Məhkəmə qərarları › İş №1(099)-369/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-369/2023

17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-369/2023 17.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X5 katibliyiilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafi- «Qanunçuluq» Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs7 iştirakları ilə, 15 noyabr 1990-cı ildə Kürdəmir rayonu Xırdapay kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ikinci dərəcəli əlil, evli, məhkumluğu olmayan, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etmək məqsədi ilə 14 may 2021-ci il tarixdə saat 14:30 radələrində Kürdəmir rayon Mərkəzi Xəstəxanası “X17” poliklinikasında həkim mama-ginekoloq işləyən Zərərçəkmiş şəxs1 Kürdəmir şəhəri Heydər Əliyev prospekti 49 №-li ünvanında yerləşən poliklinikaya, yəni Zərərçəkmiş şəxs1 işlədiyi xidməti iş otağına gələrək özünü “X18 Şurasının” üzvi kimi təqdim edib, onun müxtəlif şəxslərdən rüşvət almasını, həmin faktlar üzrə videoçəkilişlərin olduğunu yalandan bildirib, həmçinin haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə qorxudaraq Zərərçəkmiş şəxs1 500 manat pulu hədəqorxu ilə tələb etmiş, əks təqdirdə haqqında rüşvət alması ilə bağlı, həmçinin rüsvayedici məlumatlar yayacağı ilə hədələmiş, lakin Zərərçəkmiş şəxs1 həmin hədənin real qəbul etsə də, onun çoxsaylı zənglərinə məhəl qoymayaraq qeyd olunan məbləği ona verməkdən imtina etmişdir. Bundan başqa o, təkrarən zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etmək məqsədi ilə 2022-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona müxtəlif nömrələrdən zəng edərək yenidən özünü “X18 təşkilatının” üzvü olduğunu, həmin təşkilata onun barəsində kütləvi rüşvət almağı ilə bağlı məlumatlar daxil olduğunu və bu barədə video çəkilişlər olmasını yalandan bildirib, Zərərçəkmiş şəxs1 500 manat pulu hədə-qorxu ilə tələb etmiş, əks təqdirdə haqqında rüşvət alması ilə bağlı, həmçinin rüsvayedici məlumatlar yayacağı ilə hədələmiş, lakin Zərərçəkmiş şəxs1 həmin hədəni real qəbul edərək onun hərəkətləri haqqında 31 yanvar 2022-ci il tarixdə Kürdəmir rayon polis şöbəsinə ərizə ilə müraciət etdikdən sonra ondan pul tələb etməsi ilə bağlı hərəkətlərinə son qoymuşdur. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Kürdəmir rayonu Cəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs2 dayandırılmış təqaüdünü tanışlarının köməkliyi ilə bərpa etdirəcəyini yalandan vəd edərək, vahid niyyətlə xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində Kürdəmir şəhəri Heydər Əliyev prospektində Kürdəmir Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Şahid1 və Şahid2 vasitəsi ilə 900 manat pulunu, xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Kürdəmir şəhəri Heydər Əliyev prospektində Kürdəmir Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Şahid1 və Şahid2 vasitəsi ilə 1400 manat pulunu, xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Kürdəmir şəhəri, X12 küçəsində yerləşən Kürdəmir rayon mərkəzi xəstəxanasının həyətində Şahid1 və Şahid2 vasitəsi ilə 200 manat pulunu, xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində isə Kürdəmir şəhəri Heydər Əliyev prospektində “dörd yol” adlanan ərazidə Zərərçəkmiş şəxs2 300 manat pulu alaraq ələ keçirməklə, Zərərçəkmiş şəxs2 ümumilikdə 2800 manat maddi ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Kürdəmir rayonu Cəyli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs3 dayandırılmış təqaüdünü tanışlarının köməkliyi ilə bərpa etdirəcəyini yalandan vəd edərək, vahid niyyətlə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Kürdəmir şəhəri, Heydər Əliyev prospektində Kürdəmir Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Şahid1 və Şahid2 vasitəsi ilə 1000 manat pulunu, xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Kürdəmir şəhəri, Heydər Əliyev prospektində Kürdəmir Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Şahid1 və Şahid2 vasitəsi ilə 800 manat pulunu, xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Kürdəmir şəhəri, Heydər Əliyev prospektində Kürdəmir Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında 1000 manat pulu Zərərçəkmiş şəxs3, xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Kürdəmir şəhəri, X12 küçəsində yerləşən Kürdəmir rayon mərkəzi xəstəxanasının həyətində 700 manat pulu Şahid1 və Şahid2 vasitəsi ilə alaraq ələ keçirməklə, Zərərçəkmiş şəxs3 ümumilikdə 3500 manat maddi ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Kürdəmir rayonu Çohranlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şahid5 dayandırılmış təqaüdünü tanışlarının köməkliyi ilə bərpa etdirəcəyini yalandan vəd edərək, sonuncunun atası Zərərçəkmiş şəxs4 vahid niyyətlə xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Kürdəmir şəhəri, X12 küçəsində yerləşən Kürdəmir rayon mərkəzi xəstəxanasının həyətində Şahid1 və Şahid2 vasitəsi ilə 2900 manat pulunu, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Kürdəmir şəhəri, X12 küçəsində yerləşən Kürdəmir rayon mərkəzi xəstəxanasının həyətində Şahid1 və Şahid2 vasitəsi ilə 900 manat pulunu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 3800 manat maddi ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Kürdəmir rayonu Karrar kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs5 dayandırılmış təqaüdünü tanışlarının köməkliyi ilə bərpa etdirəcəyini yalandan vəd edərək xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Kürdəmir şəhəri Heydər Əliyev prospektində Kürdəmir Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs5 məxsus 700 manat pulu alaraq ələ keçirməklə Zərərçəkmiş şəxs5 ümumilikdə 700 manat maddi ziyan vurmaqla ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Kürdəmir rayonu Cəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs6 dayandırılmış təqaüdünü tanışlarının köməkliyi ilə bərpa etdirəcəyini yalandan vəd edərək, 26 iyun 2022-ci il tarixdə, saat 13 radələrində Kürdəmir Xırdapay kəndi ərazisində yerləşən kafedə Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs6 məxsus 1900 manat pulunu alaraq ələ keçirməklə, Zərərçəkmiş şəxs6 ümumilikdə 1900 manat maddi ziyan vurrmaqla ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ondan pul tələb etmək məqsədi ilə, Kürdəmir şəhəri, Heydər Əliyev prospektində yerləşən lombardın müdiri işləyən Zərərçəkmiş şəxs7 barəsində və işlədiyi lombard haqqında böhtan xarakterli, eləcədə rüsvayedici videoçəkilişlər çəkib internet saytlarında yayacağı hədəsi ilə sonuncunu xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Kürdəmir rayonu Karrar kəndi ərazisində yerləşən “İbrahim” restoranında söhbət edtikləri zaman qorxudaraq 1500 manat pulu hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs7 isə həmin hədənin real qəbul edib Kürdəmir şəhəri, Babək prospektində yerləşən “Emil” marketdə yerləşən“ E-Manat” ödəmə terminallarından onun hesab kartına xx.xx.2022-ci il tarixdə, saat 20:20 dəqiqədə 400 manat və xx.xx.2022-ci il tarixdə, saat 16:22 dəqiqədə 200 manat göndərməklə, ümumilkdə Zərərçəkmiş şəxs7 600 manat pulunu hədə-qorxu ilə ələ keçirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 182.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, 2016-cı ildən Kürdəmir Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyində süpürgəçi işləmişdir. «X18 Təşkilatlarının üzvü olmamışdır. Lakin həmin təşkilatın fəaliyyətini sosial şəbəkədən izləmişdir. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında mama-genikoloq işləyən Zərərçəkmiş şəxs1 ilə münasibətləri yaxşı olmuş, ailəvai gediş-gəlişləri olmuşdur. Zərərçəkmiş şəxs1 ayrı-ayrı vətəndaşlardan pul alması barədə məlumatlar eşitmişdir. O, Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə 500 manat pul tələb etməmişdir. Zərərçəkmiş şəxs1 rüşvət alması barədə məlumat vermişdir. Səbinə özü ona barəsində olan videonu silməsi üçün 500 manat pul təklif etmiş, sonra isə ondan şikayət etmişdir. Zərərçəkmiş şəxs1 həmçinin təkrar olaraq yenidən hədə-qorxu ilə 500 manat pul tələb etməmişdir. Kürdəmir rayonu Çəyli kəndində yaşayan Zərərçəkmiş şəxs2 dayandırılmış təqaüdünü bərpa etirməyi vəd etməklə Zərərçəkmiş şəxs2 2800 manat pul almamışdır. Zərərçəkmiş şəxs2 tanımamışdır. X4 tanımışdır. Pulu Zərərçəkmiş şəxs2 Qeys Məmmədov almışdır. O isə taksi sürücüsü kimi Qeys Məmmədovu aparmışdır. Zərərçəkmiş şəxs2 həkimə verməsi üçün ona şəxsən 300 manat pul vermişdir. O, pulu həkimə vermişdir, lakin həkimin adını xatırlamır. Kürdəmir rayonu Çəyli kəndində yaşayan Zərərçəkmiş şəxs3 dayandırılmış təqaüdünün bərpa olunması üçün ondan 3500 manat pul almamışdır. Qeys Məmmədov ona zəng edərək İlham adlı şəxsin gələcəyini, ona pul və anket məlumatlarını verəcəyini demişdir. Zərərçəkmiş şəxs3la görüşmüşlər, Zərərçəkmiş şəxs3 ona 1000 manat pul vermişdir. Qeys Məmmədov həmin pulun 50 manatını ona vermiş, qalan 950 manatanı isə özünə götürmüşdür. Kürdəmir rayonu Çöhranlı kəndində yaşayan Şahid5 dayandırılmış pensiyasını bərpa etdirəcəyini vəd etməklə ondan 3800 manat məbləğində pul ələ keçirməmişdir. Qeys Məmmədovun tapşırığı ilə Şahid5 ona cəmi 200 manat pul vermişdir. Həmin pulun 50 manatını özünə götürmüş, qalan 150 manatını isə Qeys Məmmədovun tapşırığı ilə həkimə vermişdir. Kürdəmir rayonu Karrar kəndində yaşayan Zərərçəkmiş şəxs5 dayandırılmış təqaüdünü bərpa etdirmək üçün ondan 700 manat məbləğində pul almamışdır. Təranədən pulu kimin almasını bilməmişdir. Sonradan Zərərçəkmiş şəxs5 əri ilə söhbət edərkən onlardan pulu Qeys Məmmədovun alması ona məlum olmuşdur. Kürdəmir rayonu Cəyli kəndində yaşayan Zərərçəkmiş şəxs6 dayandırılmış təqaüdünü bərpa etdirməyi vəd etməklə ondan 1900 manat məbləğində pul almamışdır. Bir dəfə Mayıl Rəhimov və Şahid1la görüşdükləri zaman X13 Mahmudova 900 manat pul verməsini bilmişdir. Şahid1 isə həmin pulu kimə verməsini bilmir. Ağsu şəhərində yaşayan Zərərçəkmiş şəxs7 işlədiyi lombard barədə rüsvayedici məlumatlar, videoçəkilişləri yaymaq hədəsi ilə ondan pul tələb etməmiş və ondan 600 manat pul almamışdır. Zərərçəkmiş şəxs7ının işlədiyi lombarda qızıl və saat qoymaqla 600 manat pul götürmüşdür. Lakin uşağı xəstə olduğu üçün pulu qaytara bilməmişdir. Məlahətin hərbiçiləri şantaş etməklə pul istədiyini bilmişdir. Zərərçəkmiş şəxs7 onun oğlunun müalicəsi üçün sosial şəbəkədə elan olunmuş hesaba 400 manat pul köçürmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, 2016-cı ildən Kürdəmir rayon icra hakimiyyətinin Mənzil Kommunal təsərrüfat birliyində süpürgəçi işləyir. X2 Kürdəmir MRX-da həkim mamaginekoloq kimi tanıyır, ona zəng etməmişdən əvvəl aralarında düşmənçilik və ya ədavət olmamışdır. “X18 Təşkilatının” üzvü olmamış, lakin həmin təşkilatın fəaliyyətini sosial şəbəkələrdən izləmişdir. Təşkilatın sədri Ramil Şükürovu tanısa da, təşkilata üzvlüyü olmamışdır. Həmçinin 2-dərəcəli əlil olduğundan əlilliklə bağlı vəsiqəsi vardır. Lakin ümumi ictimai fəaliyyəti ilə bağlı heç bir vəsiqəsi yoxdur. Zərərçəkmiş şəxs1 fəaliyyəti ilə bağlı adlarını xatırlamadığı, ümumiyyətlə anket məlumatlarını unutduğu xəstələrdən pul tələb etməsi barədə məlumatları olmuş və Zərərçəkmiş şəxs1 yanında olarkən belə işlər etməməsini bir vətəndaş kimi ona irad tutmuşdur. Bu zaman Şəbinə ona bu söhbəti böyütməməyi üçün 150 manat pul təklif etmiş, lakin o razılaşmamışdır. Bundan sonra özünü Səbinənin yaxını kimi təqdim edən Davud adlı şəxs onunla görüşərək ona Səbinənin işinə qarışmamağını təkidlə birdirmiş, Zərərçəkmiş şəxs1 barəsində bundan sonra hər hansı məlumatı eşitmədiyi halda, onunla gələcəkdə işi olmayacağını Davuda demişdir. Bir müddət Səbinənin barəsində rüşvət alması ilə əlaqədar hər hansı məlumat eşitməmişdir. Lakin 2022-ci ilin yanvar ayında adını unutduğu, eləcədə kimliyini bilmədiyi şəxslərlə söhbət zamanı təkrar Səbinənin onlardan rüşvət istədiyini ona demişlər, bu zaman həmin şəxsləri videoya çəkməyi təklif etsə də, onlar razılıq verməmişlər, həmin şəxslərin də kimliklərini xatırlamır. Bundan sonra Zərərçəkmiş şəxs1 yenidən zəng edərək iradını bildirmək istədiyi zaman səhvən Davuda zəng etmiş və danışıq zamanı ona vəziyyəti bildirmişdir. Bundan sonra isə aralarında mübahisələr yaranmağa başlamışdır. Hətta Zərərçəkmiş şəxs1 ona əlavə pul təklif etsə də, ondan pul almayaraq Zərərçəkmiş şəxs1 qanunsuz əməlləri barədə «161» və «102» qaynar xəttlərinə məlumatı vermişdir. Lakin məlumatları versə də heç-bir nəticəsi olmamışdır.Səbinə Mustafayevnın təqdim etdiyi disklə tanış olmuş, həmin diskdə olan səs yazıları ona və Zərərçəkmiş şəxs1 aiddir. Həmin zaman Zərərçəkmiş şəxs1 ilə telefon vasitəsi ilə danışmışlar. Zərərçəkmiş şəxs1 işi ilə bağlı Ramil Şükürovla heç-bir əlaqəsi olmamışdır, sadəcə Zərərçəkmiş şəxs1 rüşvət almamaqdan ötrü onu bu əməllərdən çəkindirmək üçün yalandan X9 rayonuna gəlməsini demiş və Zərərçəkmiş şəxs1 pul tələb etməmişdir. Eləcədə Zərərçəkmiş şəxs1 rüşvət almamaqdan ötrü onu bu əməllərdən çəkindirmək üçün onunla telefonla danışarkən bildirmək istəmişdir, “tutulsan 10 mindən çox pulun xərclənəcək”. Bu fikirlə həmin sözü ona bildirmişdir. Səbinə Mustafyevanın barəsində olan videorolikləri silmişdir. Zərərçəkmiş şəxs1 rüşvət aldığı adamları xatırlamır, yaşadığı ünvanlarını, həmçinin həmin şəxslərin telefon nömrələrini və anket məlumatlarını bilmir. Səbinənin müxtəlif şəxslərdən rüşvət alması ilə bağlı bütün Kürdəmir rayonunda danışmışlar. Həmçinin Zərərçəkmiş şəxs1 uzaq qohumu olduğu üçün barəsində olan video çəkilişləri heç-kimə verməmiş və ona aid olan məlumatları heç-kimə deməmişdir, lakin buna baxmayaraq Zərərçəkmiş şəxs1 rüşvət almasını davam etdirdiyini görüb, onun hərəkətlərini qarşısını almaq üçün sonradan müvafiq orqanlara məlumat vermişdir. Kürdəmir rayonu Mürtülü kənd sakini X3 Kürdəmir rayon polis şöbəsinə yazdığı ərizə ilə, həmçinin iş üzrə verdiyi ifadəsi ilə tanış olmuşdur. Gülzar Həsənovanın dedikləri tam yalan və uydyrmadır. Belə ki, xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Kürdəmir rayon Mərkəzi xəstəxanasında olan zaman xəstəxananın dəhlizində bir qadının, yəni sonradan tanıdığı Gülzarın narazılıq etdiyini görüb, onunla söhbət edərkən Gülzar ona bildirmişdir ki, təqaüdü kəsilib. Onun sənədlərinə baxaraq demişdir ki, təmənnasız ona köməklik edəcək ki, təqaüdü bərpa olunsun. Bir-birlərinə telefon nömrələrini vermişlər. Gülzarın işi ilə bağlı bir neçə yerdən sorğu-sual etmiş və ona demişlər ki, həmin diaqnozla Gülzara “təqaüd düşmür”. Bu barədə Gülzarın özünə telefonla, həmçinin Kürdəmir rayon xəstəxanasında görüşdükdə bildirmişdir. Daha sonra Gülzarla əlaqəsi kəsilmişdir. Gülzardan təqaüdünün bərpası üçün 330 manat pul almamış və ona təqüdünün bərpası üçün heç-bir vəd verməmişdir. Sadəcə Gülzara demişdir ki, əgər təqaüdü bərpa olunsa, bir aylıq təqaüd pulunu “ona verər”, lakin onun təqaüdü düzəlmədiyi üçün ondan pul almamışdır. Bundan başqa Şahid2 8 ildir ki tanıyır, lakin Şahid1 əvvəllər tanımamışdır. Təxminən 2022-ci ilin mart ayında Qeyis ona zəng edərək Kürdəmir rayonu Cəyli kəndində Zərərçəkmiş şəxs2 tanışı olduğunu və Mustafanın təqaüdünün bərpa olunması üçün ondan köməklik istəmişdir. Sonra Qeyis həmin şəxsin təqaüdünün düzəlməsi üçün nə qədər pul lazım oluğunu öyrənib ona deməyini bildirmişdir. Təxminən 1 gün sonra Qeyisə zəng edərək Mustafanın təqaüdünün bərpası üçün 2500 manat lazım olduğunu bildirmişdir. Qeyis də Mustafa ilə danışıb ona deyəcəyini bildirmişdir. Təxminən 3 gün sonra Qeyis ona zəng edərək Mustafa ilə görüşüb xəstəlik anketin ondan götürməyini bildirmişdir. Mustafa ilə 03 aprel 2022-ci il tarixdə səhər saatlarında Kürdəmir şəhəri ərazisində görüşmüş və Mustafaya təqaüdünün bərpası üçün ilk olaraq 300 manat pul lazım olduğunu bldirmiş, Mustafa da ona Kürdəmir rayonu “dörd yol” adlandırılan ərazidə 300 manat pul vermişdir. Bundan sonra Mustafanı Bakı şəhərində yoxlamadan keçməsi üçün həmin ərazidə olan taksilərin biri ilə Bakı şəhərinə Respublika Xəstəxanasına müayinə olunmasından ötrü yola salmışdır. Mustafa Bakı şəhərində həkimdən müayinədən keçdikdən sonra Kürdəmir rayonuna qayıdaraq ona zəng edib həkimdən aldığı sənədləri nə edəcəyini soruşduqda, ona səhər Kürdəmir mərkəzi rayon xəstəxanasında görüşməyini bildrmişdir. Bir gün sonra Mustafa və Qeyislə Kürdəmir rayon mərkəzi xəstəxanasında görüşmüşlər, Mustafanın Salyan rayon xəstəxanasına getməsinin zəruri oluğunu ona demişdir. Qeyisə bu barədə Kürdəmir rayon xəstəxanasından göndəriş kağızı almağını bildirmiş, sonra Zərərçəkmiş şəxs2 taksilərin biri ilə Salyan rayon Mərkəzi xəstəxanasına yola salmışdır. Bir gün sonra Mustafa ona zəng edərək həkimdən sənədi aldığını və həmin sənədi nə edəcəyini soruşduqda, ondan 2500 manat pulu istəmişdir. Mustafa da həmin pulu Coşqun və Qeyisə verdiyini demişdir. Zərərçəkmiş şəxs2 2500 pulu ona çatmadığını bildirimiş, Zərərçəkmiş şəxs2 isə Qeyislə danışıb özü bu məsələni həll edəcəyini ona bildirmişdir. Bundan sonra Mustafa ilə görüşməmişdir. Bundan başqa təxminən 2022-ci ilin aprel ayında Qeyis ona yenidən zəng edərək görüşmək istədiyini bildirmişdir. Qeyislə Kürdəmir rayonu İcra Hakimiyyətinin qarşısında görüşdükdə, Qeyis ona Zərərçəkmiş şəxs3 adlı şəxsin anket məlumatlarını vermiş və Zərərçəkmiş şəxs3 təqaüdünü düzətməyini ondan xahiş etmişdir. Qeyisə həmin şəxsin təqaüdünü bərpa etdirmək üçün 2500 manat müqabilində pul alacağını bildirmişdir. Qeyis də onunla razılaşaraq Zərərçəkmiş şəxs3 sənədlərini ona vermişdir. Təxminən 5-6 gün keçdikdən sonra Qeyis ona yenidən zəng edib Coşqun adlı şəxslə göruşməyini ondan xahiş etmişdir. Coşqun adlı şəxslə təxminən 2022-ci ilin aprel ayında Kürdəmir şəhərində “Dəmir yol klubu” adlanan ərazidə yerləşən kafedə görüşmüşdür. Həmin zaman oraya Şahid1la birlikdə Zərərçəkmiş şəxs3 gəlmişdir. Zərərçəkmiş şəxs3 sənədlərinə baxıb, məsləhətləşdikdən sonra ona tam dəqiq məlumat verəcəyini bildirmiş və Zərərçəkmiş şəxs3 ona sənədlərinin düzəlməsi üçün 1000 manat vermişdir. Sonra Zərərçəkmiş şəxs3 işi üçün Bakı şəhərinə getmiş və Respublika xəstəxanasında olan həkimlərə həmin sənədləri göstərmişdir. Həkimlər Zərərçəkmiş şəxs3 barəsində epiqriz verə bilməyəcəklərini ona dedikdən sonra, Kürdəmir rayonuna qayıdaraq təxminən 1 gün sonra Qeyislə Kürdəmir rayon İcra Hakimiyyətinin yanında olan kafedə görüşərək, Qeyisə İlhamın təqaüdünü bərpa etdirmək mümkün olmadığını demiş və İlhamın sənədlərini, eləcədə İlhamdan aldığı 1000 manat puldan 950 manat pulu Qeyisə qaytarmış, 50 manatı isə yol haqqı qismində özündə saxlamışdır. Bundan sonra Qeyis özü Mustafanın və İlhamın işini həll edəcəyini deyərək sağollaşıb çıxıb getmişdir. Bir daha Zərərçəkmiş şəxs3la görüşməmişdir. Bundan sonra 2022-ci ilin aprel ayında Qeyis ona yenidən zəng edib Kürdəmir rayon İcra Hakimmiyətinin qarşısında olan kafedə görüşmələrini ondan xahiş etmişdir. Qeyislə razılaşıb dediyi yerə gəlmiş, Qeyislə söhbət etdikdən sonra Qeyis ondan Kürdəmir rayonu Cöhranlı kənd sakininin “dalağı” olmadığını deyib ona təqaüd düzətməkdə kömək etməyini ondan xahiş etmişdir. Həmin şəxsin sənədlərinə baxıb, təqaüdün düzəlməsi üçün 2800 manat pul lazım olduğunu Qeyisə bildirmişdir. Qeyis onunla razılaşıb Zərərçəkmiş şəxs4la bu barədə danışıb ona məlumat verəcəyini bildirmişdir. Şahid5 aid sənədləri götürüb Qeyislə sağollaşmışdır. Bundan sonra Qeyislə müxtəlif vaxtlarda Lazımın oğlu Zabilin təqaüdünü bərpa etdirmək üçün bir neçə dəfə telefonla danışmış, Qeyis ona Zərərçəkmiş şəxs4 razı olduğunu və onun oğlu Zabili Bakı şəhərinə nə vaxt apara biləcəyini ondan soruşmuşdur. Bundan sonra Şahid5 işi ilə əlaqədar Qeyisdən tibbi rəy verilməsi üçün 200 manat pul istəmişdir. Təxminən 08 may 2022-ci il tarixdə Kürdəmir şəhəri dəmir yolunun yaxınlığında Qeyislə görüşdükdə, Qeyis ona Şahid5 işinə görə 200 manat pul vermişdi. 200 manat pulu aldıqdan sonra Qeyisə sabah Şahid5 Bakı şəhərinə aparacağını bildirmişdir. Həmin gün axşam Qeyis ona zəng edərək Zabili nə vaxt Bakı şəhərinə aparacağını soruşduqda Qeyisə saat 07 radələrində Şahid5 aparacağını bildirmişdir. 2022-ci ilin may ayında səhər saatlarında Kürdəmir şəhəri “dörd yol” adlanan ərazidə Şahid5la görüşüb onunla birlikdə Bakı şəhərinə getmişdir.Bakı şəhərində Respublika Xəstəxanasında Şahid5 “dalağı” olmadığını təstiq edən sənədlər almış,sonra isə Kürdəmir rayonuna qayıtmışlar. Qeyislə telefonla danışıb Zabilin sənədlərini düzətdiyini demişdir. Bundan sonra Qeyisə yenidən zəng edib Zabilin təqaüdünün düzəlməsi üçün 2800 manat pul istəmişdir. Qeyis də ona Ağsu rayonunda olduğunu və Kürdəmir rayonuna gəldikdən sonra pul məsələsini həll edəcəyini demiş, lakin o gün bu gün, yəni ümumiyyətlə Qeyis ona Şahid5 işi ilə bağlı pul verməmişdir. Bundan sonra Lazım və Şahid5la görüşməmişdir. Bundan başqa Qeyislə 2022-ci ilin may ayında Kürdəmir rayon İcra Hakimiyyətinin qarşısında görüşmüş, həmin zaman Qeyis ona Mustafanın, İlhamın və Zabilin işləri üçün cəm şəkildə pulu verəcəyini demiş, lakin bunun müqabilində şəhid bacısının təqaüdünü düzətməyini ondan xahiş etmişdir. Həmin şəxs şəhid ailəsi olduğundan Qeyisdən pul istəməmişdir, lakin həmin şəxsi Bakı şəhərinə aparacağı üçün yol xərclərini verməyini bildirmişdir. Təxminən 2022-ilin may ayında Zərərçəkmiş şəxs5, onun anası olan Şahid6 və Şahid2la birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhərində olan xəstəxanaya gedərək orada Zərərçəkmiş şəxs5 müxtəlif müayinələrdən keçirdikdən sonra onda heç bir xəstəliyin olmadığı müəyyən olunmuşdur. Bundan sonra Qeyisi, Təranəni və Təranənin anası Ziyafəti Bakı şəhəri, Qaradağ rayonu Lökbatan dairəsinə qədər taksi ilə gətirmiş, orada isə onlardan ayrılmış, onlar isə yol maşını ilə Kürdəmir rayonuna qayıtmışlar. Qeyis ona Təranənin işi ilə bağlı 50 manat yol haqqı qismində pul vermişdir, Təranənin 650 manat pulu Qeyisin özündə qalmışdır. Bundan sonra heç kim ona Zərərçəkmiş şəxs5 işi üçün zəng etməmişdir. Bundan başqa 2022-ci ilin iyun ayının axırlarında Şahid1 ona zəng edərək Kürdəmir rayonu Cəyli kənd sakini Rahim adlı şəxsin təqaüdünün kəsildiyini və ona təqaüd düzəltməkdə köməklik etməsini xahiş etmişdir. Təqaüdün bərpası üçün Coşqundan sənədlərin olub-olmamasını soruşmuş, Coşqun isə kiminləsə danışıb həmin şəxsin bir neçə il təqaüd aldığını ona bildirmişdir. Coşquna həmin şəxslə görüşmək və sənədlərinə baxmaq istədiyini, eləcədə həmin təqaüdü bərpa etmək üçün 2000 manat pul istəmişdir. Coşqun ondan Rahim kişi ilə nə vaxt görüşə bilməsini soruşduqda ona sabah, yəni 26 iyun 2022-ci il tarixdə, saat 12 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində Dəmir yolu vağzalı ilə üzbəüz yerləşən kafedə olacağını demişdir. 26 iyun 2022-ci il tarixdə, saat 12 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində Dəmir yolu ilə üzbəüz yerləşən kafedə olarkən Coşqun sonradan adını bildiyi Zərərçəkmiş şəxs6la birlikdə həmin kafeyə gəlmişlər. Rahim kişi onunla eyni masa arxasında əyləşib sənədlərinə baxmış və təqaüdünün bərpa olunması üçün ondan 2000 manat pul istəmişdir. Lakin Rahim kişi onunla söhbət edən zaman 2000 manat yox, 1900 manat verə biləcəyini demişdir. Rahim kişi ilə təqaüdünü bərpa etmək üçün 1900 manata razılaşmış, telefon nömrələrini bir-birinə vermişlər. Rahim kişinin üstündə pul olmadığı üçün Şahid1 Rahim kişi ilə birlikdə pulu gətirmək üçün yola salmışdır. Rahim kişi Coşqunla birlikdə kafedən çıxıb taksiyə minib oradan çıxıb getmişlər. Coşqunu kafedə oturub gözləsə də gəlməmişdir. Təxminən 10 gündən sonra Rahim kişi ona zəng edib təqaüdünün bərpası ilə maraqlandıqda, ona “sənin pulun mənə çatmayıb və təqaüdün bərpa olunmayacaqdır” sözlərini demişdir. Bundan sonra Rahim kişi ilə əlaqəsi kəsilmişdir. Coşqun onun adı ilə Rahim kişidən aldığı 1900 manat pulu özünə götürmüş, yəni Rahimin verdiyi pul hal-hazırda Coşqundadır. Şahid1 istintaqa təqdim etdiyi disklə tanış olaraq qulaq asmış,həmin diskdə olan səs yazıları ona, Şahid1 və Şahid2 aiddir. Onlar həmin zaman 2022-ci ildə Kürdəmir şəhərində yerləşən çayxanada oturub söhbət etmişlər və səs yazısı onun xəbəri olmadan Coşqunla Qeyis tərəfindən gizli yazılmışdır. Həmin pulları, yəni 8000 manatı həqiqətəndə Qeyisin vasitəsi ilə almışdır, lakin Mustafanın, İlhamın və Lazım kişinin işləri düzəlmədiyi üçün, sonradan həmin pulları Qeyisə qaytarmışdır. Belə ki, Zərərçəkmiş şəxs2 təqaüdünün bərpası üçün 2300 manat pul, Zərərçəkmiş şəxs3 təqaüdünü bərpası üçün 2800 manat pul, Zərərçəkmiş şəxs4 oğlu Şahid5 təqaüdünü bərpası üçün 2900 manat pul almış, yəni ümumilikdə 10100 manat puldan 8000 manat pulu Qeyis və Coşqun vasitəsi ilə almış, lakin onların işləri düzəlmədiyi üçün Zərərçəkmiş şəxs4 oğlu Zabil üçün təqaüdünün bərpası üçün aldığı 2900 manat puldan 2700 manatını Qeyisə qaytarmış, 200 manat pul isə taksi kimi özündə qalmış, Zərərçəkmiş şəxs2 işindən 2300 manat puldan 2000 manatını Qeyisin özünə qaytarmış, 300 manat isə yanacaq pulu kimi özündə qalmış, Zərərçəkmiş şəxs3 işindən 2800 manat puldan isə 2750 manat pulu Qeyisə qaytamış, 50 manatı isə yanacaq pulu qismində özünə götürmüşdür. Bundan başqa sosial şəbəkələrdə blogerliklə məşğul oluraq Azərbaycan Respublikası ərazisində qanunsuz hərəkətlər gördükdə videoçəkiliş edib internetdə olan səhifəsində paylaşmışdır. Təxminən 11 il olar ki, oğlu Əli Məmmədli talassemiya xəstəsidir. X19 müalicəsi üçün ona pul lazım olduğundan müxtəlif dövlət orqanlarına müraciət etmiş, lakin heç bir nəticə əldə etməmışdır. Kürdəmir rayonunda lombard işlədən Zərərçəkmiş şəxs7 böyük faizlə hərbiçilərdən hərbi biletlərini və digər hərbiyə aid olan sənədləri girov götürərək pul verdiyini öyrənmiş və bu barədə Müdafiə Nazirliyinə zəng edib ona bildirmişlər ki, nazirliyin təlimatına əsasən ümumiyyətlə hərbiçilər heç kimə öz sənədlərini verməməlidir və bu qadağandır. Zərərçəkmiş şəxs7 bu qanunsuz əməlləri barədə öz internet səhifəsində çəkiliş edib paylaşmışdır. 20.08. 2022-ci il tarixdə Zərərçəkmiş şəxs7 ona mesaj yazıb kim olduğunu soruşmuş və ona görüşməyi təklif etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən Zərərçəkmiş şəxs7 müdir işlədiyi lombarda gedib onunla görüşmüş, həmin zaman lombardda Məlahətin işçiləri olmuşdur. Söhbət zamanı Zərərçəkmiş şəxs7 “sən qanunsuz əməllərlə məşğul olursan, hərbiçilərdən hərbi biletlərini alıb faizlə onlara pul verirsən” deyərək iradını bildirmişdir. Daha sonra lombarddan çıxıb Kürdəmir şəhəri, S.Şıxəliyev küçəsində yerləşən yeməkxanaya getmiş, yeməkxanada olan zaman Zərərçəkmiş şəxs7 təkrar ona zəng vurub onunla Kürdəmir-Bakı yolunda yerləşən “Şüşəli” adlanan yeməkxanada görüşmək istədiyini bildirmişdir. Bundan sonra idarə etdiyi “Nexia” minik markalı ** PH *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yeməkxanaya getmış, lakin 30 dəqiqə Məlahəti gözləsə də, Məlahət həmin yeməkxanaya gəlməmiş və ona zəng vurub həmin yolda Kürdəmir rayonu Karrar kəndi ərazisində yerləşən “İbrahim” adlanan yeməkxanaya çağırmış, Məlahətlə razılaşaraq həmin yeməkxanaya getmişdir. Yeməkxanada Məlahətin yanında tanışı Pərviz olmuşdur. Üçü də eyni masa araxasına əyləşmişlər. Söhbət zamanı Zərərçəkmiş şəxs7 ondan xahiş etmişdir ki, onun haqqında çəkdiyi çəkilişləri internet səhifəsindən silsin. Bu zaman Məlahətdən oğlu Əlinin müalicəsi üçün 1500 manat köməklik etməsini xahiş etmişdir. Məlahət isə ona“1000 manat verə bilər” demiş, lakin Məlahətlə razılaşmamış və ona“1500 manat verməlisən” demişdir. Sonra həmin günün axşam vaxtlarında Zərərçəkmiş şəxs7 onun adına olan hesab kartına 400 manat pul göndərmişdir. Məlahət Güəliyevanın göndərdiyi 400 manatı götürüb oğlu Əlinin müalicəsinə sərf etmişdir. Bundan sonra Məlahətdən qalan pulu almaq üçün dəfələrlə zəng etmiş, Məlahət isə 1100 manatın əvəzinə 200 manatı xx.xx.2022-ci il tarixdə onun kartına “E” manat vasitəsi ilə göndərmişdir. Məlahətin göndərdiyi 200 manatı götürüb oğlu Əlinin müalicəsinə sərf etmişdi. Məlahət 200 manat pulu onun kartına vurduqdan sonra təxminən 2 saat keçmişdir ki, onu Kürdəmir rayon polis şöbəsinin əməkdaşları şöbəyə gətirmişlər və sonra həmin günü həbs olunmuşdur. Məlahət Güəliyevanın təqdim etdiyi disklərlə tanış olmuş, həmin disklərdə olan səs yazısı ona, Məlahətə eləcədə Pərvizə məxsusdur.Disklərdə Zərərçəkmiş şəxs7 hədə qorxu ilə pul tələb etməyi əks olunsa da, onun niyyəti isə pul almaqda oğlu Əlini müalicə etdirmək olmuşdur. Eləcə də Zərərçəkmiş şəxs7 təhqiqat zamanı təqdim etdiyi diskdə olan səs yazısında “ağsaqqlla danışıb məsləhət verməyini” Məlahət Güləliyevdan 400 manat pulu Sabirabadlı qadına verməli olduğunu, həmin qadını şərəfsiz bir insan kimi qələmə verməsi, əyər pulu həmin günü qeyd etdiyi qadına verməsə, o və direktoru onun internet səhifəsini bağlayacağını yalandan özündən uydurmuşdur. Belə bir şəxslər ümumiyyətlə yoxdur, Zərərçəkmiş şəxs7 pul almaqan ötrü həmin adamları yalandan özündən demişdir. Oğlu Əlinin talassemiya xəstəliyindən müalicə olunması üçün pul lazım olduğunu görüb, Zərərçəkmiş şəxs7 məcburiyyət qarşısında pul tələb etmişdir. Zərərçəkmiş şəxs7 X19 xəstə olduğunu bildirib köməklik məqsədi ilə pul istəsəydi, Zərərçəkmiş şəxs7 müxtəlif bəhanələr gətirib ona pul verməyəcəkdir, o məcbur olub Zərərçəkmiş şəxs7 iş fəaliyyəti ilə bağlı nöqsanlarını bilib ondan pul istəmişdir. İlkin izahatında və ilkin ifadələrində özünü tanınmış bloger kimi qələmə vermək üçün lovğalıq edərək yalandan bildirmişdir ki, X19 müalicəsi üçün pul lazım olduğundan Kürdəmir rayonu ərazisində yaşayan imkanlı, pullu adamlar haqqında videoçəkiliş edib öz internet səhifəsində paylaşdıqdan sonra, həmin şəxslər ona pul verib həmin videoçəkilişləri səhifəsindən silməsi ilə bağlı göstərdiyi xususatları yalan demiş, həmin xusatları özündən uydurmuş, heç kimdən hədə qorxu ilə pul tələb etməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs5 göstərdi ki, ona verilən təqaüd kəsilmişdir. Təqaüdünü bərpa etdirməkdə kömək üçün qohumu Qeyəsə müraciət etmişdir. Qeys bir nəfər adamı olduğunu, onun köməkliyi ilə pensiyasını düzəldəcəyini demişdir. Bu məqsədlə Qeysə 700 manat pul vermişdir. Qeyə ona işi Aydının düzəldəcəyini, pulu Aydına verəcəyini deməmişdir. Aydınını tanımamışdır. Qeysə pul versə də, işi düzəlməmişdir. İşin düzəlməməsindən sonra Qeysdən pulunu tələb edərkən o pulu Aydına verməsini bildirmişdir. Qeysə verdiyi 700 manat pul ona qaytarılmamışdır. Zərərçəkmiş şəxs5 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, təxminən 1 il olar ki, təqaüdü kəsilmiş, dəfələrlə müraciət etməsinə baxmayaraq təqaüdünü bərpa etdirə bilməmişdir. Qohumu Qeyisə bu barədə təqaüdünün düzəlməsi üçün tanışı olub-olmadığını soruşmuş, Qeyisdə ona Təqsirləndirilən şəxs adlı tanışı olmasını, həmin şəxsin təqaüdünü bərpa etdirəcəyini bildirmişdir. Bundan sonra Qeyisdən Təqsirləndirilən şəxsla danışmasını və təqaüdünün düzəlməsi üçün nə lazım olduğunu öyrənməsini istəmişdir. Qeyisdə Təqsirləndirilən şəxsla telefonla danışdıqdan sonra ona 700 manat pul müqabilində təqaüdünün düzələcəyini bildirmişdir. Qeyisə pulu düzəltmək üçün bir az vaxt lazım olmasını bildirmişdir. Təxminən xx.xx.2022-ci il tarixdə saat 17 radələrində qohumu Qeyis onun yaşadığı Kürdəmir rayonu Karrar kəndində olan evinə gəlmiş, bir az söhbətləşəndən sonra təqaüdünün düzəlməsi üçün Qeyisə 700 manat pul vermiş, Qeyisdə həmin pulu Təqsirləndirilən şəxs verəcəyini bildirmişdir. X22 pulu verdikdən sonra onunla bir neçə dəfə telefonla danışaraq 700 manat pulun Aydına çatdığını demişdir. Bir müddət sonra Aydın zəng vuraraq ona 700 manat pulun onda olduğunu və təqaüdü bərpa etmək üçün Bakı şəhərinə getməli olmalarını, buna görə Bakı-Qazax yoluna çıxmasını istəmişdir. Anası Ziyafət və Qeyislə birlikdə Aydını yolda gözləmişlər. Aydın tanımadığı taksi ilə gələrək onların üçünü də yoldan götürmüş və birlikdə Bakı şəhərinə getmişlər. Aydın onu Mustafa Topçubaşov adına xəstəxanaya aparmış, anası, Qeyis və o həyətdə Aydını gözləmişlər. Aydın yuxarı çıxıb bir az sonra əlində bir neçə sənədlə qayıdaraq gəlmiş və həmin kağızların təqaüdə çıxmaq üçün zəruri olduğunu demişdir. Sonra Aydın onu yuxarı xəstəxanaya qaldırmış, orada iki həkimin yanına girmişlər, anası və Qeyis isə onları aşağıda gözləmişlər. Aydının həkimlərlə danışmasını görüb, təqaüdün bərpa olunmadığını hiss etmiş və Aydından təqaüdünün düzəlib-düzəlmədiyini soruşmuşdur. Aydın isə ona narahat olmamasını, təqaüdün bərpa olunacağını deyərək onu tam əmin etmişdir. Sonra Aydın onları Bakı şəhəri Lökbatan qəsəbəsinə gətirmiş, anası Ziyafət və Qeyislə birlikdə yol maşını ilə Kürdəmir rayonuna gəlsələr də, Aydın onlarla birlikdə gəlməmişdir. Aydın iki ay müddətində təqaüdün düzələcəyinə ona söz vermiş, lakin Aydın söz verdiyi vaxt tamam olsa da, verdiyi vədə əməl etməmiş, eləcədə pulunu da qaytarmayaraq onu aldadıb ona qarşı dələduzluq etmişdir. Buna görə Kürdəmir RPŞ-na ərizə ilə müraciət etmiş və Aydının cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, Təqsirləndirilən şəxs və Qeys Məmmədovu əvvəllər tanımamışdır. Sonradan onu Təqsirləndirilən şəxs və X15 tanış etmişdir. Coşqun onların yaşıdığı kənddə işıq sayqacına nəzarət etmişdir. 2022-ci ildə onun təqaüdü kəsilmişdir. 2022-ci ilin mart ayında Coşqun elektrik sayqacını yoxlayan zaman ona təqaüdünün kəsildiyini və təqaüdünün bərpa olunmasında köməklik etməsini demişdir. Coşqun bir nəfər tanışı ilə bu barədə danışaraq ona cavab verəcəyini bildirmişdir. Təxminən üç gün sonra Coşqun onun yaşadığı evə gəlib təqaüdünün düzəlməsi üçün 3500 manat pul lazım olduğunu bildirmişdir. Təqaüdünün düzəlməsi üçün Coşquna 1000 manat pul vermişdir. Sonra Coşqun onu Qeyslə tanış etmişdir. Qeys təqaüdünün bərpa olunması üçün 1500 manat da verməli olduğunu bildirmişdir. Bundan sonra Coşqunun yanında 1500 manat pulu Qeysə vermişdir. Sonra isə Coşqunun yanında Aydın ilə görüşməklə təqaüdünün bərpa etdirilməsi üçün 1000 manat pulu Aydına vermişdir. Həmin şəxslərə cəmi 3500 manat pul vermişdir. Coşqun və Qeys ona bildirmişlər ki, işi Aydın düzəldəcəkdir. Lakin onun təqaüdü bərpa olunmamışdır. Hal hazıra kimi verdiyi 3500 manat pul da ona qaytarılmamışdır. Zərərçəkmiş şəxs3 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid2 əvvəllər tanımamış, onlarla heç bir əlaqəsi olmamışdır. Bir neçə ildir ki, təqaüd alsa da, sonradan kəsilmişdir. Şahid1 kəndlərində işıq sayğaclarını nəzarət etmişdir. 2022-ci ilin mart ayında Coşqun Məmmədov işıq sayğaclarını yoxlayan zaman təqaüdünün kəsildiyini demişdir. Coşqunda təqaüdünü düzəldə biləcəyini və tanışı olduğunu bildirmişdir. Coşqundan təqaüd düzətmək üçün nə lazım olduğunu soruşduqda, Coşqun tanışı ilə danışdıqdan sonra bu barədə ona deyəcəyini bildirmişdir. Təxminən 3 gün sonra Coşqun onun yaşadığı evə gəlib təqaüdünün düzəlməyi üçün 3500 manat pul lazım olduğunu demişdir. Coşqunla razılaşıb, pul hazır olanda ona xəbər edəcəyini bildirmiş və Coşqun çıxıb getmişdir. Təxminən xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində Coşquna zəng edərək 3500 manat pulun 1500 manatının hazır olduğunu və həmin pulu hara gətirəcəyini soruşmuş, Coşqun isə işi düzəldən şəxsdən soruşub ona məlumat verəcəyini bildirmişdir. Təxminən 1-2 gün keçdikdən sonra Coşqun onun evinə gəlmiş və evinin astanasında Coşquna 1000 manat pul vermiş, Coşqunda pulu alıb çıxıb getmişdir. Coşquna pulun qalan hissəsini istədikdə ya gəlib ondan götürəcəyini, yada ki dediyi yerə gətirəcəyini demişdir. İki-üç gün keçdikdən sonra Coşqun ona zəng etmiş və təqaüdün bərpası üçün əlavə 1500 manat pul lazım olduğunu demişdir. Coşqunla razılaşmış və Coşqun ona Kürdəmir şəhəri hərbi komisarlığının yanında olan kafeyə gəlməsini demişdir. Saat təxminən 10 radələrində Kürdəmir şəhəri hərbi komisarlığının yanında olan kafeyə getmiş, həmin zaman Coşqun kafedə tək oturmuşdur. Çay içdikdən sonra Coşqun ona Qeyisin məhkəməsinin qarşısında olduğunu və oraya getmələrini demişdir. Onlar Kürdəmir rayon məhkəməsinin qarşısına gəlmişlər, orada olan çayxanada Qeyisin oturduğunu görmüşlər, söhbət zamanı Qeyis ona əlavə olaraq 1500 manat pul verməli olmasını demişdir. Bundan sonra Coşqunun yanında 1500 manat pulu Qeyisə vermiş və çay içib evinə getmişlər. Dəfələrlə iş barəsində Coşquna və Qeyisə zəng etmiş, onlar işi düzəldən adamın Aydın olduğunu və onu Aydınla görüşdürəcəklərini demişlər. Bir müddətdən sonra, yəni xx.xx.2022-ci il tarixdə Coşqun ona zəng edərək Kürdəmir şəhərinə gəlməsini demişdir. Coşqunun bu sözündən sonra saat təxminən 10 radələrində Kürdəmir şəhəri hərbi komisarlığın yanına gəlmiş, orada Coşqunla görüşüb 1000 manat pulu Coşquna vermişdir. Sonra Coşqunla birlikdə Kürdəmir şəhəri “kulubun yanı” adlandırılan yerdə adını bilmədiyi kafenin qarşısına gəlmişlər, kafeyə daxil olan zaman Coşqun ondan aldığı 1000 manat pulu ona qaytararaq, həmin pulu kafedə Təqsirləndirilən şəxs adlı şəxsə verməsini bildirmişdir. Coşqunla birlikdə kafeyə girmiş və Təqsirləndirilən şəxsla bir masa arxasında oturub çay içib söhbət etmişlər. Bir az söhbət etdikdən sonra 1000 manat pulu Təqsirləndirilən şəxs vermiş, Aydında xəstəlik kağızlarını düzəldəcəyini və qısa zaman ərzində təqaüdünü həll edəcəyini bildirmişdir. Aydının dediyinə əsasən ona tibbi kartının əslini vermişdir. Sonra Coşqunla birlikdə kafedən çıxıb Coşqunla sağollaşıb yaşadığı Kürdəmir rayon Cəyli kəndində evinə getmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdji ki, bir neçə ilə təqaüd alsa da, 2022-ci ildə onun təqaüdü kəsilmişdir. Onların kəndlərində elektrrik sayqaclarına nəzarət edən Coşqun onlarda olarkən ona təqaüdünün kəsilməsini bildirmiş və bu işə necə kömək edə biləcəyini demişdir. Coşqun ona demişdir ki, 1000 manat pul ver, təşkil edərəm. Bundan bir həftə sonra Coşqunla görüşərkən ona 1000 manat pul vermişdir. Bundan 8 ay sonra Coşqun ona zəng edərək işin alınmadığını bildirmiş və əlavə olaraq 1500 manat da istəmişdir. 1500 manat pulu aparıb məhkəmənin yanında Coşquna vermişdir. Həmin vaxt Qeys də Coşqunun yanında olmuşdur. Sonra Coşqun ona Kürdəmir şəhərinə gedərək orada bir adama 300 manat pul verməsini demişdir. O, Kürdəmir şəhərində Aydınla görüşərək ona şəxsən 300 manat pulu vermişdir. Aydın ona gedib xəstəxanada müayinədən keçməsini demişdir. O, xəstəxanaya gedərək müayinədən keçmişdir. Lakin 2800 manat pul verməsinə baxmayaraq onun pensiyası bərpa olunmamışdır. Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, bir neçə il təqaüd alsa da, sonradan təqaüdü kəsilmişdir. 2022-ci ilin mart ayında kənddə işıq pulu yığan tanışı Coşqunla söhbət edən zaman Coşquna təqaüdünün kəsildiyini, buna görə də işıq pulunu verməkdə çətinliyi olmasını bildirmişdir. Coşqun isə ona Qeyis adlı bir tanışı olduğunu, həmin şəxsin onun kəsilmiş təqaüdünün bərpasını təşkil edə biləcəyini və bu barədə əlavə ona bildirəcəyini demişdir. Təxminən 1-2 gün keçdikdən sonra, Coşqun onun evinə gələrək təqaüdünü tanışlarının vasitəsi ilə bərpa etdirəcəyini demiş, Coşqunla razılaşmışdır. İlk əvvəl olaraq Coşquna sabah ona 1000 manat pul verəcəyini demişdir. Səhəri günü, yəni xx.xx.2022-ci il tarixdə Coşqun onun evinə gələrək evində çörək yemiş və 1000 manat pulu Coşquna vermişdir. 1000 manat pulu verdikdən təxminən bir iki ay sonra Coşqun onun yanına gələrək verdiyi 1000 manat pulla təqaüdün düzəlməsinin mümkün olmadığını, əlavə olaraq 2000 manat pul lazım olmasını bildirmişdir. Coşquna o qədər pulu olmadığını və lazım olsa, bu barədə onunla görüşəcəyini demişdir. Təxminən 2 ay sonra saat 10 radələrində Coşqun ona zəng edərək razılaşmaqlarına əsasən qalan 1800 manat pulun 1500 manatını təqaüdün düzəlməsi üçün lazım olduğunu demiş və Coşqunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində Kürdəmir şəhərində icra hakimiyyətinin yanında çayxanada Coşqun və Qeyislə (Beydulla) ilə görüşmüş, Coşqun söhbət zamanı təqaüdünü Qeyisin (Beydullanın) düzəldəcəyini demişdir. Bir az söhbətləşdikdən sonra təqaüdünü bərpa etdirməsi üçün Çoşquna 1500 manat pul vermiş və qalan 300 manat pulu təqaüdü düzəldəndən sonra verəcəyini demişdir. Bundan sonra yaşadığı kəndə qayıtmış, təxminən xx.xx.2022-ci il tarixdə Coşqun zəng vuraraq təqaüdünün düzəlməsi üçün qalan 300 manat pulu da verməsini istəmiş və Coşqunla razılaşmışdır. Bundan sonra Coşqun ona Kürdəmir şəhərinə gəlməsini və onun tanışına pulu verməsini istəmişdir. Saat 10 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində Aydınla görüşmüş və Aydına təqaüdünün düzəlməsi üçün 300 manat pulu vermişdir. Aydınla söhbət zamanı Aydın ona təqaüdünün bərpası məsələsinin yaxın zamanda həllini tapacağını demiş, eləcə də “taksiyə min Respublika xəstəxanasına get, orada sənə aid olan xəstəliklə bağlı müayinədən keç və aldığın sənədi gətir mənə ver” sözlərini bildirmişdir. Taksiyə minib tək Bakı şəhəri Respublika Xəstəxanasına epilepsiya şöbəsinə getmiş, həqiqətən də epilepsiya olmağı barədə kağız almışdır. Kağızı aldıqdan sonra Aydınla telefonla əlaqə saxlamış, Aydın ona həmin sənədin Salyan şəhərində təsdiqlənməsini demiş, sənədini təsdiqləndikdən sonra gətirib ona verməsini bildirmişdir. Tək Salyan şəhərinə getmiş, epilepsiya xəstəsi olduğu üçün Bakı şəhərindən verilən kağızı təsdiqlətsə də həmin sənədi Aydına verə bilməmiş, çünki artıq Aydın tutulmuşdur. Ümumilikdə ona 2800 manat maddi ziyan dəymiş, Coşqun ona 2800 manata təqaüdünü bərpa etdirəcəyini demiş və Coşquna inanıb onunla razılaşmışdır. Həmin pulun 1000 manatını Coşquna yaşadığı kənddə olan evində vermiş, qalan 1500 manatı Kürdəmir şəhərində İcra hakimyətinin yanında çayxanada Coşqunla Qeyisə(Beydullaya) vermiş, 300 manatı isə Kürdəmir şəhəri, H.Əliyev prospektində Aydına vermişdir. Coşqunun kəndlərində işıq idarəsinin işcisi olduğunu, təxminən 4 il olar ki onu tanıdığını, Coşqun onun təqaüdünün kəsildiyini bildikdə onunla görüşüb təqaüd düzəldən tanışının olduğunu, 2800 manata düzəldə biləcəyini və həmin pula da zamin durduğunu dediyi üçün Coşquna inanmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs6 göstərdi ki, 2022-ci ilin may ayında ona ödənilən təqaüd kəsilmişdir. Coşqun onların kəndlərində elektrik sayqaclarına nəzarət etmiş, bununla əlaqədar olaraq onunla münasibətləri yaranmışdır. Söhbət zamanı Coşqun onun pensiyasının bərpa olunmasına kömək edə biləcəyini demişdir. Coşqunla razılaşaraq ona 1900 manat pul vermişdir. Lakin onun təqaüdü bərpa olunmamışdır. Sonra Coşqun onu Aydının yanına aparmışdır. Aydın onun yanında Coşqundan ona pul verib-verməməsini soruşmuş, Coşqun ona pul vermədiyini bildirmişdir. Aydın Coşqunu təhqir etmiş və onun işini üç günə düzəltməsini demişdir. Bir neçə gündən sonra ona pul kartı gəlmişdir. Lakin o, kartı bankomata salarkən boş olduğu məlum olmuşdur. Bundan sonra Coşqununa zəng etmiş, lakin o, telefona cavab verməmişdir. Zərərçəkmiş şəxs6 ibtidai istintaqda verdiyi və məşkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Coşqundan təqaüdünün bərpası üçün nə lazım olmasını soruşduqda, Coşqun ona tanışı ilə danışıb əlavə məlumat verəcəyini bildirmişdir. Sonra Coşqun yaşadığı evə gəlib təqaüdünün bərpası üçün 2000 manat pul lazım olduğunu bildirmişdir. O isə Coşquna həmin pulun çox olduğunu və həmin şəxslə bir də danışıb pulun məbləğini azaltmasını xahiş etmişdir. Bu sözü dedikdən sonra Coşqun onunla razılaşmış, səhəri gün danışıqlarına əsasən Coşqunla Kürdəmir şəhəri “Hərbi komisarlığın” yanında görüşərək oradan taksiyə minib Aydının olduğu “Dəmir yolu vağzalı” ilə üzbəüz olan kafeyə gəlmişlər. Aydın orada tək oturmuş, Aydın oturan masanın arxasında əyləşmişlər. Söhbət zamanı Aydın ondan xəstəlik kağızları barədə sənədləri istəmişdir. Aydın sənədlərə baxdıqdan sonra sənədləri ona qaytarıb bu işi düzəltməyin bir qədər çətin olduğunu, lakin Mustafanın, Lazımın və İlhamın işinə baxdıqda onun təqaüdünü bərpa etdirməyin daha asan olduğunu bildirmişdir. Aydın öz telefonu ilə onun şəxsiyyət vəsiqəsinin şəklini çəkib götürmüş və ondan təqaüdünün bərpası üçün 2000 manat pul istəmişdir. Lakin Aydınla söhbət edən zaman 2000 manat yox, 1900 manat verə biləcəyini demiş, Aydın onunla razılaşaraq pulu verməsini istəmişdir. Aydına üstündə o qədər pul olmadığını, pulun evdə olduğunu demiş, Aydın da ona pulu Coşqunla birlikdə gedərək ona verməsini bildirmişdir. Bundan sonra Coşqunla taksiyə minib onun yaşadığı evə gələrək 1900 manat pulu Coşquna vermiş, Coşqun isə həmin pulu aldıqdan sonra təqaüdünün 3 aya hazır olacağını demişdir. Sonra Coşqundan pulunu geri istədikdə Coşqun ona əmək haqqı kartını verərək 2 ay onun əmək haqqını almasını demişdir. O, Coşqunla razılaşaraq kartı götürüb özündə saxlamışdır. Lakin həmin kartı yoxladıqda kartın bağlı olduğunu bilmiş, bu barədə Coşquna məlumat verdikdə Coşqun kartı açdıracağını demişdir. Lakin bir neçə gün keçdikdən sonra Coşqun kartı bərpa etdirməmişdir. Ümumilikdə ona 1900 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs kimi dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 2010-cu ildən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında həkim mama-ginekoloq vəzifəsində işləyir. Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşının tanışı kimi əvvəllərdən tanımış, lakin onu uzun müddət görməmişdir. 2021-ci ilin may ayının 14-də saat 14:30 radələrində xidməti iş yerində olarkən Təqsirləndirilən şəxs xidməti otağına gəlmişdir. Həkimlik fəaliyyəti qadınlarla əlaqədar olduğundan Aydından gəlmə səbəbini soruşarkən, sonuncu ona “X18 təşkilatının” üzvü olduğunu, həmin təşkilata onun barəsində kütləvi rüşvət almağı ilə bağlı məlumlar daxil olmasını, guya özündən də pul alması ilə bağlı video olmasını, lakin onunla uzaq qohumluğu olduğundan bu işin həll edilməsini, ondan şikayət edilməyəcəyini ona bildirmiş, o isə Aydına belə bir işlərin olmadığını, həmin videolara baxmaq istədiyini desə də, sonuncu ona videonu təqdim etməməklə videonu silmək və yaymamaqdan ötrü 500 manat pul istəmişdir. Bu zaman Aydının niyyəti ona məlum olmuş, videoya baxmaq istədiyini desə də, Aydın onunla danışığını sərtləşdirərək, pul verilmədiyi halda həmin videonu ictimailəşdirəcəyini və yayacağını deməklə ona hədə qorxu gəlməyə başlamışdır. Bu zaman Aydının onunla sərt danışmasını görərək ona əlaqə saxlayacağını demiş və Aydın onun otağından çıxaraq getmişdir. Həmin məsələ ilə bağlı ailəvi münasibətdə olduğu Davuda zəng edərək, Aydının dedikləri barədə ona məlumat vermiş və qorxduğunu demişdir. Davud ona Aydınla əlaqə saxlayaraq danışacağını bildirmişdir. Aydının dediyini yerinə yetirməmiş, yəni pul verməmişdir. Buna baxmayaraq Aydın yenidən onun iş yerinə gələrək “sən məni yaxşı tanımırsan, sən mənə 500 manatı verməsən səni internet vasitəsi ilə rüşvətxor kimi qələmə verəcəm” sözlərini demişdir. Aydın bundan sonra onun iş yerindən çıxıb getmiş, sonra isə müxtəlif vaxtlarda onun telefonuna zənglər edərək şantaj etmiş və ondan 500 manat pul tələb etmişdir. Məcbur olub Davuda yenidən zəng edib Aydının onu şantaj edərək pul tələb etməsini demiş, Davud isə ona narahat olmamasını və Aydınla söhbət edəcəyini bildirmişdir. Bundan sonra Davud Aydınla əlaqə saxlamaqla görüşmüş və Aydın Davuda onunla işi olmayacağını demişdir.Təxminən 7 ay müddətində Aydını görməmiş, əlaqəsi olmamışdır. 2022-ci ilin yanvar ayının əvvələrində Aydın yenidən onun istifadə etdiyi ***-***-**-** saylı mobil telefonuna müxtəlif nömrələrdən zəng edərək yenidən “X18 təşkilatının” üzvü olduğunu, həmin təşkilata onun barəsində kütləvi rüşvət alması ilə bağlı məlumlar daxil olduğunu, guya özündən də pul almağı ilə bağlı video olmasını, lakin onunla uzaq qohumluq əlaqələri olduğundan bu işin həll edilməsini şikayət edilməyəcəyini bildirmişdir. 2022-ci ilin yanvar ayının 25-də saat 11:30 radələrində xidməti iş yerində olarkən Aydın yenidən onun xidməti otağına gəlmiş, kinayəli formada salam verməklə çıxıb getmişdir. Həmin gün Aydın onun mobil telefonuna zəng edərək rüşvət alması ilə bağlı videonu ona yenidən xatırlatmaqla, yenidən 500 manat pulu istəmiş, bu zaman Aydına həmin pulu verə bilməyəcəyini dedikdə Aydın ona hədə qorxu gələrək barəsində əlində kifayət qədər məlumatları olduğunu həmin məlumatları ictimailəşdirəcəyini, hətta prokurorluğa həmin videonu təqdim edəcəyini, onun həbs ediləcəyini, “türməyə” düşəcəyini deməklə hədələməyə davam etmişdir. Aydın onun zəif xarakterli olduğunu bildiyindən, ona bu formada təsirlərini etmişdir. Bu zaman bu barədə Davuda demiş, Davud yenə də Aydın ilə danışsa da, nəticəsi olmamışdır. Həmin müddət ərzində Aydın ona bir neçə dəfə zəng edərək yenə də onu hədələmiş, nəticə olaraq xx.xx.2022-ci il tarixdə Aydının qanunsuz əməlləri barədə Kürdəmir RPŞ-nə şikayət etmişdir. Orada araşdırma aparılmış və o, səs yazılarını da həmin araşdırmaya təqdim etmişdir. Kürdəmir rayon polis şöbəsinə Təqsirləndirilən şəxs barəsində şikayət etdikdən sonra Təqsirləndirilən şəxs ondan pul tələb etməsini dayandırmışdır. Təqsirləndirilən şəxs ondan pul tələb etməsini tanışı Davud da təsdiq edə bilər, həmçinin bununla bağlı Aydının onda səs yazıları da vardır. Aydın özünü “X18 Təşkilatının”üzvü qismində təqdim etmiş, ona vəsiqə göstərsə də, həmin vəsiqədə nə yazılmasını xatırlamır. Təqsirləndirilən şəxs tam olaraq yalan deyir. Aydına video çəkilişlərin silinməsi ilə bağlı pul təklif etməmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir əlaqəsi olmamışdır. Oğlu Zabil bir neçə ildir ki, təqaüd almış, lakin sonradan təqaüdü kəsilmişdir. Qohumu İlham ona Coşqun adlı tanışı olduğunu, oğlu Zabilin təqaüdünü yenidən bərpa edə biləcəyini demişdir. 2022-ci ilin aprel ayında tanışı Coşqun isə ona Qeyis adlı tanışı olduğunu və Qeyisin tanışı Aydın adlı şəxsin bu işləri düzəldə biləcəyini, həmçinin Aydın Zabilin təqaüdünün bərpa etdirə biləcəyini demişdir. Coşquna Aydınla bu barədə danışmasını xahiş etmiş, təxminən 2 gün sonra Coşqun ona zəng edib görüşmək istədiyini demiş, bundan sonra Kürdəmir şəhəri Babək prospektində olan kafedə Coşqunla görüşmüş və onunla bir az söhbətləşəndən sonra Çoşqun təqaüdün bərpası üçün Qeyisə zəng etmişdir. Bir az keçdikdən sonra Qeyis Coşquna zəng edərək Aydın həmin işə görə 3800 manat pul istəməsini bildirmişdir. Coşqunla razılaşıb pulu düzəldib ona zəng edəcəyini demiş, bundan sonra yaşadığı Kürdəmir rayonu Çöhranlı kəndinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə Coşquna zəng edib onunla görüşmək istədiyini və pulun hazır olduğunu demişdir. Bundan sonra Coşqunla Kürdəmir şəhəri Babək prospektindətəxminən saat 10 radələrində görüşmüş, bir az söhbətləşəndən sonra oğlu Zabilin təqaüdünü bərpa etdirmək üçün Coşquna 3800 manat pulu əlbəəl vermişdir. Coşqun pulu götürdükdən sonra işi düzəldən şəxsin 2 ay müddətinə oğlu Zabilin təqaüdünün bərpa olacağını söz verməsini ona bildirmişdir. Lakin oğlu Zabilin təqaüdü düzəlməmişdir. Aldandığını başa düşmüşdür. Zərərçəkmiş şəxs4 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Coşquna 3800 manat pulu verdikdən sonra xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs oğlu Zabil üçün Kürdəmir rayon xəstəxanasından Bakı şəhərinə göndəriş almış və həmin günü oğlu Zabil Aydınla birlikdə, yəni ikisi Bakı şəhərinə xəstəxanaya getmişlər. X10 üçün sənəd almış və birlikdə Kürdəmir rayonuna qayıdıb gəlmişlər. Yol pulunu oğlu Zabilin hesabından olmuşdur. Aydın Zabilin təqaüdü bərpa olunacaqığına ona söz vermişdir. Lakin Coşqun və Aydın verdiyi vədə əməl etməmiş, eləcədə pulunu da qaytarmayaraq onu aldadıb ona qarşı dələduzluq etmişlər. Ümumiyyətlə Qeyisi (Beydullanı) görməmiş, lakin Qeyis Aydının tanışı olmasını bilmişdir. Oğlu Zabilin kəsilmiş olan təqaüdünün bərpası üçün 3800 manat pul vermiş, işi düzəlməmiş və pulu geri qaytarılmamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 göstərdi ki, Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən lombardın müdiri işləyir. Əvvəllər Təqsirləndirilən şəxs ilə heç bir tanışlığı və əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir ədavəti, düşmənçiliyi olmamışdır və yoxdur. xx.xx.2022-ci il tarixdə, saat 15.39 radələrində işdə olduğu zaman istifadə etdiyi mobil telefona videorolik gəlmiş, həmin videorolikdən sonra “bu video sənə aiddir” kimi mesaj göndərilmişdir. Həmin videoçəkilişi, mesajları ona Təqsirləndirilən şəxs göndərdiyi məlum olmuşdur. Videoçəkilişə baxdıqda Təqsirləndirilən şəxs onun haqqında şər və böhtan xarakterli məlumatlar deməsini, yüksək faizlə pul verdiyini, hərbiçilərdən hərbi biletlərini girov şəkilində almasını və buna görə də hərbiçilərin fəaliyyətinin dayanmasını deyərək, onun işlədiyi lombardın binasını çəkmişdir. Sonra Təqsirləndirilən şəxs ona zəng vurub görüşmək istədiyini bildirmiş, lakin o razılaşmamışdır. Bundan 1 saat sonra Təqsirləndirilən şəxs onun haqqında böhtan xarakterli videoroliki öz internet səhifəsində paylaşmış və onun telefonuna göndərdiyi videoroliki silmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs onun iş yerinə gəlmiş və ondan videoçəkilişləri yaymamaq üçün pul tələb etmişdir. O, isə razılaşmamış və Aydın çıxıb getmişdir. Saat 13 radələrində işdə olan zaman Aydın ona yenə də ona vurmuş və söhbət zamanı ona “sən məni yaxşı tanımadın” sözlərini demişdir. Təqsirləndirilən şəxs onunla görüşmək istədiyini bildirsə də o, Aydına 1-ci günü görüşəcəklərini demişdir. Həmin gün saat 18 radələrində Ağsu şəhərində olan zaman Təqsirləndirilən şəxs ona yenidən zəng vurub hədə-qorxu gələrək “bu gün mənimlə görüşməsən sənin haqqında olan digər videorolikləri internetə buraxacam” sözlərini demişdir. Aydının bu sözlərindən qorxub geri Kürdəmir rayonuna qayıtmışdır. Təqsirləndirilən şəxsla Bakı-Qazax yolunun Kürdəmir rayonu Karrar kəndi ərazisində yerləşən “İbrahim” adlanan yeməkxanada görüşmüşlər. Aydınla görüşə gəldikdə tanışı Pərvizi də götürmüşdür. Yeməkxanada Aydınla söhbət edən zaman Aydın onun haqqında videoroliki çəkib internetdə paylaşmaması üçün kiməsə 400 manat pul verməli olduğunu, gələcəkdə onun haqqında videoroliklər çəkməmək, internetdə paylaşmamaq üçün ondan 1500 manat pul tələb etmişdir. Həmin zaman Aydına haqqında çəkdiyi videoroliklərin yalan və böhtan olmasını demiş, Aydın isə ona bu yolla qazanc əldə etməsini bildirmişdir. Aydına 1000 manat pul verəcəyini və bir daha onun haqqında internetdə böhtan xarakterli məlumatlar verməməsini desə də, Aydın onunla qəti şəkildə razılaşmayaraq ondan 1500 manat pul tələb etmiş, həmçinin pulu verməyəcəyi təqdirdə onun haqqında yenə də videoçəkilişlər edib öz internet səhifəsində paylaşacağını demişdir. Bundan başqa Aydına hazırda üstündə pul olmadığını demiş, Aydın isə cavab olaraq bu gün mütləq ona 400 manat verməli olacağını bildirmişdir. Aydın ona özünün hesab kartının nömrəsini vermiş və sonra yeməkxanadan çıxıb getmişdir. Evinə qayıdan zaman Kürdəmir şəhəri, Babək prospektində yerləşən “Emil” marketdə olan “E-Manat” terminalından 400 manat pulu Aydının hesab kartına göndərmiş, həmin vaxt tanışı Pərviz də onun yanında olmuşdur. Sonra Pərviz çıxıb getmiş və o, da öz evinə getmişdir. Sonra Aydın ona pulun qalan 1100 manatını xx.xx.2022-ci il tarixdə göndərməsini bildirsə də, göndərməmişdir. xx.xx.2022-ci il tarixdə Aydın yenə ona zəng vurub hədə-qorxu gələrək qalan 1100 manat pulu ona verməsə, 400 manatını qaytaracağını və onun haqqında yenə videoçəkilişlər edib internetdə paylaşacağını bildirmişdir. Həmin vaxt Aydına evində qonaqlar olmasını və ona bir gün vaxt verməsini istəmiş, Aydın da onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində işdə olan zaman Aydın onun işlədiyi lombarda gəlmiş, söhbət zamanı Aydın ondan 1100 manat pulu tələb etmiş, Aydınla saat 17-18 radələrində görüşməyə razılaşmış, sonra Aydın çıxıb getmişdir. Təxminən 1 saat keçdikdən sonra yenə də Aydın onun iş yerinə gəlmiş, həmin zaman işçiləri Mahizər Əsədova və Şahid7 işdə olmaqla onların söhbətlərinə şahid olmuşlar. Aydından gəlməyinin səbəbini soruşmuş və Aydın ona sifariş edən şəxslərin onun iş yerinə gəlib gedərək pul tələb etməsini görmələrini bildirmişdir. Bundan sonra Aydın çıxıb getmiş və bir az keçdikdən sonra ona mesaj göndərərək “sən mənim anamsan” sözlərini demişdir. Bundan sonra qorxaraq saat 16 radələrində Babək prospektində yerləşən “Emil” marketə gedib “E-Manat” terminalı vasitəsi ilə Aydının hesab kartına 200 manat pul göndərmişdir. Həmin 200 manat pulu 1100 manat pulun əvəzinə göndərmiş, sonradan Aydının ondan əl çəkməyəcəyini başa düşərək bu barədə Kürdəmir RPŞ-nə ərizə ilə müraciət etmişdir. Aydına 600 manat pul vermişdir. Aydın ondan aldığı 600 manat pulu ödəmişdir, ondan şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 Cəmaləddin oğlu göstərdi ki, Kürdəmir rayon mərkəzi xəstəxanasında həkim mama-ginekoloq vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 ilə ailəvi münasibətləri vardır. 2021-ci ilin may ayının ortalarında Zərərçəkmiş şəxs1 ona zəng edərək özünü Kürdəmir rayonu ərazisində “X18 Təşkilatının”üzvü kimi təqdim edən Təqsirləndirilən şəxs onun yanına gələrək guya rüşvət alması ilə bağlı videosu olduğunu deməklə ondan pul tələb etdiyini bildirmişdir. Bundan sonra Aydınla görüşərkən Aydın ona Səbinə tərəfindən 500 manat pul verilməli olduğunu, əks halda onda olan vedio çəkilişləri korrupsiyaya idarəsinə göndərəcəyini, internet vasitəsi ilə yayacağını bildirmişdir. Aydınla söhbətlər aparmış və nəticədə Aydın Səbinədən bir daha pul tələb etməyəcəyini, narahat olmamasına söz vermişdir. Təxminən 7 ay keçmiş, lakin Aydın yenə də Səbinə ilə telefonla əlaqə saxlamaqla ondan 500 manat pul tələb etməyə başlamışdır. Ona görə də Aydınla yenə də əlaqə saxlayaraq söhbətlər aparsa da, nəticəsi olmamışdır. Bundan sonra isə Səbinəyə Aydından şikayət etməsini demişdir. Səbinə də Aydından Kürdəmir rayon polis şöbəsinə şikayət etmiş və polis şöbəsində bununla bağlı araşdırma aparılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Kürdəmir rayon üzrə işıq idarəsində nəzarətçi mühəndis işləyir. 2022-ci ilin mart ayının ortalarında Kürdəmir rayonu Cəyli kəndində Zərərçəkmiş şəxs2 evində olan işıq sayğacını yoxlayarkən Mustafa ona təqaüdünün kəsildiyini bildirmiş və ondan təqaüdünün bərpası ilə bağlı köməklik etməsini xahiş etmişdir. Kürdəmir rayonu Ərəb Qubalı kəndində yaşayan Şahid2 da bir elektrik enerjisi istifadəçisi kimi tanımışdır. Çünki onun yaşadığı kənd də onun xidməti ərazisi olmuşdur. Qeys fəal adam olmuş, kənd sakinlərin ümumi problemləri olduqda müxtəlif orqanlara ərizə yazmaqla məşğul olmuşdur. Ona görə də Qeysin Mustafanın pensiya işinə gömək edə biləcəyini düşünərək ona bu barədə demişdir. Qeys isə bir nəfərlə bu barədə danışıb məlumat verəcəyini demişdir. Qeys bir neçə gün sonra ona zəng edərək Mustafanın pensiya işi barədə bir nəfər şəxslə, adını sonradan bildiyi Təqsirləndirilən şəxsla, danışdığını, onun həmin məsələni həll edə biləcəyini demişdir. Sonra Qeyslə zəngləşib görüşərkən Aydın adlı şəxsin Mustafanın pensiya məsələsini düzəltmək üçün 2800 manat pul istəməsini bildirmişdir. O, həmin gün Mustafa ilə görüşmüş və Qeyisin dediklərini ona çatdırmışdır. Mustafa razılaşmış və səhəri gün onları görüşdürmüşdür. Mustafa ilə Qeyis danışıb razılaşdıqdan bir gün sonra təxminən 17 mart 2022-ci il tarixdə saat 12 radələrində Mustafadan 1000 manat pul alaraq aparıb Qeyisə vermişdir. Səhəri gün Qeyis ona zəng edərək Mustafadan aldığı 1000 manat pulu həmin gün Aydına verdiyini, Aydının pulun 100 manatını qaytarıb ona verməsini, sonra lazım olanda götürəcəyini deməsini bildirmişdir. Sonra, təxminən 05 may 2022-ci il tarixdə saat 10 radələrində Qeyisin tələbi ilə Mustafa ilə Kürdəmir Rayon İcra Hakimiyyətinin qarşısında olan kafedə görüşərkən Mustafa pensiya işinə görə Qeyisə əlavə olaraq 1500 manat da vermişdir. Səhəri gün Qeyislə görüşəndə Qeyis Mustafanın verdiyi 1500 manat pulu elə həmin günü saat 15 radələrində Kürdəmir Rayon İcra Hakimiyyətinin inzibati binasının yaxınlığında Aydına verdiyini, Aydının yenə də pulun 100 manatını ona qaytardığını və sonra götürəcəyini deməsini bildirmişdir. Beləliklə də Mustafanın verdiyi puldan cəmi 200 manatı Qesdə qalmış, qalan hissəsini isə Aydına vermişdir. xx.xx.2022-ci il tarixdə Qeyisi və Aydını görüşə çağırmış, işlər barədə onlardan maraqlanmışdır. İlk əvvəl görüşə Qeyis gəlmiş, Qeyisə Aydının səsini hər ehtimala görə yazacağını bildirmiş və Qeyis problem olmadığını demişdir. Çayxanada oturub Aydını gözləmişlər, bir qədər sonar Aydın gəlmiş və Aydın gəlməmişdən əvvəl telefonunda səs yazmanı qoşmuşdur. Çayxanada Aydının səsini yazmış, sonra xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Qeyislə Kürdəmir rayon mərkəzi xəstəxanasının həyətində Aydınla görüşmüşlər. Aydın Mustafanın işini düzələcəyini deyərək Qeyisdən qalan 200 manatı onun yanında alıb xəstəxananın içərisinə daxil olmuş və onlar da öz yaşadıqları evə getmişlər. Daha sonra Mustafa ilə görüşmüş, Mustafanın dediyinə görə Aydın onunla xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində dörd yol deyilən ərazidə görüşüb ondan 300 AZN məbləğində pulu əlavə olaraq almışdır. Sonradan iyun ayının təxminən ortalarında Mustafa ilə kənddə görüşərkən Mustafa işlərin yolunda olmadığını bildirib Qeyis və Aydından gileylənmiş, bu işlərin necə olacağını soruşduqda Qeyisdən maraqlanacağını demişdir. Qeyislə telefonla danışmış, Qeyis ona işlər geciksə də, heç bir problem olmayacağını, işləri həll edəcəklərini bildirmişdir. Sonradan eşitdiklərinə görə Mustafa Qeyislə görüşüb və işlərin vəziyyəti ilə maraqlanmış, Qeyislə onun sözlü mübahisəsi olmuşdur. Bundan sonra Qeyis aldadıldığına dair Aydından polisə şikayət etmişdir. Bir müddət sonra 2022-ci ilin aprel ayının əvvələrində digər abonenti olan Zərərçəkmiş şəxs3 evində olan işıq sayağacını dəyişdirərkən ona qonşusu və qohumu Mustafadan kəsilmiş təqaüdünü bərpa etməyə kömək edəcəyini öyrəndiyini, özünü də də kəsilmiş təqaüdün bərpa etməyə kömək etmək üçün həmin şəxslərlə tanış etməsini ondan xahiş etmişdir. O, İlhamın yanından Qeyisə zəng edərək bu iş barədə məlumat vermiş, Qeyis sabah görüşəcəklərini bildirmişdir. Təxminən 2 gün sonra Qeyis ona zəng etmiş və onunla görüşmüşdür. Qeyis Zərərçəkmiş şəxs3 nişi barədə Aydınla danışıb məlumat verəcəyini demişdir. Bir neçə gün sonra Qeyis həmin şəxsin sənədlərini ona vermək lazım olduğunu bildirmişdir. O, İlhamı Qeyislə görüşdürmüşdür. İlham özü sənədləri Qeyisə vermişdir. Qeyis də sənədləri araşdırıb məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra Qeyis onunla görüşüb bu işi Aydının həll etməkdən ötrü 3500 manat pul istəməsini demişdir. Həmin gün işi ilə bağlı Kürdəmir rayonu Cəyli kəndində olarkən İlhamın evinə getmiş və İlhama Qeyisin dediklərini çatdırmışdır. İlham ona fikirləşib xəbər edəcəyini demişdir. Axşam İlham ona zəng edib razı olduğunu bildirdikdə o, da Qeyisə zəng edib İlhamın razı olmasını demişdir. Qeyis ondan İlhamın işinə görə sabah görüşmələrini xahiş etmişdir. Qeyislə Kürdəmir rayon İcra Hakimiyyətinin qarşısında görüşmüş, söhbət zamanı Qeyis bu işə görə ilk olaraq Aydına 1000 manat verilməli olduğunu demişdir. Qeyisin yanından İlhama zəng edib bu barədə bildirmişdir. Bir qədər sonra o və Qeys İlhamla hərbi komissarlığın yanında görüşmüşlər. Qeyis eyni sözləri İlhama da bildirmiş və Aydının dediyinə görə onun işinin 2-3 aya həll olunacağını demişdir. İlham özündə pul olmadığını, pulu əldə edib onun vasitəsi ilə göndərəcəyini Qeyisə bildirmişdir. Səhəri gün saat 09 radələrində Kürdəmir rayonu Cəyli kəndində olarkən İlham ona zəng edərək pulun hazır olduğunu və gəlib pulu götürməsini demişdir. Həmin gün saat 10 radələrində İlhamın evinə gedib 1000 manat pulu ondan götürmüş və həmin gün günorta Kürdəmir şəhərinə qayıtdıqda saat 13 radələrində Qeyisə zəng edib, Kürdəmir rayon İcra hakimiyyətinin qarşısında Qeyislə görüşüb, 1000 manat pulu Qeyisə vermişdir. 1000 manat pulu Qeyisə verərkən İlhama zəng edib pulu Qeyisə çatdırdığını demiş və onları telefonla bir-biri ilə danışdırmışdır. 2-3 gün sonra Qeyis ona zəng edib, həmin gün xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Kürdəmir rayon İcra Hakimiyyətinin yanında Aydına 1000 manatı verdiyini demişdir. Həmin vaxt Qeyis Aydının telefon nömrəsini ona vermiş, o da zəng edib İlhama adamların əlavə1000 manat pul istədiklərini demişdir. İlham telefon vasitəsi ilə Qeyislə danışıb pulu harada və kimə verəcəyini öyrənməsini soruşmuşdur. İlham sonra ona zəng edib Qeyislə danışıb səhəri gün pulu gətirəcəyini demişdir. Bundan əlavə İlham ondan pulu verərkən onunla getməsini xahiş etmişdir. Təxminən 25 aprel 2022-ci il tarixdə saat 07:30-da İlham Kürdəmir şəhərinə gəlmiş, İlhamla görüşüb Qeyisə zəng etmiş və pulu kimə verəcəyini soruşmuşdur. Eləcə də Qeyisə tanımadıqları şəxsə pul verməkdən narahat olduqlarını bildirmişdir. Qeyis də narahat olmamalarını, rahatlıqla Aydına pulu vermələrini demiş və Aydının mobil nömrəsini ona vermişdir. Aydının nömrəsinə zəng etmiş, Qeyis barədə soruşmuş, Aydın da “klubun qarşısı” adlandırılan yerdə onları gözlədiyini demişdir. İlhamla həmin yerə gedib Aydınla görüşmüşlər. Bu vaxtadək Aydınla nə telefonla danışmış, nə də görüşmüşdür. İlham 1000 manatı Aydına vermiş, Aydın İlhamın işi barədə və İlhamın xəstəliyi barədə İlhamın özü ilə söhbət etmiş, Aydın İlhama bir neçə şəxsin adını çəkmiş, onların oxşar problemlərini həll etdiyini və bu işi də həll edəcəyini bildirmişdir. Təxminən 1-2 saat sonra Qeyis zəng edib ondan Aydına pul veribverməmələri barədə maraqlanmış, o da pulu Aydına verdiklərini ona bildirmişdir. Qeyis yenə də səhəri gün onunla görüşmək istədiyini demiş, səhəri gün Qeyislə görüşmüş və Qeyis Aydının qalan 1500 manatı istədiyini və İlhamın qalan 1500 manatı da verməli olmasını demişdir. Yenə Qeyisin yanında İlhama zəng edib onun sözlərini olduğu kimi İlhama çatdırmış, İlham da pulun hazır olduğunu demişdir. İlhama pulu sabah Qeyisə verməsini demiş, İlham axşam yenə ona zəng edib pulu sabah birlikdə vermələrini xahiş etmişdir. Təxminən 28 aprel 2022-ci il tarixdə saat 10 radələrində İlhamla birlikdə Qeyislə məhkəmənin qarşısında görüşmüş və İlham 1500 AZN pulu Qeyisə vermişdir. Səhəri gün Qeyis ona 1500 manatı Aydına verdiyini, Aydın isə həmin puldan 800 manatını götürərək 700 manatını axırıncı tibbi komissiya çatana yaxın vaxtda ona verməsini bildirib özünə qaytardığını, yoxsa pulu xərcləyəcəyini deməsini bildirmişdir. Aydın ona zəng edib İlhamın işinin düzəlmək üzrə olduğunu, qalan pulu, yəni 1000 manatı ona çatdırmasını demişdir. Bu barədə İlhama zəng edib məlumat vermiş, İlham da onunla razılaşmışdır. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində İlhamla Kürdəmir şəhərində Hərbi Komissarlığın qarşısında görüşmüş, Aydına zəng etmiş və Aydının onları İcra Hakimiyyəti binasının yanında olan kafedə gözlədiyini demişdir. İlhamla birlikdə oraya gedib Aydınla görüşərək İlham Aydının özünə 1000 manat pulu vermişdir. 03 iyun 2022-ci il tarixdə saat 11 radələrində Aydının telefon zənginə əsasən Qeyislə birlikdə Aydınla Kürdəmir Rayon mərkəzi xəstəxanasının qarşısında həyətdə görüşmüşlər. Aydın İlhamın işinin həll olunmaq üzrə olduğunu və əlavə pul lazım olmasını bildirmişdir. X20 işinə görə 700 manat pulun üstündə olduğunu demiş, bundan sonra İlhamın işinə görə qalan 700 manat puldan Aydının dediyinə görə 400 manatı onun yanında Aydına vermişdir. Aydın Qeyisdən 400 manatı götürüb xəstəxanaya qalxmış və bir qədər keçdikdən sonra gəlib Qeyisə qalan 300 manatı da verməsini, yoxsa işin düzəlmədiyini bildirmişdir. Qeyis də cibindən 300 manatı çıxarıb İlhamın işinə görə Aydına vermişdir. Bundan sonra işin gedişatından heç bir xəbəri olmamışdır. Aydınla Qeyis özləri bir-biri ilə danışıb görüşmüşlər. Aydın və Qeyislə təsadüfi qarşılaşdıqda ona ümumi olaraq işin qaydasında olmasını demişlər. Bundan təxminən 20-25 gün sonra Kürdəmir rayonu Cəyli kəndində işdə olarkən Zərərçəkmiş şəxs3 ona zəng edərək evə dəvət etmiş, evdə görüşüb çay içmişlər. İlham qudası Lazım adlı şəxsin oğlu Zabilin təqaüdü ilə bağlı probleminin olduğunu və onun həll edilməsi üçün həmin şəxslərin kömək edib-etməyəcəyini ondan soruşmuşdur. İlhamdan niyə özünün Qeyislə danışmadığını soruşmuş, bundan sonra Lazım telefonla Qeyisə zəng edib, oğlunun xəstəliyi barədə məlumat vermiş, Qeyis də Aydınla danışıb düzələn iş olsa ona məlumat verəcəyini demişdir. Təxminən 4-5 gün sonra Qeyis ona zəng edib həmin işin də həll oluna biləcəyini, lakin Aydının bu işə görə 3800 AZN pul istədiyini demişdir.Təxminən 3-4 gün sonra Kürdəmir rayonu Cəyli kəndində olarkən İlhamın yaşadığı evə getmiş, Qeyisin sözlərini İlhama demiş və İlham da qudasına məlumat vermişdir. Qudası İlhama işin düzəlməyəcəyi halda ondan pulu tələb edəcəyini demişdir. Səhəri gün İlham qudası Lazım adlı şəxslə gəlib onunla görüşmüş, Lazım adlı şəxs ondan iş barədə maraqlanmış, Lazıma işi özü yox, Qeyis və Aydın adlı şəxslərın həll etdiklərini və İlhamın da onları tanımasını bildirmişdir. Lazım fikrini dəqiqləşdirib xəbər edəcəyini bildirmiş, bir neçə gün sonra Qeyisə zəng edib Lazımın işi barədə maraqlandıqda, Qeyis ona hələ bir xəbər olmadığını demişdir. Bir müddət sonra İlham ona zəng edib Lazım kişinin pulu düzəltdiyini və sabah gətirib ona verə biləcəyini demişdir. İlhama Qeyislə danışıb xəbər edəcəyini demiş və Qeyislə danışmışdır. Qeyis pulu alıb sonra ona verməsini istəmişdir. 08 may 2022-ci il tarixdə, saat 10 radələrində Lazımla Kürdəmir Rayon Poliklinikasının qarşısında görüşüb 3800 AZN məbləğində pulu ondan almış, dərhal Lazımın yanında Qeyisə zəng etmiş, harada olduğunu soruşmuş və pulu götürdüyünü demişdir. Qeyis də Kürdəmir rayon mərkəzi xəstəxanasının yanında olmasını, Aydının da orada olduğunu demişdir. Həmin yerə getmiş və Qeyis ondan 300 manat pul istəmişdir. 300 manatı Qeyisə verib, qalan pulu nəcə edəcəyini soruşmuş, Qeyis də pulu istədikdə verəcəyini bildirmişdir. Qeyis xəstəxananın içinə keçmiş, təxminən 1 saat sonra gələrək onda olan puldan 2600 manatı da götürərək xəstəxananın qarşısında Aydına vermişdir. Qalan pulu isə saxlamasını, istədikdə Aydına verməsini bildirmişdir. İlhamın pulundan qalan 900 manatı pulu Qeyisin özünə vermiş, sonra işinin arxasınca getmişdir. Tarixi dəqiq yadında olmadığı vaxtda Aydın görüş zamanı ona və X6 Bakı şəhərinə xəstəxanaya aparmalı olmasını demiş, bundan sonra onların nə iş gördüklərindən xəbəri olmamışdır. Tarixi yadında olmadığı vaxtda Qeyis ona Aydından narahat olduğunu, Aydın bu işləri düzəltməsə el arasında biabır olacaqlarını demiş, Qeyisə “özüvüz bilərsiniz” sözlərini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Kürdəmir rayon mərkəzi xəstəxanasının qarşısında yenidən Qeyislə birlikdə Aydınla görüşmüş, Aydın Zabilin göndərişini almaq üçün 1000 manat pul lazım olmasını demişdir. Qeyis isə Aydına Zabilin işinə görə 900 manat pul qalmasını bildirdikdə Aydın Qeyisdən 900 manatı almış və onlara burada onu gözləmələrini deyərək xəstəxanın inzibati binasına girmişdir. Onlar bir qədər dayanıb Aydını gözləmişlər, Aydın xəstəxananın inzibati binasından çıxaraq işi tam həll etdiyini, Zabilin təqaüdünün gələn ay veriləcəyini, yəni təqaüdün bərpa olunmasını bildirmişdir. Həmçinin Aydının və Qeyisin xx.xx.2022-ci il tarixdə olan söhbətlərinin səs yazısı mövcuddur.Həmin səs yazısını Aydının xəbəri olmadan istifadə etdiyi telefon vasitəsi ilə yazmış, həmin səs yazısında Aydın Qeyisdən 8000 AZN pul aldığını etiraf etmiş, Aydın həmin səs yazısında Qeyisin ona Mustafanın işinə görə 2300 AZN, İlhamın işinə görə 2800 AZN, Lazımın oğlunun işinə görə isə 2900 AZN almasını bildirmişdir. Bundan başqa Kürdəmir rayonu Cəyli kəndində Zərərçəkmiş şəxs6 evində elektirik sayğacına baxarkən Rahim kişi təqüdünün kəsilməsi barədə ona bildirmiş və onun qohumlarının işlərini düzəltdiyi üçün ona da köməklik etməsini xahiş etmişdir. Rahimə bu işlə Aydin adlı şəxsin məşqul olduğunu, Aydın razılıq versə, onları görüşdürə biləcəyini bildirmişdir. Rahim kişinin yanında dərhal Aydına zəng edib, Rahim adlı şəxsin təqaüdünü bərpa olunması barədə demiş, Aydın isə ona sənədlərə baxmalı olduğunu və həmin şəxslə onu görüşdürməsini demişdir. Təxminən saat 13-14 radələrində Aydın zəng edib Rahim kişinin təqaüdünün bərpası üçün 2000 manat pul lazım olmasını söyləmişdir. Rahim kişinin evinə gedərək bu barədə ona bildirmişdir. Rahim kişi həmin pulun çox olduğunu və həmin şəxslə birdə danışıb pulun məbləğini azaltmasını ondan xahiş etmişdir. Rahimə Aydınla özü görüşüb danışmasını demiş, bu sözü dedikdən sonra Rahim onunla razılaşmışdır. Səhəri gün, yəni 26 iyun 2022-ci il tarixdə danışıqlarına əsasən Rahim ilə Kürdəmir şəhərində hərbi komisarlığın yanında görüşmüş, oradan taksiyə minib Aydının olduğu yerə, yəni dəmiryolu vağzalı ilə üzbəüz olan kafeyə gəlmişlər. Aydın orada tək oturmuşdur. Onlar Aydın oturan masanın arxasında əyləşmiş, söhbət zamanı Aydın Rahimdən xəstəlik kağızları barədə sənədləri istəmiş, Aydın diqqətlə Rahim kişinin sənədlərinə baxaraq sənədləri ona qaytarıb “bu işi düzəltmək bir qədər çətindir, lakin Mustafanın, Lazımın və İlhamın işinə baxdıqda isə onun təqaüdünü bərpa etdirmək daha asandır”sözlərini deyərək öz telefonu ilə Rahim kişinin şəxsiyyət vəsiqəsinin şəklini çəkib götürmüş və ondan təqaüdünün bərpası üçün 2000 manat pul istəmişdir. Lakin Rahim kişi Aydınla söhbət edən zaman 2000 manat yox, 1900 manat verə biləcəyini demiş, Aydın onunla razılaşaraq “pulu çıxart ver təqaüdün 3 aya hazır olacaqdır”sözlərini demişdir. Rahim isə Aydına üzərində o qədər pul olmadığını, pulun evində olduğunu dedikdə Aydın Rahimə “Coşqun səninlə gedəcək pulu verərsən Coşquna” sözlərini demişdir. Bundan sonra Rahimlə birlikdə taksiyə minib Rahimin yaşadığı evə gəlmiş, Rahim kişi ona 1900 manat pulu vermişdir. Həmin pulu aldıqdan sonra, həmin günü saat 13 radələrində Aydının olduğu yerə gəlmiş və ikilikdə 1900 manat pulu sayıb Aydına vermişdir. Rahim kişinin təqüdünü düzəlmədiyini görüb ondan pulu istəmiş və pulu ona verdiyi üçün ondan istədiyini demişdir. O isə Rahimə pulun Aydında olduğunu və Aydından götürməsini, eləcə də Aydınla özü danışdığını, işinə heç-bir aidiyyəti olmadığını demişdir. Rahim kişi təbiətçə aqressiv olduğu üçün Rahimdən çəkinmiş, bundan sonra Rahim kişi ondan maaş kartını tələb etmiş və təqaüdü düzəldikdə əmək haqqı kartını qaytaracağını bildirmişdir. Əmək haqqı kartını Rahim kişinin tələbinə əsasən ona vermişdir. Aydından Rahim kişinin verdiyi 1900 manatı istəmiş, Aydınla Rahim kişini görüşdürməyə cəhd etmiş, lakin Aydın ona müxtəlif bəhanələr edərək hazırda Bakı şəhərində olduğunu, görüşə bilməyəcəyini və Rahim kişinin təqaüdünün yaxın günlərdə bərpa olunacağını deyib onu aldatmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs rayon sakini kimi 8-ildən çoxdur ki tanıyır,onunla yaxın münasibəti olmasa da, ictimai yerlərdə görmüşdür. Şahid1 isə kəndlərində işığa nəzarət etdiyi üçün tanıyır. 2022-ci ilin mart aylarında Coşqun ona zəng edərək bir nəfər tanışının təqaüdünün dayandırıldığını bildirmiş və təqaüdün bərpa olunmasına kömək edə biləcəyini soruşmuşdur. O isə rayon ərazisində bloger kimi tanınan Aydın adlı şəxsin bu işi düzəldə biləyəcini demişdir. Bir müddət sonra Coşqunla təsadüfən görüşərkən Coşqun Mustafa adlı abonentinin təqaüdünün kəsildiyini və həmin şəxsin təqaüdün bərpa edilməsi üçün həmin şəxsə kömək edə bilib-bilməyəcəyini ondan yenə də soruşmuşdur. O isə Coşquna Aydın adlı tanışının olduğunu, həmin şəxsin kömək edə biləcəyini, Aydınla bu barədə danışıb ona məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra Aydına zəng edib bir nəfərin təqaüdünün kəsildiyini və həmin şəxsə kömək edə biləcəyini soruşmuş, Aydın da sənədlərinə baxdıqdan sonra həmin şəxsə köməklik edib-etməyəcəyini bildirmişdir. Bu barədə Coşquna zəng edib əlaqə saxlamış və həmin şəxsin sənədlərini Aydına göstərməsi üçün ona verməsini demişdir. Bir neçə saat sonra Coşqun ona zəng edib Mustafa adlı şəxsin yanında olduğunu və onunla danışmaq istədiyini bildirmişdir. O, Mustafa ilə telefonla danışdıqda Mustafaya təqaüdün bərpası ilə məşğul olmadığını, lakin Aydın adlı tanışı olduğunu və təqaüdün bərpa olunmasında ona köməklik edəcəyini bildirmişdir. Coşqun Mustafanın sənədlərini ona gətirdikdən sonra Kürdəmir rayon İcra hakimiyyətinin qarşısında Aydınla görüşüb sənədləri ona vermişdir. Aydın da həmin sənədlərə baxdıqdan sonra məsləhətləşib bir söz deyəcəyini demişdir. Təxminən 3-4 gündən sonra Aydın ona zəng edərək Mustafanın işinin düzəlməsi üçün 2800 manat pul lazım olmasını demişdir. Aydına həmin pulları hara sərf edəcəyini soruşduqda Aydın həkimlərə pul verəcəyini bildirmişdir. Bundan sonra Coşquna zəng edib Mustafanın işinə görə Aydının 2800 manat pul istədiyini demişdir. Coşqun da Mustafa ilə danışıb ona xəbər edəcəyini bildirmişdir. Bir neçə saatdan sonra Coşqun ona zəng edərək Mustafanın yanında olduğunu və onunla danışmaq istəməsini demişdir. Mustafa ilə danışan zaman Aydının 2800 manat pul istədiyini və Aydının telefon nömrəsini ona verib təqaüdün bərpası üçün nə lazım olduğunu Aydının özündən öyrənməsini demişdir. Təxminən bir neçə gün sonra Aydın ona zəng edərək Mustafanın təqaüdünün bərpa olması üçün 2800 manatın 1000 manatını istəmişdir. O da Coşquna zəng edib Mustafanın təqaüdünün bərpası üçün Aydının 2800 manat pulun 1000 manatını istədiyini demişdir. Coşqun da Mustafa ilə danışdıqdan sonra ona məlumat verəcəyini demişdir.Təxminən 17 mart 2022-ci il tarixdə saat 12 radələrində Coşqunla Kürdəmir rayon İcra hakimiyyətinin qarşısında görüşmüş, 1000 manat pulu Coşqundan almış, Coşqundan pulu aldıqdan sonra Aydına zəng edib 1000 manat pulu harada verəcəyəni və harada olduğunu soruşduqda Aydın onun harada olduğunu soruşmuş və həmin kafeyə gəlmişdir. Həmin gün saat 16 radələrində Kürdəmir Rayon İcra Hakimiyyətinin yaxınlığında 1000 manat pulu Aydına vermişdir. Aydın 1000 manat puldan 900 manatını götürmüş, 100 manatını ona qaytarıb tibbi komissiya günü həmin 100 manatı ona verməsini, yoxsa onda qalsa, xərcləyəcəyini bildirmişdir. Həmiçinin pulu Aydına verməzdən əvvəl Aydını Mustafa ilə danışdırmışdır. Bir neçə gün sonra Aydın ona zəng edib Mustafanın təqaüdünün düzəlməsi üçün 1500 manat pul lazım olduğunu demişdir. O da Coşquna zəng edib Aydının qalan puldan 1500 manatı istədiyini bildirmişdir. Coşqun da Mustafa ilə danışdıqdan sonra ona xəbər edəcəyini demişdir. Bir neçə saatdan sonra Coşqun ona zəng edərək Mustafanın yanında olduğunu və Mustafanın onunla danışmaq istədiyini bildirmişdir. Sonra Mustafa ona zəng edib Coşqunun ondan 1500 manat pul istəməsini dedikdə, həmin pulu Aydının istədiyini və ona verməsi üçün Coşquna dediyini bildirmişdir. Bundan sonra Mustafaya Aydının nömrəsini bir daha vermiş və tam dəqiq məlumatları Aydının özündən öyrənə biləcəyini demişdir. Təxminən xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Kürdəmir rayon İcra hakimiyyətinin qarşısında olan kafedə Coşqun və Mustafa ilə görüşmüşdür. Mustafa və Coşqunla bir az söhbətləşdikdən sonra Mustafa 1500 manat pulu ona vermiş, o da pulu alanda Aydına zəng edib pulun onda olduğunu və Mustafanın da yanında olduğunu demiş və telefonu Mustafaya verib Aydınla danışdırmışdır. Mustafa Aydınla danışanda 1500 manatı ona verdiyini və nə zaman Bakı şəhərinə xəstəxanaya gedəcəkləri vaxtı təyin etmişlər. Bundan sonra Mustafa və Coşqun getmişdir. Bir neçə dəqiqədən sonra Aydın onun olduğu kafeyə gəlmiş, Aydın Mustafa ilə Bakı şəhərinə gədəcəkləri günü müəyyən etdiyini və qısa zamanda onun təqaüdünü bərpa etdirəcəyini demişdir. Bundan sonra 1500 manat pulu Aydına vermişdir. Aydın bu dəfədə də 100 manatı ona qaytarmış, sonra götürəcəyini demişdir. Beləlıklə də onda 200 manat pul qalmışdır. Təxminən bir neçə gün sonra Mustafa ilə Aydın Bakı şəhərinə getmiş və Aydın həmin vaxt Mustafadan 300 manat pulu almışdır. Təxminən 2022-ci ilin mart ayında Coşqun ona zəng edib onunla görüşmək istədiyini demişdir. Coşqunla Kürdəmir şəhərində Beynəlxalq Bankın yaxınlığındakı kafedə görüşmüşlər. Coşqun ondan Kürdəmir rayonu Cəyli kəndində tanışı olan İlham adlı şəxsin təqaüdünün bərpası üçün Aydına deməsini xahiş etmişdir. O, Coşqunun yanında Aydına zəng edib bu barədə danışmışdır. Aydın həmin şəxsin sənədlərini ona gətirməsini demişdir. Bundan sonra Coşqun İlhamın sənədlərinin kserosürətlərini ona vermişdir. Coşqundan səndlərin kserosurətini aldıqdan sonra Aydına zəng edib sənədlərin surətlərinin onda olduğunu demişdir. Bir neçə dəqiqə sonra Aydın onun olduğu kafeyə gəlib, həmin sənədlərə baxmış və həmin sənədlərin əslini istəmişdir. Coşquna zəng edib həmin sənədlərin kserosürətlərini lazım olmadığını və əslini gətirməsini demişdir. Coşqun da İlhamla danışdıqdan sonra ona bildirəcəyini demişdir. Bir neçə gün sonra Coşqun ona İlhamın sənədlərinin əslini gətirib vermiş, o da həmin sənədləri Aydına vermişdir. Aydın sənədlərə baxıb həkimlərlə məsləhətləşib ona xəbər edəcəyini demişdir. Təxminən 2 gün sonra Aydın ona zəng edib görüşmək istədiyini demiş, Aydınla Kürdəmir şəhərində kafedə görüşmüşlər. Aydın İlhamın işinin ağır olduğunu və sənədlərin az olduğunu müxtəlif yerlərdən sənədlər toplanmalı olduğunu deyib bunun üçün 3500 manat pul lazım olduğunu demişdir. Aydının dediklərini Coşquna zəng edib demişdir. Coşqun da İlhamla danışıb ona xəbər edəcəyini demişdir. Bir müddət keçəndən sonra Aydın ona zəng edərək İlhamın işi üçün 3500 manat pulun 1000 manatını istəmişdir. O, Coşquna zəng edib Aydının 3500 manat puldan 1000 manatını istədiyini demişdir. Coşqun da İlhamla danışıb ona xəbər edəcəyini demişdir. Bir necə saat sonra Coşqun ona zəng edərək İlhamın onunla danışmaq istədiyini demişdir. İlhamla telefonda danışıb ona təqaüdünün bərpasını düzəldənin Aydın adlı şəxs olduğunu və ona bu işin düzəlməsinə nəzarət etdiyini demişdir. İlham da ona Coşqunla 1000 manat pulu göndərəcəyini demişdir. Təxminən 08 aprel 2022-ci il tarixdə saat 10 radələrində Kürdəmir rayon İcra Hakimiyyətinin qarşısında olan kafedə Coşqunla görüşmüş, 1000 manat pulu Coşqundan alıb onun yanında Aydına zəng edib 1000 manat pulun onda olduğunu və ona necə verəcəyini soruşmuşdur. Həmin gün saat 15 radələrində Aydın onun olduğu kafeyə gəlib 1000 manat pulu ondan alaraq İlhamın sənədlərinin düzəlməsi üçün lazım olduğunu demişdir. Bir neçə gün sonra Aydın ona yenə də zəng edərək İlhamın təqaüdünün düzəlməsi üçün 3500 manat puldan 1000 manatının yenə lazım olduğunu demişdir. O, Coşquna zəng edib bu barədə bildirmişdir. Coşqun da bu barədə İlhamla danışıb xəbər edəcəyini demişdir. Bir gün sonra Coşqun ona zəng edərək 1000 manat pulun hazır olduğunu demişdir. Coşquna 1000 manatı Aydına şəxsən verməsini demişdir. Aydının telefon nömrəsini Coşquna, həmçinin İlhama vermişdir. İlham Coşqunla birlikdə Kürdəmirə gəlib Aydına 1000 manat pulu vermişlər. Təxminən bir neçə gün sonra Aydın yenə də zəng edərək qalan 1500 manat pulu istəmişdir. Coşquna zəng edərək Aydının 1500 manat pul istədiyini demişdir. Coşqun da İlhamla danışıb ona xəbər edəcəyini bildirmişdir. Həmin gün axşam saat 20 radələrində Coşqun ona zəng edərək İlhamın pulu hazır etdiyini, 1500 manat pulu sabah verəcəyini demişdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Beynəlxalq bankın qarşısında olan kafedə İlham və Coşqunla görüşmüş, İlham və Coşqunla söhbət etdikdən sonra həmin pulu Aydının istədiyini demiş və onların yanında Aydına zəng edib pulun hazır olduğunu demişdir. Aydınla telefonla danışan zaman ondan İlhamı nə zaman xəstəxanaya aparacağını soruşmuş və Aydın da ona İlhamı qısa müddətdə aparacağını demiş və İlhamdan 1500 manat pulu götürmüşdür. Coşqunla İlham getdikdən sonra Aydın kafeyə saat 15 radələrində gəlmiş, 1500 manat pulu Aydına vermiş və İlham xəstə olduğu üçün onu xəstəxanaya aparıb təqaüdünün bərpa olunmasını demişdir. Aydın da 1500 manat puldan 800 manatını götürüb, qalan 700 manatı ona tibbi komissiya günü verməsini, yoxsa “caamatın pulunu xərcləyəcəyini” demişdir. Aydınla razılaşmış və Aydına Mustafanın işinə görə 200 manat, İlhamın işinə görə isə 700 manat pulun onda olmasını demişdir. Aydına 900 manatı götürüb özündə saxlamasını dedikdə Aydın qoy səndə qalsın-demişdir. 2022ci ilin may ayının əvvəllərində Coşqun ona zəng edərək İlhamın qohumunun oğlunun təqaüdünün kəsildiyini və bu barədə Aydına deməsini ondan xahiş etmişdir. Coşquna Kürdəmir şəhərinə gəldikdə görüşüb söhbət edəcəklərini demişdir. Bir gün sonra Coşqunla Kürdəmir şəhərində İcra hakimiyyətinin qarşısında olan kafedə görüşmüşdür. X21 adlı qohumu olduğunu və onun oğlu Zabilin təqaüdünün kəsildiyini demişdir. O, Aydına zəng edib bu barədə demişdir. Aydın da ona Mustafa ilə İlhamın işini həll etdikdən sonra bu məsələyə baxacağını demişdir. Aydının dediklərini Coşquna demiş, bir neçə gündən sonra Aydın ona zəng edərək həmin şəxsin xəstəlik sənədlərini istəmişdir. Coşquna zəng edib Aydının dediklərini ona demişdir. Bir neçə gün sonra İlham ona zəng edərək qohumu Lazımın oğlunun təqaüdünün düzəlməsi üçün köməklik istəmiş, bu barədə Aydına dediyini və Aydından xəbər gözlədiyini demişdir. Bir neçə gün sonra İlham ona zəng edərək Lazımın oğlunun təqaüdünün düzəlməsi üçün Aydınla özü danışmaq istədiyini demişdir. O isə İlhama Aydının nömrəsini vermişdir. Bir neçə gün sonra Aydın ona zəng edərək Lazımın oğlu Zabilin təqaüdünün düzəlməyi üçün 3800 manat pulun Lazımdan götürməsini demişdir. O da bu barədə Coşquna zəng edib bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Coşqun ona zəng edərək pulun onda olduğunu və harada görüşəcəyini demişdir. Coşqun Kürdəmir rayon Mərkəzi Xəstəxanasında olduğu üçün ora gəlmişdir. Həmin vaxt Coşqunun yanında Aydına zəng edərək harada olduğunu soruşmuş, Aydın da mərkəzi xəstəxanada olduğunu demişdir. Aydına pulun onda olduğunu dedikdə Aydın da həmin puldan 300 manatı göndəriş almaq üçün ona gətirməsini demişdir. Coşqundan həmin gün saat 11 radələrində 300 manat pulu götürüb qalan pulu özündə saxlamasını demişdir. 300 manatı xəstəxanada Aydına vermiş, bir neçə dəqiqədən sonra Aydın ona zəng edərək təcili Bakı şəhərinə gedəcəyini və 2600 manat pulun lazım olduğunu, həmin şəxslə sonradan birlikdə Bakı şəhərinə gedəcəyini bildirmişdir. Coşqundan 3200 manat pulu alıb aparıb Aydına xəstəxanın içərisində 2600 manatını vermiş, Aydın isə ona axırıncı komissiya vaxtı yerdə qalan 900 manatı ondan götürəcəyini demişdir. Həmin gün axşam Coşqun ona zəng edərək Aydının Zabili Bakıya aparmadığını demişdir. Aydına zəng edərək Zabili Bakıya niyə aparmadığını soruşmuş, Aydın da ona sabah Bakıya Zabili aparacağını demişdir. Coşquna Aydının tapşırığına əsasən səhər Zabilin Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gəlməsini demişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 09 radələrində Aydına zəng edib təkidlə Zabili Bakı şəhərinə aparmasını demişdir. Bundan başqa qohumu Zərərçəkmiş şəxs5 təqaüdünün kəsildiyini ona demiş və həmin təqaüdün düzəlməsində ona köməklik etməsini xahiş etmişdir. Bu barədə Aydınla danışmış, Aydın da ona təqaüdünü bərpa etdirə biləcəyini demiş, bunun üçün 700 manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs5 bu barədə demişdir. Təranə pulu düzəldib ona xəbər edəcəyini demişdir. Təxminən 28 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs5 ona zəng edərək pulun hazır olduğunu və həmin pulu götürməsini demişdir. O, həmin gün saat 17 radələrində Zərərçəkmiş şəxs5 yaşadığı Kürdəmir rayonu Karrar kəndində olan evinə getmiş, 700 manat pulu Təranədən almış, Aydına bu barədə zəng edib məlumat vermişdir. 29 may 2022-ci il tarixdə saat 10 radələrində Kürdəmir şəhərində İcra Hakimiyyətinin qarşısında olan kafedə görüşmüş və Aydına 700 manat pulu vermişdir. Aydına pulu verdikdən sonra Zərərçəkmiş şəxs5 ilə danışdırıb pulu Aydına verdiyini demişdir. Aydın da Zərərçəkmiş şəxs5 qısa zaman ərzində Bakı şəhərinə gedəcəyini və onu da aparacağını demişdir. Bir neçə gün keçdikdən sonra Zərərçəkmiş şəxs5, onun anası Şahid6 və Aydın ilə birlikdə Bakı şəhəri Topcubaşov adına xəstəxanaya getmişlər. Orada Zərərçəkmiş şəxs5 Aydın müxtəlif müayinələrə salmış, həmin xəstəxanada həkimlərə pul verdiyini desə də, lakin onun heç bir həkimə pul vermədiyinin şahidi olmuşlar. Aydından pulu geri istədikdə Aydın bəhanə gətirərək işi olduğunu və onu gözləmələrini demişdir. Lakin bir neçə saat Aydını gözləsələr də, Aydın gəlməmişdir. Bundan sonra Aydına zəng etsələr də, Aydına zəng çatmamışdır. Bundan sonra Kürdəmir rayonuna qayıtmışlar. Aydının onları yarı yolda qoyduğunu görüb Aydına qarşı içində şübhə yaranmışdır.Bir neçə dəfə Aydınla telefon əlaqəsi saxlayaraq işlərin nəticəsi ilə maraqlanmışdır. xx.xx.2022-ci il tarixdə, günorta vaxtları Coşqun və Aydını xəstəxananın qarşında olan kafeyə görüşə çağırmış, ilk əvvəl görüşə Coşqun gəlmişdir. Coşqun ona Aydının səsini hər ehtimala görə yazacağını demiş, o isə Coşquna problem olmadığını demişdir. Aydın sonradan kafeyə gəlmiş və Aydın gəlməmişdən əvvəl Coşqun telefonunda səs yazmanı qoşmuşdur.Çayxanada Aydının səsini Coşqun yazmış, orada Aydın ümumikdə 8000 manat pulun onda olduğunu özü etiraf etmişdir. 03 iyun 2022-ci il tarixdə saat 11 radələrində Aydını telefon zənginə əsasən çağırmış və X11 Rayon mərkəzi xəstəxanasının qarşısında həyətdə görüşmüşlər. Aydın İlhamın işinin həll olunmaq üzrə olduğunu və əlavə pul lazım olacağını demişdir. Aydına İlhamın işinə görə 700 manat pulun üstündə olduğunu demişdir. Aydın həmin pulun 400 manatını istəmişdir. 400 manatı Coşqunun yanında Aydına vermişdir. Aydın ondan 400 manatı götürüb xəstəxanaya qalxmış və 10-15 dəqiqə keçmişdir ki, gəlib ona qalan 300 manatı da verməsini, yoxsa işin düzəlmədiyini demişdir. Cibindən İlhamın işinə görə qalan 300 manatı çıxarıb Aydına vermişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Aydın, o və Coşqun Kürdəmir rayon xəstəxanasının həyətində Aydınla görüşmüşlər. Aydın Mustafanın işini düzələcəyini deyib ondan qalan 200 manatı Coşqunun yanında alıb xəstəxananın içərisinə daxil olmuş və onlar da öz yaşadıqları evə getmişlər. Buna baxmayaraq artıq Aydına qarşı şübhələri artmış, Aydın telefon zənglərinə qəsdən cavab verməmişdir. Sonra yenidən görüşmək qərarına gəlmişlər. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Kürdəmir rayon mərkəzi xəstəxanasının qarşısında yenidən Coşqun və Aydınla görüşmüşlər. Aydın Zabilin göndərişini almaq üçün 1000 manat pul lazım olmasını dedikdə Aydına Zabilin işinə görə 900 manat pul qalmasını bildirmişdir. Aydın ondan 900 manatı almış, onlara onu burda gözləmələrini deyərək xəstəxananın inzibati binasına girmişdir. Bir qədər dayanıb Aydını gözlədikdən sonra Aydın xəstəxananın inzibati binasından çıxaraq işi tam həll etdiyini, Zabilin təqaüdünün gələn ay veriləcəyini, yəni təqaüdün bərpa olunmasını demişdir. Zərərçəkmiş şəxs2 təqaüdünün düzəlməsi üçün Aydın 2800 manat pul istəmiş, həmin pulun 2500 manatını hissə-hissə Coşqundan alıb Aydına vermiş, 300 manatını da Zərərçəkmiş şəxs2 özü Aydına vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 təqaüdünün bərpası üçün Aydın 3500 manat pul istəmiş, həmin 3500 manat pul hissə Aydının özünə verilmişdir. Bundan başqa Zərərçəkmiş şəxs4 oğlu Zabilin təqaüdünün bərpası üçün Aydın 3800 manat pul istəmiş, həmin pulu Aydının istəyi ilə Coşqundan hissə hissə alıb ümumilikdə 3800 manat pulu Aydına vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs5 təqaüdünün bərpası üçün Aydına 700 manat pul vemişdir. Ümumilikdə Təqsirləndirilən şəxs hissə-hissə 10800 manat pul verilmişdir.Təqsirləndirilən şəxs ümumilikdə aldığı 10800 manat puldan ona qaytarmamışdır. 10800 manat pulun hamısı Aydının özündə qalmışdır. Ambulator məhkəmə psixiatrik ekspertizanının 23 sentyabr 2022-ci il tarixli, 585 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs özünükəsmələrlə müşaiyət olunan emosional davamsız şəxsiyyət pozuntusu müəyyən olunar. Ona şamil edilən hazırki cinayət əməlini törədərkən anlaqlı olmuşdur. Onun əməli CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İstintaq zamanı Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD-diskdə olan səs yazısına baxış keçirilməsi barədə protokoldan görünür ki, Şəbinə Mustafayeva ilə Təqsirləndirilən şəxs aralarında sonuncunun pul tələb etməsi ilə bağlı danışıqlar aparılmışdır. Zərərçəkmiş şəxs7 könüllü olaraq Təqsirləndirilən şəxs kartına xx.xx.2022-ci il tarixdə, saat 20:20 dəqiqədə göndərdiyi 400 manat pula dair və xx.xx.2022-ci il tarixdə, saat 16:22 dəqiqədə göndərdiyi 200 manat pula dair 02 ədəd qəbzləri, eləcədə 03 ədəd CD-diski təqdim etmiş və bildirmişdir ki, həmin audio yazılarda onun, Şahid4 və Təqsirləndirilən şəxs səs yazılarıdır. Həmin səs yazısına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs7 pul tələb edir, Zərərçəkmiş şəxs7 ona 500 manat verməsini təklif edir, Təqsirləndirilən şəxs 500 manata razı olmadığını bildirir və 1500 manat pul tələb edir, pulun miqdarı ilə aralarında mübahisəli danışıq aparılır. Şahid1 istintaqa təqdim etdiyi, Şahid2 və Təqsirləndirilən şəxs ilə aralarında aparılmış danışıqların qeydə alındığı CD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Şahid1 Kürdəmir şəhər çayxanalarının birində Şahid2la birlikdə oturub Təqsirləndirilən şəxs gəlməsini gözləmişlər. Həmin zaman Təqsirləndirilən şəxs onların yanına gələrək salamlaşır və Şahid1 Aydın Məmmdova sual verir ki, “aldığın pullarla bağlı səndə nə qədər pul var?” Təqsirləndirilən şəxs isə Şahid1 və Şahid2 bildirir ki, Mustafaya görə 900 manat bir, əlavə olaraq 1400 manat pul, yəni Mustafanın işinə görə cəmi 2300 manat pul almışdır. İlhamın işinə görə 2800 manat, Lazımın işinə görə 300 manat bir, 2600 manat cəmi 2900 manat, ümumilikdə 8000 manat pulu almışdır, pulu almasını bildirməsi səs yazmada əks olunur. Təqsirləndirilən şəxs bildirir ki, “ bu 3 iş inşallah yaxın günlərdə həll olunacaq.”Təqsirləndirilən şəxs təkrar olaraq bildirir ki, bu işləri həll edəcək, lakin həmin şəxslər ona zəng edib narahat etməsinlər və tələsdirməsinlər. Şahid2 bildirir ki, “bu işlər sənə həvalə olunub və bu işlərə görə biz el arasında biyabır olmayaq. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutularkən onun üzərində olmuş «Samsung Galaxy A12» markalı mobil telefon götürülmüş və telefona baxış keçirilməsi barədə protokoldan görünür ki, telefonun yaddaş hissəsində «mənim fayyllarım» olan elektron faylın içərisində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs7 işlədiyi lombardı kənardan çəkərək öz səsi ilə göstərib bildirir ki, həmin lombard Zərərçəkmiş şəxs7 məxsusdur, lombardda Zərərçəkmiş şəxs7 tərəfindən hərbiçilərə böyük faizlə pul verilir, əvəzində sonuncu hərbiçilərdən hərbi bileti götürərək dövlət sirrinin yayılmasına səbəb olur. Digər faylda isə Təqsirləndirilən şəxs özü əks olunub. Həmin faylda Zərərçəkmiş şəxs7 işlədiyi lombardı çəkilib internet vasitəsi ilə buraxdığını və takipçilərinin onun efirə buraxdığı videorolikləri takip etməsini izah edir. Videoçəkilişin 3-cü faylında Təqsirləndirilən şəxs eyni mətnlə Respublikanın müxtəlif orqanlarına müraciət edərək Zərərçəkmiş şəxs7 cinayət törətməsi, dövlət sirrini yayması ilə bağlı ittiham irəli sürür, həmçinin buna səbəb kimi isə Zərərçəkmiş şəxs7 hərbiçilərin hərbi biletini alaraq yüksək fazilə pul verməsini əsas gətirir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Hərbi Məhkəməsinin 29 dekabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğndə cərimə cəzasına məhkum olunmuş, 15 aprel 2010-cu il tarixdə cərimə tam ödənilmişdir. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2011 və 2015-ci ildə doğulmuş uşaqları vardır. Təqsirləndirilən şəxs yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. “Kürdəmir rayon mərkəzi xəstəxanası” X17dən daxil olan xx.xx.2022-ci il tarixli, 659 nömrəli məktubdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Kürdəmir rayonu Xırdapay kənd sakini Təqsirləndirilən şəxs “Kürdəmir rayon mərkəzi xəstəxanası” X17 poliklinika şöbəsində həkim narkoloqun qeydiyyatında yoxdur. xx.xx.1990-cı il təvəllüdlü Kürdəmir rayonu Xırdapay kənd sakini Təqsirləndirilən şəxs 2010-cu il tarixdən “Şəxsiyyətin emosional davamsız pozuntusu” diaqnozu ilə Kürdəmir rayon mərkəzi xəstəxanası “X17” poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 haqqında rüsvayedici məlumatlar yayacağı hədəsi ilə ondan təkrarən hədə-qorxu ilə pul tələb etməsi, ümumilkdə 600 manat pulunu hədə-qorxu ilə ələ keçirməsi, təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 2800 manat, Zərərçəkmiş şəxs3 3500 manat, Zərərçəkmiş şəxs4 3800 manat, Zərərçəkmiş şəxs5 700 manat, Zərərçəkmiş şəxs6 1900 manat pulunu ələ keçirməsi, əmlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlililiyi kifayət qədər sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq olunmüş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 hədə-qorxu ilə 500 manat pul tələb etməməsi, Zərərçəkmiş şəxs1 özünün ona barəsində olan videonu silməsi üçün 500 manat pul təklif etməsi, Zərərçəkmiş şəxs2 dayandırılmış təqaüdünü bərpa etirməyi vəd etməklə 2800 manat pul almaması, Zərərçəkmiş şəxs3 dayandırılmış təqaüdünün bərpa olunması üçün ondan 3500 manat pul almamaısı, Zərərçəkmiş şəxs3 Qeys Məmmədova 1000 manat pul verməsi, Qeys Məmmədov həmin pulun 50 manatını ona verməsi, qalan 950 manatanı isə özünə götürməsi, Şahid5 dayandırılmış pensiyasını bərpa etdirəcəyini vəd etməklə ondan 3800 manat məbləğində pul almaması, Qeys Məmmədovun tapşırığı ilə Şahid5 ona cəmi 200 manat pul verməsi, həmin pulun 150 manatını Qeys Məmmədovun tapşırığı ilə həkimə verməsi, yalnız 50 manatını özünə götürməsi, Zərərçəkmiş şəxs5 dayandırılmış təqaüdünü bərpa etdirmək üçün ondan 700 manat məbləğində pul almaması, Zərərçəkmiş şəxs6 dayandırılmış təqaüdünü bərpa etdirməyi vəd etməklə ondan 1900 manat məbləğində pul almaması, bir dəfə Mayıl Rəhimov və Şahid1la görüşdükləri zaman X13 Mahmudova 900 manat pul verməsi, Şahid1 isə həmin pulu kimə verməsi barədə məlumatının olmaması, Zərərçəkmiş şəxs7 işlədiyi lombard barədə rüsvayedici məlumatlar, videoçəkilişləri yaymaq hədəsi ilə ondan pul tələb etməməsi və 600 manat pul almaması barədə ifadələrini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2 və 182.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasənt törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini isə CM-nin 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halları müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 182.2.2-ci maddələrində nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı 22 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 05 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan “FİCUTSU» markalı noutbuk və «Samsung Galaxy A12» markalı mobil telefon onun ailəsinə verilməlidir. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 cinayət nəticəsində dəymiş 2800 manat, Zərərçəkmiş şəxs3 3500 manat, Zərərçəkmiş şəxs4n 3800 manat, Zərərçəkmiş şəxs5 700 manat, Zərərçəkmiş şəxs6 isə 1900 manat məbləğində ziyanı Təqsirləndirilən şəxs mülki mühakimə icraatı qaydasında tələb etmək hüquqları izah olunmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 178.2.2ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 182.2.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 05 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus, Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan “FİCUTSU» markalı noutbuk və «Samsung Galaxy A12» markalı mobil telefon onun ailəsinə verilsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 cinayət nəticəsində dəymiş 2800 manat, Zərərçəkmiş şəxs3 3500 manat, Zərərçəkmiş şəxs4n 3800 manat, Zərərçəkmiş şəxs5 700 manat, Zərərçəkmiş şəxs6 isə 1900 manat məbləğində ziyanı Təqsirləndirilən şəxs mülki mühakimə icraatı qaydasında tələb etmək hüquqları izah olunsun. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar