Məhkəmə qərarları › İş №1-1(093)-117/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-117/2023

14.07.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-117/2023 14.07.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, Mətiyeva Almaz Qərib qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhər Unversal Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakı ilə Bakı hərbi məhkəməsinin inzibati binasında xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün qərargahının baş radiotelefonçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş hərbi rütbəsində xidmətdə olarkən N aprel N3-cü il tarixdə saat 08:00-dan N aprel N3-cü il tarixdə saat 08:00-dək, yəni on gündən artıq, lakin bir aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həmin hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün qərargahının baş radiotelefonçusu vəzifəsində xidmətdə olarkən N aprel N3-cü il tarixdə saat 08:00-dan N aprel N3-cü il tarixdə saat 08:00-dək xidmət yerini özbaşına tərk etmişdir. Xidmət yerini özbaşına tərk etməsinin səbəbi ailə və şəxsi problemləri olmuş, hərbi xidmətə münasibəti normal olmuş, xidmət müddəti ərzində hərbi xidmətdən boyun qaçırmaq, xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamışdır. Hazırda o, törətdiyi əməldən peşmandır və məhkəmədən bağışlanmasını xahiş edir. Şahid2 məhkəməyə ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs 2-ci taborun 4-cü bölüyünün qərargahının baş radiotelefonçusu vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş hərbi rütbəsində xidmətdə olarkən ailə və şəxsi problemləri səbəbindən N aprel N3-cü il tarixdə saat 08:00-dan N aprel N3-cü il tarixdə saat 08:00-dək xidmət yerini özbaşına tərk etmişdir. Təqsirləndirilən şəxs hərbi xidmətdən boyun qaçırmaq, xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamışdır. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 2-ci taborunun 4-cü bölüyünün 1-ci taqımının komandiri, leytenant Şahid1 Şahid2la eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs N aprel N3-cü il tarixdən N aprel N3-cü il tarixədək xidmət yerini özbaşına tərk etməsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli 86 nömrəli əmrindən edilmiş çıxarışdan məlum olur ki, Təqsirləndirilən şəxs hərbi hissənin 2-ci sülhməramlı qüvvələr taborunun 4-cü bölüyünün qərargahının elektrikakkumulyatorçusu vəzifəsinə təyin edildiyinə görə həmin tarixdə vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli 96 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutduğu vəzifədən azad edilərək hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün qərargahının baş radiotelefonçusu vəzifəsinə təyin edilmiş və vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin N aprel N3-cü il tarixli 105 nömrəli əmrindən edilmiş çıxarışdan aydın olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:00-da xidmət yerinə gəlmədiyi üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısına əlavə edilmiş və bütün növ təminatlardan çıxarılmışdır. N nömrəli hərbi hissə komandirinin N aprel N3-cü il tarixli 118 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:00-da xidmət yerinə qayıtdığı üçün hərbi hissəni özbaşına tərk edənlərin siyahısından çıxarılmış, vəzifələrinin icrasına başlamış və bütün növ təminatlara qoyulmuşdur. N nömrəli hərbi hissənin N nömrəli hərbi hissənin 2-ci taborunun komandiri, kapitan Toğrul Kazımovun N aprel N3-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:00-da xidmət yerini özbaşına tərk etmişdir. N nömrəli hərbi hissənin 2-ci taborunun 4-cü bölüyünün 2-ci taqımının komandiri, leytenant İlkin Quliyevin N aprel N3-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 08:00-da xidmət yerinə qayıtmışdır. Həqiqi hərbi xidmətə daxilolma haqqında bağlaşmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs N17-ci ildən etibarən 3 (üç) il müddətinə, yəni N0-ci ilədək müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilmiş, həmçinin həqiqi hərbi xidmət müddəti N6-cı ilədək uzadılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 04 aprel N3-cü il tarixli 4864 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 333.3-cü maddələrinin sanksiyasında iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 59.1.4cü maddəsinə əsasən gənc olmasıni, 27 sentyabr N0-ci il tarixdən 10 noyabr N0-ci il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan “Vətən” müharibəsində iştirak etməklə Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarla təltif olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşmançılıq çəkərək günahlarını etiraf etməsini də nəzərə alır. Azərbaycan Respublikası CM-in 50.1-ci maddəsinə əsasən hərbi xidmət üzrə məhdudlaşdırma kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə kontrakt (bağlaşma) əsasında hərbi xidmət keçən və başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir. Təqsirləndirilən şəxs kontrakt (bağlaşma) əsasında hərbi xidmətdə olmadığından, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının barəsində təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları nəzərə alaraq Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, həmçinin işin digər hallarını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayır və Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsi tətbiq edilməklə qanunvericiliklə müəyyən edilmiş həddə cərimə cəzası təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhər Unversal Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral N01-ci il tarixli qərarına və həmin qərara 27 yanvar N10-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Unversa Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral N17-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun N03-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart N06-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Şərh olunanları və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 355-356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 333.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə 100 (bir yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər Unversal Vəkil Bürosunun vəkili X1 etdiyi 36 (otuz altı) iş saatına görə 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Unversal Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə elan olunduğu andan N (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar