Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-167/2024 28.08.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı, Müdafiəçi – “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2005-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Şəmkir rayonunun Dəllər-Cəyir kəndində qeydiyyatda olmaqla, yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun 1-ci əməliyyat bölüyünün 3-cü əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfiyyatçı-heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmət etmiş, barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun 1-ci əməliyyat bölüyünün 3cü əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfiyyatçı-heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 28 aprel 2024-cü il tarixdə saat 18:20 radələrində xidmət etdiyi taborun inzibati binasında yerləşən sinif otağından çıxan zaman həmin otağın yanındakı sanitar qovşaqda xidmət etdiyi bölüyün 2-ci əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfiyyatçı-snayperi, əsgər Zərərçəkmiş şəxs yorğun olmasını əsas gətirərək onlarla eyni bölükdə xidmət edən əsgər Şahid1 həmin şəxsin əvəzinə sanitar qovşağın döşəməsini silməsini tapşırdığını eşitmişdir. Bundan bir neçə dəqiqə sonra o, Zərərçəkmiş şəxs yenidən sanitar qovşaqda görən zaman sonuncuya özünə aid olan işi digər əsgər yoldaşına tapşırması ilə bağlı irad tutduğuna görə aralarında mübahisə yaranmış, lakin yaxınlıqda olan xidmət yoldaşları mübahisənin davaya çevrilməsinə imkan verməmişlər. Həmin hadisədən bir müddət sonra, yəni 28 aprel 2024-cü il tarixdə saat 18:20 radələrində Zərərçəkmiş şəxs taborun inzibati binasında yerləşən əsgər yataqxanasına gələrək onun oturduğu çarpayı ilə üzbəüz çarpayıda əyləşdikdən sonra onlar mübahisələrini davam etdirməyə başlamışlar. Həmin vaxt onlar bir-birinin ünvanına nalayiq ifadələr işlətdiklərinə görə aralarında yaranmış mübahisə daha da kəskinləşən zaman Zərərçəkmiş şəxs ona qarşı zorakı hərəkətlərə yol vermiş, lakin yaxınlıqda olan Şahid1 Zərərçəkmiş şəxs uzaqlaşdırdıqdan sonra sonuncu bir qədər uzaq məsafədən növbəti dəfə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman Təbriz X2 ünvanına nalayiq ifadələr istifadə etməsindən və zor tətbiq etməsindən əsəbiləşdiyinə görə sonuncunu cəzalandırmaq məqsədi ilə hərəkətsiz vəziyyətdə durmuş Zərərçəkmiş şəxs üzərinə gedib tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 42-ci maddələrinin «hərbi qulluqçular biı birinə münasibətdə nəzakətli və təmkinli olmalı, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidirlər» tələblərini kobud surətdə pozaraq qəsdən Zərərçəkmiş şəxs sağ gözüstü və üst dodaq nahiyələrindən ümumilikdə iki yumruq zərbələri vurub sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid «sağ üst göz qapağında əzilmiş və üst dodaqda səthi yaralar» xəsarətlərini yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 332.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, Müdafiə Nazirliyinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 1-ci əməliyyat taborunun 1-ci əməliyyat bölüyünün 3-cü əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfiyyatçı-heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə müddətdə 28 aprel 2024-cü il tarixdə axşam saatlarında sanitar qovşağın giriş qapısının yaxınlığında olarkən həmin vaxt gün növbətçisi olan Zərərçəkmiş şəxs sanitar qovşaqda əsgər Şahid1 öz əvəzinə sanitar qovşağın döşəməsini silməsini xahiş etdiyini, lakin Şahid1 Zərərçəkmiş şəxs ilə razılaşmadığını eşitmişdir. Həmin hadisədən bir neçə dəqiqə sonra o, sanitar qovşağa daxil olduqda orada Zərərçəkmiş şəxs görmüş və sonuncuya «o nə sözdü əsgərə deyirsən, səndən balaca prizivdi deyə işi ona gördürməlisən» sözlərini demiş, Zərərçəkmiş şəxs isə cavabında onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman aralarında yaranmış mübahisə zəminində onlar bir-birilərinin yaxasından tutaraq itələşmiş, lakin orada olan əsgərlər Şahid1 və Şahid2 onları aralamışlar. Bir qədər sonra, yəni 28 aprel 2024-cü il tarixdə saat 18:20 radələrində Zərərçəkmiş şəxs yataqxanaya daxil olaraq onunla üzbəüz çarpayının üzərində oturmuşdur. Həmin vaxt orada Şahid1 olmuşdur. Bu zaman Zərərçəkmiş şəxs ona nalayiq sözlər demiş, o, isə Zərərçəkmiş şəxs «aralı dur söhbəti bağla» sözlərini demiş, Zərərçəkmiş şəxs söhbət etməyə təkid etdikdə isə o, Zərərçəkmiş şəxs ona nalayiq söz söyləmişdir. Onun bu sözündən sonra Zərərçəkmiş şəxs əsəblərini cilovlaya bilməyərək sağ əli ilə onun sol sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuş, əl-qol atmışdır. O, zərbəni vurandan sonra Zərərçəkmiş şəxs ayağa qalxsa da, o, yumruq zərbəsinin təsirindən başı gicəlləndiyi üçün ayağa qalxa bilməmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs uca səslə ona qarşı nalayiq ifadə işlədərək 5-6 metr uzaqlaşmış, həmin vaxt səsə Şahid2 də gələrək onlara yaxınlaşmış, bu zaman orada olan Şahid1 Zərərçəkmiş şəxs qucaqlayaraq uzaqlaşdırmağa çalışmışdır. Zərərçəkmiş şəxs qanunsuz hərəkətlərini davam edərək aralı məsafədən ona növbəti dəfə nalayiq ifadə işlədəndə o, artıq Zərərçəkmiş şəxs təhqirlərinə dözməyərək ayağa qalxıb Zərərçəkmiş şəxs olduğu yerə tərəf addımlamış və həmin şəxsin üzərinə gedərək sol əli ilə Zərərçəkmiş şəxs sağ göz nahiyəsinə bir yumruq vurmuşdur. Onun vurduğu yumruq zərbəsi nəticəsində Zərərçəkmiş şəxs qaşı yarıldığına görə sonuncu ilk öncə bölük növbətçisinin yanına getmişdir. Daha sonra tibb məntəqəsində növbətçi həkim Zərərçəkmiş şəxs bədən baxışı keçirərkən Zərərçəkmiş şəxs sağ göz qapağının kənarında, habelə üst dodağının iç tərəfində xəsarətlər aşkar edilmişdir. Zərərçəkmiş şəxs ilə onun arasında hər hansı tabelik münasibətləri olmamışdır. Zərərçəkmiş şəxslə barışmışdır. Hazırda əməlindən peşmandır. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda 2023-cü ilin 19-20 sentyabr tarixində apardığı antiterror əməliyyatında iştirak etmişdir. məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün 2-ci taqımının 1-ci qrupunun kəşfiyyatçı snayperi vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 27 aprel 2024-cü il tarixdən saat 19:00-dan 28 aprel 2024-cü il saat 19:00-dək xidmət etdiyi bölük üzrə gün növbətçisi təyin edilmişdir. 28 aprel 2024-cü il tarixdə axşam saatlarında gün növbətçisi olduğu müddətdə sanitar qovşağa girdikdə həmin zaman sanitar qovşaqda səhra geyimini yuyan əsgər yoldaşı Şahid1 görmüş və sonuncudan onun əvəzinə sanitar qovşağın döşəməsini silməyi xahiş etmiş, lakin Şahid1 onunla razılaşmamışdır. Bundan sonra o, sursat yeşiyini qarovul evindən gətirmək üçün qarovul evinə getmiş, sursat yeşiyini gətirdikdən sonra o, özü sanitar qovşağı təmizləmək üçün sanitar qovşağa girmişdir. O, sanitar qovşağı təmizləyərkən Təqsirləndirilən şəxs içəri daxil olmuş və ona «o nə sözdü əsgərə deyirsən, sənnən balaca prizivdi deyə işi ona gördürməlisən» demiş, o, isə cavabında Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman aralarında yaranmış mübahisə zəminində onlar bir-birilərinin yaxasından tutaraq itələşmiş, lakin orada olan əsgərlər Şahid1 və Şahid2 onları aralamışlar. Bir qədər sonra, yəni 28 aprel 2024-cü il tarixdə saat 18:20 radələrində sanitar qovşağı təmizlədikdən sonra o, məsələni həll etmək üçün yataqxanaya, Təbirz Əliyevin yanına daxil olmuş və Təqsirləndirilən şəxs əyləşdiyi çarpayı ilə üzbəüz çarpayıda oturaraq həmin şəxsin ünvanına nalayiq sözlər demiş, bu zaman Təqsirləndirilən şəxs ona «aralı dur söhbəti bağla» sözlərini bildirmişdir. O, söhbət etməyə təkid etdikdə isə Təqsirləndirilən şəxs onun ünvanına nalayiq ifadə işlətmiş, o isə əsəblərini cilovlaya bilməyərək sağ əli ilə Təqsirləndirilən şəxs sol sifət nahiyəsindən bir yumruq zərbəsi vurmuşdur. Zərbə endirildikdən sonra o, ayağa qalxsa da, Təqsirləndirilən şəxs onun vurduğu yumruq zərbəsinin təsirindən başı gicəlləndiyi üçün ayağa qalxa bilməmişdir. O, uca səslə Təqsirləndirilən şəxs nalayiq söz dediyinə görə səsə Şahid2 də gəlmişdir. Bu zaman orada olan Şahid1 onu qucaqlayaraq yataqxanadan çıxarmaq istəmişdir. Həmin vaxt o, növbəti dəfə Təqsirləndirilən şəxs nalayiq söz deyən zaman Təqsirləndirilən şəxs ayağa qalxıb 5-6 metr gələrək sol əli ilə onun sağ göz nahiyəsinə bir yumruq vurmuş, həmin vaxt o və Təqsirləndirilən şəxs bir-birinin istiqamətində əl-qol hərəkətləri ilə zor tətbiq etmək istədikdə Təqsirləndirilən şəxs növbəti yumruq zərbəsi onun dodağının üst nahiyəsinə dəymişdir. Bu zaman orada olan əsgərlər onları aralamışlar. Onun qaşı yarıldığı üçün ilk öncə bölük növbətçisinin yanına getmiş, daha sonra tibb məntəqəsində növbətçi həkim ona bədən baxışı keçirərkən onun sağ göz qapağının kənarında, habelə üst dodağının iç tərəfində xəsarətlər aşkar edilmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmışdır, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 1-ci taborunun 1-ci bölüyünün 3-cü taqımının 2-ci manqasının qumbaraatan köməkçisi vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olduğu müddətdə 28 aprel 2024-cü il tarixdə axşam saatlarında xidmət etdiyi bölüyün inzibati binasının 1-ci mərtəbəsində yerləşən sanitar qovşaqda hərbi üst geyimini, yəni kitelini yuduqdan sonra orada olan əsgər yoldaşı Zərərçəkmiş şəxs ona öz əvəzinə sanitar qovşağının döşəməsini silməyi xahiş etmiş, o, cavabında Zərərçəkmiş şəxs yorğun olduğunu deyərək razılaşmamışdır. Bundan sonra o, sinif otağında digər əsgər yoldaşı Şahid2lə dama oynamağa başlamış, bu zaman sinif otağının bilavasitə yanında olan sanitar qovşaq tərəfdən səs-küy gəlmişdir. O və Şahid2 həmin yerə getdikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona sanitar qovşağı təmizləməyi tapşırdığına görə irad tutduğunu, Zərərçəkmiş şəxs isə cavab olaraq Təqsirləndirilən şəxs nalayiq ifadələrlə cavab verdiyini görmüş və eşitmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzərinə getmiş və onlar bir-birinin yaxasından yapışaraq tutaşmağa başlamışlar. Bu zaman o və Şahid2 mübahisə edənlərə yaxınlaşaraq onları aralamışlar. Daha sonra o və Təqsirləndirilən şəxs yataqxanaya, Zərərçəkmiş şəxs isə sanitar qovşağı təmizləməyə getmişdir. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs yataqxanaya daxil olmuş və Təqsirləndirilən şəxs öz çarpayısında oturub səhra kitelinin düymələrini tikdiyini görərək Təqsirləndirilən şəxs çarpayısı ilə üzbəüz çarpayıda oturmuşdur. bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs nalayiq söz demiş, Təqsirləndirilən şəxs «aralı dur söhbəti bağla» sözlərini Zərərçəkmiş şəxs demişdir. Zərərçəkmiş şəxs söhbət etməyə təkid etdikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nalayiq ifadələrlə cavab vermiş, Zərərçəkmiş şəxs əsəblərini cilovlaya bilməyərək sağ yumruğu ilə Təqsirləndirilən şəxs sol sifət nahiyəsinə bir zərbə vurmuşdur. Zərbəni vurduqdan sonra Zərərçəkmiş şəxs ayağa qalxsa da, Təqsirləndirilən şəxs yumruq zərbəsinin təsirindən başı gicəlləndiyi üçün ayağa qalxa bilməmişdir. Zərərçəkmiş şəxs uca səslə Təqsirləndirilən şəxs nalayiq söz dediyi üçün səsə Şahid2 gəlmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs qucaqlayaraq yataqxanadan çıxarmaq istəmiş, Zərərçəkmiş şəxs isə növbəti dəfə Təqsirləndirilən şəxs nalayiq söz deyəndə Təqsirləndirilən şəxs ayağa qalxıb 5-6 metr gələrək sol əli ilə Zərərçəkmiş şəxs sağ gözünə bir yumruq vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir-birilərinin istiqamətində əl-qol hərəkətləri etməklə zor tətbiq etmək istədikdə Təqsirləndirilən şəxs növbəti yumruq zərbəsi Zərərçəkmiş şəxs dodağına dəymişdir. Bu zaman o və Şahid2 mübahisə edənləri aralamışlar. Zərərçəkmiş şəxs qaşı yarılmış, sonuncu tibb məntəqəsinə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs Sumqayıt Hərbi prokurorluğuna ünvanlanmış 02 may 2024-cü il tarixli ərizəsindən görünür ki, 28 aprel 2024-cü il tarixdə, saat 18:30 radələrində onun xidmət etdiyi hərbi hissənin əsgəri Təqsirləndirilən şəxs əsgər yataqxanasında ona qarşı fiziki güc tətbiq edərək onun sağ gözünə yumruq vurmuşdur. Nəticədə o, sağ gözünün üzərindən xəsarət almışdır. Hadisə ilə bağlı müvafiq tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Məhkəmə Tibbi Ekspertiza və X1 906 nömrəli, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, əsgər Zərərçəkmiş şəxs bədənində olmuş xəsarətlər bədənində olmuş xəsarətlər – sağ üst göz qapağında əzilmiş və üst dodaqda səthi yaralar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müayinə olunanın dediyi vaxtda və şəraitdə əmələ gəlməyə uyğundurlar, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 29 mart 2023cü il tarixli əmrindən çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər Zərərçəkmiş şəxs xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Gəncə şəhəri) gəldiyinə görə 29 mart 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və 1-ci əməliyyat taborunun 1-ci əməliyyat bölüyünün 2-ci əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfiyyatçı-snayper vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 26 avqust 2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət qulluqçusu Əsgər Təqsirləndirilən şəxs xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Şəmkir rayonu) gəldiyinə görə 26 avqust 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminata qoyulmuş və 1-ci əməliyyat taborunun 1-ci əməliyyat bölüyünün 3-cü əməliyyat taqımının 1-ci əməliyyat qrupunun kəşfiyyatçı-heyət nəfəri vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissənin tibb məntəqəsinin zədələnmələrin (yaralanmaların) qeydiyyat kitabından görünür ki, Zərərçəkmiş şəxs sağ üst göz qapağının və üst dodağın içəri səthinin çapılmış yarası diaqnozu qoyulmuşdur. Deməsinə görə əsgər yataqxanasında əsgər Təqsirləndirilən şəxs ilkə dalaşması nəticəsində xəsarət almışdır. İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs özünü nizam-intizamlı hərbi qulluqçu kimi göstərməyə çalışmışdır. Komandanlıq tərəfindən verilən tapşırıqları icra etməkdə çətinlik çəkmir. Hərbi nəzakət və davranış qabiliyyəti zəifdir. Tabe olmağı bacarır. O, öz xidməti vəzifəsinin öhhdəsindən gəlməyə çalışır. Hərbi geyimi səliqəli saxlayır. 1-ci əməliyyat taborunun 1-ci əməliyyat bölüyündə xidmət müddəti ərzində üzərinə düşən vəzifəsinin məsuliyyətini dərk edir və layiqincə yerinə yetirməyə çalışır. Fiziki cəhətdən sağlamdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nizamnamələrini zəif bilir. İş materiallarında olan arayışdan görünür ki, N nömrəli hərbi hissənin 1-ci taborunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgərlər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında tabeçilik münasibətləri olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 21 iyun 2024-cü il tarixli və 24 iyun 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 4 sentyabr 2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 04 sentyabr 2023cü il tarixdən xüsusi döyüş tapşırığına cəlb olunmaq və döyüş tapşırığını yerinə yetirmək üçün N nömrəli hərbi hissənin müdafiə zolağında yerləşən döyüş təyinatlı rayonlarına getmiş hesab edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N nömrəli, 28 sentyabr 2023-cü il tarixli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xüsusi döyüş tapşırığına cəlb olunmaq və döyüş tapşırığını yerinə yetirmək üçün N nömrəli hərbi hissənin müdafiə zolağında yerləşən döyüş təyinatlı rayonlarından gəlmiş hesab edilmişdi. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərər çəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurması özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 332.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda 2023-cü ilin 19-20 sentyabr tarixində apardığı antiterror əməliyyatında iştirak etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 332.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Məhkəmə, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından (CM-nin 50.4-cü maddəsi) Təqsirləndirilən şəxs bu cəzanın təyin olunmasını mümkün saymır. Qanunvericiliyin tələblərinə əsasən intizam xarakterli hərbi hissədə saxlama cəzası hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilə bilər (CM-nin 54-cü maddəsi) və məhkumun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmır (Cəzaların İcrası Məcəlləsi 153.1-ci maddəsi). Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda müddətli həqiqi hərbi xidmətdə olmaqla bir ildən artıq xidmət keçməsini nəzərə alır və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama növündə və ən aşağı həddə cəza təyin edilməsini, qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs cəzaçəkməsinin başlanğıcı onun intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 150 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib, 3 (üç) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1-1(093)-167/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-167/2024
28.08.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver