Azərbaycan Respublikası adından HÖKM Naxçıvan şəhəri İş № 1-1(092)-26/2022 28.09.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ HƏRBİ MƏHKƏMƏSİ İbrahimov İlham Sadət oğlunun sədrliyi, məhkəmə iclas katibi Zeynalova Nuray Hikmət qızının katibliyi, dövlət ittihamçısı Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi, Naxçıvan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X13, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, mütəxəssis X3 və Təqsirləndirilən şəxs iştirakları ilə, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin inzibati binasında xx xxxxxx 1985-ci ildə Şərur rayonun Muğancıq- Müslüm kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, üç uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmayan, Şərur rayonun Muğancıq-Müslüm kəndində qeydiyyatda olan, “Naxçıvan” X4 hərbi şəhərciyində yaşayan, “Naxçıvan” X5 müddətdən artiq həqiqi hərbi xidmət edən, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 may 2022-ci il tarixdə, saat 17:50 radələrində özünə məxsus olan “Mersedes Benz” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şərur rayonunun Qarxun kəndindən keçən asfalt yolda Naxçıvan-Sədərək magistral yolu istiqamətində hərəkətdə olarkən, “Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunun” 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndində göstərilən “yaşayış məntəqələri daxilində nəqliyyat vasitələri 60 km/saat sürətindən çox olmayan sürətlə hərəkət etməlidir” tələbini pozaraq həmin sürət həddindən daha artıq sürətlə hərəkət etməklə magistral yoldan 2.5 km məsafədə olan Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Şərur rayon X7 şöbəsinin qarşısında görünüş dairəsində olan, yolun sağ tərəfindən sola manevr edib geriyə dönmək istəyən Şərur rayonunun Düdəngə kənd sakini Zərərçəkmiş şəxs3 idarə etdiyi etdiyi “VAZ-21041” markalı, **-BH-*** dövlət qeydiyat nişanlı avtomobillə toqquşaraq ehtiyatsızlıqdan həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 “bel nahiyəsində hematoma, L1-L2-L3-L-4 fəqərələrin yerini az dəyişən sınığı” diaqnozu ilə müşayiət olunan yetirilmə anı həyat üçün təhlükəli olan ağır, hadisə vaxtı “VAZ-21041” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 “qarının küt travması, daxili qanaxma, dalağın cırılması, sol X qabırğanın yerini dəyişən, Th11-sol yan çıxıntısının az yer dəyişən sınığı” diaqnozu ilə müşayiət olunan yetirilmə anı həyat üçün təhlükəli olan ağır, Zərərçəkmiş şəxs2 “qarının küt travması, dalağın cırılmış yarası, peritonarxas sahənin geniş hematoması, travmatik şok İİ-İİİ dərəcə” diaqnozu ilə müşayiət olunan yetirilmə anı həyat üçün təhlükəli olan ağır, X11 “sol alın nahiyəsində dərialtı hematoma, baş beyinin alın payında hematoma, qaraciyarın və dalağın əzilmiş-cırılmış yaraları; qarın boşluğunda qan (1,5 l), bədənin müxtəlif nahiyələrinin hematoma, qançır və sıyrıqları” diaqnozu ilə müşayiət olunan yetirilmə anı həyat üçün təhlükəli olan ağır xəsarət yetirmiş, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxs N.F.Bağırovanın ölümünə səbəb olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə hüquqi qiymət verilməsi ilə bağlı məhkəmə ilk öncə bildirir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində sübut kimi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər sübut kimi qəbul olunur və bu sübutlar özündə həmin Məcəllənin 124.1.2-ci maddəsinin tələbinə görə hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Prosessual normanın qeyd edilən tələbindən yola çıxaraq məhkəmə təqsirləndirilən şəxsə törətməsi istinad olunan əməli həmin normanın tələbləri daxilində məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əlaqəli şəkildə tədqiq edərək aşağıdakıları qeyd edir. Cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Həmçinin cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin cinayət qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməlin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin dispozitiv şərtlərindən aydın olur ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət tərkibinin yaranmasına səbəb olur. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində qeyd edilən cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsi isə məhkəmə iclasında tədqiq edilən sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bildiyini, ifadəsində “Naxçıvan” X5 xidmət etdiyini, 02 may 2022-ci ildə Ramazan bayramı olduğundan xidmət etdiyi diviziyadan istirahət verildiyini, Mercedes markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə həmin gün saat 17:40 radələrində Naxçıvan-Sədərək magistral yolunun üzərində olan yanacaq doldurma məntəqəsindən yanacaq almağa getdiyini, həmin yanacaq doldurma məntəqəsinə gedərkən Şərur rayonunun Qarxun kəndinin içindən keçən asfalt yolla hərəkət etdiyini, təxminən saat 17:50 radələrində Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Şərur rayon X7 şöbəsinin qarşısına çatanda VAZ-21041 markalı, ağ rəngli bir maşının geriyə dönmək üçün sola manevr etdiyini, dərhal maşının tormuzunu sıxdığını, lakin idarə etdiyi Mercedes markalı avtomobilin həmin VAZ-21041 markalı avtomobilin sol orta hissəsinə dəydiyini, bir neçə yerindən xəsarət aldığını, hadisənin şokundan qorxduğunu, avtomobildən düşüb yolun kənarında oturduğunu, sağ ayağı, sağ qolu, sinəsində ağrı olduğunu, hadisə nəticəsində VAZ-21041 markalı avtomobildə olan sərnişinlər toqquşma nəticəsində avtomobilin qapısından çölə töküldüklərini, cib telefonu ilə atasına zəng etdiyini, bir neçə dəqiqə sonra atası Əsgər İsmayılovun və qardaşı Xəqani İsmayılovun hadisə yerinə gəldiklərini, bir az sonra hadisə yerinə təcili tibbi yardım maşınlarının gəldiyini, bundan sonra xəsarət alan şəxsləri Şərur rayon Mərkəzi Xəstəxanasına apardıqlarını, onu da atasının öz maşını ilə həmin xəstəxanaya apardığını, hadisə vaxtı VAZ-21041 markalı maşının içində olan sərnişinlər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X8 və sürücü Zərərçəkmiş şəxs3 ağır xəsarət aldıqlarını sonradan bildiyini, 03 may 2022-ci ildə N.F.Bağırovanın hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat etməsini eşitdiyini, hadisə vaxtı VAZ-21041 markalı avtomobili görməyini məhdudlaşdıracaq heç nə olmadığını, həmin maşını 60-70 metr məsafədən gördüyünü, həmin yol-nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 ağır xəsarət aldıqlarını, yol-nəqliyyat hadisəsi nəticəsində VAZ- 21041 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7350 manat məbləğində dəymiş maddi ziyanı tam ödədiyini, N.F.Bağırovanın yas mərasimində atasının, qardaşlarının və digər qohumlarının iştirak etdiklərini göstərmişdir. Təqsirləndirilən şəxs son sözündə törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi və az yaşlı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışıq üçün cəhd etdiyini, zərərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ondan şikayətinin olmadığını, Zərərçəkmiş şəxs3 ilə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini qeyd edərək bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X19 ifadəsində Şərur rayon X7 Şöbəsində növbətçi Yanğın Söndürmə Xidmətinin rəisi vəzifəsində işlədiyindən 02 may 2022-ci il tarixində işdə olduğunu, həmin gün Ramazan bayramı olduğunu, eyni zamanda həmin gün qardaşı Qanuni nümayəndə həyat yoldaşının ad günü olduğu üçün yoldaşı Zərərçəkmiş şəxs1, qızı Nurgül Bağırova və oğlu X18 rayonunun Qarxun kəndində yaşayan atasıgilə, oradan da qonşuluqda olan qardaşıgilə qonaq getdiklərini, təxminən saat 15:00 radələrində yoldaşı Zərərçəkmiş şəxs1 ona zəng vurub “icazə verirsənsə, qardaşıma deyim maşınla gəlib bizi aparsın evlərinə, ata-anamın bayramını təbrik edim” dediyini, razılıq verib gedəndə onun iş yerinin yanından keçmələrini, evə aldığı əti də götürmələrini bildirdiyini, təxminən saat 17:40 radələrində Tünzalənin ona zəng vurub iş yerinin qarşısına çatmalarını dediyini, əti götürüb çölə çıxdığını, həmin vaxt nəzarət buraxılış məntəqəsində növbətçi olan Şahid1 onunla 1-2 dəqiqə söhbət etdiyini, bu zaman qaynı Zərərçəkmiş şəxs3 avtomobilinin gəldiyini gördüyünü və yola tərəf getdiyini, Müştəbanın maşını onların idarəsinin qarşısında, nəzarət buraxılış məntəqəsindən təxminən 10 metr irəlidə üzü Yuxarı Daşarx kəndi istiqamətində yolun sağında saxladığını, maşına yaxınlaşıb onlarla bayramlaşıb, əti qabaq oturacaqda əyləşən oğlu Nihadın ayağının yanına qoyduğunu, həmin vaxt oğlu Nihadın avtomobilin ön sağ oturacağında, qızı Nurgülün arxa sol oturacağında, yoldaşı Tünzalənin arxa sağ oturacağında oturduqlarını, maşının arxa oturacağında qızı ilə yoldaşının ortasında isə qardaşı Rahibin oğlu Şahinin oturduğunu, bundan sonra Müştəbanın maşının sola dönmə xəbərdarlıq işığını yandırıb üzü Naxçıvan-Sədərək avtomobil yolu istiqamətində sağ hərəkət zolağına çıxaraq hərəkət etməyə başladığını, geriyə dönüb idarəyə getdiyini, idarənin qapısına çatmağına az qalmış Qarxun kəndi tərəfdən üzü Naxçıvan-Sədərək avtomobil yolu istiqamətində sürətlə gələn avtomobil səsi eşitdiyini, maşın gələn istiqamətə baxanda həmin maşının “Mersedes-Benz” markalı avtomobil olduğunu gördüyünü, daha sonra dönüb Müştəbanın getdiyi istiqamətə baxdığını, Müştəbanın 20-25 metr irəliyə gedib və sola dönmə xəbərdarlıq işığını yandırıb geriyə dönmək istədiyini, Mercedesin çox sürətli gəldiyini, Müştəbanın maşını ilə toqquşacağını düşündüyündən Müştəbaya tərəf 2-3 addım atıb geriyə dönməməsi üçün qışqırdığını, lakin onun eşitmədiyini görüb əynində olan isti gödəkcəni çıxarıb yolda “Mersedes-Benz” sürücüsünü görüb yavaşlaması üçün yelləməyə başladığını, həmin avtomobilin sürücüsünün onu görmədiyini və onun yanından təxminən 5-10 metr gedib tormozu basdığını, sonra Müştəbanın maşını ilə toqquşduqlarını, dərhal maşınların yanına qaçdığını, yoldaşının, qızının, qardaşının oğlu Şahinin və qaynı Müştəbanın ağır yaralandığını, dərhal təcili yardım maşını çağırdıqlarını, onları Şərur rayon mərkəzi xəstəxanasına apardıqlarını, qaynı Müştəbanı və yoldaşı Tünzaləni xəstəxanaya yerləşdirdiklərini, qızı Nurgülü və qardaşının oğlu Şahini isə Naxçıvan MR Mərkəzi Xəstəxanasına təxliyyə etdiklərini, bir gün sonra qızı Nurgülün hadisə nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etdiyini, Müştəbanın “VAZ 21041” markalı avtomobillə sola manevr edib geriyə dönən zaman “Mersedes” markalı avtomobillə arasında təxminən 100-110 metr məsafə olduğunu, həmin vaxt “Mersedes” markalı avtomobilin təxminən 110- 130 km/saat sürətlə hərəkət etdiyini düşündüyünü, “Mersedes” markalı avtomobilin içərisində sürücüdən əlavə kiminsə olub-olmadığını görmədiyini, zərərçəkmiş şəxsin hüquqi varisi X19ifadəsində təqsirləndirilən şəxsi bağışlamadığını, qanuni cəza verilməsini göstərsədə, çıxışında təqsirləndirilən şəxsi bağışladığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində Təqsirləndirilən şəxs hadisədən sonra tanıdığını, Babək rayonunun Şıxmahmud kənd sakini X6 məxsus VAZ 21041 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili 16 mart 2022-ci ildən etibarnamə ilə idarə etdiyini, 02 may 2022-ci ildə, saat 17 radələrində bacısı Zərərçəkmiş şəxs1 onun mobil telefonuna zəng vurub oğlu Nihad və qızı Nurgül ilə birlikdə Şərur rayonunun Qarxun kəndində yaşayan qaynatasıgildə olduqlarını, maşınla oraya gedib onları Şərur rayonunun Düdəngə kəndinə gətirməsini dediyini, təxminən saat 17:35 radələrində bacısgili idarə etdiyi VAZ21041 markalı, **-BH- *** dövlət qeydiyyat nişanlı maşınla qaynatasıgilin evindən götürdüyünü, bacısının oğlu Nihad Bağırovun öndə, bacısının qızı Nurgül Bağırovanın arxa oturacaqda sol tərəfdə, bacısı Zərərçəkmiş şəxs1 arxa oturacaqda sağ tərəfdə, bacısının qaynı Rahibin oğlu Şahinin də arxa oturacaqda ortada oturduğunu, hərəkətə başladıqdan sonra bacısı Tünzalənin ona “əvvəlcə gedək Faiqin iş yerinə, evə ət alıb, onu götürüb sonra Düdəngəyə gedək” dediyini, maşını bacısının əri Faiqin işlədiyi Şərur rayon X10 Şöbəsinin yanına sürdüyünü, təxminən saat 17:40 radələrində Faiqin iş yerinin qarşısına çatdığını, maşını nəzarət buraxılış məntəqəsindən təxminən 10 metr irəlidə yolun sağ kənarında üzü Naxçıvan-Sədərək magistiral yolu istiqamətində saxladığını, daha sonra Faiqin içində ət olan selofan paketi gətirib maşının ön sağ oturacağının yanına, Nihadın ayaqlarının yanına qoyduğunu, görüşüb bayramlaşdığını, daha sonra qapını örtüb iş yerinə tərəf getdiyini, sola dönmə hərəkət nişanını vurduqdan sonra sol güzgüdən geriyə baxıb yolda maşın olub-olmamasını yoxladığını, yol boş olduğundan hərəkətə başladığını, təxminən 20-25 metr irəlilədikdən sonra sol güzgüdən yenə də arxaya baxıb maşın olub-olmadığını yoxladığını, arxadan Mercedes markalı bir maşının gəlməsini gördüyünü, lakin ondan 100 metrdən daha çox uzaqda olduğundan və həmin yolda hərəkət sürətinin maksimum həddinin 60 km/saat olduğunu bildiyindən təhlükə olmadığını hesab edib sola dönmə hərəkət nişanını yenidən vurub geriyə dönmək üçün manevr etdiyini, maşın yolun ortasında olanda həmin Mercedes markalı maşının onun idarə etdiyi maşının sol arxa qapısından dəydiyini, bir anlıq huşunu itirdiyini, bir neçə saniyə sonra özünə gələndə qəzanın təsirindən arxa oturacaqda oturanların maşından yerə atıldığını gördüyünü, bacısının oğlu Nihadın isə maşının içində olduğunu, təhlükəsizlik kəmərini açıb yerə düşdüyünü, bir addım atdıqdan sonra qəza nəticəsində aldığı xəsarətdən yerə yıxıldığını, təcili tibbi yardım maşını ilə Şərur Rayon Mərkəzi Xəstəxanasına aparıldığını, 10-11 gün xəstəxanada yatdığını, bacısı Tünzalənin də ağır yaralandığından həmin xəstəxanaya yerləşdirildiyini, bacısının qızı Nurgül və bacısının qaynının oğlu Şahini isə Naxçıvan MR Mərkəzi Xəstəxanasına təxliyyə etdiklərini, bir gün sonra bacısının qızı Nurgülün aldığı xəsarətdən vəfat etdiyini, hadisə vaxtı Mercedesin sürətini dəqiq hesablaya bilmədiyini, Təqsirləndirilən şəxs ona vurmuş olduğu ziyanı tamamilə ödədiyini, onunla barışdığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında az yaşlı Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsinin (atasının) və müəllimin iştirakı ilə vermiş olduğu ifadəsində əmisinin yoldaşı Tünzalə, əmisioğlu Nihad, əmisiqızı Nurgülün onlara gəldiyini, anasının ad günü olduğunu, atasından əmisigilə getmək üçün icazə istədiyini, atası ona icazə verdikdən sonra maşınla əmisi gilə getdiklərini, maşınla əmisi Faiqin iş yerinin yanına getdiklərini, orada əmisinin gəldiyini, maşına ət qoyduğunu, sonra maşını sürüb gedəndə nə olduğunu bilmədiyini, həmin vaxt çox ağrıdığını, xəstəxanaya aparıldığını, hazırda yaxşı olduğunu, qanuni nümayəmdəsi təqsirləndirilən şəxsi bağışladığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində 02 may 2022-ci ildə Qurban bayramı olduğundan günorta saatlarında oğlu Nihad Bağırov və qızı Nurgül Bağırova ilə birlikdə Şərur rayonunun Qarxun kəndində yaşayan qayınatası və qayınanasının bayramını təbrik etmək üçün X14gilə qonaq getdiyini, həmin gün eyni zamanda qaynı Bağırov Rahibin həyat yoldaşının ad günü olduğunu, təxminən saat 17 radələrinədək orada olduqlarını, yoldaşı Faiq Bağırovla telefonla danışıb ona, icazə verirsə, qardaşının gəlib onları evə aparmasını dediyini, Faiqin ona icazə verdikdən sonra “evə ət almışam, gedəndə mənim iş yerimin yanından keçin, onu da götürün” dediyini, bundan sonra qardaşı Zərərçəkmiş şəxs3 zəng vurub gəlib onu qayınatasıgildən götürməsini dediyini, təxminən yarım saat sonra Müştabanın gəlib onları qayınatasıgildən götürdüyünü, onlarla birlikdə qaynı Rahibin oğlu Zərərçəkmiş şəxs2 də maşına mindiyini, Zərərçəkmiş şəxs2 axşam onlarda qalacağını, oğlu Nihadın maşının önündə sürücünün yanındakı oturacaqda oturduğunu, qızı Nurgül sürücünün arxasında sol tərəfdə, Şahinin arxa oturacaqda, özünün isə arxada ən sağ tərəfdə oturduğunu, təxminən saat 17:40 radələrində Faiqin işlədiyi Şərur rayon X10 şöbəsinin yanına çatdıqlarını, yoldaşı Faiqin əlində selefon paketdə olan ətlə onların yanına gəldiyini, Nihadın oturduğu yerə tərəf keçib maşının qapısını açdığını, əti Nihadın ayaqlarının yanına qoyub onlarla bayramlaşdığını, bir-iki dəqiqə kef-hal etdikdən sonra iş yerinə tərəf qayıtdığını, yoldaşı Faiqin maşının qapısını örtdükdən sonra nə baş verdiyini xatırlamadığını, bir gün sonra özünə gəldikdə Şərur rayon Mərkəzi Xəstəxanasında olduğunu, ona pilləkəndən yıxılıb xəsarət aldığı üçün xəstəxanaya gətirildiyini dediklərini, bir neçə gün avtoqəza olmasını bilmədiyini, xəstəxanaya yerləşdirildikdən 4 gün sonra anasıgilin ona Müştəbanın maşınında Faiqdən əti aldıqdan sonra avtoqəza olmasını, oğlu Nihadın sağlam olmasını, qızı Nurgül və qaynının oğlu Şahinin isə vəziyyəti ağır olduğundan onların Naxçıvan şəhər Mərkəzi Xəstəxanasında olmasını dediklərini, qardaşı Müştəbanın da xəsarət aldığını, onunla birlikdə Şərur rayon Mərkəzi Xəstəxanasında müalicə olunduğunu, 11 iyun 2022-ci ildə xəstəxanadan çıxdığını, bir neçə gün Şərur rayonunun Düdəngə kəndində anasıgilin yanında qaldığını, 16 iyun 2022-ci ildə yoldaşı Faiqin ona Müştəbanın maşını bir neçə metr sürdükdən sonra sola manevr edib geriyə dönmək istəyərkən arxadan gələn Mersedes markalı bir maşının Müştabanın maşınını vurmasını, Mercedes markalı avtomobilin sürücüsünün Şərur rayonunun Muğancıq- Müslüm kəndində yaşayan Babək adlı şəxs olmasını, avtoqəzada qızı Nurgülün ağır xəsarət aldığından vəfat etməsini dediyini, ifadəsində Təqsirləndirilən şəxs bağışlamadığını, qanuni cəza verilməsini göstərsədə, məhkəmənin növbəti iclasında ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs bağışladığını, şikayətinin və tələbinin olmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində 02 may 2022-ci ildə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Şərur rayon X7 Şöbəsində işlədiyini, növbədə olduğunu, təxminən saat 17:50 radələrində şöbənin arxasında dayandığını, birdən nəzarət buraxılış məntəqəsi tərəfdən güclü toqquşma səsi eşitdiyini, dərhal oradakı yola doğru qaçdığını, şöbənin qarşısındakı yolda, nəzarət buraxılış məntəqəsindən bir az aralıda ağ rəngli VAZ-21041 markalı bir maşınla Mercedes Benz markalı bir maşının toqquşduğunu gördüyünü, VAZ-21041 markalı maşının içindəki şəxslərin yerə düşdüyünü, yaralı vəziyyətdə olduqlarını, həmin maşının sürücüsünün yerdə uzandığını, zarıdığını, bir nəfər az yaşlı oğlan uşağının da maşının yanında yola düşdüyünü, onun da yaralı vəziyyətdə olduğunu, ona yaxınlaşdıqda şüurunun açıq olmasını gördüyünü, Mercedes markalı maşının sürücüsünün isə maşından düşüb yolun kənarındakı çinar ağacının altında oturduğunu, bir nəfər gənc yaşlarında olan qadının huşunu itirmiş vəziyyətdə VAZ- 21041 markalı maşının yanındakı su arxına düşdüyünü, dərhal o qadının yanına getdiyini, başını qaldırdığını, burnunu tutan palçığı təmizlədiyini, şöbədən xərək gətirdiklərini və həmin qadını xərəkdə uzadıb düz yerə qoyduqlarını, yenə də huşsuz vəziyyətdə olduğunu, bir az sonra hadisə yerinə təcili tibbi yardım maşınlarının gəldiyini və xəstələri Şərur rayonunun Mərkəzi Xəstəxanasına apardıqlarını, VAZ-21041 markalı maşının içində yuxarıda göstərdiyi şəxslərdən başqa bir az yaşlı oğlan uşağının və bir az yaşlı qız uşağının da olmasını, həmin qız uşağının hadisədə aldığı xəsarətlərdən bir gün sonra xəstəxanada vəfat etməsini eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində 02 may 2022-ci ildə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Şərur rayon X7 şöbəsində növbədə olduğunu, təxminən saat 17:50 radələrində şöbənin qarajında, maşınların yanınında dayandığını, birdən çöldən möhkəm toqquşma səsi gəldiyini, çölə çıxıb şöbənin qarşısındakı yola tərəf qaçdığını, şöbənin nəzarət buraxılış məntəqəsindən bir neçə metr irəlidə ağ rəngli VAZ-21041 markalı bir maşınla Mercedes Benz markalı bir maşının toqquşduğunu gördüyünü, VAZ-21041 markalı maşının yanakı formada yolun sol tərəfində, Mercedes markalı maşının isə yanakı formada asfalt yolun ortasında dayandığını, VAZ 21041 markalı maşının sürücüsünün həmin maşının yanında arxın yanında uzanmış vəziyyətdə olduğunu, Mercedes markalı maşının sürücüsü isə yolun kənarında olan çinar ağacının altında oturduğunu, bundan başqa VAZ 21041 markalı avtomobilin içərisində olan bir nəfər gənc yaşlarında qadının, az yaşlı qız uşağının və 2 az yaşlı oğlan uşağının da yerə düşdüyünü, sonradan həmin qadın onunla bir yerdə işləyən Faiq Bağırovun arvadı Tünzalə, az yaşlı qız uşağının onun qızı Nurgül, oğlan uşaqlarının birinin onun oğlu Nihad, digərinin isə onun qardaşının oğlu Şahin olmasını öyrəndiyini, Tünzalə və Nurgülün VAZ-21041 markalı avtomobilin yanındakı su arxına düşdüyünü, Şahinin isə yolun kənarında uzanılı vəziyyətdə olduğunu, onların heç birinin huşunun özündə olmadığını, hadisə yerinə çatan zaman X1 çıxardıb kənara qoyduğunu, onun başının üstündə durub ağladığını, Faiq Bağırovun kiçik oğlu Nihadın ayaq üstü vəziyyətdə atasının yanında durub ağladığını, Nihadı qucağına alıb hadisə yerindən kənarlaşdırdığını, hadisə yerinə gələn təcili tibbi yardım maşınlarının digər xəsarət alan şəxsləri Şərur rayon Mərkəzi Xəstəxanasına təxliyə etdiklərini, həmin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan F.Bağırovun qızı Nurgülün aldığı xəsarətlərdən vəfat etməsini eşitdiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində 02 may 2022-ci ildə Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Şərur rayon X7 şöbəsində işdə olduğundan şöbənin çöl giriş qapısında təyin olunmuş yerdə dayandığını, təxminən saat 17:45 radələrində onunla eyni şöbədə növbə rəisi vəzifəsində işləyən Faiq Bağırovun onun yanına gəldiyini, onun əlində selefon torbada ət olduğunu, bir az onun yanında durduğunu, maşın gələcəyini, evə ət almasını, onu verəcəyini dediyini, bu vaxt Qarxun kəndi istiqamətindən Yuxarı Daşarx kəndi istiqamətinə gedən ağ rəngli VAZ 21041 markalı bir maşının onların şöbəsinin nəzarət buraxılış məntəqəsindən təxminən 10 metr irəlidə yolun sağında dayandığını, maşının içində kimlərin olduğunu bilmədiyini, VAZ 21041 markalı maşının hərəkət etməsinin səsini eşitdiyini, bu vaxt Qarxun kənd istiqamətindən Yuxarı Daşarx istiqamətinə doğru Mercedes markalı bir maşının təxminən 100 km/saat hərəkət etdiyini, VAZ 21041 markalı maşına tərəf getməsini gördüyünü, Faiq Bağırovun da yolun kənarında dayandığını, onun da Mercedesin sürətli gəlməsini gördüyünü, sürətini azaltması üçün qışqırdığını, lakin eşitməyəcəyini görüncə əynində olan buşlatı çıxarıb sürətini azaltaması üçün Mercedesə tərəf yellədiyini, bu vaxt arxasını onlara dönüb getmək istəyəndə birdən güclü toqquşma səsi eşitdiyini, həmin istiqamətdə qaçdığını, hadisə yerinə çatanda Mercedes markalı maşının VAZ 21041 markalı maşınla toqquşmasını gördüyünü, Faiq Bağırovun qışqırdığını, qaçaraq onların yanına getdiyini, toqquşma nəticəsində yaranan zərbənin təsirindən VAZ 21041 markalı maşında olan Faiq Bağırovun yoldaşı, qızı və Faiqin qardaşının oğlunun yerə düşdüklərini, Faiqin yoldaşı və qızının yolun kənarında olan su arxına düşdüyünü, qardaşının oğlunun isə asfaltın kənarına düşdüyünü, Faiqlə yoldaşını və qızını sudan çıxardıqlarını, sonra Faiqin qardaşının oğlunun yanına getdiyini, onun başını qaldırıb dizinə qoyduğunu, üzünə su səpdiyini, uşağın ayıldığını, hadisə yerinə təcili tibbi yardım maşınları gəldiyini, Faiqin yoldaşının və qızının təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərildiyini, həmin maşınlarda yer olmadığından Faiqin qardaşının oğlunu da Şərur rayon Mərkəzi Xəstəxanasına apardığını, bir gün sonra Faiqin qızının hadisə nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsini eşitdiyini göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsində 02 may 2022-ci ildə Şərur rayonunun Qarxun kəndinin içindən keçən asfalt yolla hərəkət edərkən Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin Şərur rayon X7 şöbəsinin qarşısında yolun sağ tərəfində VAZ-21041 markalı, ağ rəngli bir maşın dayandığını, həmin maşının hərəkətsiz vəziyyətdə olduğunu, idarə etdiyi avtomobilin sürətinin saatda 60-65 km/saat olduğunu, həmin VAZ-21041 markalı maşının yanına çatanda maşının sola dönmə hərəkət siqnalını vurmadan geriyə dönmək üçün anidən sola manevr etdiyini, həmin maşın anidən önünə çıxdığından idarə etdiyi Mercedes markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin VAZ-21041 markalı avtomobillə toqquşduğunu, hadisənin qarşısını almağa texniki imkanının olmadığını göstərsə də, həmin hallar zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq eksperimentinin protokolu, ekspert rəyləri və digər istintaq sübutları ilə təkzib edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs ifadəsinin qeyd olunan hissələri istintaq materialları ilə təkzib olunduğundan ifadəsinin həmin hissəsi özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirilir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin 1-ci cildinin 69-73-cü vərəqələrinə əlavə edilmiş, məhkəmə-tibbi ekspertizasının 23 may 2022-ci tarixli 23 №-li ekspert rəyində X2 alın nahiyəsində dərialtı hematoma, baş beyinin alın payında hematoma, qaraciyarın və dalağın əzilmiş-cırılmış yaraları; qarın boşluğunda qan (1,5 l), bədənin müxtəlif nahiyələrinin hematoma, qançır və sıyrıqları xəsarətlərini aldığı, həmin xəsarətlərin ağır bərk küt əşyanın təsirindən törəndiyi, dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olduğu və ölümü ilə nəticələndiyi, onun ölümünə səbəbin almış olduğu travmalar hesabına baş vermiş travmatik şok və daxili qanaxma olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 79-80-cı vərəqələrinə əlavə edilmiş, məhkəmə-tibbi ekspertizasının 23 may 2022-ci tarixli, 56 №-li ekspert rəyində Zərərçəkmiş şəxs3 bel nahiyəsində hematoma, L1-L2-L3-L-4 fəqərələrin yerini az dəyişən sınığı xəsarətlərini aldığı, həmin xəsarətlərin ağır bərk küt əşyanın təsirindən törəndiyi, eləcə də avtoqəza nəticəsində törənmələrinin istisna edilmədiyi, dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 81-83-cü vərəqələrinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 23 may 2022-ci tarixli, 57 №-li ekspert rəyində Zərərçəkmiş şəxs1 qarının küt travması, daxili qanaxma, dalağın cırılması, sol X qabırğanın yerini dəyişən, Th11-sol yan çıxıntısının az yer dəyişən sınığı xəsarətlərini aldığı, həmin xəsarətlərin ağır bərk küt əşyanın təsirindən törəndiyi, eləcə də avtoqəza nəticəsində törənmələrinin istisna edilmədiyi, dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 84-86-cı vərəqələrinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 23 may 2022-ci tarixli 59 №-li ekspert rəyində Zərərçəkmiş şəxs2 qarının küt travması, dalağın cırılmış yarası, peritonarxas sahənin geniş hematoması, travmatik şok İİ-İİİ dərəcə xəsarətlərini aldığı, həmin xəsarətlərin ağır bərk küt əşyanın təsirindən törəndiyi, eləcə də avtoqəza nəticəsində törənmələrinin istisna edilmədiyi, dərəcəsinə görə yetirilmə anı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 88-94-cü vərəqələrinə əlavə edilmiş yol-nəqliyyat hadisələrinin mexanizminin tədqiqi (avtotexniki) ekspertizasının 31 may 2022-ci il tarixli, 122 №-li ekspert rəyində VAZ 21041 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olduğu və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa imkanının olduğu, Mercedes Benz 200 D markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olduğu, həmin uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olduğu və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa imkanının olduğu, aparılmış hesablamaya əsasən Mercedes Benz 200 D markalı avtomobilin hadisə yerində toqquşana qədər asfalt üzərində qalmış 19 metr tormoz izinə görə onun hərəkət sürətinin mövcud şəraitdə 62 km/saata uyğun olduğu, lakin nəqliyyat vasitələrinin toqquşma zamanı avtomobil detallarının bir-birinə qarşılıqlı təsiri nəticəsində Mercedes Benz 200 D markalı avtomobilin malik olduğu kinetik enerjinin bir hissəsinin detalların əzilməsinə sərf olunduğundan avtomobilin tormozlamadan qabaqkı real hərəkət sürətinin hesabatla tapılmış sürətdən (62 km/saat) artıq olduğu, nəqliyyat vasitlərinin toqquşma zamanı bir-birinə qarşılıqlı təsiri nəticəsində sərf olunan kinetik enerjini təyin etməyə imkan verən və ekspertizada istifadə edilməsi üçün təsdiq edilmiş metodik vəsait olmadığından, həmin avtomobilin hadisədən əvvəlki real hərəkət sürətini ekspertiza yolu ilə müəyyənləşdirməyin mümkün olmadığı, istintaq tərəfindən qərarda yol düz xətt boyunca uzandığından və düz müstəvi üzərində yerləşdiyindən görünüş məsafəsinin heç nə ilə məhdudlaşmadığı, yəni görünüş məsafəsinin açıq olduğunun göstərildiyi, belə vəziyyətdə yollarda nəqliyyat vasitələrinin sürət həddinin ekspert tərəfindən deyil, yol nişanları ilə müəyyən edildiyindən yoldakı sürət həddini müəyyənləşdirmək və nəqliyyat vasitəsinin faktiki sürətinin görünüşə uyğun olub-olmamasını müəyyən etmək üçün tədqiqat aparılmadığı göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 33-37-ci vərəqələrinə əlavə edilmiş komisyon yol-nəqliyyat ekspertizasının 27 iyul 2022-ci il tarixli, 8/1808 №-li ekspert rəyində Mercedes Benz 200 D markalı avtomobilə məxsus hərəkət hissəsində toqquşma yerinə kimi qalmış 19 metr tormoz izinə görə onun hərəkət sürətinin mövcud şəraitdə 62 km/saata uyğun olduğu, lakin Mercedes Benz 200 D markalı avtomobilin malik olduğu kinetik enerjinin bir hissəsi toqquşma zamanı avtomobillərin hissələrinin deformasiyasına sərf olunduğundan Mercedes Benz 200 D markalı avtomobilin tormozlamadan əvvəlki real hərəkət sürətinin hesabatla müəyyən edilmiş 62 km/saat-dan artıq olduğu, nəqliyyat vasitələrinin toqquşma zamanı deformasiyaya sərf olunan kinetik enerjinin itkisini nəzərə alan və ekspertizada istifadə edilməsi üçün təsdiq edilmiş metodik vəsait olmadığından, həmin avtomobilin tormozlamadan əvvəlki real hərəkət sürətini 62 km/saat-dan nə qədər artıq olmasını ekspertiza yolu ilə müəyyənləşdirməyin mümkün olmadığı, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes Benz 200 D markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olduğu, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olduğu, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olduğu, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21041 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 9-cu hissəsinin tələblərinə uyğunsuzluq olduğu, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa imkanının olduğu, mövcud yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb yol örtüyünün vəziyəti deyil, VAZ-21041 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 arxadan hərəkət hissəsi ilə eyni istiqamətdə hərəkətdə olan Mercedes Benz 200D markalı avtomobilə yol vermədən yolun kənarından geriyə doğru dönmə əməliyyatı aparması və B.Ə.X12 200D markalı avtomobili yaşayış məntəqəsində icazə veriləndən artıq sürətlə idarə etməsi olduğu göstərilmişdir. Cinayət işinin 1-ci cildinin 61-cı vərəqəsinə əlavə edilmiş Şərur rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli 5/1218 nömrəli məktubuna əsasən hadisənin baş verdiyi ərazidə, yəni Şərur rayon Qarxun kənd yolunda hərəkət surətinin maksimum 60 km/saat olduğu göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 23-24-cü vərəqələrinə əlavə edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 18 iyul 2022-ci il tarixli, 161 nömrəli ekspert rəyində təmiri məqsədə müvafiq hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 9800,00 manat olmuş, 2011-ci il buraxılışlı, mühərrikin iş həcmi 1600 sm3, “VAZ” markalı, 21041 model, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə dəymiş ziyanın məbləği salamat qalmış hissələrin dəyəri (25 faiz-2450,00 manat) nəzərə alınmaqla, təxminən 7350,00 manat müəyyən edildiyi göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 26-cı vərəqəsinə əlavə edilmiş protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs tərəfindən 7350,00 manat maddi ziyan Zərərçəkmiş şəxs3 Sultan oğluna qaytarmışdır. Cinayət işinin 1-ci cildinin 60-cı vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyinin X24 İdarəsi tərəfindən verilmiş məktubdan məlum olur ki, Mercedes Benz markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək Naxçıvan MR Daxili İşlər Nazirliyinin X24 İdarəsinin Şərur rayon Müayinə mərkəzi tərəfindən texniki baxışdan keçirilərək MF12747045 nömrəli elektron talon verildiyi, VAZ-21041 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə xx.xx.2020ci ildən xx.xx.2022-ci ilədək Naxçıvan MR Daxili İşlər Nazirliyinin X24 İdarəsinin qeydiyyat imtahan və texniki baxış şöbəsi tərəfindən texniki baxışdan keçirilərək MF11726890 nömrəli elektron talon verildiyi göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 02-04-cü vərəqəsinə əlavə edilmiş 30 iyun 2022-ci ildə qəzanın baş verdiyi asfalt yolda istintaq eksperimenti keçirilməsi haqqında protokoldan məlum olur ki, texniki baxışdan keçirilmiş, saz, şinləri normal vəziyyətdə olan Mercedes Benz 200 D markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə bir neçə dəfə 60-70 km/saat sürətlə hərəkət edərək ani tormozlama edilməklə avtomobilin hansı məsafədə dayanması və bu zaman yerdə şin izlərinin yaranıb-yaranmamasını yoxlamaq məqsədilə zəruri təhlükəsizlik tədbirləri görülməklə istintaq eksperimenti keçirilmiş, zəruri təhlükəsizlik tədbirləri görüldükdən sonra həmin avtomobilin sürücüsü, iştirakçı X15 tərəfindən 60-70 km/saat sürətlə idarə olunaraq şərti nişan qoyulmuş yerdə ani tormozlama edilməklə istintaq eksperimenti aparılarkən avtomobilin 63 km/saat sürətlə hərəkət edib ani tormazlama etdikdə yola qoyulmuş nişandan 13,90 metr məsafədə dayandığı və yol üzərində heç bir iz yaranmadığı, təkrarən həmin avtomobillə 65 km/saat sürətlə hərəkət edib ani tormozlama edildikdə avtomobilin nişandan 15,30 metr məsafədə dayandığı və yol üzərində heç bir iz yaranmadığı, növbəti dəfə avtomobillə 70 km/saat sürətlə hərəkət edib ani tormozlama edildikdə avtomobilin qoyulmuş nişandan 20,9 metr məsafədə dayandığı, avtomobilin ön sağ şinindən nişana doğru 9,30 metr məsafədə asfalt üzərində avtomobilin sağ təkərləri istiqamətdə, 70x9 sm ölçüdə, xətt şəkilli, zəif görünən avtomobil şininin izinin yarandığı müəyyən edilmişdir. Bununla da hadisə vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz 200D markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormozlamadan əvvəlki sürətinin daha yüksək olduğu müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 223-cü vərəqəsinə əlavə edilmiş “Naxçıvan” X4 komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Cinayət işinin 1-ci cildinin 139-cu vərəqəsinə əlavə edilmiş Naxçıvan MR Daxili İşlər Nazirliyi Təşkilat-İnspeksiya İdarəsinin Əməliyyat və Statistik İnformasiya bölməsindən verilmiş tələbnamədə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı göstərilmişdir. Cinayət işinin 2-ci cildinin 64-cü vərəqəsinə əlavə edilmiş N №-li hərbi hissənin hərbihəkim komissiyasının 04 iyul 2022-ci il tarixli, 837 №-li arayışda Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı olduğu qeyd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs N.F.Bağırovanın ölümünə səbəb olmuş, digər zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurması təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə tibbi və yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən düzgün tövsif olunmuş və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təqsiri müəyyən edildiyindən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bundan əlavə həmin Məcəllənin 7.1-ci maddəsi ilə müəyyən edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməlin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən isə yuxarıda qeyd edilənlərdən əlavə cinayət qanununun vəzifələri, cəzanın məqsədindən, həmçinin cəza təyin edilərkən nəzərə alınmalı hallardan bəhs edən Cinayət Məcəlləsinin 2, 41 və 58.3-cü maddələrinin müddəalarını rəhbər tutmuşdur. Yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmçinin həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlini Cinayət Məcəlləsinin 58.3cü maddəsində qeyd edilən hüquqi meyarlarla əlaqəli şəkildə tədqiq edən məhkəmə qeyd edir ki, əməl təqsirin ehtiyatsızlıq formasında törədilmiş, başa çatmış, təsnifatına görə isə az ağır cinayətdir. Bu cinayətin əsas obyektini yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən, əlavə obyektini isə insanın həyat və sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödəməsini, himayəsində üç uşaqdan ikisinin az yaşlı olmasını, ilk dəfə və məhz ehtiyatsızlıqdan az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair “14 noyabr 2011-ci il tarixli Plenumunun qərarında göstərilir ki, əlavə cəzalar-müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, habelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənədək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə təqsirləndirilən şəxsin təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinin tələbinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı məntəqə tipli cəza çəkmə müəssisələrində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı məntəqə tipli cəza çəkmə müəssisələrində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli 28 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə komisyon məhkəmə yol-nəqliyyat ekspertizasının dəyəri olan 128 manat məhkəmə xərci Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2003-cü il tarixli 94 nömrəli qərarına əsasən dövlət nəfinə ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Şərur rayon Polis İdarəsinə məsul saxlanca verilmiş “Mercedes Benz” markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs və ya etibar etdiyi şəxsə verilməlidir. Cinayət işi üzrə 1 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353.1, 353.2, 353.4, 356, 381 və 384.1-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq Təcridxanasına göndərilsin. Cinayət işi üzrə komisyon məhkəmə yol-nəqliyyat ekspertizasının dəyəri olan 128 manat məhkəmə xərci hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. Cinayət işi üzrə maddi sübut olan Şərur rayon Polis İdarəsinə məsul saxlanca verilmiş “Mercedes Benz” markalı **-BE-*** dövlət nömrə nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni mülkiyyətçisi olan Təqsirləndirilən şəxs və ya etibar etdiyi şəxsə verilsin. Cinayət işi üzrə 1 (bir) ədəd DVD cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 gün müddətində Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: İlham İbrahimov
Məhkəmə qərarları › İş №1-1(092)-26/2022
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Hökm — İş №1-1(092)-26/2022
28.09.2022 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver