Abdulladan qızın onu sevib-sevmədiyini, onunla qoşulub qaçmağa istəyi olub-olmadığını soruşduqda, Abdulla cavab vermişdir ki, qız da onu sevir, onunla qaçmağa razıdır, lakin qızın valideynləri buna razı deyillər. Bundan sonra onlar Abdullaya inandıqları üçün qızı qaçırmaq məqsədi ilə onunla birlikdə getməyə razılıq vermişlər. Qızın yaşadığı ünvana çatdıqda Rafayılın öz həyətindən küçə qapısına çıxdığını görmüşlər. Abdulladan Rafayıl kişinin evdə olduğunu, nə edəcəklərini soruşmuşlar, Abdulla cavabında qızla danışdığını və narahat olmamalarını demişdir. Abdulla məcbur qalıb özlərini Rafayıla elektrik şəbəkəsinin işçiləri kimi təqdim edib demişdir ki, güya həyətindəki işıq xəttinə baxış keçirməyə gəliblər. Rafayıl etiraz etməmiş və darvazanı açdıqda Abdulla öz avtomobilini həyətə sürüb döndərərək üzü çıxışa saxlamış, Mövsüm də onun “Vaz-2107” markalı avtomobilinin sükanı arxasına keçib avtomobili həyətə sürüb üzü çıxışa tərəf döndərdikdən sonra dayanmadan oradan getmişdir. Bundan sonra Abdulla və Rafayıl həyətin ortasında dayanıb öz aralarında söhbət etməyə başlamışlar və Abdulla Rafayıldan içməyə su istəmiş, Rafayıl su gətirmək üçün evə girəndə Abdulla ona və Zabilə qızın atasına görə səs-küy edəcəyini demiş, ona fikir verməmələrini bildirmişdir. Bir azdan Rafayıl evdən çıxıb əlindəki su balonu ilə onlara yaxınlaşanda, Abdulla əlləri ilə Rafayılın yaxasından yapışıb onlara tapşırmışdır ki, cəld gedib qızı evdən gətirib avtomobilə əyləşdirsinlər. Bundan sonra Zabillə birlikdə Rafayılın evinə girmişlər. Zabil evin ikinci mərtəbəsinə qalxmağa başlamış, o isə Əzizəni birinci mərtəbədə görüb Zabili səsləyərək qızın orada olduğunu demiş, sonra qızın əlindən tutub həyətə çıxardaraq, avtomobilin arxa oturacağına əyləşdirmişlər. Zabil avtomobilin sükanı arxasına keçmiş, Abdulla qabaq sərnişin yerində, o isə arxa oturacaqda Əzizənin yanında əyləşmişlər. Zabil avtomobili işə salıb Rafayılın həyətindən çıxmış və öz kəndləri istiqamətində getmişlər. Yolda qızın narazılığını görüb Zabillə birlikdə üzlərini Abdullaya tutub qızın razılığının olduğunu dediyini, lakin qızın müqavimət göstərdiyini, getmək istəmədiyini demişlər. Həmin vaxt Abdulla onlara qışqırıb demişdir ki, onların işi avtomobili idarə etmək və qıza nəzarət etməkdir. Bundan sonra onlar Abdullaya heç nə deməmişlər. Əzizəni gətirib Abdullanın valideynlərinə təhvil verəndən sonra öz evlərinə getmişdir. Təqsirləndirilən şəxs3 son sözündə atası və bacısının birinci qrup əlil, anasının xəstə olduqlarını, azadlıqdan məhrum edildiyi halda onların qayğısına qalan kimsənin olmadığını, əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadıqları Salyan rayonu, Peyk kəndində kiçik əmioğlusu Təqsirləndirilən şəxs3la (adətən Eldəniz adı ilə müraciət edirlər) əmisi nəvəsi Şahid1la birlikdə olarkən Abdulla idarə etdiyi avtomobillə yanlarına gəlib, onlardan avtomobilə əyləşmələrini istəmiş və bir yerə gedəcəklərini bildirmişdir. Avtomobilə oturub Abdulladan nə məsələ olduğunu soruşmuşlar. Abdulla bu vaxta qədər ondan evlənməsini istəmələrini, nəhayət evlənəcəyini demişdir. Bunu eşidib çox sevinmişlər, çünki, Abdullanın yaşı çox idi və bu vaxta qədər evlənməmişdir. Abdulladan kiminlə evlənəcəyini soruşduqda, qonşu kənddə Rafayıl adlı kişinin qızı Əzizəni sevdiyini bildirmişdir. Abdulladan qızın onunla evlənməyə razı olub-olmamasını soruşmuş, Abdulla da cavab vermişdir ki, üç ildir Əzizə ilə bir-birlərini sevirlər, qızın ata-anası evdə yoxdur, toya gediblər və qızı gətirmək lazımdır. Əzizəni qaçırmaq üçün onun yaşadığı ünvana çatanda vəziyyəti görüb pis olmuşdur. Belə ki, qızın atasını həyətdə görmüş və Abdulladan nə baş verdiyini soruşmuşdur. Abdulla planın dəyişdiyini, elektrik şəbəkəsinin işçiləri adı ilə həyətə girmələrini, su almaq adı ilə Rafayılı göndərəcəyini, həmin vaxt qızı gətirmələrini demişdir. Abdullaya “qız əşya deyil ki, onu harasa səssiz aparıb qoyaq” deyə irad bildirmişdir. Abdulla qızın səs-küy salacağını, nişanlı olduğunu deyəcəyini və bütün bunları atasına görə edəcəyini, qızın hərəkətlərinə və sözlərinə fikir verməməyi, əvvəlcədən qızla elə davranması üçün aralarında danışıq olduğunu bildirmişdir. Abdullanın dediyi hərəkətlər baş verəndən sonra Əliabasla birlikdə evə girmişlər. Yuxarı mərtəbəyə çıxmaq istəyərkən Əliabas onu çağıraraq qızın aşağı mərtəbədəki otaqda olduğunu demiş və sonuncu Əzizəni tutub avtomobilə oturtmuşdur. Özü avtomobilin sükanı arxasına keçmiş, Abdulla qabaq sərnişin yerində, Əliabas isə arxa oturacaqda Əzizənin yanında əyləşmişlər. Avtomobili sürüb Rafayılın həyətindən çıxıb öz kəndləri istiqamətində getmişlər. Yol boyu Əzizənin sakitləşmədiyini, evlərinə qaytarılmasını istədiyini, başqası ilə nişanlı olduğunu dediyini görüb üzünü Abdullaya tutub qızın müqavimət göstərdiyini, başqasının nişanlısı olduğunu dediyini bildirmişdir. Abdulla ona qışqırıb demişdir ki, onun işi avtomobili idarə etməkdir. Bundan sonra daha heç bir söz deməyib avtomobili saxlamamış, sürüb birbaşa Salyan rayonunun Peyk kəndinə, Abdullanın həyətinə gəlmişlər. Əzizəni Abdullanın ailəsinə təhvil verdikdən sonra evinə getmişdir. Təqsirləndirilən şəxs2 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, evlidir və böyük uşağının altı yaşı var, məktəbə gedir. Abdullanın Rafayılın başına stəkan vurmasını görməmişdir. Abdulla Əliabasla ona demişdir ki, qız müqavimət göstərəcək və bunu atası orada olduğuna görə edəcək, fikir verməsinlər. Əməlindən çox peşmandır. Əzizədən, onun ailəsindən üzr istəyir. Qızın razılığının olmamasından xəbəri olmamışdır. Qızı yaxşı məqsədlə, yəni Abdulla ilə ailə qurması məqsədilə qaçırmışlar. Abdulla özü də etiraf etmişdir ki, qızın bu işdə razılığının olması hissəsində Əliabasla onu aldatmışdır. Təqsirləndirilən şəxs2 son sözündə zərərçəkmiş şəxslərlə barışığının olduğunu, ondan şikayətçi olmadıqlarını, Abdullanın onu və Əliabası aldadıb apardığını, bu halın ittiham aktında da qeyd olunduğunu, himayəsində iki azyaşlı övladının və valideynlərinin xəstə olmasını bildirərək, məhkəmədən barəsində yekun qərar qəbul olunarkən qeyd etdiyi halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərini (təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxslər və şahidlər) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrıayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 157.2-ci maddələrində, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Ağakişiyeva (əvvəlki soyadı Maqsudova) Əzizə Rafayıl qızı ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsləri əvvəllər görməmiş, adlarını bilməmiş, yəni heç birini tanımamışdır, Zərərçəkmiş şəxs1 atasıdır, aralarında ədavət və ya düşmənçilik yoxdur. Təqsirləndirilən şəxslər tərəfindən qaçırılması 09 iyun 2024-cü il tarixdə baş vermiş və hadisədən sonra onları tanımışdır. Həmin ilin iyun ayının 02-də Aqşin Ağakişiyevlə nişanı olmuşdur. 09 iyun tarixində sonradan adlarının Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 olduğunu bildiyi üç nəfər şəxs avtomobillə həyətlərinə girib, maşını həyətdə saxlayaraq, özlərini işıq idarəsinin işçiləri kimi təqdim edib, atasından su istəmişlər. Atası onlara su vermək üçün içəri girəndə qapını açıb həyətə daxil olmuş, su içmiş, sonra isə atasına onlarla birlikdə işıq idarəsinə getməli olduğunu demişlər. Atası evdə heç kimin olmadığını, gedə bilməyəcəyini demiş, onlar da öz maşınları ilə onu aparıb tez qaytaracaqlarını bildirmişlər. Atası getməkdən imtina edəndən sonra qolundan tutmuşlar. Atasının bağırtı səsinə otaqdan çölə qaçmaq istəyəndə iki nəfər şəxs otağa daxil olmuşlar, digər şəxs isə atasını tutub saxlamış və sonuncuya xəsarət yetirmişdir. Otağın qapısından çıxan anda onun qolundan tutub sürüyə-sürüyə avtomobilə salmışlar. Nəticədə xəsarət almış və bu barədə tibbi sənədlərdə də qeyd olunmuşdur. Avtomobilə salınanda barmağı kəsilmişdir. Qışqırmış, lakin ətrafda heç kim olmadığından köməyə gələn olmamışdır. Başına gətirilmiş adisənin planlı olduğunu düşünür, çünki, evinə gələn şəxsləri əvəllər nə o, nə də ailəsi tanımışdır. Bu hadisə nişanlanandan sonra baş vermişdir. Təqsirləndirilən şəxslər bu planı quran şəxsin kimliyini açıqlamamışlar. Təqsirləndirilən şəxslər onu Abdullanın evinə aparıb, onun anasına təhvil vermişlər. Onların evində olarkən də qışqırıb etiraz etmişdir. Hələ maşında aparılarkən nişanlısının polis olduğunu demişdir ki, bəlkə onu buraxarlar, lakin təqsirləndirilən şəxslər ona nişanlısının polis deyil, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğunu demişlər. Avtomobildən özünü atmağa çalışmış, amma buna imkan verməmişlər. Valideyni və qohumları olduğu yerə gəlmişlər. Abdullagil əvvəl onu qaytarmaq istəməmişlər. Valideynlərinin səsini eşitmiş, qaçmağa çalışmış, onu saçından tutub sürüyərək aşağı mərtəbəyə salmışlar. Bundan sonra polisə zəng vurulmuş və onlar da qorxub, onu aparıb anası, dayısı və əmisinə təhvil vermişlər. Abdullagildə saxlanılması heç bir saat çəkməmişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 heç vaxt yaxınlaşıb ona qarşı öz istəyini bildirməmişdir. Abdulla ilə heç bir ünsiyyəti olmamışdır. Hadisədən sonra öyrənmişdir ki, Abdulla qonşu Peyk kəndində yaşayırmış. Evləri ikimərtəbəlidir və hadisə vaxtı yuxarı mərtəbəyə çıxıb, avtomobil gəldiyini görmüş, bu zaman atası da çölə çıxmışdır. Gələnlərin kim olduğunu bilməmişdir. Atası evdən su götürməyə gələndə gələnlərin kim olduğunu soruşmuş, atası da işıq idarəsindən gəldiklərini demişdir. Həmin şəxslər həyətə baxış keçirmiş, atasından gizli elektrik xəttinin olub-olmadığını soruşmuş, sonra atasına işıq idarəsinə getməli olduğunu demişlər. Atası evdə heç kim olmadığını deyib, getməməkdə təkid etmişdir. Atasını evdən çıxara bilmədikdə gələnlərdən biri stəkanı başına çırparaq və qolundan tutaraq xəsarət yetirmişlər, digər iki nəfər isə onu tutmaq üçün otağa girmişlər. Onu tutan Abdulla olmamış, Əliabasla Zabil olmuşlar. Abdulla atasını tutmuşdur. Onu qolundan tutandan sonra zorla maşının arxa oturacağına oturtmuşlar. Avtomobildə yanında Əliabas oturmuş, Zabil isə avtomobili idarə etmişdir. Qapını açıb avtomobildən tullanmağa çalışmış, Əliabas buna imkan verməmiş, boğazından tutaraq, onu sıxmışdır. Zərərçəkmiş şəxs2 ifadəsinin sonunda hər üç təqsirləndirilən şəxsə qarşı mülki iddiasının olmamasını, onlardan yalnız Təqsirləndirilən şəxs2la barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını, məhkəmədən ona himayəsində iki azyaşlı uşağının olması səbəbindən yüngül cəza təyin edilməsini, Əliabas və Təqsirləndirilən şəxs1larla barışmamasını, onları bağışlamadığını, Əliabasın Salyan Rayon Polis Şöbəsində onun üzünə duraraq onu şərlədiyi, avtomobildə olarkən nişanlı olduğunu bildirəndə Zabilə onu evə deyil, başqa yerə aparmasını deməsi, nişanlı olduğu halda Abdullanın ona qarşı belə bir hərəkətə yol verdiyi üçün hər ikisinə (Abdulla və Əliabas) də ən ağır cəza verilməsini xahiş etmişdir. Əliabası bağışlayacaqmış, lakin ibtidai istintaq zamanı üzünə qarşı şərləyərək öz xoşu ilə qaçdığını dediyi üçün onu bağışlamır. Məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, 2024-cü il iyunun 09-da, axşam saat 17:30 radələrində yaşadıqları evdə özü və qızı Əzizə Maqsudova (hazırda Ağakişiyeva) ilə qalmışlar. Qapı qonşusunun toy məclisi olduğundan arvadı ilə oğlu saat 17-də avtobusla Şirvan şəhərinə getmişlər. Mal-qaranın gəlibgəlməməsini bilmək üçün qızı Əzizəyə ona məlumat verməyi və müsbət halda heyvanları yerbəyer etməkdə kömək etməyi bildirmişdir. Qızı Əzizə isə ona, əlavə olaraq darvazanın arxasında “Jip” və ya “Prado” markalı avtomobilin dayandığını bildirmiş, həyətə düşəndə qızının dediklərinin doğru olduğunu görmüşdür. Bu vaxt bir nəfər ona, “əmi evdəsən?” deyib səslənərək, şəbəkədən, yəni, işıq idarəsindən gəldiklərini, yarım saata geri qayıdacaqlarını bildirmiş və çıxıb getmişdir. Bir qədər sonra qızı Əzizə ona həmin avtomobilin yenidən gəldiyini bildirmiş, həyətə düşüb darvazanın qapısını açmış və qara rəngli “Jip”, ağ rəngli “Vaz-2107” markalı avtomobillərin darvazada dayandıqlarını görmüşdür. Gələn şəxslərdən birinin əlində kəlbətin olmuş, işıq idarəsinin işçiləri olduqlarını, kondisioneri olduğunu, qanunsuz olaraq işıq istifadə etdiyini bildirmişlər. Cavabında xəstə olduğunu, sadəcə vintelyatoru olmasını, kondisioneri olmadığını bildirmiş, bu dəfə ondan qəbz gətirməsini istəmişlər. Evə gedib qəbz gətirdikdən sonra darvazasının açıq olduğunu və həmin avtomobilllərin artıq həyətində dayandıqlarını görmüşdür. Qəbzi verdikdən sonra təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 ona işığa görə borcu olduğunu, işıqları kəsməyə gəldiklərini, işıq idarəsinin rəisinin qonşu küçədə olmasını deyib, təklif etmişdir ki, gedib rəislə görüşüb borcun bir hissəsini orada ödəsin ki, işıqlarını kəsməsinlər. Qızının evdə tək olmasını, hal-hazırda gedə bilməyəcəyini, sonradan gedib olan borcunu ödəcəyini bildirmişdir. Bu vaxt Abdulla ondan su istəmiş, o da soyuducudan sərin su gətirmişdir. Həmin vaxt avtomobillərin üzü darvazaya tərəf dayandıqlarını görmüş, küçə dar olduğundan avtomobilləri həyətində döndərdiklərini düşünmüşdür. Su gətirəndə “Vaz-2107” markalı avtomobil həyətdən çıxmışdır. Abdulla suyu içdikdən sonra qəfildən stəkanı onun başına vurmuş, ona etirazını bildirəndə, bu səfər qolundan yapışıb, əlini onun ağzına ataraq yerə yıxmış, əlini gözlərinə salmış və dizini boğazına sıxmış, yanında gələn Əliabas və Təqsirləndirilən şəxs2lara evə girib qızı gətirməyi göstəriş vermişdir. Qızını maşına zorla əyləşdirdikdən sonra maşının güzgüsündən yapışmış, avtomobil onu darvazaya qədər sürümüş, güzgü qırılmış, biri yerə düşüb güzgünü götürmüş və çıxıb getmişlər. Bundan sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermiş, daha sonra həyətə gəlmiş polis əməkdaşlarına ərizə və izahat vermişdir. Həmin gün axşam saatlarında ona məlum olmuşdur ki, evlənmək üçün qızı Əzizəni zorla qaçırmış şəxs qonşu Peyk kəndinin sakini Təqsirləndirilən şəxs1 olmuşdur. Elə həmin gün saat 22 radələrində arvadı, qardaşı və qaynı Abdullanın evinə gedib qızını oradan götürüb evlərinə gətirmişlər. Həyətinə ilk əvvəl iki avtomaşında dörd nəfər gəlsə də, onlardan biri sonradan adını bildiyi Şahid1 “Vaz- 2107” markalı avtomobili hadisədən əvvəl sürüb getmişdir. Qızı Əzizəni konkret olaraq Abdulla və onun yanında olmuş qohumları Əliabasla Zabil qaçırmışlar. Zərərçəkmiş şəxs1 məhkəmədə cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, Qarabağ müharibəsi iştirakçısı olan iki oğlu var və fəhləlik edərək onu ayaqüstə saxlamışlar. Məlum hadisədən sonra xəstəliyi ilə əlaqədar ağrıları olmuşdur. Özü əvvəllər on il yataq xəstəsi olmuşdur. Qızı Əzizə hal-hazırda evlidir və hamilədir. Hadisə vaxtı Zabil dirsəyi ilə Abdullaya toxunmuş, nəticədə stəkan ona dəymiş, o da bunun təsadüf olduğunu anlamışdır. Ona qarşı zorakılıq hərəkətləri edildikdən sonra da təqsirləndirilən şəxslərin niyyətini anlamamış, çünki bundan bir həftə əvvəl qızına təmtəraqlı nişan etmişdir. İki balasına, həm də Abdulla tərəfindən qızının güya qaçırılmağa razı olması barədə aldadıldığına görə Zabildən şikayətçi deyildir, qəlbində ona qarşı nisgil vardır. Abdulla və Əliabasdan şikayətçidir. Ailə vəziyyətinə görə Əlibası bağışlamaq istəmiş, lakin sonuncu nişanlısının yanında qızının üzünə (güya qız atasına görə səs-küy salmış, əslində razılığı olmuşdur) durduğu üçün onu bağışlamamışdır. Qızı Əzizə ilə həmfikirdir. Belə ki, təqsirləndirilən şəxslərə qarşı mülki iddiası yoxdur, onlardan yalnız Təqsirləndirilən şəxs2la barışmışdır, onu bağışlayır, ondan şikayətçi deyil, ona qarşı heç bir tələbi yoxdur və gələcəkdə də olmayacaqdır, məhkəmədən onun tutulmamasını, digər təqsirləndirilənlər Abdulla və Əliabasla barışmadığını, onları bağışlamadığını və hər ikisinin də qanuni qaydada cəzalandırılmalarını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məlum hadisə ilə əlaqədar tanımışdır. Belə ki, 09 iyun 2024-cü il tarixdə, saat 17 radələrində oğlu ilə toy məclisinə getmiş, əri Zərərçəkmiş şəxs1 isə qızı Əzizə ilə evdə qalmışlar. Şadlıq sarayına yenicə çatmışlar ki, oğlu xəbər vermişdir ki, həyətə gələrək özlərini işıq idarəsinin işçiləri kimi təqdim etmiş iki-üç nəfər şəxs atasını döyüb zorla Əzizəni evdən qaçırmışlar. Dərhal toydan çıxıb taksi ilə evinə gəlmiş və hadisənin doğru olmasını görmüşdür. Ərini maşınla darvazaya kimi sürümüş və ona ağır xəsarətlər yetirmiş, nişanlı qızını isə zorla qışqırda-qışqırda maşına əyləşdirərək qaçırıb aparmışlar. Qızı yolda təqsirləndirilən şəxslərə nişanlı olmasını, nişanlısının da Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğunu bildirmiş, lakin dediklərinə məhəl qoymamışlar. Salyan Rayon Polis Şöbəsinə müraciət etmişlər və polislər gəlib qızını sabah tapacaqlarını bildirmişlər. Onlarla razılaşmamış və özləri də Əzizəni qaçıran şəxslərin axtarışına başlamışlar. Soraqlaşıb öyrənmişlər ki, Əzizəni qaçıran şəxs qonşu Peyk kənd sakini Abdulla və onun qohumlarıdır. Həmin gün təxminən saat 21-də qaynı Yasər və qardaşı Etibarla birlikdə Peyk kəndinə gedib Abdullanın yaşadığı evi tapıb həyətlərinə girmişlər. Abdullanın böyük qardaşı Şahid2 onların üstünə tüfəng çıxartmışdır. İlkin olaraq qızının həmin evdə deyil, Bakıda olduğunu bildirmişlər. Qızı Əzizə evdə narazılıq etmiş, hətta əlini bıçağa atıb özünə qəsd etmək istəmişdir. Yalnız, Bakıdan polis əməkdaşlarının gəldiyini bildirəndən sonra qızını onlara təhvil vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tanıyır, onunla arasında ədavət və ya düşmənçiliyi yoxdur, digər təqsirləndirilən şəxsləri tanımamışdır. 2024-cü il iyun ayının 09da, saat 20:30 radələrində şəxsi işləri ilə bağlı Şirvan şəhərində olduğu zaman həmkəndlisi Şahid2 ona zəng vuraraq, qardaşı qızı Əzizənin qardaşı Abdulla tərəfindən qaçırıldığını bildirib, evinə gəlib barışıq əldə etmək üçün söhbət etməyə dəvət etmişdir. Vaxt itirmədən qardaşı Zərərçəkmiş şəxs1 evinə gəlmiş və orada Abdulla ilə digər iki şəxsin törətdikləri cinayət əməlləri barədə məlum olmuşdur. Rafayıla qızı Əzizənin kimlər tərəfindən qaçırıldığını artıq bildiyini və barışıq üçün Peyk kəndinə dəvət edilməsini demişdir. Bundan sonra özü, Əzizənin anası ilə dayısı və daha bir neçə qohum evdən çıxıb Peyk kəndinə Qalibin yaşadığı evin qarşısına gəlmişlər. Qalib küçədə onları qarşılayıb öz həyətinə dəvət etmiş, çay gətizdirmiş, həmin vaxt Qalibin atası mərhum Qurbanəli kişi də orada olmuşdur. Söhbət zamanı Qurbanəli Cəbrayılov demişdir ki, bir az əvvəl kiçik oğlu Abdulla Əzizəni evlənmək məqsədilə qaçırıb gətirmişdir və onların evlənməsi üçün xeyir-dua vermələrini istəmişdir. Onlara Əzizənin başqasının nişanlısı olduğunu və Abdulla ilə evlənməsinin mümkün olmayacağını bildirmişlər. Sonda belə razılığa gəlmişlər ki, Əzizəni götürüb özləri ilə aparacaqlar və əgər Əzizənin nişanlısı tərəf bu hadisədən sonra onu qəbul etməyib nişanı geri qaytarsalar, o zaman Qurbanəli kişi el adəti ilə Əzizəyə nişan gətirər və sonuncu ilə Abdulla evlənərlər. Bundan sonra Qurbanəli kişinin böyük oğlu Qalib həyətindəki arxa qapıdan Əzizəni çıxardıb onlara təhvil vermişdir. Əzizənin nişanlısı tərəf onu qəbul edib nişanı geri qaytarmamışlar və qardaşı Rafayıl qızını qaçırmış şəxslərdən polisə şikayət etmişdir. Şahid6 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Abdullanın qardaşı Qalib ona zəng edərək Əzizənin qardaşı tərəfindən qaçırıldığını bildirmiş, o da qızın nişanlı olduğunu deyərək dərhal geri qaytarılmasını, əkshalda yaxşı olmayacağını bildirmişdir. Bu məlumat ona bildirildikdən sonra Rafayılın evinə getmişdir. Abdullanın evində hər hansı kobudluqla qarşılaşmamış, Qalibin və ya bir başqasının əlində silah görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşı, digər təqsirləndirilən şəxslər Zabil və Təqsirləndirilən şəxs3lar isə əmisi uşaqlarıdır, aralarında hər hansı ədavət və ya düşmənçilik yoxdur. Abdullanın Əzizə adlı qızı istəməsindən məlumatlı olsalar da, qızın nişanlı olmasını əvvəllər bilməmişlər. Qıza elçi getmək istəyəndə nişanlı olduğunu öyrəndikdən sonra bu fikirdən daşınmışlar. 09 iyun 2024-cü il tarixdə şəxsi işləri ilə əlaqədar gün ərzində Bakı şəhərində olmuş, həmin gün qonşu kənddə keçiriləcək toya dəvətli olduğu üçün saat 17 radələrində toy məclisinə getmişdir. Axşamtərəfi atası zəng edərək Abdullanın Əzizə adlı qızı qaçırdığını deyib, evə gəlməsini istəmişdir. Toydan yarımçıq çıxıb anasıgilə gəlmiş və həyətdə xeyli adam olduğunu görmüşdür. Evin birinci mərtəbəsindəki otağa keçib qaçırılan qızla salamlaşıb hal-əhval tutanda, qızın narahat olduğunu görmüşdür. Əzizədən kimin qızı olduğunu və hansı kənddə yaşadığını soruşduqda cavab vermişdir ki, Düzənlik kəndində yaşayır, Zərərçəkmiş şəxs1 qızıdır, evlərinə qayıtmaq və valideynlərinə zəng etmək istəyir. Əzizəyə bildirmişdir ki, narahat olmasın, əgər burada qalmağa könlü yoxdursa, onu valideynlərinə qaytaracaqdır. Əvvəllər bələdiyyə sədri işləmişdir və qonşu kənd sakinlərinin çoxunu tanıdığından Əzizənin əmisi Şahid6 zəng edib qardaşı Abdullanın onun qardaşı qızını qaçırdığını deyib söhbət edib barışıq əldə etmək üçün onlara gəlmələrini istəmişdir. Yasər hazırda Şirvan şəhərində olduğunu və bir azdan gələcəklərini demişdir. Təxminən bir saatdan sonra Yasər, qohumu Ehtibar, daha bir neçə tanımadığı kişi-qadın onların evinin qarşısına gəlmişlər. Gələnlərin sayının çox olduğunu görüb onları öz evinin həyətinə dəvət etmiş, həyətdə süfrə açdırıb çay gətizdirmişdir. Əzizənin gələn qohumları ilə söhbət edərkən məlum olmuşdur ki, Əzizə başqasına nişanlıdır. Daha sonra söhbət zamanı belə razılığa gəlmişlər ki, valideynləri Əzizəni götürüb özləri ilə aparacaqlar və əgər Əzizənin nişanlısı tərəf bu hadisədən sonra onu qəbul etməyib nişanı geri qaytarsalar, o zaman onlar el adəti ilə Əzizəyə nişan gətirib Əzizə ilə Abdullanı evləndirəcəklər. Bundan sonra Əzizəni atası evinin həyətdəki arxa qapısından çıxardıb əmisi Yasərə təhvil vermişdir. Həmin axşam oğlu Mövsümlə aralarında olan söhbət zamanı Mövsüm ona danışmışdır ki, saat 17:00 radələrində Əliabas və Zabillə kənd mərkəzindəki mağazanın yanında dayanıb söhbət edərkən əmisi Abdulla idarə etdiyi “Mazda” markalı avtomobillə onların yanına gəlib demişdir ki, qonşu Düzənlik kəndində Rafayılın qızı ilə aralarında sevgi münasibətləri var, qızın valideynləri bu gün toydadırlar, qız evdə təkdir, qızı özünün razılığı və istəyi ilə evlənmək üçün yaşadığı evdən götürüb gətirmək istəyir. Zabil Abdullanın idarə etdiyi “Mazda”, özü isə Əliabasın idarə etdiyi “Vaz-2107” markalı avtomobildə Düzənlik kəndinə bir evin qarşısına gəlmişlər, Abdulla, Zabil və Əliabas avtomobildən düşüb qapıya tərəf getmişlər, bu vaxt qızın atası küçə qapısına çıxmışdır, Abdulla, Əliabas və Zabil özlərini elektrik şəbəkəsinin işçiləri kimi təqdim etmişlər, qızın atası da inandığı üçün küçə qapısını onlara açmışdır. Həmin vaxt başa düşmüşdür ki, atası evdə olduğundan qız Abdullaya qoşulub qaça bilməyəcək, ona görə də “Vaz-2107” markalı avtomobili həyətdə döndərib orada dayanmayaraq sürüb evlərinə gəlmiş, Abdulla, Zabil və Əliabas isə orada qalmışlar. Ertəsi günü ona məlum olmuşdur ki, Əzizənin valideynləri qızlarının qaçırılması barədə polisə şikayət etmişlər. Şahid2 məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Əzizənin Abdullaya qarşı münasibətindən xəbərsiz olmuşdur. Abdulla Əzizəni qaçıracağını ona bildirməmişdir. Əzizənin qohumlarının üstünə silah çıxarmamış, onu təhvil verəndə tərəflər arasında hər hansı qarşıdurma olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 onun əmisidir, Zabil və Təqsirləndirilən şəxs3lar isə atasının əmisi oğlanlarıdır, heç biri ilə arasında ədavət və ya düşmənçilik yoxdur. 2024-cü il iyunun 09-da, saat 17:00 radələrində qohumları olan atasının əmisi oğlanları Əliabas və Zabillə birlikdə yaşadıqları kəndin mərkəzindəki dükanın yanında dayanıb söhbət etdikləri vaxt əmisi Abdulla idarə etdiyi “Mazda” markalı avtomobillə gəlib onların yanında dayanmış, onlarla görüşüb xoş xəbər kimi qonşu Düzənlik kəndində yaşayan “Qara” ləqəbli Zərərçəkmiş şəxs1 qızı ilə aralarında bir müddətdir sevgi münasibətlərinin olduğunu, hazırda qızın valideynlərinin toyda, qızın isə evdə tək olduğunu, əlverişli şərait yarandığından qızı öz istəyi ilə evlənmək üçün yaşadığı evdən qaçıraraq öz evlərinə gətirmək istədiyini bildirmiş və onların da bir qohum kimi onunla gəlmələrini xahiş etmişdir. Bir qohum kimi sevinib Zabillə Əliabasa qoşulub əmisi Abdulla ilə bir yerdə getməyə razılıq vermişdir. Bundan sonra Zabil əmisi Abdullanın idarə etdiyi “Mazda”, özü isə Əliabasın idarə etdiyi “Vaz-2107” markalı avtomobilə əyləşib qonşu Düzənlik kəndinə yola düşmüşlər. Kəndə çatıb evlərin arası ilə gedən dalan yola girib sonuncu evin qarşısında dayanaraq, avtomobildən düşüb həmin evin küçə qapısına tərəf getmişlər. Bu vaxt həyətdən qızın atası Rafayıl küçə qapısına çıxmışdır. Əmisi Abdulla, Əliabas və Zabil özlərini itirərək, məcbur olub elektrik şəbəkəsinin işçiləri olduqlarını, həyətdəki elektrik xətlərinə baxmağa gəldiklərini bildirmişlər. Rafayıl onlara inandığı üçün küçə qapısını açmış, Abdulla avtomobilini Rafayılın həyətinə sürüb döndərib üzü çıxışa doğru saxlamışdır. Həmin vaxt başa düşmüşdür ki, Rafayıl evdə olduğundan Abdullanın sevdiyi qız öz atasının yanında gəlib Abdullaya qoşulub qaça bilməyəcəkdir, Abdullagil də özlərini elektrik şəbəkəsinin işçiləri kimi təqdim etdiklərindən məcbur olub qızın atasının şübhələnməməsi üçün orada görüntü yaradıb bir qədər söhbət etdikdən sonra qayıdıb gələcəklər. Buna görə də, artıq orada qalmağın mənasız olduğunu düşünərək, Əliabasın “Vaz-2107” markalı avtomobilinin sükanı arxasına keçib avtomobili həyətə sürüb döndərdikdən sonra yaşadığı Peyk kəndinə gəlmiş, Abdulla, Zabil və Əliabas isə Rafayılın həyətində qalıb öz aralarında söhbət etmişlər. Bundan sonra həmin həyətdə və onların arasında baş verənlərdən xəbərsiz olmuşdur. Bir neçə saatdan sonra Abdullagilin həyətindən səs-küy eşitmiş, həyətə gələndə bilmişdir ki, o gedəndən sonra Abdulla qızı qaçırıb evinə gətirmişdir. Həmin gecə atası Qabildən eşitmişdir ki, əmisi Abdullanın qızı evindən aparmasına görə qız tərəfi ilə aralarında narazılıq yaranmış və qızı öz evinə qaytarmışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş proses tərəfləri olan təqsirləndirilən şəxslərin etirafedici, zərərçəkmiş şəxslərin, habelə şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokolları ilə yanaşı digər sənədləri də mötəbər sübut növləri kimi qəbul etmişdir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 01). Salyan Rayon Polis Şöbəsinin məsul növbətçisinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin gün saat 18:36-da 102 xidmətindən daxil olmuş raportda Salyan rayon, Qaraçala qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 055 964-76-08 nömrəsindən zəng edərək Qalib, Qurban adlı şəxslərin evə daxil olub onu döyərək qızı iyirmi iki yaşlı Əzizəni qaçırmaları barədə məlumat vermişdir (cild 01, i.v. 04). Zərərçəkmiş şəxs1 tərəfindən Salyan Rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, həmin tarixdə, saat 17 radələrində yaşadığı evdən Abdulla və üç nəfər tanımadığı şəxs daxil olaraq iyirmi iki yaşlı qızını evlənmək üçün zorla özləri ilə aparmışlar (cild 01, i.v. 07). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, hadisə yeri Salyan rayonunun Düzənlik kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətidir və bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (cild 01, i.v. 08-11). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Əzizə Maqsudova şifahi şəkildə məlumat verərək xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Salyan rayonu, Düzənlik kəndində yaşadığı evdə olduğu vaxt sonradan adının Abdulla olduğunu bildiyi və tanımadığı dörd nəfər şəxsin həyətlərinə gələrək atası Zərərçəkmiş şəxs1 xəsarət yetirdiklərini, sonra həmin evə basqın edib, zorla “Jip” markalı avtomaşına əyləşdirilib, evlənmək məqsədilə Salyan rayonu, Peyk kəndinə qaçırıldığını bildirmişdir (cild 01, i.v. 15). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 15 və 16 iyun 2024-cü il tarixli qərarlarından görünür ki, Əzizə Maqsudova və Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar (cild 01, i.v. 26; 35). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Əzizə Maqsudova ifadəsində bildirdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir və bu barədə fotocədvəllər protokola əlavə edilmişdir (cild 01, i.v. 31-33). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” Publik Hüquqi Şəxsin “sağlamlığa zərər vurmanın təyininə dair” xx.xx.2024-cü il tarixli, 255 nömrəli ekspert rəyindən görünür ki, 1961-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sağ gicgah, sağ almacıq, sağ dirsək nahiyələrinin sıyrıqları, alt dodağın selikli qişasının qansızması küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yumruqla vurma və yerə yıxıb sürümə nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 01, i.v. 34). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə axtarış elan olunmuş və olduqları yer müəyyən edildikdə tutulmaları qərara alınmışdır (cild 01, i.v. 58; 61; 67). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 və qeyrilərinin yerinin müəyyən edilərək istintaq orqanına təqdim edilməsi ilə əlaqədar cinayət işi üzrə icraat dayandırılmışdır (iş vərəqi 71). Salyan Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raportlarından görünür ki, həmin tarixdə şöbədə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində axtarış işi açılmışdır (cild 01, i.v. 76-77; 79). “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” xx.xx.2024-cü il tarixli, 256 nömrəli ekspert rəyindən görünür ki, 2001-ci il təvəllüdlü X4 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sol saidin aşağı 1/3-nin ön səthində cızıq küt əşya təsirindən törənmiş, sol əlin İV barmağın İİ falanqasında səthi dəri kəsiyi iti xassəyə malik alət təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. Əzizə Maqsudovanın qızlıq pərdəsinin tamlığı pozulmamışdır, onunla qeyri-təbii yolla (arxa keçəcək vasitəsilə) cinsi əlaqədə olma əlamətləri aşkar olunmadı. Arxa keçəcək dəliyinin qapalı olması, qıfabənzər genişlənmənin olmaması, büküşlərin hamarlaşmaması, sfinktorun tonusunun saxlanması bunu sübut edən əlamətlərdən hesab olunur (cild 01, i.v. 85-87). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişlər (cild 01, i.v. 90-95). “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin xəstəxanada psixonevroloji qeydiyyatda yoxdurlar (cild 01, i.v. 98). Salyan Rayon İcra Hakimiyyəti başçısının Varlı Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 Salyan rayonunun Peyk kəndində yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşlar (cild 01, i.v.100-101; 104-107) . Salyan Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raport və protokolundan görünür ki, həmin tarixdə, saat 11:30-da Təqsirləndirilən şəxs1 Salyan rayonunun Peyk kəndində saxlanılaraq saat 12:00-da şöbəyə gətirilmişdir (cild 01, i.v. 115- 116). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir (iş vərəqi 118). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində bildirdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir (cild 01, i.v. 139-143). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci maddəsindən həmin Məcəllənin 144.2.3-cü maddəsinə tövsif edilmişdir (cild 01, i.v. 148-149). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v. 151- 152). Salyan Rayon Məhkəməsinin 4(057)-73/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli 10 avqust 2024-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 170-171). Salyan Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raport və protokolundan görünür ki, həmin tarixdə, saat 10:30-da Təqsirləndirilən şəxs2 könüllü polis şöbəsinə gəlmiş və şöbənin müvəqqəti saxlama yerinə yerləşdirilmişdir (cild 01, i.v. 172-173). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 16:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i.v. 182). Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2018 və xx.xx.2020-cü il təvəllüdlü olmaqla iki azyaşlı uşağı var (cild 01, i.v. 195-196; 243) . Salyan Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin xx.xx.2024-cü il tarixli raport və protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə, saat 11:30-da könüllü olaraq polis şöbəsinə gəlmiş və şöbənin müvəqqəti saxlama yerinə yerləşdirilmişdir (cild 01, i.v. 218-219). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə, saat 18:35-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, i.v. 228). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondu Salyan Rayon Şöbəsinin 013790 və 016947 nömrəli vəsiqələrinin, həmçinin, “Şirvan Mərkəzi Xəstəxanası”nın tibbi sənədinin (Rəngli Doppler Exokardioqrafiya) surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 atası Əlbayram Cəbrayılov, bacısı Nuranə Cəbrayılova birinci qrup gözdən əlilliyi olan şəxslərdir, anası şəkər xəstəsi olmaqla ürək əməliyyatı keçirmişdir (cild 01, i.v. 243-244) . Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs3 ifadəsində bildirdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir (cild 01, i.v. 247-249). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 02, i.v. 06- 07). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 02, i.v. 25- 26). Salyan Rayon Məhkəməsinin 4(057)-74/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli 12 avqust 2024-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 02, i.v. 44-49). Salyan Rayon Məhkəməsinin 4(057)-75/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Salyan Rayon Prokurorluğunun təqdimatı təmin edilməmişdir (cild 02, i.v. 50-54). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli, 003161 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və qərarın surəti saat 19:30-da ona təqdim olunmuşdur (cild 02, i.v. 55-56). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolu və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində bildirdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir (cild 02, i.v. 78-80). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokollarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3, zərərçəkmişlər Zərərçəkmiş şəxs1 və Əzizə Maqsudova arasında ayrı-ayrılıqda üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzlərinə qarşı bildirmişlər və bu barədə CD disklər protokollara əlavə edilmişdir (cild 02, i.v.101-107). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 20 avqust və 09 sentyabr 2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 02, i.v. 116-117; 135-136). Şirvan Apellyasiya Məhkəməsinin 4(106)-114/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs etmənin əvvəli 09 sentyabr 2024-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalından dərhal həbsə alınmışdır (cild 02, i.v. 144-149). xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 atası X1 xx.xx.2024-cü il tarixdə ürəyin kəskin işemik xəstəliyinin digər formaları ilə əlaqədar vəfat etmişdir (cild 02, i.v. 158). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024, xx.xx.2024-cü il tarixli, 2368, 2369, 2897 nömrəli rəylərində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, törətdikləri əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb, həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşlar. Buna görə də, onların hər biri törətdikləri əməl barəsində anlaqlı hesab edilməlidirlər. Onlarda hər hansı psixi xəstəlik qeyd olunmadığından məcburi müalicəyə ehtiyacları yoxdur, törətdikləri cinayət hadisəsini adekvat olaraq qavramaq qabiliyyətinə malikdirlər, əqli-intellektual imkanları normaya uyğundur, əsas fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa, kənar şəxslərin təsiri altına düşməyə meyillilik əlamətləri aşkar olunmadı (cild 02, i.v. 180-190). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 02, i.v. 215-216). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2la zərərçəkmiş şəxs Əzizə Maqsudova arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzlərinə qarşı bildirmişlər və bu barədə CD disk protokola əlavə edilmişdir (cild 02, i.v.248-250). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokollarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1la zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Əzizə Maqsudova, təqsirləndirilən Təqsirləndirilən şəxs2la zərərçəkmiş Zərərçəkmiş şəxs1 arasında ayrı-ayrılıqda üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzlərinə qarşı bildirmişlər və bu barədə CD disklər protokollara əlavə edilmişdir (cild 03, i.v. 01-09). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli protokollarından görünür ki, həmin tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 arasında ayrı-ayrılıqda üzləşdirmə istintaq hərəkəti keçirilmiş, onlar ifadələrində göstərdikləri xüsusatları bir-birlərinin üzlərinə qarşı bildirmişlər və bu barədə CD disklər protokollara əlavə edilmişdir (cild 03, i.v. 22-28). Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiqlənmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona qarşı heç bir şikayəti, tələbi, iddiası yoxdur və gələcəkdə də olmayacaqdır (cild 03, i.v. 29). Salyan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hazırki cinayət işi üzrə əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsindən həmin Məcəllənin 144.2.3 və 157.2-ci maddələrinə tövsif edilərək, cinayət işi ibtidai istintaqının davam etdirilməsindən ötrü Salyan Rayon Prokurorluğuna göndərilmiş və Salyan Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarı ilə iş icraata qəbul edilmişdir (cild 03, i.v. 81-83; 90-91). Salyan Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 157.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 03, i.v. 118-119; 128-129; 138-139). Salyan Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 157.2-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (cild 03, i.v. 148-174). Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizənin məzmunundan görünür ki, o, Təqsirləndirilən şəxs2la barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə barışmamışdır, onlardan şikayətçidir, Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ondan şikayətçi deyil və tutulmasını istəmir. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş “Elektron məhkəmə” informasiya sisteminin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində qətimkan tədbiri ilə bağlı məhkəmə nəzarəti qaydasında məhkəmə iclası 13 may 2025-ci il tarixdə, saat 18:20-də keçirilmişdir. Bu mənada məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə, saat 11:30-da könüllü olaraq Salyan Rayon Polis Şöbəsinə gəldiyi və şöbənin müvəqqəti saxlama yerinə yerləşdirildiyi vaxtdan barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə, saat 18:20-də məhkəmə iclasının keçirilməsi, həmin gün haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri barədə qərarın surətini saat 19:30-da aldığı vaxtadək polisin nəzarətində olmaqla, azadlığının faktiki məhdudlaşdırıldığı müddət 2 (iki) gün kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri X8, X5 və X11 hər biri ayrı-ayrılıqda məhkəməyə təqsirləndirilən şəxslərə münasibətdə müvafiq olaraq X14 Cəbrayılova göstərdiyi hüquqi yardımla əlaqədar cəmi 11 (on bir) saat 30 (otuz) dəqiqə, X15 Cəbrayılova göstərdiyi hüquqi yardımla əlaqədar cəmi 13 (on üç) saat, X17 Cəbrayılova göstərdiyi hüquqi yardımla əlaqədar cəmi 15 (on beş) saat həcmində vaxt sərf etmələri barədə hesabat təqdim etmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi qiymətləndirilməsi, hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında həm ittiham, həm də müdafiə tərəfinin (təqsirləndirilən şəxslər və müdafiəçiləri) hüquqlarına hörmətlə yanaşılmış, təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, onlara və müdafiəçilərinə sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhlərinə ifadə verən zərərçəkmiş və şahidlərə suallar verilmiş, lakin irəli sürülmüş ittiham mübahisələndirilməmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 157.2-ci, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 144.2.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmə bununla bağlı ilk növbədə onu qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Sözügedən Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Bununla əlaqədar, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin hər birinin əməllərinin ayrı-ayrılıqda hüquqi tövsifi məsələsini həll etmişdir. Təqsirləndirilən şəxslərin ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi həmin Məcəllənin 144.1-ci maddəsində (adam oğurluğu) göstərilən əməl bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən; Cinayət Məcəlləsinin 157.2-ci maddəsi (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 münasibətdə) isə həmin Məcəllənin 157.1-ci maddəsində göstərilən əməllər (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə cinayət məsuliyyəti müəyyən edir. Cinayət hüquq nəzəriyyəsinə görə adam oğurluğu cinayətinin obyektini insanın şəxsi azadlığı təşkil edir, əlavə obyekt qismində isə şəxsin həyatı və sağlamlığı çıxış edir. Yaşından, sosial statusundan, milliyətindən, irqindən və sairədən asılı olmayarq istənilən şəxs bu cinayətdən zərərçəkmiş ola bilər. Bu cinayətin obyektiv cəhətini isə zərərçəkmiş şəxsin iradəsinə zidd və iradəsindən kənar surətdə onu daimi və müvəqqəti yaşadığı, yaxud faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə aparıb saxlama təşkil edir. Zərərçəkmiş şəxsi onun iradəsinə zidd olaraq oğurlama fiziki zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə edilən hərəkətləri özündə ehtiva edir. Belə hərəkətlərə zərərçəkmiş şəxsin əl-qolunu, ayaqlarını bağlama, nəfəs yollarını tutma, torbaya salma və s. daxildir. Təqsirkarın əməlinin Cinayət Məcəlləsinin 144.1-ci maddəsi ilə tövsif edilməsi üçün fiziki zor tətbiq etmə və belə zor tətbiq etmə hədəsi həyat və sağlamlıq üçün təhlükəli olmamıldır. Həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu Cinayət Məcəlləsinin 144.2.4-cü maddəsi ilə tövsif edilir. Həmçinin qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 144-cü maddəsində nəzərdə tutulmuş adam oğurluğu cinayəti formal tərkiblidir, yəni şəxs tutulduğu və başqa yerdə saxlandığı andan başa çatmış sayılır. Oğurlama hərəkətlərinə şəxsin tutulması, bir yerdən başqa yerə aparılması və orada saxlanılması, yaxud bu hərəkətlərdən yalnız biri daxildir. Zərərçəkmiş şəxsin saxlanma müddətinin (bir saat, iki gün, bir ay və s.) əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur. Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. “Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququnun mahiyyəti və təyinatından irəli gələrək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsi baxımından “mənzil” dedikdə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq daimi və ya müvəqqəti yaşanmasından və mülkiyyət formasından asılı olmayaraq, bir və ya bir neçə şəxs tərəfindən yaşamaq üçün istifadə edilən, şəxsi həyatı (onun məxfiliyini) təmin edən və digər sahələrdən təcrid olunan yaşayış yeri başa düşülür. Həyətyanı torpaq sahəsi, eləcə də, təyinatı yaşayış sahəsi olmasa da, yaşayış üçün uyğunlaşdırılmış sahələr Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş meyarlara uyğun olaraq şəxsi və ailə həyatının yaşandığı yer kimi istifadə edildiyi halda, həmin sahəyə şəxsin iradəsi ziddinə daxil olma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsi üzrə cinayət məsuliyyətinə səbəb ola bilər. Şərh olunanlara əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 09 iyun 2024-cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mazda Tribute” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobillə əmisi oğlanları Zabil və Təqsirləndirilən şəxs3lara Salyan rayonunun Düzənlik kəndində yaşayan Əzizə Maqsudovanın güya onunla evlənmək məqsədilə qaçırılmasına razı olmasına dair yalan məlumat verib, ailə üzvlərinin evdə olmadığını bildirərək, Əzizəni öz yaşadığı evə gətirmək üçün ona köməklik etmələrini təklif etməsi, onlarla birlikdə Əzizənin yaşadığı evin qarşısına gəldikdən sonra, həmin vaxt həyətdə olan Əzizənin atası Zərərçəkmiş şəxs1 gördüklərinə görə özlərini Salyan Elektrik Şəbəkəsinin işçiləri kimi təqdim edib, ev sahibini evdən uzaqlaşdırmağa çalışsalar da, buna nail olmadıqlarını görüb, onun müqavimətini qıraraq Əzizəni evdən çıxarıb qaçıraraq özləri ilə Salyan rayonunun Peyk kəndində yerləşən evə gətirmələri işin mübahisəsiz halıdır və bir qrup şəxs tərəfindən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə zor tətbiq etməklə mənzil toxunulmazlığını pozma və adam oğurluğu cinayət əməllərinin tərkibini yaratmışdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 157.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 157.2-ci maddəsi ilə verilmiş ittiham üzrə cinayət təqibinə zərərçəkmiş şəxsin şikayətçi olmaması səbəbindən məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə xitam verilmişdir. Məhkəmə iş üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 157.2-ci maddələrində və Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri iş materiallarında olan təqsirləndirilən şəxslərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri etirafedici, zərərçəkmişlər və şahidlərin ifadələri, təqsirləndirilən şəxslər və zərərçəkmişlərin ifadələrinin hadisə yerində yoxlanılması, həmçinin üzləşdirmə, eləcə də, digər istintaq hərəkətlərinin protokolları və sənədləri, yəni toplanmış və biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onların əməllərində cinayət tərkibi vardır və bununla da onların təqsirliliyi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 157.2-ci maddələrində və Təqsirləndirilən şəxs2 əməlində həmin Məcəllənin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün əlamətləri vardır, həmin cinayət əməlləri həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətlərin törədilməsində onlar təqsirlidirlər, cinayət əməllərini qəsdən törətmişlər, əməlləri başa çatmış cinayətdir, cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxslərin törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur:- sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəliliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə əsasən, hər kəsin azadlıq hüququ vardır. Bu hüquq hər kəsin respublika ərazisində sərbəst hərəkət edə bilməsini, özünə yaşayış yeri seçə bilməsini və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilməsini nəzərdə tutur. Zərərçəkmiş şəxsi onun iradəsi əleyhinə oğurlama gizli yolla və ya aldatmaqla, yaxud etibardan sui-istifadə etməklə törədilən hərəkətlərlə xarakterizə olunur. Gizli yolla oğurlama dedikdə, heç kəsin görmədiyi, yaxud başqalarının gördükləri, lakin belə hərəkətlərin qanunsuz olduğunu dərk etmədikləri şəraitdə törədilən oğurluq başa düşülür. Məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 onunla ailə qurmaq niyyəti ilə qaçırmasını, əmisi oğlanları Əliabas və Təqsirləndirilən şəxs2 bu işdə ona kömək etmələri üçün qızın da güya razılığının olmasını bildirməklə yalan məlumat verməsini, sonuncuların da bu işdə iştiraklarının başqa məqsədlə olmamasını, Əzizənin artıq öz nişanlısı ilə ailə qurmasını, hazırda hamilə olmasını, təqsirləndirilən şəxslərin tutduqları əməldən səmimi peşimançılıqlarını, bundan sonra zərərçəkmiş şəxsə bu və ya digər formada hər hansı bir zərər yetirə bilməyəcəklərini nəzərə alaraq hesab edir ki, qeyd olunanlar əməlin ictimai-təhlükəliliyini aradan qaldırmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və sair) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, əməllərindən səmimi peşmançılıq çəkməsini, atasının məlum hadisədən az sonra rəhmətə getməsi nəticəsində anasının tək qalmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar könüllü olaraq ibtidai araşdırma orqanına gəlməsi, atası ilə bacısının birinci qrup gözdən əlil olmaları, anasının şəkər xəstəliyindən əziyyət çəkməsi və yaxınlarda ürək əməliyyatı keçirməsi, əməllərindən səmimi peşmançılıq çəkməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsidir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar himayəsində iki azyaşlı uşağı olmaqla ailənin yeganə gəlir gətirən fərdi olması, könüllü olaraq ibtidai araşdırma orqanına gəlməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, zərərçəkmişlərin ona qarşı şikayət və ya tələblərinin olmaması, əməlindən səmimi peşmançılıq çəkməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı əməllərindən peşman olduqlarını bildirmələri yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunmuşdur. Belə ki, təqsirləndirilən şəxslərin hər biri ayrı-ayrılıqda törətdikləri əməlin cinayət olduğunu bilmədiklərini, niyyətlərinin yalnız yeni bir ailənin təməlinin qoyulması ilə bağlı olduğunu bildirmiş, hər biri ayrı-ayrılıqda məhkəmə iclası zalında zərərçəkmişlərdən üzr istəmişlər. Məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsindən bəhs edən 60-cı maddəsində qeyd olunur ki, “bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Cəzanı yüngülləşdirən qeyd olunan hallardan Təqsirləndirilən şəxs2 ibtidai araşdırma orqanına könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmişlərin ona qarşı şikayət və ya tələblərinin olmamasını, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq, məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur və törətdikləri əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarı). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə, həmin Məcəllənin 157.2-ci maddəsində isə iki ilədək müddətə islah işləri və ya bir ilədək azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərin şəxsiyyətlərini, işin ictimai-təhlükəlilik dərəcəsini və digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3, 157.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə heyəti eyni zamanda təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə baxışı zamanı üzərlərinə düşən cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş prosessual vəzifələri vicdanla yerinə yetirmələrini, habelə məhkəmə iclaslarındakı davranışlarını, işin digər mühüm və diqqətəlayiq hallarını nəzərə alır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 157.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlləri cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.2 və 15.4-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər hesab olunduğundan məhkəmə hesab edir ki, onlar azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində 2024-cü ilin avqust ayının 12-dən 13-nə kimi (xx.xx.2024-cü il tarixdə, saat 11:30-da könüllü olaraq Salyan Rayon Polis Şöbəsinə gəldiyi və şöbənin müvəqqəti saxlama yerinə yerləşdirildiyi vaxtdan barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə, saat 18:20-də məhkəmə iclasının keçirilməsi, həmin gün barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri barədə qərarın surətini saat 19:30-da aldığı vaxtadək polisin nəzarətində olmaqla azadlığının faktiki məhdudlaşdırıldığı müddət) saxlanıldığı 2 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 ittiham olunduğu cinayət əməlləri ilə əlaqədar tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günə bir gün hesabı ilə hesablanaraq ona, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3 və 158.6-cı maddələrinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözü gedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 10 avqust 2024-cü il tarixdən; Təqsirləndirilən şəxs3 cəza çəkməsinin əvvəli isə həbs edildiyi, yəni 09 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, eyni zamanda cinayət işi üzrə digər Təqsirləndirilən şəxs2 ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, lakin onun cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və şəxsiyyətini xarakterizə edən halların məcmusunu (evli olmaqla himayəsində iki azyaşlı uşağının olması, azadlıqdan məhrum edilməsinin onun uşaqlarının mənafelərinə ciddi təsir etməsi, ailənin yeganə qazanc gətirən fərdi olması, həyat tərzi, "xxxx" MMC-də baytar köməkçisi işləməklə düzənli bir işinin olması, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsi, könüllü olaraq ibtidai araşdırma orqanına gəlib təqsirini boynuna alması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, zərərçəkmiş şəxsin onun yaxın qohumuna ailə qurmaq niyyəti ilə qaçırılması, cinayət törətdikdən sonrakı davranışları, yəni məhkəmə iclas zalında zərərçəkmiş şəxsdən, onun ailəsindən üzr istəməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin onunla barışması, ona qarşı şikayət və ya tələbinin olmaması, zərərçəkmiş şəxsi qaçırıb əmioğlusunun öz evinə aparmaları və orada yalnız bir-iki saat ərzində saxlanması, ona qarşı qeyri-etik hərəkətlərə yol verilmədiyi, valideyni və qohumları arxasınca gələn kimi dərhal qızın ailəsinə təhvil verilməsi, habelə qızın artıq başqa bir şəxslə ailə həyatı qurmaqla ana olmağa hazırlaşması, törədilən cinayətin motivinin qısqancılıq, qisas, xuliqanlıq, tamah və sair niyyətlər deyil, evlənmək niyyəti ilə bağlı olması), o cümlədən Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, eləcə də cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini nəzərə alaraq, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tədbiq edilməsini, bununla da azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah olunmasını ədalətli və mümkün sayır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci tarixli, 2668 nömrəli Sərəncamında göstərilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalıdır. Cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Qeyd olunan səbəblərdən məhkəmə Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Başqa sözlə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilməsi ona mənfi təsir göstərməklə yanaşı, onu ciddi məhrumiyyətlərə düçar edə bilər ki, bu kimi hallar da məhkumların islah olunması məqsədinə xidmət edə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə, məhkumun üzərinə cinayət qanunvericiliyində nəzərdə tutulan, habelə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 25-ci bəndində göstərilir ki, şərti məhkum etmə haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də, məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini, onun ailədə davranışını və sair nəzərə alaraq məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən əlavə cəzalar isə real icra olunduğundan hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə əsas cəza şərti hesab olunmaqla, sınaq müddəti müəyyən edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Cinayət-prosessual qanunvericiliyin göstərilən müddəasına əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələrinin qoyulmasını, sınaq müddəti ərzində üzərində nəzarətin yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsini, bu cəzanın icrasının məsul orqan tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-182-ci maddələrinin tələblərinə uyğun olaraq həyata keçirilməsini zəruri hesab edir. Həmçinin Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə dəyişdirilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və Təqsirləndirilən şəxs2 dərhal həbsdən azad edilməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinə münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən, belə olan halda müdafiəçilərin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı dövlət hesabına təyin olunmuş müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarları, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müddəaları, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası”, Avropa İnsan Hüquqları Məhkəməsinin ayrı-ayrı işlər üzrə qərarları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 157.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, 157.2-ci maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 157.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 157.2-ci maddəsi ilə 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 2024-cü ilin avqust ayının 12-dən 13-nə kimi tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş 8 (səkkiz) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 8 (səkkiz) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbs edildiyi, yəni 09 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməklə, təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə növündə cəzası şərti hesab olunsun və ona 3 (üç) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 sınaq müddəti ərzində üzərində nəzarət etmək yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Salyan Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və bu cəzanın icrası məsul orqan tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-182-ci maddələrinin tələblərinə uyğun olaraq həyata keçirilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər biri barəsində ayrı-ayrılıqda xüsusi müsadirə tətbiq edilməsin. Məhkəmədə təqsirləndirilən şəxslərin hər birinə ayrı-ayrılıqda göstərilən hüquqi yardımla bağlı dövlət hesabına təyin olunmuş müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarları qəbul edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Abdulla və Təqsirləndirilən şəxs3lara hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-214/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-214/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver