Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-85/2024 16.04.2024 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuror-metodisti, ədliyyə polkovniki Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, ehtiyatda olan kiçik çavuş, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 335.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Rzayev X2 Nazirliyinin N nömrəli hərbi hissəsinin avtomobil taborunun minik avtomobilləri bölüyünün 1-ci tağımının 3-cü manqasının sürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi, kiçik çavuş hərbi rütbəsində xidmətdə olarkən hərbi xidmət üzrə vəzifələrin icrasından müvəqqəti azad olunmaq qərarına gəlib, bu məqsədlə N22-ci ilin may ayının sonlarında hərbi hissə ərazisində avtomobil taborunun komandiri, polkovnik-leytenant Şahid5 yaxınlaşaraq şəxsi problemlərini həll etmək üçün 10-15 gün müddətinə xidmət yerinə gəlməməsinə görə özünə şərait yaratmasını xahiş edərək aralarında əldə edilmiş razılığa əsasən, 17 iyun N22-ci il tarixdə saat N:33-də Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 29 ünvanında yerləşən “Bazarstore” marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə Şahid5 tapşırığına əsasən hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid3 adına rəsmiləşdirilmiş, “4098 **** **** 0465” nömrəli “Leobank” kart hesabına köçürdüyü 350 (üç yüz əlli) manat məbləğində pulun müqabilində N22-ci ilin may ayının sonlarından N22-ci ilin iyun ayının əvvəllərinədək 15 (on beş) gün müddətində xidmət yerinə gəlməyərək hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti azad olmağa nail olmuş, bu hərəkətləri ilə o, sair aldatma yolu hərbi xidmət üzrə vəzifələrin icrasından müvəqqəti boyun qaçırmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan vəzifədə və hərbi rütbədə xidmətdə olarkən hərbi xidmət üzrə vəzifələrin icrasından müvəqqəti azad olunmaq qərarına gəlib, bu məqsədlə N22-ci ilin iyun ayının ortalarında hərbi hissə ərazisində avtomobil taborunun komandiri, polkovnik-leytenant Şahid5 yaxınlaşaraq şəxsi problemlərini həll etmək üçün xidmət yerinə gəlməməsi görə özünə şərait yaratmasını xahiş edərək aralarında əldə edilmiş razılığa əsasən, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 29 ünvanında yerləşən “Bazarstore” marketdə, ünvan 4 ünvanında yerləşən “Spar” marketdə və Əmican qəsəbəsi S.Bəhlulzadə küçəsində quraşdırılmış “MilliÖn” ödəmə terminalları vasitəsilə Şahid5 tapşırığına əsasən hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid3 adına rəsmiləşdirilmiş, “4098 **** **** 0465” nömrəli və vətəndaş Şahid4 adına rəsmiləşdirilmiş, “4098 **** **** 8438” nömrəli “Leobank” kart hesablarına 19 iyul N22-ci il tarixdən 19 dekabr N22-ci il tarixədək 6 ay müddətində hər ay 350 (üç yüz əlli) manat məbləğində olmaqla, ümumilikdə köçürdüyü 2100 (iki min yüz) manat məbləğində pulun müqabilində N22-ci ilin iyun ayından 24 noyabr N22-ci il tarixədək müddətdə xidmət yerinə gəlməyərək təkrarən hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti azad olmağa nail olmuş, bu hərəkətləri ilə o, sair aldatma yolu hərbi xidmət üzrə vəzifələrin icrasından müvəqqəti boyun qaçırmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək bildirdi ki, azyaşlı övladları asma xəstəliyindən əziyyət çəkmiş, xidmət yerindən icazə ala bilmədiyi üçün övladlarını tibb müəssisəsinə apara bilməmişdir. Bu səbəbdən tabor komandiri, polkovnik-leytenant Şahid5 dəfələrlə icazə aldığından sonuncu onun ailə vəziyyətindən xəbərdar olmuşdur. Təxminən N22-ci ilin may ayının sonlarında xidmət yerində olarkən polkovnik-leytenant Şahid5 özünə 10-15 gün müddətinə övladının müalicəsi ilə məşğul olmaq üçün icazə verməsini istəmiş, sonuncu da icazə verdikdən sonra 15 gün müddətinə yaşadığı Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsindəki evində olmaqla həmin müddət ərzində xidmət yerinə gəlməmişdir. Təxminən iyun ayının 12-13-də xidmət yerinə gəldikdən sonra Şahid5 öz təşəkkürünü bildirmiş, söhbət zamanı Şahid5 bunun qarşılığında müəyyən məbləğdə “hörmət” etməyini ondan istəmiş və özü də razılıq vermişdir. Bununla bağlı, “watsapp” proqramı vasitəsilə N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş X1 məxsus 4098 5844 6405 0465 nömrəli “Leobank” hesab kartının şəklini göndərmiş və əmək haqqını aldıqdan sonra “hörmət” etməyini söyləmişdir. Razılığa əsasən, 17 iyun N22-ci il tarixdə əmək haqqını əldə etdikdən sonra yaşadığı evin yaxınlığında yerləşən “Araz market”-dən həmin kart hesabına 350 (üç yüz əlli) manat məbləğində pul köçürmüşdür. Bundan sonra növbəti aylarda da xidmət yerinə gəlməyəcəyi təqdirdə tabor komandiri, polkovnikleytenant Şahid5 aylıq 350 (üç yüz əlli) manat məbləğində pul verəcəyini barədə sonuncu ilə razılıq əldə etmişdir. Həmin razılıqdan sonra N22-ci ilin iyun ayından həmin ilin dekabr ayınadək xidmət yerinə mütəmadi olaraq gəlməmişdir. Xidmət yerinə getmədiyinə görə 19 iyul N22-ci il tarixdə çavuş Şahid3 “Leobank” kart hesabına 350 manat, 16 avqust N22-ci il tarixdə 350 manat və 16 sentyabr N22-ci il tarixdə 350 manat məbləğində pul göndərmişdir. Bundan sonra isə N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tural Abbasovun ona “watsapp” proqramı ilə polkovnikleytenant Şahid5 pul göndərməsi üçün şəklini göndərdiyi digər bir “Leobank”-a məxsus “4098 5844 6733 8438” nömrəli hesab kartına 14 oktyabr N22-ci il tarixdə 350 manat, noyabr ayında 350 manat, 16 dekabr N22-ci il tarixdə isə yenə 350 manat məbləğində pul göndərmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, dindirilmiş şahidlərin ifadələri, baxış üzləşdirmə protokolları, eyni zamanda digər mötəbər dəlillərlə tam sübuta yetirilmişdir. Belə ki, şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin avtomobil taborunun minik avtomobilləri bölüyünün 4-cü avtomobil tağımının 1-ci avtomobil manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid2 ifadəsində bildirmişdir ki, avtomobil taborunun komandiri polkovnikleytenant Şahid5 hərbi hissədə bir neçə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına maddi maraq müqabilində himayədarlıq etmişdir. Belə ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs da himayədarlıq etmiş, həmin hərbi qulluqçu xidmət yerinə gəlməmişlər. Təqsirləndirilən şəxs demək olar ki, iki ilə yaxın müddət xidmət yerinə gəlməmiş, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin avtomobil taborunun minik avtomobilləri bölüyünün 2-ci tağımının 2-ci manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid3 ifadəsində bildirmişdir ki, N22-ci ilin fevral ayının əvvəllərində xatırlamadığı səbəbdən polkovnikleytenant Şahid5 xidməti otağında olarkən adına olan “4098 5844 6405 0465” nömrəli Leobank hesab kartının şəklini özünə borc qismində pul göndərməsi üçün qardaşı X3 göndərən zaman Şahid5 bunu görmüş və ondan “bu nə kartdır?” deyə soruşmuşdur. Bundan sonra o, Şahid5 bu kartdan pul mədaxil və məxaric olunarkən hər hansı komissiya tutulmadığını bildirmiş, Şahid5 da həmin kartı ailə üzvlərinin istifadə etməsi üçün verməsini ondan xahiş etmişdir. Həmin kartı Şahid5 verməyə razı olduqdan sonra sonuncunun tapşırığı ilə mobil telefonunda olan “Leobank” mobil tətbiqini silmiş, həmin kartın mobil tətbiqini Şahid5 öz mobil telefonuna yükləmişdir. N22-ci ilin iyun ayında Şahid5 həmin kartın bloka düşdüyünü bildirdiyi üçün “Unibank” filialına gedərək yeni kart əldə etmiş və onu da Şahid5 vermişdir. 19 dekabr N22-ci il tarixdə polkovnik-leytenant Şahid5 göstərişi ilə həmin kartı ondan götürmüşdür. Həmin gün axşam kartın mobil tətbiqini öz telefonuna yükləmiş, bu zaman xeyli miqdarda pulların karta mədaxil olmasını görmüşdür. Şahid qismində dindirilmiş Şahid5 N nömrəli hərbi hissəsinin avtomobil taborunun minik avtomobilləri bölüyünün 2-ci tağımının 2-ci manqasının sürücüsü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, çavuş Şahid3 və çavuş Şahid2 oğlu ilə oxşar məzmunlu ifadə verərək yuxarıda göstərilənləri mahiyyəti üzrə təsdiq etmiş və bildirmişdir ki, xidmətdən yayınması müqabilində Təqsirləndirilən şəxs ayda 350 manat pul almış və bu kimi əməllərinə görə hazırda cəza çəkir. İstintaq zamanı şahid qismində dindirilmiş Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin hərbi qulluqçusu Şahid1 və Şahid4 ifadəsi elan olunmuş, şahidlər Şahid2, Şahid5, Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin rəisinə ünvanlanan 21 dekabr N22-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs N22-ci ilin iyun ayından həmin ilin dekabr ayınadək xidmət yerinə gəlməməyi müqabilində avtomobil taborunun komandiri, polkovnik-leytenant Şahid5 göndərdiyi bank hesab kartlarına hər ay 350 (üç yüz əlli) manat məbləğində pul köçürməsi barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən “watsapp” proqramı vasitəsilə həyata keçirilən yazışmaların ekran görüntülərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə “Abbasov Tural” adı ilə qeyd edilən +994 70 *** ** ** saylı mobil nömrə və “Komutan Sim” adı ilə qeyd edilən +994 50 *** ** ** saylı mobil nömrə arasında pul köçürmələri ilə əlaqədar danışıqlar aparılmışdır. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, “MilliÖN” elektron ödəmə sistemindən istifadə edilməklə 19 iyul N22-ci il tarixdə “Nizami r. Q.Qarayev pr. 29 Bazarstore” ünvanından Şahid3 adına olan “**** **** 6405 0465” nömrəli Leobank hesab kartına 350 manat, 16 avqust N22-ci il tarixdə “Suraxanı r. Amircan qas. Z.Aliyev kuc 27, Araz” ünvanından Şahid3 həmin kartına 350 manat, 16 sentyabr N22-ci il tarixdə sonuncu ünvanda yenə həmin karta 350 manat, 14 oktyabr N22-ci il tarixdə “Suraxanı r. Amircan qas. Z.Aliyev kuc 27, Araz” ünvanından Şahid4 adına olan “**** **** 6733 8438” nömrəli Leobank hesab kartına 350 manat, 16 dekabr N22-ci il tarixdə yenə həmin karta “Suraxanı r. Əmircan qəs. S.Bəhlulzadə” ünvanından 350 manat pul köçürməsi həyata keçirilmişdir. İş materiallarında olan “maşınların parkdan çıxış və qayıdış jurnalı”na baxış keçirilməsi haqqında protokoldan və əlavə edilmiş cədvəllərdən görünür ki, həmin cədvəllərdə Təqsirləndirilən şəxs N21-N22-ci il tarixdə sürücü və maşın başçısı kimi parkdan çıxması və qayıtması ilə bağlı qeydlər yoxdur. "xxxx" MMC-dən təqdim olunan telefon danışıqlarına dair məlumatların əks olunduğu 01 ədəd CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 14 may N22-ci il tarixdən 16 dekabr N22-ci il tarixədək olan müddət ərzində müxtəlif tarixlərdə Şahid5 +994 70 *** ** ** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs +994 55 *** ** ** saylı mobil nömrəsi arasında 14 halda danışıqlar aparılmışdır. "xxxx" MMC-dən və "xxxx" MMC-dən təqdim olunan telefon danışıqlarına dair məlumatların əks olunduğu 02 ədəd CD disklərə baxış keçirilməsi haqqında protokollardan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin yerləşdiyi ərazi “Neshriyyat Dairesi/Yasamal rayonu, M.Musfiq kuc, Dagustu 1 qebirstanligi / Sebail” və “Shuse Plaza/Yasamal” əhatə dairəsindədir. Təqsirləndirilən şəxs isə 01 iyun N22-ci il tarixdən N dekabr N22-ci il tarixədək həmin ərazidə deyil, əksər hallarda ünvan 8 ünvanının əhatə dairəsində olduğu müəyyən edilmişdir. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N aprel N17-ci il tarixli 93 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmətə qəbul edilərək hərbi hissənin avtomobil taborunun avtomobil bölüyünün İV avtomobil tağımının İ avtomobil manqasının sürücü vəzifəsinə təyin olunduğuna görə şəxsi heyətin siyahısına daxil edilməklə vəzifəsinin icrasına başlamışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N oktyabr NN-ci il tarixli 315 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs həqiqi hərbi xidmət müddəti 25 sentyabr N23-cü il tarixədək uzadılmışdır. Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin N oktyabr N23-cü il tarixli 293 nömrəli əmrindən edilmiş çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Təqsirləndirilən şəxs “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinə göndərilmişdir. Müdafiə Nazirliyinin Baş Klinik Hospitalından təqdim olunan 01 sentyabr N23-cü il tarixli 9324 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə zamanı tam sübuta yetirilir və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 335.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-in 335.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası CM-in 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 335.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini təkrar törətməsi Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Bununla belə, məhkəmə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsini qanuni nöqteyi nəzərdən mümkünsüz hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-in 50.1 və 54.1-ci maddələrinə əsasən müvafiq olaraq hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama növündə cəzalar hərbi xidmətdə olan hərbi qulluqçulara, əgər onlar hökm çıxarılanadək qanunla müəyyən edilmiş xidmət müddətini başa vurmamışlarsa təyin edilə bilər. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs hərbi xidmətdən tərxis olunduğuna görə barəsində hərbi xidmət üzrə məhdudlaşdırma və intizam xarakterli hərbi hissədə saxlama cəzalarının tətbiq edilməsini qanunun tələblərinə əsasən mümkün hesab etmir. Eyni zamanda, məhkəmə CM-in 62-ci maddəsində göstərilən əsaslar olmadığından, həmin maddəni tətbiq etməklə ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən ediləndən daha yüngül növ cəzanın təyin edilməsinə də əsas görmür. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel N21-ci il tarixli qərarının 2-3-cü bəndinin müddəalarına görə həm hərbi xidmət üzrə məhdudlaşdırma, həm də intizam xarakterli hərbi hissədə saxlama cəzalarının təyin edilməsi zamanı CM-nin 50 və 54-cü maddələrinin, habelə hərbi qanunvericilik aktlarının tələblərinə ciddi əməl edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, şəxs hərbi xidmət dövründə cinayət törətdikdə, lakin hökm çıxarılarkən hərbi qulluqçu statusuna malik olmadıqda, ona bu cəzalar təyin edilə bilməz. Belə hallarda şəxsin təqsirli bilindiyi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında başqa cəza nəzərdə tutulmamışdırsa ona Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilmədən, lakin yaranmış hal hökmün təsviri-əsaslandırıcı hissəsində şərh edilməklə hərbi xidmət üzrə məhdudlaşdırma və ya intizam xarakterli hərbi hissədə saxlama cəzalarından daha yüngül cəza təyin edilir. Ona görə də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs sanksiyada nəzərdə tutulmasa da, Azərbaycan Respublikası CM-in 335.1-ci maddəsi ilə Cinayət Məcəlləsinin 62-ci maddəsinə istinad edilmədən cərimə cəzasının təyin edilməsi “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel N21-ci il tarixli qərarının 2-3-cü bəndinə və cəza siyasətinin məqsədlərinə uyğundur. Azərbaycan Respublikası CM-in 44.1-ci maddəsinə əsasən cərimə həmin Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Azərbaycan Respublikası CM-in 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda müəyyən olunur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin qərarı əsasında təqsirləndirilən şəxsin müdafiəçinin xidmətini ödəməyə kifayət qədər vəsaiti olmadığından Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral N01-ci il tarixli, 31 №-li qərarına müvafiq olaraq, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat miqdarında müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün göstərdiyi N (iyirmi) saat hüquqi yardıma görə, hər iş saatı 06 (altı) manat olmaqla 1N (yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-in 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335.1-ci maddəsi ilə təqsirli bilinib, 800 (səkkiz yüz) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs faktiki yaşayış ünvanı üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Bakı şəhəri 27 saylı Vəkil Bürosunun hesabına 1N (yüz iyirmi) manat pul köçürülsün. Hökmdən elan olunduğu andan N (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Fikrət Əliyev
Məhkəmə qərarları › İş №1-1(093)-85/2024
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-85/2024
16.04.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver