Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-21/2024 07.11.2024 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Zərərçəkmiş şəxs iştirakları ilə, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs – xx xxxx 2005-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə hərbi xidmətə çağırılmış, N saylı hərbi hissənin maddi texniki təminat bölüyünün avtomobil tağımının 2-ci avtomobil manqasının sürücüsü vəzifəsində, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər rütbəsində xidmət edən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, tabelilik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq qəsdən yüngül zərər vurmaya aid bədən xəsarəti yetirərək Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissəsinin maddi texniki təminat bölüyünün avtomobil tağımının 2-ci avtomobil manqasının sürücüsü vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət keçərkən, 22 iyul 2024-cü il tarixdə, saat 16:40-da avtomobil parkında bölüyə məxsus avtomobilləri möhürləyən zaman onunla birlikdə eyni vəzifədə və rütbədə xidmət edən və həmin vaxtı avtomobil park növbətçisinin “gün növbətçisi” xidmətində olan, aralarında tabelilik münasibətləri olmayan, əsgər Zərərçəkmiş şəxs tum yediyini görmüş və ona həmin tumu avtomobildən götürməsi ilə bağlı irad bildirdiyi üçün sonuncu onun bu iradına etiraz etdiyinə görə aralarında mübahisə yaranmışdır. Bu mübahisə zəmində o, əsəbləşib tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 42-ci, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrinin “hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaq, nalayiq hərəkətlər etməmək, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərmək” kimi tələblərini kobud şəkildə pozaraq sağ əli ilə sonuncunun sol gözaltı nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmaqla “Sol göz almasının ağıl qişasının qansızması və gözaltı nahiyənin sıyrığı” diaqnozu ilə müşayiət olunan ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, qəsdən yüngül zərər vurmaya aid bədən xəsarəti yetirərək sonuncuya qarşı zor tətbiq etmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 22 iyul 2024-cü il tarixdə N saylı hərbi hissənin avtomobil parkında yerləşən avtomobillərin möhürlənməsi, təmizlənməsini yerinə yetirərkən orada olan avtomobillərdən birinin içərisində tum olduğunu görsə də toxunmamışdır. Həmin avtomobili biraz təmizlədikdən sonra digər avtomobillərin təmizliyi üçün oradan uzaqlaşmış, lakin içərisində tum olan avtomobili möhürləmək üçün oraya gəldikdə avtomobilin içərində həmin paçka tumun olmadığını gördükdə ətrafa nəzər yetirərkən park “gün növbətçisi” olan əsgər Zərərçəkmiş şəxs tum yediyini görüb avtomobildə olan tumu onun götürdüyünü zənn edərək, bu barədə ona bildirdikdə ilk olaraq sonuncu inkar etməsinə baxmayaraq o, düzünü deməsi ilə bağlı israr etdikdə əsgər Zərərçəkmiş şəxs əsəbi şəkildə “mən götürmüşəm” deyə cavab verib ona yaxınlaşmışdır. Bu zaman əsgər Zərərçəkmiş şəxs onu əli ilə geriyə doğru itələdikdə sonuncunun ona haqsız yerə təmas etdiyini düşünüb, bundan əsəbləşərək sağ əli ilə onun sol göz nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafından başqa, cinayət iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 22 iyul 2024-cü il tarixdə, saat 18:00-dan 22 iyul 2024-cü il saat, 18:00-dək hərbi hissənin park “gün növbətçisi” xidmətinə təyin olunmuşdur. Belə ki, 22 iyul 2024-cü il tarixdə həmin xidmətdə olarkən saat 16:40-da onunla eyni vəzifədə və rütbədə müddətli həqiqi hərbi xidmət keçən, əsgər Təqsirləndirilən şəxs bölüyə məxsus avtomobilləri möhürləyən zaman avtomobildən kim tərəfindən tumun götürməsini səsləndikdə o, ad və soyadını xatırlamadığı digər əsgər yoldaşlarından aldığı tumu yeyərkən sonuncu onu görüb nə üçün özbaşına başqasının avtomobilindən tum götürdüyünü bildirmişdir. Bu zaman o, özbaşına belə hərəkət etmədiyini sadəcə yediyi tumun əsgər yoldaşları tərəfindən verildiyini vurğulasa da əsgər Təqsirləndirilən şəxs onunla dirəşdiyi üçün o, da acıqla “guya götürmüşəm, yaxşı etmişəm” kimi fikir səsləndirmişdir ki, qorxduğunu zənn etməsin. Bundan sonra, aralarında mübahisə yaranmış və sonuncu onu təhqir edərək üzərinə gəldiyi üçün əsgər Təqsirləndirilən şəxs geriyə itələməsinə baxmayaraq sonuncu bu hərəkətini davam etdirib sağ əli ilə onun sol gözaltı nahiyəsinə bir yumruq zərbəsi vurduqda o, əsəbləşib bunun qarşılığında sağ və sol əli ilə sonuncunun sol göz ağız və sağ gözaltı nahiyələrinə yumruq zərbəsi vurduqdan sonra bir-biri ilə tutaşmağa başlamışlar. Həmin vaxtı əsgər Təqsirləndirilən şəxs əli onun xidmətə çıxmağı ilə əlaqədar kəmərinin sol tərəfinə bərkitdiyi süngü-bıçağa toxunduğu üçün sol əlinin birinci barmağından xəsarət almışdır. Əlavə olaraq, Zərərçəkmiş şəxs məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisədən sonra ondan üzr istədiyi üçün barışmışlar, hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 22 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisənin birbaşa şahidi olmamış, lakin mübahisənin birbaşa şahidi olmasa da həmin gün ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bölüyə məxsus avtomobilləri möhürləyən zaman avtomobildən kim tərəfindən tumun götürməsini səsləndikdə əsgər Zərərçəkmiş şəxs tum yediyini görüb nə üçün özbaşına başqasının avtomobilindən tum götürdüyünü bildirmişdir. Bu zaman əsgər Zərərçəkmiş şəxs isə oğurlamadığını, sadəcə əsgər yoldaşlarından aldıqını bildirmişdir. Həmin vaxt, əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yalan danışdığını zənn etdiyi üçün aralarında mübahisə baş vermişdir. Bu mübahisə zəmində hər ikisi bir-biriinə qarşı zor tətbiq etmişdir. Buna görə də komandanlığa məlumat verilmişdir. Onların bir-birinə qarşı necə hansı şəkildə zor tətbiq etmələri barədə məlumatı olmamışdır. Məhkəmə iclasında, N saylı hərbi hissənin hərbi qulluqçuları, əsgər X3, əsgər Şahid3 və gizir Şahid2 Şahid1, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qeyd etdikləri ilə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2”-nin xx.xx.2024-cü il tarixli, 1401 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində “Sol göz almasının ağıl qişasının qansızması və gözaltı nahiyənin sıyrığı ilə müşayiət olunan hematoması” diaqnozu ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid olması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissənin komandanlığı tərəfindən verilmiş tabelilik arayışından görünür ki, əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etdiyi vaxtı aralarında tabelilik münasibətləri olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Müdafə Nazirliyinin Mərkəzi Hərbi Həkim poliklinikası tərəfindən verilmiş 02 avqust 2024-cü il tarixli, 7501 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı hesab edilmişdir. Cinayət işinin materiallarında olan, N saylı hərbi hissənin maddi texniki təminat bölüyünün komandiri vəzifəsini müvəqqəti icra edən, gizir Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, N saylı hərbi hissənin maddi texniki təminat bölüyünün 2-ci avtomobil tağımının sürücüsü, əsgər Təqsirləndirilən şəxs və həmin hərbi hissənin maddi texniki təminat bölüyünün 2-ci avtomobil tağımının sürücüsü, əsgər Zərərçəkmiş şəxs arasında qarşılıqlı münasibət qaydaları pozularaq bir-birlərinə xəsarət yetirmişlər. Cinayət işinin materiallarında olan, N saylı hərbi hissənin tibb məntəqəsinin növbətçi feldşeri, gizir Ağalı Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, N saylı hərbi hissənin maddi texniki təminat bölüyünün 2-ci avtomobil tağımının sürücüsü, əsgər Təqsirləndirilən şəxs “sol ağız bucağının küt tramvası, dodağın iç səthinin çapılmış yarası, sol əlin 1-ci barmağının distal falanqasının kəsilmiş yarası” diaqnozu ilə, həmin hərbi hissənin maddi texniki təminat bölüyünün 2-ci avtomobil tağımının sürücüsü, əsgər Zərərçəkmiş şəxs isə “sol almacıq nahiyəsinin küt tramvası, yumşaq toxumaların əziyi, almacıq nahiyəsinin çapılmış yarası, toxumalararası hematoma” diaqnozu ilə tibb məntəqəsinə müraciət etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş, zədələnmələr kitabından çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs “sol almacıq nahiyəsinin küt tramvası, yumşaq toxumaların əziyi, almacıq nahiyəsinin çapılmış yarası, toxumalararası hematoma” diaqnozu ilə xx.xx.2024-cü il tarixdə N saylı hərbi hissənin tibb məntəqəsinə müraciət etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N oktyabr 2023-cü il tarixli, 281 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatla daxil olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N oktyabr 2023-cü il tarixli, 291 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs maddi texniki təminat bölüyünün avtomobil tağımının, 2-ci avtomobil manqasının sürücüsü vəzifəsinə təyin edilmiişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Elektron prokurorluq informasiya sistemindən çıxarılmış məhkumluq məlumatlarına dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 25 sentyabr 2024-cü il tarixdə ibtitadi istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə “təqsirləndirilən şəxs” qismində cəlb edilmiş və həmin tarixdə barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, xidməti xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası ƏƏSM-nin yanında DSM-nin Sumqayıt şəhər şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə X1 verilmiş “00470” №-li vəsiqəsinin kserosurətindən görünür ki, İ qrup əlildir, “Vəsiqənin sahibi əlillər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdirlər”. Cinayət işinin materiallarına əlavə edilmiş xidməti xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən mənfi xarakterizə edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı, zərərəçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyləri, rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etməsini, üzr istəyərək barışmasını və buna nail olmasını yüngülləşdirən hallar kimi qəbul edir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə uyğun olaraq törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, habelə Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını da nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar iş üzrə müəyyən edilməmişdir. Məhkəmə, cəza təyin edərkən təqirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, azadlıqdan məhrum etmədən islah və tərbiyə olunmasının mümkünlüyünü, atasının İ qrup əlil olmasını, əvvəllər məhkum olmamasını, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını və digər yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tələblərinə uyğun olaraq ona sınaq müddəti təyin edilməklə həmin cəzanın şərti hesab edilməsini məqsədəuyğun hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu halda isə onun yaşadığı ərazi üzrə Sumqayıt şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət işi üzrə madi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 4 (dörd) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu halda isə onun yaşadığı ərazi üzrə Sumqayıt şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə 20 (iyirmi) gün müddətinə apellyasiya qaydasında şikayət və protest verilə bilər. İş üzrə sədrlik edən; Hakim : İslam Neymanov.
Məhkəmə qərarları › İş №1-1(096)-21/2024
Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-21/2024
07.11.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver