Məhkəmə qərarları › İş №1-1(093)-155/2025

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-155/2025

07.10.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-155/2025 07.10.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X4 Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2005-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecinin sabiq kursantı, hazırda N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər 02 sentyabr 2004-cü il tarixdə Cəlilabad rayonunun Üçtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Masallı rayonunun Şıxlar kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecinin 1-ci kursant taborunun 1-ci kursant bölüyünün 6-cı tədris qrupunun kursantı vəzifəsində xidmətdə olarkən təcrübənin keçirilməsi məqsədilə Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinə ezamiyyətə göndərilmiş və ezamiyyətdə olduğu müddətdə kursant yoldaşı Zərərçəkmiş şəxs onunla nalayiq ifadələrlə danışaraq yersiz zarafatlar etdiyini görüb ondan zarafat etməməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs onun bu tələblərinə heç bir əhəmiyyət verməyərək kursant yoldaşlarının yanında onunla yersiz zarafat etməyə davam etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin zarafatları etməkdən çəkindirmək məqsədilə sonuncuya bıçaq nümayiş etdirməklə psixi təsirlər göstərib qorxutmaq qərarına gəlmiş, bu məqsədlə 31 mart N5-ci il tarixdə “Novruz Bayramı” ilə əlaqədar məzuniyyətdən xidmət yerinə qayıdarkən evində olan bir ədəd mətbəx bıçağını çantasına qoyaraq özü ilə birlikdə xidmət yerinə gətirib hərbi bel kəmərinin arasında gizlətmişdir. 02 aprel N5-ci il tarixdə saat N radələrində hərbi hissənin ərazisində keçirilən dərs zamanı Təqsirləndirilən şəxs ona baxıb kinayəli gülməsi səbəbindən aralarında yaranmış sözlü mübahisə zamanı ümumi şəkildə nalayiq ifadələrdən istifadə etməsini özünə təhqir kimi qəbul edərək Zərərçəkmiş şəxs tənəffüs zamanı əsgər yataqxanasına aparmış və mübahisəni 11 nömrəli yataq otağında davam etdirib öz üstünlüyünü nümayiş etdirmək məqsədilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 42-ci maddələrində nəzərdə tutulmuş «hərbi qulluqçular birbirinə münasibətdə nəzakətli və təmkinli olmalı, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidirlər» kimi tələblərini kobud şəkildə pozaraq üzərində gəzdirdiyi bıçağı hərbi bel kəmərindən çıxarıb Zərərçəkmiş şəxs baş və çiyin nahiyələrinə 2 zərbə vurmaqla dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid «ənsə nahiyəsinin sağ yarısının və sol çiyin qurşağının arxa səthinin iki ədəd kəsilmiş-deşilmiş yarası» xəsarətlərini yetirərək zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Cinayət Məcələsinin 332.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecinin 1-ci kursant taborunun 1-ci kursant bölüyünün 6-cı tədris qrupunun kursantı vəzifəsində xidmətdə olarkən kurs yoldaşları ilə birlikdə praktiki məşğələlərdə iştirak etmək məqsədilə Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinə ezam olunmuşdur. N5-ci ilin mart ayının ortalarında həmin hərbi hissədə ezamiyyətdə olarkən söyüşlü zarafatlara görə kurs yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında sözlü mübahisə yaranmış və belə bir qərara gəlmişlər ki, bir daha həmin zarafatları etməsinlər. Zərərçəkmiş şəxs ilk başda onunla razılaşsa da, lakin 1-2 gündən sonra yenidən onunla söyüşlü zarafatlar etməyə başlamışdır. Zərərçəkmiş şəxs hər kəsin içərisində onunla kobud və söyüşlü zarafat etdiyi üçün o, bir neçə dəfə Zərərçəkmiş şəxs xəbərdarlıq edərək zarafat etməməsini bildirmiş, lakin sonuncu onun dediklərinə məhəl qoymaraq həmin zarafatları etməyə davam etmişdir. 19 mart N5-ci il tarixdə “Novruz bayramı” ilə əlaqədar məzuniyyətə buraxılaraq evlərinə getmiş və məzuniyyətdə olarkən Zərərçəkmiş şəxs cəzalandırmaq barədə düşünüb sonuncudan necə qisas alacağını fikirləşmişdir. Hərbi hissəyə qayıdan zaman Zərərçəkmiş şəxs həmin zarafatları etməkdən çəkindirmək məqsədilə sonuncuya bıçaq göstərib psixi təsirlər edərək qorxutmaq qərarına gəlmiş və evdə olan mətbəx bıçağını götürərək şəxsi əşyalarını qoyduğu çantada gizlətmişdir. 31 mart N5-ci il tarixdə saat 17 radələrində məzuniyyətdən qayıdarkən həmin bıçağı özü ilə birlikdə N nömrəli hərbi hissəyə gətirmiş və həmin müddətdə evdən gətirdiyi bıçağı üzərində, yəni hərbi bel kəmərinin arasında gəzdirmişdir. O, məzuniyyətdən qayıtdıqdan sonra Zərərçəkmiş şəxsla yenidən görüşüb birbirilərinə qarşı xoş münasibət bəsləsələr də, Zərərçəkmiş şəxs 02 aprel N5-ci il tarixdə saat N radələrində hərbi hissənin ərazisində keçirilən dərs zamanı kursant yoldaşlarının yanında ona baxaraq kinayəli şəkildə gülmüş, bu zaman sonuncuya nə üçün gülməsinin səbəbini soruşaraq “məni lağa qoyan oğlumdu” ifadəsini işlətmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona qarşı ümumi şəkildə nalayiq ifadələrdən istifadə edərək üzünü çevirib dərsə qulaq asmış, bundan sonra Zərərçəkmiş şəxs “göstərəcəm sənə o söyüşü” deyərək dərsdən sonra gözləməsini bildirmişdir. Həmin gün saat 11:00 radələrində şəxsi heyət tənəffüsə çıxmış, bu zaman o, Zərərçəkmiş şəxsla söhbət etmək, həmçinin işlətmiş olduğu nalayiq ifadəyə görə sonuncunu cəzalandırmaq istəmiş, lakin hərkəsin yanında bunu etmək istəmədiyindən Zərərçəkmiş şəxs yaxınlaşaraq onu yataqxanaya çağırmışdır. Bundan sonra Zərərçəkmiş şəxsla birlikdə söhbət edərək kursantların istifadəsi üçün ayrılmış əsgər yataqxanasına tərəf getmiş və birinci mərtəbədə yerləşən 11 nömrəli yataq otağında heç kimin olmadığını görərək həmin otağa daxil olmuşdur. Daha sonra otağın girişindən sağ tərəfdə yerləşən sanitar qovşağa daxil olaraq gödəkçənin cibində olan bıçağı götürüb hərbi bel kəmərinə keçirmiş, ardınca gödəkçəni çıxarıb yataq otağına keçərək çarpayının üzərinə qoymuşdur. O, Zərərçəkmiş şəxsla birlikdə otaqda olan zaman çarpayıların qarşısında olan stullarda oturaraq söhbət etməyə başlamış və sonuncudan hansı səbəbdən gülməsinin, habelə ona qarşı nə üçün nalayiq ifadələr işlətməsinin səbəblərini soruşduqda, Zərərçəkmiş şəxs ona heç bir cavab verməyərək kinayəli gülüşünə davam etmişdir. O, Zərərçəkmiş şəxsla ciddi söhbət etməsinə baxmayaraq sonuncunun yersiz gülüşləri onun əsəblərini korlamış, buna görə də, Zərərçəkmiş şəxs cəzalandırmaq qərarına gələrək oturduğu stuldan durub üzərində gəzdirdiyi bıçağı hərbi bel kəmərindən çıxartmışdır. Bu zaman Zərərçəkmiş şəxs əlindəki bıçağı görüb ona müqavimət göstərməyə çalışdıqda, o, əlindəki bıçaqla Zərərçəkmiş şəxs zərbələr vurmağa başlamışdır. Həmin vaxt əsəbi olduğundan Zərərçəkmiş şəxs hansı nahiyələrinə zərbələr vurduğunu xatırlamamış, lakin ikinci zərbədən sonra bıçağın qırılaraq yerə düşdüyünü görmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs qaçaraq sanitar qovşağa daxil olmuş, o, qapını açıb Zərərçəkmiş şəxsla söhbət etmək istəsə də, sonuncu qapını arxadan bağlayaraq buna imkan verməmişdir. Bundan bir neçə dəqiqə sonra yataq otağının qapısı açılmış və həmin vaxt tabor növbətçisi olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, çavuş Şahid1 otağa daxil olaraq onu bayıra çıxartmışdır. Törətdiyi əməllərdən peşmandır, zərərçəkmiş şəxslə barışmış, məhkəmə cəza təyin edərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu-əsgər Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecinin 1-ci kursant taborunun 1-ci kursant bölüyünün 6-cı tədris qrupunun kursantı vəzifəsində xidmətdə olarkən kurs yoldaşları ilə birlikdə praktiki məşğələlərdə iştirak etmək məqsədilə Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinə ezam olunmuşdur. N5-ci ilin mart ayının ortalarında həmin hərbi hissədə ezamiyyətdə olarkən söyüşlü zarafatlara görə kurs yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında sözlü mübahisə yaranmış və belə bir qərara gəlmişlər ki, daha birbirilərinə qarşı həmin zarafatları etməsinlər. 19 mart N5-ci il tarixdən 31 mart N5-ci il tarixədək olan müddət ərzində “Novruz Bayramı” ilə əlaqədar məzuniyyətə buraxılıb evlərinə getmişlər. Məzuniyyət müddəti başa çatdıqdan sonra yenidən hərbi hissəyə qayıdaraq müvafiq dərslərinə davam etmiş, həmin müddət ərzində də Təqsirləndirilən şəxsla birbirilərinə qarşı xoş münasibət bəsləmişlər. 02 aprel N5-ci il tarixdə 09:50-də hərbi hissənin ərazisində müvafiq dərslərin keçirilməsi ilə əlaqədar dərsə qulaq asarkən təsadüfən Təqsirləndirilən şəxs baxıb gülümsəmiş, bu zaman Təqsirləndirilən şəxs ona sərt şəkildə “nə baxırsan?”deyərək “mənə lağa qoyan oğlumdu” ifadəsini işlətmişdir. O, Təqsirləndirilən şəxs bu sözünə məhəl qoymamış və ümumi şəkildə nalayiq ifadələr işlədərək dərsə qulaq asmağa davam etmişdir. Onlar müvafiq dərsdə iştirak etdikdən sonra həmin gün saat 10:30-da dərsləri başa çataraq tənəffüsə buraxılmış, həmin vaxt Təqsirləndirilən şəxs ona yaxınlaşaraq söhbət etmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs təklifini qəbul edərək birlikdə kursantların istifadəsi üçün ayrılmış əsgər yataqxanasına tərəf getmişlər. Onlar əsgər yataqxanasına daxil olduqdan sonra Təqsirləndirilən şəxs birinci mərtəbədə olan boş otaqların birində söhbət etmələrini təklif etmiş, o, otağa daxil olaraq stulların birinin üzərində oturmuş, Təqsirləndirilən şəxs isə sanitar qovşağa daxil olaraq qapını örtmüşdür. Təxminən iki dəqiqədən sonra Təqsirləndirilən şəxs sanitar qovşaqdan çıxaraq onun yanına gəlmiş və üz-üzə oturaraq onunla söhbət etməyə başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ondan hansı səbəbdən gülərək lağa qoyduğunu, həmçinin nə üçün nalayiq ifadələr işlətdiyini soruşduqda, o, Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmədiyini, ümumi şəkildə bilməyib danışanın ünvanına nalayiq ifadələr işlətdiyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs sağ əli ilə hərbi bel kəmərinin altında saxladığı bıçağı çıxardaraq əvvəlcə onun sağ qulağının arxasına, daha sonra sol çiyninin arxa hissəsinə iki zərbə vurmuş, ikinci zərbədən sonra bıçaq qırılaraq bir hissəsi Təqsirləndirilən şəxs əlində qalmış, digər hissəsi isə yerə düşmüşdür. Bundan sonra o, Təqsirləndirilən şəxs müqavimət göstərib sonuncunun boynundan yapışaraq 3-4 saniyə saxlamış, daha sonra Təqsirləndirilən şəxs geriyə itələyərək özündən uzaqlaşdırmış və özü müvazinətini itirərək dizi üstə yerə yıxılmış, kürək və baş nahiyələrindən qan axdığını görərək həyəcanlanlanmış və qışqıraraq qan gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona yenidən hücum edəcəyini və qan gəldiyi üçün o, sanitar qovşağa daxil olub qapını arxadan bağlayıb əl-üzünü yumağa başlamış, həmin vaxt Təqsirləndirilən şəxs sanitar qovşağın qapısını möhkəm şəkildə döyərək açmasını tələb etmiş, lakin o, Təqsirləndirilən şəxs dediklərini etməmiş və qapını açmamışdır. Təxminən 2-3 dəqiqədən sonra otağın qapısı açılaraq digər hərbi qulluqçuların otağa daxil olduqlarını eşitmiş, bundan sonra sanitar qovşağın qapısını açıb bayıra çıxdıqda, N nömrəli hərbi hissənin bir neçə nəfər hərbi qulluqçusunun otaqda olduğunu, Təqsirləndirilən şəxs isə kənarda dayandığını görmüşdür. Hazırda əsgər Təqsirləndirilən şəxs qarşı şikayəti və hər hansı tələbi yoxdur, barışmışdır, məhkəmədən yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu-çavuş Şahid1 ifadəsində göstərdir ki, N5-ci ilin fevral ayının əvvəllərində Müdafiə Nazirliyinin Bakı Hərbi Kollecinin 13 nəfərdən ibarət kursantı praktiki məşğələlərdə iştirak etmək məqsədilə Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinə ezam olunaraq hərbi hissənin 1-ci taborunun əsgər yataqxanasında yerləşdirilmişdir. 02 aprel N5-ci il tarixdə saat N radələrində hərbi hissə komandirinin müvafiq əmrinə əsasən hərbi hissənin 1-ci taborunun inzibati binasında tabor növbətçisi sutkalıq naryadına təyin olunmuş və xidməti vəzifələrinin icrası ilə əlaqədar tabeliyində olan əsgərlər tərəfindən təmizlik işlərinin aparılmasına nəzarəti həyata keçirərkən taborun giriş qapısından sağ tərəfdə yerləşən 11 nömrəli yataq otağından qışqırıq səslərinin gəldiyini eşitmişdir. Bundan sonra o, qapını açıb otağa daxil olduqda, Təqsirləndirilən şəxs sanitar qovşağın qapısını açmağa çalışdığını görmüşdür. O, Təqsirləndirilən şəxs nə etdiyini soruşduqda, sonuncu üzünü ona çevirərək heçnə olmadığını bildirsə də, Təqsirləndirilən şəxs sol üz nahiyəsində qan ləkələri olduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs kiminsə tərəfindən vurularaq üz nahiyəsindən xəsarət aldığını zənn etmiş, buna görə də, Təqsirləndirilən şəxs bir daha nə baş verdiyini soruşduqda, sonuncu heçnə olmadığını deyərək cavab verməkdən yayınmışdır. Daha sonra o, həmin otağa baxarkən otağın döşəmə hissəsində, həmçinin çarpayının üzərində olan qış səhra gödəkçəsində qan ləkələri olduğunu görmüşdür. O, qan ləkələrini gördükdə, Təqsirləndirilən şəxs otaqda kiminləsə dava etdiyini başa düşmüşdür. Daha sonra otaqda olan sanitar qovşağdan su səslərinin gəldiyini eşidərək qapını döymüş və içəridə olan şəxsdən bayıra çıxmasını tələb etsə də, həmin şəxs qapını açmayaraq içəridə qalmışdır. Bundan sonra Təqsirləndirilən şəxs otaqda gözləməsini bildirərək dəhlizə çıxmış və digər hərbi qulluqçuları köməyə çağıraraq hadisə barədə aidiyyəti şəxslərə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecinin kursantı Şahid2 ifadəsində göstərdi ki, o, Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecinin 1-ci kursant taborunun 1-ci kursant bölüyünün 6-cı tədris qrupunun kursantı vəzifəsində xidmətdə olarkən 10 fevral N5-ci il tarixdə kurs yoldaşları ilə birlikdə praktiki məşğələlərdə iştirak etmək məqsədilə Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinə ezam olunaraq həmin hərbi hissənin 1-ci taborunun əsgər yataqxanasında yerləşdirilmişdir. O, hərbi hissədə ezamiyyətdə olarkən kursantlar Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hər hansı mübahisəsini görməmişdir. Digər kursantlara nisbətən münasibətləri daha səmimi olmaqla bir-birilərinə qarşı söyüşlü zarafatlar etmişlər. 02 aprel N5-ci il tarixdə, saat 11:00 radələrində onlara məlumat verilmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əsgər yataqxanasında mübahisə edərkən sonuncu Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işinin sənədlərindən görünür ki, Sumqayıt Hərbi prokuroru, ədliyyə polkovnik- leytenantı Raul Şahverdiyev tərəfindən 02 may N5-ci il tarixdə Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecinin sabiq kursantı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə cinayət işi başlamış, 21 iyun N5-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tanınmış və barəsində «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri seçilmişdir. 23 iyun N5-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bakı Hərbi Kolleci rəisinin 08 may N4-cü il tarixli, 27 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kursantlar Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmin tarixdə Bakı Hərbi Kollecinin dəyişən heyətinin siyahısına daxil edilərək əşya və pul təminatına qoyulmuşlar. Bakı Hərbi Kolleci rəisinin 31 mart N5-ci il tarixli, 85 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, kursantlar Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təcrübənin keçirilməsi məqsədilə 31 mart N5-ci il tarixdən 13 iyun N5-ci il tarixədək Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə ezamiyyətə göndərilmişlər. N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış 1-ci radiokəşfiyyat və radiomaneə taborunun komandiri, mayor Səməd Səmədovun 02 aprel N5-ci il tarixli raportundan görünür ki, 02 aprel N5-ci il tarixdə saat 10:16 radələrində Bakı Hərbi Kollecinin gizir hazırlıq kursunun kursantları Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zamanı kursant Təqsirləndirilən şəxs 11 nömrəli yataq otağında mətbəx bıçağı ilə kursant Zərərçəkmiş şəxs zərbələr endirmişdir. N nömrəli hərbi hissənin tibb məntəqəsinin sanitar-təlimatçısı, çavuş Abış Yunusovun 02 aprel N5-ci il tarixli raportundan görünür ki, kursant Zərərçəkmiş şəxs 02 aprel N5-ci il tarixdə “Başın tüklü nahiyəsinin çapılmış yarası, sağ çiyin nahiyəsinin çapılmış yarası, boynun sağ nahiyəsinin və sol çiynin qançırı” diaqnozu ilə hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə 02 aprel 23025-ci il tarixdə hadisə yerinə baxış keçirilərkən müəyyən edilmişdir ki, hadisə Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin əsgər yataqxanasının 11 nömrəli yataq otağında baş vermişdir. Həmin otaq iki dördbucaq formalı hissədən ibarət olmaqla giriş qapısının sağ tərəfində sanitar qovşaq yerləşdirilmişdir. Sanitar qovşağın giriş qapısının önündə, içəri və çöl tərəfdən qapının üzərində, otağın divarlarında, sanitar qovşağın daxili hissəsinin divarlarında, su kranının ətrafında, həmçinin girişdən sol tərəf istiqamətdə olan döşəmənin üzərində çox sayda damcılama, sürtünmə və sürüşmə nəticəsində əmələ gəlməyə xarakterik izlər, o cümlədən qanabənzər ləkələr aşkar edilmişdir. Yataq otağının giriş qapısından sağ tərəfdə yerləşən 1-ci və 2-ci çarpayıların arasında olan döşəmədə tünd qırmızı rəngli qanabənzər ləkələr müşahidə edildikdə, Təqsirləndirilən şəxs sözügedən çarpayıların arasında Zərərçəkmiş şəxsla mübahisə edərək sonuncuya həmin yerdə bıçaqla xəsarət yetirdiyini bildirmişdir. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 04 aprel N5-ci il tarixli, 05- TKB saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin, kitelin və alt köynəyinin hər birinin arxa səthinin sol yarısının yuxarı hissəsində bir ədəd; gödəkçənin və kitelin hər birinin ön səthinin sol yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Həmin zədələr ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmiş, o cümlədən paltarlar üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətlətə malik digər alətin (alətlərin) təsirindən törənməsinin mümkünlüyü inkar edilməmişdir. Təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin, kitelin və alt köynəyinin hər birinin arxa səthinin sol yarısının yuxarı hissəsində olan deşilmiş-kəsilmiş zədə yerləşmələrinə görə Zərərçəkmiş şəxs sol çiyin qurşağının arxa səthində olan xəsarət ilə uyğunluq təşkil etmişdir. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı mətbəx bıçağı olmaqla soyuq silah hesab edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 08 aprel N5-ci il tarixli, N nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- ənsə nahiyəsinin sağ yarısının və sol çiyin qurşağının arxa səthinin iki ədəd kəsilmiş-deşilmiş yarası deşici-kəsici alətin, o cümlədən bıçağın təsirindən törənmişlər. Dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilmişlər. Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 14 aprel N5-ci il tarixli, 08- MTB saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş bir ədəd bıçağın və tampon nümunələrinin üzərində, həmçinin Zərərçəkmiş şəxs məxsus bir ədəd gödəkçənin, bir ədəd kitelin, bir ədəd şalvarın, bir ədəd alt köynəyinin, habelə Təqsirləndirilən şəxs məxsus bir ədəd kitelin, bir ədəd şalvarın, bir ədəd alt köynəyinin üzərində insan qanı aşkar olumuşdur. Həmin qanın qrup mənsubiyyəti tədqiq edildikdə «A» antigeni alınmış və qeyd edilən qan ləkələri ABO sistemi üzrə A (İİ) qruplu şəxsə, o cümlədən bu qrupdan olan Zərərçəkmiş şəxs məxsus olmuşdur. Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Bakı Hərbi Kollecindən təqdim olunmuş arayışdan görünür ki, Bakı Hərbi Kollecinin 1-ci kursant taborunun kursantları Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs aralarında birgə xidmət etdikləri müddətdə tabelik münasibətləri olmamışdır. Bakı Hərbi Kolleci rəisinin 03 may N5-ci il tarixli, 116 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, “Bakı Hərbi Kollecinin Nizamnaməsi”nin 7.23.6-cı yarımbəndinə əsasən (hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə) Milli Müdafiə Universitetinin rektorunun icazəsi ilə kursantlar Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Bakı Hərbi Kollecindən xaric edilərək xidmətlərini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişlər. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N may N5-ci il tarixli 143 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi hissənin 4-cü artilleriya divizionunun 10-cu artilleriya batareyasının 1-ci artilleriya taqımının 1-ci topunun heyət nəfəri vəzifəsinə təyin edildiyinə görə həmin tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qoyulmaqla vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirlıiyinin N nömrəli hərbi hissə komandirinin N may N5-ci il tarixli 143 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs hərbi hissənin 5-ci reaktiv artilleriya divizionunun 14-cü reaktiv artilleriya batareyasının 1-ci reaktiv artilleriya taqımının 2-ci maşının heyət nəfəri vəzifəsinə təyin edildiyinə görə həmin tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qoyulmaqla vəzifəsinin icrasına başlamışdır. X1 Sistemindən çap edilmiş 10 aprel N5-ci il tarixli məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını öz ərizəsi ilə təsdiq etmişdir. Bakı şəhəri 14 saylı notariat ofsinin 26 avqust N5-ci il tarixli barışıq sazişindən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs ilə aralarında barışıq olduğu üçün ona qarşı iddia, şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs qarşı başlamış cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 332.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini (CM-nin 59.1.12) cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilməsini, qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda Təqsirləndirilən şəxs əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın müddətli həqiqi hərbi xidmət keçən əsgərə təyin edilməsinin mümkünsüzlüyünü, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmaqla ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməlinin törədilməsini, bu əməllə bağlı (hərbi qulluqçuların şərəfini ləkələyən nalayiq hərəkətlər törətdiyinə görə) Təqsirləndirilən şəxs Bakı Hərbi Kollecindən xaric edilərək hazırda Laçın şəhəri ərazisində xidmətini davam etdirməsini, intizam xarakterli hərbi hissədə saxlama cəzası əvəz edildikdə Cinayət Məcəlləsinin 54.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzası ilə günə gün hesablanmasını, yəni cəzanın ağırlığını nəzərə alıb ona bu cəza üçün qanunla müəyyən edilmiş aşağı həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzaçəkməsinin başlanğıcı onun intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmənin qərarı əsasında isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 28 aprel N5-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi 30 (otuz) saat hüquqi yardıma görə 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı 11 (on bir) manat olmaqla 330 (üç yüz otuz) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına 20 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 20 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar