Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-28/2024 15.01.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 18 saylı vəkil bürosunun vəkili Vəkil və Təqsirləndirilən şəxs iştirakı ilə 05 avqust 2003-cü il tarixdə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayonunun Yuxarı Göycələr kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayan, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin haubitsalı artilleriya divizionunun 3-cü haubitsalı artilleriya batareyasının 1-ci haubitsalı artilleriya taqımının 2-ci heyətinin heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 18 avqust 2023-cü il tarixdə əsgər yoldaşlarının bir-birinin qanunsuz hərəkətləri barədə yuxarı komandanlığa şikayət etdiklərini öyrənib həmin gün saat 22 radələrində əsgər yataqxanasında həmin batareyanın 2-ci haubitsalı artilleriya taqımının 1-ci heyətinin heyət nəfəri, əsgər Zərərçəkmiş şəxs yanında xəbərçilik edən əsgərlər barəsində ünvansız söyüşlər söymüş, bu zaman Zərərçəkmiş şəxs bir neçə gün öncə xidmət yoldaşlarının qanunsuz hərəkətləri barədə yuxarı komandanlığa şikayət etdiyini xatırlayıb Təqsirləndirilən şəxs istifadə etdiyi söz və söyüşləri özünə aid edərək həmin nalayiq ifadələrə sərt şəkildə etirazını bildirmiş, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs irad bildirməsindən əsəbiləşərək daha ağır söyüşlərdən istifadə etməyə davam etmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs söydüyü söyüşlərin hər birinin özünə aid olduğunu dedikdə isə Təqsirləndirilən şəxs yaranmış vəziyyətdən bir qədər də əsəbiləşib öz üstünlüyünü nümayiş etdirmək məqsədilə çarpayıdan qalxaraq Zərərçəkmiş şəxs üzərinə gedib tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 42-ci maddələrinin «hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidirlər» kimi tələblərini kobud surətdə pozaraq sağ əli ilə qarşısında hərəkətsiz vəziyyətdə dayanan Zərərçəkmiş şəxs burun nahiyəsinə 1 (bir) yumruq zərbəsi vurmaqla sonuncuya qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid «burun sümüklərinin yerdəyişən sınığı və hər iki dodağın içəri selikli qişasının çapılmış yaraları» xəsarətlərini yetirmişdir. Təqsirləndirilən şəxs özünü, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək məhkəməyə ifadə verib göstərdi ki, N nömrəli hərbi hissənin haubitsalı artileriya divizionunun 3-cü haubitsalı artilleriya batareyasının 1-ci haubitsalı artilleriya taqımının 2-ci heyətinin heyət nəfəri vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 18 avqust 2023-cü il tarixdə saat 22 radələrində yat komandasından sonra əsgər yataqxanasında olan zaman xəbərçilik edən əsgərlər barəsində ünvansız söyüşlər söymüşdür. Bu zaman yaxınlıqda olan əsgər yoldaşı Zərərçəkmiş şəxs söyüşün özünə ünvanladığını düşünüb ondan əsəbi halda söyüş söyməməsini tələb etmişdir. O, Zərərçəkmiş şəxs irad bildirməsindən əsəbləşdiyi üçün daha ağır söyüşlərdən istifadə etməyə davam etmişdir. Zərərçəkmiş şəxs söyüşlərin hər birinin ona aid olduğunu dedikdə o, yaranmış vəziyyətdən bir qədər də əsəbiləşib çarpayısından qalxaraq Zərərçəkmiş şəxs üzərinə gedib sağ əli ilə sonuncunun burun nahiyəsinə 1 (bir) yumruq zərbəsi vurmuş, zərbə nəticəsində Zərərçəkmiş şəxs burnunu tutaraq çarpayısının üzərinə yıxıldığını görüb öz çarpayısına geri qayıtmışdır. Sonra Zərərçəkmiş şəxs ayağa qalxaraq sanitar qovşağa getmiş və baş vermiş hadisə barədə yuxarı komandanlığa məruzə edildiyindən faktla bağlı araşdırma başlanmışdır. Hazırda əməlindən peşman olduğunu bildirdi. Zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmış və törətdiyi əməldən peşmandır. Məhkəmədən bağışlanmasını xahiş edir. Zərərçəkmiş şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, həmin hərbi hissənin artileriya divizionunun 3-cü batareyasının 2-ci taqımının 1-ci heyətinin heyət nəfəri vəzifəsində əsgər hərbi rütbəsində xidmətdə olarkən 18 avqust 2023-cü il tarixdə saat 22 radələrində yat komandasından sonra çarpayısına daxil olan zaman onunla eyni batareyada xidmət edən əsgər yoldaşı Təqsirləndirilən şəxs xəbərçilik edən əsgərlər barəsində ünvansız söyüşlər söydüyünü gördükdə bir neçə gün öncə xidmət yoldaşlarının qanunsuz hərəkətləri barədə yuxarı komandanlığa şikayət etdiyini xatırlayıb Təqsirləndirilən şəxs istifadə etdiyi söz və söyüşləri özünə aid edib Təqsirləndirilən şəxs öz iradını bildirərək söyüş söyməməsini tələb etmişdir. Sonra Təqsirləndirilən şəxs onun bu sözlərinə məhəl qoymayaraq daha ağır söyüşlərdən istifadə etməyə davam etmiş, bu zaman o, Təqsirləndirilən şəxs söydüyü söyüşlərin hər birinin özünə aid olduğunu dedikdə Təqsirləndirilən şəxs yaranmış vəziyyətdən bir qədər də əsəbiləşib çarpayısından qalxaraq ona doğru gəlmiş və sağ əli ilə onun burun nahiyəsinə 1 (bir) yumruq zərbəsi vurmuşdur. Zərbənin təsirindən o, burnunu tutaraq çarpayının üzərinə yıxılmış, Təqsirləndirilən şəxs isə geriyə doğru gedərək öz çarpayısında uzanmışdır. Bundan sonra o, çarpayısından qalxaraq sanitar qovşağa getdikdə artilleriya divizionunun cavabdehi gizir Şahid1 ilə rastlaşıb baş vermiş hadisə barədə sonuncuya məlumat vermiş və faktla bağlı araşdırma başlanmışdır.Hazırda təqsirlənqdirilən şəxslə barışdığına görə ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təsirləndirilən şəxsin bağışlanmasını xahiş edir. Şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, gizir Şahid1 ifadəsində göstərmişdir ki, 18 avqust 2023-cü il tarixdə N nömrəli hərbi hissənin artilleriya divizionunun cavabdehi xidmətinə təyin edilmiş, həmin gün saat 22 radələrində əsgər yataqxanasından çıxıb otaqların təmizliyini yoxlayarkən iki əsgərin sanitar qovşağa getdiyini görmüş və onların ardı ilə sanitar qovşağa doğru getmişdir. Sanitar qovşağa daxil olduqdan sonra onların əsgərlər: Zərərçəkmiş şəxs və X3 olmasını müəyyən etmiş, o cümlədən Zərərçəkmiş şəxs burnundan qan axdığını görmüşdür. O, Zərərçəkmiş şəxs əlüzünü yumasında köməklik etməklə sonuncudan nə baş verdiyini soruşduqda o, əsgər Təqsirləndirilən şəxs ilə mübahisə etdiyini və sonuncunun onun burun nahiyəsinə yumruq zərbəsi vurması nəticəsində xəsarət aldığını bildirmişdir. O, baş vermiş hadisə barədə yuxarı komandanlığa məlumat vermiş və faktla bağlı araşdırma başlanmışdır. İş üzrə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər X3 eyni məzmunlu ifadələr verərək hadisənin yuxarıda göstərilən qaydada baş verdiyini təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, eləcə də ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 1180 nömrəli 28 avqust 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu «burun sümüklərinin yerdəyişən sınığı və hər iki dodağın içəri selikli qişasının çapılmış yaraları» xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən bilavasitə yerli zərbəvi təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə (xx.xx.2023) və şəraitdə əmələ gəlməsi inkar olunmur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinə ünvanlanmış N nömrəli hərbi hissənin haubitsalı artilleriya divizionunun 3-cü haubitsalı artilleriya batareyasının komandiri, kapitan Fəhmin Əhmədovun 19 avqust 2023-cü il tarixli 7417 nömrəli raportundan görünür ki, 18 avqust 2023-cü il tarixdə saat 22 radələrində əsgərlər: Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydaları pozulmuşdur. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr 2022-ci il tarixli 297 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs haubitsalı artilleriya divizionunun 3-cü haubitsalı artilleriya batareyasının 1-ci haubitsalı artilleriya taqımının 2-ci heyətinin heyət nəfəri vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N yanvar 2023-cü il tarixli 23 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs haubitsalı artilleriya divizionunun 3-cü haubitsalı artilleriya batareyasının 2-ci haubitsalı artilleriya taqımının 1-ci heyətinin heyət nəfəri vəzifəsinə təyin edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinin N oktyabr 2023-cü il tarixli 307 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs həmin tarixdə ehtiyata buraxılaraq şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinə göndərilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim edilmiş arayışdan görünür ki, əsgərlər: Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 13-cü maddəsinə əsasən tabelik münasibətləri olmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 30 avqust 2023-cü il tarixli 9237 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistika və İnformiya İdarəsindən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Beləliklə məhkəmə işdəki bütün sübutları araşdırıb, onların məcmusu ilə qiymətləndirərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1 -ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Törətdiyi cinayətə görə həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona qarşı şikayət və tələbin olmamasını, hərbi hissə komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını, hadisədən əvvəlki və sonrakı davranışını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs oğlunun ittiham olunduğu maddənin sanksiyasında hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və azadlıqdan məhrum etmə kimi cəza növləri nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-in 54.1-ci maddəsinə əsasən hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa, üç aydan iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunduğu kimi Təqsirləndirilən şəxs hazırda qanunla müəyyən olunmuş həqiqi hərbi xidmətini müddətini tam olaraq başa vurmuşdur. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin olunmasını mümkün saymır, eləcə də yuxarıda sadalanan yüngülləşdirici halları nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyada nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini də ədalətli və əsaslı hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qəbul edərək hesab edir ki, bu müstəsna hal Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldır və buna görə də onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmalı və ona həmin Məcəllənin 332.1-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza növü-cərimə cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri, hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını məhkəmə iclaslarında dövlət hesabına müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən 26 (iyirmi altı) iş saatına görə 156 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Baki şəhəri 18 saylı Vəkil Bürosunun vasitəsilə ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-347, 349 və 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə növündə» qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv olunsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil sərf etdiyi 26 (iyirmi altı) iş saatına görə 156 (yüz əlli altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən Bakı hərbi məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə elan olunduğu andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rafiq Abbasov
Məhkəmə qərarları › İş №1-1(093)-28/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-28/2024
15.01.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver