Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1-1(093)-99/2025 28.04.2025 BAKI HƏRBİ MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Nuri Aysel İlham qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Hərbi Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə polkovnik-leytenantı Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Tərtər rayonunun İlxıçılar kəndində doğulmuş, Tərtər rayonu, Azad Qaraqoyunlu ərazi dairəsi, İlxıçılar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında nömrəsiz fərdi evdə faktiki yaşamış, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər, barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə SHXÇDX-nin Tərtər rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin Bakı şəhəri Qobustan qəsəbəsi ərazisində dislokasiya olunmuş qərargah və təchizat bölüyünün maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü vəzifəsində, əsgər rütbəsində hərbi xidmətdə olarkən, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində həmin bölüyün rabitə taqımının rabitə manqasının telefonçu-xətt nəzarətçisi vəzifəsində, əsgər rütbəsində müddətli həqiqi hərbi xidmətdə olan Zərərçəkmiş şəxs axşam yeməyində olan zaman öz yemək payını ona yedirtməyə çalışaraq ona qarşı nalayiq ifadə işlətdiyindən aralarında sözlü mübahisə yaranmış, mübahisə zamanı bölüyün məişət otağında tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42, 138-ci maddələrinin hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaları, nalayiq hərəkətlər etməmələri, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməli olmalarına dair tələblərini pozaraq, sağ əli ilə Zərərçəkmiş şəxs sol qaş nahiyəsinə bir yumruq zərbəsi vurub ona sağlamlığın qısa müddət pozulmasına səbəb olan “sol qaşın çapılmış yarası ilə müşayiət olunan hematoması” xəsarətini yetirərək, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 332.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 03 dekabr 2024-cü il tarixdə saat 19:30 radələrində axşam yeməyinə getmək üçün düzülüş əmri verilmiş, bu səbəbdən bölüklər şəklində əsgər yataqxanasının qarşısında düzülmüşlər. Sırada olan zaman əsgər Zərərçəkmiş şəxs ona əsgər yeməkxanasında yemək yeyən zaman sonuncu ilə oturmasını bildirmiş, o isə cavabında “sənnən oturmayacam, get işinlə məşğul ol” demişdir. Bundan sonra əsgər yeməkxanasına getmiş, yeməkxanaya daxil olduqda digər xidmət yoldaşları Şahid4 və X1 əyləşdiyi masada əyləşmişdir. Zərərçəkmiş şəxs isə ardınca gələrək onun əyləşdiyi masada qarşısında əyləşmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona “yeməyini tez ye, mənim də yeməyimi yeyəcəksən!” deyərək öz yeməyini ona tərəf uzatmış, o isə “yeməyəcəm!” deyərək öz yeməyini yeməyə davam etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs yenidən öz boşqabını ona tərəf uzadaraq “mənim yeməyimi də yeməyən peysərdi!” demiş, həmin vaxt o, Zərərçəkmiş şəxs “Əl çək! Yeməyəcəm!” deyərək öz yeməyini yeməyə davam etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs boşqabını qabağına qoyaraq yeməyini özü yemiş və ona axşam yeməyindən sonra söhbət edəcəklərini bildirmişdir. Əsgər yeməkxanasından çıxdıqdan sonra Zərərçəkmiş şəxs ona aralarındakı söhbəti davam etdirmək istədiyini dedikdə o, aralarında mübahisə baş verəcəyini hiss etdiyindən digər hərbi qulluqçuların da yanlarında olmasını istədiyinə görə Zərərçəkmiş şəxs əsgər yataqxanasında söhbət etmələrini təkilf etmiş, Zərərçəkmiş şəxs isə onunla razılaşmayaraq təkidlə qərargah və təchizat bölüyünün məişət otağına getməli olduqlarını demişdir. Bundan sonra o, Zərərçəkmiş şəxslə razılaşaraq sonuncu ilə birlikdə qərargah və təchizat bölüyünün məişət otağına getmiş, orada olan zaman Zərərçəkmiş şəxs “Düz hərəkət eləmirsən, məni təhqir eləmisən, üzr istə bu məsələ qurtarsın” dedikdə Zərərçəkmiş şəxs ona “Yaxşı eləmişəm! Zor Eləmişəm! Cavab qaytarma!” dedikdə ani əsəblə sağ əlini yumruq şəklində sıxaraq sonuncunun sol qaş nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Zərbə nəticəsində Zərərçəkmiş şəxs sol qaş nahiyəsindən xəsarət almış və həmin hissədən qan axmağa başlamışdır. Bundan sonra Zərərçəkmiş şəxs onu vurmaq məqsədi ilə hər iki əli ilə hərbi geyim formasının yaxasından yapışmış, elə bu vaxt əsgər Şahid3 məişət otağına daxil olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs sağ və sol əllərini yumruq şəklində sıxaraq onun sinə və qarın nahiyələrinə bir neçə yumruq zərbələri endirmişdir. Şahid3 onu və Zərərçəkmiş şəxs bir-birindən kənarlaşdırmaq istəsə də, bunu bacarmamış, bu vaxt yaranmış səs-küyə olduqları yerə əsgər Şahid2 gəlmiş və kömək çağırmaq üçün otaqdan çıxmaq istədikdə otağa leytenant Şahid1 daxil olaraq Zərərçəkmiş şəxslə onu bir-birindən kənarlaşdırmışdır. Leytenant Şahid1 Zərərçəkmiş şəxs və onunla bir qədər söhbətləşmə apardıqdan sonra baş vermiş hadisə barədə yuxarı komandanlığa məlumat vermişdir. Etdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, məhkəmədən bağışlanmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, N nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün rabitə taqımının rabitə manqasının telefonçu-xətt nəzarətçisi kimi, müddətli həqiqi hərbi xidmətdə olmaqla əsgər rütbəsində xidmət edir. 03 dekabr 2024-cü il tarixdə saat 19:30 radələrində axşam yeməyinə getmək üçün düzülüş əmri verilmiş, bu səbəbdən bölüklər şəklində əsgər yataqxanasının qarşısında düzülmüşlər. Sırada olan zaman o, əsgər Təqsirləndirilən şəxs irad bildirərək sırada düz durmasını demiş, sonuncu isə buna cavab olaraq ona qarşı nalayiq ifadə işlətmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs heç nə deməmiş və əsgər yeməkxanasına getmişlər. Yeməkxanaya daxil olduqda Təqsirləndirilən şəxs digər xidmət yoldaşları Şahid4 və X1 əyləşdiyi masada əyləşmişdir. O da öz növbəsində Təqsirləndirilən şəxs ardınca gedərək həmin masada sonuncunun qarşısında əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs “yeməyini tez ye, mənim də yeməyimi yeyəcəksən!” deyərək yeməyini sonuncuya tərəf uzatmış, Təqsirləndirilən şəxs isə “Yeməyəcəm!” deyərək öz yeməyini yeməyə davam etmişdir. Bundan sonra o, yenidən öz boşqabını Təqsirləndirilən şəxs tərəf uzadaraq “mənim yeməyimi də yeməyən peysərdi!” demiş, həmin vaxt Təqsirləndirilən şəxs ona “Əl çək! Yeməyəcəm!” deyərək öz yeməyini yeməyə davam etmişdir. Bundan sonra o, boşqabını qabağına qoyaraq yeməyini özü yemiş və Təqsirləndirilən şəxs axşam yeməyindən sonra söhbət edəcəklərini demişdir. Əsgər yeməkxanasından çıxdıqdan sonra o, Təqsirləndirilən şəxs aralarındakı söhbəti davam etdirmək istədiyini dedikdə Təqsirləndirilən şəxs ona hərbi hissənin ərazisində yerləşən söhbətgaha (besetkaya) getmələrini təklif etmiş, o isə sonuncu ilə razılaşmayaraq qərargah və təchizat bölüyünün məişət otağına getməli olduqlarını demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxsla birlikdə qərargah və təchizat bölüyünün məişət otağına getmişdir. Orada olan zaman o, Təqsirləndirilən şəxs “Niyə hörmətsizlik edirsən?” dedikdə Təqsirləndirilən şəxs anidən sağ əlini yumruq şəklində sıxaraq onun sol qaş nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Zərbə nəticəsində o, sol qaş nahiyəsindən xəsarət almış və həmin hissədən qan axmağa başlamışdır. Bundan sonra o da əsəbləşdiyindən Təqsirləndirilən şəxs vurmaq məqsədi ilə sonuncunun hərbi geyim formasının yaxasından iki əli ilə tutmuş, elə bu vaxt əsgər Şahid3 məişət otağına daxil olmuşdur. Şahid3 onu və Təqsirləndirilən şəxs bir-birindən kənarlaşdırmaq istəsə də, kənarlaşdıra bilməmiş, bu vaxt yaranmış səs-küyə olduqları yerə əsgər Şahid2 gəlmişdir. Şahid2 kömək çağırmaq üçün otaqdan çıxmaq istədikdə otağa leytenant Şahid1 daxil olmuş və Təqsirləndirilən şəxsla onu bir-birindən kənarlaşdırmışdır. Leytenant Şahid1 Təqsirləndirilən şəxs və onunla bir qədər söhbətləşmə apardıqdan sonra baş vermiş hadisə barədə yuxarı komandanlığa məlumat vermişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışmışdır, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında ərizə təqdim edərək bildirdi ki, təqsirləndirilən şəxslə barışmışlar, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid - N nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün rabitə taqımının rabitə manqasının mexanik-telefonçusu, əsgər Şahid4 göstərdi ki, 03 dekabr 2024-cü il tarixdə saat 20 radələrində bölük şəklində axşam yeməyi yemək üçün hərbi hissənin əsgər yeməkxanasına getmişlər. Yeməkxanaya daxil olduqdan sonra o, əsgər yoldaşı X3 ilə birlikdə masalardan birinin arxasında əyləşmişdir. Bir qədər sonra əsgər Zərərçəkmiş şəxs və əsgər Təqsirləndirilən şəxs da olduqları yerə gələrək əyləşdikləri masada əyləşmişlər. Zərərçəkmiş şəxs əyləşdikdən dərhal sonra Təqsirləndirilən şəxs “yeməyini tez ye, mənim də yeməyimi yeyəcəksən!” deyərək öz yeməyini sonuncuya uzatmış, Təqsirləndirilən şəxs isə “Yeməyəcəm!” deyərək öz yeməyini yeməyə davam etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs yenidən öz boşqabını Təqsirləndirilən şəxs tərəf uzadaraq “mənim yeməyimi də yeməyən peysərdi!” demiş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “Əl çək! Yeməyəcəm!” deyərək öz yeməyini yeməyə davam etmiş, Zərərçəkmiş şəxs də öz növbəsində boşqabını qabağına qoyaraq yeməyini özü yemişdir. Yeməklərini yedikdən sonra əsgər yeməkxanasından çıxaraq siqaret çəkmək üçün nəzərdə tutulan yerə getmişlər. Həmin vaxt Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs da yanlarında olmuş və aralarında hər hansı mübahisə olmasını müşahidə etməmişdir. Siqaret çəkdikdən sonra o, leytenant Şahid1 valideynləri ilə danışmaq üçün icazə alaraq hərbi hissənin ərazisində quraşdırılmış taksofonun olduğu yerə getmişdir. O, taksofon vasitəsi ilə valideynləri ilə danışdıqdan sonra hərbi hissənin əsgər yataqxanasına qayıtdıqda əsgərlər Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs qərargah və təchizat bölüyünün məişət otağında mübahisə etdiklərini, baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol qaş nahiyəsinə bir yumruq zərbəsi vurduğunu, bunun nəticəsində Zərərçəkmiş şəxs sol qaş nahiyəsindən xəsarət aldığını öyrənmişdir. Əsgər yataqxanasında olan zaman o, leytenant Şahid1 Zərərçəkmiş şəxs harasa apardığını, Zərərçəkmiş şəxs sol qaş nahiyəsində isə həqiqətən də xəsarət olduğunu müşahidə etmişdir. Daha sonra isə leytenant Şahid1 baş vermiş hadisə barədə raportla yuxarı komandanlığa məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hərbi hissənin radiasiya və kimyəvi kəşfiyyat bölüyünün radiasiya-kimyəvi kəşfiyyat və dozimetrik nəzarət taqımının səhra-kimyəvi laboratoriya qrupunun sürücü-elektriki, əsgər X4 Şahid4 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid - N nömrəli hissənin qərargah və təchizat bölüyünün rabitə taqımının rabitə manqasının mexanik-telefonçusu, əsgər Şahid2 göstərdi ki, 03 dekabr 2024-cü il tarixdə saat 20 radələrində qərargah və təchizat bölüyünün məişət otağının yaxınlığında divara bərkidilmiş güzgünün qarşısında dayanıb geyim formasını düzəldən zaman bölüyün məişət otağından səs-küy gəldiyini eşidib dərhal həmin istiqamətdə getmişdir. Məişət otağına daxil olduqda əsgərlər Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs mübahisə etdiklərini, əsgər Şahid3 isə həmin hərbi qulluqçuları birbirindən kənarlaşdırmağa çalışdığını müşahidə etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs sol qaş nahiyəsində xəsarət olduğunu və həmin nahiyədən qan axdığını görmüş, həmçinin otağa daxil olan zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarın və sinə nahiyələrinə bir neçə yumruq zərbələri endirməsinin şahidi olmuşdur. Həmin vaxt o, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs ayırmaq istəsə də, buna gücü çatmadığından qeyd olunan hərbi qulluqçuları ayırmalarına kömək etmələri üçün digər hərbi qulluqçuları çağırmaq məqsədi ilə məişət otağından çıxan zaman otağın giriş qapısında leytenant Şahid1lə qarşılaşmışdır. Leytenant Şahid1 məişət otağına daxil olaraq əsgərlər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birindən kənarlaşdırmış və baş vermiş hadisə barədə raportla yuxarı komandanlığa məruzə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş N nömrəli hissənin xüsusi təmizləmə bölüyünün 2-ci taqımının 2-ci manqasının kimyaçı-deqazatoru, əsgər Şahid3 Şahid2 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişdir. Məhkəmə iclasında şahid - N nömrəli hissənin radiasiya və kimyəvi kəşfiyyat bölüyünün radiasiya-kimyəvi kəşfiyyat və dozimetrik nəzarət taqımının komandiri, leytenant Şahid1 göstərdi ki, 03 dekabr 2024-cü il tarixdə saat 20 radələrində qərargah və təchizat bölüyünün sanitar qovşağında olan zaman bölüyün məişət otağından səs-küy gəldiyini eşidib dərhal həmin istiqamətdə getmiş, məişət otağının qarşısına çatdıqda otağın qapısı açılmış və əsgər Şahid2la üz-üzə gəlmişdir. Məişət otağına daxil olduqda əsgərlər Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs mübahisə etdiklərini, əsgər xxxxun isə sonuncuları bir-birindən kənarlaşdırmağa çalışdığını görmüşdür. Həmçinin həmin vaxt əsgər Zərərçəkmiş şəxs sağ və sol əllərini yumruq şəklində sıxaraq Təqsirləndirilən şəxs sinə və qarın nahiyələrinə bir neçə yumruq zərbələri vurmasının şahidi olmuşdur. O, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs bir-birindən kənarlaşdırdıqdan sonra, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi olmadığını müşahidə etsə də, Zərərçəkmiş şəxs sol qaş nahiyəsində xəsarət olduğunu görmüşdür. O, əsgər Təqsirləndirilən şəxsla söhbətləşmə aparan zaman Təqsirləndirilən şəxs ona axşam yeməyi zamanı Zərərçəkmiş şəxs öz yeməyini ona yedirtmək istədiyini, ona qarşı ünvanlı nalayiq ifadə işlədərək şərəf və ləyaqətini alçaltdığını, bu səbəbdən aralarında mübahisə baş verdiyini və Zərərçəkmiş şəxs zor tətbiq etdiyini, həmçinin Zərərçəkmiş şəxs sol qaş nahiyəsinə bir yumruq zərbəsi vurduqdan sonra sonuncunun da öz növbəsində onun qarın və sinə nahiyələrinə bir neçə yumruq zərbələri vurduğunu bildirmişdir. Bundan sonra isə o, baş vermiş hadisə barədə raportla yuxarı komandanlığa məruzə etmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 04 dekabr 2024-cü il tarixli 2100 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət – sol qaşın çapılmış yarası ilə müşayiət olunan hematoması – bərk küt əşyanın (əşyaların) zərbəvi təsirindən törənmişdir, müddəti və şəraiti şəxsin məhkəmə-tibbi ekspertizası zamanı özünün göstərdiklərinə uyğun gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan N nömrəli hərbi hissədən təqdim edilmiş zədələnmələrin (yaralanmaların) qeydiyyatı kitabından çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs 03 dekabr 2024-cü il tarixdə “sol qaşaltı nahiyənin cırılmış-çapılmış yarası” diaqnozlu xəsarət almışdır. İş materiallarında olan N nömrəli hərbi hissənin radiasiya-kimyəvi kəşfiyyat və dozimetrik nəzarət taqımının komandiri, leytenant Şahid1 03 dekabr 2024-cü il tarixli 3755 daxilolma nömrəli raportundan görünür ki, 03 dekabr 2024-cü il tarixdə bölmələr üzrə cavabdeh olarkən saat 20 radələrində əsgər yataqxanasının məişət otağında əsgər Zərərçəkmiş şəxs ilə əsgər Təqsirləndirilən şəxs dalaşmalarını aşkar etmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandanlığı tərəfindən təqdim olunmuş arayışdan görünür ki, N nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü, əsgər Təqsirləndirilən şəxs və həmin bölüyün rabitə taqımının rabitə manqasının telefonçu-xətt nəzarətçisi, əsgər Zərərçəkmiş şəxs arasında heç bir tabelik münasibətləri olmamışdır. İş materiallarında olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasından təqdim edilmiş 17 dekabr 2024-cü il tarixli 11941 nömrəli arayışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və hərbi xidmətə yararlı hesab edilmişdir. İş materiallarında olan “X2 Sistemi”ndən edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə heç bir məlumat yoxdur. İş materiallarında olan xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan qətimkan tədbiri seçilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq, zərər çəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurması özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxs və şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 332.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmiş olsa belə, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.8, 59.1.12-ci və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətdə təqsirini boynuna alaraq əməlindən səmimi peşman olmasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, zərər çəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsinin sanksiyasında bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinin müddəalarına görə təqsirləndirilən şəxsin ittiham olunduğu 332.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər təsnifatına aiddir. Məhkəmə, hərbi xidmət üzrə məhdudlaşdırma cəzasının müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından (CM-nin 50.4-cü maddəsi) Təqsirləndirilən şəxs bu cəzanın təyin olunmasını mümkün saymır. Qanunvericiliyin tələblərinə əsasən intizam xarakterli hərbi hissədə saxlama cəzası hərbi xidmətə çağırış üzrə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara, habelə kontrakt (bağlaşma) əsasında sıravi və gizir vəzifələrində hərbi xidmətdə olan hərbi qulluqçulara tətbiq edilə bilər (CM-nin 54-cü maddəsi) və məhkumun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmır (Cəzaların İcrası Məcəlləsi 153.1-ci maddəsi). Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda müddətli həqiqi hərbi xidmətdə olmasını nəzərə alır və ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama növündə və ən aşağı həddə cəza təyin edilməsini, qanuni, əsaslı və ədalətli hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edir. Təqsirləndirilən şəxs cəzaçəkməsinin başlanğıcı onun intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmiş, maddi sübut və ekspertiza xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384cü maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun intizam xarakterli hərbi hissəyə təhvil verildiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vasitəsilə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Hərbi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1-1(093)-99/2025
Bakı Hərbi Məhkəməsi Hökm — İş №1-1(093)-99/2025
28.04.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver