Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-50/2024 13.02.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Ağalarov Rza Azər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, ədliyyə polkovniki Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri Bakı şəhəri N saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx N004-cü il tarixdə Beyləqan rayonunun Orta Əlinəzərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, Beyləqan rayonunun Orta Əlinəzərli kəndində daimi qeydiyyatda olmaqla faktiki olaraq həmin kənddə yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xüsusi mina axtarma və təmizləmə taborunun mexaniki mina təmizləmə bölüyünün mexaniki mina təmizləmə taqımının 4-cü mexaniki mina təmizləmə manqasının operatoru vəzifəsində, əsgər hərbi rütbəsində xidmət edən, barəsində «komandanlığın müşahidəsi altına vermə» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.1 və 333.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Hərbi Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xüsusi mina axtarma və təmizləmə taborunun mexaniki mina təmizləmə bölüyünün mexaniki mina təmizləmə taqımının 4-cü mexaniki mina təmizləmə manqasının operatoru vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən N sentyabr N0N3-cü il tarixdə saat 07:30-da hərbi hissənin ərazisini özbaşına tərk edib getmiş, N sentyabr N0N3-cü il tarixdə saat 06:00-da hərbi hissəyə qayıtmaqla üç gündən artıq, lakin on gündən çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən N8 sentyabr N0N3-cü il tarixdə saat 06:05-də hərbi hissənin ərazisini özbaşına tərk edib getmiş, N oktyabr N0N3-cü il tarixdə saat 08:00-da hərbi hissəyə qayıtmaqla üç gündən artıq, lakin on gündən çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs qeyd olunan vəzifədə və hərbi rütbədə xidmət edən zaman N0 oktyabr N0N3-cü il tarixdə saat 11:05 radələrində hərbi hissənin ərazisini özbaşına tərk etmiş, yalnız 6 dekabr N0N3-cü il tarixdə saat 01:30 radələrində Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin nümayəndəsi tərəfindən hərbi hissəyə gətirilməklə bir aydan artıq, lakin üç aydan çox olmayan müddətə hərbi hissəni özbaşına tərk etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 333.1 və 333.4-cü maddələri ilə özünü təqsirli bilərək göstərdi ki, 05 yanvar N0N3-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış və həmin tarixdə xidmət keçmək üçün Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmişdir. Orada gənc əsgərlərin hazırlıq kursunu keçdikdən sonra həmin hərbi hissədə xidmətini davam etdirmişdir. O, 04 sentyabr N0N3-cü il tarixdə saat N radələrində hər iki ayağının baş barmaqlarında yaraların yaranması səbəbindən hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Hərbi hissənin tibb məntəqəsinin ad, soyad və rütbəsini bilmədiyi həkimi onun ayaqlarını müayinə etdikdən sonra yaxın günlərdə Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən Baş Klinik Hospitalına göndəriləcəyini söyləyərək onu müvəqqəti olaraq hərbi hissənin tibb məntəqəsinə stasionar müalicəyə qəbul etmişdir. Bu müddət ərzində o, ailəsi ilə telefonla danışarkən evdə vəziyyətin yaxşı olmadığını ona söyləmişlər. Bu səbəbdən fikri evdə qaldığından N sentyabr N0N3-cü il tarixdə saat 07:30 radələrində stasionar müalicə olunduğu hərbi hissənin tibb məntəqəsini tərk edərək ailəsilə birlikdə yaşadığı Beyləqan rayonunun Orta Əlinəzərli kəndinə getmişdir. O, bir neçə gün evdə qaldıqdan sonra N sentyabr N0N3-cü il tarixdə saat 06:00 radələrində hərbi hissəyə geri qayıtmışdır. O, xidmətdə olan zaman həyat yoldaşı ilə arasında yenidən söz-söhbətlər başlandığından N8 sentyabr N0N3-cü il tarixdə saat 06:05 radələrində hərbi hissəni özbaşına tərk edərək taksi ilə yaşadığı Beyləqan rayonunun Orta Əlinəzərli kəndinə getmiş və ailədaxili problemlərini qaydaya saldıqdan sonra N oktyabr N0N3-cü il tarixdə saat 08:00 radələrində hərbi hissəyə geri qayıtmışdır. O, ailəsi üçün darıxdığına görə N0 oktyabr N0N3-cü il tarixdə saat 11:05 radələrində yenidən hərbi hissəni tərk edərək yaşadığı Beyləqan rayonunun Orta Əlinəzərli kəndinə getmişdir. O, evə gəldiyi zaman valideynləri ona təcili olaraq hərbi hissəyə qayıtmasını söyləmişlər. O, tezliklə hərbi hissəyə qayıdacağına dair valideynlərinə söz vermişdir. Bir müddət sonra o, ailə problemlərini nisbətən qaydasına saldıqdan sonra hərbi hissəyə geri qayıtmaq istəmişdir. O, müddətli həqiqi hərbi xidmətini yarımçıq qoyub Beyləqan rayonuna gəldiyini anlamış, bununla bağlı bir narahatlıq hissi keçirmiş, lakin tutulacağından ehtiyat etdiyi üçün xidmət yerinə getməkdən qorxmuşdur. Özünün heç vaxt xidmətdən boyun qaçırmaq kimi bir niyyəti olmamış və daim hərbi xidmətə münasibəti yaxşı olmuşdur. 05 dekabr N0N3-cü il tarixdə axşam radələrində xidmət etdiyi hərbi hissənin təhqiqatçısı, baş leytenant ŞahidN onun yaşadığı Beyləqan rayonunun Orta Əlinəzərli kəndində yerləşən evinə gələrək ona hərbi hissəyə getməsini təklif etmiş, lakin o, qorxduğu üçün sonuncu ilə hərbi hissəyə getməmişdir. Bundan sonra ŞahidN və atası onu avtomobilə mindirərək Bakı şəhərinə yola düşmüşlər və 06 dekabr N0N3-cü il tarixdə saat 01:30 radələrində onu xidmət etdiyi hərbi hissəyə gətirmişlər. O, xidmət yerinə getmədiyi müddət ərzində bu barədə heç kimə məlumat verməmiş, yuxarı komandanlıqdan icazə almamış, xidməti yerinə qayıtmamasının cinayət olduğunu başa düşmüşdür, etdiyi hərəkətin səhv olduğunu dərk edir. Hərbi xidmətdən boyun qaçırmaq fikri olmamış, indi də xidmətini davam etdirir, əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında ifadə vermiş şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin tibb xidməti rəisi vəzifəsini icra edən, tibb xidməti baş leytenantı Şahid3 ifadəsində bildirdi ki, əsgər Təqsirləndirilən şəxs ayaqlarında yara olması səbəbindən 04 sentyabr N0N3-cü il tarixdə saat N radələrində hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. O, Təqsirləndirilən şəxs ayaqlarını müayinə edən zaman sonuncunun hər iki ayaqlarının 1-ci (baş barmaqları) barmaqlarında dırnağın ətraf toxumaya batması nəticəsində infeksiyalaşmış yaralar aşkar etdiyindən sonuncunun yaxın günlərdə Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən Baş Klinik Hospitalına göndərilməsi barədə qərar vermiş və Təqsirləndirilən şəxs müvəqqəti olaraq hərbi hissənin tibb məntəqəsinə stasionar müalicəyə qəbul etmişdir. Təqsirləndirilən şəxs N sentyabr N0N3-cü il tarixdə saat 07:30 radələrində əvvəlcə tibb məntəqəsini, daha sonra hərbi hissəni tərk etmişdir. O, dərhal bu barədə hərbi hissə komandanlığına məlumat vermiş, bundan sonra qeyd olunan faktla bağlı raport yazmışdır. Təqsirləndirilən şəxs N sentyabr N0N3-cü il tarixdə saat 06:00 radələrində hərbi hissəyə geri qayıtmışdır. Təqsirləndirilən şəxs həmçinin N8 sentyabr N0N3-cü il tarixdə saat 06:05-də xidmət etdiyi Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində yerləşən hərbi hissəni özbaşına tərk etmiş və N oktyabr N0N3-cü il tarixdə 08:00 radələrində hərbi hissəyə geri qayıtmışdır. Təqsirləndirilən şəxs bundan başqa, N0 oktyabr N0N3-cü il tarixdə saat 11:05 radələrində hərbi hissəni özbaşına tərk etmiş, yalnız 06 dekabr N0N3-cü il tarixdə saat 01:30 radələrində hərbi hissənin hərbi qulluqçuları tərəfindən xidmət yerinə gətirilmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin təhqiqatçısı, ədliyyə baş leytenantı ŞahidN göstərdi ki, əsgər Təqsirləndirilən şəxs N sentyabr N0N3-cü il tarixdə saat 07:30 radələrində müalicədə olduğu hərbi hissənin tibb məntəqəsini özbaşına tərk etmiş və N sentyabr N0N3-cü il tarixdə saat 06:00 radələrində xidmət etdiyi hərbi hissəyə geri qayıtmışdır. Təqsirləndirilən şəxs bundan başqa N8 sentyabr N0N3-cü il tarixdə saat 06:05-də xidmət yerini özbaşına tərk etmiş, yalnız N oktyabr N0N3-cü il tarixdə saat 08:00 radələrində xidmət etdiyi hərbi hissəyə geri qayıtmışdır. Təqsirləndirilən şəxs həmçinin N0 oktyabr N0N3-cü il tarixdə saat 11:05 radələrində xidmət etdiyi hərbi hissəni özbaşına tərk etmişdir. O, 05 dekabr N0N3-cü il tarixdə saat N radələrində xidməti zərurətlə əlaqədar olaraq hərbi hissənin Füzuli rayonunun Əhmədbəyli kəndində yerləşən mühəndis istehkam taborunun qərargahına ezam edilmişdir. Həmin gün onun ezamiyyəti bitmiş və o, Bakı şəhərinə qayıdan zaman yolu Beyləqan rayonunun Orta Əlinəzərli kəndindən keçmişdir. Onun yadına həmin vaxt Təqsirləndirilən şəxs düşmüş və o, soraqlayaraq sonuncunun yaşadığı evi tapmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs evdə olduğunu görmüş və sonuncuya xidmət etdiyi hərbi hissəyə geri qayıtmasını təklif etmişdir. Təqsirləndirilən şəxs həbs olunacağından qorxduğu üçün hərbi hissəyə getmək istəmədiyini ona demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs atası E.Məmmədovun köməkliyi ilə şəxsi avtomobilinə mindirmiş və sonuncunu 06 dekabr N0N3-cü il tarixdə saat 01:30 radələrində xidmət etdiyi hərbi hissəyə gətirərək aidiyyəti üzrə təhvil vermişdir. Təqsirləndirilən şəxs hərbi hissəni özbaşına tərk etməsini ailə problemlərinin olması ilə əlaqələndirmişdir. Xidmətdə olduğu müddətdə Təqsirləndirilən şəxs söyən, döyən, ona qarşı nizamnamədənkənar hərəkətlər edən, şərəf və ləyaqətini alçaldan olmamış, onun heç vaxt xidmətdən boyun qaçırmaq kimi bir niyyəti olmamış və hərbi xidmətə münasibəti normal olmuş, əvvəllər Təqsirləndirilən şəxs tərəfindən hərbi özbaşına tərk etmə və xidmət yerinə vaxtında qayıtmama hallarının şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin hərbi qulluqçuları, polkovnik-leytenant Şahid1 və leytenant Şahid4 ŞahidN ilə eyniməzmunlu ifadələr verərək onun göstərdiyini mahiyyəti üzrə təsdiq etdilər. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N yanvar N0N3-cü il tarixli 7 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs həmin tarixdən hərbi hissənin maddi-texniki təminat bölüyünün avtomobil taqımının 3-cü avtomobil manqasının sürücüsü vəzifəsinə təyin edilməklə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N aprel N0N3-cü il tarixli 105 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi hissənin xüsusi mina axtarma və təmizləmə taborunun mexaniki mina təmizləmə bölüyünün mexaniki mina təmizləmə taqımının 4-cü mexaniki mina təmziləmə manqasının operatoru vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin tibb xidmətinin rəisinə ünvanlanmış N sentyabr N0N3-cü il tarixli 6N36 nömrəli raportdan görünür ki, xx.xx.N0N3-cü il tarixdən “Hər iki ayağın birinci barmağın bitmiş dırnağı, infeksiyalaşmış yarası” diaqnozu ilə hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə olan əsgər Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdə saat 07:30 radələrində hərbi hissənin ərazisini tərk etmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N3-cü il tarixli N80 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N sentyabr N0N3-cü il tarixdə saat 07:30 radələrində xidmət yerini özbaşına tərk etdiyinə görə bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin qərargah rəisi-hərbi hissə komandirinin müavininə ünvanlanmış N sentyabr N0N3-cü il tarixli 63N0 nömrəli raportdan görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdə saat 06:00 radələrində hərbi hissəyə geri qayıtmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N sentyabr N0N3-cü il tarixli N85 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N sentyabr N0N3-cü il tarixdə saat 06:00 radələrində xidmət yerinə qayıtdığına görə bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissənin yol-texniki taborunun komandirinə ünvanlanmış N8 sentyabr N0N3-cü il tarixli 6541 nömrəli raportdan görünür ki, xüsusi mina axtarma və təmizləmə taborunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdə saat 06:05 radələrində hərbi hissəni özbaşına tərk etmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N8 sentyabr N0N3-cü il tarixli N97 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs N8 sentyabr N0N3-cü il tarixdə saat 06:05 radələrində xidmət yerindən özbaşına getdiyinə görə bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin şəxsi heyətin uçotu (Q1) bölməsinin rəisinə ünvanlanmış N oktyabr N0N3-cü il tarixli 6751 nömrəli raportdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs N oktyabr N0N3-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə geri qayıtmışdır. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N oktyabr N0N3-cü il tarixli 304 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs N oktyabr N0N3-cü il tarixdə saat 08:00 radələrində xidmət yerinə gəldiyinə görə bütün növ təminatlara qoyulmuşdur. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış N0 oktyabr N0N3-cü il tarixli 7163 nömrəli raportdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixdə saat 11:05 radələrində hərbi hissəni özbaşına tərk etmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N0 oktyabr N0N3-cü il tarixli 3N1 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Təqsirləndirilən şəxs N0 oktyabr N0N3-cü il tarixdə saat 11:05 radələrində xidmət yerindən özbaşına getdiyinə görə bütün növ təminatları dayandırılmışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış 08 dekabr N0N3-cü il tarixli 8107 nömrəli raportdan görünür ki, hərbi hissənin təhqiqatçısı, ədliyyə baş leytenantı ŞahidN 05 dekabr N0N3-cü il tarixdə xidməti zərurətlə əlaqədar Füzuli rayonundan ezamiyyətdən qayıdarkən N0 oktyabr N0N3-cü il tarixdə saat 11:05-də hərbi hissəni özbaşına tərk etmiş əsgər Təqsirləndirilən şəxs yaşadığı Beyləqan rayonu Orta Əlinəzərli kəndində yerləşən evindən şəxsi avtomobilinə mindirərək 06 dekabr N0N3-cü il tarixdə saat 01:30-da hərbi hissəyə gətirərək aidiyyəti üzrə təhvil vermişdir. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim оlunmuş 1N oktyabr N0N3-cü il tаrixli 10561 nömrəli аrаyışdаn görünür ki, əsgər Təqsirləndirilən şəxs оğlu hərbi xidmətə yаrаrlıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin onun tərəfindən törədilməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 333.1 və 333.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur, o həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.N-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.N-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.N-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini ilk gündən boynuna alaraq əməlindən səmimi peşmançılıq çəkməsini, ailə vəziyyətini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-cü maddəsinin sanksiyasında isə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 333.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən və 333.4-cü maddəsi az ağır cinayətlər təsnifatına aiddir. Məhkəmə, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından (CM-nin 50.4-cü maddəsi) Təqsirləndirilən şəxs bu cəzanın təyin olunmasını mümkün saymır. Qanunvericiliyin tələblərinə əsasən intizam xarakterli hərbi hissədə saxlama cəzası hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilə bilər (CM-nin 54-cü maddəsi) və məhkumun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmır (Cəzaların İcrası Məcəlləsi 153.1-ci maddəsi). Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda müddətli həqiqi hərbi xidmətdə olmaqla bir ildən artıq xidmət keçməsini nəzərə alır və ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin olunmasını, təyin olunan cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.N-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə cəza təyin edilməsini, qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs cəzaçəkməsinin başlanğıcı onun intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1 və 333.4-cü maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə 04 (dörd) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.4-ci maddəsi ilə 11 (on bir) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.N maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin başlanğıcı onun intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə mindikdən sonra ləğv olunsun. Hökmdən N0 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə nəzərdə tutulan müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-50/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-50/2024
13.02.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver