Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-119/2025 23.05.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X7 Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Müdafiəçi-Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 2006-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin qərargah bölüyünün mühəndis taqımı mühəndis qurğuları manqasının mühəndis qurğuları üzrə texniki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs əsgər kimi üzrlü səbəblər olmadan on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerini özbaşına tərk etmişdir. Belə ki, X1 Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 1-ci komendantlığının Xaçmaz rayonunun Xanoba kəndində yerləşən 2-ci sərhəd zastavasının 2-ci manqasının pulemyotçusu vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 18 yanvar 2025-ci il tarixdə saat 10 radələrində xidmət yerini özbaşına tərk edib ünvan 2 ünvanına getmiş, evə çatdıqdan sonra əvvəlcə valideynlərinə nənəsi X2 vəfat etməsi ilə əlaqədar ona hərbi hissə tərəfindən məzuniyyət verildiyini bildirmişdir. Bundan sonra hadisədən uzun müddət keçdiyindən atası X5 məzuniyyət müddətinin hansı tarixdə bitməsi ilə maraqlandıqda Təqsirləndirilən şəxs atasına xidmət yerini özbaşına tərk etdiyini etiraf etmiş, bu səbəbdən də Yaşar Əhmədov oğlunun xidmət yerini özbaşına tərk etməsi barədə 29 yanvar 2025-ci il tarixdə hərbi hissəyə məlumat vermiş, daha sonra atası ilə birlikdə 30 yanvar 2025-ci il tarixdə saat 00:30-da xidmət etdiyi N nömrəli hərbi hissənin Xaçmaz rayonunun Xudat şəhərində yerləşən qərargahına qayıtmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 333.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, 2024-cü ilin oktyabr ayının 4-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəpəz rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq Dövlət Sərhəd Xidmətininin Cəlilabad rayonunda yerləşən N nömrəli hərbi hissəsinə göndərilmiş, N dekabr 2024-cü il tarixdən N nömrəli hərbi hissəyə göndərilərək N dekabr 2024-cü il tarixdən hərbi hissənin 2-ci sərhəd zastavasının 2-ci manqasının atıcısı vəzifəsinə təyin olunmuş, 14 yanvar 2025-ci il tarixdə nənəsinin rəhmətə getdiyini öyrənmiş, 17 yanvar 2025-ci il tarixdə axşam zastavadan nənəsinin yasına getmək qərarına gəlmiş və bu barədə heç bir şəxsə məlumat verməmişdir. Növbəti gün 18 yanvar 2025-ci il tarixdə səhər yeməyini yedikdən sonra saat 10 radələrində zastavanın binasından çıxaraq zastava ərazisində yerləşən odunluq adlanan yerdən xidmət yerini özbaşına tərk etmiş, yaxınlıqdakı yol kənarında xatırlamadığı taksi ilə yaşadığı Gəncə şəhərindəki ünvana getmiş, bu barədə komandirlərinə məlumat verməmiş, ailə üzvlərinə məzuniyyətə buraxıldığını demiş, 29 yanvar 2025-ci il tarixdə atası Yaşar Əhmədova hərbi hissəni özbaşına tərk etdiyini, məzuniyyətdə olması ilə bağlı yalnış məlumat verdiyini bildirdikdən sonra atası Yaşar Əhmədov dərhal hərbi hissəyə bu barədə məlumat vermiş və həmin gün Gəncə şəhərindən Xaçmaz rayonuna gələrək 30 yanvar 2025-ci il tarixdə saat 00:30 radələrində hərbi hissəyə daxil olmuşdur. Bu müddətdə hərbi hissəyə qayıtmağa tam imkanı və şəraiti olmuş, hərbi xidmətdən boyun qaçırmaq və xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamışdır. Hazırda əməlindən peşmandır, səhvini dərk etmişdir, xidmətini davam etdirir, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin səfərbərlik və təşkilat şöbəsində xidmət edir. Onun xidmət etdiyi şöbənin səlahiyyətlərinə əsgərlərin məzuniyyəti, hərbi hissəyə girişi, hərbi hissədən çıxışı kimi məsələlər daxildir. O, 29 yanvar 2025-ci il tarixdə bələdiyyə seçkiləri ilə əlaqədar olaraq səsvermədə iştirak edirdi. Səsvermədən sonra hərbi şəhərciyə qayıdarkən həmin hərbi hissədə xidmət edən digər hərbi qulluqçu onunla telefon vasitəsilə əlaqə saxlayaraq bildirib ki, Təqsirləndirilən şəxs adlı əsgərin atası hərbi hissə ilə əlaqə saxlamışdır. Atasının dediyinə görə, Təqsirləndirilən şəxs atasına bildirib ki, məzuniyyətə buraxılıb. Həmin hadisə baş verən tarixdə gizir Şahid4 hərbi hissədə bölmə rəisini əvəz edirdi. O, cavabında 29 nəfər əsgərin iki gün əvvəl məzuniyyətə göndərildiyini və Təqsirləndirilən şəxs adlı əsgərin həmin şəxslərin siyahısında olmadığını bildirdi. Lakin Şahid4 tam əmin olmaq üçün məzuniyyətə gedən əsgərlərin siyahısına yenidən baxış keçirdi. Təqsirləndirilən şəxs adı həmin siyahıda qeyd olunmamışdı. Sonra, Şahid4 bu məsələ ilə bağlı zastava rəisinə məlumat vermişdir. Zastava rəisi Təqsirləndirilən şəxs tibb məntəqəsinə göndərildiyini ona bildirmişdir. Şahid4 telefonoqram kitabına baxdıqda həmin siyahıda Təqsirləndirilən şəxs adını görməmişdir. Bundan sonra, o, Təqsirləndirilən şəxs hərbi hissəni tərk etməsi ilə bağlı aidiyyatı üzrə qərargah rəisinə məlumat vermişdir. Nəticədə, aydın olmuşdur ki, həmin hərbi hissənin 1-ci komendantlığının Xaçmaz rayonunun Xanoba kəndində yerləşən 2-ci sərhəd zastavasının 2-ci manqasının pulemyotçusu, əsgər Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdə saat 10 radələrində xidmət yerini özbaşına tərk edib nənəsinin vəfat etməsi ilə əlaqədar, Gəncə şəhərinə getmiş, valideyinlərinə məzuniyyətdə olduğunu bildirmişdir. Yalnız 30 yanvar 2025-ci il tarixdə saat 00:30-da atası ilə birlikdə hərbi hissəyə qayıtmışdır. Komandirlərinə hərbi hissəni tərk etdiyi müddətdə məlumat verməmiş və icazə almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etdilər. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidməti komandanının sərəncamında olan baş leytenant Şahid1 məhkəmədə elan edilmiş ifadəsində görünür ki, o, Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 2-ci sərhəd zastavasının rəisi olduğu müddətdə tabeliyində xidmət edən həmin hərbi hissənin 1-ci komendantlığının Xaçmaz rayonunun Xanoba kəndində yerləşən 2-ci sərhəd zastavasının 2-ci manqasının pulemyotçusu, əsgər Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdə saat 10 radələrində xidmət yerini özbaşına tərk edib nənəsi X2 vəfat etməsi ilə əlaqədar, ünvan 4 ünvanına getmiş, valideyinlərinə məzuniyyətdə olduğunu bildirmiş, yalnız 30 yanvar 2025-ci il tarixdə saat 00:30-da atası X5 ilə birlikdə hərbi hissəyə qayıtmışdır. Komandirlərinə hərbi hissəni tərk etdiyi müddətdə məlumat verməmiş və icazə almamışdır. Qeyd olunan tarixlərdən başqa Yaşar Əhmədov xidmət yerinə üzrlü səbəblər olmadan vaxtında qayıtmama hallarına yol verməmiş, həmçinin məzuniyyətdən, ezamiyyətdən və tibb müəssisəsindən gecikməmiş, hərbi xidmətdən boyun qaçırmaq, xidməti vəzifələrinin icrasından imtina etmək niyyəti olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin sənədlərindən görünür ki, xx.xx.2025-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 333.2-ci maddəsi ilə cinayət işi başlanmış, 12 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxsi qismində tanınmış, barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli, 0289 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N dekabr 2024-cü il tarixdə şəxsi heyətin siyahısına və bütün növ təminat normalarına daxil edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 06 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci sərhəd zastavası 2-ci manqasının pulemyotçusu vəzifəsində təyin olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2025-ci il tarixli 042 №-li əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci sərhəd zastavası 2-ci manqanın pulemyotçusu vəzifəsindən azad olunmaqla qərargah bölüyü mühəndis taqımı mühəndis qurğuları manqasının mühəndis qurğuları üzrə texniki vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli telefonoqramdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə xidmət yerini özbaşına tərk etmiş, xx.xx.2025ci il tarixdə hərbi hissəyə qayıtmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10 radələrində xidmət yerini özbaşına tərk etmiş xx.xx.2025-ci il tarixdə saat 00:30-da hərbi hissəyə qayıtmışdır. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalının tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 371 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərbi hissəni tərk etməsi özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 333.2-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 333.2-ci maddəsinin sanksiyasında iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilməsini, qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs cəzaçəkməsinin başlanğıcı onun intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 165 (yüz altmış beş) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 15 (on beş) iş saatına görə 165 (yüz altmış beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Universal” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X9
Məhkəmə qərarları › İş №1-1(093)-119/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-119/2025
23.05.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver