Məhkəmə qərarları › İş №1-1(096)-5/2023

Cəlilabad Hərbi Məhkəməsi Hökm — İş №1-1(096)-5/2023

31.05.2023 · Hərbi məhkəmələr üzrə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Cəlilabad rayonu İş № 1-1(096)-5/2023 31.05.2023 CƏLİLABAD HƏRBİ MƏHKƏMƏSİ Əhmədov Vüqar İkram oğlunun sədrliyi, Allahverdiyev Elçin Sərhəng oğlunun katibliyi, dövlət ittihamçısı: Azərbaycan Respublikası Hərbi X3 Müdafiəsi üzrə Şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı iştirakı ilə, xx xxx N001-ci ildə Sabirabad rayonu, Axtaçımuğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Axtaçımuğan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, N nömrəli hərbi hissənin hərbi qulluqçusu, gizir, əsgəri, barəsində «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, hərbi məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ağayev XN Nazirliyinin Hacıqabul rayonu ərazisində yerləşən N nömrəli hərbi hissəsinin təmir və reqlament işləri bölüyünün sursat təmiri və reqlament işləri taqımının komandiri vəzifəsində, gizir hərbi rütbəsində həqiqi hərbi xidmət etdiyi dövrdə N nömrəli hərbi hissə komandirinin N fevral N0N3-cü il tarixli 38 nömrəli əmri ilə 35 gün müddətinə Sabirabad rayonunda keçirmək şərtilə məzuniyyətə buraxılmış, N mart N0N3-cü il tarixdə məzuniyyət müddəti başa çatmasına baxmayaraq, xidmət yeri olan N nömrəli hərbi hissəyə qayıtmalı olduğu halda qayıtmamış, xx.xx.N0N3-cü il tarixdə təqsirini boynuna alaraq Lənkəran Hərbi Prokurorluğuna könüllü olaraq gəlmiş, üzürlü səbəblər olmadan ümumilikdə on gündən artıq, lakin bir aydan çox olmayaraq xidmət yerinə vaxtında qayıtmamışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək öz ifadəsində göstərdi ki, o N fevral N0N3-cü il tarixdə hərbi hissə komandirinin əmrinə əsasən 35 gün müddətinə məzuniyyətə buraxılmış, N mart N0N3-cü il tarixdə xidmət yerimə qayıtmalı olsa da, lakin bir ay xidmət yerinə özbaşına qayıtmamış, 14 aprel N0N3-cü il tarixdə könüllü olaraq hərbi prokurorluğa gəlmiş və sonra hərbi hissəyə qayıtmışdlır. Belə hərəkət etməsinə səbəb uşağının xəstə olması, onu həkimə aparması, həmçinin hərbi hissədə şəxsi heyətlə işləməkdə çətinlik çəkməsi olmuşdur. Hərbi hissədə onu döyən, incidən, təhqir edən olmamışdır. Təqsirləndirilən şəxs daha sonra öz əməlindən səmimi peşman olduğunu bildirərək ona güzəşt edilib yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilən N nömrəli hərbi hissənin ideoloji iş və mənəvi psixoloji təminat bölməsinin rəisi, mayor Şahid1 öz ifadəsində göstərdi ki, gizir Təqsirləndirilən şəxs məzuniyyətə buraxılmış, N mart N0N3-cü il tarixdə hərbi hissə qayıtmalı olduğu halda məzuniyyətdən geri qayıtmamış, telefon zənglərinə cavab verməmişdir. Həmin gün baş gizir Şahid3lə onun yaşadığı ünvana getmiş, onun yaşadığı evi tapdıqdan sonra evlərinin qarşısında onu çağırsalar da heç kim cavab verməmişdir. Geri qayıdan zaman onun maşını ilə rastlaşmışlar. Maşınını sonuncunun qardaşı idarə etmişdir. Qardaşı onun kənddə çayxanada olduğunu dediyinə görə həmin yerə getmişlər. Şahid3 gedib çayxanaya baxdıqdan sonra gəlib onun orada olmadığını demişdir. Onlar artıq geri qayıtmaq istədikləri zaman Seyidzəkəriyyənin qardaşı oraya gəlib çayxanaya girmiş, bundan sonra Təqsirləndirilən şəxs çayxanadan çıxaraq maşına əyləşib onların yanından maşını sürərək çıxıb getmişdir. Sonra həmin kənddə onun qaynatasının ünvanını tapıb qaynatası ilə görüşmüşlər. Ona vəziyyəti başa salmışlar. Sonuncu Seyidzəkəriyyənin xidmət yerinə qayıtmasına köməklik edəcəyini bildirmişdir. Bundan iki gün sonra bir də ŞahidNla onun yaşadığı ünvana getmişdir. Seyidzəkəriyyə həyətdə olsa da onların çağırışlarına cavab verməmiş, sonra onun qaynatası ilə görüşmüşlər. O, Seyidzəkəriyyə ilə söhbət etdiyini, lakin onun hərbi hissəyə qayıtmaq istəmədiyini bildirmişdir. Onlar onun qaynatası ilə söhbət edərkən Seyidzəkəriyyə bu dəfə də maşını ilə onların yanından sürətlə keçib getmiş, sonra əlaqələri olmamışdır. Hərbi hissədə Təqsirləndirilən şəxs döyən, incidən olmamışdır. S.X4 iştirakçısı, döyüş görən hərbiçi kimi həmişə onun nəzərində olan hərbi qulluqçu olmuşdur. Təqsirləndirilən şəxs xidmət yerinə qayıdandan sonra ona hərəkətlərini üzürlü saymasını deyərək bunun hörmətsizlik kimi çıxmamasını xahiş etmişdir. O, şəxsi heyətlə işləmək istəmədiyini, ön xəttdə xidmət etmək istədiyini demiş, bu barədə müraciət də etmişdir, sonuncunun onunla incikliyi olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilən N nömrəli hərbi hissənin N-ci mühafizə bölüyünün N-ci tağımının komandiri, baş gizir Şahid3 öz ifadəsində göstərdi ki, gizir Təqsirləndirilən şəxs məzuniyyətə buraxılmış, N mart N0N3-cü il tarixdə hərbi hissəyə qayıtmalı olduğu halda qayıtmamışdır. Komandanlıq tərəfindən onun arxasınca getmək barədə qərar qəbul olunmuş, həmin gün mayor Şahid1la onun yaşadığı ünvana getmişdir. Yaşadığı evi tapdıqdan sonra evlərinin qarşısında onu çağırmışlar. Bir xanım çıxıb onun evdə olmadığını demiş, geri qayıtdıqları zaman Təqsirləndirilən şəxs maşını ilə rastlaşmışlar. Onun maşınını qardaşı idarə etmişdir. Qardaşı onun kənddə, çayxanada olduğunu demişdir. Onlar həmin yerə getdikdən sonra o gedib çayxanaya baxmış, lakin Təqsirləndirilən şəxs görməmişdir. Onlar artıq geri qayıtmaq istəyərkən Təqsirləndirilən şəxs qardaşı oraya gəlib çayxanaya girmişdir. Bundan sonra Təqsirləndirilən şəxs çayxanadan çıxaraq maşına əyləşib onların yanından maşını sürərək çıxıb getmişdir. Sonra həmin kənddə onun qaynatasının ünvanını tapıb qaynatası ilə görüşmüş, ona vəziyyəti başa salmışlar. O, Seyidzəkəriyyənin xidmət yerinə qayıtmasına çalışacağını bildirmişdir. Hərbi hissədə Təqsirləndirilən şəxs döyən, incidən, təhqir edən olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilən N nömrəli hərbi hissənin 1-ci mühafizə bölüyünün 1-ci tağımının N-ci manqasının əsgəri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu ŞahidN öz ifadəsində göstərdi ki, gizir Təqsirləndirilən şəxs məzuniyyətə buraxılmış, N mart N0N3-cü il tarixdə hərbi hissəyə qayıtmalı olsa da məzuniyyətdən geri qayıtmamış, bundan iki gün sonra o mayor Şahid1la onun yaşadığı ünvana getmişdir. Təqsirləndirilən şəxs həyətdə olsa da onların çağırışlarına cavab verməyərək gizlənmiş, sonra o Təqsirləndirilən şəxs telefonuna zəng etmiş, sonuncu telefona cavab verərək ona mayor Şahid1 da götürüb oradan getmələrini demiş, buna görə də geri qayıtmışlar. Təqsirləndirilən şəxslə mayor Kərimov arasında pis münasibət, düşmənçilik olmamış, onu hərbi hissədə döyən, incidən olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.N0N3-cü il tarixli raportdan görünür ki, təmir və reqlament işləri bölüyünün sursat təmiri və reqlament işləri taqımının komandiri, gizir Təqsirləndirilən şəxs N fevral N0N3-cü il tarixdə 35 gün müddətinə məzuniyyətə Sabirabad rayonunda keçirmək şərtilə getmiş və xx.xx.N0N3-cü il tarixdə növbəti məzuniyyətdən qayıtmalı olduğu halda xidmət yerinə gəlməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandanlığı tərəfindən verilmiş xx.xx.N0N3-cü il tarixli N3 №-li arayışdan görünür ki, gizir Təqsirləndirilən şəxs N0NN-ci ilin noyabr ayında Mərkəzi Hərbi Poliklinikada dispanser müayinədən keçmiş, onda hər hansı bir xəstəlik aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş MN-nin 13 iyul N0N1-ci il tarixli 0N09gm nömrəli əmrindən çıxarışından görünür ki, Təqsirləndirilən şəxs N0N1-ci ilin iyul ayında Azərbaycan Ordusunun Təlim və X5 hazırlığı kursunu bitirdiyinə görə gizir hərbi rütbəsi verilməklə N nömrəli hərbi hissənin təmir və reqlament işləri bölüyünün sursat təmiri və reqlament işləri taqımının komandiri vəzifəsinə təyin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş MN-nin N №-li hərbi hissə komandirinin N avqust N0N1-ci il tarixli NN1 №-li nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs N nömrəli hərbi hissənin təmir və reqlament işləri bölüyünün sursat təmiri və reqlament işləri taqımının komandiri vəzifəsinə təyin edilmiş, həmin gündən şəxsi heyətinin siyahısına daxil edilərək vəzifəsinin icrasına başlamışdır. Cinayət işi materiallarına əlavə edilmiş N №-li hərbi hissə komandirinin N fevral N0N3-cü il tarixli 38 №-li nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, gizir Ağayev X1 rayonunda keçirməklə 35 (otuz beş) gün müddətinə, xx.xx.N0N3-cü il tarixədək növbəti məzuniyyətə göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş N №-li hərbi hissə komandirinin N mart N0N3-cü il tarixli 71 №-li nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, gizir Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixədə növbəti məzuniyyətdən qayıtmadığı üçün üzürlü səbəb olmadan hərbi hissəyə vaxtında gəlməmiş hesab edilərək bütün növ təminatları dayandırılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş “bağlaşma”nın kserosurətindən görünür ki, gizir Təqsirləndirilən şəxs 05 il müddətinə Azərbaycan Ordusuna xidmətə qəbul olunması üçün könüllü razılığı əsasında müqavilə imzalamışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.N0N3-cü il tarixli aktdan görünür ki, Şahid1 ayrı ayrılıqda Şahid3 və ŞahidN ilə xx.xx.N0N3-cü il və xx.xx.N0N3-cü il tarixlərdə Sabirabad rayonu, Axtaçımuğan kəndinə Təqsirləndirilən şəxslə söhbət aparmaq və xidmət yerinə gəlməməsinin səbəblərini aydınlaşdırmaq üçün getmişlər, lakin sonuncu ilə söhbət aparılması onun yayınması səbəbindən mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığının xx.xx.N0N3-cü il tarixli N4 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N0NN-ci il tarixli 11 nömrəli qərarında məzuniyyətdən geri qayıdan hərbi qulluqçuların məzuniyyət bileti nümunəsində saat qeyd edilmədiyindən hərbi hissəyə təyin edilmiş günün nizam qaydasına uyğun olaraq xx.xx.N0N3-cü il tarixdə 35 gün bitdikdən sonra gizir Təqsirləndirilən şəxs saat 17:00-dək (nizami hissə üzrə əmr bağlanana qədər) məzuniyyətdən xidmət yerinə geri qayıtmalı olduğu halda xidməti yerinə geri qayıtmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.N0N3-cü il tarixli “təqsiri boynuna almaqla könüllü gəlmə” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 11:30da Lənkəran Hərbi Prokurorluğuna könüllü gələrək təqsirini boynuna almışdır. Cinayət işi materiallarına əlavə edilmiş N №-li hərbi hissə komandirinin N aprel N0N3-cü il tarixli 98 №-li nizami hissə üzrə əmrindən çıxarışından görünür ki, gizir Təqsirləndirilən şəxs xx.xx.N0N3-cü il tarixədə xidmət yerinə gəlmiş hesab edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin 14.04 N0N3-cü il tarixli 313-96/N-1N167/N3 nömrəli məktubdan görünür ki, xx.xx.N001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat aşkarlanmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs «Suqovuşanın azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş N nömrəli hərbi hissə komandanlığının N dekabr N0N0-ci il tarixli 5953 nömrəli travma haqqında arayışından görünür ki, əsgər Təqsirləndirilən şəxs 07 oktyabr N0N0-ci il tarixdə saat təxminən 07:00 radələrində Ağdərə istiqamətində gedən döyüşlər zamanı düşmənin açdığı atəş nəticəsində «döş qəfəsinin sol yarısının kor qəlpə yarası, sağ dirsək nahiyyəsinin dəlib-keçən qəlpə yarası» diaqnozu ilə xəsarət almışdır. Cinayət işi materiallarına əlavə edilmiş Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxananın çıxarış epikrizindən görünür ki, Təqsirləndirilən şəxs orada «döş qəfəsinin sol yarısının kor qəlpə yarası, sağ dirsək nahiyyəsinin dəlib-keçən qəlpə yarası» diaqnozu ilə müalicə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Sabirabad RİHB-nın Güdəcühür kənd İGD üzrə nümayəndəsinin 30 may N0N3-cü il tarixli N71 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi işləməyən anası, həyat yoldaşı, xx.xx.N0NN-ci il təvəllüdlü azyaşlı oğlu, biri işləməyən, digəri isə hərbi xidmətdə olan iki qardaşı və məktəbli bacısından ibarətdir. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: təqsirləndirilənin etirafedici ifadəsi və şahid ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmçinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə iştirak etməsini, bədəninin iki nahiyəsindən yaralanmasını, «Suqovuşanın azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif olunmasını, ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşman olmasını və gəncliyini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.N-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.N, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasının ağırlaşdıran halların olmadığını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N5 iyun N003-cü il tarixli 4 №-li qərarının 3-cü bəndinin N-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın, yəni hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs hərbi xidmət üzrə məhdudlaşdırma cəzası təyin edərkən Azərbaycan Respublikası CM-nin 50.N-ci maddəsinə əsasən onun aylıq pul təminatından dövlət nəfinə 05 (beş) faiz məbləğdə pul tutulmasını məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs haqqında olan hökmün icrası N nömrəli hərbi hissə komandanlığına həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, hərbi məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinib aylıq pul təminatından dövlət nəfinə 05 (beş) faiz məbləğdə pul tutulmaqla 06 (altı) ay müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilsin. Hökmün icrası N nömrəli hərbi hissə komandanlığına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «komandanlığın müşahidəsi altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən N0 (iyirmi) gün müddətində Cəlilabad Hərbi Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar