Məhkəmə qərarları › İş №1-1(096)-22/2024

Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-22/2024

28.11.2024 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-22/2024 28.11.2024 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi- Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs – 0N avqust N005-ci il tarixdə Qazax rayonu, Birinci Şıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon Şöbəsi tərəfindən xx.xx.N0N3-cü il tarixdə hərbi xidmətə çağırılmış, N saylı hərbi hissənin 4-cü sərhəd komendantlığının, NN-ci sərhəd zastavasının təminat manqasının sanitar təlimatçısı vəzifəsində xidmət edən, Qazax rayonu, Birinci Şıxlı kəndində qeydiyyatda olan, barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tabelilik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissəin NN-ci sərhəd zastavasının təminat manqasının sanitar təlimatçısı vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət keçdiyi zaman, 06 sentyabr N0N4-cü il tarixdə zastava rəisi, baş leytenant Şahid1 qərarına əsasən saat 06:00-dan 18:00-dək “təsərrüfat işçisi” xidmətinə təyin edilmiş, xidmətdə olan zaman saat 10:00 radələrində həmin vaxt “Aşpaz” xidmətinə təyin olunmuş, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs ona yaxınlaşaraq yeməkxana ərazisində təmizlik aparmasını xahiş etmiş, əsgər Təqsirləndirilən şəxs təmizlik işləri görməyərək xidməti vəzifələrinə laqeyd yanaşmasına görə aralarında mübahisə başlamış, yeməkxananın ərazisində mübahisə zəminində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin N, 5, 38 və 138-ci maddələrinin, habelə İntizam Nizamnaməsinin 1 və 3cü maddələrinin «hərbi qulluqçuların bir-birinə münasibətdə nəzakətli və təmkinli olmalı, nalayiq hərəkətlər etməməli, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərməlidir» tələblərini kobud şəkildə pozaraq sağ əli ilə aralarında tabelilik münasibətləri olmayan, əsgər Zərərçəkmiş şəxs boğazından tutub onu divara itələmiş və hər iki yumruğu ilə sonuncunun baş-sifət nahiyəsinə çoxsaylı yumruq zərbələri ilə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “burun sümüyünün distal ucunun kənari yerdəyişən sınığı” diaqnozu ilə müşayiət olunan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarət yetirməklə sonuncuya qarşı fiziki zor tətbiq etmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 06 sentyabr N0N4-cü il tarixdə, səhər saat 06:00-dan axşam saat 18:00-dək NN-ci sərhəd zastavasında zastava rəisi, baş leytenant Şahid1 göstərişi ilə “Təsərrüfat işçisi” xidmətinə təyin olunmuşdur. Həmin vaxt mətbəxdə səliqə-səhman olmadığı üçün “aşpaz” xidmətində olan əsgər Zərərçəkmiş şəxs təmizlik işlərinin görülməsini xahiş etmiş, təmizlik edilməyəcəyi təqdirdə zastavanın təminat manqa komandiri, baş çavuş ŞahidN onlara irad tutacağını bildirmişdir. O, aşpaz Zərərçəkmiş şəxs narahat olmamasını bildirərək yuyunma otağına getmiş, oradan qayıtdıqdan sonra baş çavuş ŞahidN onu zastavada olan isitmə sistemlərinin-kombi radiatorun havasını çıxarmaq üçün köməklik etməyi xahiş etmişdir. Bir neçə dəqiqə keçdikdən sonra əsgər Zərərçəkmiş şəxs onu çağırmaq üçün qurutma otağına gəlmiş, o isə tez bir zamanda yeməkxanaya gəlib təmizlik işlərini görəcəyimi demişdir. Bir neçə dəqiqədən sonra baş çavuş ŞahidN qurutma otağından çıxmış, özü isə qurutma otağında kombi radiatorunun yerini bərkitməklə məşğul olmuşdur. Sonra əsgər Zərərçəkmiş şəxs yenidən qurutma otağına gələrək “cənab gizir mətbəxi pis vəziyyətdə görüb sənə görə mənə irad tutdu, sən demişdin ki, sənə görə mənə söz gəlməyəcək, niyə cənab gizir sənə heçnə demədi, amma mənə dedi?” sözlərini deyərək narazılığını bildirmişdir. O, isə cavab olaraq həmin müddətdə gizir Hillal Həsənbəyliyə kömək etdiyini demişdir. Bundan təxminən 5-10 dəqiqədən sonra mətbəxə daxil olaraq əsgər Zərərçəkmiş şəxs çölə çıxmağını xahiş etmiş, mətbəxdən çölə çıxarkən sonuncuya yüksək səslə gizir ŞahidN köməklik etdiyini və nəyə görə tez-tez onu çağırmağının səbəbini soruşmuşdur. Bu zaman aralarında mübahisə başlamışdır. Həmin mübahisə əsnasında baş çavuş ŞahidN onların yüksək səslə mübahsiə etdiklərini eşidib yanına çağırmışdır. Onlar birlikdə mətbəxə girəndən sonra əsgər Zərərçəkmiş şəxs aqressiv danışıq tonuna əsəbiləşərək, sonuncuya nəyə görə kobud danışmasının səbəbini soruşmuş, əsgər Zərərçəkmiş şəxs isə cavabında onun özünün kobud danışdığını, yeməkxananı təmizləməli olduğu halda kombi radiatorunu təmizlədiyini deyərək narazıçılığını bildirmişdir. Daha sonra o, əsgər Zərərçəkmiş şəxs aqressiv danışıq tərzinə əsəbləşib sağ əli ilə sonuncunun boğazından tutub onu divara itələmiş və hər iki əlini yumruq vəziyyətinə gətirərək əsgər Zərərçəkmiş şəxs baş-sifət nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuşdur. Həmin vaxt, sonuncu özünü qorumaqdan ötrü hər iki əli ilə başını tutmuş, o isə sağ əli ilə sonuncunun sol gözündən yumruq zərbəsi vurduqda əsgər Zərərçəkmiş şəxs arxası üstə yerə yıxılmışdır. Bu zaman səs-küyə gələn baş çavuş ŞahidN və “Zastava növbətçisi” xidmətində olan, kiçik çavuş Şahid3 onları ayırmışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün etirafından başqa, cinayət iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 06 sentyabr N0N4-cü il tarixdə, səhər saat 06:00-dan axşam saat 18:00-dək NN-ci sərhəd zastavasında “Aşpaz” xidmətinə təyin olunmuşdur. Səhər təxminən saat 06 radələrində “Aşpaz” xidmətində olan əsgər Eltun Əbdülrəhmanlıdan xidməti təhvil alıb nahar yeməyi bişirməyə başlamışdır. Yemək bişirdiyi ərəfədə saat 10 radələrində, mətbəxdə səliqə-səhman olmadığı üçün o, həmin vaxt mətbəxdə yanında olan “Təsərrüfat işçisi” xidmətinə təyin olunmuş, əsgər Təqsirləndirilən şəxs mətbəxdə təmizlik işlərinin görülməsini xahiş etmiş, əks halda təminat manqa komandiri, baş çavuş ŞahidN natəmizliyə görə irad tutacağını bildirmişdir. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs isə ona narahat olmamasını bildirərək yuyunma otağına getmişdir. Bir neçə dəqiqə keçdikdən sonra əsgər Təqsirləndirilən şəxs qayıtmadığı üçün sonuncunu axtarmağa getmişdir. Həmin vaxt qurutma otağında Təqsirləndirilən şəxs baş çavuş ŞahidN kombi radiatorun havasını çıxarmağa köməklik etdiyini görmüş, çağırmış, əsgər Təqsirləndirilən şəxs isə tez bir zamanda gələcəyini bildirdikdən sonra heç nə demədən mətbəxə qayıdıb işlərinə davam etmişdir. Bir neçə dəqiqədən sonra baş çavuş ŞahidN mətbəxə girib orada natəmizliyin olmasına irad bildirmişdir. Daha sonra o, qurutma otağına əsgər Təqsirləndirilən şəxs çağırmağa getmişdir. Qurutma otağında əsgər Təqsirləndirilən şəxs “cənab gizir mətbəxi pis gündə görüb sənə görə mənə irad tutdu, sən demişdin ki, sənə görə mənə söz gəlməyəcək, niyə cənab gizir sənə heçnə demədi, amma mənə dedi?” deyib narazılığını bildirmişdir. Əsgər Təqsirləndirilən şəxs isə cavab olaraq baş çavuş ŞahidN köməklik etdiyini demişdir. Bir neçə dəqiqədən sonra əsgər Təqsirləndirilən şəxs mətbəxə daxil olub ona çölə çıxmasını bildirmiş, mətbəxdən çölə çıxdıqdan sonra əsgər Təqsirləndirilən şəxs ona yüksək səslə baş çavuş ŞahidN köməklik etdiyini, nəyə görə teztez onu çağırdığını soruşmuşdur. Bu zaman aralarında mübahisə başlamış, mübahisə zamanı baş çavuş ŞahidN onların yüksək səslə danışdıqlarını eşidərək yanına çağırmışdır. Onlar mətbəxə girdikdən sonra əsgər Təqsirləndirilən şəxs niyə kobud danışmağını ondan soruşmuş, o isə kobudluq etmədiyini demiş və həmin vaxt mübahisə zəminində əsgər Təqsirləndirilən şəxs sağ əli ilə onun boğazından tutub divara dirəmiş və hər iki əlini yumruq vəziyyətinə gətirərək baş-sifət nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vurmuş, yumruğu başının sol tərəfinə dəyəndən sonra o, hər iki əli ilə başını tutmuşdur. Həmin vaxt əsgər Təqsirləndirilən şəxs sol gözündən yumruqla vurmuş və o, zərbə nəticəsində arxası üstə yerə yıxılmışdır. Bu zaman səs-küyə gələn baş çavuş ŞahidN ilə “Zastava növbətçisi”, kiçik çavuş Şahid3 onları bir-birindən kənarlaşdırmışdır. Bundan sonra bu barədə yuxarı komandanlığa müraciət olunmuş və araşdırma başlanılmışdır. Əlavə olaraq, Zərərçəkmiş şəxs məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisədən sonra ondan üzr istədiyi üçün barışmışlar, hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə cəza təyin edərkən məhkəmədən mərhəmətli olmasını xahiş etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 06 sentyabr N0N4-cü il tarixdə, səhər saat 08 radələrində zastava üzrə cavabdehliyi baş çavuş ŞahidN təhvil verib istirahət etməyə getmişdir. Həmin gün təxminən saat 10 radələrində baş çavuş ŞahidN ona zəng edərək əsgər Zərərçəkmiş şəxslə əsgər Təqsirləndirilən şəxs mübahisə etdiyini bildirmiş. Həmin mübahisə zamanı əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yumruq zərbəsi vurduğunu və zərbə nəticəsində sonuncunun sol gözünün altında göyərmənin əmələ gəldiyini məruzə etmişdir. O, baş verənləri aydınlaşdırarkən adları qeyd olunan şəxslər hadisəni məruzə etmiş, hərbi qulluqçulardan hansı səbəbdən mübahisə etdiklərini soruşmuşdur. Söhbət zamanı əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs yumruq zərbəsi vurduğunu və həmin xəsarəti sonuncuya yetirdiyini təsdiq etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş ŞahidN və Şahid3 da Şahid1lə oxşar məzmunlu ifadələr verərək baş verənləri təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş, Məhkəmə-tibbi ekspertizasının xx.xx.N0N4-cü il tarixli, 1697 nömrəli ekspert rəyindən görünür ki, N005-ci il təvəllüdlü əsgər Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədəni üzərində - burun sümüyünün distal ucunun kənari yerdəyişən sınığı, bərk küt əşyanın bilavasitə yerli təsirindən törənmişlər, şəxsin özünün göstərdiyi müddətdə (xx.xx.N0N4) və şəraitdə əmələ gəlmələri inkar olunmur. Dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissənin tibb bölmə rəisi, tibb xidməti baş leytenantı Ruslan Ağayev tərəfindən tərtib edilmiş xx.xx.N0N4-cü il tarixli raportdan görünür ki, 4-cü sərhəd komendantlığının NN-ci sərhəd zastavasının hərbi qulluqçusu, əsgər Zərərçəkmiş şəxs “sol gözün qançırı” diaqnozu ilə tibb məntəqəsinə müraciət etdiyi üçün, baş vermiş zədə halı ilə bağlı araşdırma aparılması üçün N saylı hərbi hissə komandiri qarşısında vəsatət qaldırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissənin “zədələnmələrin qeydiyyatı” kitabından çıxarışından görünür ki, Zərərçəkmiş şəxs tibb məntəqəsinə sol gözün qançırı diaqnozu ilə müraciət etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N3 avqust N0N3-cü il tarixli, 0194 №-li nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs N008 saylı hərbi hissədən gəldiyinə görə həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara daxil edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N dekabr N0N3-cü il tarixli, 0N84 №-li nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs N01N saylı hərbi hissədən gəldiyinə görə həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş və bütün növ təminatlara daxil edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N003 №-li hərbi hissə komandirinin 03/04 avqust N0N4-cü il tarixli 0174 №-li təşkilat-səfərbərlik üzrə əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs NN-ci sərhəd zastavasının təminat manqasının baş aşpazı vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin 03/04 avqust N0N4-cü il tarixli, 0174 №-li təşkilat-səfərbərlik üzrə əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs NN-ci sərhəd zastavasının təminat manqasının sanitar təlimatçısı vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissəsinin NN-ci sərhəd zastavasının “Sərhədin mühafizəsi kitabı”ndan çıxarışından görünür ki, xx.xx.N0N4-cü il tarixdə saat 06:00-dən 18:00-dək əsgər Zərərçəkmiş şəxs “aşpaz” xidmətinə, əsgər Təqsirləndirilən şəxs isə “təsərrüfat işçisi” xidmətinə təyin olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissənin “peşəkar hazırlığı bölməsi” tərəfindən verilmiş arayışdan görünür ki, N saylı hərbi hissənin hərbi qulluqçuları əsgər Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında xx.xx.N0N4-cü il tarixdə baş vermiş mübahisə zamanı Daxili Xidmət Nizamnaməsinin tələblərinə əsasən heç bir tabelilik münasibətləri olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyasının xx.xx.N0N4-cü il tarixli, 1910 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.N0N4-cü il tarixdə DSX-nin HHK-da şəhadətləndirilmiş və hərbi xidmətə yararlı olması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Cəlilabad Rayon Polis XN Bölməsinin xx.xx.N0N4-cü il tarixli, 3-3-71-1/N-3886/N0N4 saylı tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 05 noyabr N0N4-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsi ilə “təqsirləndirilən şəxs” qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hisssənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hisssənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Zərərçəkmiş şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xasiyyətləndirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyi, rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59.N-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxs X1 törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xarakterizə olunmasını, və Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını da nəzərə alır. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə razılıq əldə etməyə cəhd etməsini, üzr istəyərək barışmasını və buna nail olmasını yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza təyin edərkən təqirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, azadlıqdan məhrum etmədən islah və tərbiyə olunmasının mümkünlüyünü, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını və digər yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CMnin 70-ci maddəsinin tələblərinə uyğun olaraq ona sınaq müddəti təyin edilməklə həmin cəzanın şərti hesab edilməsini məqsədəuyğun hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu halda isə onun yaşadığı ərazi üzrə Qazax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu halda isə onun yaşadığı ərazi üzrə Qazax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə N0 (iyirmi) gün müddətinə apellyasiya qaydasında şikayət və protest verilə bilər. İş üzrə sədrlik edən; Hakim : İslam Neymanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar