Məhkəmə qərarları › İş №1-1(096)-23/2025

Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-23/2025

14.11.2025 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-23/2025 14.11.2025 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Cəlilabad Hərbi Məhkəməsinin hakimi Neymanov İslam Əkrəm oğlunun sədrliyi ilə, Əliyev Asif Xəlil oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası hərbi prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi- Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs – xx xxxx N07-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, SHXŞDX-nin Salyan rayon şöbəsi tərəfindən xx.xx.NN5-ci il tarixdə müddətli həqiqi hərbi xidmət çağırılmış, N saylı hərbi hissənin N-ci təlim bölüyünün, N-ci mühafizə taqımının müdavimi vəzifəsində xidmət etmiş, hazırda N saylı hərbi hissənin 7-ci sərhəd zastavasının qumbaraatan köməkçisi vəzifəsində xidmət edən, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olan, barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozaraq zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissəsinin N-ci təlim bölüyünün, N-ci taqımının müdavimi vəzifəsində, əsgər hərbi rütbəsində müddətli həqiqi hərbi xidmət keçərkən, 08 may NN5-ci il tarixdə, saat 13:N5-də hərbi hissənin əsgər yeməkxanasında nahar yeməyi zamanı həmin hərbi hissənin N-ci təlim bölüyünün, N-ci taqımının müdavimi, əsgər Zərərçəkmiş şəxs əsgər Əlirza Feyziyevdən nahar etməməsinin səbəbini soruşduğunu görüb “kiminsə qeydinə qalmaq sənlik deyil” deyə bildirmiş və bu zaman aralarında mübahisə yaranmışdır. Həmin mübahisə zəminində o, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını, yəni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 38, 4N-ci, İntizam Nizamnaməsinin 1-ci və 3-cü maddələrinin “hərbi qulluqçuların bir-birinə münasibətdə həmişə nəzakətli və təmkinli olmaq, nalayiq hərəkətlər etməmək, həmişə yüksək mədəniyyət, təvazökarlıq və təmkin nümunəsi göstərmək” kimi tələblərini kobud şəkildə pozub, əlində olan dəmir yemək qaşığı ilə əsgər Zərərçəkmiş şəxs başının sağ hissəsindən bir dəfə zərbə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid “Başın sağ gicgah nahiyyəsinin əzilmiş yarası” xəsarətini yetirməklə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 08 may NN5-ci il tarixdə, saat 13:N5 radələlərində N saylı hərbi hissənin əsgər yeməkxanasında girişin sol istiqamətində yerləşən 1-ci cərgənin, N-ci sırasındakı masada altı nəfər əyləşib nahar yeməyi yeyərkən, həmin masanın 1-ci cərgəsinin, N-ci sırasında əyləşən əsgər Zərərçəkmiş şəxs əsgər Əlirza Feyziyevə “niyə yemək yemirsən” deyə bildirdikdə o, sonuncuya “sənlik deyil sən yeməyini ye, onun qeydinə qalan var” deyə bildirmişdir. Bu zaman aralarında sözlü mübahisə yaranmış və o əsəblərinə hakim ola bilməyib nalayiq ifadə işlətdikdə əsgər Zərərçəkmiş şəxs masadan qalxıb ənsə nahiyəsinə bir şillə zərbəsi vurub yerinə əyləşmişdir. Bundan təxminən bir dəqiqə ara sakitləşməsinə baxmayaraq sonuncu tərəfindən onun ənsə nahiyəsinə şillə ilə vurulmasını özünə təhqir kimi qəbul edib yemək yediyi qaşıqla əsgər Zərərçəkmiş şəxs başının sağ nahiyəsinə bir zərbə vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs oğlunun cinayət əməli özünün etirafından başqa, cinayət iş üzrə toplanmış aşağıdakı təkzibedilməz sübutlarla da tam təsdiq olunmuşdur. Məhkəmə iclasında, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 08 may NN5-ci il tarixdə, saat 13:N5 radələlərində o, N saylı hərbi hissənin əsgər yeməkxanasında girişin sol istiqamətində yerləşən 1-ci cərgənin, N-ci sırasındakı masada altı nəfər əyləşib nahar yeməyi yeyən zaman 1-ci cərgənin, 1-ci sırasındakı əsgər Əlirza Feyziyevin yemək yemədiyini görüb “niyə yemək yemirsən” deyən zaman, əsgər Təqsirləndirilən şəxs “sənlik deyil sən yeməyini ye, onun qeydinə qalan var” dediyi üçün aralarında sözlü mübahisə yaranmışdır. Onunla eyni masada əyləşən əsgər Şahid3 ilə əsgər ŞahidN onları sakitləşdirdiklərinə görə əyləşib yemək yeməyə davam etmələrinə baxmayaraq təxminən bir neçə dəqiqə sonra əsgər Təqsirləndirilən şəxs ona “yuxarı çıxaq” deyərək ona nalayiq ifadələr işlətmişdir. Bu zaman o, əsgər Təqsirləndirilən şəxs işlətdiyi nalayiq ifadəni qəbul etməyərək oturacaqdan qalxaraq sonuncunun başının ənsə nahiyyəsindən sağ əli ilə bir dəfə şillə zərbəsi vurduğuna görə əsgər Təqsirləndirilən şəxs təxminən 1-N dəqiqədən sonra öz qabındakı qaşığı götürüb onun başının sağ nahiyəsindən bir dəfə zərbə vuraraq xəsarət yetirmişdir. Əlavə olaraq, Zərərçəkmiş şəxs məhkəməyə bildirmişdir ki, Təqsirləndirilən şəxs hadisədən sonra ondan üzr istədiyi üçün barışmışlar, hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə mərhəmətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 08 may NN5-ci il tarixdə, saat 13:N5 radələrində o, N saylı hərbi hissənin əsgər yeməkxanasında nahar yeməyi zamanı girişin sol istiqamətində yerləşən 1-ci cərgənin, Nci sırasındakı masada altı nəfər əyləşib nahar yeməyi yeyən zaman onunla bir masada əyləşən əsgər Zərərçəkmiş şəxs qabaqlarındakı, yəni 1-ci cərgə, 1-ci sıradakı masada əyləşən əsgər Əlirza Feyziyevə “niyə yemək yemirsən” dedikdə əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs “sənlik deyil sən çön qabağına yeməyini ye” deyə bildirmişdir. Əsgər Zərərçəkmiş şəxs əsgər Təqsirləndirilən şəxs “sənin adın Əlirza deyil, mən onunla danışıram” demişdir. Daha sonra o və əsgər ŞahidN hər ikisini sakitləşdirmiş və yemək yeməyə davam etmişlər. Bundan təxminən bir dəqiqə sonra əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs nalayiq ifadə işlətmişdir. Bu vaxt əsgər Zərərçəkmiş şəxs ayağa qalxaraq əsgər Təqsirləndirilən şəxs başının ənsə nahiyyəsindən sağ ilə bir dəfə şillə zərbəsi vurub əyləşib yemək yeməyə davam etdikdən təxminən 3-4 dəqiqə sonra əsgər Təqsirləndirilən şəxs qəfil əsgər Zərərçəkmiş şəxs arxasından yemək yediyi xörək qaşığının künc hissəsi ilə başının sağ nahiyəsindən zərbə vuraraq zor tətbiq etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilmiş N saylı hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgər ŞahidN və əsgər Şahid1 da Şahid3 ilə oxşar məzmunda ifadələr verərək baş verənləri təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1”nin xx.xx.NN5-ci il tarixli, 393 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində “başın sağ gicgah nahiyənin əzilmiş yarası” diaqnozu ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarət vardır və həmin xəsarət 08 may NN5-ci il tarixə uyğun gəlir. Cinayət işinin materiallarına əlavə edilmiş, Dövlət Sərhəd Xidməti Hərbi Hospitalı tərəfindən verilmiş 1865 nömrəli arayışından görünür ki, əsgər Təqsirləndirilən şəxs hərbi xidmətə yararlı hesab edilmişdir. Cinayət işinin materiallarında olan, N saylı hərbi hissə komandirinin arayışından görünür ki, əsgər Təqsirləndirilən şəxs əsgər Zərərçəkmiş şəxs qarşı zor tətbiq etdiyi vaxtı aralarında tabelik münasibətləri olmamışdır. Cinayət işinin materiallarında olan, N saylı hərbi hissənin tibb bölməsinin rəisi, tibb xidməti kapitanı Vasif Abbasov tərəfindən tərtib edilmiş xx.xx.NN5-ci il tarixli raportundan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.NN5-ci il tarixdə tibb məntəqəsinə “başın tüklü hissəsinin çapılmış yarası” diaqnozu ilə müraciət etmişdir. Cinayət işinin materiallarında olan, “Tramvaların qeydiyyatı kitabından” Çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs xx.xx.NN5-ci il tarixdə tibb məntəqəsinə “başın tüklü hissəsinin çapılmış yarası” diaqnozu ilə müraciət etmiş və deməsinə görə əsgər Təqsirləndirilən şəxs tərəfindən başına qaşıqla xəsarət yetirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N aprel NN5-ci il tarixli, 093 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Zərərçəkmiş şəxs xx.xx.NN5-ci il tarixdən müvafiq təlim bölüyündə müdavim vəzifəsinə təyin olunmuşdur və şəxsi heyətin siyahısına bütün növ təminatla daxil olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N aprel NN5-ci il tarixli, 094 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.NN5-ci il tarixdən müvafiq təlim bölüyündə müdavim vəzifəsinə təyin olunmuşdur və şəxsi heyətin siyahısına bütün növ təminatla daxil olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N iyun NN5-ci il tarixli, 0155 nömrəli əmrindən çıxarışdan görünür ki, əsgər Təqsirləndirilən şəxs xx.xx.NN5-ci il tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatla çıxarılaraq N saylı hərbi hissəyə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N iyun NN5-ci il tarixli, 0134 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.NN5-ci il tarixdən şəxsi heyətin siyahısına bütün növ təminatla daxil edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hissə komandirinin N avqust NN5-ci il tarixli, 0194 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissənin 7-ci sərhəd zastavasının qumbaraatan köməkçisi vəzifəsinə təyin edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, Elektron prokurorluq informasiya sistemindən çıxarılmış məhkumluq məlumatlarına dair çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan sənədlərdən görünür ki, 03 oktyabr NN5-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən N saylı hərbi hissəsinin sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsi ilə “təqsirləndirilən şəxs” qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş və onun barəsində “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hisssənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Təqsirləndirilən şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən mənfi xasiyyətləndirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş, N saylı hərbi hisssənin komandanlığı tərəfindən verilmiş xidməti xasiyyətnamədən görünür ki, əsgər Zərərçəkmiş şəxs xidmət etdiyi hərbi hissənin komandanlığı tərəfindən müsbət xasiyyətləndirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33N.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici məzmunlu ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertiza rəyi, arayışlar, rəsmi sənədlər, həmçinin iş üzrə toplanmış digər obyektiv sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə razılıq əldə etməyə cəhd etməsini, üzr istəyərək barışmasını və buna nail olmasını yüngülləşdirən hallar kimi qəbul edir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Azərbaycan Respublikası CM-nin 59.N-ci maddəsinə uyğun olaraq törətdiyi əməli səmimi etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, habelə Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını da nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, cəza təyin edərkən təqirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, azadlıqdan məhrum etmədən islah və tərbiyə olunmasının mümkünlüyünü, əvvəllər məhkum olmamasını, törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmamasını və digər yüngülləşdirici halların məcmusunu nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş intizam xarakterli hərbi hissədə saxlama cəzasının təyin edilməsini, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tələblərinə uyğun olaraq ona sınaq müddəti təyin edilməklə həmin cəzanın şərti hesab edilməsini məqsədəuyğun hesab edir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu halda isə onun yaşadığı ərazi üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cinayət işi üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası CPM-nin 344, 353, 356, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hərbi məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 33N.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 6 (altı) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəza 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində seçilmiş “komandanlığın müşahidəsi altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası onun faktiki xidmət etdiyi N saylı hərbi hissənin komandanlığına, hərbi xidmətdən tərxis olunduğu halda isə onun yaşadığı ərazi üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən Cəlilabad Hərbi Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə N (iyirmi) gün müddətinə apellyasiya qaydasında şikayət və protest verilə bilər. Hakim : İslam Neymanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar