Məhkəmə qərarları › İş №1(099)-92/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-92/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-92/2024 09.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X11, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci il tarixdə Sabirabad rayonu Türkədi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 3 uşaq atası, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu Türkədi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 149.2.4 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs qarşı olan cinsi ehtirasını təmin etmək məqsədi ilə 15 fevral 2023-cü il tarixdə saat 18 radələrində sonuncunun yaşadığı Sabirabad rayonu Türkədi kəndindəki evin qarşısına gəlmiş, həmin vaxt qeyd olunan yerə ov etmək məqsədi ilə gəlməsi görüntüsü yaradaraq özü ilə qoşa lüləli 16 çaplı B-243 nömrəli ov silahını və həmin silahdan istifadə edilən patronları da götürərək evin hasarından tullanmaqla həyətə daxil olmuş, Zərərçəkmiş şəxs heyvanlara su vermək üçün evin həyətyanı sahəsində yerləşən tövləyə keçməsini görüb, Azərbaycan Respublikası Qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, qanunun nəzərdə tutduğu mənada yaşayış sahəsinin tərkib hissəsi olmaqla digər tələbatın ödənilməsi üçün, o cümlədən də heyvanların saxlanılması üçün istifadə edilən tövləyə Zərərçəkmiş şəxs iradəsinə zidd daxil olaraq, tövlənin dəmir qapısının keçəcəyini arxadan bağlayıb əlində olan ov tüfəngini sonuncuya qarşı tuşlamaqla səsini çıxarmamasını tələb edərək öldürəcəyi ilə hədələmiş, həmin vaxt onun üzərinə doğru gəldiyini görən Zərərçəkmiş şəxs özünü müdafiə etmək üçün əlinə yaba götürsə də, o, sonuncunun sol qolundan tutub burmaqla yabanı əlindən alaraq üzünü divara dirəyib cinsi əlaqədə olmaq istəyini bildirmiş, Zərərçəkmiş şəxs imtina edib müqavimət göstərdikdə, o, sonuncunu zərərsizləşdirməklə özünə tabe etmək məqsədi ilə zor tətbiq edərək Zərərçəkmiş şəxs sağ gözaltı nahiyədə, sol baldırın yuxarı üçdə birində sıyrıqlar, sol yanaq nahiyəsində, boynun sağ yan səthində, sağ kürək sümüyü proyeksiyasında qançırlar, alt və üst dodaqda selikli qişada yara və qansızmalardan ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətlərı yetirib, əlini zərər çəkmişin əynində olan xalatının daxilinə salaraq, bədən nahiyələrində gəzdirməklə, ereksiya vəziyyətində olan cinsiyyət orqanını bədəninə toxundurmaqla, xalatının zəncirbəndini çəkməklə və şalvarını aşağı endirməklə soyundurmağa cəhd etmiş, həmin vaxt Zərərçəkmiş şəxs fəal müqavimət göstərib tövlənin divarına qoyulmuş toxmaq kimi istifadə edilən çubuğu götürüb qeyri-ixtiyari arxaya doğru zərbə endirməklə ona sol bazu oynağının ön səthində sıyrıqlarla müşayiət olunan dərəcəsi təyin olunmayan bədən xəsarətlərı yetirib əlindən çıxaraq oradan qaçıb uzaqlaşdığından, o, iradəsindən asılı olmayan səbəblərdən əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs zorlamağa cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 29,149.2.4 və 157.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 fevral 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı Sabirabad rayonu Türkədi kəndinin ərazisində yerləşən əkin sahəsində çəpər çəkmək üçün işləməyə getmişdir. Evdən çıxan zaman babasından qalan ov tüfəngini də özü ilə götürmüşdür. Saat 12-də qızını məktəbə aparıb qoymuş, sonra yenidən əkin sahəsinə qayıtmışdır. Saat 18-ə qədər sahədə işləmiş, qızını məktəbdən gətirmək üçün sahədən yola çıxmışdır. Qızının hələ gəlmədiyini görüb onu gözləyərkən su kanalında porsuq görmüşdür. Onu ov tüfəngilə vurmaq üçün atəş açmaq istəmiş, lakin porsuğu götürə bilməyəcəyini fikirləşib atəş açmamışdır. Porsuğu vurmaq üçün su kanalının üstündən keçib divardan aşıb Zərərçəkmiş şəxs həyətinə keçmiş, onların evində heç kim yaşamamışdır. O, divarı aşandan sonra zərərçəkmiş şəxs Lalənin həyətdə olduğunu görmüşdür. Hasardan aşarkən tövlədə olan inəklər hürkmüş, inəyin ayağı Laləyə dəyərək sonuncu yerə yıxılmışdır. Bu zaman Zərərçəkmiş şəxs üzr istəmiş, lakin Lalə deyinədeyinə oradan çıxıb getmişdir. Həmin vaxtı kollektorun üstündən keçmişdir ki, porsuğun orada olub-olmamasını görsün. Laləgilin həyətindən porsuğu su kanalında görən kimi hasardan keçib porsuğa tüfənglə atəş açmışdır.Bu zaman qışqırıq səsi eşitmiş, baxdıqda həyətdə olan Lalənin qaynanası Tükazbanın qışqırdığını görmüşdür. Ona özünü təqdim edərək Elvin olduğunu demiş, Tükazban isə əsəbləşərək ona burada nə etdiyini soruşmuşdur. Bundan sonra çıxıb evinə getmişdir. Sonra polis əməkdaşları gəlib onu şöbəyə aparmışlar. Polis şöbəsində 48 saat saxladıqdan sonra evə buraxılmışdır. Bir həftədən sonra yenidən rayon polis şöbəsinə çağırılmışdır. Araşdırma başlanılmış və həkim müayinəsindən keçmişdir. Bədənində heç bir xəsarət izləri olmamışdır. Qaşınmadan bədənində qızartı izləri əmələ gəlmişdir. Həkimə bədənində xəsarətin olmadığını demiş, lakin həkim ona “bilirəm xəsarət izi yoxdur, amma mən xəsarət olduğunu yazmalıyam” demişdir. Laləni zorlamaq istəməmişdir. Özünü təqsirli bilmir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, sahəyə işləməyə gedəndə həmişə ov tüfəngini özü ilə götürmüşdür. Həmin tüfənglə arada bir ov da etmişdir. Laləni və onun ailəsini tanıyır. Həmin evdə yaşayış olmayıb. Lalə onun uzaq qohumudur. Lalənin qaynanası Tükazban həm qonşularıdır, həm də yeznəsinin bacısıdır. Tükazbanla Lalə bir evdə qalırlar. Laləni zorlamaq istəməmişdir. Lalənin nə üçün ondan şikayət etdiyini bilmir, onu əvvəllər də tanımış, münasibətləri yaxşı olmuşdur. Özündə olan ov tüfəngi babasından qalmışdır, tüfəngin heç bir sənədi yoxdur. Silahdan atəş açdığı üçün Lalədən və onun qaynanasından üzr istəmişdir. Laləni əxlaqlı və namuslu bir qadın kimi tanımışdır. Hadisə günü spirtli içki qəbul etməmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq hərəkətinin protokolları, sənədlər, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Sabirabad rayonu Türkədi kəndində yaşayır. Elvini bir həmkəndlisi kimi tanıyır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində köhnə evlərinin həyətində heyvan otarmağa getmişdir. Həyətə gedib mal-qaranı yemləmiş, sonra isə su kranından vedrəyə su doldurub inəklərə vermək üçün həyətə gəlmiş, bu zaman evin giriş qapısı kimi istifadə olunan darvazasının altında ov tüfəngini görmüşdür. Biraz sonra evin həyətyanı sahəsində olarkən Elvinin giriş qapısının sol hissəsindəki hasardan həyətə tullandığını, həyətə keçən kimi əyilib tüfəngi götürüb çiyninə asdığını görmüşdür. Bu zaman ondan burada nə etdiyini, nə üçün həyətə keçməsinin səbəbini soruşmuş, o, həyətə quş vurmaq üçün keçdiyini bildirmişdir. Onun bu hərəkətinə əsəbləşmiş və Elvinə həyətdə quş vurmaq üçün yer olmadığını bildirərək, dərhal həyəti tərk etməsini ondan tələb etmişdir. Elvinin gedəcəyini düşünərək tövləyə girmişdir. Tövləyə girdikdən sonra Elvinin də onun arxasınca gəldiyini hiss etmiş, bu zaman arxaya çönüb baxanda Elvinin tövləyə çiynində ov tüfəngi ilə daxil olub tövlənin qapısını çəkib kəndirlə bağladığını görmüşdur. Elvin ov tüfəngini ona tərəf tuşlayaraq, səsini çıxardacağı halda onu öldürəcəyini demişdir. Elvindən özünü müdafiə etmək üçün əlinə yabanı götürmüşdür. Elvin yabanı onun əlindən almış, sonra sol qolunu burub arxa tərəfinə keçərək, onu tövlənin divarına tərəf dirəmiş, sağ əli ilə boğazını sıxmış, daha sonra onu arxadan qucaqlayaraq cinsi əlaqədə olacağını demişdir. Elvin əli ilə onun ağzını tutmuşdur ki, qışqırmasın. Buna görə də ağzından qan gəlmişdir. Elvin bu zaman onun boynunu arxa hissədən öpməyə çalışmış, sağ əlini xalatının içərisinə salaraq, əllərini döşlərində və bədəninin müxtəlif yerlərində gəzdirmiş, əynindəki xalatını soyundurmağa çalışmışdır. Elvinin gərginləşmiş cinsiyyət orqanının ona toxunduğunu hiss etmişdir. Elvin bir neçə dəfə də onu soyundurmağa cəhd etsə də buna mane olmuşdur. Həmin vaxtı yaxınlıqdakı toxmağı götürüb, arxa tərəfə zərbə endirmiş, nəticədə Elvin arxasından çəkildiyi üçün arxası üstə yerə yıxılmışdır. Daha sonra isə durub qaçmışdır. Elvin onun arxasınca qışqıraraq bu barədə kiməsə desə onu öldürəcəyi ilə hədələmişdir. Qorxduğu üçün dərhal qaça-qaça yaşadığı qaynanasının evinə getmiş, daha sonra bu barədə polisə şikayət etmişlər. Lalə Eyvazova verilən suallara cavab olaraq bildirmişdir ki, Elvinin məhkəmədə göstərdikləri yalandır. Hadisə axtı Elvinin cinsiyyət orqanının ona toxunduğunu hiss etmişdir. Elvin onu zorlaya bilməmişdir. Elvinlə əvvəllər heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Elvin onu ərindən boşatdıracağı ilə hədələmişdir. Hazırda Elvinlə barışmır, ondan şikayətçidir. Məhkəmədə tədqiq edilmiş videoçəkilişlə aparılan üzləşdirmə protokolu ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı sonuncu ifadəsində Təqsirləndirilən şəxs onu öldürmə hədəsi ilə zorlamağa cəhd etməsini israrla təsdiq etmiş, həmin xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Sabirabad rayonu Türkədi kəndində yaşayan Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində onunla bir evdə yaşayan gəlini Lalə yaxınlıqda yerləşən ona məxsus başqa evə gedərək orada tövlədə inəkləri sağıb yemləmiş və yarım saatdan sonra ağlaya – ağlaya yaşadığı evə qayıdaraq ağzından qan gəldiyini görmüşdür. Lalədən nə olduğunu soruşduqda, Lalə ona Elvinin həyətə tüfənglə daxil olub tövlənin qapısını bağladığını, sonra tüfənglə onu öldürməklə hədələyərək qolunu burub üzünü divara tərəf çevirərək zorlamaq istədiyini, lakin toxmaqla Elvini vuraraq onun əlindən birtəhər qaçıb evə qayıtdığını bildirmişdir. Elvin ona demişdir ki, əgər bu barədə kiməsə desə onu el arasında rüsvay edəcək, ərindən boşatdıracaq. Dərhal hadisənin olduğu evə getmiş, lakin Elvini orada tapa bilməmiş, Elvin artıq hasardan bayıra hoppanmışdır. Bu zaman bayırdan atəş səsini eşitmişdir. Başa düşmüşdür ki, silahdan Elvin atəş açmışdır. Dərhal evə gəlib 102 xidmətinə məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Sabirabad rayonu Türkədi kəndində yaşayan Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadıdır, ailəsi ilə birlikdə anası ilə bir həyətdə və evdə yaşayırlar. Özü isə ustadır, ev təmiri işləri ilə məşğuldur. Həmin evdən bir qədər aralıda anasına məxsus başqa ev var, orada mal-qara saxlayırlar, hər gün həmin evə gedib-gəlirlər. Hadisə baş verən günü özü Bakı şəhərində olmuşdur. Bacısı Tafura ona zəng edərək anasının xəstə olduğunu və təcili kəndə gəlməli olduğunu demişdir. Səhərsi gün saat 6 radələrində kəndə gəlmiş və bacısı ona Elvinin onun arvadı Laləni obiri evin həyətində tüfənglə öldürməklə hədələdiyini və zorlamaq istədiyini demişdir. Evə gəldikdə arvadının uzandığını görmüşdür. Baş vermiş hadisədən bir gün əvvəl Elvin ona zəng etmiş və harada olması ilə maraqlanmış, Elvinə Bakı şəhərində olduğunu, bir neçə gündən sonra kəndə gələcəyini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əmisi oğlunun arvadıdır, ailəsi ilə birlikdə Sabirabad rayonu Türkədi kəndində yaşayır. xx.xx.2023-cü ildə saat 18-19 radələrində sahədən qayıdarkən Lalənin qızı Tükəzbanla rastlaşmış, Tükəzban ona anasının vəziyyətinin pisləşdiyini, ağzı-burnu qanın içində və həyacanlı olduğunu demişdir. Əmisi qızı Gülnar da oraya gəlmiş, Lələnin üst-başı tozun içində olmuş, birlikdə Lalənin ağzının qanını yumuşlar. Bir neçə dəqqiqədən sonra Lalə özünə gəlmiş və bildirmişdir ki, Elvin onu ov tüfəngi ilə öldürməklə hədələyərək ağzını, burnunu əlləri ilə sıxıb tövlədə zorlamaq istəmiş, lakin Elvini toxmaqla vurub birtəhər onun əlindən qaçıb canını qurtarmışdır. Şahid5 verilən suallara cavab olaraq bildirmişdir ki, Lalənin dili qatlanmamış, əlini Lalənin ağzına salmamış, sadəcə su ilə onun ağzını burnunu yumuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 və Şahid7 Şahid5 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs arvadı Elnarə ilə səhər saatlarında evdən çıxıb paxla yerini düzəltməyə sahəyə getmişlər. Saat 18 radələrində Elnarə ilə Elmir evə gəlsə də, Elvin evə gəlməmişdir. Elvinin oğlu Elmir atasının ov tüfəngi ilə su pişiyi vurmağa getdiyini demişdir. Bundan yarım saat sonra Lalənin qayınanası Tükazban onların həyətinə gəlmiş və qarğış eləyə-eləyə, sənin uşağın darvazanın yanındakı hasardan həyətə tullanıb, sonra gəlin də görüb qorxub qaçıb deyə bildirmişdir. Bir müddətdən sonra Elvin evə gəlmiş və Lalənin həyətinə su pişiyi vurmağa girdiyini bildirmişdir. Hadisədən sonra Lalənin evinə getmiş, Lalənin üzündə hər hansı bir xəsarət görməmişdir. Lalə orada Elvinin onu zorlamaq istədiyini deməmişdir. Məhkəmə istintaqında əlavə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında oğlu Təqsirləndirilən şəxs arvadı ilə birlikdə paxla yerini düzəltməyə getmiş, həmin gün axşam saat 18 radələrində Elvin arvadını evə gətirmiş, özü isə evdən götürdüyü ov tüfəngi ilə su pişiyi vurmağa getmişdir. Sonradan bilmişdir ki, Elvin Laləgilin həyətinə hasardan keçib orada su pişiyini vurmaq istəmişdir. Lakin həmin vaxtı həyətdə olan Lalə Elvini gördükdə qorxub qaçmış, qaçanda dəmir hasara dəyib yıxılmış və xəsarət almışdır. Bundan sonra Lalənin qayınanası Tükazban onlara gəlmiş və artıq əskik, yəni Elvinin Laləni həyətdə zorlamaq istədiyini danışmışdır. Elvin evə gələrək bu barədə ondan soruşmuş, Elvin isə cavabında Tükazbanın yalan dediyini, Lalənin həyətinə hasardan girərək yalnız su pişiyi vurmağa getdiyini bildirmişdir. Hadisədən sonra Lalənin evinə getmiş, Lalənin üzündə hər hansı bir xəsarət görməmişdir. Ov tüfəngi çoxdan atasından qalan tüfəngdir, silahın heç bir sənədi yoxdur. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-tibbi ekspertizasının 16 fevral 2023-cü il tarixli, 89 saylı rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ gözaltı nahiyədə, sol baldırın yuxarı üçdə birində sıyrıqlar, sol yanaq nahiyəsində, boynun sağ yan səthində, sağ kürək sümüyü proyeksiyasında qançırlar, alt və üst dodaqda selikli qişada yara, qansızmalardan küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətlər ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-tibbi ekspertizasının 18 fevral 2023-cü il tarixli, 97 saylı rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sol bazu oynağının ön səthində sıyrıqlar küt əşyanın /əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müxtəlif şəraitdə əmələ gələ bilərdi. Məhkəmədə tədqiq edilmiş və işdə olan əlavə məhkəmə-tibbi ekspertizasının 16 may 2023-cü il tarixli 89 a saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində qaçarkən yıxılma, həmçinin öz boyu hündürlüyündən yıxılması üçün xarakterik xəsarətlə aşkar olunmamışdır. Həmçinin həmin xəsarətlərin heyvan vurması nəticəsində əmələ gəlməsi inandırıcı deyil. Belə ki, əgər Zərərçəkmiş şəxs hər hansı bir kənar şəxs tərəfindən yardım göstərilmişdirsə, onun ağzının açılması üçün müdaxilə olunmuşdursa, həmin vaxt onun dişlərində sınma, dodaqlarda, diş alveollarında dərin izlər ola bilərdi. Belə ki, müayinə zamanı Zərərçəkmiş şəxs dodaqlarının selikli qişasında qansızma və səthi kiçik ölçülü yara olmuşdur, hansı ki, həmin xəsarətlər onun əllə ağzını tutma zamanı da əmələ gələ bilərdi. Xəsarətlərin xarakterini, lokalizasiyasını nəzərə alsaq, xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Məhkəmədə tədqiq edilmiş və işdə olan əlavə məhkəmə-tibbi ekspertizasının 16 may 2023-cü il tarixli 97 A saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı, onun bədəni üzərində, o cümlədən sol bazu nahiyəsində hər hansı bir “dəri xəstəliklərinin, həmçinin allergik reaksiyaların izləri” aşkar olunmamışdır. Xəsarətlərin xarakterini, lokalizasiyasını nəzərə alsaq, həmin xəsarətlərin qaşınma zamanı əmələ gəlməsi inandırıcı deyil, xəsarətlər müxtəlif şəraitdə əmələ gələ bilərdi. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli 519 saylı kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 21.3-cü maddəsinin təsiri altına düşmür. Halhazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur və cinayət əməlini törədərkən psixoemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır və fərdi psixi xüsusiyyətlərində özündən uydurmağa meyllilik əlamətləri aşkar edilmədi. Məhkəmədə tədqiq edilmiş və işdə olan 29 mart 2023-cü il tarixli 3/412, 3/413 saylı məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd, B-243 nömrəli silah 1969-cu ildə Tula silah zavodunda istehsal edilmiş 16 kalibrli, “BM” modelli, patronluğunun uzunluğu 70 mm olan xarici çaxmaqla, qoşalüləli tüfəngdir-yivsiz odlu ov silahıdır, atəşə yararlıdır və konstruksiyasında sonradan əlavə və ya dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 10 ədəd patron 16 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, istifadəyə (atəşə) yararlıdır. Tədqiqata təqdim edilmiş “B243” nömrəli ov silahından atəş (atəşlər) açılmışdır. Elmi metodika olmadığından açılan atəşin (atəşlərin) vaxtını, o cümlədən 15 fevral 2023-cü il tarixdə atəş açılıb-açılmadığını müəyyən etmək mümkün deyil. Məhkəmədə tədqiq edilmiş və işdə olan diskə baxış aparılması haqqında protokoldan görünür ki, baxış zamanı ***-***-**-** GSM nömrəsinin sahibinin Mənhur Qanbayev, ***-***-**-** GSM nömrəsinin sahibinin Şahid4, ***-***-**-** GSM nömrəsi sahibinin isə X5 olması, ***-***-**-** GSM nömrəsinin xx.xx.2023-cü il tarixdə saat 17:29:22 anten dairəsinin Biləcəri qəsəbəsindən siqnal verməsi, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** GSM nömrəsi ilə ***-***-**-** nömrəsinə xx.xx.2023-cü il tarixdə saat 19:50-də zəng edib, 145 saniyə əlaqə yaratmaları, həmin nömrə ilə qeyd olunan tarixdən əvvəl xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə əlaqə saxlanılması, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** GSM nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** GSM nömrəsi ilə heç vaxt əlaqə saxlamaması müəyyən olundu. Məhkəmədə tədqiq edilmiş və işdə olan diskə baxış aparılması haqqında protokoldan görünür ki, ***-***-**-** GSM nömrəsi sahibinin X5 olması, xx.xx.2023-cü il tarixdə saat 12:25-dən etibarən anten dairəsinin Sabirabad rayonu Türkədi kəndi ərazisindən siqnal verməsi, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** GSM nömrəsi ilə heç vaxt əlaqə saxlamaması, xx.xx.2023-cü il tarixdə saat 19:50-də Mənhur Qanbayevin istifadəsində olan ***-***-**-** GSM nömrəsinə zəng edib 145 saniyə əlaqə saxlaması, xx.xx.2023-cü il tarixdə telefon nömrəsinin 16:02-də aktiv olub, X2 istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlayıb 52 saniyə əlaqə saxlaması, həmin tarixdən 18:49-a kimi mobil telefonunu işlətməməsi, qeyd olunan saatda X1 olan ***-***-**-** GSM nömrəsinə zəng edib 240 saniyə, saat 18:54-də həmin nömrəyə zəng edib 362 saniyə, saat 19:08-də zəng edib 20 saniyə əlaqə saxlaması müəyyən olundu. Məhkəmədə tədqiq edilmiş və işdə olan 20 fevral 2023-cü il tarixli “hadisə yerinə baxış aparılması haqqında” protokoldan görünür ki, hadisə yeri Sabirabad rayonu Türkədi kənd sakini Şahid2 Alı qızına məxsus evin həyətyanı sahəsində yerləşən tövlənin daxilidir. Evin giriş qapısı kimi istifadə olunan darvazası baxış zamanı bağlı idi. Giriş qapısının qarşısında 25 metr məsafədə fərdi yaşayış evi, sol tərəfdə tövlə yerləşir. Giriş qapısının şimal şərqində su doldurmaq üçün istifadə edilən kran yerləşir. Giriş qapısından tövləyə kimi olan məsafə 6 metrdir. Tövlənin giriş qapısının ölçüsü 160X90 cm ölçüdədir. Qapı dəmirdən olmaqla dəmir keçəcək vasitəsilə bağlanır. Tövləyə daxil olduqda daxilində 1 ədəd, xaricində isə 1 ədəd olmaqla 2 inək aşkar edildi. Yer heyvan ifrazatı ilə və ot hissələri ilə örtülmüş vəziyyətdədir. Giriş qapısından 8 metr məsafədə hadisənin baş verdiyi yer, onun kənarında isə digər otağa giriş yerləşir. Tövlənin digər tərəfi açıqdır və heyvan ifrazatı və otla örtülü vəziyyətdədir. Baxış zamanı hadisə yerindən yaba. Toxmaq kimi istifadə edilən çubuq (ağac parçası), o cümlədən hadisənin baş verdiyi torpaq səthindən torpaq peyin nümunələri götürülməklə qablaşdırıldı. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyası Vladimir vilayətinin Suzdal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsinin İİ hissəsinin B bəndinə əsasən 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 31/57 N-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan RF-nın Vladimir vilayətinin Suzdal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünün tanınması ilə bağlı hər hansı bir material məhkəməyə daxil olmamışdır. İşdə olan 5 iyun 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın 8- 10 bəndlərinə əsasən: -Zərərçəkmiş şəxs hadisə vaxtı özünü müdafiə etmək üçün istifadə etdiyi yaba, Təqsirləndirilən şəxs xəsarət yetirdiyi toxmaq (ağac parçası) maddi sübut kimi tanınmış, saxlanılması üçün Sabirabad rayon prokurorluğuna təhvil verilmişdir; -Təqsirləndirilən şəxs hadisə vaxtı cinayətin predmeti kimi istifadə etdiyi 01 ədəd, B- 243 nömrəli, 1969-cu il istehsalı, 16 kalibrli, “BM” modelli, qoşalüləli tüfəng və istifadəyə yararlı 06 ədəd patron (04 ədəd müvafiq ekspertizada istifadə edilmişdir) maddi sübut kimi tanınmış və saxlanılması üün Sabirabad RPŞ-yə təhvil verilmişdir; -Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş və 21 fevral 2023-cü il tarixli “şəxsin icazəsi ilə götürmə aparılması haqqında” qərarla götürülmüş 01 ədəd tünd qırmızı rəngdə zəncirbəndli xalat, 01 ədəd yun materialdan olan düyməli jiletka, 01 ədəd qara rəngli nazik şalvar, 01 ədəd qara rəngli qaloş, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş və 20 fevral 2023-cü il tarixli “şəxsin icazəsi ilə götürmə aparılması haqqında” qərarla götürülmüş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd boz rəngli sviter, 01 ədəd qara rəngli uzunboğaz sviter (vadalaska) və 01 ədəd altı ağ rəngdə, üst tərəfi isə qara rəngli idman ayaqqabısı, hadisənin baş verdiyi tövləyə baxış aparılması zamanı götürülmüş torpaq-peyin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad rayon prokurorluğuna təhvil verilmişdir. İşdə olan xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan arayışdan görünür ki, Eyvazov X4 rayonu Türkədi kəndində yaşamaqla ailə tərkibi arvadı Elnarə Eyvazovadan və xx.xx.2009-cu il təvəllüdlü qızı Zəhra Eyvazovadan, xx.xx.2015-ci il təvəllüdlü oğlu Elmin Eyvazovdan və xx.xx.2019-cu il təvəllüdlü oğlu Emin Eyvazovdan ibarətdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək müdafiəsi üçün dəlillər gətirərək ifadələrində zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs öldürməklə hədələmədiyini, onu zorlamağa cəhd etmədiyini, Laləgilin həyətinə girməkdə məqsədi ov tüfəngi ilə porsuq vurmaq olduğunu göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi bu xüsusatlara tənqidi yanaşaraq həmin ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmağa cəhd etmə və özünü müdafiə məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib olunan xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Zərərçəkmiş şəxs istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində həmkəndlisi Təqsirləndirilən şəxs onların həyətinə hasardan girərək ov tüfəngi ilə tövlədə öldürməklə hədələyərək onu zorlamağa cəhd etdiyini israrla təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş videoçəkilişlə aparılan üzləşdirmə protokolu ilə müəyyən olunur ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı sonuncu ifadəsində Təqsirləndirilən şəxs onu öldürmə hədəsi ilə zorlamağa cəhd etməsini israrla bir daha təsdiq edərək həmin xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İşdə olan «baxış keçirilməsi haqqında» protokola əsasən, Zərərçəkmiş şəxs hadisə yerində hadisənin mexanizmi və inkişafı barədə işin obyektiv hallarına uyğun olaraq məntiqli, ardıcıl ifadələr vermişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi zorlamağa cəhd etməsi məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 89 saylı məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlərlə təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmayaraq hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya olunduğunu təsdiq edir, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zərərçəkmiş şəxsin, şahidlərin ifadəsini, ekspertizanın rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri cinayət təqibi üzrə Təqsirləndirilən şəxs təqsirliliyini təsdiq edən mötəbər sübut hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə özünün müdafiəsi üçün göstərdiyi xüsusatları ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün sübut növü kimi qəbul etmir. Beləliklə də, məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı olan cinsi ehtirasını təmin etməyi qabaqcadan qarşısına məqsəd qoymuş, həmin məqsədini reallaşdırmaq üçün sonuncunun əri Şahid4 ilə xx.xx.2023 –cü il tarixdə saat 19:50-də mobil telefon vasitəsilə əlaqə saxlayaraq, məlum hadisə günü evlərində olmadiğina əmin olmuşdur. xx.xx.2023–cü il tarixdə saat 18 radələrində ov etmək bəhanəsindən istifadə edərək, Zərərçəkmiş şəxs hər axşam mütəmadi olaraq gəldiyi tövlənin yerləşdiyi evlərinin həyətyanı sahəsinə, giriş qapısı kimi istifadə edilən darvazanın yanındakı divardan tullanmaqla daxil olmuş, bu zaman Zərərçəkmiş şəxs orada olmasını gördükdən sonra sonuncuya guya ki, quş vurmaq məqsədilə daxil olduğunu demişdir. Zərərçəkmiş şəxs ona həyətdən çıxmasını bildirməsinə baxmayaraq, onun ardınca tövləyə daxil olmuş, tövlənin qapısını arxadan bağlamışdır. Daha sonra zərərçəkmiş şəxsin müqavimətini qirmaq üçün əlindəki ov tüfəngini Zərərçəkmiş şəxs tuşlamış, onu öldürməklə hədələmiş, Zərərçəkmiş şəxs isə ozünü müdafiə etmək üçün tövlədə olan yabanı əlinə almışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol qolunu burub zor tətbiq etməkə yabanı əlindən alıb üzünü divara dirəmiş, Zərərçəkmiş şəxs müqavimətini qırdıqdan sonra bədən səthinə əlini gəzdirmiş, onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Lalənin əynindən paltarlarını çıxarmağa cəhd etmiş, cinsiyyət orqanını çıxarıb Laləyə toxundurmuş, faktiki olaraq zərərçəkmişi zorlamağa çalışmışdır. Lakin Lalənin fəal müqavimət göstərməsi, tövlədəki toxmaq kimi istifadə olunan ağac parçası ilə arxaya doğru zərbə endirməsi nəticəsində Elvinin əlindən çıxmağa nail olmuş, bununla da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zorlamağa yönəlmiş olan cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə həyata keçirə bilməmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və yuxarıda qeyd olunanlar məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,149.2.4 və 157.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs qeyd olunan maddələr üzrə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün hər hansı bir əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən qoşalüləli atəşə yararlı yivsiz odlu ov tüfəngindən istifadə etməsini Azərbaycan Respublikası CM-nin 61.1.10-cu maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.2.4-cü maddəsinin sanksiyasında 5 ildən 10 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, həmin maddə cinayətlərin təsnifatına görə “ ağır cinayət”lər anlayışına, CM-nin 157.1-ci maddəsi isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir, həmin maddənin sanksiyasında alternativ cəzalarla yanaşı bir ilədək islah işləri cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 149.2.4-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası, CM-nin 157.1-ci maddəsində nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli və təyin olunmuş cəzalar çəkilməldir. CM-nin 63.3-cü (başa çatmayan cinayətə görə cəza təyin olunması) maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 29,149.2.4-cü maddəsilə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının son həddi - 10 ilin dörddə üçündən, yəni 7 il 6 aydan artıq ola bilməz. Bundan başqa, CM-nin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsilə təyin olunacaq islah işləri cəzasının 4 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 20 fevral 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 22 fevral 2023-cü il tarixdə CM-nin 29,149.2.4 və 157.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Sabirabad Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 fevral 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 20 fevral 2023-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Sabirabad rayon prokurorluğunda saxlanılan bir ədəd yaba, bir ədəd toxmaq (ağac parçası), zərərçəkmiş şəxsin hadisə vaxtı əynində olan 01 ədəd tünd qırmızı rəngdə zəncirbəndli xalat, 01 ədəd düyməli jiletka, 01 ədəd qara rəngli nazik şalvar və 01 ədəd qara rəngli qaloş, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd boz rəngli sviter, 01 ədəd qara rəngli uzunboğaz sviter (vadalaska) və 01 ədəd altı ağ rəngdə, üst tərəfi isə qara rəngli idman ayaqqabısı, baxış aparılması zamanı tövlədən götürülmüş torpaq-peyin nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir.DVD disklər cinayət işində saxlanılmalıdır. Hazırkı iş üzrə Sabirabad Rayon Polis Şöbəsində saxlanılan maddi sübut olan Təqsirləndirilən şəxs hadisə vaxtı cinayətin predmeti kimi istifadə etdiyi 01 ədəd, B-243 nömrəli silah 1969-cu ildə Tula silah zavodunda istehsal edilmiş 16 kalibrli, “BM” modelli, patronluğunun uzunluğu 70 mm olan xarici çaxmaqla, qoşalüləli tüfəng və istifadəyə yararlı olan 6 ədəd patron (04 ədəd müvafiq ekspertizada istifadə edilmişdir) Azərbaycan Respublikası CM-nin 99-1.1.1 maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə edilməli və bu maddi sübutlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 404 (dörd yüz dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351– 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 149.2.4 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 29, 149.2.4-cü maddəsi ilə 5 (beş) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 20% tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsilə təyin olunmuş qazancından dövlət nəfinə 20% tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasının 4 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və hazırda Sabirabad rayon prokurorluğunda saxlanılan: -Zərərçəkmiş şəxs hadisə vaxtı özünü müdafiə etmək üçün istifadə etdiyi yaba, Təqsirləndirilən şəxs xəsarət yetirdiyi toxmaq (ağac parçası); -Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olan 01 ədəd tünd qırmızı rəngdə zəncirbəndli xalat, 01 ədəd düyməli jiletka, 01 ədəd qara rəngli nazik şalvar və 01 ədəd qara rəngli qaloş; -Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd boz rəngli sviter, 01 ədəd qara rəngli uzunboğaz sviter (vadalaska) və 01 ədəd altı ağ rəngdə, üst tərəfi isə qara rəngli idman ayaqqabısı, baxış aparılması zamanı götürülmüş torpaq-peyin nümunələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. DVD disklər cinayət işində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 99-1.1.1 maddəsinə əsasən Sabirabad RPŞ-də saxlanılan cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs hadisə vaxtı cinayətin predmeti kimi istifadə etdiyi 01 ədəd, B-243 nömrəli silah 1969-cu ildə Tula silah zavodunda istehsal edilmiş 16 kalibrli, “BM” modelli, patronluğunun uzunluğu 70 mm olan xarici çaxmaqla, qoşalüləli tüfəng və istifadəyə yararlı 06 ədəd patron (04 ədəd müvafiq ekspertizada istifadə edilmişdir) dövlət nəfinə xüsusi müsadirə edilsin və bu maddi sübutlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. İş üzrə ekspertiza xərci 404 (dörd yüz dörd) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Müşfiq Məmmədov Cəlil Nəbiyev Cavid Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar