Məhkəmə qərarları › İş №1-1(093)-35/2025

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-35/2025

31.01.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-35/2025 31.01.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi ilə, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikasının Hərbi prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “VERDİKTUM” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2005-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Şəmkir rayonunun Şiştəpə kəndində daimi qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən N nömrəli hərbi hissəsinin 4-cü taborunun 11-ci bölüyünün 1-ci taqımının 3-cü manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 09 avqust N4-cü il tarixdə saat 19 radələrində həmin bölüyün şəxsi heyəti ilə birgə əsgər yeməkxanasına doğru hərəkət edərkən onunla eyni bölükdə xidmət edən 2-ci taqımın 1-ci manqasının atıcı-sanitar, əsgər Zərərçəkmiş şəxs sıra addımları ilə düzgün addımlamadığını görüb sonuncuya iradını bildirmiş, daha sonra əsgər yeməkxanasında Zərərçəkmiş şəxs yanında oturan zaman sonuncudan hansı səbəbdən düzgün addımlamadığını soruşmuş, Zərərçəkmiş şəxs cavab olaraq kobud şəkildə həmin hərəkəti qəsdən etdiyini bildirdikdə Təqsirləndirilən şəxs onun bu cür danışığını özünə qarşı hörmətsizlik kimi qəbul edib əsəbiləşərək Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi ilə tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38 və 42-ci maddələrinin «hərbi qulluqçular bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkinlik nümunəsi göstərməlidirlər» tələblərini kobud surətdə pozaraq sağ əli ilə Zərərçəkmiş şəxs sağ qabırğa nahiyəsinə bir yumruq zərbəsi vuraraq sonuncuya dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid «döş qəfəsinin sağ yan səthinin hematoması» xəsarətini yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 332.1ci maddəsi ilə özünü tam təqsirli bilərək göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 11-ci bölüyünün 1-ci taqımının 3-cü manqasının atıcısı vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 09 avqust N4-cü il tarixdə saat 19 radələrində günün nizam qaydasına uyğun olaraq bölüyün şəxsi heyəti ilə birgə əsgər yeməkxanasına doğru hərəkətdə olan zaman onunla eyni bölükdə xidmət edən 2-ci taqımın 1-ci manqasının atıcı-sanitarı, əsgər Zərərçəkmiş şəxs sıra addımları ilə düzgün addımlamadığını görüb ona iradını bildirsə də, Zərərçəkmiş şəxs onun sözlərinə məhəl qoymayıb adi qaydada addımlamağa davam etmişdir. O, əsgər yeməkxanasına daxil olub yeməyini götürdükdən sonra Zərərçəkmiş şəxs və onunla eyni bölükdə xidmət edən əsgərlər: Şahid2 və Şahid3 Nurəddin oğlu ilə eyni masada, Zərərçəkmiş şəxs sağ tərəfində əyləşmiş və sonuncudan sırada düzgün addımlamamasının səbəbini soruşmuş, Zərərçəkmiş şəxs isə cavab olaraq sərt şəkildə yaxşı etdiyini bildirdikdə, o, özündən yaşca kiçik əsgərin onunla bu tərz danışığını özünə qarşı hörmətsizlik kimi qəbul edib əsəbiləşərək sağ əli ilə Zərərçəkmiş şəxs sağ qabırğasına bir yumruq zərbəsi vurmuşdur. Bu zaman Zərərçəkmiş şəxs hərəkətsiz vəziyyətdə dayanıb vurulmasını ətrafdakı şəxslərə hiss etdirməmiş, eləcə də ona hər hansı üsulla qarşılıq verməmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs uzaqlaşıb yeməyini yeməyə davam etmişdir. Baş vermiş hadisə barədə bir-iki gün heç kim xəbər tutmasa da, 11 avqust N4-cü il tarixdə Zərərçəkmiş şəxs sağ qabırğa nahiyəsində xəsarət olduğu aşkar edilmiş və faktla bağlı araşdırma başlanmışdır. Hazırda tərxis olunmuşdur, zərərçəkmiş şəxslə barışmışdır, törətdiyi əməldən peşmandır. Məhkəmədən bağışlanılmasını xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayəti törətməsi öz ifadəsi ilə yanaşı məhkəmə iclasında dindirilmiş şahid ifadəsi, tədqiq edilmiş iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, o, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 4-cü taborunun 11-ci bölüyünün 2-ci taqımının 1-ci manqasının atıcısanitar vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 09 avqust N4-cü il tarixdə saat 19 radələrində bölüyün şəxsi heyəti ilə birgə əsgər yeməkxanasına doğru hərəkət edən zaman sıra addımları ilə hərəkət etmələri ilə bağlı göstəriş verilsə də, o, yorğun olduğu üçün sıra addımları ilə deyil, adi addımlarla hərəkətini davam etdirmiş, bu vaxt arxa sırada hərəkətdə olan onunla eyni bölükdə xidmət edən 1-ci taqımın 3-cü manqasının atıcısı, əsgər Təqsirləndirilən şəxs ona yaxınlaşıb asta səslə sıra addımları ilə hərəkət etməli olduğunu bildirmiş, lakin o, Təqsirləndirilən şəxs sözlərinə məhəl qoymayıb adi addımlarla hərəkətini davam etdirmiş, əsgər yeməkxanasına daxil olduqdan sonra o, yeməyini götürüb onunla eyni bölükdə xidmət edən əsgərlər: Şahid2 və Şahid3 ilə eyni masada əyləşmiş, bundan sonra Təqsirləndirilən şəxs də yeməyini götürüb onunla eyni masada və onun sağ tərəfində oturmuşdur. Bundan bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs ona yaxınlaşıb asta səslə sırada düzgün addımlamamağının səbəbini soruşduqda, o, cavab olaraq kobud şəkildə “addımlamıram yaxşı edirəm.” sözlərini demiş, Təqsirləndirilən şəxs onun bu cür danışığından əsəbiləşərək sağ əli ilə onun sağ qabırğasına bir yumruq zərbəsi vurmuşdur. Həmin zərbənin təsirindən o, fiziki ağrılar hiss etsə də, Təqsirləndirilən şəxs hər hansı üsulla qarşılıq verməmiş, habelə ətrafda olan şəxslərə Təqsirləndirilən şəxs onu vurduğunu hiss etdirməmişdir. O, Təqsirləndirilən şəxs xidmətində hər hansı çətinlik yaranmaması üçün baş vermiş hadisə barədə heç kimə məlumat verməmiş və sağlamlığımda hər hansı ciddi problem olmadığından tibb məntəqəsinə müraciət etməmişdir. Lakin növbəti günlərdə zərbənin dəydiyi hissə göyərmiş, 11 avqust N4-cü il tarixdə ona bədən baxışı keçirilən zaman qabırğa nahiyəsində xəsarət olduğu aşkar edilərək o, müayinədən keçməsi üçün tibb məntəqəsinə göndərilmiş və xəsarət alması ilə bağlı araşdırma başlanmışdır. Məhkəmə iclasında Şahid2 göstərdi ki, o, N nömrəli hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 3- cü taqımının 1-ci manqasının snayperi vəzifəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən 09 avqust N4-cü il tarixdə saat 19 radələrində bölüyün şəxsi heyəti ilə birgə axşam yeməyinə gedərkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşıb söz dediyini görmüş, lakin sıra ilə hərəkət etdiyi üçün Təqsirləndirilən şəxs nə dediyini eşitməmiş və əsgər yeməkxanasına daxil olduqdan sonra yeməyini götürüb boş masada əyləşmişdir. Bir neçə dəqiqə sonra əsgərlər: Şahid3, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs də həmin stolda əyləşmiş, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağ tərəfində oturmuşdur. Bu zaman o, Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs sırada düzgün addımlamama ilə bağlı mübahisə etdiklərini görmüş, lakin onların aralarında olan söhbətləri eşitməmiş və Şahid3la birgə əsgər yeməkxanasından çıxıb getmişdir. Bundan bir neçə gün sonra Zərərçəkmiş şəxs öyrənmişdir ki, 09 avqust N4-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sırada düzgün addımlamaması ilə əlaqədar əsgər yeməkxanasında sonuncu ilə mübahisə edib sağ qabırğasına bir yumruq zərbəsi vurmaqla xəsarət yetirmiş, daha sonra isə Zərərçəkmiş şəxs xəsarət alması komandirlər tərəfindən aşkar olunduğundan faktla bağlı araşdırma başlanmışdır. Məhkəmə iclasında ifadələri tədqiq edilmiş (məhkəmə iclasında iştiraklarını təmin etmək mümkün olmamışdır) şahidlər - Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin hərbi qulluqçusu, mayor Şahid1 və Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Şahid3 Nurəddin oğlu isitintaq zamanı Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 10 sentyabr N4-cü il tarixli 1478 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - döş qəfəsinin sağ yan səthinin hematoması, bərk küt əşyanın (əşyaların) zərbəvi təsirindən törənmişdir, müddəti və şəraiti şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin komandirinə ünvanlanmış 12 avqust N4-cü il tarixli 10277 nömrəli raportdan görünür ki, 11 avqust N4cü il tarixdə Zərərçəkmiş şəxs bədənində “arxa qoltuqaltı xətlə 6-7-ci qabırğaların kəsişmə nahiyəsinin dərialtı qançırı” xəsarəti aşkar edilmiş və müayinə zamanı Zərərçəkmiş şəxs 09 avqust N4-cü il tarixdə əsgər yoldaşının onu vurması nəticəsində xəsarət aldığını bildirmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli 289 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs həmin hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 1-ci taqımının 3-cü manqasının atıcısı vəzifəsinə təyin edildiyindən N sentyabr N3-cü il tarixdən N nömrəli hərbi hissədən gəlmiş hesab edilmiş, hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N iyun N4-cü il tarixli 194 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs həmin hərbi hissənin 4-cü taborunun 10-cu bölüyünün komandirinin sərəncamına verilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N oktyabr N4-cü il tarixli 310 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, həmin hərbi hissənin 4-cü taborunun 11-ci bölüyünün 2-ci taqımının 1-ci manqasının atıcı-sanitarı, əsgər Zərərçəkmiş şəxs 4-cü taborun şəxsi heyəti ilə birgə 4-cü X3 sərəncamına Kəlbəcər rayonunun Zülfiqarlı kəndinə göndərilmişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsindən təqdim edilmiş arayışdan görünür ki, əsgərlər: Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında tabelik münasibətləri olmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikası tərəfindən təqdim edilmiş 30 sentyabr N4-cü il tarixli, 9357 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon məhkəməsinin 03 noyabr N0-ci il tarixli 1(076)-204/N0 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi il təqsirli bilinərək 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda məhkumluğu ödənilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.N4-cü il tarixli və xx.xx.N5-ci il tarixli ərizələrindən görünür ki, təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayəti, tələbi yoxdur. Təqsirləndirilən şəxs hərbi biletindəki müvafiq qeydlərdən görünür ki, o xx.xx.N5-ci il tarixdə ordu sıralarından ehtiyata tərxis edilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və zərər çəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №- li qərarının 8-ci bəndində göstərilir ki, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı cəzanı yüngülləşdirən halları, həm də onların məcmuyunu tanımağa haqlıdır. Lakin bu zaman məhkəmə həmin məsələ barədə qərarını hökmdə əsaslandırmalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzalarından biri təyin edilməlidir. Ordu sıralarından tərxis edildiyi üçün ona hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzaları təyin edilə bilməz, hazırda azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi isə təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdırır, ailəsinin həyat şəraitini pisləşdirəcəkdir. Eyni zamanda, törədilən cinayət böyük ictimai təhlükə törətməyən cinayətdir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağır ailə vəziyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir. Ona görə də, Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların məcmusunu və ordu sıralarından tərxis edilməsini müstəsna hal kimi qiymətləndirərək ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini daha məqsədəuyğun hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs qeydiyyat ünvanı üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri dəyişdirilməli və barəsində hökm qanuni qüvvəyə mininənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçil məlidir. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Kollegiyası Bakı şəhəri “VERDİKTUM” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Kollegiyası Bakı şəhəri “VERDİKTUM” Vəkil Bürosunun vəkili Müdafiəçi oəluna 240 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri dəyişdirilsin və barəsində hökm qanuni qüvvəyə mininənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Şəmkir rayonunun Şiştəpə kəndindəki fərdi yaşayış evini tərk etməmək, Şəmkir rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Kollegiyası Bakı şəhəri “VERDİKTUM” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri “VERDİKTUM” Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar