Məhkəmə qərarları › İş №1-1(093)-66/2025

Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-66/2025

25.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-66/2025 25.04.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ X2 Arif oğlunun sədrliyi, Cəlilov Murad Rüfət oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru, ədliyyə polkovniki Dövlət ittihamçısı Əlmövsum oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 2004-cü il tarixdə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuş, Biləsuvar rayonunun Əsgərabad kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Gənclər şəhərciyi, blok 60, mərtəbə 3 ünvanında yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgəri, hazırda ehtiyatda olan, barəsində «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 335.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Həbibli X1 Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsinin ərazisində yerləşən N nömrəli hərbi hissəsinin mühəndis-istehkam bölüyünün 3-cü mühəndisistehkam taqımının 2-ci mühəndis-istehkam manqasının istehkamçısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən həmin hərbi hissə komandirinin N may N-cü il tarixli əmri ilə Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən Baş Klinik Hospitalına müayinəyə göndərilərək həmin hospitalın psixiatriya bölməsində stasionar müalicəyə qəbul edilmiş, 14 iyun N-cü il tarixdə saat 15:45 radələrində müalicə və müayinə müddəti başa çatıb hospitaldan çıxarış olunarkən xidmət yeri hesab edilən N nömrəli hərbi hissəyə qayıtmamaq, habelə hospitalda qalaraq hərbi xidmət vəzifələrini yerinə yetirməkdən müvəqqəti azad olunmaq məqsədilə hospitalın psixiatriya bölməsinin sanitar qovşağına gedərək zibil qutusundan bir ədəd birdəfəlik üzqırxan götürmüş, daha sonra götürdüyü üzqırxanı qıraraq içərisindəki ülgücü çıxarıb həmin ülgüclə sol qolunun bazu nahiyəsini kəsərək özünə sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən «sol yuxarı ətrafın səthi kəsilmiş yaraları» xəsarətlərini yetirməklə öz sağlamlığına qəsdən zərər yetirmiş və N iyun N-cü il tarixdən N avqust N-cü il tarixədək N nömrəli hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə qalmaqla hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs həmin vəzifədə və rütbədə xidmətdə olarkən N avqust N-cü il tarixdə saat 20:40 radələrində N nömrəli hərbi hissənin tibb məntəqəsində müalicə və müayinə müddəti başa çatıb, səhəri gün, yəni 02 avqust N-cü il tarixdə çıxarış olunaraq xidmət yeri hesab edilən həmin hərbi hissənin mühəndis-istehkam bölüyünə qayıdacağı barədə məlumat aldıqdan sonra xidmət yerinə qayıtmamaq, habelə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına müalicəyə göndərilərək hərbi xidmət vəzifələrini yerinə yetirməkdən müvəqqəti azad olunmaq məqsədilə özünə aid birdəfəlik üzqırxanı götürərək tibb məntəqəsinin sanitar qovşağına getmiş, daha sonra götürdüyü üzqırxanı qıraraq içərisindəki ülgücü çıxarıb həmin ülgüclə sol qolunun said nahiyəsini kəsərək özünə sağlamlığa zərərvurmadığı üçün dərəcəsi təyin edilməyən «sol saidin ön səthinin səthi kəsilmiş yaraları» xəsarətlərini yetirməklə öz sağlamlığına qəsdən zərər yetirmiş və N avqust N-cü il tarixdən N avqust N-cü il tarixədək N nömrəli hərbi hissənin tibb məntəqəsində, N avqust N-cü il tarixdən 07 sentyabr N-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicədə qalmaqla hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, N may N-cü il tarixdə hərbi hissə komandirinin müvafiq əmri ilə Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən Baş Klinik Hospitalına müayinəyə göndərilmiş və həmin hospitalın psixiatriya bölməsində stasionar müalicəyə qəbul edilərək təxminən 18 gün stasionar müalicədə qalmışdır. 14 iyun N-cü il tarixdə hospitalda müalicədə olarkən ona çıxarış olunacağını və paltarlarını hazırlayıb hərbi hissəyə göndəriləcəyini bildirmələrinə baxmayaraq, o, hospitalda qalmaq istəmiş, hospitaldan çıxarış olunaraq hərbi hissəyə qayıtmaq istəməmişdir. Səbəb olaraq ailədaxili problemlərinə görə çox sıxılmış və həmin problemlərini düşünərək hərbi xidmətlə bağlı vəzifələrini icra etmək istəməmişdir. Buna görə də, xidməti vəzifələrinin icrasından kənarlaşıb tək qalmaq və həmin problemlərini rahat düşünərək həll yolunu tapmaq istəmişdir. O, problemlərini rahat düşünmək və həll yolunu tapmaq üçün xidmətdən kənar rahat yerin hospital olacağını fikirləşmişdir. Buna görə də, hospitalda qalmaq üçün başqa yollar axtarmağa başlamış və özünə xəsarət yetirdiyi təqdirdə hərbi hissəyə göndərilməyəcəyini və hospitalda qalacağını düşünərək özünə 14 iyun N-cü il tarixdə saat 15:45 radələrində hospitalın psixiatriya bölməsində olan sanitar qovşağa gedərək orada olan zibil qutusundan bir ədəd birdəfəlik üzqırxan götürmüş və götürdüyü üzqırxanı qıraraq içərisindəki ülgücü götürüb, həmin ülgüclə sol qoluna çoxsaylı kəsiklər ataraq özünə xəsarət yetirmişdir. Onunla birlikdə psixiatriya bölməsində müalicədə olan bir nəfər əsgər onu görərək bu barədə sanitar təlimatçıya məlumat vermişdir. Bundan sonra “Əkbər” adında sanitar təlimatçı gələrək onu “Hicran” adlı tibb bacısının yanına aparmış, həmin vaxt sonuncu onun qolunu sarıyaraq ona ilkin tibbi yardım göstərmiş və bu barədə hospitalın rəhbərliyinə məlumat vermişdir. Lakin bütün bunlara baxmayaraq, onu hospitalda saxlamamışlar və hərbi hissəyə göndərilərək hərbi hissənin tibb məntəqəsində müşahidə altında saxlanılacağını, tibb məntəqəsində yatdıqdan sonra yenidən hospitala gələcəyini ona bildirmişlər. Bundan sonra o, hərbi hissəyə göndərilərək N avqust N-cü il tarixədək hərbi hissənin tibb məntəqəsində stasionar müalicədə qalmağa nail olmuşdur. Lakin təxminən N aya yaxın hərbi hissənin tibb məntəqəsində qalsa da, hospitala göndərilməmiş, hər dəfəsində ya maşın, ya da ki, sənədlərinin tam olmadığı ona deyilərək hospitala göndərilə bilməmişdir. N avqust N-cü il tarixdə axşam saatlarında hospitala gedəcəyi günü gözləyərkən leytenant Şahid3 hərbi hissənin tibb məntəqəsində ona yaxınlaşaraq səhhətində hər hansı problem olmadığını, ona görə də, həmin gün hərbi hissənin tibb məntəqəsindən çıxarış olunaraq öz bölməsinə göndəriləcəyini ona bildirmişdir. Lakin o, leytenant Şahid3 etiraz edərək “mən hospitala getməliyəm, öz bölməmə getmək istəmirəm, əgər bölməyə göndərilsəm özümə xəsarət yetirəcəm” demişdir. Daha sonra gizir Şahid4 gələrək onu öz bölmələrinə aparmaq istəmiş, lakin o, bölməyə getməkdən imtina edərək tibb məntəqəsində qalmışdır. Həmin gün leytenant Şahid3 onu tibb məntəqəsindən çıxarış etməmiş, səhəri gün gələrək onu tibb məntəqəsindən götürməsini gizir Şahid4 demiş və sonuncu tibb məntəqəsindən çıxaraq bölüyə qayıtmışdır. Səhəri gün, yəni 02 avqust N-cü il tarixdə bölüyə göndəriləcəyini başa düşmüş, lakin o, bölüyə qayıtmaq istəməmiş, hospitala göndərilərək orada qalmaq istəmişdir. Buna görə də, N avqust N-cü il tarixdə saat 20 radələrində özünə aid birdəfəlik üzqırxanı götürərək tibb məntəqəsinin sanitar qovşağına getmiş və həmin üzqırxanı qıraraq içərisindəki ülgücü götürüb, həmin ülgüclə yenidən sol qoluna çoxsaylı kəsiklər ataraq özünə xəsarət yetirmiş və bu barədə heçkimə bildirməmişdir. Lakin həmin gün tibb məntəqəsində axşam yoxlanışı zamanı leytenant Şahid3 qolundakı xəsarətləri aşkar edərək ona ilkin tibbi yardım göstərmiş və bu barədə hərbi hissə komandanlığına məlumat vermişdir. Bundan sonra o, hərbi hissənin tibb məntəqəsində saxlanılaraq bölüyə göndərilməmiş, N avqust N-cü il tarixdə müvafiq sənədləri düzəldikdən sonra Bakı şəhərində yerləşən Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilərək 07 sentyabr Ncü il tarixədək həmin hospitalın psixiatriya bölməsində stasionar müalicə olunmağa nail olmuş, müalicəsi başa çataraq hərbi hissəyə göndərilmişdir. Hazırda təxris olmuşdur, törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, eyni zamanda digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının psixiatriya bölməsinin sanitar təlimatçısı, Şahid1 ifadəsində göstərdi ki, N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs N-cü ilin may ayının sonlarında N nömrəli hərbi hissə komandirinin müvafiq göndərişinə əsasən müayinə olunması üçün Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilərək müalicəyə qəbul edilmiş və həmin hospitalın psixiatriya bölməsinə yerləşdirilmişdir. 14 iyun N-cü il tarixdə Təqsirləndirilən şəxs müayinə və müalicə müddəti başa çataraq səhhətində hər hansı problem aşkar edilməmiş, bu səbəbdən, Təqsirləndirilən şəxs hazırlaşaraq hospitaldan çıxarış olunacağı bildirilmişdir. O, həmin gün saat 16:00 radələrində hospitalın psixiatriya bölməsində növbədə olarkən həmin bölmədə yatan əsgər ona yaxınlaşaraq Təqsirləndirilən şəxs sanitar qovşaqda sol qoluna xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra o, sanitar qovşağa daxil olduqda Təqsirləndirilən şəxs birdəfəlik ülgüclə sol qolunun yuxarı səthinə çoxsaylı səthi cızıqlar ataraq özünə xəsarət yetirdiyini görmüşdür. O, Təqsirləndirilən şəxs nə üçün özünə xəsarət yetirdiyini soruşduqda, sonuncu ona hospitaldan çıxarış olunaraq hərbi hissəsinə qayıtmaq istəmədiyini və hospitalda qalmaq istədiyi üçün özünə xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs götürərək psixiatriya bölməsinin tibb bacısı, İsayeva Hicran Eyyub qızının yanına aparmış, tibb bacısı tərəfindən Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərilərək sonuncunun qoluna sarğı qoyulmuş və psixiatriya bölməsinin rəisinin tapşırığına əsasən Təqsirləndirilən şəxs hospitaldan çıxarış edilərək hərbi hissənin nümayəndəsi ilə birlikdə N nömrəli hərbi hissəyə göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının psixiatriya bölməsinin tibb bacısı, baş çavuş İsayeva Hicran Eyyub qızı Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin tibb məntəqəsinin rəisinin vəzifələrini müvəqqəti icra edən, tibb xidməti leytenantı Şahid3 ifadəsində göstərdi ki, N may N-cü il tarixdə Təqsirləndirilən şəxs hərbi hissə komandirinin müvafiq əmri ilə Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən Baş Klinik Hospitalına müayinəyə göndərilmiş, 14 iyun N-cü il tarixdə həmin hospitalın psixiatriya bölməsində stasionar müayinə və müalicədə olarkən özünə xəsarət yetirmiş və xidmət yerinə gəlməkdən imtina etmişdir. Lakin N iyun N-cü il tarixdə Təqsirləndirilən şəxs səhhətində, həmçinin psixoloji durumunda hər hansı problem olmadığına görə hospitalda müayinəsi başa çatmış və hərbi hissəyə göndərilmişdir. Təqsirləndirilən şəxs hospitalda özünə xəsarət yetirdiyinə görə 16 iyun N-cü il tarixdən 23 iyun N-cü il tarixədək hərbi hissənin tibb məntəqəsində müşahidə altında saxlanılmış, daha sonra stasionar müalicəyə qəbul edilərək hərbi hissənin tibb məntəqəsində müayinədə qalmışdır. N avqust N-cü il tarixdə Təqsirləndirilən şəxs səhhətində hər hansı problem olmadığına görə sonuncunun xidmət etdiyi mühəndis-istehkam bölüyünə zəng etmiş və bölmədən bir nəfər şəxsin gələrək Təqsirləndirilən şəxs hərbi hissənin tibb məntəqəsindən götürüb bölməsinə aparılmasını bildirmişdir. Bundan sonra mühəndis-istehkam bölüyünün hərbi qulluqçusu, gizir Şahid4 gələrək Təqsirləndirilən şəxs götürüb öz bölməsinə aparmaq istəmiş, lakin Təqsirləndirilən şəxs bölməyə getməkdən imtina edərək hərbi hissənin tibb məntəqəsində qalmaq istədiyini bildirmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs bu gün çıxarış olunmayacağını, səhəri gün çıxarış olunacağını gizir Şahid4 deyərək səhəri gün gəlməsini sonuncuya bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs tibb məntəqəsində qalmış və ona yaxınlaşaraq “mən bölməmə getmək istəmirəm, əgər məni bölməyə göndərsəniz özümə xəsarət yetirəcəm”demiş, o isə əsgər Təqsirləndirilən şəxs “sənin səhhətində heç bir problem yoxdur, səhəri gün tibb məntəqəsindən çıxarış olunaraq bölmənə gedəcəksən”-demişdir. O, həmin gün tibb məntəqəsində növbətçi həkim olduğuna görə axşam “yat” komandasından əvvəl, yəni saat 21:00 radələrində tibb məntəqəsində müalicədə olan xəstələrə bədən baxışı keçirən zaman Təqsirləndirilən şəxs kəsici alətlə sol qoluna çoxsaylı xəsarətlər yetirdiyini görmüşdür. O, Təqsirləndirilən şəxs nə üçün özünə xəsarət yetirməsini soruşduqda, sonuncu ona bölməsinə qayıtmamaq üçün üzqırxanın ülgücü ilə özünə xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs özünə xəsarət yetirdiyi üçün hərbi hissənin tibb məntəqəsində müşahidə altında saxlanılmış, N avqust N-cü il tarixdə müvafiq sənədləri toplandıqdan sonra Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilərək orada stasionar müalicəyə qəbul edilmiş və 07 sentyabr N-cü il tarixdə müalicəsi başa çatdıqdan sonra hərbi hissəyə göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühəndis-istehkam bölüyünün mühəndis-texniki taqımının komandiri, gizir Şahid4 Şahid3 ifadəsində göstərdiyi xüsusastları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli 289 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi hissənin mühəndis-istehkam bölüyünün 3-cü taqımının, 2-ci mühəndis-istehkam manqasının istehkamçısı vəzifəsinə təyin edildiyinə görə həmin tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına və bütün növ təminatlara qoyulmaqla vəzifəsinin icrasına başlamışdır. Silahlı Qüvvələrin Baş Klinik Hospitalının psixiatriya bölməsi tərəfindən təqdim edilmiş 3809 nömrəli çıxarış epikrizindən görünür ki, Təqsirləndirilən şəxs N may N-cü il tarixdən 14 iyun N-cü il tarixədək “Sağalma ilə nəticələnmiş dissosiativ reaksiya” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının növbətçi həkimi, tibb xidməti polkovnikleytenantı S.R.Təhməzovun 14 iyun N-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs 14 iyun N-cü il tarixdə saat 15:45 radələrində Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının psixiatriya bölməsində olarkən iti ülgüclə sol bazu və sol said nahiyəsini kəsərək özünə xəsarət yetirmişdir. N nömrəli hərbi hissə komandirinin N iyun N-cü il tarixli 181 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından müalicədən gəlmiş və vəzifələrinin icrasına başlamışdır. Məhkəmə-tibbi ekspertizasının 21 iyun N-cü il tarixli, 1154 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər- sol yuxarı ətrafın səthi kəsilmiş yaralarıkəsici alətin, o cümlədən ülgücün təsirindən törənmişlər, müddəti və şəraiti şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gəlmiş, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 31 iyul N-cü il tarixli, 2221 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər, yəni hərbi xidmətə çağırılana kimi hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmiş, onda nevrotik reaksiyalar olmuş və hal-hazırda hər hansı bir psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özünə xəsarət yetirərkən onda psixi fəaliyyətin müvəqqəti pozuntusu, kəmağıllılıq, digər psixi xəstəliklər biruzə verməmiş, onda dissosiativ reaksiya meydana gələrək kəsmələrlə özünə xəsarət yetirmişdir. Göstərilən əməli törətdiyi zaman Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmuş və anlaqlı hesab edilərək hər hansı məcburi müalicəyə ehtiyacı olmamışdır. N nömrəli hərbi hissə komandirinin N iyun N-cü il tarixli 190 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə hərbi hissənin tibb məntəqəsinə müalicəyə qəbul edilmişdir. N nömrəli hərbi hissənin tibb məntəqəsinin növbətçi həkimi, tibb xidməti leytenantı Şahid3 02 avqust N-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs N avqust Ncü il tarixdə saat 20:40 radələrində hərbi hissənin tibb məntəqəsində olarkən kəsici əşya parçası ilə özünə xəsarət yetirmiş və bədən baxışı zamanı onda “sol saidin ön orta səthinin çoxsaylı kəsilmiş yaralan” aşkar edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 28 avqust N-cü il tarixli, 1556 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər- sol saidin ön səthinin səthi kəsilmiş yaraları-kəsici alətin, o cümlədən birdəfəlik ülgücün iti kənarının təsirindən törənmişlər, müddəti və şəraiti şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gəlmiş, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 25 dekabr N-cü il tarixli, 3781 nömrəli kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər, yəni hərbi xidmətə çağırılana kimi hər hansı bir psixi xəstəlikdən əziyyət çəkməmiş, onda mülki həyatda nevrotik reaksiyalar olmuş və hal-hazırda hər hansı bir psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özünə xəsarət yetirərkən onda psixi fəaliyyətin müvəqqəti pozuntusu, kəmağıllılıq, digər psixi xəstəliklər biruzə verməmiş, onda hərbi xidmət dövründə növbəti dəfə dissosiativ reaksiya meydana gələrək kəsmələrlə özünə xəsarətlər yetirmişdir. Göstərilən əməli törətdiyi zaman Təqsirləndirilən şəxs öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmuş və anlaqlı hesab edilərək hər hansı məcburi müalicəyə ehtiyacı olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixoloji portretini müəyyən edərkən onda inandırıcı şəkildə yalan danışmaq, sürətlə cərəyan edən hadisələri təhlil edərək dəyişən şəraitdə nəzarət etmək, baş verənləri özünə sərf edən istiqamətə yönəldərək ətrafdakıları buna inandırmaq kimi xüsusiyyətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs düşdüyü vəziyyəti adekvat qavramaq və anlamaq qabiliyyətinə malik olmuş, ailəsində olan münaqişələr onun davranışına ümumən təsir göstərsə də, özünə xəsarət yetirməsi ilə hərbi xidməti arasında birbaşa səbəbli nəticə əlaqəsi olmamışdır. Cinayət işinin materiallarından görünür ki, 24 dekabr N-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tanınaraq, barəsində «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri seçilmişdir. 29 dekabr N-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 335.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş hərbi bilətin surətindən görünür ki, Həbibli X1 Nazirliyinin 20 dekabr N-cü il tarixli 482 nömrəli əmri əsasında 27 yanvar N5-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və SHXÇDX-nın Biləsuvar rayon şöbəsinə göndərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə zamanı tam sübuta yetirilir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 335.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 335.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 335.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsi Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Bununla belə, məhkəmə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsini qanuni nöqteyi nəzərdən mümkünsüz hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 50.1 və 54.1-ci maddələrinə əsasən müvafiq olaraq hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama növündə cəzalar hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa təyin edilə bilər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs hərbi xidmətdən tərxis olunduğuna görə barəsində hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının tətbiq edilməsini qanunun tələblərinə əsasən mümkün hesab etmir. Eyni zamanda, məhkəmə CM-in 62-ci maddəsində göstərilən əsaslar olmadığından, həmin maddəni tətbiq etməklə ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən ediləndən daha yüngül növ cəzanın təyin edilməsinə də əsas görmür. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel N1-ci il tarixli qərarının 2-3-cü bəndinin müddəalarına görə həm hərbi xidmət üzrə məhdudlaşdırma, həm də intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsi zamanı CM-nin 50 və 54-cü maddələrinin, habelə hərbi qanunvericilik aktlarının tələblərinə ciddi əməl edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, şəxs hərbi xidmət dövründə cinayət törətdikdə, lakin hökm çıxarılarkən hərbi qulluqçu statusuna malik olmadıqda, ona bu cəzalar təyin edilə bilməz. Belə hallarda şəxsin təqsirli bilindiyi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında başqa cəza nəzərdə tutulmamışdırsa ona Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilmədən, lakin yaranmış hal hökmün təsviri-əsaslandırıcı hissəsində şərh edilməklə hərbi xidmət üzrə məhdudlaşdırma və ya intizam xarakterli hərbi hissədə saxlama cəzalarından daha yüngül cəza təyin edilir. Ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sanksiyada nəzərdə tutulmasa da, Azərbaycan Respublikası CM-in 335.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilmədən ictimai işlər cəzasının təyin edilməsi “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel N1-ci il tarixli qərarının 2-3-cü bəndinə və cəza siyasətinin məqsədlərinə uyğundur. Azərbaycan Respublikası CM-in 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Azərbaycan Respublikası CM-in 47.2-ci maddəsinə əsasən ictimai işlər iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. 47.2-1-ci maddəsinin tələblərinə görə məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 154.3-cü maddəsinə əsasən komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri yalnız hərbi qulluqçu və ya hərbi toplantıda təlim keçdiyi müddətdə hərbi mükəlləfiyyətli şəxs barəsində seçilə bilər. Məhkəmənin qərarı əsasında isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ordu sıralarından tərxis olunduğu üçün onun barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 hər iş saatı 06 (altı) manat olmaqla 90 (doxsan) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerdə çəksin. Cəzasının əvvəli məhkumun həmin işlərin yerinə yetirilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri dəyişdirilsin və onun barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 38 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar