Məhkəmə qərarları › İş №1-1(092)-26/2021

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-26/2021

21.12.2021 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-26/2021 21.12.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ Hakimlər İbrahimov İlham Sadət oğlunun (sədrliyi), Hüseynov Səxavət Səməd oğlu və Orucəliyev Abil Elmar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə mayoru Dövlət ittihamçısı, müdafiəçi, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxx 1987-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali hərbi təhsilli, əvvəllər məhkum olunmayan, Biləsuvar rayonunun Xırmandalı kəndində daimi qeydiyyatda olmaqla Naxçıvan şəhəri, 1 nömrəli hərbi şəhərcik, bina 37, mənzil 36-da yaşayan, N nömrəli hərbi hissənin zabiti, barəsində N sentyabr N1-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş mayor Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyən etdi: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olan əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı zor tətbiq etməklə nizamnamə qaydalarını pozmuşdur. Belə ki, mayor Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin radiolokasiya qovşağının rəisi vəzifəsində xidmət edərkən hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38-ci maddəsində göstərilən “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalıdırlar” və 47-ci maddəsində göstərilən “komandir (rəis)… tabeliyində olanlara rəğbət və ehtiram göstərməli, qayğılarına qalmalı, kobudluq və onların şəxsi ləyaqətini alçalda biləcək hərəkətlər etməməlidir” tələblərinə zidd olaraq N0-ci ilin oktyabr ayının ortalarında, hərbi vəziyyət şəraitində, saat 09 radələrində paltarının çirkli olması, üzünü yaxşı qırxmaması səbəbindən xidməti otağında öz tabeliyində olan əsgər Zərərçəkmiş şəxs1 sifətinə şillə ilə bir neçə dəfə vurmaqla, təkrarən 25 yanvar N1-ci ildə, saat 17 radələrində praktiki təlimata yubanması səbəbindən xidməti otağında sifətinə şillə ilə vurmaqla,19 aprel N1-ci ildə, saat 12 radələrində gün növbətçisi olarkən yataqxanada çarpayıda oturması səbəbindən sağ ayağına təpiklərlə, ağız nahiyəsindən yumuruqla vurmaqla, həmin gün saat 19:30 radələrində silahın hissəsini silah otağına qoymağı unutmasını ona deyil, başqa şəxslərə deməsi və qarşısında düz dayanmaması səbəbindən xidməti otağında sifətinə çoxsaylı şillə zərbələri vuraraq boğazından tutub başını bir neçə dəfə divara çırpmaqla zor tətbiq etmiş, bundan başqa öz qanunsuz hərəkətlərini davam etdirərək 17 iyul N1-ci ildə saat N:30-da sırada əsgər Zərərçəkmiş şəxs1 soyuq su içməsinin səbəbini soruşub irad tutaraq “sən soyuq su içirsən, ailə tərbiyəsi almamısan” və başqa nalayiq ifadələr işlədərək səni “naryadda çürüdəcəm, 3 gün döyüş növbəçiliyində olacaqsan” ifadələrini işlədib zor tətbiq edəcəyi ilə hədələyib təhqir etmiş, Zərərçəkmiş şəxs1 mayor Təqsirləndirilən şəxs ona qarşı etmiş olduğu hərəkətlə əlaqədar emosional gərginlik halını keçirərək özünü öldürmək qərarına gəlmiş, 18 iyul N1ci ildə saat N radələrində tibb məntəqəsinin arxasında olan odunluqda yerə oturub nəzarət buraxılış məntəqəsində olarkən “Təqsirləndirilən şəxs əlindən özümü öldürərəm, Ziyatay yadından çıxartma qərargahda yalvarırdın, deyirdin mənim iki balam var. Mənim sənə görə gedib içəridə yatası halım yoxdu, yoxsa səni götünlə başını dağıdaram, mən babama görə sənə heç bir şey eləmədim, yoxsa sən haranın tulasısan Ziyatay tüləh,” yazılarını yazdığı kağıza qara “Milano” markalı siqaretin kağızına büküb odunların arasına atmış, sonra hərbi şalvarın kəmərini çıxarıb boğazına keçirdərək sıxsa da, özünü öldürə bilməmiş, sonra kəməri boğazından çıxarıb yerə atmış və əvvəlcədən aldığı və cibində olan sirkəni çıxarıb qapağını açaraq həmin sirkədən içməklə özünü öldürməyə cəhd etmiş, beləliklə Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrinin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan şəxslərə qarşı təkrar zor tətbiq edərkən törətdiyi cinayət əməlləri Zərərçəkmiş şəxs1 özünü öldürmə həddinə çatdırmaqla ağır nəticələrə səbəb olmuşdur. Həmçinin, mayor Təqsirləndirilən şəxs N1-ci ilin mart ayının əvvəllərində, saat 13 radələrində yataqxananın qarşısında düzülüş zamanı sırada danışması səbəbindən əli ilə öz tabeliyində olan əsgər Zərərçəkmiş şəxs2 çənəsindən tutub arxaya doğru itələməklə, 08 mart N1-ci il tarixdə, səhər saatlarında çəkmələrini yataqxanada təmizləməsi səbəbindən tədris otağında sifətinə şillələrlə vurmaqla, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəis kimi öz tabeliyində olan şəxsə qarşı təkrar zor tətbiq etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli aşağıda göstərilən vəziyyətdə törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində əsgərlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xidmət müddətində görüb tanıdığını, tabeliyində xidmət etdiklərini, 18 iyul N1-ci ildə bazar günü olduğundan işə getməyib Naxçıvan şəhərindəki hərbi şəhərcikdə yaşadığı evdə olduğunu, axşam saatlarında, saat 19:45 radələrində həmin gün cavabdeh olan mayor İsmayıl Şirəliyevin ona zəng edərək “axşam yeməyi vaxtıdır, əsgər Zərərçəkmiş şəxs1 sırada yoxdur, əsgərlərə də deyib ki, babam rəhmətə gedib özümə bir şey edəcəyəm” dediyini, ona “axtarsınlar gəlirəm” dediyini, bir az sonra evdə paltarlarını dəyişib çıxmağa hazırlaşarkən onun təkrar mənə zəng vurub əsgər Zərərçəkmiş şəxs1 tapıldığını, tibb məntəqəsinin arxasında alma sirkəsi içdiyini, hospitala aparıldığını dediyini, buna görə də hərbi hissəyə qayıtdığını, orada əsgər Rəşad Ələsgərovun ona “naryadda olarkən Zərərçəkmiş şəxs1 mənə dedi ki, babam rəhmətə gedib, özümü öldürəcəm, sırada düzüləndə gördük ki, sırada yoxdur” dediyini, həmin vaxt prokurorluğun əməkdaşları araşdırma aparan zaman Zərərçəkmiş şəxs1 sirkə turşusu içib özünü öldürmək istəyərkən onun adını kağıza yazıb, ondan şikayət etdiyini öyrəndiyini, N0-ci ilin oktyabr ayının ortalarında, saat 09 radələrində paltarının çirkli olması, üzünü yaxşı qırxmaması səbəbindən xidməti otağında əsgər Zərərçəkmiş şəxs1 sifətinə bir neçə şillə vurduğunu, 25 yanvar N1-ci ildə, saat 17 radələrində praktiki təlimata yubandığından xidməti otağında sifətinə şillə ilə vurduğunu, 19 aprel N1-ci ildə, saat 12 radələrində gün növbətçisi olarkən yataqxanada çarpayıda oturması səbəbindən sağ ayağına təpiklə vurduğunu, həmin gün saat 19:30 radələrində silahın hissəsini silah otağına qoymağı unutmasını ona deyil, başqa şəxslərə dediyini, həmçinin qarşısında ayaqlarını aralı qoyduğundan xidməti otağında sifətinə şillə zərbələri vuraraq zor tətbiq etdiyini, 17 iyul N1ci ildə saat N:30 radələrində sırada əsgər Zərərçəkmiş şəxs1 soyuq su içməsinin səbəbini soruşduğunu, sonra iradını bildirərək nalayiq ifadələr işlətdiyini, həmçinin, N1-ci ilin mart ayının əvvəllərində, saat 13 radələrində yataqxananın qarşısında düzülüş zamanı Zərərçəkmiş şəxs2 sırada danışması səbəbindən əli ilə çənəsindən tutub arxaya doğru itələdiyini, 08 mart N1-ci il tarixdə, səhər saatlarında çəkmələrini yataqxanada təmizlədiyindən tədris otağında sifətinə şillə vurduğunu, zərər çəkmiş şəxslərdən üzr istədiyini, onlarla barışdığını, etdiyi hərəkətlərdən peşman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs həmin əməldə təqsiri özünün etirafından başqa iş üzrə dindirilmiş zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, həmçinin, işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində mayor Təqsirləndirilən şəxs radiolokasiya qovşağının komandiri olduğunu, onun tabeliyində xidmət edərkən 17 aprel N1-ci ildə həftənin altıncı günündə park təsərrüfat günündə bölmənin silahlarını təmizləyərək silahları tək aparıb silah otağına yığdığını, həmin vaxt “AKMS” markalı silahın penalını yerə düşməsin deyə şalvarının cibinə qoyduğunu, penalları cibindən çıxarıb otağa qoyduğunu, həmin vaxt penallardan birinin qapağının cibində qaldığından penalının qapağını divizion növbətçisi baş leytenant Vahid Yusifova verdiyini, baş leytenant V.Yusifovun bu barədə kapitan Şahid10 məruzə etdiyini, kapitan Şahid10 də onu yanına çağırıb “silahın penalının qapağı nəyə görə cibində qalıb, səni həbs etdirəcəyəm, xidmət yerini dəyişdirəcəyəm” dediyini, həmin vaxt Şahid10 “mənim yerimi dəyişdirə bilmərsən” dediyini, bundan başqa aralarında söhbət olmadığını, kapitan Şahid10 mobil telefonla zəng edərək bu barədə mayor Təqsirləndirilən şəxs məruzə etdiyini, problem olacağını düşündüyü üçün Ruslan Əliyevə zəng vurub “problemim var” dediyini, R.Əliyevin ona “problem olmaz, mən özüm danışaram” dediyini, gizir R.Əliyevin də hərbi hissənin zampaliti mayor Şahid7 dediyini, mayor Şahid7 onu yanına çağırıb soruşanda ona problemi olmadığını dediyini, həmin gün saat 19:30 radələrində mayor Təqsirləndirilən şəxs onu otağına çağırdığından yataqxanada 2-ci mərtəbədə yerləşən Təqsirləndirilən şəxs xidməti otağına getdiyini, otaqda Təqsirləndirilən şəxs “sənin problemin varsa niyə mənə demirsən, gedib başqasına deyirsən” dediyini, ona heç nə demədiyini, mayor Təqsirləndirilən şəxs silahın penalının qapağını unudub silah otağına qoymamasını başqa şəxslərə dediyi üçün əsəbiləşib xidməti otağında sifətimin hər iki tərəfinə çoxlu sayda şillə zərbələri vurduğunu, sonra boğazımdan tutub başımı 2-3 dəfə divara vurdu, sonra ondan qarşısında niyə düz dayanmamasını soruşduğunu, həmin vaxt orada heç kimin olmadığını, qışqıra-qışqıra danışan zaman onun mobil telefonuna zəng gəldiyini, ancaq kimin zəng etməsini, nə deməsini bilmədiyini, danışa-danışa çölə çıxıb zabit-gizirlərin düzülüşünə getdiyini, onun otaqda qaldığını, Təqsirləndirilən şəxs şillə ilə vurması nəticəsində sifətinin sol tərəfinin qızarıb şişdiyini, başının da həmin vaxt ağrıdığını, sonra mayor Təqsirləndirilən şəxs düzülüşdən qayıdıb otağa gələrək onu yeməyə yolladığını, yeməkxanaya gedən zaman qərargahın qabağında mayor Şahid7 ona “get yeməyə, çıx gəl yanıma” dediyini, yeməkxanada əsəbiləşib, ağlayıb divara bir yumruq vurduğunu, buna görə əlinin üstünün cızıldığını, həmin vaxt yemək yemədiyini, orada olan mayor Şahid8 ondan nə olmasını soruşduğunu, ona yalandan “özüm şillə ilə özümü vurmuşam” dediyini, mayor Şahid8 onu qərargahda olan xidməti otaqlardan birinə apardığını, orada mayor Şahid8la mayor Şahid7 onunla söhbət edərkən onlara “özüm özümü şillə ilə vurmuşam” dediyini, əvvəlcədən mayor Təqsirləndirilən şəxslə söhbət edən zaman ona “heç kimə heç nə deməyəcəyəm, deyəcəyəm ki, özüm etmişəm” dediyini, onlara mayor Təqsirləndirilən şəxs adını vermədiyini, həmin gün qərargah növbətçisinin Şahid6 olduğunu, üzünün şişməsini gördüyünü, əvvəlcədən mayor Təqsirləndirilən şəxs qərargaha gəlib onunla təklikdə söhbət etdiyini, söhbət zamanı ona “özünə qəsd etmə, adam özünə qəsd etməz, cavansan, qabaqda gələcəyin var, məni məruzə etmək istəyirsənsə, telefonu verim məni məruzə et, mənim iki balam var şikayət etmə” dediyini, otaqda başqa heç kimin olmadığını, sonra mayor Şahid7 söhbət etdiyini, “nizam-intizamlı ol, sağ-salamat evinə qayıt, darıxma, məzuniyyət olsa səni göndərərik gedərsən” dediyini, sonra otaqdan çıxıb koridorda qərargah növbətçisinin stulunda oturduğunu, mayor Təqsirləndirilən şəxslə mayor Şahid7 otaqda qaldıqlarını, sonra yataqxanaya getdiyini, mayor Təqsirləndirilən şəxs şikayət etmədiyini, sonrakı günlərdə Təqsirləndirilən şəxs onu vurmadığını, zor tətbiq etmədiyini, N1-ci ilin aprel ayının 19-da, gün növbətçisi olarkən, saat 12 radələrində digər gün növbətçisi əsgər Şahid2 “içəri gedirəm-gələm” dediyini, içəri gedib dincəlmək üçün çarpayıda oturduğunu, həmin vaxt ayaqyoluna gedən mayor Təqsirləndirilən şəxs onun çarpayıda oturmağını gördüyünü, silah otağının qarşısına çağırdığını, çatan zaman ondan “nə üçün naryad ola-ola içəridə oturursan” soruşub sağ ayağından itələdiyini, əsgər Şahid2 bunu gördüyünü, ayaqyoluna gedib ağzına su alıb dodağını yuduğunu, sonra xidmət yerinə qayıtdığını, N0-ci ilin oktyabr ayının ortalarında, səhər yerbəyerindən sonra, saat 09 radələrində, mayor Təqsirləndirilən şəxs sıra baxışı keçirdiyini, həmin vaxt paltarının çirkli olduğunu, üzünü də yaxşı qırxmadığını, Təqsirləndirilən şəxs ona “paltarın çirklidir, üzünü də qırxmamısan” dediyini, sıra baxışı qurtarandan sonra Təqsirləndirilən şəxs xidməti otağına getdiyini, otaqda tək olduqlarını, Təqsirləndirilən şəxs ona irad tutub uca səslə “niyə paltarın çirklidir, üzünü qırxmırsan?” dediyini, sonra otaqdan çıxıb ərazidə işləməyə getdiyini, 25 yanvar N1-ci ildə gün növbətçisi təyin olunduğunu, təlimatın saat 17 radələrində başladığını, təlimatdan əvvəl saat 16 radələrində praktiki təlimat keçirildiyini, təxminən 10-N dəqiqə praktiki təlimata yubandığını, həmin vaxt təlimata gec hazırlandığını, bu barədə mayor Təqsirləndirilən şəxs məruzə edildiyini, təlimat başlamazdan öncə mayor Təqsirləndirilən şəxs onu xidməti otağına çağırıb nə üçün praktiki təlimata yubanmasını soruşduğunu, qışqıraraq danışmağa başladı, növbədən kənar 5 sutka gün naryadı verdiyini, sonra şillə ilə bir dəfə sifətindən vurduğunu, həmin vaxt hər hansı xəsarət almadığını, 17 iyul N1-ci ildə, 14:30 radələrində yeməkdən çıxdıqdan sonra əsgər çayxanasından “Blue” markalı enerji içkisi alaraq cibinə qoyub yataqxanaya gedərkən yolda besetkanın yanında gizir Şahid9 onu görüb cibindəki “Blue” içkisini istədiyini, ona “vermirəm, nəyə görə verməliyəm, sən bizim starşı deyilsən, mənim su içməyə icazəm var, üstümü axtara bilməzsən” deyib yataqxanaya getdiyini, gizir Şahid9 ona “soyuq su içməyini məruzə etmişəm, mayor Mirzəyev səni yanına çağırır” dediyini, amma onun yanına getmədiyini, saat N:30-da mayor Təqsirləndirilən şəxs şəxsi heyəti sıraya düzdüyünü, həmin vaxt Təqsirləndirilən şəxs ona “niyə soyuq su içirsən, niyə gizir zəng vurub mənə deməlidir ki, sən soyuq su içirsən, ailə tərbiyəsi almamısan, qanacaqsızsan, eşşəksən, eşşək oğlusan, əvvəlki gününü yadına salıb vurub səni göt-baş edəcəyəm, səni naryadda çürüdəcəyəm, 3 gün burda, 3 gün döyüş növbətçiliyində olacaqsan” dediyini, bundan başqa heç nə demədiyini və vurmadığını, Təqsirləndirilən şəxs dediyi sözlərdən narahat olduğunu, həmin sözləri deməsinin, hədələməsinin, daimi naryada verəcəyinin ona çox pis təsir etdiyini, buna görə özünü öldürmək qərarına gəldiyini, yataqxanada olan zaman Şahid9 kömək edəndə ona gülə-gülə “sağolun da məruzə etdiyiniz üçün mənim yerimi dəyişəcəklər” dediyini, həmin vaxt özünü öldürməyi fikirləşdiyini, ağlına hərbi şəhərciyin mağazasından sirkə alıb içmək düşdüyünü, buna görə saat 17 radələrində həmin mağazaya gedib borunun tutulduğunu, onu açmaq istədiyini, lakin açılmadığını deyib satıcıdan sirkə istədiyini, satıcının “sirkə yox, tuz ruhu verə bilərəm” deyib ona sirkə vermədiyini, həmin gün satıcının Elnurə adlı qadın olduğunu, oradan çıxıb getdiyini, lakin bir az sonra yenidən mağazaya qayıdıb Elnurəni inandırıb “boru tutulub tuz ruhu açmır, mən borunu açmalıyam, amma aça bilmirəm, xahiş edirəm sirkə ver aparım töküm boruya açılsın” dediyini, Elnurə adlı satıcının ona yenə sirkə vermədiyini, həmin gün nəzarət-buraxılış məntəqəsində naryada təyin olunduğunu, əsgərlər X3 Əliyevin naryad, MAHHXHQ əsgər Elnur Süleymanovun isə növbətçi olduğunu, həmin gün növbədə olduğunu, 18 iyul N1-ci ildə nahar yeməyinə yaxın növbətçi MAHHXHQ əsgər E.Süleymanova “icazə verin gedim su alım aparım tibb məntəqəsində olan Zərərçəkmiş şəxs2 verim, oradan da tualetə gedib gəlim” deyib icazə alaraq mağazaya getdiyini Zərərçəkmiş şəxs2 da orada olduğunu, onunla salamlaşdığını və ona siqaret və “Blue” içkisi aldığını, özünə də “Blue” içkisi aldığını, Zərərçəkmiş şəxs2 çöldə olarkən həmin vaxt satıcı Zaurdan sirkə aldığını, ona “kanalizasiya turbasını açmağa istifadə edəcəyik” dediyini, əvvəl Zaur da vermək istəməsə də sonra sirkəni verdiyini, Zərərçəkmiş şəxs2la bərabər tibb məntəqəsinə getdiklərini, tibb məntəqəsinin arxasında oturduqlarını, söhbət zamanı cibindəki sirkəni çıxarıb Zərərçəkmiş şəxs2 göstərib “gedib bunu içəcəyəm, özümü öldürəcəyəm, mayor Mirzəyevin əlindən bezmişəm” dediyini, sonra gülərək “zarafat edirəm aparıram turbanı açam” dediyini, Zərərçəkmiş şəxs2 isə “lazım deyil, içmə, ona görə dəyməz” dediyini, bir az da söhbət etdikdən sonra oradan çıxıb yataqxanaya getdiyini, ayaqyoluna getdikdən sonra hərbi hissənin dib tərəfində olan yanacaq doldurma məntəqəsinin yanına getdiyini, oradakı anbarın yanında sirkənin qapağını açıb qoxuladığını, iyisini götürə bilmədiyini, kəskin qoxusunun onu narahat etdiyini və içə bilmədiyini, cibinə qoyub növbə yerinə, nəzarət buraxılış məntəqəsinə qayıtdığını, sonra naryadı təhvil verdiyini və yataqxanaya getdiyini, süngü bıçağı təhvil verdikdən sonra sağollaşmaq üçün tibb məntəqəsinə, Zərərçəkmiş şəxs2 yanına getdiyini, onunla görüşüb tibb məntəqəsinin arxasında oturduğunu, söhbət zamanı ona “babama zəng vurdum açmadı, narahat oldum, ancaq dayımla, xalamla danışmışam, babamdan yana nigaranam, birdən bir şey olar” dediyini, həmin gün səhər babası ilə danışdığını, ancaq sonra zəng vuranda açmadığını, nigaran qaldığını, Zərərçəkmiş şəxs2la sağollaşıb getdiyini, lakin Zərərçəkmiş şəxs2 onun özünü öldürmək istəməyini bilmədiyini, bu barədə ona heç nə demədiyini, oradan aralanıb Zərərçəkmiş şəxs2 tibb məntəqəsinə girməsini gözlədiyini, sonra təkrar tibb məntəqəsinin arxasına keçdiyini, saat N radələrində tibb məntəqəsinin arxasında olan odunluqda yerə oturduğunu, nəzarət buraxılış məntəqəsində olarkən yazdığı kağızı bir az aralıya tulladığını, kağızda “Təqsirləndirilən şəxs əlindən özümü öldürürəm, Ziyatay yadından çıxartma qərargahda yalvarırdın, deyirdin mənim iki balam var. Mənim sənə görə gedib içəridə yatası halım yoxdu, yoxsa sənin götünlə başını dağıdaram, mən babama görə sənə heç bir şey eləmədim, yoxsa sən haranın tulasısan Ziyatay tüləh” yazılarını yazdığını, həmin kağızı qara “Milano” markalı siqaretin kağızına büküb odunların arasına atdığını, həmin yazını tibb məntəqəsinin arxasında söhbət edən zaman Zərərçəkmiş şəxs2 da göstərdiyini, amma vərəqi tam göstərmədiyini, buna görə onun kağızda nə yazdığını bilmədiyini, sonra hərbi şalvarın kəmərini çıxarıb boğazına keçirdib sıxdığını, nə qədər sıxsa da özünü öldürə bilmədiyini, sonra kəməri boğazından çıxarıb yerə atdığını, cibində olan sirkəni çıxarıb qapağını açaraq ondan 2-3 qurtum içdiyini, narahat olub üzü üstə yerə uzandığını, ağzından tüpürcək gəldiyini, boğazının yandığını, qaytardığını, amma huşunun açıq olduğunu və ətrafda olanları analiz edə bildiyini, həmin vaxt əsgərlər, həkim gizir Pərvin Məhərrəmovun gəldiyini, tibb məntəqəsinə apardıqlarını, orada xərəyə uzadıb NBM-ə apardıqlarını və maşına mindirib hospitala gətirdiklərini, hospitalda mədəsinin yuyulduğunu və iynə vurulduğunu, həmçinin N1-ci ilin mart ayında əsgər Zərərçəkmiş şəxs2 yataqxanada botinkalarını boyaması səbəbindən mayor Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 sifətinə 2 şillə vurduğunu, bundan başqa N1-ci ilin mart ayının əvvəllərində, günorta saatlarında sırada olarkən Zərərçəkmiş şəxs2 yerindən danışmasına görə Təqsirləndirilən şəxs ona zor tətbiq etməsini gördüyünü, Təqsirləndirilən şəxs şikayətinin və tələbinin olmadığını, onu bağışladığını göstərmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində N saylı hərbi hissənin radiolokasiya qovşağının mühafizə manqasında atıcı vəzifəsində xidmət etdiyini, N1-ci ilin mart ayının əvvəllərində, nahar yeməyindən əvvəl, saat təxminən 13 radələrində, mayor Təqsirləndirilən şəxs bölmənin şəxsi heyətini yataqxananın qarşısında sıraya düzdüyünü, sırada olarkən yanında olan əsgər yoldaşına söz deyərkən mayor Təqsirləndirilən şəxs eşitdiyini, danışanın kim olmasını soruşduğunu, özünün danışdığını bildirdiyini, mayor Təqsirləndirilən şəxs ona yaxınlaşaraq əli ilə çənəsindən tutub arxaya doğru itələdiyini və “bir də sırada olarkən yerindən danışma” dediyini, sonra tapşırıqlarını verib düzülüşü qurtardığını, N1-ci ilin mart ayının 8-də, yataqxanada olarkən botinkası tozlu olduğundan içəridə təmizlədiyini, bunu gizir Şahid9 görüb bölük komandiri mayor Təqsirləndirilən şəxs məruzə etdiyini, işlərini bitirib bölük komandirinin yanına, tədris otağına gedib mayor Təqsirləndirilən şəxs içəridə botinka mazladığını dediyini, Təqsirləndirilən şəxs hər iki əli ilə onun üzündən tutub sağ əli ilə sifətindən iki dəfə şillə vurduğunu və “etmisən de ki, etmişəm, ancaq yalan demə” dediyini, həmin vaxt heç bir xəsarət almadığını və bu barədə heç kimə demədiyini, N1-ci ilin aprel ayının ortalarında səhər vaxtları silahları təmizlədiklərini, Zərərçəkmiş şəxs1 kazarmada qalıb silah təmizləməyə davam etdiyini, Zərərçəkmiş şəxs1 silahları silah otağına təhvil verdiyini, Zərərçəkmiş şəxs1 kapitan Şahid10 penalın qapağının yadından çıxıb cibində qalmasını dediyini, Şahid10 isə ona “yalan deyirsən, sən penalı özün götürmüsən” dediyini, kapitan Şahid10 isə bu barədə bölük komandiri mayor Təqsirləndirilən şəxs dediyini, Z.Mirzyevin isə Zərərçəkmiş şəxs1 yanına çağırdığını, həmin məsələdən təxminən 2-3 gün sonra yataqxananın qarşısında, sıra meydanında yeməyə girmək üçün düzüldüyünü, həmin vaxt sırada Zərərçəkmiş şəxs1 olmadığını, yeməyə gedib qayıtdıqdan sonra da Zərərçəkmiş şəxs1 gəlmədiyini, onun sonra yeməyə gedib çıxdığını, bir müddət sonra gələndə əlinin üstünün dərisinin zədələnib azca qanamasını gördüyünü, səbəbini soruşanda “silah təmizləyəndə yadımdan çıxmışdı cibimdə penalın qapağı qalmışdı, gedib Şahid10 məruzə etdim ki, cibimdə qalıb, Şahid10 isə bu barədə bölük komandiri mayor Təqsirləndirilən şəxs dedi, Təqsirləndirilən şəxs də məni öz otağına çağırıb orada penalın qapağının itməsini kiməsə zəng edib deməyim səbəbindən çox sayda şillə vuraraq döydüyünü” dediyini, yeməyə gedəndə buna əsəbiləşib yumruqla əlini yeməkxananın divarına vurduğundan əlinin dərisi getdiyini, bölük komandirinin onu döyməsini bildiyini, bu səbəbdən əhval-ruhiyyəsinin pozulduğunu, bölük komandiri mayor Təqsirləndirilən şəxs onun üzünün şişinin və göyərtisinin bilinməməsi üçün kazarmada saxladığını, lakin yeməkxana növbətçisinin Zərərçəkmiş şəxs1 əlini divara vurması barədə məruzə etdiyini, bu səbəbdən onu qərargaha çağırdıqlarını, Zərərçəkmiş şəxs1 orada Şahid7 yanına getdiyini, qərargahda onun sifətinin şişməsini və göyərməsini bildiklərini, özü üzünü vurduğunu və şişdiyini dediyini, bölük komandiri mayor Təqsirləndirilən şəxs həmin hadisənin səhəri günü, 20 aprel N1-ci ildə onunla əsgər Zərərçəkmiş şəxs1 “Duzdağ”da olan radiolokasiya qovşağına 3 günlük döyüş növbətçiliyinə göndərdiyini, döyüş növbətçiliyində olduğu müddətdə Zərərçəkmiş şəxs1 bölük komandirinin onu döyməsinə görə əhvalının çox pis olduğunu, kövrəldiyini, “bunun əlindən özümü öldürəcəyəm, istəsəm özümü kəmərlə boğub öldürərəm” dediyini, təsəlli verib Zərərçəkmiş şəxs1 “ailən var, belə fikirlərdən daşın, etmə” dediyini, onun isə “şükür eləsin babama, ölsəm onun üzünü görməyəcəyəm, yoxsa özümü öldürərdim” dediyini, sonra döyüş növbətçiliyini başa vurub hərbi hissəyə qayıtdıqlarını, N1-ci ilin iyun ayında mayor Təqsirləndirilən şəxs onu 10 günlük məzuniyyətə yazdığını, yaşadığı evə gedib-qayıtdığını, bundan sonra əhvalruhiyyəsinin düzəldiyini, “ailəmizdə hər şey qaydasındadır, babamı da gördüm, kefim düzəldi” dediyini, 17 iyul N1-ci ildə nəzarət-buraxılış məntəqəsinin növbətçisinin köməkçisi naryadına təyin edildiyini, axşam təlimatı vaxtı istiliyi olduğundan əsgər Zərərçəkmiş şəxs1lə onu dəyişdiklərini, Zərərçəkmiş şəxs1 naryada çıxdığını, tibb məntəqəsinə gedəndə Zərərçəkmiş şəxs1lə rastlaşdığını, söhbət edəndə onun “mağazadan “Blue” içkisi almışdım, gizir Şahid9 bunu görüb mənim üstümü yoxlamaq istədi, icazə vermədim, buna görə bölük komandirinə məruzə etdiyini, bölük komandiri də məni danladı, üstümə çığırdığını, Zərərçəkmiş şəxs1 buna görə hövsələsinin qaçdığını, ondan ayrılıb tibb məntəqəsinə getdiyini, həmin gün tibb məntəqəsində qaldığını, 18 iyul N1-ci ildə nahar yeməyinə yaxın mağazaya getdiyini, orada Zərərçəkmiş şəxs1lə rastlaşdığını, Zərərçəkmiş şəxs1 ona siqaret, hər ikisi üçün “Blue” içkisi aldığını, sonra birlikdə tibb məntəqəsinə tərəf getdiklərini, Zərərçəkmiş şəxs1 ona mağazadan çıxandan sonra sirkəni göstərib gülərək “içib özümü öldürəcəyəm” dediyini, “məzələnirəm, turba tutulub aparıb onu açacağam” dediyini, həmin vaxt onun zarafat etdiyini düşündüyünü, sirkə içib özünü öldürməyini ağlına gətirmədiyini, çünki bir dəfə də döyüş növbətçiliyində olarkən, mayor Təqsirləndirilən şəxs onun üzünü vurub şişirdən zaman özünü öldürəcəyini dediyini, amma söhbət etdikdən sonra elə bir şey etməyəcəyini dediyini, bu dəfə də ona “gic-gic danışma, özünü öldürmək nədir” dediyini, tibb məntəqəsinin arxasında oturanda kağız parçası göstərib “yazıb qoyacağam” dediyini, amma kağızda nə yazıldığını oxumağa qoymadığını, həmin kağızı da qabaqcadan bloknotundan cırıb verdiyini, qabaqkı gündə Zərərçəkmiş şəxs1 ondan kağız istədiyini, onun da bloknotdan cırıb verdiyini, Zərərçəkmiş şəxs1 kağızda nə yazılmasını oxumağa qoymadığını, buna görə kağızda nə yazıldığını oxuya bilmədiyini, həmin gün axşam təlimatından sonra, saat 18 radələrində Zərərçəkmiş şəxs1 naryadı təhvil verib tibb məntəqəsinin arxasına keçdiklərini, siqaret çəkdiklərini, Zərərçəkmiş şəxs1 “qohumlarla danışmışam, babama zəng vurdum açmadı, nigaran qaldım, yəqin nəsə olub” dediyini, onun əhvalının pis olmasını görüb babasının rəhmətə getdiyini düşündüyünü, həmin vaxt dayısı, xalası ilə danışdığını dediyini, xalasının ona nəsə dediyini fikirləşdiyini, Zərərçəkmiş şəxs1 həmin vaxt ona babasının ölməsini demədiyini, nigaran qaldığını, nəsə olduğunu dediyini, Zərərçəkmiş şəxs1 gözlərinin dolduğunu, lakin ağlamadığını, doluxsunduğunu, Zərərçəkmiş şəxs1 sonra “mən gedirəm” dediyini, ona “qal söhbət edək” desə də onun oradan ayrılıb yataqxana istiqamətində getdiyini, onun da əvvəl yeməyə, oradan isə tibb məntəqəsinə sistem, maye qoşdurmağa getdiyini, saat N radələrində əsgər Şahid6 tibb məntəqəsinə gəlib “əsgər Zərərçəkmiş şəxs1 görmüsənmi?” soruşduğunu, ona “bura gəlmişdi, deyəsən babam ölüb, sonra getdi” dediyini, sonra əsgər Orxan İbrahimovun gəlib Zərərçəkmiş şəxs1 soruşduğunu, ona da “bura gəlmişdi, sonra getdi” dediyini, bir neçə dəqiqə sonra tibb məntəqəsinin arxa tərəfində səs-küy düşdüyünü, Zərərçəkmiş şəxs1 adının çəkildiyini, nəsə içib dediklərini, sistemi qolundan çıxarıb tibb məntəqəsinin arxasına qaçdığını, Zərərçəkmiş şəxs1 xərəkdə apardıqlarını gördüyünü, onun özündə olmadığını, maşına mindirib hospitala yolladıqlarını, əsgər Zərərçəkmiş şəxs1 əsgər Y.Məmmədovun tapdığını, dediyinə görə Zərərçəkmiş şəxs1 tibb məntəqəsinin arxasında tapdığını, onun yanında sirkə olduğunu, bundan sonra Zərərçəkmiş şəxs1 sirkə içib intihar etmək istədiyini öyrəndiyini, Təqsirləndirilən şəxs onu vurduğuna görə gəlib üzr istədiyini, ondan şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid1 ifadəsində 19 iyul N1-ci ildə“Duzdağ”da olan radiolokasiya qovşağında döyüş növbətçiliyindən hərbi hissəyə qayıtdıqdan sonra əsgər yoldaşlarından Zərərçəkmiş şəxs1 18 iyul N1-ci ildə tibb məntəqəsinin arxasında “uksus”, yəni sirkə içərək özünü öldürmək istədiyini eşitdiyini, N1ci ilin aprel ayında parkın gün növbətçisi təyin olunduğunu, nahar yeməyi zamanı Zərərçəkmiş şəxs1 silahları təmizlədikdən sonra silahları aparıb silah otağına təhvil verərkən silahın penalının cibində qalmasını, yadından çıxıb silah otağına verməməsini, sonra aparıb vermək istəyərkən kapitan Şahid10 deməsini, onun da mayor Təqsirləndirilən şəxs məruzə etməsini, mayor Təqsirləndirilən şəxs buna görə ona irad tutub sifətindən bir neçə şillə vurmasını, həmin vaxt Zərərçəkmiş şəxs1 sifətinin şişməsini eşitdiyini, həmin vaxt onu görmədiyini, naryadı təhvil verib qayıtdıqdan sonra onu görmək istədikdə Zərərçəkmiş şəxs1 “Duzdağ”da döyüş növbətçiliyinə göndərilməsini eşitdiyini, qayıtdıqdan sonra görəndə artıq üzündə heç nə olmadığını, sağaldığını, əsgər yoldaşlarından hadisənin necə olmasını eşitdiyi üçün təkrar olaraq Zərərçəkmiş şəxs1 heç nə soruşmadığını, N1-ci ilin mart ayında Zərərçəkmiş şəxs2 kazarmanın içərisində botinkalarını mazladığını, bunu gizir Şahid9 görüb Təqsirləndirilən şəxs məruzə etdiyini, sinif otağında olarkən Təqsirləndirilən şəxs otağa girib “kim kazarmada botinka mazlayıb?” dediyini, həmin vaxt birinci özünün sıranın qarşısına çıxdığını, Təqsirləndirilən şəxs “başqa da mazlayan var?” soruşduğunu, bu vaxt Zərərçəkmiş şəxs2 da qabağa çıxdığını, buna görə Təqsirləndirilən şəxs əsəbiləşib onun üzündən 2 şillə vurduğunu, sonra “bir də heç kim kazarmanın içərisində botinkalarını mazlamasın” dediyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid2 ifadəsində 18 aprel N1-ci ildə əsgər Zərərçəkmiş şəxs1lə birlikdə gün növbətçisi təyin olunduğunu, 19 aprel N1-ci ildə saat 12 radələrində nahar yeməyindən qabaq işləri bitirib silah otağının qarşısında dayandıqlarını, Zərərçəkmiş şəxs1 ona “gedirəm yataqxanaya gələm” dediyini və yataqxanaya getdiyini, bir az sonra əsgər Zərərçəkmiş şəxs1lə mayor Təqsirləndirilən şəxs silah otağının qarşısına gəldiklərini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 “nəyə görə naryad ola-ola yataqxanada oturmusan” dediyini, Zərərçəkmiş şəxs1 həmin vaxt heç nə demədiyini, mayor Təqsirləndirilən şəxs ona “səninlə deyiləm mən, danış, bir söz de” dediyini, Zərərçəkmiş şəxs1 yenə susub danışmadığını, yataqxanada oturması səbəbindən mayor Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 ayağına öz ayağını uzatdığını, Zərərçəkmiş şəxs1 ayağını arxaya çəkdiyini, bundan sonra onun kənara çəkildiyini, nə olmasını görmədiyini, sonra mayor Təqsirləndirilən şəxs çıxıb getdiyini, Zərərçəkmiş şəxs1 əlini ağzına tutaraq ona “ağzım qanayır gedirəm ağzımı yuyam gələm” dediyini, onun ağzının qanamasını görmədiyini, nə üçün olmasını da bilmədiyini, onun gedib bir qədər sonra gələrək “gedirəm siqaret çəkəm, həm də zibilləri atıb gələm” dediyini, sonra qayıdıb gəldiyini, xidməti normal təşkil etdiklərini, 18 iyul N1-ci ildə qarovul xidmətindən çıxıb axşam yeməyinə getdiyini, yeməkdən çıxarkən Zərərçəkmiş şəxs1 nəzarət-buraxılış məntəqəsinin yanında maşına mindirilib aparmalarını gördüyünü, nə məsələ olmasını əsgərlərdən soruşduqda ona Zərərçəkmiş şəxs1 tibb məntəqəsinin arxasında sirkə içdiyini dediklərini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid3 ifadəsində 17 aprel N1-ci il tarixdə park təsərrüfat günü olduğundan şəxsi heyətin ərazinin, silahların, yataqxananın təmizlənməsi işinə ayrıldığını, Zərərçəkmiş şəxs1, Nicat Məhsimovun və Şahid1 bölmənin silahlarını təmizləməyə ayrıldıqlarını, saat təxminən 13 radələrində baş leytenant Şahid10 ona “sənin xidməti yerin dəyişdirilib, gedirsən komanda müşahidə məntəqəsinə” dediyini, parkdan çıxıb silahlar təmizlənən yerə gəldiyini, 18 iyul N1-ci ildə, axşam yeməyindən sonra komanda məntəqəsinin əsgərlərindən radiolokasiya qovşağında xidmət edən əsgər Zərərçəkmiş şəxs1 hərbi hissədə sirkə içərək özünü öldürmək istəməsini öyrəndiyini, onun babası öldüyü üçün sirkə içməsinin deyildiyini, sonrakı günlərdə maraqlanmadığım üçün onun dəqiq olaraq hansı səbəbdən sirkə içməsi, vəziyyətinin necə olması barədə məlumatı olmadığını, xidmət yeri dəyişiləndən sonra Zərərçəkmiş şəxs1 görmədiyini, bir dəfə əsgərlər Şahid1la Zərərçəkmiş şəxs2 kazarmada, içəridə botinka mazlamalarının mayor Təqsirləndirilən şəxs məruzə olunduğunu, onun da sinif otağında hamıdan kimin botinka mazlamasını soruşduğunu, ilk olaraq Şahid1, sonra isə Zərərçəkmiş şəxs2 sıranın qarşısına çıxdığını, Şahid1 “mən mazlamamışam, əlimdə şotka-maz olub” dediyini, Zərərçəkmiş şəxs2 mazladığını, sildiyini dediyini, buna görə mayor Təqsirləndirilən şəxs əlini qaldırıb onun sifətindən iki şillə vurduğunu, həmin hadisədən əvvəl sırada olarkən əsgər Zərərçəkmiş şəxs2 sırada kiməsə nəsə dediyini, yerindən danışdığını, mayor Təqsirləndirilən şəxs də sıranın qarşısında olduğunu, həmin vaxt əsəbiləşib əli ilə Zərərçəkmiş şəxs2 çənəsindən arxaya doğru itələdiyini gördüyünü göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid4 ifadəsində 18 iyul N1ci il tarixdə, saat 19:30-da axşam yeməyi üçün düzülüş zamanı Zərərçəkmiş şəxs1 sırada olmadığını gördüyünü, divizion növbətçisi baş leytenant O.Yolçuyevin əsgər Şahid6 Zərərçəkmiş şəxs1 çağırması üçün göndərdiyini, bir qədər sonra onun da Zərərçəkmiş şəxs1 axtarmaq üçün getdiyini, hərbi hissənin ərazisində onu axtardığını, hamının müxtəlif istiqamətlərə gedib onu axtarmağa başladığını, axtaran zaman tibb məntəqəsi tərəfədən səs-küy gəldiyini, oraya qaçdığını, tibb məntəqəsinin arxasında olan “odunluğa” çatanda Zərərçəkmiş şəxs1 üzü üstə yerə uzanmış halda olduğunu, hərəkət etmədiyini, ağzından selikli, köpüklü maye axdığını, huşunun özündə olduğunu, gözləri açıq olduğunu, nəfəs almasını gördüyünü, bir qədər aralıda dik vəziyyətdə butulka olduğunu, həmin butulkada “uksus” dediyimiz sirkə olduğunu, butulkanın başından bir az içildiyini, sonra əsgərlərin onu qaldırıb tibb məntəqəsinə apardıqlarını, xərəyə qoyub NMB-ə apardıqlarını, oradan maşına mindirib hərbi hospitala apardıqlarını, N1-ci ilin aprel ayında, həftənin şənbə günündə hərbi hissədə park təsərrüfat günü keçirildiyini, əsgər Zərərçəkmiş şəxs1 bölmənin bütün silahlarını aparıb təmizlədiyini, əsgər yoldaşlarının deməsinə görə silahları təmizlədikdən sonra Zərərçəkmiş şəxs1 onları gətirib silah otağına təhvil verdiyini, silahların penallarını cibinə qoyduğundan penalın qapağının yadından çıxıb cibində qaldığını, silah otağına təhvil vermədiyini, sonra aparıb təhvil vermək istədiyini, baş leytenant V.Yusifova bu barədə dediyini, V.Yusifovun gedib bu barədə kapitan Şahid10 dediyini, Şahid10 də sinif otağında Zərərçəkmiş şəxs1 irad bildirdiyini, lakin nə deməsini bilmədiyini, sonra kapitan Şahid10 bu barədə bölük komandiri mayor Təqsirləndirilən şəxs məruzə etdiyini, sonradan mayor Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs1 xidməti otağına çağırıb həmin hadisəyə görə vurmasını əsgər yoldaşlarından eşitdiyini, N1-ci ilin mart ayında, əsgər Zərərçəkmiş şəxs2 yataqxananın içərisində botinkalarını mazladığını, bunu gizir Şahid9 gördüyünü, bu barədə bölük komandiri mayor Təqsirləndirilən şəxs məruzə etdiyini, Təqsirləndirilən şəxs sinif otağına gəlib botinka mazlayanların qabağa çıxmalarını dediyini, əsgər İsmayıl Abdulrahmanovun qabağa çıxdığını, bir az sonra əsgər Zərərçəkmiş şəxs2 qabağa çıxdığını, Təqsirləndirilən şəxs hər ikisini danladığını, sonra Zərərçəkmiş şəxs2 sifətindən iki şillə zərbəsi vurduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş əsgər Şahid6 ifadəsində N1-ci ilin aprel ayında qərargah növbətçisi xidmətinə təyin olunduğunu, axşam yeməyindən sonra, saat 20-21 radələrində qərargahda təmizlik etdiyini, həmin vaxt Zərərçəkmiş şəxs1 qərargaha gəldiyini, onun ağladığını, üzünün şişməsini, qızarmasını gördüyünü, ondan nə olmasını soruşduqda ağladığı üçün cavab verə bilmədiyini, sonra içəri mayor Şahid8, onun arxasınca isə mayor Şahid7 gəldiyini, onların otağa keçib söhbət etdiklərini, sonra mayor Təqsirləndirilən şəxs qərargaha gəlib onların yanına getdiklərini, əsgər Zərərçəkmiş şəxs1 otaqdan çıxıb növbətçi stulunda oturduğunu, həmin vaxt onların nə söhbət etmələrini, nə olmasını bilmədiyini, təxminən 20-25 dəqiqə sonra çıxıb getdiklərini, ancaq Zərərçəkmiş şəxs1 üzünün qızarmasından, şişməsindən, ağlamasından onu kiminsə döydüyünü bildiyini, 18 iyul N1-ci ildə saat 19:30 radələrində axşam yeməyi üçün düzülüş verildiyini, səxsi heyət axşam yeməyi üçün düzüldükdə Zərərçəkmiş şəxs1 sırada olmadığının deyildiyini, Zərərçəkmiş şəxs1 həmin vaxt nəzarət-buraxılış məntəqəsində naryaddan çıxdığını, sırada olmadığı üçün Zərərçəkmiş şəxs1 axtarmağa başladığını, ilk olaraq parka gedib soruşanda oraya gəlməməsini dediklərini, sonra NBM-ə getdiyini, orada da olmadığını, tibb məntəqəsinə getdiyini, əsgər Zərərçəkmiş şəxs2 onun orada olduğunu, lakin sonra çıxıb getməsini dediyini, təkrar düzülüş yerinə qayıdıb mayor İsmayıl Şirəliyevə onu tapa bilmədiyini dediyini, sonra hamının onu axtarmağa başladığını, axtaran zaman tibb məntəqəsi tərəfdən gizir Pərvin Məhərrəmovun “su gətirin” deyə çığırdığını, Zərərçəkmiş şəxs1 tibb məntəqəsinin arxasında, odunluq dediyimiz yerdə olduğunu, qaçaraq ora getdiyini, çatanda Zərərçəkmiş şəxs1 üzü üstə yerə uzanmış halda olmasını gördüyünü, hərəkət etdiyini, nəfəs aldığını, danışmadığını, onun yanında kəmər, sirkə turşusu olduğunu, sirkədən içildiyini, ağzının açıq olduğunu, butulkanın dik vəziyyətdə olduğunu, yerə sirkə tökülmədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş kapitan Şahid10 ifadəsində N1-ci ilin aprel ayının ortalarında həftənin şənbə günü park təsərrüfat günü olduğundan bütün şəxsi heyətin işlərə ayrıldığını, həmin gün silahların təmizlənməsinə nəzarət etmək üçün ayrıldığını, 2 və ya 3 nəfər əsgərin silahları təmizlədiyini, təmizləndikdən sonra Zərərçəkmiş şəxs1 silahları silah otağına apardığını, Zərərçəkmiş şəxs1 silahları otağa qoyduqdan sonra getdiyini, növbətçi baş leytenant Vahid Yusifovla silahların tamlığına baxdığını, həmin vaxt silahın penalının qapağının olmadığını gördüyünü, çölə çıxan zaman əsgər Zərərçəkmiş şəxs1 gəlib baş leytenant V.Yusifova “silahın penalının qapağı cibimdə qalıbdır, onu silah otağına qoymaq istəyirəm” dediyini, qapağı qəsdən götürdüyünü düşünüb Zərərçəkmiş şəxs1 irad tutduğunu, ona “səni buna görə həbs edərlər, xidmətdə artıq saxlayarlar, hərbi əmlakı itirmək, oğurlamaq olmaz” dediyini, Zərərçəkmiş şəxs1 ona “siz mənim yerimi dəyişə bilməzsiniz” dediyini, sonra qapağı alıb silah otağına qoyduğunu, Zərərçəkmiş şəxs1 də tapşırılan işləri görməsi üçün göndərdiyini, sonra hərbi hissə komandirinin müavini mayor Şahid7 onu yanına çağırıb nə məsələ olmasını soruşduğunu, ona hadisəni olduğu kimi məruzə etdiyini, mayor Şahid7 ona “əsgər unudub cibində saxlayıb, sonrada gətirib verib, problem olmasın” dediyini, həmin vaxt Zərərçəkmiş şəxs1 penalın qapağını unutduğu üçün silah otağına qoymadığını, qəsdən özündə saxlamadığını, başqa məqsədi olmadığını bildiyini, bu barədə mayor Təqsirləndirilən şəxs məruzə etdiyini, xidməti otağında ona “əsgərin cibində silahın penalının qapağı qalmışdı, irad tutmuşdum, o da gedib mayor Şahid7 deyibdir” dediyini, sonra aşağı düşdüyünü, bir müddət sonra mayor Təqsirləndirilən şəxs xidməti otağında əsgər Zərərçəkmiş şəxs1 danladığını, səsinin birinci mərtəbəyə kimi gəldiyini, qışqıra-qışqıra danışdığını, sonra nə olmasını bilmədiyini, sonrakı günlərdə də mayor Təqsirləndirilən şəxs və əsgər Zərərçəkmiş şəxs1 nə olmasını soruşmadığını, N1-ci ilin mayı ayının sonundan 29 iyul N1-ci il tarixədək ezamiyyətdə və məzuniyyətdə olduğunu, məzuniyyətdən qayıtdıqdan sonra əsgər Zərərçəkmiş şəxs1 tibb məntəqəsinin arxasında sirkə içərək özünü öldürmək istəməsini öyrəndiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində N1-ci ilin aprel ayında qərargahın yanında dayandığını, axşam yeməyi vaxtı yeməkxanaya tərəf baxdığını, əsgər Zərərçəkmiş şəxs1 yeməkxananın qarşısında fikirli vəziyyətdə dayanmasını gördüyünü, onun yanına gedəndə ağlamasını gördüyünü, onu qərargahın binasında 1-ci mərtəbədə olan otağına gətirdiyini, ondan nə məsələ olmasını soruşduqda əvvəl susduğunu, sonra “özüm özümü vurmuşam, heç nə olmayıb” dediyini, bir az da söhbət etdikdən sonra “babama nəsə olub, babam narahatdır, vəziyyəti pisdir, babamı görmək istəyirəm, ondan narahatam” dediyini, ona “bu dəqiqə səni babanı görmək üçün buraxmaq çətindir, ancaq yaxınlarda məzuniyyət olacaq, köməklik edərik gedib görərsən” dediyini, sonra zəng edib bölmə komandiri kimi mayor Təqsirləndirilən şəxs çağırdığını, olan halı ona danışıb “əsgərinlə söhbət et, izah elə, məzuniyyət olan kimi köməklik edərik” dediyini, sonra otaqdan çıxıb getdiyini, Zərərçəkmiş şəxs1lə Təqsirləndirilən şəxs otaqda tək qaldıqlarını, müvafiq sənədləri götürmək üçün təkrar otağa qayıdanda mayor Şahid7 da otaqda olduğunu, Zərərçəkmiş şəxs1lə və Təqsirləndirilən şəxslə söhbət etdiyini gördüyünü, 18 iyul N1-ci il tarixdə bazar günü olduğu üçün yaşadığı evdə istirahətdə olduğunu, axşam saatlarında, təxminən N radələrində hərbi hissədən zəng vurub əsgər Zərərçəkmiş şəxs1 sırada olmadığını, axtarılan zaman tibb məntəqəsinin arxasında yerdə uzanılmış halda tapıldığını, sirkə içib özünə qəsd etmək istədiyini, hospitala aparıldığını, telefonla danışıb babasının rəhmətə getməsini öyrəndiyini dediklərini, hospitala zəng edib Zərərçəkmiş şəxs1 vəziyyəti ilə maraqlanan zaman yaxşı olduğunu öyrəndiyini, sonra hərbi hissəyə gəldiyini, orada Zərərçəkmiş şəxs1 babasının rəhmətə getmədiyini öyrəndiyini, hərbi hissədə prokurorluğun əməkdaşlarının araşdırma apardıqlarını, sonra evə getdiyini, səhəri gün mayor Təqsirləndirilən şəxs əlindən Zərərçəkmiş şəxs1 özünü öldürmək istədiyini, Təqsirləndirilən şəxs onu döyüb incitdiyini, Zərərçəkmiş şəxs1 də kağıza mayor Təqsirləndirilən şəxs onu incitməsi barədə yazıb sirkə içdiyi yerin yaxınlığına qoyduğunu eşitməsini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş gizir X2 ifadəsində 18 iyul N1-ci ildə tibb məntəqəsində növbətçi həkim olduğunu, saat N radələrində, hərbi hissənin ərazisində Zərərçəkmiş şəxs1 axtarmalarını gördüyünü, onu nə üçün axtardıqlarını bilmədiyini, tibb məntəqəsində müalicə alan Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1lə bir az əvvəl tibb məntəqəsinin arxasında söhbət etdiklərini dediyini, ondan nə barədə söhbət etmələrini soruşduqda Zərərçəkmiş şəxs2 “Zərərçəkmiş şəxs1 deyir ki, babası rəhmətə gedib, ona baş sağlığı verib, Zərərçəkmiş şəxs1 də kövrəlib həmin yerdən gedib” dediyini, onun hara getməsini bilmədiyini dediyini, sonra əsgər Y.Məmmədovla çölə çıxdığını, babasının ölməsini eşitdikdən sonra Zərərçəkmiş şəxs1 özünə nəsə edə biləcəyini düşündüyünü, buna görə onu axtarmaq qərarına gəldiyini, tibb məntəqəsinin arxasına getdiklərini, yanlarında kim olmasını xatırlamadığı bir əsgərin də olduğunu, tibb məntəqəsinin arxasında olan odunluğa tərəf getdiklərini, əsgərlərin qabaqda getdiklərini, birdən onların qışqıraraq “yoldaş gizir Eynur buradadır” dediklərini, həmin yerə qaçdığını, çatan zaman Zərərçəkmiş şəxs1 üzü üstə yerə uzanıb, nəfəs aldığını, ağzından köpük gəldiyini, huşunun açıq olduğunu gördüyünü, onun “buraxın ölüm” dediyini, onun nəbzini yoxladıqda nəbzinin atdığını, yanında yerdə dik vəziyyətdə sirkə butulkasının olduğunu, sirkədən bir miqdar içildiyini, ağzının açıq olduğunu, Zərərçəkmiş şəxs1 də sirkə iyi gəldiyini, orada başqa nə olmasına fikir vermədiyini, tibb məntəqəsinin təcili tibbi yardım maşınının sürücüsünün ehtiyata buraxıldığından və maşına yeni sürücü təyin olmadığından orada olanlara taksi çağırmalarını dediyini, onu dərhal qaldırıb tibb məntəqəsinin qarşısına gətirdiklərini, onu xərəyə uzatdıqlarını, NBM-ə aparıb taksiyə mindirdiklərini və hərbi hospitala apardıqlarını, hospitalda ona ilkin müdaxilə edildiyini, içdiyi sirkəni qaytardığını, sonra nəzarətə götürüldüyünü, hadisədən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 döydüyünü, ancaq nə üçün, nə vaxt, nə səbəbə döyməsini bilmədiyini göstərmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etməyən iş üzrə şahidlər Şahid9, Şahid7 və Şahid5 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olundu. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli həmin ifadələrlə də sübuta yetir. Cinayət işinin 1-ci cild 225-228-ci vərəqələrində olan 28 iyul N1-ci il tarixli, məhkəmətibb ekspertizası ilə bağlı 161, 162 nömrəli ekspert rəylərində əsgər Zərərçəkmiş şəxs1 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı, 205 №-li hərbi hospitalda müayinə zamanı şəxsin görünən selikli qişaları adi rəngdə olduğundan və kimyəvi yanığın əlamətləri olmadığından “Kimyəvi zəhərlənmə” diaqnozunun şəxsin subyektiv şikayətləri əsasında qoyulduğu, həmçinin məhkəmə-kimyəvi müayinə aparılmadığından şəxsdə məhkəmə-tibbi nöqteyi nəzərdən kimyəvi zəhərlənmə olubolmamasını təyin etməyin mümkün olmadığı qeyd olunmuşdur. Əsgər Zərərçəkmiş şəxs2 bədən səthində isə hər hansı bir xəsarət və ya xəsarət izlərinin aşkar olunmadığı qeyd olunmuşdur. Cinayət işinin 1-ci cild 230-233-cü vərəqələrində olan 02 avqust N1-ci il tarixli, məhkəmə-xətşünaslıq ekspertizası ilə bağlı ekspert rəyində ekspertizaya təqdim olunmuş aşağı tərəfi nahamar olan, 85x1N-mm ölçülü damalı cib dəftəri vərəqəsinin bir tərəfində “Mən əsgər Zərərçəkmiş şəxs1...” sözləri ilə başlayıb “...gedif çərdə yatas” sözləri ilə bitən əlyazmalar, digər tərəfində isə “halım yoxdu yoxsa səni...” sözləri başlayıb “...sən haranın tulassan ziyyatay tüləh” sözləri ilə bitən əlyazmalar və üzərində “X6” yazıları olan, 107x90mm ölçülü, üç tərəfi nahamar kağız parçasının arxa tərəfində “54. 04. 0852. 38. 79. 10. 26 Budaqov zaur Kapital BaNK” əlyazmaların Zərərçəkmiş şəxs1 tərəfindən icra olunduğu, ekspertizaya təqdim olunmuş üzərində “X6” yazıları olan, 107x90-mm ölçülü, üç tərəfi nahamar kağız parçasının arxa tərəfində “70. 623 94 95” əlyazma rəqəmlərin Zərərçəkmiş şəxs1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu, ekspertizaya təqdim olunmuş aşağı tərəfi nahamar olan, 85x1N-mm ölçülü damalı cib dəftəri vərəqəsinin bir tərəfində “Mən əsgər Zərərçəkmiş şəxs1...” sözləri ilə başlayıb “...gedif çərdə yatas” sözləri ilə bitən əlyazmalar, digər tərəfində isə “halım yoxdu yoxsa səni...” sözləri başlayıb “...sən haranın tulassan ziyyatay tüləh” sözləri ilə bitən əlyazmalar və üzərində “X6” yazıları olan, 107x90mm ölçülü, üç tərəfi nahamar kağız parçasının arxa tərəfində “54. 04. 0852. 38. 79. 10. 26 Budaqov zaur Kapital BaNK” əlyazmalarda yazının qeyri-adi psixofizioloji vəziyyətdə icra olunmasını xarekterizə edən əlamətlərin müşahidə olunmadığı göstərilmişdir. Cinayət işinin 2-ci cild 175-177-ci vərəqələrində olan 17 avqust N1-ci il tarixli, məhkəmə-ambulator psixiatrik ekspertizası ilə bağlı 69 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs1 nevrotik reaksiyanın müşahidə edildiyi, xəstəliyə hərbi xidmət dövründə tutulduğu, Zərərçəkmiş şəxs1 həmin xəstəliyə ona qarşı edilmiş qanunsuz hərəkətlər, psixi sarsıntı nəticəsində tutulduğu, Zərərçəkmiş şəxs1 həmin xəstəlik onun 18 iyul N1-ci il tarixdə özünü öldürməyə cəhd edərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək imkanından məhrum etmədiyi, Zərərçəkmiş şəxs1 özünü öldürməyə cəhd edərkən anlaqlı olduğu qeyd olunmuşdur. Cinayət işinin 2-ci cild 237-240-cı vərəqələrində olan 23 avqust N1-ci il tarixli, məhkəmə-kimyəvi ekspertizası ilə bağlı 18/K nömrəli ekspert rəyində tədqiqat üçün təqdim edilən 01 ədəd üzərində “Uskusnaya kislota” sözləri yazılmış şüşə qabın içərisində olan naməlum mayenin tərkibində sirkə turşusu aşkar edildiyi, sirkə turşusu (etanol turşusu) – doymuş bir əsaslı karbon turşularına aid olub xarakterik kəskin iyə malik olduğu, barbitur turşusu törəmələri alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon qrupu, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilmədiyi, təqdim edilmiş sirkə turşusundan 50 qram istifadə edildiyi, istifadə edilmiş sirkə turşusunun 20-40 ml dozası insan həyatı və sağlamlığı üçün çox təhlükəli olduğu və ölümcül doza olduğu, tərkibində su olmayan sirkə turşusunun ölümcül dozası 10-N qram olduğu, sirkə esensiyasının (40-80%li məhlulu) ölümcül dozası 20-40ml. Üzüm sirkəsinin (3-9%li məhlul) ölümcül dozası isə təqribən 200 ml olduğu göstərilmişdir. Cinayət işinin 3-cü cild 104-110-cu vərəqələrində olan 20 sentyabr N1-ci il tarixli, məhkəmə-psixoloji ekspertizası ilə bağlı 261 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs1 fərdi-psixi xüsusiyyətlərində özünü öldürməyə cəhd etməzdən əvvəlki dövrdə təzahür etmiş olan psixogen-depressiv reaksiya əlamətlərinin müşahidə olunmadığı, hadisəni törətməzdən əvvəlki dövrdə emosional gərginlik halını keçirdiyi, həmin halların yaranma səbəblərinin rəyin tədqiqat prosesinin təsviri hissəsində təhlil edildiyi, onun özünü öldürməyə cəhd etməzdən əvvəlki dövrdə keçirmiş olduğu emosional gərginlik halının mayor Təqsirləndirilən şəxs ona etmiş olduğu nizamnamədən kənar hərəkətlərlə səbəblinəticə əlaqəsində olduğu, özünə qəsd etməklə düşdüyü vəziyyətdən çıxmaq istədiyi, məlum hadisəni törətməzdən əvvəlki dövrdə simulyasiya (bir şeyi yalandan etmək, göstərmək, oxşatmaq; aldatmaq məqsədi ilə bir şey haqqında yanlış təsəvvür yaratmaq) hərəkətlərini etmədiyi göstərilmişdir. Cinayət işinin 3-cü cild 124-128-ci vərəqələrində olan 06 oktyabr N1-ci il tarixli, komisyon məhkəmə-psixoloji ekspertizası ilə bağlı 11/393 nömrəli ekspert rəyində Zərərçəkmiş şəxs1 fərdi-psixoloji xüsusiyyətlərində “hövsələsizlik”, “söz götürməyən”, “ərköyün” kimi əlamətlər üstünlük təşkil etməklə, özünü öldürməyə cəhd etməzdən əvvəlki dövrdə fərdi-psixoloji xüsusiyyətlərdə bəzi nevrotik reaksiya əlamətləri müəyyən olunduğu, onun özünü öldürməyə cəhd etməzdən əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş olan emosional gərginlik halını keçirdiyi, onun hadisədən əvvəlki dövrdə mayor Təqsirləndirilən şəxs ona qarşı etmiş olduğu hərəkətlərlə əlaqədar emosional gərginlik halını keçirdiyi, hərbi xidmətə münasibətinin, ailəsi ilə olan münasibətlərinin, o cümlədən hərbi xidmətin çətinliklərinin onun özünü öldürməyə cəhd etməzdən əvvəlki dövrdə keçirdiyi emosional gərginlik halına təsiri olmadığı göstərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, müvafiq ekspert rəylərini, o cümlədən cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq olunmuş digər sübutları da mötəbər sübut növləri kimi qəbul edir. Cinayət işinin 2-ci cild 53-cü vərəqəsinə əlavə edilmiş N №-li-hərbi hissə komandanlığı tərəfindən verilmiş hərbi həkim komisiyasının 05 avqust N1-ci il tarixli 1929 №-li arayışda Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cild 127-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandirinin N mart N0-ci il tarixli 64 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs radiolokasiya qovşaq rəisi vəzifəsinə təyin edilmişdir. Cinayət işinin 1-ci cild 146-148-ci vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissə komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə təqsirləndirilən şəxs mayor Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslər əsgər Zərərçəkmiş şəxs2 müsbət, əsgər Zərərçəkmiş şəxs1 isə mənfi xarakterizə olunmuşlar. Cinayət işinin 1-ci cild 175-ci vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmağı haqda heç bir məlumat yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis kimi öz tabeliyində olan şəxslərə qarşı zor tətbiq etməsi nəticəsində törətdiyi əməlin ağır nəticələrə səbəb olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin, şahidlərin ifadələri, eləcə də cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Beləliklə də, məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, iki azyaşlı uşağının olmasını, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edib, peşmançılıq çəkməsini, cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hərbi vəziyyət zamanı cinayət əməlini törətməsidir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü mad.). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, bu da cinayətlərin təsnifatına görə ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinin tövsiyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakterli qəsdin obyektindən təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin N-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı və s.) müəyyən edilir. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində törətdiyi cinayətləri nəzərdə tutan Azərbaycan Respublikası CMnin 329.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olmasını məqsədə müvafiq hesab edir. Ona görə də Təqsirləndirilən şəxs həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməlidir. Cinayət işi üzrə mülki iddia, xüsusi müsadirə edilməsi təklif edilən əmlak yoxdur. İş üzrə komisyon məhkəmə-psixoloji ekspertizanın keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatın dəyəri N0 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin maddi sübutlar otağında saxlanılan içərisində sirkə turşusu olan 1 ədəd şüşə butulkada olan “Uksus” (sirkə) maddəsi istifadəyə yararsız olduğundan məhv, həmçinin hadisə yerindən götürülmüş əlyazmalar olan cib dəftərinin vərəqəsi, üzərində “X6” yazıları olan kağız parçası cinayət işinin materiallarına əlavə edilməlidir. Cinayət işi üzrə 2 (iki) ədəd CD cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən ona təyin olunmuş cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş hesab edilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında”, Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 329.3-cü maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə həmin cəzaya şərti məhkum edilsin və ona 2 (iki) il 9 (doqquz) ay sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti xidmət apardığı hərbi hissə komandanlığı həyata keçirsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən xidmət yerini tərk etməmək və daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm icraya yönəldikdən sonra ləğv edilsin. Cinayət işi üzrə mülki iddia, xüsusi müsadirə edilməsi təklif edilən əmlak yoxdur. İş üzrə komisyon məhkəmə-psixoloji ekspertizanın keçirilməsi ilə əlaqədar aparılmış tədqiqatın dəyəri N0 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin maddi sübutlar otağında saxlanılan içərisində sirkə turşusu olan 1 ədəd şüşə butulkada olan “Uksus” (sirkə) maddəsi istifadəyə yararsız olduğundan məhv edilsin. Hadisə yerindən götürülmüş əlyazmalar olan cib dəftərinin vərəqəsi, üzərində “X6” yazıları olan kağız parçası cinayət işinin materiallarına əlavə edilsin. Cinayət işi üzrə 2 (iki) ədəd CD cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: İlham İbrahimov Hakimlər: Səxavət Hüseynov Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar