Məhkəmə qərarları › İş №1-1(093)-176/2023

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-176/2023

29.09.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-176/2023 29.09.2023 BAKI HƏRBİ MƏHKƏMƏSİ Bakı hərbi məhkəməsinin hakimi Ağayev Zeynal Qurban oğlunun sədrliyi, Hümmətli Kamran Şakir oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə mayoru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Pro Bonо” Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı hərbi məhkəməsinin inzibati binasında Təqsirləndirilən şəxs (xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 1 ünvanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Dövlət Sərhəd Xidmətinin Akademiyasının təlim-tədris taborunun 3-cü tədris bölüyünün 33-cü taqımının 2-ci manqasının kursantı) Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Dövlət Sərhəd Xidməti Akademiyasının təlim-tədris taborunun 3-cü tədris bölüyünün 33-cü taqımının 2-ci manqasında kursant kimi hərbi xidmətdə olarkən 17 may 2023-cü il tarixdə saat 19 radələrində 3-cü tədris bölüyünün qurutma otağında aralarında yaranmış mübahisə zəminində həmin taqımın 3-cü manqasının kursantı Zərərçəkmiş şəxs kursantların qarşısında “sındığını” bildirdikdən sonra, sonuncunun ona “sındığını” sübut etməyənin kişi olmadığını bildirməsi səbəbindən əsəbiləşərək tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 2, 5, 38, 42 və 138, İntizam Nizamnaməsinin 1 və 3-cü maddələrinin “hərbi qulluqçular bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir” kimi tələblərini kobud surətdə pozaraq, Zərərçəkmiş şəxs bədənin sifət və qol nahiyələrinə 2-3 yumruq zərbəsi vurmaqla sonuncuya “sağ gözətrafı nahiyənin hematoması, sağ bazunun yuxarı 1/3-nin bayır səthinin qançırı və burun sümüyünün cüzi yerdəyişən sınığı” ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətlərini yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 332.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin sentyabr ayından Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən Dövlət Sərhəd Xidməti Akademiyasının 3-cü tədris bölüyünün 3-cü taqımının 2-ci manqasında kursant vəzifəsində xidmət edir. 17 may 2023-cü il tarixdə saat 18 radələrində bölüyün heyətinin siqaret çəkməsi üçün təyin edilmiş yerdə kursant Zərərçəkmiş şəxs siqaret istəmiş, lakin sonuncu ona siqaretinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs siqareti olduğu halda ona vermək istəmədiyini düşünüb sonuncunun ünvanına zarafatla nalayiq ifadə işlətmişdir. Zərərçəkmiş şəxs da onun ünvanına zarafatla nalayiq ifadə işlədib yenidən siqaretinin olmadığını bildirmişdir. Həmin vaxt aralarında sözlü mübahisə olmuş, lakin yuyunmağa getdiklərindən mübahisəni davam etdirməmişlər. Həmin gün saat 19 radələrində Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən əsəbiləşərək söhbət etmək məqsədilə sonuncunu bölüyün qurutma otağına çağırmışdır. Qurutma otağında Zərərçəkmiş şəxs onunla nalayiq formada zarafat etməməsini deyib kursantların yanında “sındığını” bildirmişdir. Zərərçəkmiş şəxs da kursantların yanında “sındığını” sübut etməyənin kişi olmadığını deyib əlinin içərisi ilə onun sinə nahiyəsindən itələmişdir. O da əsəbiləşərək Zərərçəkmiş şəxs sifət və qol nahiyələrinə 2-3 yumruq zərbəsi vurmuşdur. Zərbələr nəticəsində Zərərçəkmiş şəxs yerə yıxılmış və burnundan qan gəlmişdir. Hadisədən sonra, Zərərçəkmiş şəxsla barışmış və törətdiyi cinayət əməlinə görə səmimi peşmandır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, sənədlər, eləcə də, iş üzrə toplanmış digər dəlillərlə tam sübuta yetirilmişdir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş kursant Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 may 2023-cü il tarixdə saat 18 radələrində adlarına təhkim olunmuş silahları sinif otağının qarşısında təmizləyən zaman Təqsirləndirilən şəxs onun ünvanına zarafatla nalayiq ifadələr işlətmişdir. Təqsirləndirilən şəxs ünvanına nalayiq sözlər işlətməsinin səbəbini soruşduqda, Təqsirləndirilən şəxs ona yataqxanaya qayıtdıqdan sonra səbəbini deyəcəyini bildirmişdir. Silahını təhvil verdikdən sonra bölükdə təyin edilmiş yerdə siqaret çəkən zaman kursant Təqsirləndirilən şəxs ondan siqaret istəmiş, o da siqaretinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs də onun ünvanına zarafatla nalayiq ifadə işlədib siqaretini dandığını bildirmişdir. Həmin gün saat 19 radələrində yuyunduqdan sonra, Təqsirləndirilən şəxs ona sözünün olduğunu deyib qurutma otağına çağırmışdır. Qurutma otağında Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadə işlədib ona kursantların yanında “sındığını” bildirmişdir. O da kursantların yanında “sındığını” sübut etməyinin kişi olmadığını deyib uzaqlaşması üçün əlinin içərisi ilə onun sinə nahiyəsindən itələmişdir. Təqsirləndirilən şəxs də əsəbiləşərək sifət və qol nahiyələrinə bir neçə yumruq zərbəsi vurmuşdur. Zərbələr nəticəsində yerə yıxılaraq başı qurutma üçün istifadə edilən dəmirə dəymişdir. Həmin vaxt sifətində ağrılar hiss etmiş və burnundan qan gəlmişdir. Bundan sonra, sanitar qovşağa gedib burnunun qanını dayandırmağa çalışmışdır. Həmin gün saat 20 radələrində aldığı xəsarətlərlə bağlı tibb məntəqəsinə göndərilmiş, tibb məntəqəsində həkim nəzarətində qaldıqdan sonra, müayinə üçün DSX-nin Hərbi Hospitalına göndərilmişdir. Daha sonra, “Yeni Klinika” tibb müəssəsində müayinə zamanı burnunda yerdəyişən sınığın olması müəyyən edilmişdir. Hazırda aldığı xəsarətlər tam sağalmaqla, səhhəti ilə bağlı hər hansı şikayəti yoxdur. Həmçinin hadisədən sonra, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı şikayəti, tələbi və ya iddiası yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş kursant Şahid1 ifadəsində göstərmişdir ki, o, 17 may 2023-cü il tarixdə saat 18 radələrində bölüyün sinif otağının qarşısında adlarına təhkim olunmuş silahları təmizləyən zaman kursantlar Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs bir-birilə nalayiq ifadələrlə zarafat etmişlər. Həmin gün saat 19 radələrində su içmək məqsədilə bölüyün qurutma otağına daxil olan zaman Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs sözlü mübahisə etdiklərini görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs əlinin içərisi ilə Təqsirləndirilən şəxs itələyərək mübahisəyə son qoyulmasını bildirmişdir. Təqsirləndirilən şəxs də əsəbiləşərək Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruq zərbəsi vurmuş, zərbə nəticəsində Zərərçəkmiş şəxs burnundan qan gəlmişdir. O dərhal kömək məqsədilə su gətirərək Zərərçəkmiş şəxs burnunun qanını yuyub sonuncuyu yataqxanaya aparmışdır. Bundan sonra, onlar şam yeməyi üçün yeməkxanaya getmişlər. Daha sonra, Zərərçəkmiş şəxs tibb məntəqəsinə, oradan da DSX-nin Hospitalına göndərmişlər. Məhkəmədə şahid qismində dindirilmiş kursant Şahid2 oxşar məzmunlu ifadə verib шащид Şahid1 ifadəsində göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişlər. Məhkəmədə həmçinin aşağıdakı sübutlar araşdırılmışdır; İş üzrə məhkəmə-tibbi ekspertizasının 27 may 2023-cü il tarixli 6989 nömrəli və 12 iyun 2023-cü il tarixli 699 nömrəli rəylərindən (699 nömrəli ekspert rəyinə əlavə) görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş sağ gözətrafı nahiyənin hematoması, sağ bazunun 1/3-nin bayır səthinin qançırı və burun sümüyünün cüzi yerdəyişən sınığı xəsarətləri bərk küt əşyanın bilavasitə yerli zərbəvi təsirindən törənmiş, özünün göstərdiyi tarixdə və şəraitdə əmələ gəlməsi inkar olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Dövlət Sərhəd Xidməti Akademiyasının rəisinin 29 avqust 2022-ci il tarixli 0192 nömrəli əmrindən çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs və Hacızadə X1 vəzifəsinə təyin edilməklə, həqiqi hərbi xidmətə qəbul olunmuşlar. Dövlət Sərhəd Xidməti Akademiyasından verilmiş arayışdan görünür ki, kursant Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri yoxdur. DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin Akademiyasının təlim-tədris taborunun 3-cü tədris bölüyünün 33-cü taqımının 2-ci manqasının kursantı, DSX-nin Akademiyası tərəfindən mənfi xasiyyətləndirilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci madəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə almışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar yetginlik yaşına çatmaması, böyük ictimai təhlükə törətməyən cinayət törətməsi, zərərçəkmiş şəxslə barışıq əıdə etməsidir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs cinayəti törədən zaman 18 yaşına çatmamışdır. Azərbaycan Respublikası CM-in 84.2-ci maddəsində göstərilir ki, yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası CM-in 85-ci maddəsində yetkinlik yaşına çatmayanlara təyin edilən cəzaların növləri göstərilir. Yetkinlik yaşına çatmamış şəxlərə cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının təyin olunması nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunverici yetkinlik yaşına çatmamış şəxsə intizam xarakterli hərbi hissədə saxlama cəzasını nəzərdə tutmamışdır. Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsinin sanksiyasında isə bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Hərbi xidmət üzrə məhdudlaşdırma cəzasi Azərbaycan Respublikası CM-nin 50.1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin edilə bilməz. Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası isə Təqsirləndirilən şəxs şəxsiyyətinə, baş vermiş cinayətin xarakterinə görə çox ağır cəzadır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə nəzərə alaraq, barəsində Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini məqsədə müvafiq sayır. Bu zaman məhkəmə Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə istinad olunmasına da zərurət görmür. Belə ki, Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Sözugedən maddənin mətnindən göründüyü kimi məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. İntizam xarakterli hərbi hissədə saxlama cəzası isə həmin maddənin canksiyasında mövcuddur və azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəzadır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti “Pro Bono” Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 193, 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli hökmün icraya yönəldiyi gündən hesablansın. Hökmün icrası N nömrəli hərbi hissənin komandirinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi Əlı qızına sərf etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından “Pro Bono” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar