Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1-1(093)-162/2025 12.03.2026 BAKI HƏRBİ MƏHKƏMƏSİ X6 Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikasının Hərbi prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuror-metodisti, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN, Müdafiəçi: Bakı şəhəri N5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1998-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Xıncab kəndində anadan olmuş və Naxçıvan Muxtar Respublikası, Kəngərli rayonunun Xıncab kəndində daimi pasport qeydiyyatında olmaqla (seriya AA NN79N9N) faktiki olaraq Salyan rayonunun Çuxanlı kəndində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, evli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin zabiti, barəsində N8 iyul N0N5-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş baş leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.N.N və 178.N.N-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Əhmədov X5 Nazirliyinin Salyan rayonunun Çuxanlı kəndində yerləşən N nömrəli hərbi hissəsinin pilotsuz-uçuş aparatları taborunun pilotsuz-uçuş aparatları dəstəsinin pilotsuz uçuş aparatlarının kəşfiyyat manqasının (“Orbiter”) operatoru-pilotu vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən N0N4-cü ilin may ayında əvvəllər tanıdığı, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Zərərçəkmiş şəxs1 ilə telefonla danışan zaman sonuncunun Türkiyə Respublikasında təşkil olunacaq “Bayraktar TBN PUA” operator-pilot hazırlığı kursuna qəbul olunmaq arzusunda olmasını bilib, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də Zərərçəkmiş şəxs1 sözügedən kursa cəlb edilməsinə heç bir köməklik etmək niyyətində olmadığı halda öz qulluq mövqeyindən istifadə edərək tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxs1 pulunu ələ keçirmək qərarına gəlib, bu məqsədlə sonuncuya geniş əlaqələrə malik olmaqla, Müdafiə Nazirliyinin Kadrlar İdarəsində xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışına 5000 (beş min) manat məbləğində pulun guya özünün vasitəsilə çatdırılması müqabilində Zərərçəkmiş şəxs1 qısa müddət ərzində sözügedən kurslara cəlb ediləcəyinə dair yalan vəd verib, sonuncunu özünə inandırmaqla razılığını almışdır. Bundan sonra o, aralarında olan razılaşmaya əsasən Zərərçəkmiş şəxs1 06 may N0N4-cü il tarixdə saat 16:45-də və 07 may N0N4-cü il tarixdə saat 14:5N-də yaşadığı Kürdəmir rayonunun Qarasu kəndində onun istifadəsində olan Kapital Banka aid 4169- 7N88-65N0-1547 nömrəli ödəniş kart hesabına müvafiq olaraq N500 (iki min beş yüz) manat və N500 (iki min beş yüz) manat olmaqla, ümumilikdə 5000 (beş min) manat məbləğində pulun köçürülməsinə nail olaraq həmin məbləğləri nağdlaşdırmış, lakin vədi üzrə Zərərçəkmiş şəxs1 xeyrinə heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa Əhmədov X5 Nazirliyinin Salyan rayonunun Çuxanlı kəndində yerləşən N nömrəli hərbi hissəsinin pilotsuz-uçuş aparatları taborunun pilotsuz-uçuş aparatları dəstəsinin Ncü pilotsuz uçuş aparatlarının kəşfiyyat manqasının (“Orbiter”) operatoru- pilotu vəzifəsində, baş leytenant hərbi rütbəsində xidmətdə olarkən N0N4-cü ilin oktyabr ayında əvvəllər tanıdığı, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Zərərçəkmiş şəxsN ilə telefonla danışan zaman sonuncunun Türkiyə Respublikasında təşkil olunacaq “Bayraktar TBN PUA” operator-pilot hazırlığı kursuna qəbul olunmaq arzusunda olmasını bilib, real imkana və səlahiyyətə malik olmadığı, eləcə də Zərərçəkmiş şəxsN xidmətə qəbul olunmasına heç b'r köməklik etmək niyyətində olmadığı balda öz qulluq mövqeyindən istifadə edərək tamah niyyəti ilə əvəzsiz və qanunsuz olaraq özgənin əmlakını, yəni yaranmış vəziyyətdən istifadə edərək aldatma yolu ilə Zərərçəkmiş şəxsN pulunu ələ keçirmək qərarına gəlib, bu məqsədlə sonuncuya geniş əlaqələrə malik olmaqla, Müdafiə Nazirliyinin Kadrlar İdarəsində xidmət edən ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışına N500 (üç min beş yüz) manat məbləğində pulun guya özünün vasitəsilə çatdırılması müqabilində Zərərçəkmiş şəxsN qısa müddət ərzində sözügedən kurslara cəlb ediləcəyinə dair yalan vəd verib, sonuncunu özünə inandırmaqla razılığını almışdır. Bundan sonra o, aralarında olan razılaşmaya əsasən 17 oktyabr N0N4-cü il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxsN ilə Bakı şəhəri, Yasamal rayonu, “N0” yanvar metrostansiyası yaxınlığında yerləşən kafelərdən birində görüşərək sonuncudan N500 (üç min beş yüz) manat məbləğində pulu əlbəəl olaraq nağd şəkildə almış, lakin vədi üzrə sonuncunun xeyrinə heç bir hərəkət etməyərək, öz qulluq mövqeyindən istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.N.N və 178.N.N-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, onun Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Zərərçəkmiş şəxs1 ilə tanışlığı Kəlbəcər rayonunda yerləşən xidmət etdiyi zamanlardan yaranmışdır. O, həmin ərəfələrdə Zərərçəkmiş şəxs1la söhbət etdiyi zaman sonuncu hər dəfəsində xidmət yerinin ailəsinin yaşadığı evdən uzaq olmasından şikayətlənərək yaşadığı Kürdəmir rayonunun ərazisində yerləşən hərbi hissələrdən birində xidmət etmək arzusunda olduğunu ona söyləmişdir. Bütün bunları nəzərə alaraq N0N5-ci ilin aprel ayının sonlarında ona maddi ehtiyaclarına görə müəyyən məbləğlərdə pul lazım olduğundan 0N may N0N4-cü il tarixdə günorta radələrində Zərərçəkmiş şəxs1 zəng edərək Türkiyə Respublikasında keçiriləcək “Bayrakdar TBN PUA” operator-pilot hazırlığı kurslarında iştirak etmək fikrinin olub-olmadığını sonuncudan soruşmuşdur. Zərərçəkmiş şəxs1 onun xidmət yerində pilotsuz uçuş aparatlarının olduğunu bildiyindən sonuncunun təklifini müsbət qarşılamış və məsələyə aydınlıq gətirməsini ona söyləmişdir. O, kursların 6 ay müddətində keçiriləcəyini, kursları bitirdikdən sonra isə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin “Bayrakdar TBN PUA” yerləşən hərbi hissələrindən birinə xidmətə qəbul olunacağını, həmçinin daha da həvəsləndirici olsun deyə sözügedən hərbi hissələrdə əmək haqqının da yüksək olacağını Zərərçəkmiş şəxs1 söyləmişdir. Zərərçəkmiş şəxs1 söhbət əsnasında məsələni kimin vasitəsilə həll etdiyini ondan soruşmuş o, həmin məsələni Müdafiə Nazirliyində xidmət edən, ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışının vasitəsilə həll edəcəyini sonuncuya söyləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 məsələnin həlli qarşılığında nə qədər “hörmət” edəcəyini ondan soruşmuş, o, məsələnin həllinin qiymətinin 5000 manat olacağını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 ona zəng edərək dedikləri ilə razılaşdığını ona bildirmişdir. O, söhbət zamanı yalandan “Bayrakdar TBN PUA” kurslarını bitirdikdən sonra “təyinat” məsələsində də öz köməkliyini göstərəcəyini və təyinatını Müdafiə Nazirliyinin Hərbi XN rayonunda yerləşən hərbi hissələrdən birinə veriləcəyini, narahat olmamasını söyləmişdir. O, hər belə danışdıqca Zərərçəkmiş şəxs1 onun yalanlarına inandığını görərək istifadəsində olan kartın fotoşəklini göndərəcəyini və 5000 manatı həmin kart hesabına köçürməsini sonuncuya söyləmişdir. Üzərindən bir qədər keçdikdən sonra o, istifadəsində olan kartın fotosunu Zərərçəkmiş şəxs1 göndərmişdir. Zərərçəkmiş şəxs1 onun kart hesabına müvafiq olaraq N500 manat və N500 manat olmaqla ümumilikdə 5000 manat məbləğində pul köçürmüşdür. O, xidmət yerinin dəyişdirilməsi adı ilə Zərərçəkmiş şəxs1 aldığı 5000 manatın demək olar ki, hamısını öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs1 ona tez-tez zəng edər və işi barəsində ondan maraqlanmışdır. O, 6 aydan sonra sözügedən kurslara cəlb olunacağını Zərərçəkmiş şəxs1 söyləmişdir. N0N4cü ilin noyabr ayının ortalarında Zərərçəkmiş şəxs1 ona zəng edərək iş məsələsinin nə yerdə qaldığını ondan soruşmuş, o isə səbrli olmasını və tez bir zamanda sözügedən kurslara cəlb ediləcəyini sonuncuya demişdir. Həmin ərəfələrdə Zərərçəkmiş şəxs1 onun dələduzluq etdiyini artıq anlayaraq aldığı 5000 manatı geri istəməyə başlamışdır. O, tez bir zamanda 5000 manatı ona geri qaytaracağına dair yalan vədlər verməkdə davam etmişdir. Zərərçəkmiş şəxs1 bundan sonra onun dələduzluq yolu ilə 5000 manat məbləğində pul almasına dair Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda törətdiyi əməllərdən peşmandır. Bundan başqa, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin zabiti, leytenant Zərərçəkmiş şəxsN hər dəfə telefonla danışdığı zaman təyinat aldığı Kəlbəcər rayonunda xidmət etdiyi zamanlardan ailəsindən uzaq düşdüyünü və bu səbəbdən xidmət yerini yaşadığı Ağcabədi rayonu və yaxud ətraf ərazilərdə yerləşən hərbi hissələrdən birinə dəyişmək arzusunda olduğunu ona söyləmişdir. 1N oktyabr N0N4-cü il tarixdə günorta radələrində Zərərçəkmiş şəxsN ona zəng edərək xidmət yerinin yaşayış yeri hesab olunan Ağcabədi rayonu və ətraf rayonlarda yerləşən hərbi hissələrdən birinə dəyişdirmək barədə köməklik göstərməsini ondan xahiş etmişdir. N0N4-cü ilin oktyabr ayının əvvəllərində maddi ehtiyaclarına görə ona müəyyən məbləğdə pul lazım olduğundan o, 1 (bir) ay sonra Türkiyə Respublikasında “Bayrakdar TBN PUA” operator-pilot hazırlığı kurslarının başlanacağını və əgər istəyəcəyi təqdirdə sonuncunun da həmin kurslara cəlb edilməsinin mümkünlüyünü söyləmişdir. Zərərçəkmiş şəxsN onun xidmət yerində pilotsuz uçuş aparatlarının olduğunu bildiyindən onun təklifini müsbət qarşılamış və məsələyə aydınlıq gətirməsini ona söyləmişdir. O, namizədlərin hərbi hissələr tərəfindən telefonoqramlar əsasında seçildiyini, həmin kursları bitirən hərbi qulluqçuların Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin “Bayrakdar TBN PUA” yerləşən hərbi hissələrindən birinə xidmətə qəbul olunacağını, sözügedən hərbi hissələrdə əmək haqqımın da yüksək olacağını Zərərçəkmiş şəxsN söyləmişdir. Zərərçəkmiş şəxsN məsələni kimin vasitəsilə həll etdiyini ondan soruşmuş, o, məsələni Müdafiə Nazirliyində xidmət edən, ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışının vasitəsilə həll edəcəyini Zərərçəkmiş şəxsN söyləmişdir. Zərərçəkmiş şəxsN bunun müqabilində “neçə manat” ödəyəcəyini ondan soruşmuş, o, qeyd edilən məsələnin həll edilməsindən ötrü N500 manat verməli olacağını sonuncuya bildirmişdir. O, 17 oktyabr N0N4-cü il tarixdə kafelərdən birində Zərərçəkmiş şəxsN ilə görüşmüşdür. Həmin vaxt o, tək olmuş, Zərərçəkmiş şəxsN yanında sonradan adını öyrəndiyi dostu Şahid adlı şəxs olmuşdur. Görüş zamanı o, iş barəsində bir qədər də məlumat verərək 1 ay sonra Zərərçəkmiş şəxsN “Bayrakdar TBN PUA” operator-pilot hazırlığı kurslarına cəlb ediləcəyini, N0N4-cü ilin dekabr ayının sonlarınadək həmin kursları bitirəcəyini, daha sonra təyinatını Müdafiə Nazirliyinin Hərbi X4 rayonunda yerləşən hərbi hissələrdən birinə verilməsinə köməklik göstərəcəyini, həmçinin narahat olmamasını, özünün Müdafiə Nazirliyinin zabiti olduğunu, sözünün orduda keçdiyini, eləcə də iş məsələsinin alınmayacağı təqdirdə verəcəyi N500 manatı tam olaraq geri qaytaracağını Zərərçəkmiş şəxsN söyləmişdir. Həmin vaxt Zərərçəkmiş şəxsN üzərində olan N500 manatı sayaraq ona təqdim etmişdir. O, Zərərçəkmiş şəxsN aldığı N500 manatın demək olar ki, böyük qismini öz şəxsi ehtiyaclarına xərcləmişdir. Görüşdən sonra Zərərçəkmiş şəxsN arada-sırada onunla əlaqə saxlayaraq iş məsələsi haqqında məlumat almağa başlamışdır. O, səbrli olmasını və qısa müddət ərzində sözügedən kurslara cəlb ediləcəyini Zərərçəkmiş şəxsN söyləmişdir. Zərərçəkmiş şəxsN N0N4-cü ilin dekabr ayının sonlarında ona zəng edərək iş məsələsinin nə yerdə qaldığını soruşmuş, o, səbrli olmasını və tez bir zamanda kurslara cəlb ediləcəyini ona söyləmişdir. Bir müddət sonra Zərərçəkmiş şəxsN ona zəng edərək qeyd olunan kurslara cəlb olunmaq adı ilə verdiyi N500 manatı ondan geri tələb etmiş, o, yalandan tez bir zamanda N500 manatı geri qaytaracağına Zərərçəkmiş şəxsN yalan vədlər verməkdə davam etmişdir. Bundan sonra Zərərçəkmiş şəxsN 17 mart N0N5-ci il tarixdə onun dələduzluq yolu ilə N500 manat məbləğində pul almasına dair Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda törətdiyi əməllərdən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxsN ifadəsində göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin zabiti, baş leytenant Təqsirləndirilən şəxs Heydər Əliyev adına Ali Hərbi Məktəbində kursant kimi təhsil aldığı vaxtdan tanımış və həmin vaxtdan etibarən onun sonuncu ilə münasibəti yaranmışdır. O, hər dəfə Təqsirləndirilən şəxsla telefonda danışdığı zaman ailəsinin yaşadığı Ağcabədi rayonunda və yaxud ətraf rayonlarda yerləşən hərbi hissələrdən birində xidmət etmək istədiyini söyləmişdir. O, 1N oktyabr N0N4-cü il tarixdə tanışı olan Təqsirləndirilən şəxs zəng edərək xidmət yerinin yaşayış yeri hesab olunan Ağcabədi rayonu və ətraf rayonlarda yerləşən hərbi hissələrdən birinə dəyişdirmək barədə qərara gəldiyini və bu məsələdə tanışları vasitəsilə ona köməklik etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs 1 ay sonra Türkiyə Respublikasında “Bayrakdar TBN PUA” operatorpilot hazırlığı kurslarının başlanacağını və əgər istəyəcəyi təqdirdə onun da həmin kurslara cəlb edilməsinin mümkünlüyünü söyləmişdir. O, məsələyə aydınlıq gətirməsini Təqsirləndirilən şəxs söyləmişdir. Təqsirləndirilən şəxs namizədlərin hərbi hissələr tərəfindən telefonoqramlar əsasında seçildiyini, həmin kursları bitirən hərbi qulluqçuların Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin “Bayrakdar TBN PUA” yerləşən hərbi hissələrindən birinə xidmətə qəbul olunacağını, sözügedən hərbi hissələrdə əmək haqqının da yüksək olacağını ona söyləmişdir. O, məsələni kimin vasitəsilə həll etdiyini Təqsirləndirilən şəxs soruşmuş, sonuncu həmin məsələni Müdafiə Nazirliyində xidmət edən, ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışının vasitəsilə həll edəcəyini ona söyləmişdir. O, bunun müqabilində “neçə manat” ödəyəcəyini Təqsirləndirilən şəxs soruşmuş, sonuncu qeyd edilən məsələnin həll edilməsindən ötrü N500 manat verməli olacağını ona bildirmişdir. Bundan sonra o, məsələnin aydın olduğunu görərək bir qədər fikirləşdikdən sonra əlaqə saxlayacağını Təqsirləndirilən şəxs demişdir. O, 17 oktyabr N0N4-cü il tarixdə 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, “N0” yanvar metrostansiyası yaxınlığında yerləşən və hazırda adını xatırlamadığı kafelərdən birində Təqsirləndirilən şəxsla görüşmüşdür. Həmin vaxt onun yanında uşaqlıq dostu, Ağcabədi rayonu, Kəbirli kənd sakini Şahid olmuşdur. Söhbət əsnasında Təqsirləndirilən şəxs 1 ay sonra onun “Bayrakdar TBN PUA” operator-pilot hazırlığı kurslarına cəlb ediləcəyini, N0N4-cü ilin dekabr ayının sonlarınadək həmin kursları bitirəcəyini, daha sonra təyinatını Müdafiə Nazirliyinin Hərbi X4 rayonunda yerləşən hərbi hissələrdən birinə verilməsinə ona əməli köməklik göstərəcəyini, həmçinin narahat olmamasını, özünün Müdafiə Nazirliyinin zabiti olduğunu, sözünün orduda keçdiyini, eləcə də iş məsələsinin alınmayacağı təqdirdə verəcəyi N500 manatı tam olaraq geri qaytaracağını ona söyləmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs dediklərinə inanmış və həmçinin ehtiyat tədbirini görərək N500 manatı sonuncuya video çəkilişlə vermək qərarına gəlmişdir. Bu məqsədlə o, Şahid N500 manatı Təqsirləndirilən şəxs verdiyi zaman öz mobil telefonu ilə videosunu çəkməsini xahiş etmişdir. Şahid də o, iş məsələsinə görə danışıb-razılaşdığı N500 manatı sayıb Təqsirləndirilən şəxs verən zaman videolarını çəkmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narahat olmamasını və tez bir zamanda onun kurslara cəlb ediləcəyini söyləmişdir. Bundan başqa o, arada-sırada Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq iş məsələsi haqqında sonuncudan məlumat almağa çalışmışdır. Təqsirləndirilən şəxs səbrli olmasını və N0N4-cü ilin dekabr ayının sonlarınadək onun Türkiyə Respublikasında təşkil olunan “Bayrakdar TBN PUA” operator-pilot hazırlığı kurslarına cəlb ediləcəyini söyləmişdir. O, N0N4-cü ilin dekabr ayının sonlarında Təqsirləndirilən şəxs zəng edərək iş məsələsinin nə yerdə qaldığını sonuncudan soruşmuş, sonuncu səbrli olmasını və tez bir zamanda onun sözügedən kurslara cəlb ediləcəyini söyləmişdir. Artıq o, həmin ərəfələrdə Təqsirləndirilən şəxs onu aldatdığına tam əmin olmuşdur. Bundan sonra o, Türkiyə Respublikasında təşkil olunan “Bayrakdar TBN PUA” operator-pilot hazırlığı kurslarına cəlb olunmaq adı ilə Təqsirləndirilən şəxs verdiyi N500 manatı sonuncudan geri tələb etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs heç bir hərəkət etmədiyini görərək 17 mart N0N5-ci il tarixdə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək sonuncunun Türkiyə Respublikasında təşkil olunan “Bayrakdar TBN PUA” operator-pilot hazırlığı kurslarına cəlb olunması vədi ilə ondan N500 manat aldığını, lakin vədinə əməl etməyərək qeyd edilən məbləği mənimsədiyini qeyd etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə qaytarmışdır, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, baş leytenant Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda yerləşən hərbi hissəsində xidmət etdiyi zamandan tanımışdır. Həmin vaxtdan onun Təqsirləndirilən şəxsla münasibəti yaranmış və o, sonuncu ilə hər dəfə söhbət etdiyi zaman ailəsinin yaşadığı Kürdəmir rayonunda yerləşən hərbi hissələrdən birində xidmət etmək istədiyini söyləmişdir. 0N may N0N4-cü il tarixdə günorta radələrində tanışı Təqsirləndirilən şəxs ona zəng edərək Türkiyə Respublikasında keçiriləcək “Bayrakdar TBN PUA” operator-pilot hazırlığı kurslarında iştirak etmək fikrinin olub-olmadığını ondan soruşmuşdur. O, məsələyə aydınlıq gətirməsini Təqsirləndirilən şəxs soruşmuş, sonuncu kursların 6 ay müddətində Türkiyə Respublikasında keçiriləcəyini, kursları bitirdikdən sonra isə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin “Bayrakdar TBN PUA” yerləşən hərbi hissələrindən birinə xidmətə qəbul olunacağını, sözügedən hərbi hissələrdə əmək haqqının da yüksək olacağını ona söyləmişdir. O, məsələni kimin vasitəsilə həll etdiyini Təqsirləndirilən şəxs soruşmuş, sonuncu həmin məsələni Müdafiə Nazirliyində xidmət edən, ad, soyad və rütbəsini bildirmədiyi yüksək vəzifəli tanışının vasitəsilə həll edəcəyini ona söyləmişdir. O, məsələnin həlli qarşılığında nə qədər “hörmət” edəcəyini Təqsirləndirilən şəxs soruşmuş, sonuncu məsələnin həllinin qiymətinin 5000 (beş min) manat olacağını ona demişdir. O, həmin vaxt bu barədə məsələ ilə bağlı ailə üzvləri ilə məsləhətləşəcəyini və bundan sonra öz rəyini verəcəyini Təqsirləndirilən şəxs söyləmişdir. O, ailəsi ilə məsləhətləşdikdən sonra məsələ barəsində öz razılığını vermişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs zəng edərək şərtləri ilə razılaşdığını söyləmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs sözügedən kursu bitirdikdən sonra “təyinat” məsələsində də ona öz köməkliyini göstərəcəyini, 5000 manatı nə qədər tez verəcəyi təqdirdə kurslara bir o qədər də tez cəlb ediləcəyini, narahat olmamasını, özünün Müdafiə Nazirliyinin zabiti olduğunu, sözünün orduda keçdiyini, eləcə də iş məsələsinin alınmayacağı təqdirdə verdiyi 5000 manatı tam olaraq geri qaytaracağını ona söyləmişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs görüş təklif etsə də sonuncu xidmətdə olması ilə əlaqədar olaraq onunla görüşə bilməyəcəyini söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona istifadəsində olan kartın fotoşəklini göndərəcəyini və 5000 manatı həmin kart hesabına köçürməsini ona söyləmişdir. Üzərindən bir qədər keçdikdən sonra Təqsirləndirilən şəxs istifadəsində olan bank kartının fotosunu ona göndərmişdir. O, özünün kart hesabında olan vəsaitdən müvafiq olaraq N500 manat və N500 manat olmaqla ümumilikdə 5000 manat məbləğində pulu Təqsirləndirilən şəxs istifadəsində olan kart hesabına köçürmüşdür. Bundan sonra o, arada-sırada Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq iş məsələsi haqqında sonuncudan məlumat almağa çalışmışdır. Təqsirləndirilən şəxs 6 aydan sonra onun Türkiyə Respublikasında təşkil olunan “Bayrakdar TBN PUA” operatorpilot hazırlığı kurslarına cəlb ediləcəyini söyləmişdir. N0N4-cü ilin noyabr ayının ortalarında o, Təqsirləndirilən şəxs zəng edərək iş məsələsinin nə yerdə qaldığını sonuncudan soruşmuş, Təqsirləndirilən şəxs səbrli olmasını və tez bir zamanda onun sözügedən kurslara cəlb ediləcəyini söyləmişdir. Üzərindən bir qədər də keçdikdən Təqsirləndirilən şəxs onun üçün heç bir iş görmədiyini gördükdən sonra sonuncunun onu aldadaraq 5000 manatını ələ keçirdiyinə tam əmin olmuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs heç bir iş görmədiyini görərək 06 mart N0N5-ci il tarixdə Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək Türkiyə Respublikasında təşkil olunan “Bayrakdar TBN PUA” operator-pilot hazırlığı kurslarına cəlb olunması vədi ilə Təqsirləndirilən şəxs ondan 5000 manat aldığını, lakin vədinə əməl etməyərək qeyd edilən məbləği mənimsədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs hazırda ona dəymiş ziyanı tam şəkildə ödəmişdir, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, onun yaxın dostu Zərərçəkmiş şəxsN N0N4-cü ilin oktyabr ayında ona zəng edərək bankdan kredit götürmək istədiyini bildirmiş, onlar “ABB” bankın filiallarından birinə yaxınlaşaraq Zərərçəkmiş şəxsN adına bankdan 4550 manat məbləğində pul götürmüş, sonra isə Bakı şəhəri, Yasamal rayonu, “N0” yanvar metrostansiyası yaxınlığında yerləşən və hazırda adını xatırlamadığı kafelərdən birində Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Görüş zamanı Zərərçəkmiş şəxsN onu Təqsirləndirilən şəxsla tanış etmişdir. Görüş zamanı Zərərçəkmiş şəxsN bir daha iş barəsində Təqsirləndirilən şəxsla söhbət etməyə başlamışdır. Görüş zamanı Təqsirləndirilən şəxs verəcəyi N500 manat müqabilində Zərərçəkmiş şəxsN 1 ay sonra “Bayrakdar TBN PUA” operator-pilot hazırlığı kurslarına cəlb ediləcəyini, N0N4-cü ilin dekabr ayının sonlarınadək həmin kursları bitirəcəyini, daha sonra təyinatını Müdafiə Nazirliyinin Hərbi X4 rayonunda yerləşən hərbi hissələrdən birinə verilməsinə köməklik göstərəcəyini, narahat olmamasını, özünün Müdafiə Nazirliyinin zabiti olduğunu, sözünün orduda keçdiyini, eləcə də iş məsələsinin alınmayacağı təqdirdə verəcəyi N500 manatı tam olaraq geri qaytaracağını Zərərçəkmiş şəxsN söyləmiş, sonuncu da həmin vaxt Təqsirləndirilən şəxs dediklərinə inanaraq istədiyi N500 manatı sonuncuya vermək qərarına gəlmişdir. Söhbət əsnasında Zərərçəkmiş şəxsN üzərində olan N500 manatı sayaraq Təqsirləndirilən şəxs verən zaman o, həmin anları öz smartfon telefonu ilə videoya çəkmişdir. N0N5-ci ilin mart ayının əvvəllərində o, Zərərçəkmiş şəxsN ilə söhbət etdiyi zaman Təqsirləndirilən şəxs tərəfindən dələduzluğun qurbanı olduğunu öyrənmişdir. Dövlət ittihamçısı “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tələblərinə uyğun olaraq cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Cinayət işinin materiallarına əlavə edilmiş 10 mart N0N5-ci il tarixli raportdan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Zərərçəkmiş şəxs1 N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs ondan Türkiyə Respublikasında keçiriləcək “Bayraktar” kurslarına cəlb olunması vədi ilə 5000 (beş min) manat pul aldığını, lakin vədinə əməl etməyərək qeyd olunan məbləği mənimsəməsi barədə məlumat vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 14 iyul N0N5-ci il tarixli ərizədən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Zərərçəkmiş şəxs1 N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs Türkiyə Respublikasında keçiriləcək “Bayraktar” kurslarına cəlb etmək adı ilə ondan 5000 (beş min) manat məbləğində pul alması barədə Bakı Hərbi Prokurorluğuna məlumat vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 16 iyul N0N5-ci il tarixli ərizədən görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, leytenant Zərərçəkmiş şəxsN N nömrəli hərbi hissənin hərbi qulluqçusu, baş leytenant Təqsirləndirilən şəxs Türkiyə Respublikasında keçiriləcək “Bayraktar” kurslarına cəlb etmək adı ilə ondan N500 (üç min beş yüz) manat məbləğində pul alması barədə Bakı Hərbi Prokurorluğuna məlumat vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N mart N0NN-ci il tarixli 96 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, baş leytenant Əhmədov X5 nazirinin birinci müavini- Azərbaycan Ordusunun Baş Qərargah rəisinin N4 fevral N0NN-ci il tarixli 067 nömrəli əmri ilə pilotsuz uçuş aparatları taborunun pilotsuz uçuş aparatları dəstəsinin pilotsuz uçuş aparatlarının kəşfiyyat manqasının (“Orbiter”) operatoru-pilotu vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün, N nömrəli hərbi hissədən (Qazax şəhəri) gəlmiş hesab edilsin, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilməklə vəzifəsinin icrasına başlamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N aprel N0N4-cü il tarixli N nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, gizir Məcidov XN nazirinin müavini-X1 N9 mart N0N4-cü il tarixli 016gm nömrəli əmri ilə hərbi hissənin N-ci tank bölüyünün N-cü tank taqımının N-cü tankın komandiri vəzifəsinə təyin edildiyinə görə xidmətini davam etdirmək üçün, N nömrəli hərbi hissədən (Ağstafa rayonu) gəlmiş hesab edilsin, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilməklə vəzifəsinin icrasına başlamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 06 may N0N4-cü il tarixli ********* nömrəli və 07 may N0N4-cü il tarixli ********* nömrəli ödəmə qəbzlərindən görünür ki, həmin tarixlərdə müvafiq olaraq saat 16:45-də N500 manat və 14:5N-də N500 manat olmaqla, ümumilikdə 5000 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs istifadəsində olan və ona məxsus “Bir Banka” aid 4169-7N88-65N0-1547 nömrəli ödəmə kartına köçürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin 1N iyul N0N4-cü il tarixli N15 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, leytenant Zərərçəkmiş şəxsN xidmətini davam etdirmək üçün Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən (Bakı şəhəri) gəlmiş hesab edilsin, həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilməklə vəzifəsiniı icrasına başlamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş “Bir Bank” proqramından çıxarış edilmiş 0 may N0N4-cü il tarixli ********* nömrəli və 07 may N0N4-cü il tarixli ********* nömrəli ödəmə qəbzləri, eləcə də leytenant Zərərçəkmiş şəxsN tərəfindən istintaq orqanına təqdim edilmiş video görüntülər N4 iyul N0N5-ci il tarixdə maddi sübut qismində tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş “Azercell Telekom MMC” və "xxxx" MMCdən daxil olmuş kompakt disklərə keçirilmiş baxış protokollarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN arasında xx.xx.N0N4-cü il tarixdən xx.xx.N0N5-ci il tarixədək müxtəlif vaxtlarda telefon danışıqları aparılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxsN ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş zərər onlara tam şəkildə ödənilmişdir, onlar Təqsirləndirilən şəxs ilə barışmışdırlar. Cinayət işinin materiallarına əlavə edilmiş N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Orbiter-NHC” pilotsuz uçuş aparatlarının operator-pilotu vəzifəsində N0NN-cü ilin sentyabr ayında antiterror əməliyyatlarında iştirak etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs “Antiterror əməliyyatları” iştirakçısı olduğundan, barəsində amnistiya aktının tətbiq edilməsi mümkündür. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr N0N5-ci il Qərarının 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarılır (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Qərarın N4-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4N.N-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.N-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. Cinayət işi materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs səciyyələndirən hallar, N0NN-cü ilin sentyabr ayında antiterror əməliyyatlarında iştirak etdiyi üçün o, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr N0N5-ci il Qərarının 1.1-ci bəndində göstərilən şəxslərin dairəsinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N9.1.1N-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 4N.N-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin N9.1.N, N9.1.1N və 40.N-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin vəsatətini müzakirə edərək bu qənaətə gəlir ki, CPM-in N9-cu maddəsinin tələbləri nəzərə alınmaqla CM-in 178.N.N və 178.N.Ncü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməklə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmənin qərarı əsasında isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri N5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət işi ilə tanış olub, məhkəmə iclaslarında iştirak etmişdir. Azərbaycan Respublikası CPM-nin 19N.N-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 9N.N-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N001-ci il 1 fevral tarixli N1 nömrəli qərarında dəyişiklik edilməsi barədə N8 aprel N0N5-ci il tarixli, 141 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 19N.N-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi N5 (otuz beş) saat hüquqi yardıma görə Bakı şəhəri N5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı 11 (on bir) manat olmaqla N85 (üç yüz səksən beş) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Bakı şəhəri N5 saylı Vəkil Bürosuna ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N9.1.1N, 4N.N, NN1, N46-N47, N56 və N58-ci maddələrini, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin N9.1.1N-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.N.N və 178.N.N-cü maddələri ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs cinayət işi ilə tanış olub, məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri N5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi N5 (otuz beş) iş saatına görə N85 (üç yüz səksən beş) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri N5 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Qərardan elan olunduğu andan N0 gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan N0 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM : ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1-1(093)-162/2025
Bakı Hərbi Məhkəməsi Qərar — İş №1-1(093)-162/2025
12.03.2026 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver